Mehr Ve Musteri – Wikipedia
“Mehr və Müştəri” məsnəvisi nadir əsərdir, 5120 beytdən ibarətdir. Əbdürrəhman Cami bu məsnəvini mütaliə etdikdə onu çox tərifləmiş və aşağıdakı sözləri onun haqqında söyləmişdir: “Bu şəxs Təbriz əhlinin üzünü ağartmışdır. Bu vəzndə belə bir gözəl məsnəvi demək mahaldır (yəni, hər kəsin işi deyildir)”.
Əssar Təbrizi
Əssar Mövlana Şəmsəddin Hacı Məhəmməd Təbrizi (1325-1390) — azərbaycanlı şair, alimi, astronomu və riyaziyyatçısı.
Əssar Mövlana Şəmsəddin Hacı Məhəmməd Təbrizi Azərbaycan ədəbiyyatı tarixinə məşhur “Mehr və Müştəri” məsnəvisinin müəllifi kimi daxil olmuşdur. O, farsca yazmış, Sultan Üveysin sarayına dəvət olunmuş, lakin tezliklə saraydan uzaqlaşmışdır. Əssar Təbrizi Nizami ədəbi məktəbinə mənsub olan şairlərdəndir.
Yaradıcılığı Redaktə
Əssar Təbrizi əruz vəzni və qafiyə haqqında əsər yazmışdır, şairin “Mehr və Müştəri” (1376), “Saqinamə” poemaları, “Qafiyələrin sayı haqqında təfsilat” (“Əl-vafi fi tədəd ül – qəvafi”) adlı poetika (tədqiqat) əsərləri vardır.
“Mehr və Müştəri” poeması Azərbaycan poeziyasında dostluğa həsr olunmuş ilk irihəcmli əsərlərdəndir. Bu əsər onu Azərbaycan ədəbiyyatı tarixində Nizamidən sonra ikinci epik poema yazmış şair kimi yüksək mövqeyə qaldırmışdır. Əssarın “Mövlana” ləqəbi onun öz dövründə böyük şöhrət və hörmət qazandığını göstərir. Onun əsas əsəri xalq arasında şöhrət tapmış “Mehr və Mah” dastanının motivləri əsasındadır. “Əssar panteizm təlimindən çıxış edərək, Mehr ilə Müştəri simasında bir əsasdan yaranıb sonra parçalanmış iki varlığın bu dünyada bir-birinə qovuşmaq üçün daima çırpındığı və aləmi-məanidən nəşət edib ikiləşmiş bir vəhdətin yenə bütünləşməsi yolunda qarşıya çıxan maneələrin aradan qaldırılacağını bildirmişdir”.
Əsərdə iştirak edən surətlərin təqribən hamısı Günəş sistemini, bürcləri və ulduzları təmsil edirlər. Əssar Təbrizi əsərinin sonunda öz fikrini yekunlaşdıraraq yazır: “Mən mübaliğəli şəkildə böyükləri mədh etməkdən boyun qaçırıb həqiqi pak sevgi aləminə yol axtardım, mən qəsidə mirvarilərini şahların boynuna düzmək istəmədim. Bu sadə güzəranıma qane olaraq, böyük rütbəli adamların qulluğunada durmadım. Mən də Nizami kimi özümü xəlvətə çəkərək xəyalımın qüdrətilə xəzinələr yaratdım”.
“Mehr və Müştəri” məsnəvisi nadir əsərdir, 5120 beytdən ibarətdir. Əbdürrəhman Cami bu məsnəvini mütaliə etdikdə onu çox tərifləmiş və aşağıdakı sözləri onun haqqında söyləmişdir: “Bu şəxs Təbriz əhlinin üzünü ağartmışdır. Bu vəzndə belə bir gözəl məsnəvi demək mahaldır (yəni, hər kəsin işi deyildir)”.
Gözəl astronom, görkəmli ədəbiyyatşünas və mahir bir şair olan Əssar lirik şerlərində və bütün Yaxın Şərqdə tanınan “Mehr və Müştəri” poemasında irəli sürdüyü hümanist ideyalar və demokratik fikirlər baxımından sələfi Nizamiyə və müasiri Əvhədiyə çox yaxındır.
Xarici keçidlər Redaktə
- Mehr və Müştəri. Farscadan tərc. edəni M. Sultanov. Bakı: “Şərq-Qərb”, 2006.
Mehr Ve Musteri – Wikipedia
“Mehr və Müştəri” hicri təqvimlə 778-ci ildə, miladi təqvimlə 1376-cı ildə Əssar Təbrizi tərəfindən fars dilində məsnəvi formasında yazılmış romantik poemadır. Əssar Təbrizi “Mehr və Müştəri” poemasının mövzusunu “Mehru-mah” adlı xalq dastanından almışdır. [1] Əsər əruz vəzninin həzəc bəhrində yazılmışdır. 5120 beytdən ibarətdir. Pir Məhəmməd ibn Vəlid Əzmi əsəri türkcəyə çevirmişdir. M. Sultanov isə fars dilindən Azərbaycan dilinə çevirərək ayrıca kitab halında çap etdirmişdir
Müştərinin Mehrin qarşısında diz çökməsi, 1476, Uolters Sənət Muzeyi
Əsərdə İstəxr şəhərinin hakimi Şapurun oğlu Mehr və Şapurun vəzirinin oğlu Müştəri arasındakı sevgidən bəhs edilir. Gənclik illərindən bir-birini sevən bu iki oğlan, bütün ömürləri boyu çətinliklərlə üzləşmələrinə baxmayaraq ömürlərinin sonuna kimi sevgilərinə sadiq qalırlar. [2]
Prof. M. H. Təhmasibin fikrincə, Mehr, Avestada adı tez-tez çəkilən “Mitra”dır. O, yazır: “Əslində, səhər günəşinin önüncə gəlib, axşam günəşini yola salan və ancaq o batdıqdan sonra çəkilən işığın antropomorfizmindən ibarət olub, gənc, gözəl və qüvvətli bir oğlan cildində təsvir edilən Mitr-Mehr uzun əsrlər boyu qələbə tanrısı, əhdi-peyman keşikçisi hesab edilmişdir.” [3] Mitr-Mehr obrazının bu əsatiri xüsusiyyətlərini Əssar Təbrizi də əks etdirmişdir. Q.Cahani yazır ki, “Mehr əsatiri baxımdan günəşlə eyniyyət təşkil etdiyi üçün məhəbbət simvoluna çevrilmişdir.” [4]
İstinadlar
- ↑ Q. Cahani – Əssar Təbrizinin “Mehr və Müştəri” poeması, Bakı, 1969
- ↑”مقبرة الشعرا”. tabrizinfo.com. 2009-02-01 tarixində arxivləşdirilib . İstifadə tarixi: 30 iyun 2020 .
- ↑Təhmasib, M.H. VII əsrə qədər Azərbaycan şifahi xalq ədəbiyyatı, “Azərbaycan ədəbiyyatı tarixi, I cild. Bakı. 1960. 19.
- ↑Cahani, Q. Azərbaycan ədəbiyyatııda Nizami ənənələri. Bakı. 1979. 71.
Xarici keçidlər
- Mehr və Müştəri. Farscadan tərc. edəni M. Sultanov. Bakı: “Şərq-Qərb”, 2006.
| Ədəbiyyat ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Əssar təbrizi mehr və müştəri
Nizami ədəbi məktəbinin davamçılarından olan Əssar Təbrizi “Mehr və Müştəri”poemasında klassik Şərq ədəbiyyatı ənənələrinə sadiq qalaraq öz əsərini Allahın, Məhəmməd Peyğəmbərin tərifi, peyğəmbərin meracı haqqında, ərşin yaranma səbəbi kimi ənənəvi müqəddiməilə başlamış və ilahi еşqinfəlsəfi mahiyyəti haqqında dəyərli fikirlər söyləmişdir. Şair göstərir ki, kainatı yaradan, ulduzları hərəkətə gətirən və onlar arasındakı cazibə qüvvəsini xəlq edən Allahdır. Allahın adı olmadan səyyarələr dövr edə bilməz. Harаda Allahın adı varsa, o yerdə ilahi eşq və məhəbbət də var. Çünki yaradılışın əlifbası Allahın adıyla başlanır. Fələklər onun vüsalına çatmaq üçün seyrə çıxır. Günəşə hərarət verən Onun sevdasıdır. Allah qüdrətlidir. Onun ən gözəl adlarından biri də Qadirdir. Məhz bu səbəbdəndir ki, ilahi eşqi hər şeydən üstün tutan Əssar Təbrizi Allaha sığınır.
Şair göstərir ki, insan öz varlığını unudan zaman həqqə qovuşur və ilahi eşqin içərisində əriyərək ölməzlik qazanır.
Klassik məsnəvilərdə olduğu kimi “Mehr və Müştəri”də də əsərin yazılma səbəbi haqqında məlumat verilir. Şair gösrərir ki, alimlər, fəzilət sahibləri əziyyət içində məhz odur. Yer üszündə hakimiyyət nadanların əlindədir. Ülvi məhəbbəti,
ilahi eşqi hər şeydən üstün tutan Əssar Təbrizi elmə, elm adamlarına yüksək qiymət verərək elmi Dirilik suyu adlandırır.
Açar sözlər: Azərbaycan ədəbiyyatı, epik şeir, məsnəvi, Əssar Təbrizi, Mehr və Müştəri, ənənəvi başlıqlar, haşiyələr
Comments are closed, but trackbacks and pingbacks are open.