Press "Enter" to skip to content

Menstruasiya sancılarını necə azalda bilərik

7. Dilimizdə uzanan saitlər də vardır:
dahi [da:hi], Füzuli [füzuli], vəsiqə [vəsiqə]
Yaxud: Çempion Adil [mədəni] oğlandır.
Uzaqdan neft [mə:dəni] görünürdü.

Azərbaycan dilinin fonetikası

Fonetika danışıq səslərindən bəhs edir. Danışıq səsləri danışıq üzvləri vasitəsilə həyata keçirilir. Onlar aşağıdakılardır:
1-ağciyərlər, 2-nəfəs borusu, 3-qırtlaq və səs telləri, 4-ağız boşluğu, 5-dil, 6-dodaqlar, 7-dişlər, 8-burun boşluğu.

Danışıq səsləri iki cür olur: 1) sait səslər, 2) samit səslər.

Saitlərin tələffüzündə hava axını ağızdan sərbəst çıxır, yəni heç bir maneəyə rast gəlmir və saitlər çox aydın səslənir.

Tələffüz zamanı hava axınının ağızda müxtəlif maneələri dəf etməsindən yaranan səslər samit səslər adlanır.

Fonetika iki yerə ayrılır:

  1. orfoqrafiya — düzgün yazı qaydaları
  2. orfoepiya — düzgün tələffüz qaydaları

ƏLİFBA

Hərflərin müəyyən sıra ilə düzülüşü ƏLİFBA adlanır. Dilimizin əlifbasında 32 hərf var.
Hərflərdən 9-u sait, 23-ü isə samit səsi bildirir. Biz hərfləri yazır və görürük, səsləri tələffüz edir və eşidirik.
Ensiklopediyalarda, lüğətlərdə, mobil telefonlarda, məlumat kitabçalarında sözlər əlifba sırası ilə verilir.

«K» hərfi iki əsas səsi ifadə edir: k (iki) və k’ (k’yöok’) Bəzən tələffüzdə [q] səsi [k’] səsinə çevrilir: [dok’quz]. Bəzən isə [k] səsi [x’] səsini yaradır: (ələx’)

SAİT SƏSLƏRİN NÖVLƏRİ

Sait səslər aşağıdakı kimi təsnif olunur:

1. Dilin arxa və ön hissəsində deyilməsinə görə:

1) qalın saitlər ([a], [ı], [o], [u]);
2) incə saitlər ([ə], [e], [ö], [i], [ü]).

2. Dodaqların vəziyyətinə görə:

1) dodaqlanan saitlər ([o], [ö], [u], [ü]);
2) dodaqlanmayan saitlər ([a], [ə], [e], [i], [ı]).

Dodaqlanan saitlər bununla fərqlənir ki, onların tələffüzündə dodaqlar bir qədər irəli gələrək dairəvi şəkil alır.

3. Dilin üst damağa doğru qalxması və nisbətən aşağı enməsi vəziyyətinə görə:

1) qapalı saitlər ([ı], [i], [u], [ü]);
2) açıq saitlər ([a], [ə], [o], [ö], [e]).

SAMİT SƏSLƏRİN NÖVLƏRİ

Samit səslər cingiltili və kar olur.
Cingiltili samitlərin əmələ gəlməsində səs telləri iştirak edir, buna görə onlar səsdən və küydən ibarət olur. Cingiltili samitlər: [b] [c] [d] [g] [ğ] [j] [q] [l] [m] [n] [r] [v] [y] [z]

Kar samitlər yalnız küydən əmələ gəlir.
Kar samitlər: [p] [ç] [t] [k] [x] [ş] [k’] [f] [x’] [s] [h]

Cingiltili və kar samitlərin çoxu cütlük təşkil edir, bununla yanaşı [l], [m], [n], [r] samitlərinin kar qarşılığı, [h] samitinin isə cingiltili qarşılığı yoxdur:

[b] [c] [d] [g] [ğ] [j] [q] [l] [m] [n] [r] [v] [y] [z] –

[p] [ç] [t] [k] [x] [ş] [k’] — – — – [f] [x’] [s] [h]

SAİT SƏSLƏRİN TƏLƏFFÜZÜ

1. Eynicinsli qoşa saitlər bir uzun sait kimi tələffüz olunur:
saat [sa:t], təəssüf [tə:ssüf], bədii [bədi:].

2. Müxtəlifcinsli qoşa saitlərin arasına [y] səsi daxil olur:
radio [radiyo], ailə [ayilə], zəif [zəyif]

3. Sözdə əa, üə, üa saitləri yanaşı gəldikdə birinci düşür, ikinci uzanır:
fəaliyyət [fa:liyət], müəllim [mə:llim], müavin [ma:vin]

4. Sözdə yanaşı gələn ea saitləri [iya] kimi tləffüz olunur:
teatr [tiyatr], okean [okiyan], ideal [idiyal]

5. Sözdə o və ö saitlərindən sonra [v] səsi gələrsə, v düşür o və ö saitləri uzanır: dovşan [do:şan]

6. Sonu a, ə saitləri ilə bitən çoxhecalı sözlərə əvvəlində bitişdirici y samiti olan müəyyən şəkilçilər qoşulduqda, tələffüz zamanı həmin saitlər ahəng qanununa uyğun olaraq qapalı saitlərə ([ı], [i], [u], [ü]) səslərindən birinə çevrilir:
saxlayın [saxlıyın], nənəyə [nəniyə], babaya [babıya]

7. Dilimizdə uzanan saitlər də vardır:
dahi [da:hi], Füzuli [füzuli], vəsiqə [vəsiqə]
Yaxud: Çempion Adil [mədəni] oğlandır.
Uzaqdan neft [mə:dəni] görünürdü.

QEYD: ı və ü saitləri uzanmır.

SAMİT SƏSLƏRİN TƏLƏFFÜZÜ

1. Söz ortasında qq, pp, tt, kk samitləri yanaşı gələrsə, tələffüz zamanı onlardan biri dəyişir:
doqquz [dok’quz], tappıltı [tapbıltı], hətta[hətda], səkkiz [səkgiz]

2. Şəkilçinin tərkibində gələn qoşa yy samitlərindən biri tələffüz zamanı düşür:
ədəbiyyat — [ədəbiyat], fəxriyyə — [fəxriyə], cəmiyyət -[cəmiyət]

3. Söz sonunda qoşa samit işlənərsə, ona samitlə başlayan şəkilçi artırıldıqda qoşa samitin biri yazılır, biri isə düşür:
xətt [xətdən], sirr [sirlər], hiss [hislər]

4. Söz ortasında iki kar samit yanaşı gələrsə, tələffüzdə ikincisi öz cingiltili qarşılığına çevrilir:
Avesta [avesda], istiqamət [isdiqa:mət]

5. Söz ortasında k səsindən sonra istənilən samit gələrsə, tələffüzdə k= x’ olur:
Məktəb [məx’təb], məktəbli [məx’təbli]

6. Söz sonunda b, d, g, c+q, k, z səsləri gələrsə, tələffüz zamanı onlar dəyişilir:
Palıd, tüfəng, ağac, qonaq, çiyələk, almaz
[Palıt, tüfənk, ağaç, qonax, çiyələx’, almas]

QEYD: Belə sözlərdə son samitin düzgün yazılışı üçün ona saitlə başlayan şəkilçi artırmaq lazımdır: palıd-a, tüfəng-ə, ağac-a.

7. Sonu q ilə qurtaran sözə saitlə başlayan şəkilçi artırdıqda

q = ğ olur: qonağ-a.

8. Söz ortasında q səsindən sonra kar samit gələrsə, q səsi dəyişir, cingiltili samit gələrsə, dəyişmir:

iqtisadiyyat [ik’tisadiyat] istiqlaliyyət [istiqla:liyət]

9. Sonu k samiti ilə bitən sözlərə saitlə başlayan şəkilçi artırıldıqda

k = y olur: çiçək; çiçəy-in, çiçəy-ə, çiçə-yi (bu, adətən, ismin yiyəlik, yönlük, təsirlik hallarında baş verir.)

10. Sözün birinci hecasında işlənən c səsindən sonra sammit işlənsə,c = j və yaxud c = ş olur:

əcdad [əjdat], ictimaiyət [iştimaiyət]

11. Üzv, üzr, hökm, rəhm, sədr kimi sonu iki samitlə bitən təkhecalı sözlərdən üzrlü, üzrsüz, rəhmli, rəhmsiz, sədrlik kimi sözlər düzəltdikdə üç samit yanaşı gəlir. Buna görə həmin sözlərdə iki samit arasına bir sait əlavə edilir və [üzürrü], [üzürsüz], [rəhimli], [rəhimsiz], [sədirrik’] kimi tələffüz olunur.

12. Sonu iki kar samitlə bitən sözlərə samitlə başlanan hər cür şəkilçi artırdıqda isə həmin samitlərdən ikincisi tələffüz olunmur: dostluq — [doslux], neftçi — [nefçi], turistlər -[turislər], sərbəstlik — [sərbəslix’], süstlük — [süslüx’], poçtdan -[poşdan], üstdə — [üsdə]

AHƏNG QANUNU

Sözdə qalın və ya incə saitlərin bir-birini izləməsinə ahəng qanunu deyilir.

Ahəng qanununa tabe olanlar: «qalın», «incə», «qanun»

Ahəng qanununa tabe olmayanlar: «ahəng»

Ahəng qanunu morfouoloji hadisədir, yəni həm fonetikaya, həm də morfologiyaya aiddir.

HECA

Tələffüz zamanı sözlərin asanlıqla bölünə bilən hissələrinə heca deyilir:

A-zər-bay-can, sə-ya-hət-çi-lər, qəh-rə-man-lıq, i-yir-mi Sözdəki hecaların sayı onda işlənən saitlərin sayı qədər olur. Heca yalnız bir saitdən də ibarət ola bilər:

A-i-lə, a-ta, u-şaq-lar

Sözlər sətirdən sətrə hecalarla keçirilir. Lakin bir hərfdən ibarət hecanı sətrin sonunda saxlamaq və ya yeni sətrə keçirmək olmaz: i-nək, sün-i.

Qoşasamitli sözlər sətirdən sətrə keçirilərkən samitlərdən biri sətirdə saxlanılır, digəri isə yeni sətrə keçirilir

VURĞU

Sözdəki hecalardan birinin o birinə (və ya o birilərinə) nisbətən qüvvətli tələffüzünə vurğu deyilir. Üzərinə vurğu düşən heca vurğulu heca adlanır.

Bizim dilimizdə vurğu çox zaman sözün axırıncı hecasına düşür. Lakin əvvəlinci hecalarında vurğusu olan sözlər də az deyil: traktor, kombaynçı, kosmos və s.

Vurğu qəbul etməyən şəkilçilər:

1) İsmin xəbərlik (şəxs) şəkilçiləri:
-am 2 , -san 2 , -dır 4 , -ıq 4 ,- sınız 4 , -dırlar 4 .

2) Soyad əmələ gətirən şəkilçilər: -ov, -yev, -ova, -yeva.

3) İsim düzəldən -gil şəkilçisi.

4) Felin inkar şəkilçisi: -ma 2

5) Felin nəqli keçmiş, indiki, qəti və qeyri-qəti gələcək zaman şəkilçilərindən sonra gələn şəxs şəkilçiləri:

6) idi, imiş, isə hissəciklərinin ixtisar forması.

7) Feli bağlama şəkilçiləri: -madan 2 və -arkan 2 şəkilçisinin 2-ci hecası.

8) Felin əmr şəkli II şəxs cəmin şəxs şəkilçisi: -ın 4

9) Şəxs-kəmiyyət şəkilçisi: -lar 2 .

İSTİSNA: Şühudi keçmiş zamanda və əmr, şərt şəkillərində -lar 2 vurğu qəbul edir.

FONETİK TƏHLİL

Təhlil zamanı aşağıdakılar müəyyənləşdirilir:

  • Sözün səs və hərf tərkibi.
  • Sözün hecaları və vurğusu.
  • Sait səslər (qalın, incə; dodaqlanan, dodaqlanmayan; açıq, qapalı).
  • Samit səslər (kar, cingiltili).

QEYD: Təhlil zamanı; hərf, ahəng, heca, vurğu yazılışa, səs, sait, samit isə oxunuşa əsasən müəyyən olunur.

Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0

  • Teqlər:
  • fonetika
  • , Azərbaycan dilinin fonetikası

Menstruasiya sancılarını necə azalda bilərik?

Dünyada orta hesabla hər 10 qadından 1-i menstrual sindromdan əziyyət çəkir. 30-50% qadınlarda menstrual periodda normal ağrılar, 5-10%-də isə əmək qabiliyyətini məhdudlaşdıran çox güclü ağrılar meydana çıxır.

Kəskin ağrılar bir çox qadınlarda cinsi orqanların anormal quruluşda olması, infeksiya, endometrioz və ya uşaqlığın zədələnməsi səbəbindən yaranır.

Menstruasiya zamanı həddən artıq güclü ağrı olduqda sağlamlıqla bağlı ciddi problemin olub-olmamasını öyrənmək üçün mütləq həkimə müraciət etmək lazımdır. Əgər heç bir ciddi problem aşkarlanmasa o zaman sizə bir sıra pəhrizlər və vitaminlərin köməyi dəyə bilər.

Milli.Az medicina.az-a istinadən aybaşı zamanı müşahidə olunan ağrıları yüngülləşdirəcək bir sıra bitki çaylarının reseptini təqdim edir:

• 1 x/q Qatırquyruğu bitkisinin qurusunu 300 qr qaynar suda dəmləyin. 1 saat saxlayın. Alınan dəmləməni hər 2 saatdan bir 50-100 qr miqdarda için. Ağrılar azalmağa başladıqda isə gün ərzində 50 qr olmaqla 3 dəfə qəbul edin.

• 1 ç/q Yasəmən toxumunu yarım litr suya ağzı bağlı qabda, vam odda 15 dəq. qaynadın. Daha sonra soyudaraq süzün. Hər səhər yeməkdən 15-20 dəqiqə əvvəl 100 qr için.

• Darçın – 5 qr, mixək – 3 qr, aptek çobanyastığı çiçəyi – 50 qr. Hər 3 məhsulu 1 litr suya əlavə edin və zəif odda ağzı bağlı vəziyyətdə 30 dəq qaynadın. Daha sonra soyudun və süzün. Ağrılar zamanı gündə 3 dəfə yarım stəkan için.

• 2 x/q Ətirli kərəvizin kökünü stəkana tökün. Üzərinə soyuq qaynanmış su əlavə edin. 2 saat saxladıqdan sonra 2-3 qat cunadan süzün. Gündə 3 dəfə 3/1 st.

• Meşə çiyələyi yarpaqlarını 2 st. soyuq qaynanmış suda 6-8 saat saxlayın. Süzdükdən sonra menstruasiya zamanı yarım stəkan olmaqla hər gün için.

• Melissa 2 x/q yarpağı 2 stəkan qaynar suya tökün, 1 saat saxlayın. Gündə 1 stəkan olmaqla 3 dəfə yeməkdən qabaq qəbul edin.

Milli.Az

Səsi Necə Endirmək Olar

İbtidai səviyyədə olan bariton kişilər, səsləri daha yüksək olan kişilərdən daha çox qadınları cəlb edirlər. Səsi az olan kişilərin qanında daha çox testosteron olmasıdır. Testosteron kişi reproduktiv hormon olduğundan kişiləri qadınlar üçün daha cəlbedici edir. Səsi necə endirmək olar

Təlimat

Addım 1

Bu gün orta və yüksək səs sahibləri səslərini bir neçə yolla qalıcı bir şəkildə azalda bilirlər. Səsin endirilməsinin ilk yolu testosteron vurulmasıdır. Bədəndə testosteron çatışmazlığı yaşlandıqca səsin aşağı olmasına səbəb olmur. Bu vəziyyətdə mütəxəssis bir həkim tərəfindən təyin olunan hormon tabletlərini içmək və ya bir iynə kursu keçmək lazımdır. Yetkin bir kişi üçün testosteron səviyyəsi normal olan kimi səs tembri tədricən azala bilər.

Addım 2

Tonun endirilməsinin ikinci yolu tibbi müdaxilədir. Bu bir qədər risklidir, çünki istədiyinizdən fərqli bir səs tonu ilə nəticələnə bilərsiniz. İnsanın səs aparatının süni şəkildə dəyişdirilməsini əhatə edən cərrahi prosedurlar mövcuddur. Bu, səsinizi müəyyən bir tezliyə endirməyə kömək edəcəkdir. Riskli olmaqla yanaşı, bu cür texnikalar çox bahalıdır.

Addım 3

Nəhayət, səsinizi endirməyin ən asan və ən yeni başlayanlar tərəfindən tövsiyə olunan yolu səs təlimi və kondisionerdir. Quraşdırma və kondisioner vokal kordları və artikulyasiya aparatları üçün bir sıra xüsusi məşqlər, əzmkarlıq və davamlı məşq tələb edən bir metoddan ibarətdir. Vokal kordlarının və səs aparatlarının hazırlanması olduqca asandır, lakin qırtlaq və boğaz səviyyəsini aşağı salmaqla tonu endirmə prosesi bir neçə il çəkə bilər. Səs təhsili həm də adət etdiyiniz tənəffüs tərzinizi dəyişdirməyi də əhatə edir. Statistiklərə görə səsli məşq sayəsində 20 nəfərdən 19-u nəticə qazanır.

Comments are closed, but trackbacks and pingbacks are open.