Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsi
1906-cı ildə şəhər Upravasının qərarı əsasında 25№-li yoxlama köşkü fəaliyyətə başlayıb. Həmin tarix Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin yaranma tarixi hesab olunur.
1931-ci ildə standartlaşdırma üzrə büro təşkil olunub, yeni laboratoriyalar yaranmışdır.
1966-cı ildə Azərbaycan SSR Nazirlər Soveti tərkibində Standartlaşdırma üzrə Komitə yaradılıb.
Azərbaycan müstəqillik əldə etdikdən sonra respublikada standartlaşdırma və metrologiya üzrə dövlət siyasəti Nazirlər Kabineti tərkibində fəaliyyət göstərən Standartlaşdırma və Metrologiya Mərkəzi tərəfindən aparılmışdır.
Azərbaycan Respublikasının prezidentinin 2001-ci il 27 dekabr tarixli, 623 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 19 noyabr 2008-ci il tarixli sərəncamı ilə isə Dövlət Agentliyinin bazasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yaradılıb.
Komitə standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində dövlət siyasətini həyata keçirir, bu sahələrdə dövlət proqramları hazırlayır və onların həyata keçirilməsini təmin edir, digər dövlət və yerli özünüidarəetmə orqanlarının, təsərrüfat subyektlərinin bu sahələrdəki fəaliyyətini əlaqələndirir.
Bakıda MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının iclası keçiriləcək
Bakı. 25 iyun. REPORT.AZ/ Bakıda MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının üzv dövlətlərinin 49-cu iclası keçiriləcək. Bu barədə “Report”a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Məlumata görə, iyunun 27-29-da baş tutacaq iclasda Amerika Birləşmiş Ştatları ASTM Beynəlxalq Qurumu, Ukrayna Milli Akkreditasiya Agentliyi, Belarus Standartlaşdırma üzrə Dövlət Komitəsi, Dövlət Metrologiya İnstitutu, Dövlət Akkreditasiya Mərkəzi, Qırğızıstan İqtisadiyyat Nazirliyi yanında Standartlaşdırma və Metrologiya üzrə Mərkəz, Qırğızıstan Akkreditasiya Mərkəzi, Qazaxıstan Texniki Tənzimləmə və Metrologiya Komitəsi, Milli Akkreditasiya Mərkəzi, Rusiya Texniki Tənzimləmə, Standartlaşdrıma və Uyğunluğun qiymətləndirilməsi Komitəsi, Texniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentlik, Ticarət və Sənaye Nazirliyi, Moldova Milli Akkreditasiya Mərkəzi, Polşa Standartlaşdırma Komitəsi, Latviya İqtisadiyyat Nazirliyinin Milli Standartlar İnstitutu, Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəhbər şəxsləri və digərləri iştirak edəcəklər.
Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsi
1906-cı ildə şəhər Upravasının qərarı əsasında 25№-li yoxlama köşkü fəaliyyətə başlayıb. Həmin tarix Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin yaranma tarixi hesab olunur.
1931-ci ildə standartlaşdırma üzrə büro təşkil olunub, yeni laboratoriyalar yaranmışdır.
1966-cı ildə Azərbaycan SSR Nazirlər Soveti tərkibində Standartlaşdırma üzrə Komitə yaradılıb.
Azərbaycan müstəqillik əldə etdikdən sonra respublikada standartlaşdırma və metrologiya üzrə dövlət siyasəti Nazirlər Kabineti tərkibində fəaliyyət göstərən Standartlaşdırma və Metrologiya Mərkəzi tərəfindən aparılmışdır.
Azərbaycan Respublikasının prezidentinin 2001-ci il 27 dekabr tarixli, 623 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 19 noyabr 2008-ci il tarixli sərəncamı ilə isə Dövlət Agentliyinin bazasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yaradılıb.
Komitə standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində dövlət siyasətini həyata keçirir, bu sahələrdə dövlət proqramları hazırlayır və onların həyata keçirilməsini təmin edir, digər dövlət və yerli özünüidarəetmə orqanlarının, təsərrüfat subyektlərinin bu sahələrdəki fəaliyyətini əlaqələndirir.
Bakı şəhəri, Nəsimi ray.,
Mərdanov qardaşları küç., 124
Tel: (+994 12) 449-99-59
Faks: (+994 12) 440 52 24
Qaynar xətt: (+994 12) 449 84 93
e-mail: [email protected]
Comments are closed, but trackbacks and pingbacks are open.