Press "Enter" to skip to content

Standartlaşdırmanın əsasları.

Muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsi, yeni istehsal və xidmət sahələrinin yaradılması uğurla davam etdirilməkdədir. Bu istiqamətdə qəbul edilən dövlət proqramları və atılan məqsədyönlü addımlar muxtar respublika iqtisadiyyatının yeni mərhələyə yüksəlməsinə etibarlı zəmin yaratmışdır. Son illərdə dinamik iqtisadi inkişafı səciyyələndirən əsas cəhətlərdən biri də muxtar respublikada sənayenin sürətli inkişafına göstərilən dövlət dəstəyidir. Belə ki, 2022-ci il Naxçıvan Muxtar Respublikasında “Sənaye ili” elan edilmiş və bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə aidiyyəti qurumlar qarşısında konkret vəzifələr müəyyənləşdirilmişdir. Sənayeləşmə siyasətinə uyğun olaraq daxili tələbatın ödənilməsində yerli məhsulların payını əhəmiyyətli dərəcədə artıran və ixrac imkanlarını genişləndirən müasir sənaye müəssisələri, yeni istehsal sahələri, o cümlədən sənaye məhəllələri yaradılmışdır. Muxtar respublikada mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi sənaye müəssisələrində rəqabətədavamlı məhsul istehsalına təkan verir.

MühaziRƏ 8 Standartlaşdırmanın metodiki əsasları

Standartlaşdırmanın əsas prinsipləri
Standartların keyfiyyəti həmin standartlar üzrə istehsal olunmuş məhsulun keyfiyyətinə birbaşa təsir edir, yəni məhsulun keyfıyyəti xeyli dərəcədə standartlardan asılıdır. Standartlaşdırma üzrə bizim ölkədə və həmçinin xarici ölkələrdə aparılmış işlər göstərir ki, standartların yüksək keyfıyyətini və səmərəliliyini təmin etmək üçün onların işlənib hazırlanması zamanı hökmən aşağıdakı əsas prinsiplər həyata keçirilməlidir.
1. Sistemlilik prinsipi.
Texniki tərəqqi və məhsulun keyfiyyətinin daim yüksəldilməsi ictimai istehsalat prosesinə sistemli şəkildə yanaşmağın zəruriliyini tələb edir, belə ki, ictimai istehsal prosesi bu prosesi təmin edən insan əməyini, əmək vasitələrini (istifadə olunan avadanlıqlar, alətlər, nəzarət vasitələri və s.) və əmək predmetlərini (buraxılan məhsul) özündə cəmləşdirir. Burada sistem dedikdə qarşıya qoyulmuş məsələni ən böyük səmərə ilə və ən kiçik əmək tutumu ilə yerinə yetirmək üçün qarşılıqlı əlaqədə olan elementlərin məcmusu başa düşülür. Sistemin elementləri arasındakı əlaqələr daimi və təsadüfi ola bilər. Sistemə daxil olan qarşılıqlı əlaqəli elementlərin məcmusu onların müxtəlif səviyyələrdə ierarxiya asılılıqlarını qurmağa imkan verən strukturunu əmələ gətirir.
2. Komplekslilik prinsipi.
Standartların işlənib hazırlanması zamanı standartlaşdırma obyektinə təsir edən əsas elementlər nəzərə alınmalıdır. Standartlaşdırma üzrə işlərin əmək tutumunu azaltmaq üçün əsas obyektə az təsir edən elementlər nəzərə alınmır. Standartlaşdırma zamanı qarşılıqlı əlaqədə olan maddi və qeyri-maddi elementlərin kompleksinə qoyulan tələblər və xarakteristikalar baxılır və nəzərə alınır.
Yüksək keyfiyyətli məhsul istehsal etmək və istehsalatın səmərəliliyini yüksəltmək üçün rasional standartlar sistemi lazımdır. Bu sistem məhsulun bütün mərhələlərini, yəni layihələndirilməsi, seriyalı istehsalı və hazır məmulatın istismarı mərhələlərini əhatə etməlidir. Məmulatların keyfiyyəti, etibarlılığı və uzunömürlülüyü onları təşkil edən elementlərin keyfiyyətinin funksiyasıdır. Odur ki, ancaq hazır məhsula normativ tələblər qoymaq kifayət deyildir. Standartlaşdırmanın kompleksliliyi həyata keçirildikdə xammalın, materialların, yarımfabrikatların, hissələrin və qovşaqların, komplektləşdirici məmulatların standartlarının lazımi keyfiyyətdə işlənib hazırlanmasına xüsusi diqqət yetirilməlidir.
3. Standartların proqressivliyi və optimallaşdırılması prinsipi.
Standartlarla müəyyən olunmuş göstəricilər, normalar, xarakteristikalar və tələblər elmin, texnikanın və istehsalatın dünya səviyyəsinə uyğun olmalıdır. Bu göstəricilər və xarakteristikalar standartlaşdırılan obyektlərin inkişaf tendensiyasını nəzərə almalıdırlar. Hər bir standartlaşdırma obyekti üçün iqtisadi optimal keyfiyyət göstəriciləri təyin olunmalıdır. Burada məmulatın hazırlanmasına və istismarına çəkilən xərclər nəzərə alınmalıdır. Elə etmək lazımdır ki, ən kiçik xərclərlə ən böyük səmərə alınsın. Bu məqsədə nail olmağa qabaqlayan və kompleks standartlaşdırma kömək edir.
4. Standartlaşdırılan məmulatların funksional qarşılıqlı əvəzolunmasını təmin etmə prinsipi.
Bu prinsip məmulatların istismar göstəricilərinə görə qarşılıqlı əvəz olunmasını təmin etməyə imkan verir. Bu isə kompleks və qabaqlayan standartlaşdırmada əsasdır.
5. Standartların qarşılıqlı uzlaşma prinsipi.
Ümumtexniki və sahələrarası standartların həddindən çox olması ilə əlaqədar onların qarşılıqlı uzlaşması vacibdir. Kompleks standartlaşdırma metodu bu prinsipin vacibliyinə və səmərəliliyinə inandırıcı misaldır. Qarşılıqlı uzlaşma prinsipi bütün standartlara aiddir. Standartlaşdırma sahəsində terminlərin qarşılıqlı uzlaşması da vacib məsələdir.
6. Standartların işlənib hazırlanmasının elmi-tədqiqat prinsipi.
Standartların layihələrinin hazırlanması və onların müvəffəqiyyətlə tətbiqi üçün praktik təcrübənin geniş öyrənilməsi ilə yanaşı, nəzəri, eksperimental və təcrübi-konstruktor işlərinin aparılması zəruridir. Bu prinsip bütün növ standartlara aiddir.

  • maşınların layihələndirilməsi zamanı rasional konstruktiv sxemlərdən istifadə olunması, hissələrin və qovşaqların maşının üzərində rasional yerləşdirilməsi;
  • detalların möhkəmliyə hesablanma metodlarının təkmilləşdirilməsi və möhkəmlik ehtiyatının buraxıla bilən dərəcədə aşağı salınması;
  • iqtisadi cəhətdən sərfəli profillərin, prokatların, qaynaq konstruksiyaların, plastik kütlələrin və s. tətbiq olunması.

Standartlaşdırmanın əsasları.

13.10.2022

Beynəlxalq standartların tətbiqi inkişafa, tərəqqiyə və iqtisadiyyatın gücləndirilməsinə xidmət edir

14 oktyabr Beynəlxalq Standartlaşdırma Günüdür. Standartlaşdırmanın əhəmiyyətini, onun qlobal iqtisadiyyatdakı rolunu və faydalarını vurğulamaq məqsədilə Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO), Beynəlxalq Elektrotexniki Komissiya (IEC) və Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) bu günün qeyd edilməsinə xüsusi önəm verirlər. Standartlaşdırma üzrə beynəlxalq təşkilatlar tərəfindən müxtəlif tədbirlərlə qeyd edilən bu əlamətdar gün üçün hər il xüsusi bir deviz müəyyən edilir. 2022-ci il üçün isə bu əlamətdar günün devizi “Daha yaxşı dünya üçün ümumi vizion” olaraq müəyyən edilmişdir.

Ölkəmizdə də bu sahənin qlobal əhəmiyyəti nəzərə alınaraq hər il 14 oktyabr “Beynəlxalq Standartlaşdırma Günü” kimi qeyd olunur.

Standart və standartlaşdırma məfhumu əslində bəşəriyyət tarixi qədər qədimdir. Cəmiyyətin iqtisadi-mədəni inkişafının və insanların həyat səviyyəsinin daimi olaraq yüksəlmə meyli istehsal olunan məhsul və xidmətlərin keyfiyyətinə nəzarəti də əhəmiyyətli dərəcədə artırır. Zəruri bir institusional fəaliyyət kimi standartlaşma da bu mənada bütün dünyada tarixi təkamül yolu keçərək istər beynəlxalq miqyasda, istərsə də ölkəmizdə iqtisadi inkişafın mühüm amillərindən birinə çevrilib.

Standartlar həyatımızın bütün sahələrində mövcuddur və fəaliyyətimizi asanlaşdırmaq, təşkilatların müvafiq qanun və qaydalara əməl etməsini təmin etmək, innovativ məhsulların bazara daxil olmasını sürətləndirmək və bir-biri ilə uyğunluğu təmin etmək üçün qlobal iqtisadiyyatda mühüm rol oynayır. Xüsusilə iqtisadiyyatın inkişafında standartlaşdırmanın rolu ildən-ilə artmaqdadır. Bunlarla yanaşı, məhsulun və xidmətlərin keyfiyyətinin yüksəldilməsini təmin edən normativ sənədlər sistemində standartlar əsas yerlərdən birini tutur. Standartlar elm və texnikanın son nailiyyətlərini özündə cəmləşdirir və ölkənin gələcək inkişafında böyük rol oynayırlar. Eyni zamanda standartlar qabaqcıl təcrübənin və mütərəqqi üsulların geniş yayılmasına da imkan yaradır.

Standartlaşdırmanın əsas məqsədləri istehsalın effektivliyinin artırılması, istehlakçılara çatdırılan mal, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi, insan sağlamlığının qorunması istiqamətində təhlükəsizlik normalarının daha da təkmilləşdirilməsi, ətraf mühitin qorunmasından və s. ibarətdir. Bu baxımdan istehlakçı hüquqlarının qorunması kimi universal prinsiplərə əməl olunmasını mühüm bir öhdəlik kimi öz üzərinə götürən dövlətlər məhz bu vasitə ilə cəmiyyətin sosial sifarişlərinə də cavab verməyə çalışır. Çünki iqtisadi inkişafın ən əsas göstəricisi nəticə etibarilə insanın həyat keyfiyyəti, uzunömürlülüyü və keçirdiyi müasir həyat tərzidir.

Azərbaycanda standartlaşdırma sahəsi üzrə hüquqi baza Ulu öndər Heydər Əliyevin təşəbbüsü və səyi ilə formalaşdırılmışdır. Belə ki, ilkin olaraq “Standartlaşdırma haqqında”, “Ölçmələrin vəhdətinin təmin olunması haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Yeyinti məhsulları haqqında” qanunlar, həmçinin bu istiqamətdə qəbul edilmiş digər normativ-hüquqi sənədlər bu sahə üzrə qanunvericilik bazasının təməli hesab olunur.

Ümummilli Lider Heydər Əliyevin siyasi və iqtisadi islahatlar kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ötən dövr ərzində davamlı sosial – iqtisadi inkişafa nail olunmuşdur. Xüsusilə milli standartların beynəlxalq standartlara uyğunlaşdırılması prosesi uğurla davam etdirilməkdədir. Azərbaycanda keyfiyyət infrastrukturunun inkişafı və tənzimlənməsi standartlaşdırma, akkreditasiya, sertifikatlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi fəaliyyət istiqamətləri vasitəsilə həyata keçirilir. Hazırda ölkəmizdə standartlaşdırmanın inkişaf etdirilməsi, beynəlxalq standartlarla harmonizasiya, beynəlxalq tələblərə cavab verən yeni milli standartların yaradılması, standartlar fondunun daha da genişləndirilməsi və təkmilləşdirilməsi qarşıya qoyulmuş əsas prioritet vəzifə və məqsədlərdəndir.

Azərbaycanın postneft erasına uğurla addım atması üçün respublikada istehsal olunan məhsulların texniki səviyyəsinin, təhlükəsizliyinin, keyfiyyətinin və rəqabətqabiliyyətinin artırılması, onların dünya bazarına çıxışının təmin edilməsi, bazarın və istehlakçıların tələblərinə, istehsal prosesinə, eləcə də keyfiyyətin qiymətləndirilməsi və xidmət sferasının təşkilinə müasir yanaşmanın təmin olunması istiqamətində səmərəli işlər aparılmaqdadır. Bu məqsədlə ölkəmizdə milli keyfiyyət infrastrukturunun beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində aparılan ardıcıl hüquqi və institusional islahatlar böyük əhəmiyyət daşıyır. Belə ki, beynəlxlq təcrübəyə uyğun yeni “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə” haqqında qanunlar qəbul olunmuşdur.

Ölkəmizdə standartlaşdırma fəaliyyəti üzrə zəngin təcrübə formalaşmış, mövcud qanunların yenilənməsi və digər normativ-hüquqi sənədlərin qəbul edilməsi bu sahənin infrastruktur, təşkilati və hüquqi-institusional baxımdan təkmilləşməsinə geniş imkanlar yaratmışdır. “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanına əsasən “Azərbaycan Standartlaşdırma İnstitutu” (AZSTAND) – publik hüquqi şəxs yaradılmışdır ki, bu institut ölkəmizi beynəlxalq və regional təşkilatlarda milli standartlaşdırma qurumu kimi təmsil edir və ölkə ərazisində standartlaşdırma siyasətini həyata keçirir.

Son illərdə ölkəmizdə standartlaşdırma sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsi istiqamətində mühüm nəticələr əldə edilmişdir. Belə ki, hazırda Azərbaycan Respublikasının Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO), Avropa Standartlaşdırma Komitəsi, MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası, Bölgələrarası Standartlaşdırma Bürosu, İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Elektrotexnika Komissiyası, İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu və Codex Alimentarius Komissiyası və s. bu kimi standartlaşdırma üzrə ixtisaslaşmış beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməsi beynəlxalq miqyasda əldə edilən uğurların bariz nümunəsidir.

Bu gün dünyada standartlaşdırma sahəsi üzrə mövcud bir çox beynəlxalq təşkilatlar içərisində ən iri təşkilat olan ISO Beynəlxalq Standartlaşdırma Təşkilatıdır ki, Azərbaycan Respublikası 2003-cü ildə bu nüfuzlu təşkilata üzv qəbul edilmişdir. 1947-ci ildə yaradılmış bu təşkilat standartlaşdırma sahəsində əsas terminləri işləyib hazırlamış və qəbul etmişdir. Təşkilatın məqsədi beynəlxalq əmtəə mal mübadiləsini asanlaşdırmaq və həmçinin zehni, elmi, texniki və iqtisadi fəaliyyət sahəsində qarşılıqlı əlaqəni genişləndirmək və dünya miqyasında standartlaşdırmanın inkişafına köməklik göstərməkdir. ISO standartları məhsul və xidmətlərin təhlükəsizliyinin, etibarlılığının və keyfiyyətinin qarantıdır. Onlar biznes üçün strateji alət olmaq, istehsal xərclərini minimuma endirmək, resurslardan daha qənaətlə və səmərəli istifadə etmək və ətraf mühitə daha az zərər verməklə istehsal qabiliyyətinin artırılmasına və rəqabətqabiliyyətli xidmətin təklif olunmasına imkan verir. Bu günə qədər ISO tərəfindən 20 mindən çox beynəlxalq standart işlənib hazırlanmışdır.

Ölkəmizin beynəlxalq təşkilatlarda üzv qismində təmsil olunması dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətləndirilməsinə geniş imkanlar yaradır və Azərbaycan brendinin dünyada tanıdılmasında böyük əhəmiyyət daşıyır. Bu da ölkəmizin keyfiyyət infrastrukturu sahəsində və elmi-texniki əməkdaşlığın həyata keçirilməsində xarici tərəfdaşlar qarşısında möhkəm etibar qazanması, yerli sahibkarların öz məhsullarını maneəsiz və operativ şəkildə xaricə çıxarması baxımından olduqca vacibdir. Bu baxımdan qarşılıqlı əməkdaşlıq ölkəmizin qloballaşma proseslərinə inteqrasiyasını, irimiqyaslı beynəlxalq və regional layihələrə qoşulmasını, “Made in Azerbaijan” brendi ilə ixrac olunan məhsullarımızın imicinin də yüksəlməsini formalaşdıran amillərdəndir.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da keyfiyyətə nəzarət infrastrukturunun inkişafı və tənzimlənməsi standartlaşdırma, akkreditasiya, sertifikatlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi üzrə fəaliyyət istiqamətləri vasitəsilə həyata keçirilir. Bu sahə üzrə aparılan məqsədyönlü tədbirlər muxtar respublika sakinlərinin keyfiyyətli məhsul, xidmətlərə çıxış və seçim imkanlarının yaxşılaşdırılmasına şərait yaratmışdır. Bu istiqamətdə müsbət nəticələr əldə edə bilmək üçün ixtisaslı kadr potensialının formalaşdırılması və maddi-texniki bazanın yaxşılaşdırılması da daim diqqətdə saxlanılır.

Muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsi, yeni istehsal və xidmət sahələrinin yaradılması uğurla davam etdirilməkdədir. Bu istiqamətdə qəbul edilən dövlət proqramları və atılan məqsədyönlü addımlar muxtar respublika iqtisadiyyatının yeni mərhələyə yüksəlməsinə etibarlı zəmin yaratmışdır. Son illərdə dinamik iqtisadi inkişafı səciyyələndirən əsas cəhətlərdən biri də muxtar respublikada sənayenin sürətli inkişafına göstərilən dövlət dəstəyidir. Belə ki, 2022-ci il Naxçıvan Muxtar Respublikasında “Sənaye ili” elan edilmiş və bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə aidiyyəti qurumlar qarşısında konkret vəzifələr müəyyənləşdirilmişdir. Sənayeləşmə siyasətinə uyğun olaraq daxili tələbatın ödənilməsində yerli məhsulların payını əhəmiyyətli dərəcədə artıran və ixrac imkanlarını genişləndirən müasir sənaye müəssisələri, yeni istehsal sahələri, o cümlədən sənaye məhəllələri yaradılmışdır. Muxtar respublikada mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi sənaye müəssisələrində rəqabətədavamlı məhsul istehsalına təkan verir.

Standartlaşdırma fəaliyyətinin inkişafını şərtləndirən mühüm amillərdən bir neçəsini də əhali gəlirlərinin artması, istehlak bazarında daha keyfiyyətli əşya və xidmətlər payının çoxalması, xüsusən də xaricə turizm səfərlərinin intensiv xarakter alması təşkil edir. Bu da öz növbəsində muxtar respublikada istehsal edilən məhsulların yüksəkkeyfiyyətli və rəqabətqabiliyyətli olması, görülən işlərin və göstərilən xidmətlərin müasir standartlara cavab verməsi üçün müvafiq işlərin aparılmasını zəruri edir. Xüsusən də Naxçıvandan kənara göndərilən və ixrac məhsulu kimi ölkəmizi xaricdə tanıdan məhsulların rəqabətədavamlılığının artması üçün olduqca vacibdir. Muxtar respublikada bu istiqamətdə həyata keçirilən məqsədyönlü fəaliyyət ixracyönümlü məhsulların xarici bazarlarda uğur qazanmasına səbəb olmuşdur. Keyfiyyətə nəzarət işi üzrə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində texniki tənzimləmə sisteminin qabaqcıl tələblərə uyğunlaşdırılması, istehlakçılara təklif olunan məhsulların keyfiyyətinin müasir standartların tələblərinə cavab verməsi və əhalinin etibarlı ərzaq məhsulları ilə təmin olunması əsas fəaliyyət istiqamətləri kimi qəbul edilməkdədir. Bu vacib sahədə işlərin müasir tələblər səviyyəsində qurulması üçün bütün zəruri infrastruktur yaradılmış, maddi-texniki bazanın yaxşılaşdırılmasına daim qayğı göstərilmişdir. Modern memarlıq üslubunda inşa edilmiş və ən müasir avadanlıqlarla təchiz olunmuş yeni inzibati binanın Xidmətin istifadəsinə verilməsi məhz bu sahəyə göstərilən xüsusi diqqət və qayğının təcəssümüdür. Zirzəmi qatı ilə birlikdə 5 mərtəbədən ibarət olan binada 56 iş otağı, akt zalı, laboratoriya otaqları, reyestrin saxlanc otağı, kitabxana, arxiv, təlim-treninq otağı, ölçmə vasitələrinin saxlanması və yoxlanma otaqları, standartlar üzrə informasiya otağı, standart və patent fondu yerləşir. Laboratoriyalarda elektrik, təbii qaz və su sayğaclarının yoxlanılması, eləcə də təzyiq, temperatur, çəki və həcm ölçmə vasitələrinin kalibrlənməsi üzrə çoxfunksiyalı avadanlıqlar quraşdırılmış və bu maddi-texniki bazadan səmərəli şəkildə istifadə edilməkdədir.

İqtisadiyyatın dinamik inkişafı məqsədilə kiçik sahibkarlıq subyektlərinin və ailə təsərrüfatı sahiblərinin iqtisadi resurslara çıxışının təmin olunması və onlara dövlət dəstəyinin göstərilməsi istiqamətində prioritet vəzifələr müəyyənləşdirilmişdir. Bu yöndə həyata keçirilən siyasətə uyğun olaraq cari ilin ötən dövrü ərzində 31 müəssisədə istehsal olunan 70 məhsulun etiket layihəsinin standartlara uyğun olaraq hazırlanmasına metodiki köməklik göstərilmişdir. Muxtar respublikada ixracyönümlü məhsul istehsal edən müəssisələrin nümayəndələrinin iştirakı ilə ISO beynəlxalq idarəetmə standartları üzrə vaxtaşırı maarifləndirici seminarlar keçirilərək müvafiq standartların əsas prinsip və tələbləri izah edilməkdədir.

Keyfiyyətə nəzarət tədbirləri çərçivəsində 2022-ci ilin ilk doqquz ayı ərzində ümumilikdə məhsulların 693 halda, o cümlədən qida məhsullarının 640 halda keyfiyyət göstəriciləri üzrə laboratoriya sınağı aparılmış və bu istiqamətdə nöqsan aşkar edilməmişdir.

Hazırda Xidmətin müvafiq şöbəsində Azərbaycan Respublikasında qüvvədə olan 20 mindən çox dövlətlərarası, 1000-ə yaxın dövlət standartı mövcuddur ki, bu hüquqi bazadan da aktiv istifadə olunmaqdadır.

Gəlirindən, fəaliyyət sahəsindən, işinin həcmindən və bazardakı mövqeyindən asılı olmayaraq istənilən təsərrüfat subyektinin nailiyyət əldə etməsinin ən səmərəli yolu standartların tələblərinə uyğun fəaliyyətin təşkil edilməsidir. Muxtar respublikada standartlaşdırma sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər bundan sonra da üstün istiqamət kimi davam etdiriləcəkdir.

Comments are closed, but trackbacks and pingbacks are open.