Miles&Smiles PAŞA Bank” kartları haqqında
“Miles&Smiles Platinum” kart sahibləri “Lounge Key” biznes zallarına ildə 2 dəfə, “Miles&Smiles Black” kart sahibləri ildə 10 dəfə, “Miles&Smiles Elite” kart sahibləri isə limitsiz giriş edə bilər.
Daha ətraflı: https://pshb.az/3T6hEkq
İnsaytlar
Təqdim etdiyiniz brend bazarda çox yaxşı bir vəziyyətdə və ya bazar lideri ola bilər, amma gələcəyi təxmin etmək və strateji planlama üçün daima bazarın nəbzini tutmaq lazımdır. Mövcud bazarın datalarını (bazar və onun iştirakçıları haqqında məlumatları/verilənləri) bilmədən və onları doğru şərh etmədən bu gün və ya gələcək üçün plan qurmaq təməlləri olmayan bina inşa etməyə bənzəyir.
Yalnız öz təcrübələriniz və intuisiyanızla, heç bir bazar araşdırması etmədən, ölçmə və qiymətləndirmə aparmadan məhsul və xidmətlər təklif etdiyiniz zaman dəyişən bazar dinamikasından xəbərdar olmadığınıza görə məhsulunuz zamanla bazar payı itirməyə başlayacaqdır. Halbuki, bazar və müştərinin yenilik, dəyişiklik, uyğun qiymət, satış sonrası dəstək, innovativlik kimi gözləntiləri var və bu gözləntilər daim dəyişir və yenilənir. Yeniliklərə ayaq uydurmadığınız zaman istər bazara yeni məhsul çıxarın, istərsə də, olduğunuz bazarda davam edin, rəqiblərinizin gerisində olacaqsınız. Bu o deməkdir ki, fəaliyyət göstərdiyiniz bazarda bazar araşdırması etməyiniz zəruridir.
Bazar araşdırması etdikdən sonra
– Hədəf kütləniz kimdir?
– Bazarın böyüklüyü nə qədərdir?
– Dünyada bu bazarın böyüklüyü nə qədərdir?
– Ölkədə bu bazarın böyüklüyü qədərdir?
– Rəqiblərin bazar payı nə qədərdir?
– Sektorda fürsətlər və təhlükələr nələrdir?
Kimi suallara aydın cavablar tapa bilərsiniz.
Deyək ki, bu suallara, bəlkə də daha çoxuna cavab tapmaq və bu cavablara əsaslanaraq işinizlə bağlı strateji və idarəetmə qərarları vermək üzrə bir bazar araşdırması gerçəkləşdirdiniz. Nəticədə bəzi dataları əldə etdiniz, amma sadəcə əldə olunmuş datalardan tətbiq edilə bilən nəticə çıxarmağınız çox çətin olacaqdır. Önəmli olan bu dataların doğru analiz və şərh edilməsidir. Yaxşı və keyfiyyətli araşdırma hesabatı işinizlə bağlı ortaya çıxan kritik suallara cavab verməklə yanaşı, sizə strategiyanızı müəyyən etməyə kömək edəcək fəaliyyət istiqamətləri də təqdim edəcəkdir.
Bazar araşdırması bir şirkətin uğuru üçün çox vacib olsa da, büdcə ayırmaq məsələsinə gəldikdə bir çox şirkət bunu bir maddi yük olaraq görür. Keyfiyyətli bazar araşdırması həmişə ucuz başa gəlməsə də, sadəcə marketinq üçün yox, bütünlüklə şirkət üçün çox əhəmiyyətlidir. Faydaları xərci üstələyir. Burada sadəcə olaraq, xərclənən maddi vəsaitə investisiya kimi baxmaq lazımdır. Bəzi şirkətlər bazar araşdırmalarının olmamasını və ya qeyri-kafi araşdırmasının olmasını şirkəti riskə atdığını başa düşür. Lakin digərləri isə hələ də, bazar araşdırmasına maliyyə ayırmamaq üçün ciddi səylər sərf edir. Bunun əhəmiyyətini bilmək üçün sadəcə olaraq keyfiyyətli bazar araşdırmasından istifadə etməklə necə uğurlu nəticələr əldə edildiyini görmək lazımdır.
Bazar araşdırmasından satışları artırmaq üçün istifadə etmək
Bazarı anlamaq yaxşı bir satış planı hazırlamaq üçün ilk addımınızdır. Bazarı anlamaq üçün isə bazar araşdırması etmək lazımdır. Yəni, effektiv satış planı bazar araşdırmalarına söykənir. Satışda uğurlu olmaq üçün sadəcə nə satdığınızı bilmək kifayət etmir. Eyni zamanda ümumi mənzərə, rəqabət və trendlər də daxil olmaqla bazarın özünü öyrənməlisiniz. Mövcud olduğu təqdirdə, bazarın əsas oyunçularıı və onların hərəkətlərindən daim xəbərdar olan bazar araşdırması satışa ciddi bir dəstək verir.
Hədəf seqmentinizi ümumiləşdirərək təsvir edin:
- Hədəflədiyiniz seqment;
- Həmin bazardakı insanların tipləri;
- Hər seqmentdə ölçülər;
- Əvvəlki satış həcmi və potensial satış həcminə görə seqmentasiya.
Bazar araşdırması əsasında təsvir edin:
- Nə üçün satdığınız məhsula və xidmətə tələb var?;
- Hazırda bazardakı mövqeyiniz necədir – güclü/zəif tərəfləriniz və fürsətlər/təhlükələr daxil olmaqla;
- Rəqiblərinizin güclü və zəif tərəfləri, fürsət və təhlükələri.
Satış planınıza seçdiyiniz bazarda yaranan və ya proqnozlaşdırılan trendləri də daxil etmək mümkündür.
Bazar araşdırmasından yalnız marketinq üçün istifadə etmək qaçırılmış fürsətdir
Əksər şirkətlərdə müştəri zəkası (customer intelligence) – yəni müştəri məlumatlarının toplanması və təhlili əsasən müştəri münasibətlərinin yaxşılaşdırılması üçün istifadə olunur. Müştərinin alış tərzini və tezliyini daha yaxşı başa düşməklə məhsul təkliflərinizi daha effektiv şəkildə idarə edə bilərsiniz. Ağıllı şirkətlər bunun marketinqin effektivliyinə potensial təsirini başa düşürlər. Xüsusilə, yeni texnologiyalar və sosial media vasitəsilə alınan məlumatların toplanması, analizi və istifadəsi imkanları müştəri davranışlarındakı trendləri və yenilikləri müəyyənləşdirmək üçün güclü bir vasitədir.
Şirkətlər mövcud müştəriləri haqqında məlumatları toplayıb, onlara yenilənmiş məhsullar təklif edə bilər. Məsələn, forklift (avtokar) istehsalçısı Fenwick forkliftlərinə məlumat toplayan radiotezlik identifikasiyası (RFID) sensorları quraşdırdı və müştərilərindən onun avadanlıqlarını necə istifadə etməsi ilə bağlı məlumatları toplamağa başladı.. Bu araşdırmadan istifadə edərək maşınlarına uzaqdan izləmə, müştəriyə məxsus intranet və forklift üçün sürücülük məktəbi təsis etdi. Bu gün 500 milyon avro olan gəlirinin 50%-ni son on beş ildə əlavə olaraq verdiyi bu xidmətlərdən əldə edir.
Şirkətlər müasir dövrdə yalnız öz müştərilərindən aldığı məlumatlarla deyil, həmçinin onlayn olaraq dünyada insanların müzakirələrini və fikirlərini təhlil edərək böyük fürsətlər əldə edə bilərlər. Məsələn, Schwarzkopf veb saytının trafik və satış baxımından işini yaxşılaşdırmaq üçün bu tipli bir araşdırma etmək istədi. Şampun istehlakçılarının əslində nə axtardığını başa düşmək və saç baxımındakı problemləri bilmək üçün bloglarda milyonlarla istehlakçının rəylərini şərh alqoritmaları vasitəsilə analiz etdi. Nəticədə istehlakçıların saç tiplərinə fokuslandığı məlum oldu. Şirkət veb saytını yenilədi, brend və məhsul siyahısı əvəzinə saç tiplərinə (buruq saçlar, nazik saçlar, sarı saçlar və s.) yönəldi. Veb trafiki on dəfədən çox artırdı, satışları da həmçinin kifayət qədər çoxaldı.
İndi siz düşünün, şirkətiniz hansı fürsətləri itirir?!
Bazar araşdırması yalnız mövcud fikir və qərarlarınızı dəstəkləmək üçün deyil, qərarlarınıza istiqamət vermək üçün edilməlidir. Güvənilən araşdırma şirkətinin sizin şirkətinizə özəl hazırladığı hesabat nəticəsində strateji planlanlarınızda dəyişikliyə vadar edəcək tapıntılar ortaya çıxa bilər. Nəticələr sizə “Xeyr, bu sektora girilməməlidir”, “Bu şirkətə yatırım edilməməlidir” deyə bilər. Araşdırma zamanı və sonrasında açıq fikirli və bitərəf olmaq ən önəmli kriteriyalardandır. Araşdırma nəticələrinin əvvəldən müəyyən edilən fikirlərə uyğun hala gətirilməyə çalışılması isə mütləq mənfi nəticələrə gətirib çıxaracaqdır.
“Miles&Smiles PAŞA Bank” kartları haqqında
İstənilən şəxs onlayn müraciətlə, pulsuz çatdırılma ilə “Miles&Smiles PAŞA Bank” kartlarını əldə edə bilər.
“Miles&Smiles PAŞA Bank” kartlarını necə əldə etməliyəm?
Aşağıdakı üsullardan biri ilə kartı asanlıqla əldə edə bilərsiniz:
– Veb-saytımızdan sifariş edə bilərsiniz: https://pshb.az/3Cn9RYM
– Sosial media kanallarımız vasitəsilə əlaqə nömrənizi qeyd edə bilərsiniz. Bu zaman əməkdaşlarımız sizdən sifarişi şifahi sorğunuz əsasında qəbul edəcək.
– Əlaqə mərkəzinə zəng edə bilərsiniz: *9123
18 yaşdan aşağı şəxslərin “Miles&Smiles PAŞA Bank” kartlarını əldə etməsi mümkündürmü?
Bəli, valideynlərin icazəsi ilə 18 yaşdan aşağı şəxslərin kartı əldə etməsi mümkündür.
“Miles&Smiles PAŞA Bank” kartlarının və millərin istifadə müddəti nə qədərdir?
Kartların və millərin istifadə müddəti 3 ildir. Məsələn, kartınızın bitmə tarixi 2022-ci ildirsə elə həmin ildə də qazandığınız millərin son istifadə tarixi 2025-ci ildir.
Kart kredit kartıdır?
Xeyr, kartlarımız debit kartlarıdır. Yəni, karta mədaxil etməklə kartdan ödəniş etmək mümkündür.
Kart neçə günə hazır olur?
Kart 5 iş günü ərzində hazırlanır.
Kartın çatdırılması necə həyata keçirilir?
Kart hazır olduqdan sonra kuryer vasitəsilə sizin ünvanınıza pulsuz çatdırılacaq.
Daha ətraflı: https://pshb.az/3yomMbW
Karta necə mədaxil edə bilərəm?
Karta vəsaiti asanlıqla mədaxil etmək mümkündür:
– Sizə yaxın filialın kassasından;
– Million və e-manat ödəniş terminalları vasitəsilə;
– ATM vasitəsilə;
– PAŞA Bank Mobil tətbiq vasitəsilə;
– Köçürmə yolu ilə.
“Miles&Smiles PAŞA Bank” kartlarının digər miles debet kartlardan fərqi nədir?
“Miles&Smiles PAŞA Bank” kartlarına məxsus bütün üstünlüklər barədə buradan ətraflı məlumat əldə etmək olar: https://pshb.az/3V3vAxH
Kartın istifadə müddəti bitdikdə toplanmış millər silinir?
Xeyr, millərin əldə edildiyi tarixdən etibarən 3 il müddətində istənilən zaman uçuş biletinə çevirmək mümkündür.
Daha ətraflı: https://pshb.az/3ymvN5c
“Miles&Smiles PAŞA Bank” kartlarını bir-birindən fərqləndirən cəhətlər hansılardır?
Buraya daxil olaraq kartlarımızın əsas xüsusiyyətlərini fərqləndirə bilərsiniz: https://pshb.az/3MddEfM
“Çatbot konsyerj” xidməti haqqında
Çatbot konsyerj xidməti nədir?
Səyahətlə bağlı bir çox sorğunuza “WhatsApp”, “Telegram”, “Viber” tətbiqindən dərhal cavab verəcək platformadır.
Daha ətraflı: https://pshb.az/3rCHktr
Necə istifadə edə bilərəm?
Bunun üçün “Miles&Smiles PAŞA Bank” kartını əldə etdikdən sonra sizə göndərilən müvafiq SMS vasitəsilə qeyd olunan tətbiqlərdən qeydiyyatdan keçərək istifadə edə bilərsiniz.
Daha ətraflı: https://pshb.az/3rCHktr
“Lounge Key” xidməti haqqında
“Lounge Key” xidməti nədir?
“Miles&Smiles PAŞA Bank” kartları ilə biznes zallara pulsuz və limitsiz giriş imkanıdır.
“Lounge Key” xidmətindən necə istifadə edə bilərəm?
“Miles&Smiles Platinum” kart sahibləri “Lounge Key” biznes zallarına ildə 2 dəfə, “Miles&Smiles Black” kart sahibləri ildə 10 dəfə, “Miles&Smiles Elite” kart sahibləri isə limitsiz giriş edə bilər.
Daha ətraflı: https://pshb.az/3T6hEkq
“Lounge Key” biznes zallarında hansı xidmətlər təqdim olunur?
– Komfortlu gözləmə yerləri
– İnternetə (Wi-Fi) çıxış
– TV, içki və qəlyanaltılar
– Reyslə bağlı məlumat əks olunan monitor, duş, kondisioner
Xidmətlər hava limanına görə fərqlənə bilər. Bütün xidmətlərin siyahısı ilə proqramın saytında və ya mobil tətbiqdə tanış olmaq olar.
“Lounge Key” mobil tətbiqini buradan yükləyin:
“Android”: https://pshb.az/3zOj6Qr
“iOS”: https://pshb.az/3QsKc6o
”Lounge Key” zalını necə tapa bilərəm?
Hava limanlarında “Lounge Key” biznes zallarının loqotipi ilə göstəricilər yerləşdirilib.
Həmçinin, zalların yeri ilə bağlı informasiya ilə veb-saytdan və ya mobil tətbiqdən tanış olmaq mümkündür.
Daha ətraflı: https://pshb.az/3T6hEkq
“Lounge Key” biznes zalına keçmək üçün xüsusi kart lazımdırmı?
Xeyr, “Miles&Smiles PAŞA Bank” kartınız, minik talonu və şəxsiyyətinizi təsdiq edən sənəd kifayətdir. Həmçinin, “Lounge Key” biznes zalına daxil olmaq üçün veb-saytda heç bir qeydiyyata ehtiyac yoxdur.
“Lounge Key” biznes zalını kart sahibi olmayan ziyarət edə bilərmi?
Kart sahibini müşayiət edirsə, bəli. Bu zaman, kart sahibinin də orada olması mütləqdir.
Pulsuz ziyarətlər müşayiət edən şəxslərə aid edilirmi?
Xeyr, yalnız kart sahibinə aid edilir. Müşayiət edən şəxslərin “Lounge Key” biznes zalını ziyarət edə bilməsi üçün hər adama Mastercard üzrə 30 USD, Visa kartı üzrə isə 32 USD ödəniş etməsi lazımdır.
Kart sahibini neçə qonaq müşayiət edə bilər?
Orta hesabla, 4-6 nəfər. Qonaq sayı hər zalın qaydalarına uyğun təyin edilir.
Daha ətraflı: https://pshb.az/3T6hEkq
“Lounge Key” biznes zalında uşağa görə ödəniş etmək lazımdırmı?
Hər bir zalın daxili qaydasına əsasən dəyişə bilər.
Daha ətraflı: https://pshb.az/3PdWBdq
Pulsuz ziyarətlərin sayını necə öyrənmək olar?
Biznes zallarının ziyarət tarixçəsini veb-saytda qeydiyyatdan sonra və ya mobil tətbiqdə izləyə bilərsiniz.
Daha ətraflı: https://pshb.az/3T6hEkq
Mil haqqında əsas məlumatlar
Mil nədir?
Mil – etdiyiniz nağdsız ödənişlər müqabilində toplanan və uçuş biletinə çevrilə bilən bonus növüdür.
1 mil qazanmaq üçün xərclənməli olan məbləğ:
“Platinum” kartı üzrə – 3 AZN
“Black” kartı üzrə – 2 AZN
“Elite” kartı üzrə – 1 AZN
Mil necə hesablanır?
“Miles&Smiles PAŞA Bank” kartları ilə nağdsız ödənişlər etdikdə hesablanır.
Qeyd: Gömrük ödənişlərində mil hesablanması üçün ödənişlər yalnız gömrükdə, POS-terminal vasitəsilə icra olunmalıdır. Onlayn həyata keçirilmiş gömrük ödənişlərinə mil hesablanmır.
TK nömrəsi nədir?
Türk Hava Yollarının “Miles&Smiles” proqramı çərçivəsində təqdim etdiyi fərdi identifikasiya nömrəsidir. TK nömrəniz yoxdursa o, kartın sifarişi zamanı avtomatik olaraq yaradılacaq.
Digər mil kartının TK hesabına mil göndərə bilərəmmi?
Bəli, əgər hər iki tərəf millərlə 2 il ərzində ən azı bir uçuş həyata keçiribsə mümkündür.
Mili necə istifadə edə bilərəm?
Ödənişlər edərək topladığınız milləri 26 aviaşirkətdə (THY və “Star Alliance” üzvləri) uçuş biletinə dəyişə bilərsiniz.
Türk Hava Yolları üçün daxil olun: https://pshb.az/3SK5Epc
“Star Alliance” üzvləri isə aşağıdakılardır:
1. “Lufthansa”
2. “United Airlines”
3. “Air Canada”
4. “Swiss Airlines”
5. “Air China”
6. “Singapore Airlines”
7. “Turkish Airlines”
8. “LOT Polish Airlines”
9. “Scandinavian Airlines” (SAS)
10. “Shenzhen Airlines”
11. “Aegean Airlines”
12. “Air India”
13. “Air New Zealand”
14. “All Nippon Airways” (ANA)
15. “Asiana”
16. “Austrian Airlines”
17. “Avianca”
18. “Brussels Airlines”
19. “Copa Airlines”
20. “Croatia Airlines”
21. “EgyptAir”
22. “Ethiopian Airlines”
23. “EVA Air”
24. “South African Airlines”
25. “TAP Portgual”
26. “Thai Airways”
Milin hansı növləri var?
– Ödənişlər üzrə millər – Nağdsız ödənişlər zamanı “Miles&Smiles PAŞA Bank” kartı ilə ödəniş etdikdə hesablanan millərdir.
– “Xoş gəldin” milləri – yeni kart əldə etdikdə bank tərəfindən müştəriyə təqdim olunan millərdir.
Kartı əldə etdikdə dərhal əlavə şərtsiz “xoş gəldin” milləri qazanmaq mümkündür. Daha ətraflı: https://pshb.az/3McdPbt
“Miles&Smiles” müştərisi yeni kart əldə etdikdə və ya mövcud kartı yenilədikdə/ dəyişdirdikdə “xoş gəldin” milləri hesablanmır.
– Kampaniya milləri – Bank tərəfindən keçirilən kampaniyalar zamanı hesablanan əlavə millərdir.
– Əlavə millər – Partnyorlarımızda ödəniş etdikdə hesablanan əlavə millərdir.
Bütün partnyorlarımızı tanımaq və partnyorlardan millərin hesablanması qaydası ilə buradan tanış olmaq olar: https://pshb.az/3ypsJ8p
Millərin hesablanması qaydası
1000 AZN-lik bilet üçün nə qədər mil toplamalıyam?
Bir çox istiqamət üzrə nə qədər mil lazım olduğu haqqında buradan ətraflı məlumat əldə edə bilərsiniz: https://pshb.az/3T0KuTs
Biletlərin qiyməti, nə qədər mil lazım olduğu mövsümdən, tələbdən asılı olaraq dəyişə bilər.
Hansı əməliyyatlara görə millər hesablanmır?
Aşağıda qeyd olunan əməliyyatlara görə millər hesablanmır:
– ASAN Ödənişləri;
– Dəmir yolları – yüklərin və sərnişinlərin daşınması;
– Sərnişin daşıması – bərə daxil olmaqla şəhərətrafı və yerli nəqliyyat xidmətləri;
– Avtobus xətləri;
– Pul köçürmələri;
– Mənzil-kommunal xidmətləri;
– Tütün mağazalarından ödənişlər;
– ATM və POS-terminal vasitəsilə nağdlaşdırma əməliyyatları;
– Kredit ödənişi, hesaba mədaxil əməliyyatları, pul köçürmələri;
– Maliyyə insitutları üzrə ödənişlər;
– E-cüzdan balans artırma və digər maliyyə xidmətləri
– Xidmətlərə görə ödəniş – pul köçürmələri
– Kartdan karta pul köçürmələri (yerli və ölkəxarici köçürmələr);
– Hökümət lotereyaları üzrə ödənişlər;
– Qumar ödənişləri;
– At/Tazı yarışları üzrə ödənişlər;
– Xeyriyyə və sosial xidmətlər üzrə ödənişlər;
– Siyasi və dini təşkilatlar üzrə ödənişlər;
– Uşaq dəstəyi, aliment ödənişi də daxil olmaqla qanuni ödənişlər;
– Cərimələr, girov və istiqrazlar üzrə ödəmələr;
– Vergi ödənişləri;
– Poçt xidmətləri.
Toplanmış millər hesabda nə zaman əks olunur?
Ödənişdən sonra qazandığınız millər 15 gün ərzində hesabınıza köçürüləcək.
Millər hesablanmadıqda nə etməliyəm?
Topladığınız millər hesabınızda əks olunmadıqda *9123 nömrəsi ilə əlaqə saxlaya və ya customer.care@pashabank.az ünvanına müraciət edə bilərsiniz.
Hesablanmış millərin köçürülməsi bank tərəfindən tranzaksiyaların emalı əsasında aparılır. Daha ətraflı məlumat üçün *9123 çağrı mərkəzimizlə əlaqə yarada bilərsiniz.
Toplanılan millər barədə məlumatı haradan əldə edə bilərəm?
Mil balansınızı aşağıda göstərilən üsullarla izləyə bilərsiniz:
• “PAŞA Bank” mobil tətbiqi vasitəsilə: https://pshb.az/mobiltetbiq
• THY veb-saytından şəxsi kabinetə daxil olmaqla və ya THY mobil əlavəsindən: https://pshb.az/3CtdZXm
• Bankın Əlaqə Mərkəzinə müraciət etməklə: *9123
Millərin biletə çevrilməsi
Milləri necə biletə çevirə bilərəm?
Topladığınız milləri THY veb-saytı və ya mobil tətbiqi vasitəsilə aviabiletə çevirə bilərsiniz.
Daha ətraflı: https://youtu.be/R84vf-kdJ8M
Toplanmış millərlə hara uça bilərəm?
Topladığınız millərlə dünyanın bir çox istiqamətinə aviabilet əldə edə bilərsiniz.
Daha ətraflı: https://pshb.az/3T0KuTs
Uçuş biletinin tam qiymətini millərlə ödəyə bilərəmmi?
Bəli, yalnız hava limanı üzrə vergi rüsumu ödənməlidir.
Qeyd: “Classic Plus”, “Elite”, “Elite Plus” status sahibləri vergi rüsumunu da millərlə ödəyə bilər.
Digər
Yüksək riskli ölkələrdə edilən əməliyyatlara aid
“Miles&Smiles PAŞA Bank” kartları ilə yüksək riskli ölkələrdə edilən əməliyyatlara müəyyən limitlər tətbiq olunur.
Həmin ölkələrdə məhdudiyyət yalnız ATM-lərdə nağdlaşdırma zamanı baş verir.
Onlayn edilən əməliyyatlara isə heç bir məhdudiyyət yoxdur. Yüksək riskli ölkələrin siyahısı ilə buradan tanışmaq olar. Limitin müvəqqəti aradan qaldırılması üçün sizə yaxın filialımıza və ya Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.
Mil hesablanmamasına aid
Nəzərə alın ki, topladığınız millərlə əldə etdiyiniz aviabilet üçün yenidən mil hesablanmır.
Səyahət sığortası
Sığorta təminatı hansı ölkələrdə keçərlidir?
Sığorta təminatı hər səfərin müddəti ardıcıl 60 gündən çox olmamaq şərtilə bütün səyahətlər üçün dünyanın istənilən yerində sizə təqdim olunur. Səfəriniz ardıcıl olaraq 60 gündən çox olarsa, səfərin hər hansı bir hissəsi üçün sığorta təminatı təmin edilməyəcəkdir. Sığorta təminatının maksimum etibarlılığı hər 12 aylıq dövr üçün ölkə xaricində 183 gündür. Səfərlər yaşayış ölkənizdə başlamalı və bitməlidir. Bir tərəfli uçuş bileti üçün sığorta təmin olunmur. Yaşadığınız ölkə ərazisində etdiyiniz səfərlər üçün sığorta təminatı yalnız evinizdən 100 km çox məsafəni qət etdikdə və əvvəlcədən hər hansı otel, motel, tətil evi, mini-otel, istirahət mərkəzi və digər oxşar ödənişli yaşayış yerlərində ən az iki günlük reservasiya etdiyiniz halda təqdim edilir.
Bilet “Black Edition” və ya “World Elite” kartı ilə ödənilməyibsə və ya qismən ödənilibsə, sığorta təminatı etibarlıdırmı?
Sığorta təminatı bütün xərclər sığortalanmış kart ilə tam ödənildiyi təqdirdə etibarlıdır.
Uçuş bileti bir neçə ay əvvəl alındığı halda, sığorta müddəti hansı dövrdən tətbiq olunmağa başlayır?
Sığorta səfərin ilk günündən qüvvəyə minir, eyni zamanda səfərin müddəti 60 gündən artıq olmamalıdır.
Sığorta hadisəsi baş verdiyi zaman kart sahibi ailə üzvlərinin yanında deyilsə, sığorta təminatı etibarlı sayıla bilərmi?
Sığorta təminatı yalnız kart sahibi ailə üzvləri ilə birlikdə səyahət etdiyi halda etibarlıdır.
Sığorta hadisəsi baş verdiyi zaman kart sahibinin üzərində kart yoxdursa, sığorta etibarlı sayıla bilərmi?
Sığorta təminatına dair şərtlər qarşılandığı təqdirdə kartın mövcudluğu mühüm deyil.
Baqaj itkisi sığorta təminatına daxildirmi?
Bu riskin ətraflı təsviri sığorta şərtlərinin 23-cü səhifəsində verilmişdir.
Sığorta hadisəsi baş verən zaman sığorta şirkətinin hansı əlaqə nömrələri ilə əlaqə saxlamaq lazımdır?
+90 212 922 04 25
Yeni səyahətlərə açarınız!
- Kampaniyalar
- Xəbərlər
- Sənədlər
- F.A.Q.
- Partnyor olmaq
- Sizə zəng edək?
- Mil hesablanmayan ödənişlər
13, Yusif Məmmədəliyev küç., Bakı, AZ1005, Azərbaycan
Korporativ müştərilər üçün:
*8123 / (+994 12) 496 50 04
Fərdi müştərilər üçün:
*9123 / (+99 412) 496 50 00
Baş ofis:
(+994 12) 496 51 00
F: (+994 12) 496 50 10
E: customer.care@pashabank.az
Ən son məlumatları buradan izləyin:
© 2007-2022 PAŞA Bank
Bank Azərbaycan Respublikası Mərkəzi Bankının 250 saylı 28 noyabr 2007-ci il tarixli lisenziyası əsasında fəaliyyət göstərir
Star rider mağazasından necə istifadə edə bilərəm?
Xəbər verildiyi kimi, Azərbaycanda ticarət və ictimai iaşə sektorunda ödənişoər üxrə ƏDV-nin qaytarılması prosesinə başlanıb.
FED.az ölkə üzrə əhəmiyyətini nəzərə alaraq ƏDV-nin qaytarılması ilə bağlı ortaya çıxan əsas suallar və onların cavablarını təqdim edir:
Satıcı kimdir?
Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisidir.
İstehlakçı kimdir ?
Satıcıdan malı alan fiziki şəxsdir.
Portalda qeydiyyatın aparılması necə baş verir?
Şəxsiyyətinizi təsdiq edən sənədin ‘FİN’ kodunu və mobil nömrənizi, doğum tarixinizi, həmçinin nömrənizə göndərilmiş olan birdəfəlik şifrəni daxil etdikdən sonra şifrə təyin etməklə elektron kabinetinizi yarada bilərsiniz. Portaldan yalnız 16 yaşı tamam olmuş şəxslər qeydiyyatdan keçə bilər
Giriş etmək üçün hansı məlumatları daxil etməliyəm ?
Portala giriş etmək üçün şəxsiyyətinizi təsdiq edən sənədin ‘FİN’ kodunu və ya qeydiyyatdan keçərkən istifadə etdiyiniz mobil nömrəni, həmçinin qeydiyyat zamanı yaratdığınız şifrəni daxil etməlisiniz.
Giriş şifrəsini unutmuşam, şifrəni necə bərpa edə bilərəm ?
“Şifrənin bərpası” imkanı vasitəsilə şəxsiyyətinizi təsdiq edən sənədin ‘FİN’ kodunu və qeydiyyatdan keçərkən istifadə etdiyiniz mobil nömrəni daxil edib, mobil nömrənizə göndəriləcək olan birdəfəlik şifrəni daxil etməklə yeni şifrə təyin edə bilərsiniz.
ƏDV məbləğini geri qaytarmaq üçün nə etməliyəm?
Portala giriş etdikdən sonra çekin fiskal ID-sini qeyd edib, axtarış etməlisiniz.
QR kod vasitəsilə ƏDV geri qaytarmaq mümkündür?
Bəli, BirBank mobil tətbiqi vasitəsilə çekin üzərində əks olunan ‘QR kodu’ oxutmaqla, açılan pəncərədə ƏDV-nin geri qaytarılmasını təsdiq etmək kifayətdir. Bu zaman ƏDV-nin qaytarılması ilə bağlı sorğu BirBank mobil nömrəsi ilə “edvgerial.az” portalında bu nömrə ilə qeydiyyatı mövcud olan şəxsin elektron kabinetinə ötürüləcəkdir.
BirBank mobil tətbiqi haradan yükləyə bilərəm?
BirBank mobil tətbiqini android əməliyyat sistemli mobil cihazlardan “Play Store”, iOS əməliyyat sistemli mobil cihazlardan isə “Apple Store”-dan yükləyə bilərsiniz.
Kapital Bank müştərisi deyiləm, mən BirBank mobil tətbiqindən istifadə edə bilərəm?
Bəli, “Kapital Bank müştərisi deyilsiniz?” bölməsinə daxil olmaqla, mobil nömrə ilə qeydiyyatdan keçə bilərsiniz.
Fiskal ID nədir?
Malın sürətli məlumat kodu olaraq xüsusi qurğular vasitəsilə oxuna bilən QR kod və ya çek üzərində nəzarət mexanizmi qurğusu tərəfindən formalaşdırılan 12-lik say sistemi üzrə simvollardan ibarət unikal identifikator, yeni çek formalarının üzərində çap olunması zəruri olan məlumatlardır.
Çek sistemə daxil edildikdən sonra nə baş verir?
Nəzarət-kassa aparatı çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılaraq istehlakçı məlumatlandırılır və çekin təsdiqlənməsi dərhal elektron kabinetində əks olunur.
Malların dəyəri hansı şəkildə ödənilə bilər?
Ödənişin aparılma formasında məhdudiyyət nəzərdə tutulmur, ödəniş alıcının istəyinə uyğun olaraq nağd və ya nağdsız formada ola bilər.
Geri qaytarılmalı olan ƏDV məbləği necə hesablanır?
Pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılmalı olan hissəsi nağdsız ödənişlər üzrə 15%, nağd ödənişlər üzrə isə 10% həcmində müəyyən edilmişdir.
ƏDV-yə cəlb olunan hansı mallara görə ödənilmiş ƏDV qaytarılmır?
Neft və qaz məhsullarına görə ödənilən ƏDV qaytarılmır.
Çek üzrə “gözləmə” statusu nədir?
Çekin yaranma tarixindən 30 təqvim günü keçmədiyi halda, çekin fiskal ID-si portalda daxil edilərkən ƏDV-nin qaytarılmasına dair sorğu “gözləmə” status ilə “Tarixçə” bölməsində saxlanılır.
Çek üzrə “qaytarılan” statusu nədir?
Çekin yaranma tarixindən 30 təqvim günü artıq keçibsə, çekin fiskal ID-si portalda daxil edilərkən ƏDV məbləği dərhal istehlakçının virtual hesabına köçürülür , “qaytarılan” statusu ilə “Tarixçə” bölməsində saxlanılır.
Çek üzrə “ləğv olunan” statusu nədir?
Çekin yaranma tarixindən 30 təqvim günü keçdikdən sonra çekin statusu vahid məlumat bazası ilə avtomatik olmaqla təkrar yoxlanlır. Çek qüvvədə olmadıqda, “ləğv olunan” statusu ilə “Tarixçə” bölməsində saxlanılır.
Çeki neçə gün ərzində portala daxil edə bilərəm?
Çek yarandığı tarixindən sonrakı gündən başlayaraq 90 gün ərzində ƏDV məbləğinin geri qaytarılması məqsədilə portala əlavə edilməlidir.
“Çek tapılmadı” xətası hansı hallarda əks olunur?
Çekin fiskal ID məlumatları yanlış olduğu təqdirdə və ya çekin məlumatları vahid məlumat bazasına hələ yüklənmədiyi halda, müvafiq xəta mətni əks olunur. Qeyd: Nəzarət-kassa aparatlarının istismarı qaydasına əsasən internet şəbəkəsinin olmadığı şəraitdə 7 gün ərzində NKA vasitəsilə aparılan əməliyyatlar barədə məlumatlar nəzarət mexanizmi qurğusunda saxlanılır, başqa sözlə, çekin tapılmaması səbəblərindən biri bu məqam olar bilər.
“Bu çek üzrə alınan mallara görə ƏDV ödənilməyib” xətası hansı hallarda əks olunur?
“Vergi Məcəlləsi”nə əsasən alınan mallar ƏDV məbləği hesablanmayan və ya ƏDV-dən azad olan məhsullar olduqda müvafiq xəta mətni əks olunur.
“Bu çek üzrə qaytarılmalı ƏDV 0.01 AZN-dən azdır və ya malların dəyəri bonus və kupon ilə ödənilib və ya ödənişin növü avansdır” xətası hansı hallarda əks olunur?
Çek üzrə qaytarılmalı ƏDV məbləği 0.01 AZN-dən aşağı olduqda və ya malların dəyəri bonus, hədiyyə kartları, hədiyyə kuponları və s. ilə ödənildikdə və ya ödənişin tipi avans olduqda müvafiq xəta mətni əks olunur.
“Satıcı ƏDV ödəyicisi deyil” xətası hansı hallarda əks olunur?
“Vergi Məcəlləsi”nə əsasən ƏDV ödəyicisi olmayan satıcılar tərəfindən satılan mallar və göstərilən xidmətlərə ƏDV hesablanmadığı üçün ƏDV-nin qaytarılması nəzərdə tutulmur.
Çek məlumatlarını portala daxil etdim, lakin nəticə barədə məlumat əks olunmur. Bu halda nə etməliyəm?
Çekin fiskal ID-nin düzgün daxil olunmasını və ya həqiqiliyini “e-kassa.gov.az” internet səhifəsi üzərindən “Çeki yoxla” bölməsi vasitəsilə yoxlaya bilərsiniz. Çekin tapılmaması səbəblərindən biri də nəzarət qurğusunun internetə çıxışı olmadıqda yığılmış məlumatları 7 gün ərzində özündə saxlamasıdır. Bu halda çekin yaranma tarixindən 7 gün sonra ƏDV geri qaytarmaq məqsədilə çekin fiskal ID-sini təkrar portala daxil etməyiniz xahiş olunur.
Çek məlumatlarını portala daxil etdim, lakin portalda çek üzrə müraciətin (və ya artıq ƏDV məbləğinin) artıq qeyd olunduğu bildirilir. Bu halda nə etməliyəm?
Bu hal ilə bağlı “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə” müraciət etməyiniz xahiş olunur.
Portala daxil edilmiş çekin yaranma tarixindən 30 gün keçsə də, ƏDV məbləğinin qaytarılması elektron kabinetimdə əks olunmamışdır. Bu halda nə etməliyəm?
Qeyd olunan hal üzrə müvəkkil bank (KapitalBank ASC) ilə (012 196) əlaqə saxlaya bilərsiniz.
Geri qaytarılmış ƏDV məbləğini necə istifadə edə bilərəm?
Elektron kabinetdə toplanmış ƏDV məbləğini ölkədaxili bankların emissiya etdiyi ödəniş kartlarına köçürə və ya müxtəlif ödənişlər (mobil, kommunal, internet, TV və s.) etməklə istifadə edə bilərsiniz.
Çek sistemə daxil edildikdə təsdiqlənməmə baş verə bilərmi və bu hal hansı səbəbdən yarana bilər?
Belə hal baş verə bilər, səbəbləri isə müxtəlif ola bilər. Məsələn, nəzarət qurğusunun müvəqqəti olaraq internetə çıxışı olmadığından məlumat sistemə ötürülməmiş ola bilər, çekin məlumatları daxil olunarkən alıcı tərəfindən səhvə yol verilə bilər, çekin məlumatları alıcının özü və ya digər şəxs tərəfindən sistemə artıq daxil edilmiş ola bilər, sistemdə texniki nasazlıqlar mövcud ola bilər və s.
Nəzarət mexanizmi qurğusu nədir və nə üçün nəzərdə tutulub?
Malların təqdim edilməsi və xidmətlərin göstərilməsi zamanı aparılan hesablaşmalar barədə məlumatların Dövlət Vergi Xidmətinin informasiya sistemləri bazasına ötürülməsini, həmçinin e-kassa və istifadəçinin autentifikasiyasını təmin edən qurğudur.
Nəzarət qurğusunun internetə çıxışı olmadıqda yığılmış məlumatın hansı müddətdən sonra sistemə daxil edilməsi mümkün olmur ki, bu da öz növbəsində sistemdə çekin müəyyən olunmamasına səbəb olur?
Nəzarət qurğusu 7 gün ərzində məlumatı özündə saxlaya bilər.
Nəzarət-kassa aparatı çeki ilə yanaşı POS-terminaldan çıxarış hansı hallarda verilməlidir?
Malların dəyəri nağdsız qaydada nəzarət-kassa aparatı ilə inteqrasiya olunmayan POS-terminal vasitəsilə ödənildikdə çeklə yanaşı çıxarış verilir.
Alıcı malı qaytardıqda ƏDV məbləğinin qaytarılması necə olacaq?
Alıcı aldığı malı digər mala dəyişdirdikdə ƏDV məbləğinin qaytarılması necə olacaq?
Çek üzrə ƏDV hələ qaytarılmadıqda çek üzrə ödənilmiş tam məbləğ, ƏDV qaytarıldıqda halda isə qaytarılmış ƏDV məbləğini çıxmaqla formalaşan məbləğ qaytarılır.
Alıcı aldığı malı digər mala dəyişdirdikdə ƏDV məbləğinin qaytarılması necə olacaq?
Mal daha ucuz qiymətli mala dəyişdikdə, qaytarılmalı məbləğdən ilkin alınmış mal ilə dəyişdirilmiş mal arasında qiymət fərqinə mütənasib olaraq geri qaytarılmış ƏDV məbləğini çıxmaqla vəsait qaytarılmalıdır. Mal daha yüksək qiymətli mal ilə dəyişdirildikdə, ilkin alınmış mal ilə dəyişdirilmiş mal arasında olan qiymət fərqi üzrə ƏDV məbləği geri qaytarılır.
ƏDV-nin qaytarılması hansı tarixdən vurulan çeklərlə mümkündür?
ƏDV-nin qaytarılması 21 mart 2020-ci il tarixdən etibarən vurulan çeklərlə mümkündür. Belə ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası” prezident İlham Əliyevin 21 mart 2020-ci il tarixli fərmanı ilə təsiqlənib və həmin gündən qüvvəyə minib.
Comments are closed, but trackbacks and pingbacks are open.