Stasionar və mobil rabitələr
Paytaxt ərazisinə giriş-çıxışlarda, inzibati əraziyə düşən küçə və prospektlərdə stasionar və mobil postlar fəaliyyət göstərir.
Qurban bayramında 74 stasionar və çadırlı kəsim yeri istifadəyə veriləcək – FOTOLAR
Qurban bayramında 74 stasionar və çadırlı kəsim yeri istifadəyə veriləcək – FOTOLAR Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, qanunsuz heyvan kəsiminin qarşısının alınması, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində yerli icra hakimiyyəti orqanları ilə birlikdə sahibkarlıq subyektlərini cəlb etməklə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir (stasionar, modul və mobil tipli) heyvan kəsimi məntəqələrinin yaradılmasını təşviq edir.
25 İyul , 2019 12:18
https://static.report.az/photo/a349481f-af3a-4013-be2e-0beecdd34ee7.jpg
“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, qanunsuz heyvan kəsiminin qarşısının alınması, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində yerli icra hakimiyyəti orqanları ilə birlikdə sahibkarlıq subyektlərini cəlb etməklə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir (stasionar, modul və mobil tipli) heyvan kəsimi məntəqələrinin yaradılmasını təşviq edir. AQTA-dan “Report”a verilən məlumata görə, Qurban bayramı günlərində heyvanların kəsimi və satışı adi günlər ilə müqayisədə kütləvi şəkildə həyata keçirilir. Bu proses bəzi hallarda kəsim üçün nəzərdə tutulan yerlərdən kənarda baş verir ki, bu da təhlükəli xəstəliklərin qarşısının alınmasına, qanunvericiliklə müəyyən edilmiş qaydada ət və ət məhsullarının baytarlıq-sanitariya ekspertizasının aparılmasına, eyni zamanda nəqliyyatın və əhalinin rahat hərəkətinə maneələr yaradır. Bütün bunları nəzərə alaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bayram günlərində ölkə ərazisində qurbanlıq heyvanların kəsiminin baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar və çadırtipli heyvan kəsimi məntəqələrində aparılması həyata keçiriləcək. Bu məqsədlə bayram günlərində 44 stasionar heyvan kəsimi məntəqəsi və 30 çadırtipli kəsim yeri lazımi avadanlıqlar ilə təmin edilərək, vətəndaşların ixtiyarına veriləcək. Paytaxtda və Respublikanın müxtəlif bölgələrində qurulması nəzərdə tutulan çadırtipli kəsim məntəqələri 3 hissədən ibarət olacaq. Birinci hissədə heyvanın kəsimi, ikinci hissədə soyulması, üçüncü hissədə isə doğranması prosesi tamamilə sanitariya-gigiyena tələblərinə uyğun həyata keçiriləcək. Sözügedən kəsim yerlərində ətin baytarlıq-sanitariya ekspertizasının aparılması məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları vətəndaşlara ödənişsiz xidmət göstərəcək. Çadırtipli kəsim məntəqələri dezinfeksiya oluna bilən, tozun qarşısını alan xüsusi materialdan hazırlanıb. Məntəqənin daxili döşəməsi də xüsusi materiallardan hazırlanıb və drenaj sistemi ilə təmin edilib ki, bu da kəsim zamanı heyvanın qanı və digər axıntıların kanalizasiya vasitəsilə kənarlaşdırılmasına, nəticədə ətraf ərazilərin çirklənməsinin qarşısının alınmasına imkan verəcək. Çadırtipli kəsim məntəqələri heyvanın kəsilməsi, soyulması və doğranmasına qədər bütün prosesi həyata keçirmək üçün paslanmayan metallardan hazırlanan, gigiyenik tələblərə uyğun lazımı avadanlıqlarla təchiz edilib. Çadırın yaxınlığında heyvanın dərisi və digər tullantıların daşınması üçün nəzərdə tutulan xüsusi konteynerlər qoyulacaq və həmin tullantılar ərazidən daşınacaq. Prosesə nəzarəti Agentliyin, yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirəcək. Agentlik Qurban bayramında heyvan kəsimini həyata keçirən şəxslərə müraciət edərək, şəhərimizin küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün onları heyvan satışı və kəsimini baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar heyvan kəsimi məntəqələri və çadırtipli kəsim məkanlarında həyata keçirməyə çağırır. Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı avqustun 12-13-də olacaq.
Stasionar və mobil rabitələr
Xaçmazda maraqlı olay: evinə girib əllərini bağladı, daha sonra isə.
Azərbaycan nefti daha 2 dollar bahalaşdı
LAÇIN YOLUNDA AKSİYA: 101 gündür fasiləsiz etiraz davam edir
Türkiyədə seçki: daha 11 namizədə imza vərəqələri verilib – SİYAHI
Nazirlikdən sülhməramlılara ittiham: “Bu, üçtərəfli Bəyanatın kobud şəkildə pozulmasıdır və. ” – VİDEO
Qadın biznesmen niyə öldürülüb? – Borc, yoxsa “xərac” davası?
Futbolçu bloqerin həm 300 minini “yedi”, həm də özünü döydü – Qalmaqal (VİDEO)
Erməni hərbçisi əsir alınıb? – MN açıqlama yaydı
Ərdoğan prezidentliyə namizəd oldu – 9 iddialının sənədləri isə geri qaytarıldı
QMİ Ramazan ayı ilə bağlı fətva verib
Akşenerin Kılıçdaroğluna etirazı partiyasına baha başa gəlib – 30 min istefa olub
Ərdoğanla 1.15 saat müzakirə aparan sabiq nazir: “Siyasətə dönməyi düşünmürəm”
Bakıda giriş-çıxışlarda, küçə və prospektlərdə stasionar və mobil postlar qurulub
Paytaxt ərazisinə giriş-çıxışlarda, inzibati əraziyə düşən küçə və prospektlərdə stasionar və mobil postlar fəaliyyət göstərir.
Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən naryad qrupları yaradılıb: “Əsas məqsəd respublikada yayılmış koronavirus pandemiyasının yayılmasının qarşısının alınması və yeni yoluxma hallarının sayının minimuma endirilməsidir. Bu baxımdan da vətəndaşlarımızdan bir daha xahiş edirik ki, Nazirlər Kabineti yanında Operativ Qərərgahın müvafiq göstərişlərinin tələblərinə riayət etsinlər. Qaydalara əməl etməyənlər barəsində hüquqi qaydada inzibati məsuliyyət tədbiri həyata keçiriləcəkdir”.
Comments are closed, but trackbacks and pingbacks are open.