Startap” şəhadətnaməsini kimlər və necə əldə edə bilər
Granit AS Azərbaycanın lider sığorta şirkətləri ilə əməkdaşlığı vasitəsi ilə müştəriləri üçün xaricdə qalınan müddətə sığorta təminatı yaradır. Sığortalanan şəxsin Azərbaycan Respublikasından xaricdə olduqda tibbi yardım, ölkəyə qayıtmaq və nəqliyyat kimi başqa xidmətlərdən istifadə hüququ mövcuddur.
Səyahət Sığortası
Səyahət sığortası xaricdə səyahətdə olarkən baş verən təcili tibbi hadisələrin və evə qayıdış nəqliyyat xərclərini qarşılayır. Turistin sığorta müqaviləsində göstərilən məkanda qaldığı müddətdə sığorta şəhadətməsində qeyd olunan bütün müddəalardan istifadə hüququ mövcuddur.
Səyahət sığortası ilə nələr sığorta olunur?
Standart müqavilə tibbi xərcləri, təcili stamotoloji problemlər, nəqliyyat (uşaqların təxliyyəsi, uzun müddətli xəstəxanada qalmaqdan sonra), təcili mesajların çatdırılma xərclərini əhatə edir. Sığorta müqaviləsi, itmiş və oğurlanmış sənədlərin dəyəri, hüquqi yardım, təxirə salınmış uçuşlarla və digər əlavə risklərlə bağlı genişləndirilə bilər. Turist, yükünü, uzaqda olduğu müddətdə şəxsi və daşınmaz əmlakını, mülki məsuliyyətini səyahətə görə sığortalatdıra bilər.
Səyahət sığortası kimlər seçir?
Xaricə üz tutan hər bir kəs özünü və ailə üzvlərini tibbi səfər sığortası ilə sığortalıya bilər. Xarici ölkələrin Azərbaycanda yerləşən səfirlikləri və konsulluqları, viza sənədlərinin rəsmiləşdirilməsi vaxtı müraciət edən şəxslərdən tibbi səfər sığortasını mütləq şəkildə tələb edirlər. Bu sığorta növü insanları xaricdə olduqları zaman bədbəxt hadisələrin və qəfil xəstəliklərin baş verməsi nəticəsində yaranan maddi xərclərin (Sığorta şəhadətməsində göstərilən şərtlərlə) ödənilməsinə təminat verir. Sığorta olmadan Azərbaycan vətəndaşlarına viza tələb olunmayan ölkələrə səfər etməyiniz mümkündür. Lakin unutmayın ki, sığortanız olmadıqda, bədbəxt hadisələr nəticəsində yaranan maddi xərclər qaçınılmazdır.
Sığortanın qiyməti nə qədərdir?
Səfər sığortasının qiyməti xaricə səyahət etdiyiniz günlərin müddətindən asılıdır. Qiymətlər 7-8 azn-dən başlayır. Turistlər özlərini 5000 usd-dan 30000 usd-a kimi sığortalaya bilərlər. Azərbaycan vətəndaşları üçün viza tələb olunan ölkələrin səfirlikləri və konsulluqlarına, viza almaq üçün müraciət edən şəxslərin, 30000 avro dəyərində sığorta alması mütləqdir. Nümunə: Əgər siz 7 günlük şengen vizası üçün müraciət edirsinizsə, 30000 avroluq sığortanın dəyəri təxminən 25-35 azn arası olacaqdır.
Səyahət sığortası-nı necə əldə edə bilərəm?
Səfər sığortasını əldə etmək üçün bizimlə əlaqə saxlamağınız kifayət edir. Sığortalar şirkətimizin menecerleri tərəfindən əməkdaşlıq etdiyimiz partnyorlardan onlayn şəkildə alınır. Səyahət sığortası elektron şəkildə olduğundan, sığortanı əldə etmək üçün ofisə yaxınlaşmağınız vacib deyil. Sığortanı elektron poçt ünvanınıza da göndərmək mümkündür.
Nə üçün Biz?
Granit AS Azərbaycanın lider sığorta şirkətləri ilə əməkdaşlığı vasitəsi ilə müştəriləri üçün xaricdə qalınan müddətə sığorta təminatı yaradır. Sığortalanan şəxsin Azərbaycan Respublikasından xaricdə olduqda tibbi yardım, ölkəyə qayıtmaq və nəqliyyat kimi başqa xidmətlərdən istifadə hüququ mövcuddur.
“Startap” şəhadətnaməsini kimlər və necə əldə edə bilər?
“Startap” (Start-up) ingilis dilindən tərcümədə “başlamaq”, “işə salmaq” mənalarını verir və əvvəllər hər hansı bir işə yeni başlayana deyilirdi. Müasir dövrdə startap dedikdə yeni bir innovativ ideyanın reallaşdırılması və yaxud daha əvvəldən mövcud olan hər hansı bir biznes proseslərin tam fərqli formatda təqdim olunması və yaxud özündə innovativliyi səciyyələndirən sahibkarlıq fəaliyyəti başa düşülür. “Report”un məlumatına görə, ölkəmizdə innovativ sahibkarlığın inkişafı, startapların ideyalarının və startap ekosisteminin inkişafına dəstək məqsədilə bir sıra güzəştlər tətbiq olunur, xüsusi zonalar, inkubasiya və akselerasiya mərkəzləri fəaliyyət göstərir, qrant müsabiqələri keçirilir. Bu təşəbbüslər mütərəqqi beynəlxalq təcrübə, müasir qlobal meyillər nəzərə alınmaqla daha da genişləndirilməkdədir. Startap ekosisteminin inkişafı istiqamətində atılan addımların davamı olaraq, bu ilin may ayından etibarən “Startap” şəhadətnaməsinin verilməsinə başlanılıb. Bu məqsədlə Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli qərarı ilə “Startapın müəyyən olunması meyarları” təsdiq edilib. Azərbaycan dünyada startap meyarlarını müəyyənləşdirmiş və bunu müvafiq qərarla təsdiq etmiş ölkələr sırasındadır. “Startap” şəhadətnaməsi vergi ödəyicisi olan mikro və yaxud kiçik sahibkarlıq subyektlərinə verilir. Müraciət edən mikro və yaxud kiçik sahibkarlıq subyektlərinin təsisçiləri arasında orta və (və ya) iri sahibkarlıq subyekti olarsa, bu zaman həmin təsisçilərin hüquqi şəxsdə payının 49%-dən çox olmaması zəruridir. “Startap” şəhadətnaməsi gəlir və yaxud mənfəət əldə etmək məqsədilə istehsal olunan, innovativ təşəbbüsə əsaslanan, rəqabətqabiliyyətli, eləcə də şəhadətnamə almış digər startap məhsulu və yaxud xidməti ilə eynilik təşkil etməyən məhsul və xidmətlər üçün verilir.
Comments are closed, but trackbacks and pingbacks are open.