Press "Enter" to skip to content

Qadınlarda cinsi həvəsi artıran qidalar

Təzə tərəvəz və meyvələr təkçə vitamin anbarı deyil, həm də sellüloza mənbəyidir. Sellüloza həzmi yaxşılaşdırır, onun orqanizmi yumşaq şəkildə təmizləməsi əhvalın və həvəsin artmasına səbəb olur.

Stressin səbəb olduğu dəhşətli xəstəliklər – SİYAHI

Artıq elm və tibb sübut edib ki, xroniki stres və xəstəliklər bir biri ilə sıx bağlıdır.

İnsanın həyatında nə qədər çox stress vəziyyətləri olursa, onda sistem xəstəlikləri inkişaf edir, mövcud xəstəliklər isə xronikləşir.

Medicina.az artıq tibbdə stress və əsəb səbəbindən yaranması şübhə doğurmayan xəstəlik və patologiyaların siyahısını təqdim edir:

-Ürək-damar xəstəlikləri – ürək ritmi pozulması, insult, infarkt, ateroskleroz

– Həzm sistemi xəstəlikləri – mədə və 12 barmaq bağırsağı xoraları, qıcıqlanmış bağırsaq sindromu

– Dəri xəstəlikləri – ekzema, psoriaz

– Təşviş-həyəcan pozuntusu, depressiya

Stress bu kimi xəstəliklərin səbəb-nəticə faktoru kimi böyük rol oynadığı üçün vaxtında əsəb və stresin ağırlaşmasının qarşısı alınmalı, stresli vəziyyətlərdə həkim müayinəsi olunub sakitləşdirici terapiya almaq lazımdır.

Xroniki stressin əlamətləri:

– Dəyişkən əhval-ruhiyyə, heç bir səbəb olmadan ruh düşgünlüyü

– Sinədə, kürəkdə ağrılar

Bu kimi hallar varsa əsəb, stres keçirdiyiniz insan və vəziyyətləri, hadisələri analiz edib onlardan açıq-aşkar uzaqlaşmalısız.

Dərdinizi bölüşün, içinizdə basdırmayın, kömək üçün vaxtında müraciət edin.

İşiniz və olduğunuz mühit sizi yorursa, arzuolunmaz və stres gətirən işlərdən bir müddətlik də olsa uzaqlaşın, imtina edin.

Relaks olub, əzələ və bədəni rahatlaşdırıcı metodlar tapın. Sakitləşdirici vannalar, qəbul edin, hobbi tapın, musiqiyə qulaq asın, açıq havada çox gəzin.

Düzgün, sağlam qidalanın. Mineral və vitamin ehtiyatınızı yoxladıb, azdırsa artırın.

Fiziki aktiv olun, idmanla məşğul olun.

Ağır vəziyyətlərdə mütəxəssisə müraciət edin.

Saglamolun.Az

Qadınlarda cinsi həvəsi artıran qidalar

BAKU.WS xəbər verir ki, qədimdə bu bilgilər yalnız kahinlər, hökmdarlar və zadəgan ailələrinə məlum idi və qorunaraq gələcək nəslə ötürülürdü. Müasir dövrdə isə afrodiziak qidalar barədə məlumatı istənilən hər kəs əldə edə bilər.

Afrodiziaklar cinsi həvəsi artıran maddələrdir və bu ad yunan mifologiyasında məhəbbət və gözəllik ilahəsi sayılan Afroditanın şərəfinə verilib. Orta əsrlərdə afrodiziaklar “sevgi eliksiri” adı ilə tanınır və geniş istifadə edilirdi.

Qadında cinsi həvəsin zəifləməsinə səbəb olan ilkin faktor qanda testesteron səviyyəsinin aşağı düşməsidir. Kişi cinsi hormonu hesab olunsa da, testesteron qadın orqanizmi üçün də olduqca vacibdir, çünki o həm hormonal balansı normada saxlayır, həm də cinsi həvəsi təmin edir.

İkinci vacib faktor kimi qəbul edilən stress və natamam yuxu sinir sisteminin gücünün tükənməsinə, xroniki yorğunluğa və həvəsin azalmasına səbəb olur.

Siqaret çəkən qadınlarda da cinsi istək daha zəif olur. Tütünün yanma məhsullarının orqanizmə daxil olması C, E, və A vitaminlərinin itirilməsi və cinsiyyət sisteminin normal fəaliyyətinin pozulması ilə nəticələnir. Cinsi həvəsin azalmasına və menstrual siklin pozulmasına səbəb olan daha bir maddə kofeindir. Onun təsiri ilə qanda testesteron səviyyəsi və libido azalır. Alkoqol da kofeinə analoji təsir göstərir. Hədsiz yağlı, duzlu və ağır yeməklərin qəbulundan sonra afrodiziakların təsiri daha zəif olur.

Afrodiziak qidaların qadın orqanizminə təsiri qan dövranını və maddələr mübadiləsini yaxşılaşdırmaq, ürək vurğularının sayını və erogen sahələrin həssaslığını artırmaqla əlaqədardır. Həmin qidalar antioksidantlar, vitamin və fitonutrientlərlə zəngin olduğuna görə orqanizmin immun müdafiə qabiliyyətini yüksəldir və yaşlanmanın qarşısını alır. Bəzi bitki və qidalar qanda testesteronun səviyyəsini tənzimləmək xüsusiyyətinə malikdir.

Həmin maddələr tərkibində çox miqdarda B qrupu, C, K vitaminləri saxladığından artıq çəki ilə mübarizədə də yardımçı olur və onların təsirləri nəticəsində qadının əhvali-ruhiyyəsi yaxşılaşır, hormonal fon tənzimlənir və cinsi istək yüksəlir.

Cinsi həvəsi aşağı olan qadınların qida rasionuna daxil edilməli olan qida məhsulları ilk növbədə qoz, dənli bitkilər və yağsız ət növləridir, çünki həmin qidalar sink və maqnezuimla zəngindir. Sink sinir sisteminin normal fəaliyyəti və hüceyrələrin enerji ilə təchiz olunması üçün əvəzolunmaz təsir göstərir, əhvalı yaxşılaşdırır və qanda cinsi hormonların miqdarını artırır, maqnezium isə streslə mübarizədə orqanizmə kömək edir və immuniteti yüksəldir.

Təzə tərəvəz və meyvələr təkçə vitamin anbarı deyil, həm də sellüloza mənbəyidir. Sellüloza həzmi yaxşılaşdırır, onun orqanizmi yumşaq şəkildə təmizləməsi əhvalın və həvəsin artmasına səbəb olur.

Libidosu aşağı olan qadınların qidası B qrupu vitaminləri ilə kifayət qədər zəngin olmalıdır. Həmin vitaminlər daha çox yağlı balıq, süd məhsulları, kartof və paxlalılarda olur. Onun çatışmazlığı depressiyaya və immuntetin zəifləməsinə gətirib çıxarır.

Qadın orqanizminə müsbət təsir göstərən afrodiziak qida məhsulları:

Çili bibəri – tərkibində olan və bibərə acılıq verən kapsaisin maddəsi qadın orqanizminin həssaslığını artırır.

Muskat qozu – cinsi həvəsi artırır.

Avokado – tərkibi əvəzolunmaz yağ turşuları, E vitamini və kaliumla zəngin olduğuna görə qan dövranını və cinsi hormonların sekresiyasını artırır.

Kərəviz – kişilərdə daha çox olan və tərlə ifraz olunan androsteron hormonunun qadın orqanizmində miqdarını artırır, cinsi həvəsin yüksəlməsinə səbəb olur.

Qarpız – sitrullin amin turşusu ilə zəngindir, kiçik çanaq orqanlarının qan dövranını sürətləndirir və cinsi istəyin artmasına kömək edir. Zəncəfil köküsarımsaq da eyni təsirə malikdir.

Bal – tərkibində B qrupu vitaminləri çox olduğundan qanda estrogen və testesteronun səviyyəsini yüksəldir. Həm qadınlar, həm də kişilər üçün faydalıdır.

Tünd şokolad –xoşbəxtlik hormonu olan seratoninin sekresiyasını artırdığına görə əhvalı və cinsi həvəsi yüksəldir.

Dəniz kələmi – kimyəvi elementlərin dövri cədvəlində olan demək olar ki, bütün mineralları özündə cəmləyir, immun sistemi və orqanizmin gücünü artırır.

Afrodiziak qidalardan maksimal effekt almaq üçün onları düzgün seçmək və kombinə etmək vacibdir. Onların istifadəsində həddi gözləmək xüsusilə vacib amildir. Mütəxəssislər belə hesab edirlər ki, afrodiziak yeməyin hazırlanmasında ən əsas məqam yeməyin sevgi ilə hazırlanması və lazım olan bəzi ədviyyatların, xüsusən də darçın, vanil, muskat və ya zəncəfilin qatılmasıdır.

Xalq təbabəti reseptləri

– 1 xörək qaşığı ərküdə meyvəsi 1 stəkan qaynar suda ağzı bağlı qabda dəmlənir və gündə 3 dəfə yeməkdən sonra qəbul edilir. Mədənin selikli qişasına qıcıqlandırıcı təsi göstərdiyinə görə ehtiyatla istifadə etmək tövsiyə olunur. Digər təsirlərin qarşısını almaq üçün gündə 3 dəfə 2 kapsul Nat-Ərküdə qəbul etmək olar.

– 1 xörək qaşığı dəmirtikanın quru çiçəkləri 1 stəkan suda dəmlənir və gündə 2-3 dəfə 1/3 stəkan qəbul edilir.

Comments are closed, but trackbacks and pingbacks are open.