Press "Enter" to skip to content

Su və qaz trasserləri

Yoxlamalara adıçəkilən qanunun tətbiqi sahibkarların maraqlarının daha effektiv qorunmasına, yoxlayıcı ilə sahibkarlıq subyekti arasında yarana biləcək neqativ halların aradan qaldırılmasına xidmət edəcək.

Elektrik, su və qaz sayğacları ilə bağlı dəyişiklik TƏSTİQLƏNDİ

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı sualları haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunlara dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Day.Az xəbər verir ki, dəyişiklik elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı aşkar edilmiş qanunsuz istifadə hallarının rəsmiləşdirilməsində yaranan problemlərin aradan qaldırılmasını nəzərdə tutur.

Təklif edilən dəyişikliklər aşağıdakıları nəzərdə tutur:

1) enerji, su və qaz təchizat müəssisələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının araşdırılması ilə bağlı yoxlamaların keçirilməsinə hüquqi əsasın yaradılması (sahibkarlıq sahəsində yoxlamaların dayandırıldığı dövrdə).

2) sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı yoxlamaların (sayğacların göstəricilərinin oxunması) keçirilməsinə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin şamil edilməsi (3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci maddələr istisna olmaqla).

3) sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı əgər sayğaca müdaxilə, habelə sayğacdan kənar şəbəkəyə qanunsuz qoşulma halları müəyyən edilərsə müvafiq yoxlama tədbirlərinin də “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinə əsasən həyata keçirilməsi, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınması.

Yoxlamalara adıçəkilən qanunun tətbiqi sahibkarların maraqlarının daha effektiv qorunmasına, yoxlayıcı ilə sahibkarlıq subyekti arasında yarana biləcək neqativ halların aradan qaldırılmasına xidmət edəcək.

Qanunlara dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Xankəndi

Azvision.az xəbər verir ki, Nazirlər Kabinetinin Qərarı ilə “Şəhər və rayon (şəhər rayonu istisna olmaqla) inzibati ərazi vahidi üzrə elektrik enerjisi, qaz və su təchizatı şəbəkələrinin və sistemlərinin, həmin sistemlərdə mövcud qoşulma imkanlarını (sərbəst gücləri) əks etdirən məlumatların mühəndis-kommunikasiya təminatı xidmətləri göstərən təchizat müəssisələrinin internet saytlarına yerləşdirilməsi formasının və müddətinin müəyyən edilməsi Qaydaları” təsdiq edilib. Qaydaların məqsədi mikro, kiçik və orta sahibkarlıq subyektlərinə kommunal xidmətlərə qoşulma ilə bağlı ətraflı məlumat alma imkanının təmin edilməsindən ibarətdir.

Təchizat müəssisələri tərəfindən məlumatların internet saytlarına yerləşdirilməsi aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

• istifadə rahatlığı – məlumatların internet saytlarında aydın şəkildə və oxunaqlı vəziyyətdə yerləşdirilməsi, sahibkarlar tərəfindən əlavə əməliyyat və ödəniş aparılmadan əldə edilməsi;

•operativlik – məlumatların internet saytlarına yerləşdirilməsinin və yenilənməsinin qısa müddətdə həyata keçirilməsi;

• səmərəlilik – sahibkarların vaxt itkisinin azaldılması, onlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi;

• şəffaflıq – kommunal xidmətlərə qoşulma ilə bağlı ətraflı məlumatların sahibkarlara təqdim edilməsi.

Təchizat müəssisələrinin internet saytlarına hər bir şəhər və rayon inzibati ərazi vahidi üzrə aşağıdakı məlumatlar yerləşdirilir:

• elektrik enerjisi, qaz və su təchizatı şəbəkələri və sistemləri;

• elektrik enerjisi, qaz və su təchizatı sistemlərində mövcud qoşulma imkanlarını (sərbəst gücləri) əks etdirən aşağıdakı məlumatlar: transformatorların təyinatı, sayı, ünvanları, xidmət göstərdiyi ərazi, istismara verildiyi tarix, texniki vəziyyəti və göstəriciləri (gərginliyi, gücü və yüklənməsi, o cümlədən pik saatlarda yüklənməsi); nasos stansiyalarının və anbarların təyinatı, sayı, ünvanları, xidmət göstərdiyi ərazi, istismara verildiyi tarix, texniki vəziyyəti, həmçinin nasos stansiyalarının qidalandığı mənbə və məhsuldarlığı, anbarların həcmi; qazpaylayıcı stansiyaların sayı, ünvanları, xidmət göstərdiyi ərazi, istismara verildiyi tarix, texniki vəziyyəti, yüklənməsi, qəbul edilən qazın həcmi; abonent sayı (əhali və qeyri-əhali); təchizat müəssisələrinin zəruri hesab etdiyi digər məlumatlar.

Məlumatlar təchizat müəssisələrinin internet saytlarına Azərbaycan Respublikasının elektron xəritəsinin üzərində cədvəl formasında yerləşdirilir. İnternet saytlarına yerləşdirilmiş məlumatlarda dəyişikliklər baş verdikdə, həmin məlumatların təchizat müəssisələri tərəfindən yenilənməsi 3 iş günü müddətində həyata keçirilir. Məlumatların təchizat müəssisələrinin internet saytlarına yerləşdirilməsi və yenilənməsi ilə bağlı Energetika Nazirliyi tərəfindən monitorinqlər aparılır.

Comments are closed, but trackbacks and pingbacks are open.