Sükana necə girə bilərəm
Su çiçəyinin simptomları titrətmə, hərarət, qarın nahiyyəsində ağrı, baş ağrıları və ümumi naxoşluqdan başlayır. Ondan bir neçə gün öncə bədənin üzərində səpki əmələ gələ bilər. Səpkinin (üz, baş, çiyin, sinə və kürək dərisində kiçik, qaşınan, qırmızı rəngdə) ilk günlərində hərarət daha çox arta bilər. Səpki həmçinin ağızda, göz qapaqlarında və cinsi orqanlarda da ola bilər. Bir xəstədə bir-iki səpki ola bilər, başqasının bədəni isə səpkilərlə örtülə bilər. Əvvəlcə bu duru uçuqlu qırmızı nöqtələrdir. Onlar çox tez yox olub qabıqla örtülürlər. Bu qabıq iki həftə ərzində yox olub gedir. İlk 4-5 gündə yeni səpkilərin əmələ gəlməsi davam edir, buna görə də dəri səpkisinin bütün mərhələləri eyni zamanda keçir.
Suçiçəyi: necə müalicə olunmalı?
Su çiçəyi – yoluxucu infeksion xəstəlikdir, uşaq vaxtında yüngül formada keçir; südəmər uşaqlarda, böyüklərdə, həmçinin immuniteti zəyifləmiş insanlarda xəstəlik daha ağır keçə bilər. Su çiçəyi adətən hava-damcı yoluyla yayılır. Xəstə ilə kontaktdan 10-21 gün keçdikdən sonra simptomlar büruzə verməyə başlayır. Yoluxmuş insan xəstəliyindən xəbərsiz olaraq başqalarını da yoluxdura bilər. Yoluxucu dövr xəstəliyin özünəməxsus səpkisinin əmələ gəlməsindən 1-2 gün əvvəl başlayır və yeni səpkilərin əmələ gəlməsi dayanıb, köhnələrin isə üzəri qabıq qoyana qədər davam edir.
Simptomlar
Su çiçəyinin simptomları titrətmə, hərarət, qarın nahiyyəsində ağrı, baş ağrıları və ümumi naxoşluqdan başlayır. Ondan bir neçə gün öncə bədənin üzərində səpki əmələ gələ bilər. Səpkinin (üz, baş, çiyin, sinə və kürək dərisində kiçik, qaşınan, qırmızı rəngdə) ilk günlərində hərarət daha çox arta bilər. Səpki həmçinin ağızda, göz qapaqlarında və cinsi orqanlarda da ola bilər. Bir xəstədə bir-iki səpki ola bilər, başqasının bədəni isə səpkilərlə örtülə bilər. Əvvəlcə bu duru uçuqlu qırmızı nöqtələrdir. Onlar çox tez yox olub qabıqla örtülürlər. Bu qabıq iki həftə ərzində yox olub gedir. İlk 4-5 gündə yeni səpkilərin əmələ gəlməsi davam edir, buna görə də dəri səpkisinin bütün mərhələləri eyni zamanda keçir.
Su çiçəyinin fəsadları
Bir qayda olaraq, insan su çiçəyini həyatda bir dəfə keçirir. Buna baxmayaraq, immun sistemə virus daxil olur. Bu virus özünü heç cür göstərmir, lakin yaşa dolduqdan sonra yenidən aktivləşərək səpkilər törəyir. Bu cür səpkilər sarıyan herpes adlanır.
Su çiçəyi dəridə ömürlük izlər buraxa bilər, əsasən də yeniyetmələrdə. Müvəqqəti izlər 6 aydan 1 ilədək qala bilər.
Əgər hamilə qadın su çiçəyinə doğuşdan bir neçə gün əvvəl yoluxarsa, yenidoğulmuş uşaq xəstəliyin ağır formasını keçirə bilər.
Su çiçəyi ciddi ikinci dərəcəli infeksiyalara yol aça bilər, həmçinin virus sətəlcəminə (ağ ciyərin hərarətlə, öskürək və təngnəfəsliklə müşaiət olunan virus mənşəli infeksiyası); ensefalitə. Ensefalit – beyinn viruslu xəstəliyidir, su çiçəyinin nadir ağırlaşmalarındandır. Buna baxmayaraq, onun simptomlarını bilmək vacibdir: şüurun dolaşıqlığı, yaddaşsızlıq, tez yorulma və əl-ayağa yayılan güclü ağrılar (bel ağrıları).
Oxşar simptomlar aşkar edildikdə xəstəni dərhal xəstəxanaya çatdırmaq gərək.
Siz nə edə bilərsiniz?
Düşünmədən həkimə müraciət etmək lazımdır. Ümumi vəziyyət ağır olduqda və dəri simptomları açıq-aşkar bilinəndə hospitalizasiya lazım ola bilər, əsasən də simptomlar sinir sistemi tərəfindən olanda (güclü baş ağriları, ayaqlara yayılan ağrı) yaxud xəstə nəfəs almaqda çətinlik çəkirsə.
Çoxlu sərin su içmək lazımdır. Parasetamol hərarəti yendirməyə kömək edər. Asetilsalisil turçusundan (aspirin) istifadə etmək olmaz. Ağızda yaralar olduqda yumşaq xörəklər yemək gərək, duzlu məhsullardan, situs meyvələrdən və şirələrdən uzaq olmaq lazımdır.
Cinsi organlarda ağrılı və qaşınan səpkilər olduqda ağrıkəsici effektli dərmanlar sürtmək lazımdır. Seçim etdikdə həkimlə və ya aptek işçisiylə məsləhətləşməniz yaxşı olar.
Səpkilərin yerində yaralar əmələ gəldikdə antibakterial maz sürtmək olar.
Əgər hərarət dörd gündən artıq 38 dərəcədən yüksək qalırsa, təkrarən həkimə müraciət etmək lazımdır.
Uşaqların yataqda qalması vacib deyil, lakin fiziki aktivliklərini durdurmaq lazımdır.
Bədənin hərarəti düşəndə və səpkilər qabıq bağlayanda, uşaq gəzə bilər. Məktəb, uşaq bağçasına getməsi haqqında məsələlər həkim tərəfindən qərar verilir.
Sağalan səpkilərdən qabıqları ayırmaq olmaz, çünki bu təkrar yoluxmayla və daha çox qaşınmayla nıticələnə bilər. Dıqnaqları kəsmək və əlləri tez-tez yumaq tövsiyyə edilir ki, təkakrən yoluxma baş verməsin, yatarkən bilmədən qaşınan qabığı qoparmamaqçün gecələr bambıq əlcəklər geyinmək lazımdır.
Həkim nə edə bilər?
Həkim böyük xəstələrə antivirus preparatlar təyin edəcək (adətən uşaqlara sadəcə istirahət lazımdır). Daha effektiv olsun deyə səpkilər əmələ gəldikdə müalicə mümkün qədər tez başlamalıdır (ən az 24-48 saat ərzində). Təkrar yoluxma zamanı həkim antibiotiklər təyin edərək ağırlaşmaları erkən müəyyən edəcək.
Su çiçəyinin profilaktikası
Əgər Siz su çiçəyinə yoluxa bilərsinizsə, həkimə müraciət edin. Təyin edilmiş preparatlar yaxud peyvənd yoluxmanın qarşısını ala bilər. Yoluxma dövründə başqa insanlarla ünsiyyətdən uzaq durun (səpkilər qabıqlayanadək).
Əgər insanlar Sizinlə kontaktdan sonra yoluxmuş ola bilərlərsə, onlara kontaktdan sonra 2 gəftə ərzində dəridə səpkilərin əmələ gəlməsinə diqqət yetirmələrini məsləhət edin. Bir ailə daxilində xəstəliyin yoluxmasını dayandırmaq, demək olar ki, mümkün deyil. Tədqiqatlar göstərir ki, 10 haldan 9-da xəstələnmiş şəxsin həyat yoldaşı da yoluxur.
Su çiçəyinə qarşı vaksinasiya 1 yaşdan böyük uşaqlara tövsiyə edilir.
Əgər xəstə adamla ünsiyyətdə olursunuzsa və bu xəstəliyi uşaqlıqda keçirməmisinizsə, əsasən də immunitetin zəyiflədiyi halda, mütləq həkimə müraciət etmək lazımdır. Müraciəti həmçinin hamiləlik olarkən və ya ilik nəqli əməliyyatı keçirməmisinizsə etmək lazımdır.
Milli.Az
Sükana necə girə bilərəm
kishi cinsiyyet orqani – kisi cinsi orqani boyutmek – kisi cinsi orqani olcusu
Bütün zamanlarda cinsiyyət orqanının ölçüləri probleminə xüsusi diqqət yetirilmişdir. Böyük cinsi orqan kişinin gücünün və hakimiyyətinin əksi, onün üstünlüyünün simvolu sayılırdı. Əsas olan ölçü deyil, bacarıqdır məşhur deyiminə baxmayaraq, kişilərin böyük əksəriyyəti (statistikaya əsasən öz cinsiyyət orqanının ölçüləri ilə qane olmayan kişlərin sayı 25-30% təşkil edir) bu və ya digər şəkildə öz cinsiyyət orqanlarının uzunluğunu, onun əvvəlki ölçüləri ilə müqayisədə heç olmasa 1-2 sm uzatmağı arzulayırlar. Özü də bu zaman penisin kifayət qədər uzun olmaması kişidə qadınla ünsiyyət zamanı bağlılıq, marağın itməsi, eləcə də özünə əmin olmama və kompleksin yaranmasına səbəb olur. Beləliklə, cinsi orqanın ölçüləri kişi üçün özünün şəxsiyyət kimi sübut etməyin həlledici amillərindən biri, eləcə də həyatın keyfiyyətinə bilavasitə təsir edən göstəriciyə çevrilir.
Ereksiya vəziyyətində olan cinsiyyət orqanının normal ölçüləri 12-18 sm diapazonunda yerləşir, normal cinsiyyət orqanının ereksiya vəziyyətində diametri isə 3-4 sm-dir. 12 sm-dən az ölçüdə olan cinsiyyət orqanını ereksiya vəziyyətində kiçik, 8sm-dən az ölçüdə olanı isə mikropenis adlandırırlar. Cinsi orqanın inkişafı, əsasən 17-19 yaşlarına qədər gedir.
Buna baxmayaraq, kişilərin əksəriyyəti üçün əsas əhəmiyyəti tibbi normalar deyil, onların normal cinsiyyət üzvü haqqındakı öz təsəvvürləri kəsb edir ki, bu da şəxsi seksual təcrübənin təsiri və ya “digərlərindən daha yaxşı” olmaq səylərinə əsaslanır, bu zaman orta statistik göstəricilər, bir qayda olaraq, onlar tərəfindən diqqətə alınmır.
Cinsi orqanın ölçülərinə təsir göstərən amillər
İnsanın cinsiyyət üzvünün ölçüləri, onun bədəninin digər orqanlarında da olduğu kimi onun irsiliyi (genetik amillər) və artım və inkişafın xüsusiyyətləri ilə müəyyən edilir.
Cinsiyyət üzvünün vizual ölçüsü də kişinin qasıq nahiyyəsindəki piy hüceyrələrinin miqdarından asılıdır, belə ki, onların sayının çox olması halında cinsiyyət orqanı sanki “batır” ki, bu da onun görüntü uzunluğunu azaldır.
Ereksiya vəziyyətində cinsiyyət üzvünün ölçülərinə, ereksiyanın dərəcəsi təsir edir, belə ki, “ölüvay” ereksiya zamanı ölüçülər, güclü ereksiya halındakından daha zəifdir.
Hazırda hesab edilir ki, cinsi yetkinlik dövründə testosteron hormonunun səviyyəsi cinsiyyət orqanının inkişafında böyük rol oynayaraq onun ölçülərini müəyyən edir. Testosteronun çatışmamazlığı zamanı cinsiyyət üzvünün inkişafı ləngiyir ki, bu da hormonal defisitin əsas əlamətlərindəndir. Bu zaman cinsiyyət orqanının kiçik ölçüləri (8 sm-dən aşağı) dolayısı ilə kişi cinsiyyət hormonlarının aşağı səviyyəsi ilə əlaqədar olan ciddi endokrin pozuntularından da xəbər verir. Digər tərəfdən, cinsiyyət orqanının uzunluq normal sayılan ölçülərindəki böyük fərq aralığı (12 və 18 sm) qasıq nahiyəsindəki anatomiyanın fərqliliyi, eləcə də genetik amillərlə izah edilir.
Cinsi orqanın ölçülərini neçə dəqiq müəyyən etmək olar?
Cinsi orqanın uzunluğu obyektiv olaraq qiymətləndirməsi üçün, onu necə düzgün ölçmək lazım olduğunu bilmək gərəkdir. Cinsi orqanı ölçülərini otaq şəraitində ölçmək məsləhət görülür, bu zaman otaqda hərarət +200C-dən 27 0C-yə qədər olmalıdır.
Daha aşağı hərarətdə penis reflektor olaraq qısalır, buna görə də cinsiyyət orqanının ölçüləri qeyri-dəqiq olacaqdır. Cinsiyyət orqanın ölçülməsi üzrə qısa təlimat belədir:
2. Ereksiya vəziyyətində olan cinsiyyət orqanının qarından aşağı tərəfə əyin, mümkün qədər döşəməyə paralel tutun.
3. Xətkeşi və ya metrəölçəni sıx şəkildə penisin yuxarı səthinə sıxın, bir balaca qarnınıza (piy qatının yarada biləcəyi yanlışlıqlardan uzaq qaçmaq üçün) qasıq sümüyünə sıxın.
4. Xətkeşin qasıq nahiyyəsində toxunduğu nöqtədən orqanın son uc nöqtəsinə qədər (başlığın sonu) olan məsafəni ölçün
5. Əgər ölçü alətindəki şkala kənardan böyük olmayan məsafələrdən başlayırsa, onda əldə etdiyiniz nəticənin üzərinə bir neçə millimetr də əlavə edin (adətən 3-5 mm çox olmayaraq)
Beləliklə siz cinsiyyət üzvünün funksional uzunluğunu düzgün ölçə bilərsiniz.
Əgər penisdə əyrilik varsa, onda onun təməl hissəsindən başlığın son nöqtəsinə qədər olan ən qısa məsafə ölçülür.
Orqanın qalınılığını, (yəni onun diametrini) müəyyən etmək üçün, ölçü lentinin köməkliyi ilə penisin ətrafı santimetrlə ölçülür, sonra isə əldə edilən rəqəm 3,14-ə bölünür.
Cinsiyyət orqanının uzadılması
Dünyada cinsi orqanın uzunluğunu artırmaq üçün heç bir dərman preparatı mövcud deyildir. Yalnız hormonal pozuntular olan zaman medikamentoz terapiya təyin edilə bilər. Preparatlardan əlavə cinsiyyət orqanın uzunluğunun artırılması üçün reklam edilən metodlar da mövcuddur, lakin real və təsdiqedici sübutlar mövcud deyildir – bu xüsusi kremlərin, massajın (celkinq), xüsusi qurğuların – vakuum pompaları və ekstenderlərin – istifadə edilməsidir. Cərrahi əməliyyat vasitəsi ilə cinsiyyət üzvünün uzadılması və ya liqamentotomiya mikropenisin real halları üçün tətbiq edilir (cinsiyyət orqanının ereksiya vəziyyətində uzunluğu 8sm azdır). O ki qaldə cinsiyyət orqanının qalınlığına – bu gün üçün həm effekti olan, həm də penisin qalınlığının artırılması üçün nisbətən təhlükəsiz cərrahi metod mövcud deyildir.
Sonda xatırlatmaq istərdim ki, birincisi, cinsiyyət orqanının necə fəaliyyət göstərməsi (cinsi güc) daha mühümdür, nəinki onun hansı parametrlərə malik olması; ikinci isə, yadda saxlayın ki, yaxşı seks – bu sadəcə penisin ölçüləri deyil, yaxşı seks bir çox faktordan asılıdır. Uğurlar!
Aybaşı vaxtı cinsi əlaqənin xeyri və ziyanı haqqında
Qadınla kişinin bərabər hüquqlu olduğu ölkələrdə qadın aybaşı zamanı həyat yoldaşına seks istəmədiyini deyir və normal həyatlarına davam edirlər. Ancaq qadınların seks obyekti kimi qəbul edildiyi ölkələrdə isə kişi bu dövrdə qadından tamamilə uzaqlaşır. Ya da əksinə sekslə məşğul olomaq mövzusunda təkid edərək qadının onsuz da aybaşından qaynaqlanan stress və gərginliyini daha da artırırlar.
Belə bir ümumi fikir formalaşıb ki, qadın aybaşı dövründə olduğu zaman cinsi əlaqəyə girməməlidir. Ancaq araşdırmalar göstərir ki, aybaşı zamanı qadında ehtiras pik həddə çatır. Çünki qadının nə qədər ehtiraslı olacağını müəyyənləşdirən estrogen hormonunun səviyyəsi bu dövrdə maksimum dərəcədə yüksəlir.
Odur ki, bəzi tədqiqatçılar aybaşı zamanı və ya ondan bir-iki gün öncə sekslə məşğul olmağın qadın üçün zərərli olmadığını, hətta faydalı ola biləcəyini vurğulayırlar. Ancaq ginekoloqlar aybaşı zamanı cinsi əlaqəyə girməyin təhlükəli olduğunda həmfikirdirlər. Onların sözlərinə görə, normal vaxtlarda təbii qoruma qalxanı ilə müdafiə olunan qadın yumurtalıqları həmin dövrdə hər hansı bakteriyaya və ya infeksiyaya qarşı müqavimət göstərə bilmir. Qadınların 30 faizinin seks zamanı orqazma çata bilmədiklərini vurğulayan mütəxəssislər aybaşı zamanı orqazmla nəticələnməyən seksin daha sonraki günlərdə qadında ağrı hissi yaradacağını deyirlər. Hətta bunun sonsuzluğa səbəb olduğunu iddia edənlər də var.
Qadınların çoxu aybaşı dövründə özünü natəmiz hiss etdiyi və ağrıdan qıvrıldığı üçün seks haqqında düşünmək belə istəmirlər. Ancaq bu dövrdə qadının seks istəməsinin ən böyük səbəbi özlərini çirkin və narahat hiss etmələridir. Qulaqdan-qulağa yayılan məlumatlar bu dövrdə cinsi əlaqəyə girməyin fəsadları haqqında eşitdikləri də onları çəkindirir.
Əslində tibbi baxımdan yanaşdıqda mensturasiya zamanı seks qadın üçün deyil, kişi üçün zərərlidir. Çünki qadın bədənini tərk edən bütün o zərərli maddələr kişi cinsiyyət orqanında infeksiyalara səbəb ola bilər. Bəzən sadəcə 1-2 gün qaşınma hissi verməkdən başqa heç bir fəsad törətməsə də, bəzən də çox ciddi, təhlükəli xəstəliklərə səbəb ola bilər.
Odur ki, aybaşı zamanı cinsi əlaqəyə girməyi təcrübədən keçirmək fikrindəsinizsə, partnyorunuzdan kondomdan istifadə etməsini tələb edin. Kondom həm kişini, həm də qadını baş verəcək təhlükələrdən qoruyur.
Bəs araşdrımaların nəticələri nə deyir?
Araşdırmalar sübut edir ki, kondomdan istifadə edildiyi təqdirdə aybaşı yaşayan qadının cinsi əlaqəyə girməsinin heç bir zərəri yoxdur, hətta faydalı tərəfləri də var.
Aybaşı zamanı seksin faydaları:
Menstruasiya zamanı və ya ondan 1-2 gün öncə sekslə məşğul olmaq qadının həmin dövrü daha asan keçirməsinə səbəb olur. Bir çox qadın bu dövrdə çətinlik çəkir. Ağrılardan əzab çəkməsi kifayət deyilmiş kimi, həm stress keçirən, həm də köp və baş ağrısı ilə mübarizə aparan qadının imdadına orqazm çatır. Orqazm hormonlaırn səviyyəsini tənzimləyərək qadını sakitləşdirir, ağrıları azaldır.
Təbii ki, ağrını və narahatlıq hissini azaltmaq üçün müəyyən bitki mənşəli çaylar içmək və dərman qəbul etmək də mümkündür. Ancaq təbiət özü hər şeyin ən yaxşı həll yolunu tapır. Odur ki, təbiətə zidd olmyana bütün davranışlar insana zərər yox, fayda verir. Orqazm aybaşı zamanı ağrı və şişkinlik hissini azaldır. Həmçinin, bu dövrdə baş verən genital bölgədəki şişkinlik hissi bəzi qadınların seksdən həmişəkindən daha çox zövq almasına səbəb olur. Orqazm zamanı istehsal olunan endorfin hormonu təbii ağrıkəsici və sakitləşdirici xüsusiyyətə malikdir.
Mensturasiya zamanı sekslə bağlı qulaqdan-qulağa yayılan yanlış məlumatlardan biri də bu dövrdə qorunmaya ehtiyac olmadığıdır. Qadınların çoxu elə bilirlər ki, aybaşı zamanı hamilə qalmaları imkansızdır. Düzdür bu dövrdə hamilə qalmaq ehtimalı daha azdır, ancaq mümkün olmayan bir şey deyil. Çünki yumurtalığa gedib çatmağı bacaran tək bir sperma belə hamilə qalmaq üçün kifayət edə bilər. Ona görə də həm infeksiyadan qorunmaq, həm də hamilə qalmamaq üçün kondomdan istifadə etmək məqsədəuyğundur.
Belə görünür ki, aybaşı zamanı cinsi əlaqəyə girib-girməmək cütlüklərin öz aralarında verəcəkləri qərara bağlıdır. Çünki bu şişirdildiyi qədər təhlükəli addım deyil. Mensturasiyanın sadəcə ilk günlərinin daha çətin keçdiyini nəzərə alsaq, sonraki günlərdə qadınlar partnyorlarının seks istəyinə müsbət cavab verə bilərlər. Ancaq tabularınızı yıxa bilmirsinizsə, bu prosesdən iyrənəcək, stress yaşayacaq, zövq ala bilməyəcəksinizsə, 1 həftə seksiz qalmağın heç kimi öldürmədiyini yada salın. Partnyorunuza seks istəmədiynizi və bundan sonra aybaşı zamanı təkid etməməsini qəti şəkildə bildirin. Çünki seks həzz almaq üçün edilən bir fəaliyyətdir. Əgər əzaba çevrilirsə, onun heç bir mənası yoxdur. Unutmayın ki, cütlükləri bir-birlərinə bağlayan sadəcə seks və ya ehtiras deyil. Ona görə də sekslə məşğul olmasanız belə bir-birinizdən uzaqlaşmayın, öpüşün, qucaqlaşın, bir-birinizin əhvalını açacaq zarafatlar edin. Bəzən həyatın qarşınıza çıxardığı xəstəliklər, qısa müddətli ayrılıqlar və digər sizdən asılı olmayan səbəblər aranıza girə bilər. Ancaq bunlar sadəcə sevişməyinizə maneə ola biləcək səbəblərdir. Bir-birinizi sevməyinizə isə heç nə əngəl ola bilməz.
Comments are closed, but trackbacks and pingbacks are open.