Press "Enter" to skip to content

Kitab Süleyman Əliyarlı Azərbaycan tarixi

13 17 Mart

Suleyman Eliyarli – Wikipedia

18 dekabr 1930-cu ildə Karyagin (indi Beyləqan) rayonunun Şahsevən kəndində dünyaya gəlmişdir.

Təhsili

1954-cü ilində Moskva Dövlət Universitetini fərqlənmə ilə bitirmişdir.

Moskva Dövlət Universitetinin tam beşillik kursunu 1954-cü ildə fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan MEA Tarix İnstitutunda 5 il çalışmışdır. Aspiranturanın son kursundan Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasına müəllim vəzifəsinə dəvət edilmiş və ömrünün sonunadək həmin kafedrada çalışmışdır.

1962-ci ildə “Bakı proletariatının vəziyyəti” adlı namizədlik dissertasiyasını müdafiə etmiş və tarix elmləri namizədi adını almışdır 1975-ci ildə “Azərbaycan neft sənayesində inhisarlar” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsini almışdır. 1989–2000-ci illər Azərbaycan Milli Məclisinin Yer adları (Toponimiya) komissiyasına başçılıq edib. 1992–2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü olub. 1990-cı ildə Azərbaycan Əməkdar elm xadimi fəxri adına layiq görülüb. 2000-ci ildə Türk Tarix Kurumunun fəxri üzvü seçilib.

Elmi fəaliyyəti

1978 mayından 2001-ci ilin iyun ayına kimi, yəni 23 il Azərbaycan tarixi kafedrasına başçılıq etmişdir. Elmi fəaliyyəti zamanı hər zaman konyukturadan uzaq tutmağa çalışıb. 1969-cu il tarixində Azərbaycanın Rusiyaya könüllü birləşməsi tezisinə qarşı çıxaraq, onun işğal edilməsini, Rusiya metropoliyasının iqtisadi müstəmləkəsinə çevrildiyini bəyan etmiş və nəticədə sovet rejiminin təqiblərinə məruz qalmışdır. 1983–84 illərdə Azərbaycan etnogenezinin ümumtürk tarixi köklərə dayandığını araşdıraraq bir sıra elmi əsərlər çap etdirmiş, buna görə də Moskva və Bakı retroqradlarının hücumları ilə üzləşmişdir.

1989–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin Yer Adları (Toponimiya) Komissiyasına başçılıq etmiş; 1992–2001 illərdə Azərbaycan Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü olmuşdur. 1990 da “Azərbaycanın Əməkdar Elm Xadimi” adına layiq görülüb.

2000-ci ildə “Türk və Türkiye tarihi ile ilgili değerli araştırmalarından dolayı” Türk Tarix Qurumunun “Şərəf Üyəsi” (fəxri üzvü) seçilib. Adı çəkilən “Türk Tarix Kurumu” və “Center For Balkan Turkology Researches” kimi beynəlxalq elmi təşkilatlar ilə elmi əməkdaşlıq etmişdir.

Türkcə və ingiliscə çap olunmuş 26 cildlik “Türklər (The Turks)” (Ankara, 2002) adlı ensiklopedik əsərin, Yayın Kurulu heyətinin üzvü və müəlliflərindən biridir.

Ailəsi

  • Babası Əliyar İbrahim oğlu Pireyvatlı-Şahsevən 1831-ci ildə Şahsevən elininPireyvatlı obasında anadan olmuşdu. 1835-ci ildə atası ilə bərabər Qarabağa keçib, Cavanşir-Dizaq mahalınınOltan adlı sahəsində məskunlaşmışdı. Onun törəmələri Əliyarlı kimi tanınırlar. Əliyarın Fətulla, Əsədulla, Məmiş adlı oğlanları vardı.

Əmək fəaliyyəti

AMEA Tarix İnstitutunda çalışıb. 1959-cu ildən Bakı Dövlət Universitetinin Tarix fakültəsində “Azərbaycan tarixi “(ümumi kurs) və magistraturada ixtisas kursları: “Türk epik abidələri tarixi mənbə kimi” və “Azərbaycan türklərinin etnogenezisi” və s. üzrə mühazirələr oxumuşdur. 150-dən çox elmi məqalə, 7 monoqrafiya və 8 kitab müəllifidir. 18 elmlər namizədi və 3 nəfər elmlər doktoru yetişdirib.

Tədqiqat Sahəsi

Azərbaycan və əski Türk tarixində epik abidələr və etnogenezis problemi üzrə beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etmişdir: XI, XII, XIII, XIV, XV Türk Tarix konqresləri (1990, 1994, 1999, 2002, 2006); I türk Dünyası Tarix Konqresi (New York, 1992); III Uluslararası Atatürk Sempozyumu (Gazi Maqusa, Kuzey Kıbrıs Türk Cumhuriyeti, 1995); Uluslararası Dede Korkut konfransı (Konya 1998); “Türk Xalqlarının ədəbi keçmişi” Uluslararası sempozyum (Kafkas Universiteti, 2004); IV Uluslararası Güney-Doğu Avrupa Türkolojisi sempozyumu (Prizren-Kosovo, 2007) və onlarca başqaları.

Seçilmiş əsərləri

  • Korkut kitabı ve eski Türk Tarihi (Atilla tarihinin izleri)-“Türk Dastanlari…” kitabında, Kafkas Universitesi, Bakı, 2004.
  • Məhəmməd Əmin Rəsulzadə və tarix-“Məhəmməd Əmin Rəsulzadə və ictimai-siyasi ideallar” kitabında, Xəzər Universitesi, 2004.
  • M. E. Resulzade tarihsel bakışları ile: bir kez daha türklük davası üzerine –XV Türk Tarih Konqresi Bildiri özetleri, TTK Yayınevi, Ankara 2006.
  • Prof. Dr. Osman F. Sertkaya, Dede Korkut Kitabı (Metnin Transkripsionu ve Açıklama notları) kitabı haqqında- “Türkiyat Araştırmaları Dergisi”, sayı 21, Konya,2007
  • Etnogenezis və sonuncu çoxcildli akademik nəşr “Tarix və onun probleməri”, № 3 əlavə, Bakı, 2007
  • M. Emin Resulzade gözüyle Türklük Davasi –”TDAV Tarih Dergisi”, sayı 252, istanbul, 2007
  • Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı: Çıraq nəşriyyatı, 2007, 400 səhifə. ISBN 5802500026

Monoqrafiyalar

  • Монополистический капитал в нефтяной промышленности России. 1914–1917. Документы, материалы. “Наука”, Ленинград, 1973 (коллектив);
  • Нефтяные монополии в Азербайджане в период первый мировой войны. АТУ, Баку, 1974
  • К проблеме этногенеза азербайджанского народа. “Элм” АН Азерб., Баку, 1984 (коллектив)
  • Azərbaycan tarixi üzrə qaynaqlar. ADU nəşr., Bakı, 1989, 2-ci nəşri 2007, 500 səh
  • Bergland Karabagh/ Utopien und Wahrheiten, Ankara, 1989
  • Azərbaycan tarixi Uzaq keçmişdən 1870-ci illərə qədər. “Azərbaycan” nəşr, Bakı, 1996, 870 səh. (müəlliflər heyəti və elmi redaktor);
  • Transcancasian Boundaries. Edited bu John F. R. Wright, Suzanne Goldenberg, Ricard Schofield. Geopolitics and International Boundaries Research Centre School of oriental and African Studies University of London, 1996 (chapter VI);
  • Ənvər Çingizoğlu, Şahsevən eli, “Soy” dərgisi, Ⅶ 4 (12), Bakı, 2008.
  1. ↑”Azərbaycanın məşhur alimi vəfat etdi”. 2014-12-22 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 2014-09-01 .

Kitab Süleyman Əliyarlı “Azərbaycan tarixi”

Süleyman Əliyarlı”Azərbaycan tarixi” vəsait(1870-ci ilə qədər).2009-cu ilin nəşridir.Yaxşı vəziyyətdədir.Çox az istifadə olunub.whatsappa yazın

Bakı 26 İyul 2020 3722 dəfə Mənbə: tap.az
E

Elçin

Elanın vaxtı bitmişdir
Seçilmişlərə əlavə et

Oxşar Elanlar

Yeni çap nəşri, kitab

12 7 Fevral

Mostbet – ən etibarlı bukmeyker

Mostbet Reklam

Kitab

4 11 Mart

Kitab

9 11 Mart

Kitab Dolabı

190 10 Mart

Kitab

4 12 Mart

Kitab altlığı

2.50 16 Fevral

Kitab

5 12 Mart

Kitab rəfi

75 25 Yanvar

Kitab boyunbağı

13 17 Mart

Kitab

5 25 Fevral

Kitab rəfi

180 11 Mart

Kitab

30 12 Mart

Kitab

3 20 Fevral

Kitab rəfi

200 12 Mart

Dərslik “Azərbaycan tarixi 7”

2 11 Mart

Kitab

8 25 Fevral

Kitab rəfi

10 11 Mart

Dini kitab

12 12 Mart

Kitab rəfi

75 10 Fevral

Kitab “Hamlet”

7 12 Mart

Azərbaycan dili test toplusu

10 13 Mart

Kitab “Hayvan Çiftliği”

9 12 Mart

Webmoney/Qiwi/Yandex Azərbaycan

1 22 Fevral

Ödənişli xidmətlər

Elanınızı Premium edin, ana səhifədə hərkəs görsün!

Ödənişli xidmətlər

Elanınızı irəli çəkin, ana səhifədə hərkəs görsün!

Elanı sil

Azərbaycanda yeni və işlənmiş məhsul elanları, onlayn alış veriş. Əmlak Telefon Aksesuar Maşın Mebel Geyim

Telefon: (012) 566-74-58

Haqqımızda

Yardımçı linklər

Saytın rəhbərliyi yerləşdirilmiş elanların məzmununa görə məsuliyyət daşımır

© UcuzTap bir şirkət məhsuludur

Comments are closed, but trackbacks and pingbacks are open.