Press "Enter" to skip to content

Uşanın tarixi və memarlıq abidələri – TARİXƏ BAXIŞ

2. Qala Divarları üzərində tikilmiş bürclər (17 ədəd)

Belqrad sülh müqaviləsi

1724-cü il Rusiya-Osmanlı müqaviləsi tərəflər arasındakı ziddiyyətləri həll etmədi. Qara dənizə çıxmağa və Krım xanlığına zərbə vurmağa çalışan Rusiya Avstriyanın təsiri altında Osmanlı dövləti ilə müharibəyə başladı. T.Mustafazadə haqlı olaraq yazmışdır ki, “Rusiya-Osmanlı münasibətlərinin kəskinləşməsi nəhayət iki dövlət arasında açıq müharibəyə gətirib çıxartdı. . İki imperiya arasında münasibətlərin kəskinləşməsində onların Xəzəryanı regionda, xüsusilə də Azərbaycanda maraq və mənafelərinin toqquşması da çox mühüm rol oynamışdır. Ona görə XVIII əsrin 20-30-cu illərində Azərbaycanda Rusiya-Osmanlı ziddiyyətlərinin 1735-1739-cu illər Rusiya-Osmanlı müharibəsinin əsas səbəblərindən biri olduğunu güman etmək düzgün olar. “. Müharibədə rus qoşunlarına B.K.Minix (1683-1767) komandanlıq edirdi. Ruslar 1736 və 1737-ci illər kampaniyasının gedişində Krım xanlığının paytaxtı Baxçasarayı tutmağa nail oldular, ikinci paytaxt hesab olunan Qarasu da general-feldmarşal P.Lassi tərəfindən yandırıldı. Avstriya Rusiya ilə 1726-cı il Vyana ittifaq müqaviləsinə uyğun olaraq Osmanlı dövlətinə müharibə elan etdi. Rusiya 1732-ci il Rəşt və 1735-ci il Gəncə müqavilələrinə baxmayaraq, İranla antiosmanlı ittifaqına nail ola bilmədi. Nadir 1736-cı ilin sentyabrında Osmanlı dövləti ilə Ərzurum müqaviləsini imzaladı. Lakin rus-osmanlı müharibəsi cəbhəsində vəziyyətin mürəkkəbliyini nəzərə alan Türkiyənin təklifi ilə sülh konfransı (Nemirov (Ukrayna), 1737, 16 avqust – 11 noyabr) çağırıldı. Konfransın gedişində müttəfiqlər – Rusiya və Avstriya arasında ziddiyyətlərin yaranması Osmanlı dövlətinin mövqeyini möhkəmləndirdi. Hərbi əməliyyatlar bərpa olundu. 1739-cu il hərbi əməliyyatları Rusiya üçün müvəffəqiyyətli oldu. Rusiyanın mövqeyinin möhkəmlənməsindən narahat olan Avstriya Osmanlı dövləti ilə separat müqavilə bağladı. Bu Rusiyanın mövqeyinə də təsir göstərdi.

Belqrad sülh müqaviləsi və şərtləri

Sentyabrın 18-də Rusiya ilə Osmanlı dövləti arasında Belqrad sülhü imzalandı. Müqavilə preambula və 15 artikuldan ibarət idi.[2] Müqavilənin maddələri aşağıdakılardır:

  1. Tərəflər aralarındakı münaqişəni bu müqavilə ilə həll etməli, dostluq münasibətləri yaratmalı, intiqam almağa cəhd etməməlidirlər.
  2. Bu maddə sərhədlərlə bağlı olub, burada yeni sərhədlərin sözü gedən sülh əsasında təyin edilməsi nəzərdə tutulurdu
  3. Azovətrafı istehkamlar dağıdılmalı və Rusiyaya burada yeni qalalar inşa etməyə icazə verilməli idi. Qarşılığında isə Osmanlı dövləti Kuban sərhədləri boyu yeni qalalar inşa edə biləcəkdi. Yenə bu maddə də nəzərdə tutulurdu ki, Rusiya Qara dənizdə savaş və ticarət gəmiləri saxlaya bilməzdi.
  4. 4-cü maddə sərhədlərdə bağlı idi. Burada göstərilirdi ki, təsbit edilən sərhədlər barədə hər iki dövlətin əhalisinə xəbər verilməlidir.
  5. Hər iki tərəf bir-birinə tabe olan xalqların təhlükəsizliyini qorumalı, onlara ziyan verməməli idi. Ruslar Kırımdan geri çəkilməli idi
  6. Şimali Qafqazda yerləşən dağ və keçidlərə nəzarət edən Kabardinərazisi neytral bölgə elan edilirdi. Böyük və kiçik Kabardin xalqlarına müstəqillik hüququ verilirdi. Amma Kabardinlərdən iki dövlətdən birinə şikayət gələrsə, həm Rusiya, həm də Osmanlı bu şəxsləri cəzalandıra bilərdi.
  7. İki tərəfin də əsirləri heç bir qarşılıq tələb edilmədən geri qaytarılımalı idi.
  8. Bu dövlətlərdə baş verən üsyanlar nəticəsində üsyan rəhbərləri qarşı tərəfə sığınarsa, aradakı münasibətləri korlamamaq üçün onları geri qaytarmağı hər iki dövlət də öz öhdəsinə götürürdü.
  9. Müqavilənin doqquzuncu maddəsi ticarət ilə əlaqədar idi. Belə ki hər iki dövlətin tacirləri iki ölkədə də sərbəst bir şəkildə ticarət edə bilərdilər. Bununla birgə Türkiyə tərəfi ilə ticarət yalnız onun gəmiləri vasitəsi ilə aparıla bilərdi.
  10. Müqavilə imzalanarkən tərəflərdən birində yaranan anlaşmazlıq dərhal həll edilməli, bu nüans müqavilənin imzalanmasına maneə törətməməli idi
  11. Rusiyadakı dindarlar Qüdsvə digər müqəddəs yerlərə səfər edə bilərdilər. Bunun qarşılığında Osmanlı dövləti onlardan heç bir vergi tələb etməməli idi.
  12. Müqavilədə Rus çariçası imperator adı ilə qeyd edilməli idi.
  13. Müqavilənin 13-cü maddəsində göstərilirdi ki, bu andlaşma üçün təyin edilən elçilər Osmanlı dövlətitərəfindən böyük hörmət və şərəf ilə qarşılanmalıdır.
  14. Yeni elçilər vasitəsi ilə tərəflər bir birlərinə hədiyyələr göndərməli idi.
  15. Son maddədə isə müqavilə imzalandıqdan sonra 3 ay ərzində hazırlanan təsdiqnamələrin Fransa elçisitərəfindən göndərilməsi nəzərdə tutulurdu.

Bundan başqa eyni müqavilə 18 sentyabr tarixində Avstriya ilə də imzalandı. Burada nəzərdə tutulurdu ki, Avstriya Pasarovitsa müqaviləsi ilə əldə etdiyi torpaqları-Serbiya, Belqrad, Bosnanın bəzi sərhədyanı bölgələrini geri qaytarmalıdır ( Banat istisna). Rus tarixçiləri İ.Zaiçkin və İ.Poçkayev Osmanlı dövləti ilə müharibədə 100 min əsgər itirən Rusiya üçün Belqrad sülhünü biabırçı sülh adlandırmışdır.

  1. Mahmudov, Yaqub (2009). AZƏRBAYCAN BEYNƏLXALQ MÜNASİBƏTLƏR VƏ DİPLOMATİYA TARİXİ DÖVLƏTLƏRARASI MÜQAVİLƏLƏR VƏ DİGƏR XARİCİ SİYASƏT AKTLARI.
  2. Uğur, Kurtaran (2014). “Sultan I Mahmudun Rusyaya verdiği 1739 tarihli ahidnamenin diplomatik açıdan tahlili”. Tarih İncelemeleri Dergisi (29): 213-232.

Şuşanın tarixi və memarlıq abidələri – TARİXƏ BAXIŞ

Şuşa şəhərinin ərazisi qədim abidələrlə zəngin idi. Ümumiyyətlə, şəhərdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud idi. O cümlədən, 72 mühüm sənət və tarixi abidələri, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri olmuşdu.

SİA-nın topladığı məlumata görə, bu abidələrin çoxu XIX əsrdə yaşamış memar Kərbəlayı Səfixan Qarabağı tərəfindən tikilmiş və həmin dövrün ən məşhur nəqqaşı Kərbəlayi Səfərəli tərəfindən bəzədilmişdir.

Ötən əsrin yetmişinci illərində Azərbaycan hökuməti iki tarixi qərar qəbul etmişdi. Həmin qərarların yerinə yetirilməsi Şuşanın sosial və mədəni inkişafında böyük əhəmiyyət kəsb etmişdir. Şəhərdə yeni sənət ocaqları yaradılmış, bərpa, tikinti və yaşıllaşdırma işlərində yüksək nailiyyətlər qazanılmışdır. Bir sözlə, hər ötən il şəhərdə dərin iz qoymuşdu. Tarixi-memarlıq və şəhərsalma abidəsinin yüksək bədii əhəmiyyəti nəzərə alınaraq 1977-ci ildə Şuşa tarixi-memarlıq qoruğuna çevrilmişdi.

1. Qala divarı (uzunluğu8 km)

2. Qala Divarları üzərində tikilmiş bürclər (17 ədəd)

3. 17 qədim üslübda salınmış məhəllə

7. Meydan bulağı

10. Turşsu Qalereyası

11. Karvansaray (4 ədəd)

12. Şahlıq körpüsü

13. Gəncə qapısı

14. Mirzə Həsən qəbiristanlığı

16. Mirfəseh qəbiristanlığı

18. Torpaq meydan

19. Zarıslıda Korun karvansarayı

20. Təzə məhəllədə körpü

21. Ü.Hacıbəyovun heykəli

22. Bülbülün büstü

23. H.Hacıbəyovun büstü

25. Topxana meşəsi

26. Ağaböyük Xanımın bürcü

27. Malıbəylidə Qızlar məktəbi

28. Un dəyirmanı

29. Kəlba Şəhriyarın bağı

30. Mirfəseh bağı

31. “Həzrət Əli” kahası

33. Səkili bulağı

34. Qotur bulağı

35. Şəmilin bağı

36. Hacıyevlərin armud bağı

37. Ağabəyim Ağanın qəsri

38. Bəhmən Mirzə Qacarın saray kompleksi

39. Bəhmən Mirzənin hərəmxanası

40. Bəhmən Mirzə Qacarın tikdirdiyi “Bab” hamamı

41. Qacarların məqbərə kompleksi

42. Qulam Şahın malikanəsi

43. Əsəd bəyin malikanəsi

44. Mamay bəyin malikanəsi

45. Şeytana bazar

46. Əfsanəvi Leyli qalası

47. Çuxur məhəllədə 2 minarəli “Şəfa ocağı”

48. Məhəmməd Həsən Ağanın imarəti

49. Qarabağ xanlığının Divan kompleksi

50. “Həzrət Abbas Şəfa ocağı”

51. Dəlik-daş pilləkan kompleksi

52. Qarabaş Qazisinin mülkü

54. Vaqif poeziya evi

55. M.P.Vaqifin məqbərəsi

56. M.P.Vaqifin müəllimlik etdiyi bina

57. M.P.Vaqifin büstü

58. M.P.Vaqifin evi

59. Xan qızı Xurşud Banu Natəvanın sarayı

60. Xan qızı Xurşud Banu Natəvanın bulaq kompleksi

61. X.B.Natəvanın büstü

62. X.B.Natəvanın tikdirdiyi “Qarama”

63. X.B.Natəvanın tikdirdiyi həbsxana

64. Aşağı Gövhər Ağa Məscidi

65. Yuxarı Gövhər Ağa Məscidi

66. Malıbəyli Məscidi

67. Qaybalı Məscidi

68. Şırlan məscidi

69. Alban kilsəsi

71. Hacı Qulamın mülkü

72. M.M.Nəvvabın mülkü

73. M.M.Nəvvabın abidə kompleksi

74. Nəcəfqulu Ağanın mülkü

75. Ağa-Əbdürrəhim Ağanın evi

76. Hacı Bəşirin mülkü

77. Cabbar Qaryağdı oğlunun mülkü

78. Mirzə Hüseynin mülkü

79. Mirəlibəyin mülkü

80. Seyid Məcidin mülkü

81. Kəlba Şirinin mülkü

82. Öpənnik Qara Zeynalın mülkü

83. Fərzalı bəyin mülkü

84. Allahverənli Kəlba Şirinin mülkü

85. Çuxur məhəllədə Kal Həsənin evi

86. Təzə məhəllədə Xayatlılar Mehdinin evi

87. Çuxur məhəllədə Kürd uşağının evi

88. Məşədi Qəhrəmanın mülkü

89. Quyruq məhəlləsində Məşədi Teymurun evi

90. Mehmandarovun ev kompleksi

91. Zöhrabbəyovların evi

92. İbrahim xanın mülkü

93. Sadıqcanın qəsri

94.Uluq bəyin evi

95. Quyruq məhəlləsində Sadıq bəyin mülkü

96. Cəlal bəyin evi

97. Nəcəf bəy Vəzirovun mülkü

98. Virudin bəy Köçərlinin mülkü

99. Süleyman Sani Axundovun mülkü

100. İsmayıl bəyin evi

101. Məşədi Şirinin mülkü

102. Gəraf Əsgərovun mülkü

103. Ağamirovların mülkü

104. Hüsü Hacıyevin mülkü

105. Hüsü Hacıyevin büstü

106. Kəlba Hüseynin evi

107. Yusif Vəzir Çəmənzəmənlinin mülkü

108. Mir Həsən Vəzirovun mülkü

109. Qaraşovların mülkü

110. Hüseyn Qayıbovun mülkü

111. Q.B.Zakirin yaşadığı ev

112. Q.B.Zakirin qəbirüstü abidəsi

113. Hacı Dadaşın mülkü

114. Əbdülrəhim bəy Haqverdiyevin evi

115. Hacı Şükürün imarəti

116. Qədimovların mülkü

117. Ü.Hacıbəyovun ev muzeyi

118. Bülbülün ev muzeyi

119. Xalça muzeyi

120. Rəsm Qalereyası

121. Tarix Diyarşünaslıq muzeyi

122. Qarabağ Dövlət tarixi muzeyi

123. Azərbaycanda ilk “realnı uçiliş”in binası

124. Yaşıl aptek

125. Mədəniyyət evi

126. Külli miqdarda gümüş və mis qablar

127. İbrahim Xəlil xanın 1801-ci ildə tikdirdiyi mədrəsə kompleksi (Gövhər Ağanın məscdinin həyətində)

128. Qarabağ xanlığının vəziri Mirzə Cəmal bəy Cavanşirin və onun ailəsinin məqbərə kompleksi

129. Tarixin yaddaşı olan Daş Kitabələr

MƏHƏLLƏLƏRİN ADLARI:

Comments are closed, but trackbacks and pingbacks are open.