Sultan məmmədov kitabları
Yaşar Rzayev (yazıçı�publisist):
Sultan məmmədov kitabları
Hər bir insanın ömürü Tanrının ona həyatda iz saxlaması, xeyirxah əmmələri ilə varlığını sonsuzluğa qədər uzatması üçün verdiyi imkan, müddətdir. Bir həqiqət var ki, hər kəs ona verilən bu möhləti əmmələri ilə əbədiləşdirə bilmir. Uzun və ya qısa ömür sürməyindən asılı olmayaraq həyatda iz saxlayan, əmmələri ilə yaddaşlarda qalan insanlar Tanrının sevib seçdikləri bəndələrdir… Bəlkə buna görədir ki, müdriklərimizin dediyi “Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma” kimi kəlamı yaranıb… Məhz belə müdrik, sözün əsl mənasında ağsaqqal, xalqına gərəkli, mənalı ömrü xeyirxah əməllərlə dolu, əsl Azərbaycan kişisinə məxsus xüsusiyyətlərə malik insanlrdandır Sultan Məmmədov. Məxsus olduğu el-obada, sadə xalq arasında sözünün çəkisi olan, hörmət və nüfuzu olan kişidir Sultan müəllim… Ömrünün 80-ci baharını qeyd etməyə hazırlaşan, müdrik çağlarında qazandığı el məhəbbəti ilə əhatə olunan bu el ağsaqqalı insan həyatının mənasını onun cəmiyyətə gərəkliliyində görür. Sultan müəllim mənəvi kamillik zirvəsini öz saflığı, xeyirxahlığı və zəhməti ilə qazanıb. Nəsillərə nümunə olan, haqqında söhbət açdığımız bu nurlu şəxsiyyətin qısa tərcümeyi-halına nəzər yetirmək zəruri olduğu qədər də vacibdir:
Qısa tanıtma: Sultan İsrafil oğlu Məmmədov 10 mart 1938-ci ildə Astara rayonunda anadan olub. 1965-ci ildə Bakı Dövlət Universitetini, 1978-ci ildə Bakı Ali Partiya Məktəbini bitirib. 1971-73-cü illərdə Astara şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1973-77-ci illərdə Astara rayon partiya komitəsinin katibi, 1977-1980-ci illərdə Astara rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1980-1988-ci illərdə Lerik rayon partiya komitəsinin birinci katibi, 1988-1991-ci illərdə Astara rayon partiya komitəsinin birinci katibi, 1992-1995-ci illərdə isə Azərbaycan Respublikası Mənzil-komunnal Təsrrüfatı nazirinin birinci müavini vəzifələrində çalışıb.
Üç çağırış Azərbaycan SSR Ali Sovetinin, Azərbaycan Respublikası Milli Şurasının üzvü, Mənzil-komunnal daimi komisiyasının sədri olub. 1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-İran dotluq qrupunun rəhbəri kimi fəaliyyət göstərib. Sultan Məmmədov ömrünün 50 ildən çox hissəsini SSRİ zamanında yaşayıb. Həmin vaxtlarda da o, xalqına göstərdiyi diqqət və qayğı ilə yaddaşlarda özünün ali insani keyfiyyətlərinin daşıyıcısı olduğunu təsdiq edib. O, elə o vaxtlardan el arasında özünün “yaxşı adam”, “ağsaqqal” kimi ali titullarını qazanıb. Yorulmaz fəaliyyəti, gərgin zəhməti dövlət tərəfindən də qiymətsiz qalmayıb. Səmərəli fəaliyyətinə görə “Şərəf nişanı”, “Xalqlar dostluğu” ordenləri, bir sıra medallar və fəxri fərmanlarla təltif edilib. Bir həqiqət var ki, onun ən böyük mükafatı halal zəhməti ilə qazandığı el məhəbbətidir. Bu gün Sultan müəllim Astarada, Lənkəranda, Lerikdə , Bakıda, bir sözlə, Azərbaycanımızın hər yerində hörmətli bir ağsaqqal kimi qəbul edilir, hörmət və ehtiramla qarşılanır. O, həm də bir ictimai xadim olaraq ehtiram zirvəsinə yüksəlib. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin etimad göstərdiyi kadrlardan olan Sultan müəllim, həmişə Ulu öndərin ona olan etibarını layaqətlə , sədaqətlə qoruya bilib.
Sultan Məmmədov həm də Azərbaycan ziyalılarına bəslədiyi məhəbbəti ilə seçilib. Onun dostlarının çoxu şair və yazıçılar, sənət adamları olub. Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı, Cabir Novruz, Əlabbas Qədirov, Oqtay Kazımi və başqaları. Bu siyahını istənilən qədər uzatmaq olar. Lakin bu adları sadalamaqda məqsəd Sultan müəllimin Azərbaycanın mənəvi dəyərlərinə necə möhkəm bağlı olduğunu göstərməkdir. Xalqının mənəviyyat xəzinəsindən su içə-içə özü də əlinə qələm götürüb düşüncələrini, araşdırmalarını kitab halına salaraq gələcək nəsillərə yadigar saxlayıb. Onun geniş oxucu kütləsinin marağında olan, lakin mövcudluğu və fəaliyyəti barədə az hallarda məlumat verilən massonluq haqqında qələmə aldığı, xalq şairi Sabir Rüstəmxanlının ön söz yazdığı əsərlər yaddaqalan publisistik nümunələrdir. Kitabın ön sözündə Sabir müəllim müəllifin məharətini qeyd edərək yazır ki:”…Tanınmış ictimai xadim, ziyalı, sabiq millət vəkili, Milli Məclisin komissiya sədri olmuş köhnə dostum Sultan Məmmədovun “Masonluq: Dünyanı idarə edən gizli qüvvə” kitabı da məhz bir marağın nəticəsi kimi meydana çıxmışdır. Artıq açıq fəaliyyətə keçmiş, müəllifin təbirincə desək, “bədəninin yarısı yerin altında, yarısı aşkarda olan Sfinksi xatırladan” bu beynəlxalq gizli təşkilat haqqında ABŞ, İngiltərə, Fransa, Türkiyə, Rusiyada… çoxsaylı araşdırmalar aparılmış, kitablar nəşr edilmişdir… Əlbəttə, kitabın ən diqqətçəkən bölümləri Rusiya, Türkiyə və Azərbaycanla bağlıdır. Çünki ikiillik Azərbaycan Demokratik Cümhuriyyəti dövrünü nəzərə almasaq, Azərbaycanın təxminən 200 illik tarixi Rusiya ilə bağlıdır və şübhəsiz ki, Rusiya imperiyasında, eləcə də Sovetlər Birliyində baş verən hadisələr məmləkətimizə təsir göstərməyə bilməzdi. Bu gün Rusiyada masonluq və mason təşkilatlarının fəaliyyəti haqqında açıq-aşkar söhbət açılır. Türkiyə tarixən Azərbaycanla sıx bağlı olduğundan, qardaş dövlət tərəfindən də eyni təsirə məruz qalmışıq. Hətta bu gün Türkiyədə masonluq haqqında bilgilər təkcə araşdırmalarda, qəzet və dərgilərdə çap olunmaqla qalmır, televiziya ekranlarına, filmlərə də ayaq açır…” Sultan müəllimin uzun müddət arayıb –araşdırdığı maraqlı faktlar, oxucunu çoxunun adını eşidib mahiyyətinə varmadığı massonluq haqqında həqiqətlərlə üz-üzə qoyur, onun dünyada baş verən hadisələrin, ikili standartların nədən baş verməsi sualına cavab tapmasına imkan verir… Təsadüfi deyil ki, Sultan müəllim həm də “Qızıl qələm” mükafatı laureatıdır.
Sultan müəllim harada işləməyindən və yaşamağından asılı olmayaraq həmişə hörmətli olub. Bir zamanlar Astara və Lerik rayon Partiya komitəsinin birinci katibi vəzifələrində çalışdığı zaman qazandığı hörmət, nüfuz sayəsində bu gün də onun qapısını dost qapısı kimi açırlar. O yerlərə yolu düşəndə isə onu böyük hörmət və ehtriamla qarşılayırlar… Sultan Məmmədov həm də Azərbaycanımızın o ictimai xadimlərindəndir ki, onun fəaliyyət dairəsi ölkəmizin həm sovetlər dönəminin, həm də, müstəqillik illərinin bir hissəsini əhatə edib. Hər iki zamanda Sultan müəllim ləyaqətini, şəxsiyyətini uca tutub, xalqın mənafeyini qoruyub, el-obada, cəmiyyətdə nüfuz və söz sahibinə çevrilib, ağsaqqalıq məqamına yüksəlib. Özünün təbirincə desək “kişinin gərək bir üzü olsun!” kəlamı onun fəalyyət istiqamətini müəyyən edib. Hansı sistemdə, hansı vəzifə pilləsində olmasından asılı olmayaraq Sultan müəllim öz şəxsiyyətinə və nüfuzuna kölgə düşməsinə imkan verməyib, simasını dəyişməyib. O, sözünün ağası olub, əmməllərinin paklığı ilə ad çıxarıb.
Bir neçə gündən sonra Sultan müəllimin 80 illik yubileyi gəlir. Doğrudan da cəmiyyətdə belə nadir şəxsiyyətlərin gücünü və rolunu anlamaq üçün müəyyən yaşa çatmaq tələb olunur. Belə şəxsiyyətlərin həyat və fəaliyyətini dərk edəndə isə insan onların keçdiyi ləyaqətli ömür yoluna tam bələd olur və heyrət etməmək mümkün olmur… Zaman və məkanın daxilində var olan bəşər övladı üçün dünyada hər şey ötəridi… Lakin insan qurub yaratdıqları, təkrarsız xoş əməlləri, el içində qazandığı yaxşı ad-sanı, bir də imzası ilə əbədiyət qazanır. Sultan müəllim bu sadalanaların hamısını əldə edə bilib. Əslində el ağsaqqalının yubileyi onun məxsus olduğu elin bayramıdır. Sultan müəllimin el-obasına gözaydınlığı verib onu 80 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və yeni-yeni uğurlar arzu edirik.
Sultan məmmədov kitabları
Görkəmli ictimai xadim
Sultan Məmmədov öz xalqına gərəkli, mənalı bir ömür yaşadığı üçün el � obada nüfuz və hörmət qazanmışdır. İnsanların qəlbində yer tapmaq ulu Tanrı tərəfindən ona bəxş olunan ilahi bir məhəbbətdir. Ömrünün 75� ci baharını yaşayan Sultan m üəllimin hər əməli saf , bulaq suyutək dumdurudur . Öz zəkası, nurlu təfəkkürü ilə xalqın gözündə ucalan Sultan Məmmədovun həyat yolu xeyirxahlıq, kamillik , mənəvi yetkinlik zirvəsinə bənzəyir. Xalqına könül verdiyi sevgisi əbədidir, ülvidir , müqəddəsdir. O, öz rahatlığını, könül sevgisini birinə gərəkli olmağında tapır. Bu da onun daxili böyüklüyündən, zəngin bir şəxsiyyət olmasından irəli gəlir.
Sultan Məmmədov ömrünün 50 ildən çoxunu sovet rejimində yaşamış, Astara və Lerik rayonlarında partiya komitəsinin birinci katibi vəzifələrində çalışmış, həmin vaxtda xalq arasında işgüzar , qurucu , təəssübkeş insan kimi tanınmış, böyük hörmət və şöhrət qazanmışdır.
XX əsrin 80� ci illərində, Lerik rayonuna başçılıq edən Sultan müəllim sanballı nüfuza malik olmuşdur . Məhz bunun nəticəsidir ki , bu gün Lerikdə onu ağsaqqal , məsləhətçi, dost kimi qarşılayırlar, xidmətlərini yada salırlar. Rayon ziyalıları Bakının Nərimanov rayonunun ərazisində yaşayan , qəlbi Vətən eşqi ilə döyünən Sultan Məmmədovla davamlı və səmimi əlaqələr saxlayırlar.
Sultan müəllimə özlərinin sabiq millət vəkili, yol göstərən müdrik insan məqamında baxırlar. Eyni sözləri Astara rayon sakinləri haqqında da demək olar . Bütün bunları yalnız namuslu fəaliyyətlə, insanpərvərliklə, xeyirxahlıqla və səmimiyyətlə qazanmaq olar .
Sultan Məmmədov 1990�cı il seçkilərində Azərbaycan Respublikası Ali Sovetinə deputat seçilmişdir . Həmin vaxt Sultan müəllim həm də Ali Sovetin mənzil�kommunal komissiyasına rəhbərlik etmişdir . Eyni zamanda o , 1992� ci ildə Respublika Kommunal Təsərrüfatı nazirinin birinci müavini vəzifəsinə təyin olunmuşdur .
O, deputatlıq dövründə müzakirə olunan məsələlərdə həmişə konstruktivlik nümayiş etdirmiş , sosial � iqtisadi vəzifələrin yerinə yetirilməsinə maksimum səy göstərmişdir.
Bu gün ömrünün 75� ci baharını yaşayan , el gözündə pillə�pillə ucalan Sultan Məmmədov Milli Məclisdə az danışardı, ancaq həmişə konkret təklif verərdi, öz mövqeyini çəkinmədən, açıq�aydın bildirərdi. O, parlamentin sosial�siyasət komissiyasının və Azərbaycan�İran dostluq qrupunun rəhbəri kimi diqqətəlayiq işlər görmüş , bu yönümdə qüvvə və bacarığını əsirgəməmişdir.
Sultan Məmmədov Lerikdə və Astarada işlədiyi müddətdə iqtisadi və sosial məsələlərin həllində böyük işlər görmüşdür . Bilavasitə sultan müəllimin təşəbbüsü sayəsində Lerik�Lənkəran yolu xeyli abadlaşdırılmış, ucqar kəndlərə gedən yollarda körpü salınmışdır. Məktəb, kitabxana , stadion , aptek , şahmat məktəbi, xəstəxana və başqa onlarca obyekt tikilərək əhalinin istifadəsinə verilmişdir . Bütün bunlar Sultan müəllimin xalqımız üçün gördüyü nəcib işlərdir.
Biz 75 illik yubileyi ərəfəsində sabiq millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin sabiq komissiya sədri, səmərəli ictimai fəaliyyətinə görə sinəsini �Şərəf� nişanı və � Xalqlar dostluğu � ordenləri bəzəyən, bir sıra medallara və fəxri fərmanlara layiq gör ülmüş Sultan İsrafil oğlu Məmmədovla görüşüb söhbət etdik ,
Ömür kitabını vərəqlədik. Son dərəcə səmimi insandır, qəlbində hər bir adama güclü sevgisi var . Müxtəlif vəzifələrdə çalışdığı illərdə bu genişqəlbli insan Vətənin tərəqqisi naminə nələr etməmişdir? Bunu sadalamaqla qurtarmaq olmaz .
Söhbət zamanı hiss etdim ki , ensiklopedik biliyə malik olan bu insanın ömür yolu çoxlarına örnəkdir, müxtəlif rəhbər vəzifələrdə çalışdığı illərdə həmişə zəhmətin, əməyin qulpundan yapışıb, xalqın, elin�obanın arxa�dayağı olub .
Sultan Məmmədov 1938� ci ildə Astara rayonunda dünyaya göz açmış, Lənkəran Tibb məktəbini, Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş , 1978� ci ildə Bakı Ali Partiya Məktəbində təhsilini davam etdirmiş , ayrı�ayrı illərdə Astara şəhər XDS İK�nın sədri və digər vəzif ələrdə çalışmış, həmişə qəlbi qurub � yaratmaq eşqi ilə döyünmüşdür .
Sultan müəllimin ədəbiyyata, xüsusilə poeziyaya böyük marağı vardır. Hərdənbir hissləri misralara çevirilir . O, ədəbiyyatla yanaşı, mədəniyyətimizin dostu , əsl mənəviyyat adamıdır. 2007� ci ildə Sultan Məmmədovun � Massonlar : dünyanı idarə edən qüvvə� adlı kitabı nəşr olunmuşdur .
Böyük zəka sahibi Sultan Məmmədov Azərbaycanın Cənubi Qafqazda lider dövlətə çevrilməsindən, bu sahədə ümummilli liderimiz , dahi şəxsiyyət, ürəklərdə işıq heykəlinə çevrilən Heydər Əliyevin tarixi xidmətlərindən, həmçinin bu gün Heydər Əliyev kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən qürurla danışdı.
Sultan müəllim 5 övlad atasıdır. Övladları müstəqil Azərbaycanın dinamik inkişafı yolunda tükənməz enerji ilə çalışır. O, ömrünün bu çağında ən yaddaqalan anları həyatı qədər sevdiyi 9 nəvəsi ilə keçirir . Onlara Vətənə, xalqa , torpağa sədaqətli olmağı tövsiyə edir .
Biz Sultan Məmmədovla bağlı onun doğmaları, dostları ilə görüşüb onların dediklərini olduğu kimi qələmə aldıq. Abbasəli Novruzov ( istefada olan general � mayor ):
� Sultan Məmmədovu keçən əsrin 70� ci illərindən tanıyıram. Onun müsbət keyfiyyətləri çoxdur . Doğma Azərbaycanın Qafqazın, hətta Avropa və Amerika ölkələrinin tarixi hadisələrini dərindən bilir və daim mütaliə edir . Onunla söhbətdən həmişə həzz alırsan.
Sultan Məmmədovun yüksək səviyyəli rəhbər işçi olması bu gün hər yerdə xatırlanır. O, rəhbər vəzifələrdə çalışdığı illərdə neçə�neçə tikilinin həm təşəbbüskarı, həm də qurucusu olub .
Bəhram Şiriyev (Bakının Binəqədi rayonundakı 276 saylı məktəbin direktoru , Azərbaycan Respublikasının əməkdar müəllimi):
� Sultan Məmmədov hansı vəzifədə olursa � olsun , heç vaxt özü barədə qədərindən artıq fikirləşməyib. Bütün enerjisini , təcrübəsini və bacarığını həvalə olunan işə yönəldib.
Lerik və Astara Rayon Partiya Komitələrinin birinci katibi seçiləndə, Respublika Kommunal Təsərrüfatı Nazirinin birinci müavini təyin olunanda Sultan müəllim həmişə həyat prinsiplərinə sadiq qalmış, Vətənə, torpağa , yurd�yuvasına bağlı olmuş , vəzifə pillələrində ziyalılıq keyfiyyətlərini təkc ə sözləri ilə yox , həm də əməlləriylə büruzə vermişdir .
Sultan Məmmədov Milli Məclisin deputatı olduğu illərdə də Azərbaycana qarşı məkirli niyyətlərə, beynəlxalq qurumların müxtəlif lobbilərin əlində oyuncağa çevrildiyinə, ATƏT� in , Avropa Şurasının, ABŞ�ın ikili standart səviyyəsinə qarşı öz mövqeyini qəti şəkildə ortaya qoyurdu .
Mən, sədaqətli insan , böyük zəka sahibi Sultan İsrafil oğlu Məmmədova möhkəm cansağlığı, uzun ömür arzulayıram.
Yaşar Rzayev (yazıçı�publisist):
� Sultan müəllimi uzun illərdir ki , tanıyıram. O, həyatda şəxisi keyfiyyətləri, sadəliyi, xarakterindəki bütövlüyü , əzmkarlığı, qətiyyətilə özünə yol açmış, yüksək mövqelərə ucalmışdır.
1995�2000� ci illərdə Sultan Məmmədovla birlikdə Milli Məclisdə deputat kimi fəaliyyət göstərmişik. Həmin illərdə də Sultan müəllim ictimai xadim kimi , yalana və saxtakarlığa, neqativ hallara qarşı barışmaz mövqedə dayanan insan kimi , özünü təsdiq etmişdi .
Çox maraqlı həmsöhbətdir Sultan müəllim. Onunla tez � tez görüşürük . Dəfələrlə səfərlərdə olmuşuq . Zəngin mütaliəsi var . Oxuduqları, bildikləri, keçdiyi həyat yolundakı ibrətamiz hadisələr barəsində həvəslə, həm də çox maraqlı danışır.
İlham Məmmədov ( Sultan Məmmədovun oğlu , Dövlət Gömrük Komitəsi Sərnişin şöbəsinin rəisi):
� Atam zəhmətkeş ailədə böyümüş , əməyin qədrini lap uşaq yaşlarından bilmiş , özü də erkən yaşlarından həyatda namusla yaşamağın nə demək oldğunu dərk etmişdir . Elə buna görə də o , həyatda yalnız öz qabiliyyətinə, bacarığına və savadına arxalanmış, vəzifə pillələrinə addım�addım ucalmışdır. İşgüzarlığı, təşkilatçılığı, insanlarla düzgün münasibət qurmaq istedadı sayəsində atam gənc yaşlarından rayon İcraiyyə Komitəsinin sədri, rayon Partiya Komitəsinin birinci katibi kimi məsul vəzifələrə irəli çəkilmişdir. Əhalinin qeydinə qalması, abadlıq və quruculuq işlərinə qayğı və diqqət yetirməsi, insanların mənafeyini öz şəxsi mənafeyindən uca tutması xalqın ona hörmət və izzətinin artmasına səbəb olmuşdur .
Ailə üzvlərimiz süfrə başında cəm olanda atam həmişə bizə bu sözləri deyir :
�Çalışın ki , dünyada öz xeyirxah əməllərinizlə bir iz qoyasınız. İnsanlara əl tutun , �Əl tutmaq Əlidən qalıb�! Biz bu gün özümüzü xoşbəxt sanırıq. Çünki , atamızın dediyi yolla gedir , öz nümunəvi fəaliyyətimizlə ona başucalığı gətiririk.
Azərbaycan xalqı öz tarixi ərzində çox böyük şəxsiyyətlər yetirib . Onların hər birinin öz yeri , özünəməxsus xidmətləri var . Sultan Məmmədov da müstəqil Azərbaycanın ən parlaq simalarından biridir . O, doğma yurdda öz dəsti�xətti ilə silinməz izlər qoyub .
Qədir Aslan ,
Əməkdar jurnalist .
Respublika.- 2013.- 7 mart.- S. 10.
Comments are closed, but trackbacks and pingbacks are open.