Press "Enter" to skip to content

Summativ qiymətləndirmə

Belə proqramlara misal olaraq, “Classroom” platformasını göstərən E.Süleymanov qeyd edib ki, bu proqram şagirdlərə test və ya frontal sorğu ilə imtahan keçirəndə hər şağirdə eyni test sualını fərqli formada və cavabların yerini dəyişdirərək təqdim edə bilir. Proqram eyni zamanda, internet bağlantısı kəsiləndə yeni test tapşırığı təqdim edə bilir. Bunlardan başqa, müəllim imtahan vaxtı çalışmalıdır ki şağirdlər kameralarını açıq saxlasınlar və müəllimin onlarla göz təması kəsilməsin. Bu şagirdə imtahana daha məsuliyyətlə yanaşmasına səbəb olacaq:

“Şagirdlərin summativ qiymətləndirmələri ilə bağlı yüngülləşmələr edilməlidir” – Ekspert

Milli.Az bildirir ki, bunu Trend-ə təhsil üzrə ekspert Elçin Süleymanov deyib.

E.Süleymanov hesab edir ki, pandemiya şəraitində dövlətin müvafiq qərarına uyğun olaraq, tədrisin təşkilinin bir neçə tərəfini düşünərək qiymətləndirmə aparılmalıdır. Mümkün olduğu qədər imtahan sayı və imtahan müddəti qısa olmalı, suallar sinif mühitindəki imtahanlara görə daha asan və konkret olmalıdır. Eyni zamanda, yuxarı siniflərdə şagirdlərə qrup işləri verilməlidir, onların qrup olaraq müəyyən tədqiqat aparmaq bacarıqları inkişaf etdirilməlidir.

Mütəxəssisin sözlərinə görə, orta məktəblərdə summativ qiymətləndirmələrin onlayn aparılması qaçılmazdır.

O əlavə edib ki, məktəbdaxili qiymətləndirmə diaqnostik, formativ və summativ olmaqla üç növdən ibarətdir. I siniflərdə summativ qiymətləndirmələrin keçirilmısi nəzərdə tutulmur. II-IV siniflərdə kiçik summativlər (KSQ) nəzərdə tutulsa da, böyük summativ qiymətləndirmə aparılmır. Böyük summativ qiymətləndirmə (BSQ) yalnız V-XI siniflərdə aparılır. BSQ-lər V-IX siniflərdə ümumi orta təhsil pilləsi üzrə buraxılış imtahanında nəzərdə tutulmuş fənlərdən, X-XI siniflərdə isə tam orta təhsil pilləsi üzrə buraxılış imtahanında nəzərdə tutulan fənlərdən həyata keçirilir. Yarım il qiymətləri BSQ aparılmayan fənlər üzrə KSQ ballarının ədədi ortası və ona uyğun qiymətə (“5” ballıq) əsasən yazılır.

Ekspert qeyd edib ki, müxtəlif proqramlar vasitəsilə şağirdlərin biliyini ölçmək və imtahanların maksimum şəffaflığını qorumaq mümkündür.

Belə proqramlara misal olaraq, “Classroom” platformasını göstərən E.Süleymanov qeyd edib ki, bu proqram şagirdlərə test və ya frontal sorğu ilə imtahan keçirəndə hər şağirdə eyni test sualını fərqli formada və cavabların yerini dəyişdirərək təqdim edə bilir. Proqram eyni zamanda, internet bağlantısı kəsiləndə yeni test tapşırığı təqdim edə bilir. Bunlardan başqa, müəllim imtahan vaxtı çalışmalıdır ki şağirdlər kameralarını açıq saxlasınlar və müəllimin onlarla göz təması kəsilməsin. Bu şagirdə imtahana daha məsuliyyətlə yanaşmasına səbəb olacaq:

“Eyni zamanda, mümkün olduğu halda şagirdlərin imtahanı çalışma masasında keçirməsi və sakit bir mühitdə olması tələb etdilməlidir. Müəllim şagirdin onlayn imtahanlarda verdiyi cavabı sadəcə özünün online dərsdə keçdiyi şəkildə yox, şagirdin müxtəlif imkanlarla başqa mənbələrdən də oxuya biləcəyini nəzərə alaraq, daha geniş konteksdə dəyərləndirməlidir. Çünki şagir həmin mövzunu teledərslərdə və ya virtual məşğələdə fərqli kontekslərdə mənimsəyə bilər”.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Summativ qiymətləndirmə

2019-10-31 15:35:00

Summativlərin tərtib və qiymətləndirilmə qaydaları – Hər suala neçə bal?

Yeni qiymətləndirmə qaydaları artıq çoxlarına məlumdur. Bu qaydalar təzə tətbiq olunanda əksər müəllimlər işlərinin artmasından gileylənir, bir qismi isə əksinə, summativ qiymətləndirmələrin şagirdi buraxılış imtahanına daha yaxşı hazırladığını iddia edirdilər. Bir neçə ay ərzində bu qiymətləndirmələrin xeyli müsbət tərəfləri üzə çıxdı. Amma əksər müəllimlərin axtardığı məqamlardan biri də summativ qiymətləndirmənin neçə sualdan ibarət tərtib edilməsi, hərəsinə neçə bal verilməsi ilə bağlıdır. Qeyd: Summativ qiymətləndirmələr maksimum 20 sualdan ibarət olmaqla tərtib edilə bilər. Suallar çətinlik dərəcəsinə görə, 4 səviyyə ilə qiymətləndirilir. Onlar çətinlik səviyyəsinə uyğun olaraq müxtəlif ballarla qiymətləndirilirlər. Bütün suallar şagirdə ümumilikdə 100 bal qazandıra bilər. 0-30 aralığında bal toplayan şagird “2”, 30-60 aralığında bal toplayan şagird “3”, 60-80 aralığında bal toplayan şagird “4”, 80 – 100 aralığında bal toplayan isə “5” ilə qiymətləndirilir. Hər sual neçə balla qiymətləndirilməlidir? AzEdu.az summative qiymətləndirə zamanı sayından asılı olaraq hər sualın neçə balla qiymətləndirildiyini təqdim edir: Summativ qiymətləndirmə: -10 sualdan ibarət olarsa: 4 sual “5”, 3 sual “10”, 2 sual “15”, 1 sual “20” bal; (4*5+3*10+2*15+1*20=100 bal) -11 sualdan ibarət olarsa: 4 sual “5”, 6 sual “10”, 1 sual “20” bal; (4*5+6*10+1*20=100 bal) -12 sualdan ibarət olarsa: 5 sual “4”, 2 sual “7”, 2 sual “8”, 2 sual “15”, 1 sual “20” bal; (5*4+2*7+2*8+2*15+20=100 bal) -13 sualdan ibarət olarsa: 5 sual “4”, 2 sual “7”, 2 sual “8”, 3 sual “10”, 1 sual “20” bal” (5*4+2*7+2*8+3*10+20=100bal) -14 sualdan ibarət olarsa: 4 sual “3”, 2 sual “4”, 2 sual “7”, 2 sual “8”, 3 sual “10”, 1 sual “20” bal” (4*3+2*4+2*7+2*8+3*10+20=100 bal) -15 sualdan ibarət olarsa: 4 sual “3”, 2 sual “4”, 5 sual “6”, 3 sual “10”, 1 sual “20” bal” (4*3+2*4+5*6+3*10+20=100 bal) -16 sualdan ibarət olarsa: 4 sual “3”, 2 sual “4”, 5 sual “6”, 5 sual “10” bal; (4*3+2*4+5*6+5*10=100bal) -17 sualdan ibarət olarsa: 7 sual “3”, 1 sual “5”, 4 sual “6”, 5 sual “10” bal; (7*3+1*5+4*6+5*10=100 bal) -18 sualdan ibarət olarsa: 7 sual “3”, 5 sual “6”, 3 sual “7”, 1 sual “8”, 2 sual “10” bal; (7*3+5*6+3*7+1*8+2*10=100bal) -19 sualdan ibarət olarsa: 7 sual “3”, 6 sual “5”, 3 sual “7”, 1 sual “8”, 2 sual “10” bal; (7*3+6*5+3*7+1*8+2*10=100bal) -20 sualdan ibarət olarsa: 4 sual “2”, 4 sual “3”, 6 sual “5”, 2 sual “7”, 2 sual “8”, 2 sual “10” balla qiymətləndirilir. (4*2+4*3+6*5+2*7+2*8+2*10=100bal) Qeyd edək ki, I və II səviyyə üzrə tapşırıqlar ayrı ayrılıqda ümumi sual sayının 20, II və III səviyyə üzrə tapşırıqlar isə 30%-ni təşkil etməlidir.

Lamiyə Süleymanlı

Bu bölməyə aid digər xəbərlər

İtkin düşən 4 yeniyetmə tapıldı – YENİLƏNİB

2023-03-20 22:15:00

Vətən müharibəsi qazisi direktor təyin olunub

2023-03-20 10:19:06

Məktəbdə insident – Direktor müavini xəsarət aldı

2023-03-17 17:09:16

Məktəblərdə psixoloji xidmətin monitorinqi aparılır

2023-03-15 09:47:09

Bu məktəbdə kimya, fizika, biologiya, musiqi müəllimi yoxdur – PROBLEM

2023-03-14 12:40:00

FHN orta məktəbdə təlim keçirib – FOTO

2023-03-13 16:31:00

Məktəblərdə ağacəkmə kampaniyası davam edir

2023-03-13 15:27:00

Sinif müəllimi əməliyyatdan sonra vəfat etdi

2023-03-13 09:32:06

Məktəblərdə fövqəladə hallar zamanı necə davranmalı.

2023-03-11 15:59:00

Azərbaycanda repetitor yanından qayıdan məktəbli qız QAÇIRILDI

Comments are closed, but trackbacks and pingbacks are open.