Press "Enter" to skip to content

Sumqayıt ssri

Həftə içi.- 2011.- 25 fevral.- S. 2.

Sumqayıt ssri

” Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcı “

Aslan İsmayılov: “Cinayəti təşkil edənin SSRİ rəhbərliyi olduğu sübuta yetirilib”

Vəkil Aslan İsmayılovun “Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcı” kitabının təqdimatı keçirilib. Kitab Azərbaycan, rus, ingilis və türk dillərində çap olunub. Təqdimat mərasimində çıxış edən Aslan İsmayılov bildirib ki, kitabın hazırlanması ermənilərin ciddi cəhdlə Sumqayıt hadisələrini azərbaycanlıların boynuna qoymağa çalışmasına qarşı mübarizə aparmaq zərurətindən yaranıb. Müəllif əlavə edib ki, 1989-cu ildə Sumqayıt hadisələri ilə bağlı Bakıda keçirilmiş iclasda dövlət ittihamını müdafiə edən prokuror olub: “Cinayət işi, arxiv materialları və iştirakçısı olduğum hadisələr əsasında yazılıb. Kitabda SSRİ rəhbərlərinin və erməni millətçilərinin tutduğu mövqe əksini tapıb”. Onun sözlərinə görə, ermənilər heç vaxt azərbaycanlıları bu cinayət işinin qərəzli aparılmasında ittiham edə bilməzlər: “Ona görə ki, bu cinayət işinin istintaqını, əməliyyatını aparanlar Rusiya, Ukrayna və Belarus müstəntiqləri olub. Onlar sübuta yetiriblər ki, cinayəti təşkil edən SSRİ rəhbərliyidir, Sumqayıt hadisələrinə başçılıq edən isə milliyyətcə erməni olan Eduard Qriqoryandır. Cinayət işinin araşdırmasının əsasını təşkil edən üzləşdirmə mərhələsi istintaqı aparan müstəntiq Kolinçenka tərəfindən Yerevanda Ermənistan prokurorluğunda aparılıb. Zərərçəkənlər Mercumyan bacıları və digərləri Yerevanda olublar. Onlar Qriqoryanı tanıyıb və hadisələrin təşkilatçısının o olduğunu deyiblər”.

Sumqayıtda ermənilərə qarşı cinayətlərin törədilməsinə rəhbərlik edən erməni Eduard Qriqoryan barədə dəqiq məlumatların olduğunu önə çəkən A.İsmayılov əlavə edib ki, iğtişaşlardan sonra Mixail Qorbaçov Sumqayıt hadisələrinin bir qrup şəxsin xuliqanlığı nəticəsində baş verdiyini deyib: “Onun hadisəyə belə münasibəti cinayət hadisəsinin üstünün ört-basdır edilməsi ilə nəticələndi. İstintaq nəticəsində Eduard Qriqoryanın mütəşəkkil dəstənin başçısı olması sübuta yetirilsə də, ona 12 il, hadisələrin iştirakçısı Əhməd Əhmədova isə ölüm hökmü çıxarıldı. Məhkəmədən az sonra Əhməd Əhmədov Moskvada güllələndi. Saysız-hesabsız erməni siyasətçi, peşəkar və həvəskar publisistlər, ermənilərə lobbiçilik edənlər Azərbaycana və azərbaycanlılara maraq göstərən hər kəsi vahiməyə salmaq üçün Sumqayıt hadisələrini qorxunc bir vasitəyə çeviriblər. Bu vicdansız spekulyasiyalar nəticəsində həmin hadisələrin bilərəkdən saxtalaşdırıldığı minlərlə kitab, məqalə, televiziya verilişi və saytlar ortaya çıxmışdı.

Yeganə məqsəd isə bütün bu hadisələrin təqsirini, özü də ən vicdansız formada bütövlükdə Azərbaycan xalqının üzərinə yıxmaq idi. Qarabağda sonradan baş verən hadisələrin özülü Sumqayıtda qoyulmuşdu və vahid bir planın tərkib hissəsiydi”. Mərasimdə /www.sumqayit1988.com/ saytının təqdimatı da keçirilib. Tədbirdə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, media qurumlarının və qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər. Bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərin özləri ilə birgə təşkil edilib və həyata keçirilib. 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub.

Həftə içi.- 2011.- 25 fevral.- S. 2.

Sumqayıt ssri

Son günlər orduya 6 milyondan çox yardım edilib

Vergi Məcəlləsində dəyişiklik: Sumqayıt şəhəri üçün 30 qəpik – YENİ QAYDALAR

Tarix: 6-01-2015, 10:08 Oxunma sayı: 2 095 Bölmə: Manşet / İqtisadiyyat / Sumqayıt

Vergi Məcəlləsində dəyişiklik: Sumqayıt şəhəri üçün 30 qəpik – YENİ QAYDALAR

Azərbaycanda toxum istehsalı kompleksi tikilir

Tarix: 19-09-2017, 19:19 Oxunma sayı: 811 Bölmə: İqtisadiyyat

Kənd Təsərrüfatı Nazirliyi Elmi Tədqiqat Tərəvəzçilik və Kartofçuluq İnstitutunun (ETTKİ) nəzdində

Yeni ildən bu təşkilatlar elektron qaimə-faktura təqdim etməyəcəklər – SİYAHI

Tarix: 19-12-2018, 15:47 Oxunma sayı: 774 Bölmə: Cəmiyyət

2017-ci il aprelin 1-dən əlavə dəyər vergisinin, eləcə də 6 faiz və 8 faiz dərəcə ilə

Xalq artisti qaza görə AKSİYA keçirəcək

Tarix: 6-02-2014, 13:23 Oxunma sayı: 984 Bölmə: Cəmiyyət

Xalq artisti qaza görə AKSİYA keçirəcək

REDAKTOR SEÇİMİ

Sumqayıtda böyük Novruz bayramı kampaniyası – Cəmi 4 gün “Hiper market”də!

18-03-2023, 19:48

Sumqayıtda “Qanlı göl” – VİDEO

8-03-2023, 16:01

Sumqayıtda növbəti möhtəşəm alış-veriş kampaniyası olacaq – Cəmi 5 gün “Hiper market”də!

3-03-2023, 21:27

Sumqayıtda marşrut avtobus xəttindən ciddi narazılıq var

21-02-2023, 18:19

Sumqayıtda ləziz türk mətbəxinin əsas məkanı – türkiyəli aşpazlar, Anadolu atmosferi. (VİDEO+FOTO)

20-02-2023, 13:16

FACEBOOK

YAZARLAR

O bir şəhid sevdi.

21-09-2022, 17:00

Hicran Hüseynovadan icra başçısının müavininə SƏRT TƏPKİ

17-07-2022, 18:52

Ədalətin bumu, dünya?! – Nigar Ögeday yazır

24-06-2022, 14:33

SORĞU

Kommunal xidmətlərdən hansına daha çox ödəniş edrisiniz?

Comments are closed, but trackbacks and pingbacks are open.