Press "Enter" to skip to content

Qadınların qəbir ziyarətinə getmələri qadağandırmı

المحدث: السخاوي – المصدر: الأجوبة المرضية 2/764
خلاصة حكم المحدث:
إسناده صحيح

Aişə Peyğəmbər (savv)-a səsini qaldırır.

استأذن أبو بكر على رسول الله صلى الله عليه وسلم فسمع صوت عائشة عاليا وهي تقول والله لقد عرفت أن عليا وفاطمة أحب إليك مني ومن أبي مرتين أو ثلاثا فاستأذن أبو بكر فأهوى إليها فقال يا بنت فلانة لا أسمعك ترفعين صوتك على رسول الله صلى الله عليه وسلم

المحدث: الهيثمي – المصدر: مجمع الزوائد 9/204
خلاصة حكم المحدث: رجاله رجال الصحيح

Əbu Bəkr Peyğəmbərdən (s.a.a.s) (içəri girmək üçün) icazə istədi. Girməzdən öncə Aişənin yüksək səslə Peyğəmbərə (s.a.a.s) – Allaha and olsun, mən başa düşdüm ki, sən Əli(ə) və Fatiməni(s.ə) məndən və atamdan daha çox sevirsən. – sözlərini 2-3 dəfə təkrar etdiyini eşitdi. Bundan sonra içəri girmək üçün icazə verildikdə qızının üstünə düşdü və dedi: Ey fulanın qızı! Peyğəmbərə(s.a.a.s) qarşı s əsini ucaltmağını eşitməyim.

Mühəddis: Heysəmi – Mənbə: Məcməuz-Zəvaid, 9/204
Mühəddisin rəyi: Hədisin raviləri səhihdir.

استأذن أبو بكر على النبي صلى الله عليه وسلم ، فسمع صوت عائشة عاليا وهي تقول : والله لقد علمت أن عليا أحب إليك من أبي . الحديث

المحدث: ابن حجر العسقلاني – المصدر: فتح الباري لابن حجر 7/32
خلاصة حكم المحدث: إسناده صحيح


Əbu B
əkr Peyğəmbərdən(s.a.a.s) (içəri girmək üçün) icazə istədi. Girməzdən öncə Aişənin yüksək səslə Peyğəmbərə(s.a.a.s) – Allaha and olsun, mən bilirəm ki, sən Əlini(ə) atamdan daha çox sevirsən. – dediyini eşitdi.

Mühəddis: İbn Həcər əl-Əsqəlani – Mənbə: Fəthül-Bari, 7/32
Mühəddisin rəyi: İsnadı səhihdir.

استأذن أبو بكر على النبي صلى الله عليه وسلم ، فسمع صوت عائشة عاليا وهي تقول : والله لقد علمت أن عليا أحب إليك من أبي

المحدث: السخاوي – المصدر: الأجوبة المرضية 2/764
خلاصة حكم المحدث:
إسناده صحيح

Əbu B əkr Peyğəmbərdən(s.a.a.s) (içəri girmək üçün) icazə istədi. Girməzdən öncə Aişənin yüksək səslə Peyğəmbərə(s.a.a.s) – Allaha and olsun, mən bilirəm ki, sən Əlini(ə) atamdan daha çox sevirsən. – dediyini eşitdi.

Mühəddis: Səxavi – Mənbə: Əcvibət əl-Mərziyyə, 2/764
Mühəddisin rəyi: İsnadı səhihdir.

استأذن أبو بكر على رسول الله صلى الله عليه وسلم فسمع صوت عائشة وهي تقول والله لقد عرفت أن عليا وفاطمة أحب إليك مني ومن أبي – مرتين أو ثلاثا – فاستأذن أبو بكر فدخل فأهوى إليها أبو بكر فقال يا بنت فلانة ألا أسمعك ترفعين صوتك على رسول الله صلى الله عليه وسلم

المحدث: الشوكاني – المصدر: در السحابة 216
خلاصة حكم المحدث:
إسناده رجاله رجال الصحيح 

Əbu Bəkr Peyğəmbərdən(s.a.a.s) (içəri girmək üçün) icazə istədi. Girməzdən öncə Aişənin yüksək səslə Peyğəmbərə(s.a.a.s) – Allaha and olsun, mən başa düşdüm ki, sən Əli(ə) və Fatiməni(s.ə.) məndən və atamdan daha çox sevirsən. – sözlərini 2-3 dəfə təkrar etdiyini eşitdi. Bundan sonra içəri girmək üçün icazə verildikdə qızının üstünə düşdü və dedi: Ey fulanın qızı! Peyğəmbərə(s.a.a.s) qarşı s əsini ucaltmağını eşitməyim.

Mühəddis: Şövkani – Mənbə: Durr əs-Səhabə, səh.216
Mühəddisin rəyi: İsnadı və raviləri səhihdir.

  • al-Islam , Elmeddin , Muslimanin и 4 другим это нравится

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin.

Qadınların qəbir ziyarətinə getmələri qadağandırmı?

Tarixdən məlumdur ki, müsəlman qadınlar ilk xəlifələrin zamanında qəbir ziyarətinə sərbəst şəkildə gedir, heç bir təpki ilə qarşılaşmırdılar. Məsələn, Əbdürrəhman ibn Əbu Bəkr Hübşi məntəqəsində vəfat etdikdən sonra cənazəsini Məkkəyə gətirib dəfn etdilər. Ümmül-möminin Aişə qardaşının məzarını ziyarət etdi, onun üçün mərsiyə dedi, sonra söylədi: “Vallahi, əgər sağlığında yanında olsaydım, vəfat etdiyin yerdə dəfn olunardın. Əgər sağlığında səni görsəydim (yəni həyatının son anında səninlə vidalaşa bilsəydim), səni (qəbrində) ziyarət etməzdim” (Sünən əl-Tirmizi, Kitab əl-cənaiz, 61-ci bab, hədis 1055).

“Sünəni-Əbu Davud”a yazılmış ən məşhur şərhlərdən sayılan “əl-Mənhəl əl-əzb əl-movrud” kitabında da məsələyə aydınlıq gətitilməyə cəhd edilmişdir. Həmin əsərdə məşhur alim İbn Əbdül-birrin “əl-Təmhid” kitabına istinadən nəql edilir ki, Abdullah ibn Əbi Məlikə adlı şəxs bir gün ümmül-möminin Aişəni qəbristanlıqda görüb, burada nə etdiyini soruşur. Ümmül-möminin cavab verir ki, qardaşım Əbdürrəhmanın qəbri üzərindən gəlirəm. Abdullah bir daha soruşur: “Məgər Peyğəmbər sənə qəbir ziyarətini qadağan etmədimi?” Ümmül-möminin Aişə cavab verir: “Bəli, qadağan etmişdi. Amma sonra ziyarət etməyimi tapşırdı” (Sübki. Əl-Mənhəl əl-əzb əl-movrud, 9-cu cild, s.102-103; Beyhəqi. Əl-Sünən əl-kübra, 4-cü cild, s.131, hədis 7207).

Peyğəmbərin əziz qızı, iki dünya qadınlarının xanımı Həzrət Fatimə də hər cümə günü Ühüd şəhidlərinin məzarı üstünə gedər, Həmzənin qəbrini ziyarət edər, orada iki rükət namaz qılıb ağlayardı (Hakim Nişaburi. Əl-Müstədrək əla-l-Səhiheyn, 1-ci cild, səh. 377; Beyhəqi. Əl-Sünən əl-kübra, 4-cü cild, s.131, hədis 7208).

Məşhur təfsir alimi, eyni zamanda Quran ayələrinin fiqhi hökmünü bəyan etmək sahəsində dərin biliyi ilə tanınan Qurtubi qəbir ziyarətindən söz açarkən bunu “bərkimiş qəlblər üçün ən böyük dərmanlardan” hesab edir; çünki qəbir ziyarəti ölümü və axirəti yada salmaqla, mənasız arzu-istəklərin azalmasına, dünya nemətlərinə rəğbətin azalmasına və dünyaya münasibətdə zahidanə davranmağa səbəb olur. Peyğəmbərin lənət dediyi qadınlar (“züvvarat”) barədə Qurtubi bu fikirdədir ki, həmin ifadə mübaliğə formasındadır. Burada qəbir ziyarətinə gedən hər qadın yox, bunu özünə peşə edən, qəbir ziyarətinə həddən artıq tez-tez gedən qadınlar nəzərdə tutulurlar. Bu hərəkər qadının həyat yoldaşının haqqının tapdanmasına gətirib-çıxarır; çünki qadın qəbir ziyarətinə çox vaxt ayırdığı üçün ailədə daşıdığı öhdəlikləri lazımınca yerinə yetirə bilmir (İbn Həcər Əsqəlani. Fəth əl-bari şərh Səhih əl-Buxari, 3-cü cild, s.149).

Sünəni-Tirmiziyə şərh yazmış Hafiz ibn Ərəbi Maliki qadınların qəbir ziyarətinin məkruh olması qənaətinə gəlir və yazır ki, bunun səbəbi qadınların örtüyə kamil şəkildə riayət etməməsidir; onları qorumaq (naməhrəmlərin nəzərindən uzaqda tutmaq) üçün qəbir ziyarəti onlara məkruh bilinmişdir (İbn əl-Ərəbi əl-Maliki. Arizət əl-Əhvəzi bi-şərh Səhih əl-Tirmizi, 4-cü cild, s.276).

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Comments are closed, but trackbacks and pingbacks are open.