Press "Enter" to skip to content

Necə sürətli öyrənmək olar

I qrupa sözlərin bir hissəsi səhər, digər hissəsi isə eyni günün axşamı öyrədilir. II qrup isə sözlərin bir hissəsini axşam öyrənir, daha sonra yatır və növbəti günün səhəri digər sözləri öyrənirlər. Nəticədə yuxusunu almış iştirakçılar 16 sözdən 10-nunu, yatmayan iştirakçılar isə 16 sözdən 7-sini xatırlayır.

Sürücülük öyrənmək kitab

Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

Masin cerimesi yoxlamaq üçün İnsure.az saytından istifadə edə bilərsiniz. Avto cerime yoxla funksiyası sizə yerindəcə cərimənizi onlayn görə bilərsiniz. Eyni zamanda əgər icbari sığortanızın vaxtı bitib və sizə bildiriş gəlibsə elə indi saytımızda icbari avto sığortanızı əldə bilərsiniz. Avtomobillərin cərimələrinin yoxlanması əməliyyatı onlayn şəkildə və çox asan bir formada sizə təqdim edilir. DYP cərimə ilə bağlı məlumatları da həmçinin öyrənə bilərsiniz.

Avto cerime yoxla və yerindəcə ödə

Avto cerime yoxlamaq artıq bizimlə çox asandır. Sürücülük vəsiqəsinin nömrəsi, doğum tarixi ilə vəsiqənin son istifadə tarixinə görə cərimələr və cərimə balları barədə məlumatlarını əldə edə bilərsiniz. Cərimə yoxlamaq funksiyası sizə daxil etdiyiniz məlumatların doğruluğunu yoxlayaraq həmin an məlumatları təqdim edəcək. Biz sizin üçün avto cərimə yoxlamaq üçün hər bir rahatlığı yaradırıq. Elə indi avtomobil cərimlərinin yoxlanması xidmətimizdən istifadə edə bilərsiniz.

DYP Cərimə haqqında məlumat

Cərimə məsələlərindən nə qədər uzaq durmağa çalışsaqda müxtəlif qayda pozuntuları və ehtiyatsızlıq sonunda cərimə ilə nəticələnir. DYP cərimə isə cəmiyyətdə daha çox rast gəlinən gündəlik cərimə növlərindən biridir. Sayta əlavə olunan funskiya vasitəsi ilə DYP cərimə haqqında ətraflı məlumat əldə edə bilərsiniz. DYP cərimə, yəni Dövlət Yol Polisi tərəfindən qeydə alınan yol hərəkət qaydaları, sürət həddini aşma və digər qanundan kənar halların baş verməsi ilə əlaqədər qeyd edilən cərimələrə daxildir. DYP cərimə haqqında vaxtında, asan və rahat bir şəkildə məlumatlar əldə edə bilərsiniz. Cərimə ödəyiciləri bu imkandan yaralana bilər.

Cerime ballari ile bağlı məlumatları haradan əldə edək?

Cerime ballari DYP-nin yol hərəkəti ilə bağlı təyin etdiyi qiymətləndirmə sisteminə müvafiq olaraq təyin edilir. Cerime ballari ile maraqlanan şəxlər sayta mövcud olan funksiyadan istifadə edərək, öz cerime ballari haqqında ətraflı məlumat əldə edə bilərlər. Cerime balları yüksək və aşağı olan avtomobil sürücüləri bunu öncədən, heç bir yerə getmədən sadəcə onlayn formada, bizim sığorta platformamıza daxil olaraq yerləşdirilmiş funsiyadan faydalana bilər. Cerime ballari haqqinda ətraflı məlumatlar əldə etmək istəsəz, müvafiq proqramdan istifadə edin.

Ətraflı oxu

Cərimə Yoxlamaq – Cərimələrin Yoxlanması!

Bakı və digər bölgələrimizdə avtomobil idarəsi son zamanlar çətinləşmişdir. Bu çətinliyin əsas səbəblərindən biri maşınların günü-gündən çoxalmasıdır. Qəzalar, yollarda sıxlıq da bu səbəbdən yaranır, törədilir. Avtomobilinizlə hər hansı yol hərəkəti qaydasını pozmusunuzsa, inzibati xətaya yol vermisinizsə, bu zaman sizlərə cərimə yazılır ki, həmin cərimənin məbləği törədilən xətaya görə dəyişir. Avtomobilinizdən hər hansı bir əşyanın yerə atılması, işıqfor qaydalarına düzgün əməl edilməməsi, yol nişanlarına diqqət etməmək, yol hərəkəti qaydalarına əməl etməmək, sürət həddinin aşılması və s kimi edilən hər bir hərəkət qayda pozuntusu olaraq qiymətləndirilir və qəza riskini daha da artırır. Bu səbəbdən də avtomobil idarə edərkən daha diqqətli olmaq lazımdır. Çünki siz öz həyatınızla yanaşı başqalarının da həyatı üçün məsuliyyət daşıyırsınız. Hər hansı bir xətaya görə yazılan cərimələri günümüzdə öyrənmək, tapmaq çox asandır. Belə ki, sizə yazılan cərimələri öyrənməyin ən asan yolu İnsure.az-dadır.

Cerime Oyren

Cerime oyren imkanı ilə sizə icbari avto sığortanızı etmədiyiniz zaman sizə tətbiq olunan cərimələri görə biləcəksiniz. Sizə tövsiyyə olaraq qısa müddətdə masin cerimesi yoxlamaq və ödəmək təklif olunur. Bu zaman siz yaranacaq əlavə cərimə faizlərindən qaça biləcəksiniz. Bu da avtomatik olaraq büdcənizi daha yaxşı idarə etməyinizə yardımçı olacaqdır. Masin nomresi ile cerime oyrenmek üçün saytımızda tam funksionallıq yaradılıb sizin üçün. Cərimələrin öyrənilməsi üçün elə indi saytımıza daxil olaraq öyrənə bilərsiniz. Yubanmadan cərimələri öyrənin ki, sonra gözlənilməz vəziyyətlə qarşılaşmayasınız.

Masin cerimesi yoxlamaq

Masin cerimesi yoxlamaq istəyənlər saytımızda müvafiq bölməyə keçid edə bilər. Daha sonra isə lazım olan məlumatları daxil edərək masin cerimesi yoxlamaq imkanı ilə cərimələrinə nəzərə yetirə bilər. Eyni zamanda sığorta ödənişlərini və digər sığorta növlərini də bizimlə əldə edə biləcəksiniz. İnsure.az sizə hər cür imkanı vahid portalda təqdim edir.

Protokol yoxlamaq

Protokol yoxlamaq xidmətindən yaralana bilərsiniz. Saytda yerləşdirilmiş funkiyasadan istifadə edərək cərimə protokollarınızı tapa bilərsiniz. Protokol yoxlamaq imkanı sizə daha rahatlıq verəcək və öz məlumatlarınızı asanlıqla öyrənə bileceksiniz. Cərimə protokollarını yoxlamaq indi çox asan və sürətli oldu, onlayn şəkildə daxil olaraq bu əməliyyatı icra edə bilərsiniz.

Cerime oyren imkanı artıq insure.az-da!

Siz insure.az saytına daxil olaraq rahatlıqla həm sığorta ala bilərsiniz, həm də avtomobilinizin cərimələrini də görə bilərsiniz. Vahid sığorta portalı olaraq sizin üçün bütün imkanları bir araya toplamışıq. Artıq rahatlıqla başqa elektron ünvana üz tutmadan saytımızdan öz cerime oyren funksiyası ilə öz cərimə yoxlaya bilərsiniz. Bu zaman siz rahatlıqla masin nomresi ile cerime oyren bilersiniz.

Cerime yoxla funksiyası haqqında

İnsure.az saytında sizə həm icbari avto sığortanızı almaq imkanı həm də cerime yoxla funksiyası yaradılmışdır. Bu da sizin bir saytdan sizin üçün vacib olan bir sıra məlumatların əldə edilməsi deməkdir. Öz seçiminizi insure.az saytından yana edərək bütün imkanlara eyni yerdə sahib olacaqsınız. İnusre.az – Tez, rahat və güvənli!

Necə sürətli öyrənmək olar?

Öyrənmək həyatımızın əsas hissələrindən biridir və həmişə də belə olacaq. Əgər bu prosesdən nə vaxtsa yaxa qurtaracağınızı zənn edirsinizsə, sizə pis xəbərimiz var. Böyük ehtimal bu mümkün olmayacaq. Dünyanın sürətlə dəyişdiyi və inkişaf etdiyi dövrdə baş verənlərlə ayaqlaşmaq üçün öyrənmək vacibdir.

Danışığa neqativ başlasaq da müsbət notlarla davam etdirəcəyik. Neyroelm alimləri uzun illər araşdırmalar aparıblar və bizim üçün sürətli öyrənmə üsullarını tapıblar. Məqalədə həmin üsullar haqqında danışacağıq.

Öyrənmə prosesində ən yaxın dostunuz kağız və qələm olsun

Hansı dövrdə yaşayırıq?
Telefon və ya kompüterdə qeyd aparmaq əlbəttə daha asan və sürətlidir düşünsək də alimlər ənənəvi üsula sadiq qalmağımızı tövsiyə edirlər. Prinston Universiteti və Kaliforniya Universitetinin birgə apardığı tədqiqata əsasən məlum olub ki, tələbələr kağız və qələmlə qeyd apardıqları zaman daha yaxşı dinləyirlər, əhəmiyyətli hissələri müəyyənləşdirə bilirlər. Texnoloji avadanlıqlarda qeyd götürdükləri zaman isə sanki onun bir parçasına çevrilir və düşünmədən sadəcə yazırlar. Həmçinin kağıza qeyd götürmə tələbələrin mövzunu yadda saxlama müddətini də artırır. Universitetin psixologiya professoru qeyd edir ki, 3 fərqli araşdırma aparılıb və hamısında kağız-qələm ilə qeyd aparan tələbələr kompüterdə qeyd aparanlarla müqayisədə konseptual sualları daha yaxşı cavablayıblar.

Bu üsulu hər hansı hazırlıq zamanı bir dəfə kağıza və növbəti kompüterə qeyd götürərək özünüz də sınaqdan keçirə bilərsiniz. Üsulun effektliyini artıran daha bir nüans müəllimin izah etdiklərini öz sözlərinizdə yazmağınızdır.

Beləliklə, əgər siz hazırlıq və ya dərs zamanı kağız qələmlə qeyd götürsəniz aldığını informasiyanı daha uzun müddət yadda saxlayacaq və testlərdə daha yaxşı nəticə toplayacaqsınız.

Öyrənmək üçün qısa vaxt aralıqları təyin edin

İmtahan yaxınlaşan zaman yəqin ki, saatlarla dayanmadan oxuyursunuz. Unutmayın, nə qədər yox, necə oxumağınız önəmlidir. Alimlər sübut edir ki, beynin yeni informasiyanı öyrənməsi üçün ideal öyrənmə limiti 30-50 dəqiqədir. 30 dəqiqədən az müddət oxuyan üçün kifayət deyil, 50 dəqiqədən sonra isə beyin artıq yorulur. Digər tərəfdən vaxt limiti sizdə təlaş yaradır və daha sürətli öyrənməyinizə səbəb olur. Vaxt bitdikdən sonra 5-10 dəqiqə istirahət edin. İcazə verin, beyniniz öz fəallığını bərpa etsin. Fasilə vaxtının necə dəyərləndirildiyi də olduqca önəmlidir. Sosial mediaya daxil olmaq və ya sevimli serialınızın anonsunu izləmək sizin üçün istirahət kimi görünsə də, beyniniz bu fəaliyyətdən zövq almayacaq. Fasilədə təmiz hava alın, idman edin ya da yeni informasiyanın olmadığı hər hansı fəaliyyətlə məşğul olun.

Bu üsulu tətbiq edərkən pomodoro platformasından istifadə edə bilərsiniz. Nəticədə gün ərzində vaxtınızı necə sərf etdiyinizi daha yaxşı görmüş olarsınız.

Yaddaşın yuxuya ehtiyacı var

Gecələr yuxusuz qalıb imtahana hazırlaşan tələbələr hər birimizin ətrafında var. Bəs elmi tədqiqatlar bu mövzuda nə deyir? Psixologiya ilə bağlı nəşr olunan bir məqalədə öyrənmə seansları arasındakı yuxunun yaddaşı 6 aya qədər gücləndirdiyi deyilir. Hətta öyrənmə sessiyaları arasında yatmaq yenidən öyrənmə prosesini sürətləndirir və sərf olunan vaxtı azaldır.

Fransada aparılan bir tədqiqatda tələbələrə Bantu dillərindən birində 16 söz öyrədilir. Tələbələr 2 qrupa bölünür və hər bir qrupa sözlərin öyrədilməsi 2 sessiyada baş tutur.

I qrupa sözlərin bir hissəsi səhər, digər hissəsi isə eyni günün axşamı öyrədilir. II qrup isə sözlərin bir hissəsini axşam öyrənir, daha sonra yatır və növbəti günün səhəri digər sözləri öyrənirlər. Nəticədə yuxusunu almış iştirakçılar 16 sözdən 10-nunu, yatmayan iştirakçılar isə 16 sözdən 7-sini xatırlayır.

Araşdırmadan da göründüyü kimi yuxusuz qalmaq daha çox öyrəndiyiniz mənasını vermir. Keyfiyyətli nəticə üçün yaddaşınıza yuxu hədiyyə edin.

Öyrəndiklərinizi əlaqələndirin

Yeni məlumatları asan yadda saxlamağın daha bir yolu onları əvvəl öyrəndikləriniz ilə əlaqələndirməkdir. Məsələn, siz coğrafiya dərsində öyrənmisiniz ki, dünyanın ən uzun çayı Nildir. O Viktorya gölündən başlayır və Aralıq dənizi hövzəsinə aiddir. Bu sizin yadda saxladığınız informasiyadır.

Növbəti dərslərdə məsələn, iqlim qurşaqları və dünyanın siyasi xəritəsini öyrənən zaman siz Nil çayının keçdiyi ərazilərdə olan iqlim qurşaqlarını, onun axdığı ölkələri öyrənirsiniz. Bu o deməkdir ki, sizin əzbərlənəcək yeni məlumatınız var. Elə bu anda siz əlaqələndirmə üsulundan istifadə edirsiniz və özünüz üçün Nil çayı kateqoriyası yaradırsınız və deyirsiniz: “Mən bilirdim ki, Nil çayı ən uzun çaydır, Aralıq dənizinə axır və indi öyrəndim, bu çay 11 ölkənin ərazisindən keçir və s.”

Burada həmçinin əks əlaqə də qura bilərsiniz. Məsələn, “Mən bilirdim ki, dünyanın ən uzun çayı Nildir, indi isə öyrəndim ki, dünyanın ən qısa çayı Roedir və o ABŞ ərazisindən keçir.

Necə əlaqələndirəcəyiniz tamamilə sizdən asılıdır. Nəticədə siz əvvəldən bildiklərinizi möhkəmləndirir və əldə etdiyiniz biliyi də yadda saxlamış olursunuz. Unutsanız belə onu xatırladacaq təkan nöqtəsiniz mövcud olur.

Öz sözlərinizlə öyrənin

Dərs materialları, kitablar çox vaxt daha rəsmi və qəliz formada yazılır. Bəzi məsələlərin izahı isə kifayət qədər uzun olur. Yaxşısı budur, oxuyun və başa düşdüklərinizi öz sözlərinizlə ifadə edin. Bu üsulla siz həm də təkrar etmiş olursunuz.

Nümunə üçün sürücülük imtahanı materiallarından danışaq. Sürücülük imtahanına hazırlaşanlar və materialları ilə tanış olanlar kitab və test toplusunu ilk görəndə bir qədər düşünürlər. “Bizim dilimizdə belə bir söz var?)”
Təbii ki, dilimizi dərindən öyrənmək vacibdir, amma sürücülük imtahanında sizdən dili yox, qaydaları soruşacaqlar. Buna görə oradakı cümlələri öz sözlərinizlə ifadə etmək ən düzgün seçimdir.

Həmçinin çalışın, hər hansı mövzunu öyrəndikdən sonra özünüz üçün onu səsli danışasınız. Əzbər cümlələrlə yox, öz sözlərinizlə danışın. Belə etdiyiniz halda təkrar etməsəniz də bir müddət sonra həmin mövzunu çox rahat xatırlayacaqsınız.

Öyrəndiklərinizi öyrədin

Dərsi oxumazdan öncə özünüzə söz verin ki, öyrəndikdən sonra onu başqa birinə öyrədəcəksiniz. Bu zaman sizin məsuliyyətiniz 2 qat artmış olur. Hətta daha yaxşı olar ki, öyrədəcəyiniz şəxsin dərs haqqında ümumiyyətlə məlumatı olmasın. Artıq siz bilirsiniz ki, öyrədəcəyiniz biri var və bu zaman sizin mövzunu mənimsəmə formanız belə dəyişir.

  • Daha diqqətlə öyrənirsiniz
  • Kiçik nüanslar gözünüzdən qaçmır
  • Oxuma sürətini artırırsınız
  • Mövzunu daha yaxşı mənimsəyirsiniz.

Dərsi öyrəndiniz və başqa birinə öyrədirsiniz. Nə baş verir?

  • Siz öyrəndiyinizi təkrarlamış olursunuz
  • Ətraflı izah etdiyiniz üçün mövzunu tam olaraq mənimsəyirsiniz
  • Qarşı tərəf suallar verərsə, siz daha sadə formada izah etməyə çalışırsınız. Bu isə daha yaxşı öyrənməyə işarədir.

Əgər siz hər hansı bir bölməni, mövzunu, sadə anlayışı kiməsə izah edə bilmirsinizsə, deməli özünüz hələ öyrənməmisiniz. Necə deyərlər “Öyrətmək üçün öyrənmək lazımdır”.

Danışdıqlarımız sizin daha asan və sürətli öyrənməyinizə kömək edəcək. Üsulların hər biri müxtəlif araşdırmalarla test edilib və alınan nəticələrə əsasən müəyyən olunub. Ola bilər ki, üsullardan bəzilərinin çox yaxşı nəticəsini görəsiniz, digəri isə sizi məmnun etməz. Tövsiyəmiz budur ki, hər birini test edin və sizin üçün ən uyğun metodları seçin.

Oxuyan.az sizin öyrənmək yolunda bələdçinizdir. Suallarınızı və təcrübələrinizi bizimlə paylaşsanız, şad olarıq!

Oxuyan hər kəsə uğurlar!

Comments are closed, but trackbacks and pingbacks are open.