Sürücülük vəsiqəsi almaq üçün dyp-də keçirilən imtahanlara hazirliq vəsaiti
Hazırlaşmaq üçün talıbovun imtahanlara hazirliq vəsaiti 2020 ci il buraxılış kitabını tam öyrənin daha sonra talibovun Test-imtahan çalışmaları kitabını alıb testləri işləyin.
Sürücülük vəsiqəsi almaq üçün hazırlıq
Salam. Hal hazırda nəzəri imtahana hazırlaşmaq üçün hansı vəsaitlər tələb olunur? Deyirlər ki Talıbovun test kitabında olan sualların içərisindən düşür.Nə dərəcədə doğrudur bu?
Sualı verdi: P_H_P ( 11/08/2020 )
Kateqoriya: Sual . Nəzəri imtahan sürücülük. Qısa keçid.
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
Əksər hissəsi bəli ordan düşür.
Hazırlaşmaq üçün talıbovun imtahanlara hazirliq vəsaiti 2020 ci il buraxılış kitabını tam öyrənin daha sonra talibovun Test-imtahan çalışmaları kitabını alıb testləri işləyin.
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin
Cavab verin
Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.
Üzvlər üçün giriş
Elan qutusu
Son cavablar və şərhlər
byshako cavab verdi – Saytda aylıq ödəniş sistemi qurmaq (19 saat əvvəl)
Tamerlan Mammadov cavab verdi – Məqalə yazarı lazımdır (6 gün əvvəl)
Software Developer cavab verdi – Məqalə yazarı lazımdır (7 gün əvvəl)
tonws cavab verdi – Modemi router etmək (10 gün əvvəl)
Bahadur74 cavab verdi – Mobil telefonlar üçün application (12 gün əvvəl)
Bahadur74 cavab verdi – Telefon uygulama (12 gün əvvəl)
Bahadur74 cavab verdi – Internet paketi (13 gün əvvəl)
Bahadur74 cavab verdi – Terminaldan pul çəkmək olur? (13 gün əvvəl)
Bahadur74 cavab verdi – İnformatika əsas fənn kimi seçmək (13 gün əvvəl)
Bahadur74 cavab verdi – Qədimi xalçaları harada satmaq olar? (13 gün əvvəl)
Bahadur74 cavab verdi – hərbiyə yararliyam goresen (13 gün əvvəl)
Bahadur74 cavab verdi – “Getcontact”da baxa bilmirəm (13 gün əvvəl)
Sürücülük vəsiqəsi almaq üçün dyp-də keçirilən imtahanlara hazirliq vəsaiti
Sürücü olmaq istəyənləri ən çox maraqlandıran məsələlərdən biri sürücülük vəsiqəsinin necə əldə edilməsidir. Bildiyimiz kimi, sürücülük vəsiqəsi almaq üçün imtahanlar Dövlət Yol Polisi İdarəsi (DYP) tərəfindən aparılır. İmtahan 2 mərhələdən ibarət olub, birincisi test, ikincisi isə praktik yolla aparılır. Lakin imtahanının test mərhələsi heç də şəffaf şəkildə aparılmır. Buna görə də irəli sürülən təkliflərə əsasən sürücülük vəsiqəsi imtahanının DYP-dən alınıb Dövlət İmtahan Mərkəzinə (DİM) verilməsi məqbul hesab edilir.
“Onsuzda bu imtahanlar hansı qurum tərəfindən veriləcəksə, birbaşa dövlətin qanun çərçivəsində həyata keçirələcək”.
Bunu hüquqşünas, nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov Modern.az-a danışarkən söyləyib. Onun sözlərinə görə, Prezidentin sərəncamı ilə 2018- ci ilin dekabrında “Azərbaycan Respublikasında Yol Hərəkətinin Təhlükəsizliyinə dair Dövlət Proqramı” qəbul olunub.
“Bu proqramda dövlətin siyasi və strateji baxışı öz əksini tapıb. Həmçinin qeyd olunub ki, sürücülərin hazırlanması, imtahanların qəbulu və s. kimi məsələlər təkmilləşdirilməlidir. Ancaq konkret olaraq istiqamət göstərilməyib ki, təkmilləşdirilmə nədən ibarət olmalıdır. Bu da özündə onu ehtiva edir ki, qanunvericilik ilk növbədə təkmilləşdirilməlidir. Yəni bu kimi məsələlərə yeni baxış olmalıdır. İndi dövlətin özünün konkret siyasəti var ki, sürücü hazırlığı işi, yəni sürücülük məktəblərinin təşkili, fənlərin tədrisi, onların proqramları, sürücü olmaq istəyənlərdən imtahanların götürülməsi, imtahanların məzmunu, verilmə qaydaları və s. kimi məsələlər üzrə yeni ideyalar ortaya qoyularaq, dövlət proqramı hazırlanmalıdır”.
Ərşad Hüseynov belə hesab edir ki, sürücülük imtanlarının DYP-dən alınıb DİM-ə verilməsi məsələsinə dövlət proqramı çərçivəsində baxılsa daha məqsədəuyğun olar.
“Ölkədə dəqiq araşırmalar aparılmalıdır ki, sürücülük təhlili sistemi necə qurulsun. Daha sonra sürücülük imtahanları hansı qurum tərəfindən qəbul olunsun”.
Milli Məclisin deputatı Çingiz Qənizadə hesab edir ki, Dövlət İmtahan Mərkəzi sürücülük vəsiqələrinin verilməsi ilə bağlı imtahanı öz üzərinə götürsə əhali arasında böyük bir narazılığa səbəb olacaq.
“Bildiyiniz kimi, Dövət İmtahan Mərkəzi bir neçə aydan bir 200-300 nəfərin iştirakı ilə dövlət qurumlarının, nazirliklərin imtahanını keçirir. Məhz bu səbəbdən də Dövlət İmtahan Mərkəzi bu imtahanları keçirtmək üçün çox ciddi hazırlıqlar prosesi aparır. Xüsusi mühafizə, xeyli sayda əməkdaş, eyni zamanda böyük zalların kirayəyə götürülməsi, kompüterləşdirilmə və s. bu kimi məsələləri həll etməkdən ötrü müəyyən vəsait xərcləyir. Ancaq sürücülük vəsiqəsinin alınması üçün verilən imtahan elədir ki, həftədə bir-iki dəfə keçirilir. İnsanlar da 5-10 nəfər gedib imtahanlarını verirlər. Belə olan halda əgər bu imtahan Dövlət İmtahan Mərkəzinə verilsə, gərək onda vətəndaş sürücülük vəsiqəsi almaq üçün 6 ay imtahanın keçiriləcəyini gözləsin. Bu proses isə uzun bir vaxt tələb edir”.
Deputat saxta, yəni rüşvət müqabilində sürücülük vəsiqələrinin verilməsinin qarşısını almaqdan ötrü bir təklif irəli sürüb:
“Bir faktı qeyd edim, bir neçə gün öncə Rusiyanın bir vilayətində otaqlara kameralar quraşdırılması ilə əlaqədar xeyli sayda saxta sürücülük vəsiqələrinin verilməsi faktı aşkarlandı. Məhz bu kimi halların baş verməməsi üçün mən təklif edərdim ki, imtahan keçirilən otaqlara kameralar quraşdırılsın. Bundan əlavə hər imtahan keçirilən vaxtı ictimaiyyət nümayəndələrinin, hətta jurnalistlər, adi vətəndaşlar və qeyri hökümət təşkilatlarının nümayəndələri üçün “yaşıl dəhliz” yaradılmalıdır ki, imtahanları izləsinlər. Yəni onların girişinə icazə veriməlidir. Düşünürəm şəffaflaşmanın bir çıxış yolu bundan ibarətdir”.
Comments are closed, but trackbacks and pingbacks are open.