Sürücülük vəsiqəsi almaq istəyənlərin nəzərinə: qaydalar dəyişdi
Dəyişikliyə əsasən bundan sonra imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi zamanı yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədlərin çatdırılması təmin edilməlidir.
Sürücülük vəsiqəsi almaq üçün tibbi arayış pulludur? Rəsmi açıqlama
Vətəndaşlar əvvəllər sürücülük vəsiqəsi üçün tələb olunan bu arayışa pul ödəmədiklərini, icbari tibbi sığortanın tətbiqindən sonra rüsum müəyyənləşdirildiyini söyləyirlər.
Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 26 aprel — Sputnik. İcbari tibbi sığortaya keçiddən sonra bəzi arayışlar üçün pul tələb olunması müəyyən narazılıqlara səbəb olub. Sosial platformada sürücülük imtahanı vermək üçün sağlamlıq haqqında tibbi arayışın ödənişli olması, buna görə vətəndaşlardan 30 manat tələb olunması səbəbindən şikayətlənənlər də var. Seymur Baxşev adlı sosial şəbəkə istifadəçisi bildirib ki, Şirvan Rayon Mərkəzi Xəstəxanasında sürücülük imtahanında iştirak etmək üçün sağlamlıq haqqında tibbi arayışa 30 manat ödəyib. Vətəndaş əməkhaqqından icbari tibbi sığorta haqqı ödədiyini bildirərək, arayış üçün əlavə ödənişin tələb olunmasından narazıdır.
1 Aprel 2021, 18:00
Sputnik Azərbaycan-a İcbari Tibbi Sığorta Agentliyindən bildirilib ki, sürücülük vəsiqəsi almaq üçün tələb olunan tibbi arayış və iş yerinə təqdim edilən sağlamlıq haqqında arayış ödənişlidir. Digər arayışlar isə pulsuzdur. Qurumun sözçüsü Aynurə Əhmədova onu da qeyd edib ki, 18 yaşına qədər uşaqlar üçün də arayış pulsuzdur. Bundan əlavə, hərbi xidmətə çağırılanların tibbi müayinəsi və arayışı üçün ödəniş tələb olunmur. Onun sözlərinə görə, sürücülük vəsiqəsi almaq tibbi arayış 30 manat, sağlamlıq haqqında arayış isə 15 manatdır:
“Lakin bəzən sağlamlıq haqqında arayışa psixoloqun və ya narkoloqun rəyi tələb edilərsə, bu zaman 30 manat ödəniş edilir. Yəni bu zaman iki arayış üçün pul hesablanır”.
Onun sözlərinə görə, obliqat qruplar üçün isə 3 ildən bir müayinə və arayışlar pulsuzdur: “İcbari tibbi sığortanın Xidmətlər Zərfinə 18 yaşa qədər uşaqların sağlamlıq vəziyyətinin cari müayinəsi ilə bağlı arayış və hərbi xidmətə çağırılanların tibbi müayinəsi ilə bağlı arayışlar daxildir. Sürücülük vəsiqəsi almaq üçün tibbi arayış və iş yerinə təqdim edilməsi tələb olunan sağlamlıq haqqında arayış icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil deyil. Sürücülük vəsiqəsi almaq üçün tibbi arayış 30 manat (ƏDV daxil), sağlamlıq haqqında iş yerinə edilməsi tələb olunan arayış 15 manat (ƏDV daxil) təşkil edir. Bəzi hallarda, sağlamlıq haqqında iş yerinə təqdim edilən arayış üçün əlavə olaraq ixtisaslı həkimlərin (məsələn psixoloq, narkoloq) müayinəsi tələb oluna bilər. Bu zaman məbləğ müayinələrdən asılı olaraq müəyyənləşir”, – deyə A.Əhmədova bildirib.
21 Aprel 2021, 22:31
Qeyd edək ki, sürücülük imtahanı vermək üçün tibbi arayış alan vətəndaş 8 ixtisaslı həkim müayinəsi, 1 laborotor müayinə, 1 kardioloji, 1 rentgen müayinəsindən keçir. Buraya həkim-terapevtin, həkim-otolarinqoloqun, həkim-oftalmoloqun, həkim-cərrahın, həkim-nevropatoloqun, həkim-endokrionoloqun və ixtisaslı həkimin baxışı, eləcə də qanda qlükozanın kəmiyyətinin təyini, elektrokardioqramma, flüoroqrafiya müayinələri daxildir.
Vətəndaşlar əvvəllər sürücülük vəsiqəsi üçün tələb olunan bu arayışa pul ödəmədiklərini, icbari tibbi sığortanın tətbiqindən sonra rüsum müəyyənləşdirildiyini söyləyirlər.
Adil Qeybulla Sputnik Azərbaycan-a bildirib ki, vətəndaşların daha çox müraciət etdiyi arayışların icbari tibbi sığortanın Xidmətlər Zərfinə salınması vacibdir. Onun sözlərinə görə, gələcəkdə Xidmətlər Zərfinə daxil olan xidmətlərin sayı artırıldıqca bu məqam nəzərə alınmalıdır:
“Əgər hazırda buna görə vətəndaşdan pul tələb olunursa, bunun mütləq qəbzi vətəndaşa təqdim olunmalıdır. Vətəndaş da bilməlidir ki, ödədiyi vəsait hansı qurumun büdcəsinə gedir”.
Millət vəkili, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli Sputnik Azərbaycan-a bildirib ki, hazırda tibbi xidmətin ödənişinin böyük hissəsi dövlət tərəfindən qarşılanır, digər hissəsi sığorta hesabına ödənilir: “İcbari tibbi sığortada bu məsələ bu cür tənzimlənir. Dövlət müəyyən qruplardan olan əhalinin icbari tibbi sığorta haqqını ödəyir. Digər işləyən qruplar isə icbari tibbi sığortadan bəhrələnmək üçün əməkhaqqından müəyyən vəsait ödəyirlər. Bununla belə, yenə tibbi xidmətin xərcinin böyük hissəsini dövlət qarşılayır. Arayışların ambulator sığorta paketinə salınması doğru olmaz. Həmin xidmətin qarşılığı xidməti tələb edən vətəndaş tərəfindən ödənilir. Bu gün icbari tibbi sığorta paketinə daxil olmayan xidmətlərə görə alınan vəsait isə xəstəxananın maddi-texniki bazasının gücləndirilməsinə sərf edilir”.
Sürücülük vəsiqəsi almaq istəyənlərin nəzərinə: qaydalar dəyişdi
Nazirlər Kabineti “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edib.
Milli.Az-ın məlumatına görə, qüvvədə olan Əsasnaməyə əsasən, sürücülərin hazırlanması və onların ixtisasının artırılması kurslarının məzunları Qeydiyyat İmtahan Məntəqəsində (QİM) yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlar verməlidirlər.
Sürücülük vəsiqəsi almaq istəyən şəxs Daxili İşlər Nazirliyinə Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi), müstəqil hazırlıq keçən şəxslər istisna olmaqla, digər şəxslər üçün müvafiq kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə tədris planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçmələri barədə təhsil müəssisəsinin sənədi (şəhadətnamə, diplomun surəti, semestr-imtahan cədvəllərindən çıxarış və ya diploma əlavə), Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş formada tibbi arayışı və sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə dövlət rüsumunun ödənilməsi barədə sənədi bilavasitə və ya onların skan edilmiş surətlərini internet vasitəsilə təqdim edir (göndərir). Sənədlərin bilavasitə qəbulu və verilməsinin interaktiv şəkildə əks etdirən monitorlar vasitəsilə müşahidə edilməsi imkanı yaradılır. Sənədlərin skan edilmiş surətlərinin həqiqiliyi sürücülük vəsiqəsini verən orqanın vəzifəli şəxsində şübhə yaratdıqda, müvafiq sənədlər barədə məlumat əldə etmək üçün dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından istifadə edilir, bu mümkün olmadığı halda müraciət etmiş şəxslərdən həmin sənədlərin əsli tələb edilir.Sənədlər “Yol hərəkəti haqqında” qanunun tələblərinə uyğun olduqda, müraciət etmiş şəxsə yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan verəcəyi tarix və vaxt barədə bilavasitə və ya internet vasitəsilə dərhal məlumat verilir. Sənədlər göstərilən tələblərə uyğun olmadıqda, müraciət etmiş şəxsə uyğunsuzluğun aradan qaldırılması qaydası izah olunur. Respublikası Daxili İşlər Nazirliyinin rəsmi internet informasiya ehtiyatında yaradılmış elektron xidmət bölməsində imtahanın qəbulu və sürücülük vəsiqəsinin verilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısı, müvafiq sənədlərin (ərizə və digər) elektron formasının yerləşdirilməsi, habelə sənədlərin elektron formada qəbul edilməsi təmin edilir. Müraciət etmiş şəxslərin qəbul edilməsi ardıcıllığının tənzimlənməsi üçün “Elektron növbə” idarəetmə sistemi vasitəsilə həmin şəxslərin növbəsi müəyyən edilir.
Dəyişikliyə əsasən bundan sonra imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi zamanı yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədlərin çatdırılması təmin edilməlidir.
İndiyə qədər sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız QİM tərəfindən 30 dəqiqə ərzində həyata keçirilib. Dəyişikliyə əsasən bundan sonra sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimə ödənildikdə imtahansız QİM tərəfindən 30 dəqiqə ərzində həyata keçiriləcək.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Comments are closed, but trackbacks and pingbacks are open.