Səyahət agentlikləri və turoperatorlar
Azərbaycanda səyahət agentlikləri və turoperatorların əldə etdiyi gəlirin miqdarı artıb.
Turoperatorların gəlirləri bəlli oldu
Bu ilin yanvar-iyun aylarında səyahət agentlikləri və turoperatorların gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz artaraq, 22,4 milyon manat olub.
Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu müəssisələr tərəfindən 29,7 min turistə xidmət göstərilib. Bu da əvvəlki ilin eyni dövrünün göstəricisindən 6,5 faiz çoxdur.
Xidmət göstərilmiş turistlərin 19,9 min nəfəri xarici ölkələrə, 6,3 mini ölkə ərazisində səyahət edən Azərbaycan Respublikası vətəndaşları, 3,5 min nəfəri isə Azərbaycana səyahət məqsədilə gələn əcnəbilər və vətəndaşdığı olmayan şəxslər olub.
Ölkə səyahət agentliklərinə müraciət edərək, müvafiq yollayış almış Azərbaycan Respublikası ərazisində səyahət edən ölkə vətəndaşlarının sayı 37,0 faiz, Azərbaycana səyahətə gələn xarici ölkə vətəndaşlarının sayı 66,7 faiz artıb. Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayında isə 5,7 faiz azalma müşahidə olunub.
Səyahət agentlikləri və turoperatorlar tərəfindən 15,0 min ədəd turizm yollayışı satılıb ki, bunların da 1,1 minini Azərbaycan Respublikası ərazisində səyahət etmək üçün xarici ölkə vətəndaşlarına, 13,9 minini isə ölkə vətəndaşlarına satılmış yollayışlar təşkil edib.
Azərbaycan Respublikasının vətəndaşları tərəfindən alınmış yollayışların 11,8 mini (84,9 faizi) xarici ölkələrə, 2,1 mini (15,1 faizi) ölkə daxilində səyahət etmək üçün nəzərdə tutulub.
Əhaliyə satılan turizm yollayışlarının ümumi dəyəri 15,9 milyon manat olub. Bunun da 14,0 milyon manatını və ya 88,1 faizini xarici ölkələrə gedib. Əhaliyə satılmış bir turizm yollayışının orta dəyəri 8,2 faiz artaraq, 1059,8 manat, o cümlədən Azərbaycan Respublikasının vətəndaşlarına ölkə ərazisində səyahət etmək üçün satılan bir yollayışın orta dəyəri 488,3 manat, ölkədən kənarda səyahət etmək üçün 1182,0 manat, Azərbaycan ərazisində səyahət etmək üçün xarici ölkə vətəndaşlarına satılan bir yollayışın orta dəyəri isə 812,1 manat olub.
Səyahət agentlikləri və turoperatorların vasitəçiliyi ilə xarici ölkələrdə istirahət etmiş Azərbaycan Respublikası vətəndaşlarının sayı 20,0 min nəfər olub. Onların 47,7 faizi Türkiyə, 12,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 12,4 faizi Rusiya Federasiyası, 9,1 faizi İran, 3,0 faizi Almaniya, 1,6 faizi Gürcüstan, 1,4 faizi İtaliya, 1,3 faizi Çexiya, 0,7 faizi Ukrayna və 10,1 faizi digər ölkələrə səyahət edib.
2017-ci ilin birinci yarımilində turizm yollayışlarından istifadə etməklə ölkə ərazisində istirahət edən Azərbaycan Respublikası vətəndaşlarının sayı 6,3 min nəfər olub. Onların 21,2 faizi İsmayıllı, 19,3 faizi Qəbələ, 16,7 faizi Xaçmaz, 12,7 faizi Xəzər, 9,7 faizi Qusar, 5,4 faizi Quba, 4,5 faizi Qax və 10,5 faizi ölkənin digər şəhər və rayonlarında istirahət edib.
Səyahət agentlikləri və turoperatorlar
“Səyahət agentlikləri, turoperatorlar və turizm sahəsində əvvəlcədən sifarişetmə xidmətləri göstərən müəssisələrin fəaliyyəti haqqında” 1-turizm №-li (illik) rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş barədə” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2017-ci il 04 iyul tarixli 11/18 nömrəli qərarında dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15202103290219
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STATİSTİKA KOMİTƏSİ
Bakı şəhəri 29 mart 2021-ci il
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 115 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnamə”nin 9.6-cı və 14.4-cü bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
qərara alır:
1. “Səyahət agentlikləri, turoperatorlar və turizm sahəsində əvvəlcədən sifarişetmə xidmətləri göstərən müəssisələrin fəaliyyəti haqqında” 1-turizm №-li (illik) rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş barədə” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2017-ci il 04 iyul tarixli 11/18 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:
1.1. adında, 1 və 2-ci hissələrində “1-turizm №-li (illik)” sözləri “4-turizm №-li (rüblük)” sözləri ilə əvəz edilsin;
1.2. həmin qərarla təsdiq edilmiş “Səyahət agentlikləri, turoperatorlar və turizm sahəsində əvvəlcədən sifarişetmə xidmətləri göstərən müəssisələrin fəaliyyəti haqqında” 1-turizm №-li (illik) rəsmi statistika hesabatı forması üzrə:
1.2.1. “1 – turizm” sözü “4 – turizm” sözü ilə, “illik” sözü “rüblük” sözü ilə, “fevral ayının” sözləri “hesabat dövründən sonrakı ayın” sözləri ilə, elektron poçt ünvanını əks etdirən hissəsində “hesabat@azstat.org” sözləri “hesabat@stat.gov.az” sözləri ilə, “20 -il” rəqəm və sözü “20__ ilin ___ rübü” rəqəm və sözləri ilə əvəz edilsin, birinci halda “ünvanı” sözündən əvvəl “inzibati ərazi vahidinin və yaşayış məntəqəsinin adı göstərilməklə dəqiq” sözləri əlavə edilsin, “rayon (şəhər)”, “kənd (küçə)” və “Veb səhifə: www.stat.gov.az” sözləri çıxarılsın;
1.2.2. “I bölmə. Müəssisənin (təşkilatın) fəaliyyətinin ümumi iqtisadi göstəriciləri” cədvəlinin 16-cı sətrində “illik” sözü “rüblük” sözü ilə əvəz edilsin;
1.3. Həmin qərarla təsdiq edilmiş “Səyahət agentlikləri, turoperatorlar və turizm sahəsində əvvəlcədən sifarişetmə xidmətləri göstərən müəssisələrin fəaliyyəti haqqında” 1-turizm №-li (illik) rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”in adında 1-turizm №-li (illik)” sözləri “4-turizm №-li (rüblük)” sözləri ilə, “1. Ümumi müddəalar” hissəsinin ikinci abzasında “1-turizm №-li (illik)” sözləri “4-turizm №-li (rüblük)” sözləri ilə, üçüncü abzasında “fevral ayının” sözləri “hesabat dövründən sonrakı ayın” sözləri ilə əvəz edilsin, “3. Hesabat formasının doldurulmasına dair izahlar” hissəsinin beşinci abzasının birinci və ikinci cümlələrində “illik” sözü “rüblük” sözü ilə əvəz edilsin, doqquzuncu abzası “Hesabatın tərtib olunmasına sərf olunan vaxt adam-saatla ölçülür və hesabatın tərtib olunmasında iştirak edən işçilərin (işçinin) sayı onların (onun) həmin hesabatın tərtib olunmasına sərf etdikləri (etdiyi) vaxta vurulmaqla müəyyənləşdirilir.” redaksiyasında verilsin.
2. Qərar qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.
3. Aparatın Xidmət statistikası şöbəsinə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsin.
4. Qərarın icrasına nəzarət Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinə həvalə olunsun.
Sədr Tahir Budaqov
Səyahət agentlikləri və turoperatorlar
Azərbaycanda səyahət agentlikləri və turoperatorların əldə etdiyi gəlirin miqdarı artıb.
FED.az xəbər verir ki, 2013-cü ildə səyahət agentlikləri və turoperatorlar 29 600,9 manat gəlir əldə etdiyi halda, 2018-ci ildə bu məbləğ 56 439,4 manata çatıb.
Ötən müddətdə səyahət agentlikləri və turoperatorların da sayı artıb. 2013-cü ildə səyahət agentlikləri və turoperatorların sayı 197, 2018-ci ildə 374 olub.
Xatırladaq ki, 2015-ci ildə Azərbaycanda turizm fəaliyyəti üzrə lisenziya ləğv edilib.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin sözlərinə görə, turizm fəaliyyəti üzrə lisenziya ləğv edildiyindən şirkətlərin işinə nəzarət etmək bir qədər çətindir.
Turizm şirkətlərinə nəzarət mexanizminin qurulması ilə bağlı təkliflərin mahiyyətini açıqlayan F.Nağıyev bildirib ki, turizm şirkətlərinin ilk növbədə sığorta mexanizmləri olmalıdır. Onların fəaliyyəti müəyyən kriteriyalara cavab verməlidir: “Sığorta şirkətinin müəyyən qədər vəsaiti olmalıdır ki, riskləri qarşılaya bilsin. Sabah hər hansı risk baş verdikdə, dövlət onu öz üzərinə götürməsin”.
Comments are closed, but trackbacks and pingbacks are open.