Press "Enter" to skip to content

Səyyah kəşf və azərbaycan

Antraktidanın öyrənilməsi Bellinshauzen, Lazaryev, Amundsen, Skot

Coğrafiyanın vəzifələri, sahələri və inkişaf tarixi.

Coğrafiya – Yer kürəsinin təbiətini öyrənən elmlərdən biridir. Sözün hərfı mə’nası “Yeri təsvir etmək” deməkdir. Yunancadan “qeo” – yer, “qrapho” – təsvir edirəm kimi tərcümə edilir. Fiziki və iqtisadi coğrafiya onun əsas sahələridir.

Fiziki coğrafiya – Yerin coğrafi təbəqəsini, onun tərkibini, komponentlərini, onlar arasında olan əlaqələri, təbəqələrin inkişaf tarixini və istiqamətlərini öyrənir.

İqtisadi və sosial coğrafiyatəbii şərait və ehtiyatlardan istifadə edilməsini, təsərrüfatın və əhalinin yerləşməsi prinsiplə-rini öyrənir. İqtisadi coğrafiya terminini elmə 1760-cı ildə rus alimi М. В. Lomonosov gətirmişdir.

Tarixi metod vasitəsilə oby ekt və hadisədə müəyyən tarixi dövr ərzində baş verən dəyişikliklər öyrənilir və təhlil edilir. Məsələn, Qafqaz dağlarında buzlaqların sahəsinin azalmasını şəkillərin illər ərzində təhlilindən müşahidə etmək olar.

Kartoqrafk metod coğrafi tədqiqatlar zamanı müxtəlif məzmunlu xəritələrin öyrənilməsinə və təhlilinə əsaslanır.

Müqayisə metodu obyekt və hadisələrin fərqli və oxşar xüsusiyyətlərini təhlil etməklə yeni elmi nəticələrə gəlməyə imkan verir.

Riyazi-statistik tədqiqat metodu – coğrafi obyekt və hadisələri kəmiyyət göstəriciləri və riyazi hesablamalar vasitəsilə tədqiq edir. Nəticədə, öyrənilən obyekt və hadisələrin planlaşdırılması, layihələşdirilməsi həyata keçirilir.

Coğrafi modelləşdirmə real obyekt və hadisələrin modelinin hazırlanması və öyrənilməsinə əsaslanır. Coğrafi modellər qrafik və təsviri formada, həmçinin sözlər və simvollar vasitəsilə qurulur.

Coğrafi proqnozlaşdırma təbii və antropogen təsirlər nəticəsində konkret ərazidə baş verə biləcək dəyişikliklərin əvvəlcədən müəyyən edilməsidir; məsələn, su anbarının tikilməsi ilə ətraf ərazilərdə baş verə biləcək dəyişiklikləri proqnozlaşdırmaq mümkündür.

Aerokosmik metod vasitəsilə aero və kosmik şəkillərdən alınan informasiyalar əsasında müasir xəritələr tərtib edilir və coğrafi proseslər öyrənilir.

Çöl-tədqiqat metodları ilə ərazidə müşahidələr, yaxud cihazların köməyi ilə məlumatlar toplanır, onların təhlili əsasında bir sıra coğrafi qanunauyğunluqlar müəyyən edilir.

Coğ rafiya elminin inkişafı

Coğrafiya haqqında ilk biliklər qədim Babilistanda yaranmışdır. Sonralar Yunanstanda, Romada, Çində, Misirdə ətraf ərazilər və təbiətdə baş verən hadisələr haqqında geniş məlumatlar toplanmışdır.

Beə III əsrdə Misirin İsgəndəriyyə şəhərində yaşamış qədim yunan alimi Eratosfen (e.ə. 276-194) «Coğrafiya» sözünü elmə gətirmiş, bu sahədə ilk kitab yazmış öz dövründə məlum olan ərazilərin xəritəsini tərtib etmişdir. Bu xəritədə Köhnə Dünya adlanan Avropa, Qərbi Asiya və Şimali Afrika təsvir olunur. Eratosfen Yerin meridian çevrəsinin uzunluğunu (39 690 km) və Yer kürəsinin radiusunu (6310 km, bəzi mə’lumatlara görə 6844 km) hesablamışdır. Eratosfen belə hesab edirdi ki, Pireney yarımadasından qərbə tərəf üzməklə Hindistana çatmaq olar.

Eramızın əvvəllərində yaşamış Yunan mənşəli Роmа Alimi Strabon (e.ə 63 -24) İri həcmli «Coğrafiya» kitabını yazmışdır. 17 kitabdan ibarət Olan Strabonun bu əsərində qədim yunanlara məlum olan bütün ərazilər, о cümlədən Qafqaz Albaniyası təsvir edilmişdir.

Qədim yunan alimi Klavdi Ptolemey (90-168) də Misirin İsgəndəriyyə şəhərində yaşamışdır. O, səkkiz kitabdan ibarət “Coğrafiya” kitabını yazmışdır. Birinci kitabında Ptolomey coğrafiyanın öyrəndiyi sahələri göstərmiş, xəritə tərtib etmişdir. Coğrafiyanın xəritəşünaslıq və ölkəşünaslıq kimi iki sahədən ibarət olmasını qeyd etmişdir.

Ptolemeyin xəritəsində Eratosfenin xəritəsinə nisbətən Afrikada və Asiyada daha geniş ərazilər təsvir olunmuş, Yerin əyriliyi nəzərə alınıb, dərəcə toru çəkilmişdir. Alimin yaratdığı Geosentrik Sistem nəzəriyyəsinə (“Astronomiyanın əsas riyazi quruluşu” kitabında) görə Yer kürəsi kainatın mərkəzindədir. Günəş və digər göy cisimləri Yerin ətrafında fırlanır. Bu nəzəriyyəni Aristotelin də nəzəriyyəsi idi.

Orta əsrlər dövrü- V-XV əsrlər arası

Orta əsrlər dövründə coğrafiyanın inkişafında mühim mərhələyə qədəm qoyulmuşdur. Orta əsrlərdə polyak alimi N. Kopernik Yerin və digər planetlərin Günəş ətrafında fırlanmasına əsaslanan “heliosentrik sistem” nəzəriyyəsini irəli sürmüşdü (1443). Coğrafiyanın inkiafında rolu olan ərəb səyyah və dənizçilərindən ibn Rüşt , Əl-Məsudi, Yaqut Əl-Həməvi, İbn-Bəttutə və s misal çəkmək olar.

XV əsrin ikinci yarısında (1468-1474) Hindistana səyahət edən rus taciri A. Nikitinin coğrafi təsəvvürləri daha da genişləndirdi. Onun səyahəti haqqında məlumatlar “Üç dəniz arxasına səyahət” kitabında toplanmışdır.

X-XI əsrlərdə Səmərqənddə yaşamış türk dünyasının görkəmli alimlərindən biri Əbu Rеyhan Biruni Şərqdə ilk dəfə gildən Yerin kiçildilmiş modelini – qlobusu düzəltmişdir. XIII əsrdə yaşamış Azərbaycan alimi Nəsirəddin Tusinin xidmətləri daha böyükdür. О, pоlyak alimi Kоpеrnikdən 500 il əvvəl Yerin Günəş ətrafında dövr etdiyini nəzəri cəhətdən əsaslandırmışdır. N.Tusinin tərtib etdiyi ulduzlu səmanın qlobusu – həmin dövrdə elmi nailiyyətlərin göstəricisidir. X əsrdə skandinaviyalılar Amerika qitəsində olmuşdular. Lеyf Еrikssоn dəstəsi ilə bu materikin şimal-şərqinə dəfələrlə səfər etmişdir. Орtа əsrlər dövründə Marko Polonun (XII əsr) adı ilə bağlanan “Böyük İpək Yolu” ölkələr arasında ticarət əlaqələrinin həyata keçirilməsində çox böyük əhəmiyyətə malik idi.

Böyük coğrafi kəşflər dövrü- XV-XVII

Böyük Coğrafi kəşflər dövrünə qədər və onun ilkin vaxtlarında coğrafiyada təsviretmə ənənələri qalmışdır. Bunlar ümumi fiziki coğrafiya (yerşünaslıq), və regional coğrafiyanın əsaslarını təşkil edirdi. Bu sahələrə aid zəngin məlumatlar toplanmışdır.

1492 ci ildə X. Kolumb – Hindistana dəniz yolu kəşf etmək məqsədi ilə Qərbə tərəf üzmüş və Amerika qitəsin kəşf etmişdir. Onun ilk kəşf etdiyi adaları Vest- Hind adlandırmışdır.

  1. Baham adaları, Kuba, Yamayka, Puerto-Riko adası və s.
  2. Saqras dənizini
  3. Şimali Passat cərəyanını kəşf etmışdır.

Amerika qitəsi isə Kolumbun yox Ameriqo Vespuçinin adı ilə Amerika adlandırılmışdır. Yeni Dünyanın kəşf edilməsi Avropa ölkələrinin iqtisadi və siyasi həyatına böyük təsir etdi. Ticarət yolları tədricən Aralıq dənizi hüdudlarından çıxaraq daha geniş əraziləri əhatə etməyə başladı. Bu isə bəzi ölkələrin coğrafi mövqelərinin yaxşılaşmasına səbəb oldu.

Yeni torpaqları müstəmləkələrə çevirən avropalılar bu əraziləri istismar etməklə təbii sərvətləri daşımağa başladılar. Bu, Avropa ölkələrinin gələcək iqtisadi inkişafının əsasını qoymuş oldu.

1498 – ci ildə Vasqo da Qama Hindistana gedən dəniz yolunu isə kəşf etmiş, Atlantik okeanı ilə Hind okeanı arasında əlaqənin olmasını müəyyən etmişdir.

1519- 1521 – ci illərdə Fernan Magellan ilk dünya səyahətini yerinə yetirdi, dünya okeanının vahidliyi sübut olundu, Yerin kürə şəklində olması təcrübi yolla aydınlaşdı, bundan başqa “Odlu Torpaq” adası və CƏnubi Amerika ilə arasında olan Magellan boğazı kəşf olundu.

XVII əsrin əvvəllərində holland səyyahı V.Yanson Avstraliya sahillərində olmuş, lakin buranı ada hesab etmişdir. 1642-ci ildə digər hollandiyalı səyyah A. Tasman Avstraliyanın şərq, şimal-şərq, cənub sahillərini və hazırkı Yeni Zelandiya və Tasmaniya adalarını kəşf etmişdir. Həmin dövrdə avropalılar kəşf etdikləri yeni ərazilərə öz vətənlərindəki adları verirdilər.

Abel Tasmanın səyahət marşurutu

V. Yansonun səyahət marşurutu

Мerkator ( 1512-1594 ) xəritələri toplu halında hazırlamış və onu “Атлас” adlandırmışdır.

Yeni dövr. XVII əsrdən sonrakı dövrlər

İngilis dəniz səyyahı Ceyms Kuk naməlum Cənub torpaqlarını axtarmaq və xəritəyə köçürmək üçün XVIII əsrin 60-70-ci illərində üç dəfə dünya səyahəti etmişdir. О, səyahət zamanı Sakit okeanın mərkəzi və qərb hissələrində yerləşən adaları öyrənmiş, Havay adalarını kəşf etmişdir. Yeni Zelandiyanın müstəqil iki adadan ibarət olması onun səyahətinin əsas nəticələrinə aiddir. Avstraliya materikininin öyrənilməsində Mikluxo- Maklayında böyük xidmətləri olmuşdur.

Ceyms Kukun səyahəti

Alman təbiətşünası A. Humbolt 1799-1804-cü illərdə Orinoko, Amazon çaylarını, Kotopaxi, Çimboraso və Meksikada olan vulkanları, Mərkəzi Amerika adalarını öyrənmişdir. O, materikdə iqlimin formalaşmasını, daxili və sahilboyu ərazilərdə iqlim şəraitində olan fərqləri göstərmişdir. A. Humboldt bitkilərin coğrafi enliklər və şaquli zonallıq üzrə yayılmasını öyrənmiş, materikin geoloji xəritəsini tərtib etmiş, okean cərəyanlarının materikin təbiətinə təsirini müəyyən etmişdir (Humbolt cərəyanı). XIX əsrin əvvəlində A. Humboldtun Cənubi Amerikaya səfərindən sonra iqlimşünaslıq və bitki coğrafiyası (biocoğrafiya) elmləri haqqında məlumatlar toplandı.

Cənub qütb sahəsində yerləşən Antarktida materikinin kəşfi də maraqlı olmuşdur. Bu ərazilərə səyahət etmək barədə heç kim düşünmürdü. Yalnız C. Kuk cənuba doğru daha çox irəliləmiş, lakin soyuq hava və ucsuz-bucaqsız buzlar onun Antarktidaya çatmasına imkan verməmişdi.

Antarktida materiki 1820-ci ilin yanvarında rus səyyahları F. BellinshauzenM. Lazarev tərəfindən kəşf edilmişdir.

1872-1876-cı illərdə İngiltərənin “Çellencer” tədqiqat gəmisinin səyahətindən sonra okeanoqrafiya (okeanologiya) elmi sürətlə inkişaf etmişdir.

Torpaq coğrafiyası elmi XIX əsrin sonu, XX əsrin əvvəlində VV Dokuçayevin Rusiyanın Avropa hissəsində apardığı tədqiqatlardan sonra yaranmışdır. 1760-cı ildə М. В. Lomonosov ” iqtisadi coğrafiya ” terminini elmə gətirmişdir. Sonrakı dövrlərdə bu elm sahəsi iqtisadi və sosial coğrafiya adlanmışdır.

Maqnit qütbləri Şimal maqnit qütbü 1831-ci ildə ingilis qütb tədqiqatçısı Con Ross , cənubdakı maqnit qütbü isə 1841-ci ildə Ceyms Ross tərəfindən fəth edilmişdir.

Qitələrin öyrənilməsi

Afrika materikinin öyrənilməsində rolu olan səyyahlar- D. Livinqston, V. Yunker, H. Stenlinin rolu böyük olmuşdur. 1849-1873-cü illərdə ingilis David Livinqston Afrikanın mərkəzi və şərq rayonlarını öyrənmişdir. Səyyah ilk dəfə olaraq Afrikanın qərb sahillərindən şərq sahillərinə qədər keçmişdir. O, Konqo, Zambezi çaylarının yuxarı axarlarını, Nyasa və Tanqanika göllərini, Viktoriya şəlaləsini kəşf etmişdir. Bu ərazilər XIX əsrin 70-ci illərində Stenlinin başçılığı ilə öyrənilmişdir.

Amerikanın öyrənilməsi – A. Humbolt, E. Bonplan, N.Vavilov, C. Kabot, Hudzon, Bering, Baffin, Makkenzi

Türk səyyahı Piri Rəis Atlantik okeanının çox mükəmməl xəritəsin hazırlamışdır

Avrasiyanın şimal-şərq hissələri – XVII – XVIII əsrlərin ən mühüm coğrafi kəşflərinə Avrasiyanın şərq hissəsinin, Amerikanın Sakit okean sahillərinin öyrənilməsi, fransızların Sakit okeanda apardığı tədqiqatları aid etmək olar. Avrasiyanın ucqar şərq nöqtəsinə rus dənizçisi S.İ.Dejnyov hələ XVII əsrin ortalarında çatmışdır və ya fəth etmişdir. İki materik arasında olan Berinq boğazı XVIII əsrin əvvəlində kəşf edilmişdir. Az sonra Asiyadan Amerika sahillərinə rus dənizçisi V.Berinqin başçılığı ilə çatmaq mümkün olmuşdu.

Avstraliyanın öyrənilməsi- Yanson, Tasman, C. Kuk

Antraktidanın öyrənilməsi Bellinshauzen, Lazaryev, Amundsen, Skot

Azərbaycanda coğrafiya elminin inkişafı

Nəsirəddin Tusi (1201-1274) 1259-cu ildə Marağa şəhərində qurduğu rəsədxanada astronomik hesablamalar aparmış, Yerin fırlanması və ölçülərini müəyyən etmiş, coğrafi məntəqələrin koordinatlarını vermişdir.

Əbdurrəşid Bakuvi – Tanınmış səyyah, coğrafiyaşünas, iqlimşünas və kosmoqraf Əbdürrəşid Салех ibn-Nuri əl-Bakuvi XIV əsrin ikinci yarısında-XV əsrin birinci rübündə yaşamışdır. Əbdürrəşidin atası Bakıda doğulmuşdu və dövrünün yüksək təhsil görmüş adamlarından idi. Bakuvi haqqında tərcümeyi-hal səciyyəli məlumatlar, demək olar ki, qalmayıb. O, bir sıra əsərlər yazıbsa da bizim zəmanəmizə alimin yalnız bir kitabı çatıb. Həmin kitabın əlyazması Parisdə Milli Kitabxanada saxlanır. Əlyazma buraya 1683-cü ildə daxil olmuşdur. (Abidələrin “xülasəsi və qüdrətli hökmdarların möcüzələri”)

Hacı Zeynalabdin Şirvani (XIX əsr) mənşəcə Azərbaycan türklərindən olan məşhur səyyah və coğrafiyaçı, tarixçi, etnoqraf, filosof və şair.Böyük səyahət yolu keçmişdir.

Bu yol 60 min km uzanmış və 40 il davam etmişdir. Bu yol Kiçik Asiyadan, İran yaylasından, Orta Asiya, Ərəbistan və Cənubi Afrika səhralarından, Sudanın meşə və cəngəlliklərindən, Hindistanın Tropik meşələrindən, Hind okeanı adalarından keçib. О, Hindquş, Zaqros, Süleyman dağlarından, Pamirdən adlamışdır. Bu yol Asiya və Afrikanın bir çox digər vilayətlərindən uzanmışdır.

Abbasqulu Ağa Bakıxanov- XIX əsr (1794- 1837) Azərbaycanın tarixi, Ictimai-iqtisadi inkişafı haqqında «Gülüstani-İrəm», Xristofor Kolumbun Amerikanı kəşf etməsi haqqında «Qəribə kəşflər», Kainatın Heliosentrik Sistemi haqqında «Kainatın sirləri» əsərlərini yazmışdır.

Həsən bəy Zərdabinin (1842-1907) əsərlərində Azərbaycanın təbiəti haqqında zəngin məlumatlar vardır. zəngin məlumatlar vardır.

Qafur Rəşad Mirzəzadə (1884-1943) XX əsrin əvvəllərində coğrafiya sahəsində ana dilində yazılmış bir neçə kitabın müəllifidir («Qafqaz coğrafiyası», «Ümumi coğrafiya»).

Baharlının coğrafiya kitabı qadağan olunmuşdur (1921)

(Səbəb siyasi baxışlarına görə. 1937-ci ilə qədər gizli surətdə fəaliyyət göstərən Azərbaycan İstiqlal Təşkilatının katiblərindən biri olmuşdur) 1937-ci ildə repressiya qurbanı olmuşdur.

Respublikamızda coğrafiya elminin forma-laşması XX əsrin 30-cu illərində başlansa da, 50- 60-cı illərdən sonra sürətlə inkişaf etmişdir.

Relyef i-Budaq Budaqov və Müseyib Müseyibov,

İqlimi- Ənvər Şıxlinski və Əliabbas Mədətzadə,

Çayları – Saleh Rüstəmov, Fərda İmanov tərəfindən öyrənilmişdir.

Xəzər dənizini – Qasım Gül,

Тоrpaq örtüyünü- Həsən Əliyev, Məmməd Salayev,

İqtisadi coğrafiyasını- Hadı Əliyev, Əbdürrəhim Hacızadə, Asəf Nadirov tədqiq etmişlər

Qeyd: Online dərslərə qoşulmaq istəyənlər əlaqə saxlaya bilərlər.

Əlaqə nömrəsi: Whatsap – 055-534-81-70

Azərbaycan xanlıqları

Azərbaycanın cənubunda Təbriz, Urmiya, Xoy, Qaradağ, Ərdəbil, Sərab, Marağa, Maku, şimalında isə Qarabağ, Gəncə, Şamaxı, Bakı, Dərbənd, Quba, Şəki, Lənkəran, İrəvan və Naxçıvan xanlıqları, habelə İlisu, Qəbələ, Ərəş, Qazax və Şəmşəddil sultanlıqları, Car-Baləkən camaatlığı meydana gəldi.
Təbriz xanlığı XVIII əsrin ortalarında Əmiraslan xan tərəfindən yaradılmış, mərkəzi Təbriz şəhəri olmuşdur. Xanlıq inzibati cəhətdən Təbriz, Güney və Mərənd vilayətlərinə bölünürdü.
Urmiya xanlığının əsası XVIII əsrin ortalarında Fətəli xan Əfşar tərəfindən qoyulmuşdur. Xanlığın mərkəzi əvvəlcə Urmiya, Təbriz xanlığını ələ keçirdikdən sonra Təbriz şəhəri olmuşdur.
Xoy xanlığı.XVIII əsrin ortalarında yaranmışdır. Xanlıq Dünbülü Əhməd xan tərəfindən idarə olunurdu.
Qaradağ xanlığı.XVIII əsrin I rübündə Kazım xan tərəfindən yaradılmış, mərkəzi Əhər şəhəri olmuşdur. Mərkəzi hakimiyyətə tabe olmadığına görə Kazım xanın gözlərini Nadir şah çıxartdırmışdır. Nadir şahın ölümündən sonra Kazım xanın hakimiyyəti bərpa olunmuş, 1791-ci ildə xanlıq Ağaməhəmməd şah Qacara tabe olmuşdur.
Ərdəbil xanlığı. Xanlığın əsasını XVIII əsrin ortalarında Bəbir xan qoymuşdur. Mərkəzi Ərdəbil şəhəri idi. Nəzir xanın dövründə isə xanlıq qacarlardan asılı vəziyyətə düşmüşdür.
Şəki xanlığı.1743-cü ildə Hacı Çələbi xan tərəfindən əsası qoyulmuşdur. Mərkəzi Şəki şəhəri idi. Hacı Çələbi xan Qəbələ, Ərəş sultanlıqlarını, Qazax və Borçalını ələ keçirdi. Hacı Çələbi xandan sonra onun oğlu Ağakişi bəy (1755), sonra isə Qubalı Fətəli xanın müdaxiləsi ilə nəvəsi Hüseyn xan hakimiyyətə yiyələndilər. 1795-ci ildə hakimiyyətə Səlim xan gəldi.
Şamaxı xanlığı. Şamaxı xanlığında ikihakimiyyətlilik mövcud olmuşdur. Bir hissəsində Məhəmməd Həsən xan, digər hissəsində isə Məhəmməd Səid və Ağası qardaşlarının hakimiyyəti mövcud idi. 1763-cü ildə Məhəmməd Səid xan Şamaxı xanlığını birləşdirdi və xanlığın mərkəzi Şamaxı şəhəri oldu. 1767-ci ildə Quba və Şəki xanlıqları Şamaxıya hücum etdi və ərazisi onlar arasında bölüşdürüldü. 1790-cı ildə Şirvan xanları hakimiyyətləri bərpa etdilər.
Quba xanlığı. Quba xanlığının banisi Hüseynəli xan 1726-cı ildə bu vəzifəyə Rusiya tərəfindən təyin edilmişdir. Xanlığın iqamətgahı əvvəl Xudat qalası, 1735-ci ildən isə Quba şəhərinə köçürüldü.
1758-ci ildə Fətəli xan hakimiyyətə gəldi. Onun məqsədi Azərbaycan torpaqlarını vahid dövlət şəklində birləşdirmək idi. Fətəli xan bacısı Xədicə Bikəni Bakı xanı Məlik Məhəmmədə ərə verməklə 1767-ci ildə Bakı xanlığını Quba xanlığına birləşdirdi. Sonra isə o, Şəki, Şamaxı, Muğan xanlıqlarını da Quba xanlığına birləşdirdi. Lakin 1789-cu ildə ölümündən sonra oğlanları xanlığın qüdrətini qoruyub saxlaya bilmədilər. Şəki, Şamaxı, Bakı xanlıqları, Ərdəbil və Meşkin şəhərləri Quba xanlığının tabeliyindən çıxdı.
Qarabağ xanlığı. XVIII əsrin ortalarında yaranmış, əsası Pənahəli xan tərəfindən qoyulmuşdur. Xanlıq əsasən Arazla Kür çayı ərazisində yerləşmiş, mərkəzi Şuşa şəhəri olmuşdur. Pənahəli xandan sonra hakimiyyət İbrahimxəlil xana məxsus olmuşdur.
İrəvan xanlığı Xanlığın əsasını XVIII əsrin ortalarında Mirmehdi xan qoymuşdur. Ərazisi Ağrı vadisi, Dərələyəz və Göyçə gölü arasındakı torpaqları təşkil edirdi. Xanlıq 15 mahala bölünmüşdür. Əhalinin hamısını Azərbaycan türkləri təşkil edirdi. Xanlığın mərkəzi İrəvan şəhəri idi. Mirmehdi xandan sonra hakimiyyətə Hüseyinəli xan gəlmişdir. 1795-ci ildə Ağaməhəmməd Xan Qacar İrəvan xanlığına hücum etmiş, həmin dövrdə İrəvan xanı Məhəmməd xanı hakimiyyətdən uzaqlaşdırmışdır. 1797-ci ildə Ağaməhəmməd şah Qacarın ölümündən sonra Məhəmməd xan hakimiyyətini bərpa etmişdir.
Naxçıvan xanlığı. XVIII əsrdə yaranmış xanlıqlardan biri də Naxçıvan xanlığı idi. Xanlığın əsasını Heydərqulu xan qoymuşdur. 1797-ci ildə Ağaməhəmməd şah Qacarın II yürüşü nəticəsində Naxçıvan xanı Kəlbəli xan həbs olundu.
Lənkəran xanlığı. XVIII əsrin ortalarında yaranmış, mərkəzi əvvəlcə Astara, sonra isə Lənkəran şəhəri olmuşdur. Lənkəran xanı Cəmaləddin Mirzə bəy (Qara xan ləqəbli) Lənkəranda iqtisadi və siyasi xarakterli bir sıra tədbirlər görmüşdür.
Mirmustafa xanın dövründə isə Lənkəran xanlığı Qacarın hücumuna məruz qaldı və əhalinin bir qismi Sarı adasına köçürüldü.
Bakı xanlığı. Bakı xanlığının əsası XVIII əsrin 40-cı illərində qoyulmuşdur. 39 kəndi olan xanlığın mərkəzi Bakı şəhəri idi. Xanlıq 1867-ci ildə Quba xanlığından asılı vəziyyətə düşmüş, Quba xanı Fətəli xan öldükdən sonra yenidən müstəqil olmuşdur.
Gəncə xanlığı. Gəncə xanlığının əsası XVIII əsrin ortalarında Qacar tayfasından olan II Şahverdi xan Ziyadoğlu tərəfindən qoyulmuşdur. 1786-ci ildə hakimiyyətə Cavad xan gəlmişdir.

Azərbaycanın şimal-qərb camaatlığı, sultanlıqlar və məlikliklər

  • Car-Baləkən camaatlığı.Bu camaatlıq Car, Baləkən, Katex, Tala, Muxak və Cəlik adlı azad cəmiyyətləri özündə birləşdirirdi. Cəmiyyətlərin əhalisinin xeyli hissəsi türk soylu avarlar idilər.
  • Qazax və Şəmşəddil sultanlıqları.Bu sultanlıqlar vaxtilə Səfəvilər dövlətinin Qarabağ bəylərbəyliyinə daxil idi. Sultanlıq Şəmşəddil tayfası tərəfindən idarə edilirdi.
  • Ərəş sultanlığı. Sultanlıq Səfəvilər dövründə təşkil edilmişdir. Ərazisi əvvəllər Şirvan bəylərbəyliyinin tabeliyində idi. 1795-ci ildə isə sultanlıq mahal kimi Şəki xanlığına qatılmışdır.
  • İlisu sultanlığı. İlisu sultanlığı XVI əsrin II yarısında Səfəvilərin İlisu hakimlərinə sultan titulu verməsi nəticəsində yaranmışdır. XVII-XVIII əsrlərdə sultanlıq öz müstəqilliyini qoruyub saxlaya bilmişdir.

Səyyah kəşf və azərbaycan

Xəzər dənizinin qərb sahillərində, Abşeron yarımadasının cənubunda yerləşən tarixi bir şəhər. Bakıya küləklər şəhəri də deyirlər. Quru subtropik iqlimi var. Ümumi sahəsi 2130 km2-dir və 11 administrativ rayondan ibarətdir.

Qədim Bakı vaxtilə ticarət və neft istehsalı mərkəzlərindən olub. Neft istehsalı və onun ətraf ərazilərə yayılmasının tarixi Babil İmperiyası dövrünə qədər gedib çıxır. Bakının ətraf ərazilərindən çıxarılan xam neft barədə Sara Sirayt (Sarah Searight) “İngiltərə və Orta Şərq” kitabında yazır: “Babil divarlarında gil qarışıq bağlayıcı məhlul kimi istifadə edilirmiş. Yanacaq kimi tanınan bu məhlul Abşeron yarımadasından İrana, İraqa və Hindistana ixrac edilirdi.” Eramızdan əvvəl 700-600-cü illərdə neft gündəlik həyatın hər bir sahəsində, o cümlədən tibbdə, evlərin isidilməsi və işıqlandırılmasında istifadə edilirdi.

Bakının neftlə zəngin ərazilərindən olan Suraxanıda 2.500 il əvvəl təbii qazın çıxdığı əbədi sönməz alovların yerində inşa edilmiş və atəşpərəstlərin sitayiş etdiyi məbəd Bakı nefti və qazının daha da məşhurlaşmasına səbəb olmuşdur. Bu ərazidə İslam dini yayıldıqdan sonra isə daim alovlanan həmin məşəl Hindistandan gələn zərdüştlərin baş çəkdiyi məbədə çevrildi. Aleksandr Düma 1859-cu ildə burada 3 atəşpərəstə rast gəldiyini yazırdı. Əsrlərlə alovlanan od məbədi “Atəşgah” bu gün çoxsaylı turistlərin gəldiyi muzey kimi fəaliyyət göstərir. Bu abidə Sanskrit dilindəki yazıları ilə nadir tapıntılardan sayılır. Bakıda qədim köklərə dayanan oda sitayiş adətləri elə şəhərin adının mənasının izahlarından birində də öz əksini tapıb. Sara Aşurbəylinin “Bakı şəhərinin tarixi” kitabında Küləklər şəhəri Baadiye-Kubiden kimi tanınan Bakının adının mənası həm də Ateshi-Baqavan, yəni Odlar Yurdu kimi izah olunur. Maraqlıdır ki, od və külək günü bu gün də Bakını fərqləndirən əsas cəhətlərdəndir.

Şərqlə Qərb arasında bir körpü olan Bakıda əsrlər boyu müxtəlif mədəniyyət və sivilizasiyalar qovuşmuşdur. Mərkəzi Asiya və Yaxın Şərqlə yanaşı digər ərazilərlə də karvan, eləcə də dəniz ticarət yolu ilə sıx iqtisadi-mədəni əlaqələr saxlayan Bakı neft və duz ixracatçısı kimi tanınmışdır. Bakı özünəməxsus inkişaf yolu keçərək mədəniyyət və ticarət mərkəzinə çevrilmişdir.

Bakının tarixi Azərbaycan xalqının qiymətli sərvətlərindən olan neftlə sıx bağlıdır. Strateji əhəmiyyətli neft ilk dəfə Abşeron yarımadasında kəşf və hasil edilmişdir. Neftin sənaye məqsədilə istehsalı üçün ilk mexaniki qurğu 1847-ci ildə Bakıda qazılıb.

Dünyada ilk neft tankeri “Zoroaster” 1879-cu ildən Bakıda Nobel qardaşları tərəfindən istifadə olunmuşdur. Lakin 70 il sonra Sovetlər dövründə dünyanın ilk açıq dəniz platforması olan məşhur Neft Daşlarını yaratmaq məqsədilə həmin gəmi batırılmışdır. Əsası 1947-ci ildə qoyulan Neft Daşlarında Azərbaycan neftçiləri dənizin dibindən karbohidrogen əldə etməklə tarixdə yeni bir səhifə açdılar. Hazırda Neft Daşları yaşayış məntəqəsinə çevrilmişdir. 1999-cu ildə “Dünya kifayət etmir” (“World Is Not Enough”) filminin bəzi hissələri məşhur Ceyms Bondun iştirakı ilə məhz burada – Bakının Neft Daşlarında çəkilmişdir.

Neftdən başqa Bakı həm də Azərbaycanın elm, təhsil, mədəniyyət və idman mərkəzidir. Bura İslam şərqində ilk opera, balet və universitetin vətənidir. 1901-ci ildə müsəlman qızları üçün ilk məktəb də məhz Bakıda, neft maqnatı olan və qızların təhsilini çox vacib sayan Hacı Zeynalabdin Tağıyevin şəxsi vəsaiti hesabına açılmışdır. O, savadlı qadını millətin aparıcı qüvvəsi kimi görürdü. Lümyer qardaşlarının ilk filmlərindən olan “Bakının neft quyuları: Yaxından Baxış” 1896-cı ildə Kamil Şərf tərəfindən çəkilmişdir. 1900-cü illərdə Rusiya İmperiyasının böyük limanlarından olan Bakı ilk sovet tramvaylarının (1924) və şəhərdaxili qatarların (1926) vətəni sayılır.

Şərq və Qərb memarlığının möhtəşəm harmoniyası, həmçinin ilk neft bumunda (1872-1920) inşa edilən binalar bu gün də Bakıda özünəməxsus ab-hava yaradır və şəhər arxitekturasına öz təsirini göstərir. Bakının ən qədim tarixinin izləri İçərişəhərdədir. Bakı minilliklər ərzində sıx və kompakt infrastrukturu ilə Qala divarları arasında yerləşmişdir. Burada hazırda 50-dən artıq tarixi və memarlıq abidəsi qorunub saxlanılır. Bunların arasında öz misilsiz forması ilə Bakının simvollarından sayılan 12-ci əsr abidəsi Qız Qalası, Şirvanşahlar Sarayı (1420-1460) da var. 2000-ci ildə İçərişəhər Qala divarları, Qız Qalası və Şirvanşahlar Sarayı UNESCO-nun Dünyanın Mədəni İrsi Siyahısına daxil edilmişdir. Açıq səma altında yerləşən Qala Arxeoloji-Etnoqrafik Muzeyi Bakının qədim tarixini yaşadan abidələrdəndir. Qala ərazisindəki arxeoloji tapıntılar və memarlıq abidələri e.ə 3-cü əsrdən başlamış eramızın 20-ci əsrinə qədərki tarixi əhatə edir.

Müasir Bakının ruhu həqiqətən də cəlbedicidir. Qədim tarixlə zəngin Bakı bu gün də dinamik inkişaf edir. Müasir üslublu muzeylər, teatrlar, konsert zalları, Dənizkənarı Milli Park, eyni zamanda milli və xarici mətbəxi ilə seçilən kafelər, restoranlar fəaliyyət göstərir.

Hazırda Bakının sosial və ictimai həyatı da çox dinamikdir. Burada keçirilən mühüm konfranslar, festivallar, sərgilər, idman yarışları və digər beynəlxalq tədbirlər Bakının regionda əhəmiyyətini artırır. Şəhərin ən böyük sərvəti isə onun sakinləridir. Paytaxt sakinlərinin qonaqpərvərliyi və səmimiliyi hər bir insanda unudulmaz xoş təəssüratlar yaradır. Hələ 1882-ci ildə ən iri yerli neft şirkətinin sahibləri olan Nobel qardaşları “Bakı bütün dünyanı işıqlandıra və ona rəng qata bilər” deyirdi.

  • 454 Portalda olan xidmətlərin sayı

Comments are closed, but trackbacks and pingbacks are open.