Azərbaycanda təbii qazın qiyməti ilə bağlı YENİ TARİFLƏR
Qərarla Tarif (qiymət) Şurasının rəsmi saytının (http://tariff.gov.az/%22http://www.tariff.gov.az/%22) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.
Ən çox sevilən Azərbaycan yeməklərinin reseptləri
Piti
Xammalların miqdarı küftə-bozbaşda olduğu kimidir. Yay vaxtı zəfəran 50 q pomidorla əvəz edilir. Pitinin hər payına 55-60 qramlıq 2-3 tikə qoyun əti götürülür. Noxud 4-5 saat soyuq suda isladılır. Ət və noxudu piti qabına qoyub zəif od üzərində tədricən bişirirlər. Xörəyin hazır olmasına 30 dəqiqə qalmış kartof, iri doğranmış soğan, alça, duz və zəfəran şirəsi tökülüb hazır olana kimi bişirilir. Piti bir qayda olaraq bişirildiyi qabda süfrəyə verilir, yanına dərin boşqab və ya kasa, sumaq və təmizlənmiş baş soğan qoyulur.
Soyutma
Qoyun əti – 217q, baş soğan – 30q, pomidor – 280q, xama – 30q, duz, istiot. Qoyun ətini 1,0-0,5 kq tikələr şəklində suda bişirir, bulyondan çıxarıb soyudurlar. Süfrəyə verdikdə soyuq qoyun ətini 2-3 mm qalınlıqda doğranır, boşqaba qoyur, yanına girdə doğranmış pomidor və çöp şəklində soğan düzür, üstünə xama tökürlər.
Kəlləpaça (Xaş)
Qoyun kəlləsi – 214q, qoyun ayaqları – 179q, qarın – 47q, sarımsaq – 5q, sirkə -10q, duz. İlk emaldan keçirilib təmiz yuyulmuş qoyun kəlləsi, ayaqları və qarnı suda bişirilir. Əmələ gəlmiş kəf yağılır. Bişəndən sonra (6-7 saat ərzində) ət kəfkirlə çıxarılıb iri sümüklərdən ayrılır və 40-50 qram çəkidə doğranıb yenidən bişirilir.
Lobya fisincanı
Qırmızı lobya – 100q, baş soğan – 30q, ərinmiş yağ – 20q, qoz ləpəsi – 30q, sirkə – 20 q və ya nar şirəsi – 15q, keşniş göyərtisi – 20q, istiot, duz. Lobya bişirilir, qızardılmış baş soğan və qoz ləpəsi ilə ətçəkən maşından keçirilir. Istiot, duz, sirkə əlavə edilir.
İspanaq çığırtması
İspanaq – 350q, turşəng – 100q, cəfəri və ya şüyüd – 15q, baş soğan – 50q, yumurta – 2əd., ərinmiş yağ – 30q, qatıq – 100q, istiot, duz. Göyərti təmizlənir, yuyulur, iri-iri doğranıb pörtlədilir. Baş soğan ayrıca yağda qızardılır, göyərtiyə qatılıb duz və istiot vurulur. Üzərinə çalınmış yumurta tökülüb qızdırıcı şkafda bişirilir.
Övriştə
Toyuq əti – 270q, ərinmiş yağ – 30q, zoğal qurusu – 100q, baş soğan – 50q, şəkər – 5q, istiot – 0,1q, duz. Emal olunmuş toyuq 30-35 qramlıq tikələrə doğranır, duz, istiot vurulub yağda qızardılır. Soğan ayrıca qızardılır, sonra isladılmış zoğal qurusu, axırda şəkər əlavə edilir və tavadakı toyuğun üstünə tökülür. Yaxşı qarışdırılıb hazır olunca bişirilir.
Əzmə
Qoyun qara ciyəri – 354q, quyruq – 65q, istiot – 0,1q, duz. Qara ciyər pərdələrdən təmizlənir və qoyun quyruğu ilə duzlu suda yarımhazır vəziyyətə gəlincə bişirilir. Sonra ətçəkən maşından keçirilir, istiot, vurulub hazır olunca tavada qovrulur.
Yayma
Düyü – 67q, süd – 100q, ərinmiş yağ – 15q, şəkər – 15q, zəfəran – 0,1q, duz. Süd eyni miqdarda su ilə qarışdırılır, içinə düyü tökülüb zəif od üzərində bişirilir. Hazır olana yaxın şəkər və zəfəran şirəsi əlavə edilir. Süfrəyə verdikdə üstünə yağ tökülür.
Səbzi qovurma
Qoyun əti – 330q, baş soğan – 50q, ərinmiş yağ – 25q, abqora – 10q, və ya lumu turşusu – 0,3q, zəfəran – 0,1q, göyərti – 200q (ispanaq və turşəng – 50q, keşniş və şüyüd – 50q, kəvər – 50q, göy soğan – 50q) istiot, duz. Qoyun ətinin bud hissəsi əvvəlcə sümükdən ayrılır və 25-35 dəqiqə bişirilir.
Azərbaycansayağı ət qızartması
Qoyun əti – 330q, qoyun böyrəyi – 85q, kərə yağı – 25q, baş soğan – 50q, təzə pomidor – 100q, buğda unu – 90q, keşniş və şüyüd – 12q, istiot – 0,1q, duz. Qoyun ətini hər paya 4-5 ədəd olmaqla doğrayır və böyrəyi pərdədən təmizləyib iki yerə bölürlər. Ətlə böyrəyə duz və istiot vurub yağda bişirilir.
Rizə küftə
Qoyun əti – 330q, baş soğan – 100q, ərinmiş yağ – 40q, şərab sirkəsi – 20q, şəkər – 10q, tomat püresi – 15q, keşniş və şüyüd – 25q, istiot – 0,1q, duz. Qoyun əti qiyməsindən hər pay üçün 10-12 ədəd 20-30 qramlıq küftəciklər hazırlanıb yağda qızardılır. Ayrıca yağda qızardılmış soğana tomat püresi əlavə edilib bulyonda bişirilir..
Təndirdə qızardılmış cücə
Cücə – 200q, xama – 10q, lumu – 15q, pomidor – 50q, baş soğan – 30q, keşniş və cəfəri – 25q, istiot, duz. Emal edilmiş bütöv cücəyə duz, istiot vurulur və şişə taxılır. Səthinə xama sürtülür, təndirdə qızardılır. Hazır cücə başqaba qoyulur, doğranmış pomidor, limon, baş soğan və göyərti ilə bəzədilir.
Tava əti
Qoyun əti – 220q, ərinmiş yağ – 30q, baş soğan – 40q, kartof – 100q, badımcan – 60q, qabaq – 50q, pomidor – 50q, xiyar – 30q, istiot, duz. Qoyun əti tikələrə kəsilir, duz və istiot vurulub qızardılır. Azacıq bulyon, yağda qızardılmış soğan əlavə edilib öz buğunda bişirilir. Tərəvəzlər – kartof, badımcan, qabaq təmizlənir, ayrıca bişirilir.
Cız-bız
Qoyun bağırsağı (şirin bağırsaq) – 140q, ürək – 60q, qara ciyər – 67q, böyrək – 60q, mayalıq – 50q, baş soğan – 50q, kartof – 193q, quyruq – 15q, göyərti – 5q, sumaq – 1,0q, istiot – 0,1q, duz. Yay fəslində 100q pomidor. Təmizlənmiş qoyun bağırsağı 2-3 sm uzunluğunda doğranır. Qaraciyər, böyrək, ürək və mayalıqla bişirilir.
Gəncə çığırtması
Qoyun əti – 220q, yumurta – 2 əd., baş soğan – 50q, ərinmiş yağ – 25q, qatıq – 50q, pomidor – 50q, lumu turşusu – 5q, keşniş və ya şüyüd – 15q, zəfəran – 0,05q, istiot, duz. Qoyun ətindən 60-70 qramlıq tikələr kəsilir, qazana yığılır, bulyon və zəfəran şirəsi əlavə edilib öz buğunda bişirilir.
Alçalı-limonlu qovurma
Qoyun əti – 275q, ərinmiş yağ – 30q, baş soğan – 50q, quru alça – 20q, lumu – 1/5 əd., zəfəran – 0,05q, istiot – 0.1q. Qoyun ətindən 25-30 qramlıq tikələr kəsilir, duz, istiot vurub soğanla qızardılır. Sonra azacıq bulyon, alça və zəfəran şirəsi qatılıb öz buğunda bişirilir. Paylıq tavada süfrəyə verilir, üstünə lumu dilimi əlavə edilir.
Turşu qovurma
Qoyun əti – 221q, ərinmiş yağ – 25q, baş soğan – 60q, gavalı qurusu – 25q, istiot – 0,1q, duz. Boz qovurma kimi bişirilir. Hazır olmasına 30 dəqiqə qalmış gavalı əlavə edilir.
Boz qovurma
Qoyun əti – 163q, ərinmiş yağ – 30q, baş soğan – 50q, zəfəran – 0,1q, keşniş və şüyüd – 15q, duz. Qoyun əti 15-20 qramlıq tikələrə doğranır, duzlanır və qızardılır. Doğranmış soğan və zəfəran şirəsi əlavə edilib bişirilir. Süfrəyə verildikdə üstünə göyərti səpilir.
Qiymə çığırtma
Qoyun əti – 163q, baş soğan – 40q, ərinmiş yağ – 25q, yumurta – 2 əd., şüyüd – 12q, zəfəran – 0,1q, istiot – 0,11q, duz. Qoyun əti ilə soğandan hazırlanmış qiyməyə duz, istiot və zəfəran vurulub yağda qovrulur. Qiymənin üstünə çalınmış yumurta vurulub qızdırıcı şkafda bişirilir.
Parça bozbaş
Xammalların miqdarı küftə-bozbaşda olduğu kimidir. Əlavə olaraq heyva – 20q, şabalıd – 25q. Qoyun ətinin döş və ya kürək hissələrindən hər biri 60-80q. çəkidə 2-3 tikə ət götürüb əvvəlcədən 4-5 saat suda isladılmış noxudla birlikdə bişirilir. Kəfi yığıb üzərinə doğranmış baş soğan və hazır olmasına 30 dəqiqə qalmış kartof əlavə edilir. Bundan sonra xörəyə duz əlavə edilir
Şəki pitisi
Sümüksüz qoyun əti – 163q, noxud – 30q, quyruq – 20q, baş soğan – 18q, şabalıd – 30q, quru gavalı – 20q, zəfəran – 0,1q, istiot, duz, sumaq. Adi piti kimi hazırlanır. Lakin kartof əvəzinə şabalıd götürülür. Şabalıd ayrıca bişirilir və təmizlənir. Payız vaxtı hər paya 30 q heyva atılır.
Azərbaycanda təbii qazın qiyməti ilə bağlı YENİ TARİFLƏR
30 iyun 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılaraq müvafiq qərar qəbul edilib.
Belə ki, Dövlət Neft Şirkəti Şuraya müraciət edərək ölkədə təbii qazın topdansatış və pərakəndə satış qiymətlərinin artırılmasını təklif edib. Müraciətdə təbii qazın tarifinə yenidən baxılmasına səbəb kimi istehlakın artması, qaz təchizatının əhatə dairəsinin genişləndirilməsi və abonentlərinin sayının 18%-ə yaxın artması nəticəsində xərclərin yüksəlməsi göstərilir. Əhali üzrə tarifin aşağı olması və son tarif tənzimlənməsinin qüvvəyə mindiyi 2017-ci illə müqayisədə ölkəmizdə bir əhali abonenti üzrə istehlakın həcminin təxminən 1,3 min kub metrdən 1,6 min kub metrə, ümumi istehlak həcminin isə 2,7 milyard kub metrdən 3,7 milyard kub metrə yüksəlməsi qaz təchizatı fəaliyyəti üzrə zərərin daha da artması ilə nəticələnir ki, həmin məbləğ dövlət büdcəsi hesabına qarşılanır. Xidmət səviyyəsinin yüksəldilməsi, dövlət büdcəsindən asılılığın aradan qaldırılması və investisiya qoyuluşlarının təmin edilməsi, eləcə də istehlak edilən təbii qazın istehsal və təchizat xərclərinin tam ödənilməsi üçün tariflərin artırılmasına zərurət yaratmışdır.
Tarif (qiymət) Şurasının iclasında aparılan müzakirələrdə təklif olunan müxtəlif tarif artımı variantları nəzərdən keçirilmişdir. Təklif edilən modellər dövlətin iqtisadi siyasətinə uyğun olaraq enerji təhlükəsizliyinin dayanıqlığının təmin olunması, resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsi, istehlakçı və istehsalçı maraqlarının uzlaşdırılması, iqtisadi əlverişlilik, sosialyönümlülük, qaz təchizatı sahəsində bazar münasibətlərinin mərhələli şəkildə formalaşdırılması və dövlət büdcəsindən subsidiyalaşdırmanın aradan qaldırılması, təbii qazın digər ölkələr üzrə qiymətləri və s. kimi məsələlər nəzərə alınmaqla dəyərləndirilmişdir.
Şura üzvlərinin yekdil qərarı ilə dövlətin həyata keçirdiyi sosial yönümlü siyasət əsas götürülərək əhalinin aztəminatlı hissəsinin mənafelərinə uyğun olan modelə üstünlük verilmişdir. Belə ki, tarif tənzimləməsində optimal yanaşma tətbiq olunmaqla əhali abonentlərinin təxminən 51%-ni (5 milyon nəfər) əhatə edən istehlakçılar üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməmiş və hazırkı (1 kub metr üçün 10 qəpik) səviyyədə saxlanılmışdır. İstehlak edilən qazın 1200 – 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilmişdir. Qeyd edilməlidir ki, əhali abonentləri üçün müəyyən edilən tarif sistemi böyük sahəyə malik yaşayış evlərini daha qənaətcil istilik sistemlərindən istifadəyə sövq edəcək.
İclasda aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin artırılmasının həmin təbəqənin gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılmasının önəmi qeyd edilmişdir.
Qəbul edilmiş tarif artımı modeli bir sıra sahələr üçün güzəştli tarif sisteminin saxlanılmasını nəzərdə tutur. İqtisadi dirçəlişin təmin edilməsi məqsədilə sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi bu mərhələdə dəyişdirilməyərək mövcud 20 qəpik səviyyəsində saxlanılmışdır. Həmçinin təbii qazdan istifadə edilməklə hasil olunan elektrik enerjisi üzrə tarif artımına yol verməmək üçün elektrik stansiyalarına verilən təbii qazın tarifi cəmi 1 qəpik artırılmaqla 12 qəpikdən 13 qəpiyə dəyişdirilmişdir.
Təbii qaz əsasında fəaliyyət göstərən istilik təchizatı sisteminin fəaliyyətinin dayanıqlığının təmin edilməsi, habelə ölkə vətəndaşlarının istilik sistemindən istifadə xərclərinin optimallaşdırılması məqsədilə “Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilmişdir.
Bununla yanaşı, ekoloji təmiz yanacaq növlərinə keçidi stimullaşdırmaq və sıxılmış təbii qazdan (CNG) istifadə edən ictimai nəqliyyat vasitələrinin xərclərini azaltmaq məqsədilə qazın satışını həyata keçirən qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifi 20 qəpikdən 13 qəpiyə endirilmişdir.
Digər sahələrdə (ticarət, xidmət və s.) rentabelli fəaliyyət təbii qazın tarifindən daha az asılı olduğu üçün tariflər 5 qəpik artırılmışdır.
Qərar 1 iyul 2021-ci il tarixindən qüvvəyə minir.
Qeyd edək ki, koronavirus pandemiyasının yaratdığı iqtisadi məhdudlaşmalar, habelə dünya ölkələrində ayrı-ayrı istehlak məhsullarının istehsal həcmlərinin aşağı düşməsi dünya iqtisadiyyatına və beynəlxalq bazarlara öz təsirini göstərir. Son bir ildə dünya bazarlarında bütün əsas ərzaq məhsulları üzrə qiymətlər davamlı şəkildə artmaqdadır. Dünya enerji bazarlarında müşahidə olunan qiymət artımları bu prosesi daha da sürətləndirir. Xüsusilə təbii qazın dünya bazar qiymətlərinin artması qeydə alınır. Qiymətlərin artıma doğru istiqamətlənməsi nəticəsində bir çox ölkələrdə təbii qazdan istifadə edən sahələr üçün tariflər dəyişmiş, o cümlədən istehlakçı kateqoriyaları üçün kommunal xərclər artmışdır.
Məlumat üçün bildirək ki, 2020-ci ildə 1 kub metr təbii qazın tarifi əhali abonenti üzrə Ankarada (Türkiyə) orta hesabla 32 qəpik, Kiyevdə (Ukrayna) 32,6 qəpik təşkil edib. Hazırda Ankarada 32-40 qəpik, Kiyevdə isə 54 qəpik səviyyəsindədir. Yeni müəyyənləşdirilmiş tariflər bəzi ölkələrin tarifləri ilə müqayisədə yenə aşağıdır. Belə ki, 1 kub metr təbii qazın tarifi əhali üzrə Gürcüstanda 19,7-29,5 qəpik, Belarusda 9,2-34,2 qəpik, Rusiyada 11,9-16,5 qəpik arasında dəyişir. 1 kub metr təbii qazın tarifi qeyri-əhali abonenti üzrə isə hazırda Türkiyədə orta hesabla 35-49 qəpik, Ukrayna 22-26 qəpik, Belarusda 21,9-78,2 qəpik, Rusiyada 15,3-18,2 qəpik arasında dəyişir.
Tarif dəyişikliyi nəticəsində qaz hasilatı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin dövlət büdcəsindən asılılığı tədricən azalacaq, büdcədə sərbəstləşən vəsait sosialyönümlü tədbirlərə yönəldiləcəkdir.
Tarif tənzimlənməsindən sui-istifadəyə yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçiriləcəkdir.
İclasda, həmçinin yeni dövlət qeydiyyatına alınan 247 dərman vasitəsinin qiyməti də təsdiq edilib.
Qeyd edək ki, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 12689 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (http://tariff.gov.az/%22http://www.tariff.gov.az/%22) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az//%22documents/DVA.pdf/%22) yerləşdirilib.
Qərarla Tarif (qiymət) Şurasının rəsmi saytının (http://tariff.gov.az/%22http://www.tariff.gov.az/%22) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.
Milli.Az
Comments are closed, but trackbacks and pingbacks are open.