Press "Enter" to skip to content

Kitabi-Dədə Qorqud” dastanında multikultural dəyərlər

22 Mart 2023 23:10

DƏDƏ QORQUD ve Turk Dunyasi pdf. Страница 155.

  156 məhəbbəti və münasibəti Ġslamı qəbul etmiĢ türklərin bu dinə dərin bağlandıqlarını bir daha sübut edir. Akad. T. Hacıyev qeyd edir ki, etnik kollektiv dinini dəyiĢdirsə də, əvvəlki dininin dövründəki nadir yaradıcılıq abidəsini yeni dininin prinsiplərinə uyğunlaĢdırır. Bununla keçmiĢ bədii əsəri müasirləĢdirir, gələcək nəsillər üçün doğmalaĢdırırlar – abidə gələcəkdə yaĢamaq hüququ qazanır, əbədiyyət kartı almıĢ olur (11, 219). Həqiqətən, islamlaĢma aparan türk bu dastanı əcdadı türkün nadir yetiri bilib, onu iki gözü kimi qoruyub saхlayır, yeni Ġslam- türk dünyasında ona əbədi yaĢamaq hüququ verir. Ümumiyyətlə, ana kitabımız sayılan bu möhtəĢəm abidə Azərbaycanda gedən tarixi mənəvi-mədəni bir prosesi-Ġslama keçidi, Ġslam dini uğrunda müzəffər mübarizəni bütün dolğun- luğu, mürəkkəbliyi və məhrumiyyəti ilə birlikdə əks etdirir. Ədəbiyyat: 1.Abdulla B. ―Kitabi-Dədə Qorqud‖ və Ġslam dini . Bakı : Ozan, 1997 2. Abdulla B. ―Kitabi-Dədə Qorqud‖un poetikası. Bakı: Elm, 1999 3. Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə. I cild. Bakı: Azərbaycan EA-nın NəĢriyyatı, 1960 4. Azərbaycan klassik ədəbiyyatında iĢlədilən adların və terminlərin Ģərhi. /Tərtib edəni A.M.Babayev. Bakı: Maarif, 1993 5.Cəfərov N. ―Kitabi-Dədə Qorqud‖da Ġslama keçidin poetikası. Bakı: Yeni NəĢrlər Evi, Elm nəĢriyyatı, 1999 6. Cəfərov N. Azərbaycan etnik-mədəni sisteminin yaranmasında qıpçaq türklərinin rolu // ―Altay dünyası‖ jurnalı, 1997 №1-2, s.33-42 7. Dədə Qorqud kitabı. Ensiklopedik lüğət. Bakı: Öndər nəĢriyyat, 2004 8. Ərəb və fars sözləri lüğəti / Azərbaycanda klassik ədəbiyyatı oxumaq üçün. Bakı: Yazıçı, 1985 9. Hacıyev T. Dədə Qorqud: dilimiz, düĢüncəmiz. Bakı: Yeni NəĢrlər Evi, Elm nəĢriyyatı, 1999 10. Hacıyev T. ―Dədə Qorqud kitabı‖ : tariximizin ilk yazılı dərsliyi. Bakı:Elm və təhsil, 2014 11. Hacıyev T. ―Dədə Qorqud kitabı‖ nı Ġslam qoruyub saхladı // Azərbaycan Ģifahi хalq ədəbiyyatına dair tədqiqlər (onuncu kitab ). Bakı: Səda nəĢriyyatı, 2001, s.208-219. 12. Kitabi-Dədə Qorqud . Əsil və sadələĢdirilmiĢ mətnlər. Bakı: Öndər nəĢriyyat, 2004 13. Quran / Ərəb dilindən tərcümə edənlər: Z.M.Bünyadov, V.M.Məmmədəliyev. Bakı: Möminin nəĢriyyatı, 2001 14. Süleymanov A.Ġ. ―Kitabi-Dədə Qorqud‖ dastanı və ərəb mədəniyyəti // Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuĢ dissertasiyanın avtoreferatı. Bakı, 2014, 29 s. 15. Divanü lügat-it-türk / Çevirən Besim Atalay . I cilt. Ankara: TDK, 1998 16. Ergin M. Dede Korkut Kitabı. C.I. Ankara: Atatürk Dil Kurumu yayınları, 1994 17. Gökyay O.ġ. Dedem Korkudun kitabı . Ġstanbul: Milli Egitim Basım evi , 1973 18. Грановская Л. Словарь Библейских имен (Танах). Баку: Издательский дом «Бюллетень Бизнесмена», 2000. Магомед Мамедов Образ пророка Мусы ( Моисея ) в сказаниях «Китаби-Деде Коркут» Резюме Переход от тенгрианства к исламу стал основной темой «Китаби-Деде Коркут». По мнению некоторых исследователей, мотивы исламской религии в эпосе являются не поздним дополнением переписчика, а наоборот, одной из идейно-эстетических, поэтических основ памятника. Из содержания эпоса становится ясно, что главные герои сказаний приняли ислам и даже наделены полномочиями в распространении этой религии. На наш взгляд, принятый тюркам ислам категорически не отрицал домусульманские формы мировоззрения, и поэтому процесс исламизации в духовной сфере протекал постепенно. В статье обстоятельно исследуются факты двух упоминаний в эпосе имени пророка Мусы. Частое упоминание в эпосе имен религиозно-исторических личностей

“Kitabi-Dədə Qorqud” dastanında multikultural dəyərlər

“Kitabi-Dədə Qorqud” dastanı həm türkdilli xalqların, eləcə də Azərbaycanın milli-etnik mədəniyyətini və qədim adət-ənənələrini özündə əks etdirən, qədim əsrlərdən bəri qorunan, tariximizin və ədəbiyyatımızın zirvəsi olaraq sayılan bir kitab olaraq səciyyələndirilir. Azərbaycan xalqının milli mənsubiyyət, soykök, etik-estetik dəyərlər, dünyagörüşü və s. xüsusiyyətlərini özündə cəmləşdirən bu əsər xalqımızın mənəvi mədəniyyətinin ali zirvəsi kimi çıxış edir. Təsadüfi deyil ki, ulu öndərimiz Heydər Əliyev bu kitabı “xalqımızın ana abidəsi”, “milli varlığımızın mötəbər qaynağı” kimi səciyyələndirir və onun haqqında deyirdi: “Bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və milli-mənəvi dəyərlərimiz “Kitabi-Dədə Qorqud” eposunda öz əksini tapmışdır. “Kitabi-Dədə Qorqud” həm də bizim etika kitabımız, əxlaq kodeksimizdir. Böyüyə hörmət, ata-anaya məhəbbət, iman və etiqad, namus və qeyrət, ailəyə, torpağa, vətənə sədaqət – bu insani keyfiyyətlər, mənəvi məziyyətlər Qorqud övladlarının qanına ana südü ilə, ata nəfəsi ilə birlikdə daxil olur və son mənzilə qədər də onlarla birlikdə gedir. Dədə Qorqud dünyasındakı milli dəyərlər, stereotiplər, rituallar sistemi əslində hər bir azərbaycanlının varlığının ayrılmaz hissəsidir”.

Başqa adı “Oğuznamə” olan bu qədim Azərbaycan kitabı, bir çox alimərin fikrincə, əsasən Azərbaycanda cərəyan edən hadisələrlə bağlıdır. Bu dastanın başqa xalqlardakı dastan, nağıl, əfsanə şəklində yaşayan boylarını müqayisə etdikdə aydın görünür ki, bunlar məhz Azərbaycan ozanları, aşıqları tərəfindən yaradılıb. Bundan başqa dastanda adları keçən Şərur, Əlincə qalası, Bükdüz (indiki Böyükdüz), Dərbənd, Gəncə, Qaraçuq, Aladağ, Ağcaqala, Göyçə, Bərdə kimi ərazilərin adları da bu dastanın sırf Azərbaycan abidəsi olmasını təsdiq edir. Azərbaycan xalqının minillik dünyagörüşü, mədəniyyət və mənəviyyatını özündə əks etdirən bu zəngin abidə Azərbaycan xalqının əcdadları olan oğuzların yaşam tərzində olan adət-ənənələri, mədəniyyəti, vətənə, torpağa olan sevgini, qadına, anaya olan böyük ehtiramı, digər xalqlara, mədəniyyətlərə olan humanist münasibətləri özündə əks etdirir və dövrümüzün azərbaycançılıq anlayışının mənəvi mənbəyi kimi çıxış edir.

Azarbaycanlıların qəhrəmanlıq dastanları sırasında xüsusi yeri olan və onların “ağsaqalı” hesab olunan ən qədim yazılı abidə kimi “Kitabi-Dədə Qorqud” dastanında maraqlı multikultural və tolerant əhvalın təsvirinə də rast gəlirik.

Keçmişimizi öz səhifələrində yaşadan və bunu gələcək nəsillərə daşıyan “Kitabi-Dədə Qorqud” dastanında azərbaycançılıq anlayışı ilə bərabər xalqımızın malik olduğu multikultural və tolerant xüsusiyyətlər də əksini tapmışdır. Dastanın “Qanlı Qoca oğlu Qanturalı” boyu multikultural dəyərləri əks etdirmə baxımından daha nümunəvidir. Boyda Qanturalının evlənməsini məsləhət görən atası Qanlı Qocaya Qanturalı məhz belə cavab verir: “Baba, mən yerimdən durmadan ol durmış ola! Bən qaraquc atımı binmədin ol binmiş ola!”. Göründüyü kimi, məhz bu istək ardınca Qanturalı Trabzona gələrək xristian təkurunun qızı olan sarı donlu Selcan xatunu almaq üçün ona təklif olunan ən çətin sınaqlardan keçməli olur. Ümumiyyətlə, dastanın bu boyu dini və milli mənsubiyyətin fərqli olmasının oğuzların, yəni azərbaycanlıların yaşam tərzi və adət-ənənələrinə heç bir əks təsiri olmadığını aydın nümayiş etdirir. Qanturalının evlənmək və qadın seçmək haqqındakı fikirləri, atası Qanlı Qoca və onun kimi bəylərin, elin razılığı həm də oğuz elinin mənəviyyatında başqa eldən, dindən olmasına görə ayrı-seçkilik qoyulmamasının bariz ifadəsidir. Ümumiyyətlə, tədqiqatçıların da qəti şəkildə dediyi kimi, “dastandakı qəhrəmanların müsəlman kimi dindarlığı mühafizakarlıqdan xeyli uzaq bir məzmundadır”. Dastan boyu Selcan xatuna dini ayrılığına görə heç bir fərq qoyulmamış və dastanda adı çəkilən digər qadınlar kimi onun da gözəlliyi və cəsurluğu mədh edilmişdir. Bu mətləbə və eynən Qanturalının evlənmək, qadın seçmək kimi görüşlərinin eyniliyinə biz dastanının “Baybörənin oğlu Bamsı Beyrək boyu”nda da rast gəlirik. Lakin bu boy üçün maraqlı olan, oğuz elinin və konkret olaraq oğuz igidi Bamsı Beyrəyin başqa dindən, eldən olan insana xoş münasibətli davranması məsələsidir. Belə ki, dastanının “Baybörənin oğlu Bamsı Beyrək boyu”nda da dini mənsubiyyətcə xiristian olan başqa bir qadın obrazı Beyrəyi əsir götürən Bayburt qalası bəyinin qızıdır. Bu qız düşmən qızı olsa da, Beyrəyin əsirlikdən qurtulmasına kömək edir. Beyrək qıza əsirlikdən xilas olarsa, qayıdıb onu alacağına vəd verir. Tədqiqatçıların fikrincə, elə Bamsı Beyrəyin ölüm cəzasına düçar olmasının səbəbi də oğuz igidinin – Bamsı Beyrəyin öz inancına uyğun davranmamsı, vədinə əməl etməməsi ilə bağlıdır. İnanca və vədə əməl etməyən Sarı Çoban oğuz elinin başına Təpəgöz kimi bəla gətirdiyi kimi, bamsı Beyrək də öz başına bəla gətirmiş olur və vədində olduğu kimi “qılıncı ilə doğranmış olur”. “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabında qeyd edildiyi kimi, “əslində, bu məqama multikultural münasibətlər sisteminin işığında nəzər salsaq, belə demək olar: başqa bir dinin, millətin nümayəndəsinə olsa belə, verdiyi sözə xilaf çıxan oğuz cəngavərini Oğuz əxlaqı, Oğuz adəti ayrı-seçkilik salmadan cəzalandırır”.

Beləliklə, dastanın ümumi məzmunundan və faktlarından qəti bir nəticə çıxır ki, oğuz elinin insanları digər dil və dini mənsubluğa malik olan insanlara heç bir fərq qoymayıb, humanist düşüncə, həyat tərzi və dünyagörüşünə malik olublar. Oğuzlar xeyirxah, çətin vəziyyətdə olan insanlara kömək edən, torpaqlarını düşmənlərdən qoruyan, adət-ənənələrinə bağlı olan, mərd, cəsur bir etnik milli-mədəni varlıq kimi özlərini təcəssüm etdiriblər. Bütün bu tədqiqatların işığında qeyd edə bilərik ki, həm qədim dövrümüzün tarixi faktlarını, həm də müstəqillik dövrümüzün azərbaycançılıq və multikulturalizm dəyərlərini özündə cəmləşdirən “Kitabi-Dədə Qorqud” dastanını Azərbaycan xalqının tərcümeyi-halı adlandırmaq olar.

Mahirə İsmayılova

AMEA Naxçıvan Bölməsinin laborantı

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

“Kitabi Dədə Qorqud” dastanı Azərbaycan xalqının tarixi keçmişini əks etdirən möhtəşəm sənət abidəsidir

Bakı, 31 yanvar, Pərvanə İmanova, AzərTAc
“Kitabi Dədə Qorqud” dastanı türk xalqlarının tarixi coğrafiyasını, Azərbaycan xalqının tarixi keçmişini, qədim adət-ənənələrini əks etdirən möhtəşəm sənət abidəsidir. Bu dastan həm də xalqımızın yazılı tarixidir.
Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev AzərTAc-a müsahibəsində söyləyib.
T.Hacıyev bildirib ki, Bakıda keçirilən “Kitabi-Dədə Qorqud” və Fridrix fon Dits – 200” beynəlxalq kollokviumu “Kitabi Dədə Qorqud” dastanının, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının dünyaya tanıdılmasında və təbliğində mühüm rol oynayacaq.
Akademik Azərbaycanın mədəni irsinin dünyaya çatdırılmasında ən uğurlu addımların ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib. Qeyd edilib ki, Ulu Öndərin 1997-ci il aprelin 20-də “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin keçirilməsi ilə əlaqədar imzaladığı Fərman bu sahədə xüsusi əhəmiyyət kəsb edir. Bu qədim və möhtəşəm sənət abidəsi, həmçinin xalqımızın tarixini əks etdirən qiymətli ədəbi-bədii salnamədir.

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Oqtay Əliyevin dəfn yeri və vaxtı AÇIQLANDI – VİDEO

22 Mart 2023 23:15

Laçın-Xankəndi yolunda aksiya iştirakçıları gecə saatlarında da fəaldırlar

22 Mart 2023 23:10

“Dilarə şokdadır, heçnə danışa bilmir” – Aktrisa Ülviyyə

22 Mart 2023 23:03

Mehriban Zəki və Dilarə Əliyeva özəl xəstəxanaya təxliyə olunublar

22 Mart 2023 22:48

Şeyx İƏT-in baş katibi ilə görüşüb

22 Mart 2023 18:49

​“Azerçay” milyonların izlədiyi aşpazı Masallıya dəvət etdi – VİDEO

22 Mart 2023 17:29

Beynəlxalq Xəbər Təhlükəsizliyi İnstitutu
Rusiyanın YENİ PLANI:

Tatarıstan Respublikası qubernatorluğa çevrilir – AÇIQLAMA

Sənətə öz gücümlə gəlmişəm, bəziləri kimi başqa yollardan keçməmişəm –

aktrisa Arzu Abdulova ilə MÜSAHİBƏ

“Heç vaxt ölməyən insanlar var”

– 1 daşla 9 quş

“Özüm daha heç nəyə, heç kimə güvənmirəm”

– Tanınmış teleaparıcıdan İNANILMAZ cavablar

​“SOCAR PETROLEUM”-dan bilinənlər və bilinməyənlər
​Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarından REPORTAJ
“Jurnalist sorğusuna diqqətlə yanaşmaq, operativ reaksiya vermək lazımdır”

– Qulu Xəlilovla MÜSAHİBƏ / Fotolar

“Üstündən 5 il keçir və həyatımın ən böyük zərbəsi elə odur”

– Azərbaycanlı müğənnidən FLAŞ açıqlamalar / MÜSAHİBƏ

“Çox çətin uşaqlığım olub”

– Niyaz Niftiyevlə müsahibə / FOTOLAR

“Dünya ədəbiyyatı böyük bir dənizdir, nə götürsən, qənimətdir”

– Səlim Babullaoğlu ilə müsahibə / FOTOLAR

​Mədə kiçiltmə əməliyyatı xərçəngə səbəb olur? –

Ümumi cərrahla MÜSAHİBƏ / FOTOLAR

Comments are closed, but trackbacks and pingbacks are open.