Ağcabədi rayon Heydər Əliyev Mərkəzi
Heydər Əliyev “Əsrin müqavilə”si ilə neft strategiyasının inkişafının təməlini qoysa da, Bakı-Tbilisi-Ceyhan lahiyəsi ilə bu uğuru davam etdirdi. Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin gerçəkləşməsi üçün gərgin işlər həyata keçirildi və aparılan danışıqlar uğurla nəticələndi.
Xankəndi
İqtisadiyyat hər bir dövlətin inkişafının əsasını təşkil edir. Bu baxımdan ölkələr iqtisadiyyatın daha da inkişaf etdirilməsinə xüsusi diqqət yetirir. Çünki iqtisadiyyatı zəif olan bir dövləti heç zaman güclü hesab etmək olmaz.
Dövlətin inkişafında onun iqtisadi üstünlüyü əsas rol oynayır. Bu baxımdan Azərbaycanda iqtisadi inkişaf üçün bütün imkanlar mövcuddur. Tarixə nəzər salsaq görərik ki, görkəmli şəxsiyyət Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə Azərbaycan iqtisadiyyatı öz inkişaf mərhələsinə qədəm qoyub. Ulu Öndərin Azərbaycana rəhbərliyin birinci dövründə (1969-1982) iqtisadiyyatın dirçəlməsi və sürətli inkişafı baxımından xeyli işlər görülüb. Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə ölkənin müstəqil iqtisadiyyatının təşəkkülü, ardıcıl sosial-iqtisadi islahatların həyata keçirilməsi, bu sahənin dayanıqlı inkişafını təmin edəcək qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsində görülən işlər Azərbaycanın iqtisadi inkişafına xeyli təkan verib. Bu dövrlərdə inkişaf səviyyəsinə görə Azərbaycan SSRİ tərkibində olan dövlətlərdən xeyli fərqlənirdi. Bu ondan irəli gəlirdi ki, Azərbaycan daim Heydər Əliyevin diqqət mərkəzində idi. İqtisadiyyatın inkişafı Azərbaycanı digər SSRİ ölkələrindən fərqləndirirdi.
Heydər Əliyevin fəaliyyəti sahəsində Azərbaycanda sənaye instrukturu dəyişdi. Azərbaycanın bütün sahələri ilə yanaşı sənayenin də profili və işləmə metodunda yeni metodlar istifadə olundu. Bu dövlətlərdə iqtisadi inkişafı sürətləndirmək üçün Heydər Əliyev Azərbaycanın bir çox bölgələrində bu sahədə bir çox işlər gördü.
O dövrlərdə Azərbaycanın təkcə sənaye sahəsində deyil, həmçinin kənd təsərrüfatında da, özünəməxsus inkişaf hökm sürürdü. Azərbaycan SSRİ-də kənd təsərrüfatının inkişafına görə xüsusilə fərqlənirdi. Azərbaycan bu dövrlərdə pambıq yığımına, üzüm və texniki bitkilərin becərilməsində ön sıralarda yerini qoruyurdu. Heydər Əliyevin fəliyyəti dövründə Azərbaycan üzümün, tez yetişən tərəvəzin, tütünün, çayın ən böyük istehsalçısı oldu. Bu inkişaf Azərbaycanın bütün bölgələrində nəzərə çarpırdı. Azərbaycanda o dövrlərdə pambıq yığımında 100 min tondan çox pambıq toplanması SSRİ-də ən yüksək göstərici kimi, Azərbaycanı onun tabeliyində olan digər dövlətlərdən fərqləndirirdi. Bununla yanaşı, Heydər Əliyev neft və qaz sahəsinin inkişfı üçün bir çox addımlar atdı. O dövrlərdə bir çox neft sahəsinə aid olan sənayelərin təməli qoyuldu və istifadəyə verildi. Neft maşınqayırma sahəsi üzrə məhsulların 70-80 faizini Sabunçu rayonunun müəssisələri istehsal edirdi. Heydər Əliyevin qayğısı və diqqəti sayəsində beş zavodda köhnə avadanlıq yenisi ilə əvəz olundu, “Bakı fəhləsi” zavodu yenidən quruldu.
Bakı, Sabunçu və Zabrat maşınqayırma zavodları, “Balaxanıneft” Neft və Qazçıxarma İdarəsi yenidən təkmilləşdirildi, 70-ci illərdə neft sənayesinin inkişafındda yeni bir dövr başlandı. Bir sözlə Heydər Əliyevin Azərbaycanda birinci dəfə rəhbərliyi dövri iqtisadi inkişafın ən yüksək zirvəsi kimi tarixə daxil oldu.
Azərbaycan 18 oktyabr 1991-ci ildə müstəqillik qazansa da ortalığa bir çox problemlər də çıxdı. Müstəqilliyin ilk illəri Azərbaycan iqtisadiyyatı üçün xaos və tənəzzül dövrü kimi səciyyələnir. Yeni müstəqillik qazanmış ölkə üçün müharibə gözlənilməz idi. Ölkədə gedən bu müharibə həm büdcəni zəiflədir, həm də yeni iqtisadi problemlər meydana gətirirdi. Pərakəndəlik və özbaşınalıq artıq baş alıb gedirdi. Buna görə ölkədə bütün bu problemləri tənzimləyən və ölkənin hələ möhkəmlənməyən müstəqilliyini qoruyub saxlayan güclü siyasətçiyə ehtiyac var idi. Xalq artıq öz seçimini etməyə qərar vermişdi. 1993-cü il oktyabrın 3-də xalqın tələbi və istəyi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti oldu. Heydər Əliyev kimi dahi siyasətçi Azərbaycanın ağır vəziyyətini yaxşı görürdü. Ulu Öndər bu iqtisadi inkişafda geriliyi tez zamanda aradan qaldırmağa, iqtisadiyyatı inkişaf etdirməyə Azərbaycanın gücü olduğunu dönə-dönə vurğulayıb.
Heydər Əliyev iqtisadi böhrandan xilas olmaq, vergi və sahibkarlığın inkişaf etdirməsi üçün bir sıra islahatlar keçirdi. 1993-cü il təsdiq edilmiş “Azərbaycan Sahibkarlığının İnkişafı” (1993-1995) adlı Dövlət proqramı Azərbaycanda kiçik və orta sahibkarların sayının artmasına, xarici ölkələrə iqtisadi ticarət əlaqələrinin yaranmasına müsbət təsir göstərdi. Heydər Əliyevin apardığı bu siyasət bir çox sahələri əhatə edirdi. Heydər Əliyev kənd təsərrüfatının inkişaf etdirilməsinə dair bir çox islahatlar həyata keçirdi. Belə ki, Ulu Öndər kənd təsərrüfatında olan problemlərin həlli üçün 1994-cü ildə 9 dəfə müşavirə keçirib, kənd təsərrüfatında olan problemlərlə şəxsən yaxından tanış oldu. Bundan sonra aqrar islahatları həyata keçirmək üçün hüquqi baza yaradıldı.
Heydər Əliyevin ən mühüm nailiyyəti neft sahəsində oldu.
Azərbaycan neftinin dünya bazarına çıxarılması və neftdən əldə olunan gəlir ilə milli büdcəni bərpa etmək və möhkəmləndirmək, əhalinin yaşam səviyyəsinin yüksəldilməsində mühüm bir addım idi. 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi “məhsulun pay bölgüsü” tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb. Əsrin müqaviləsində dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edib. Bu müqavilənin bağlanması ilə Azərbaycana xarici kapitalın qoyulmasının axını gücləndi.
Heydər Əliyevin ən böyük uğurlarından biri Azərbaycanın enerji resurslarının dünya bazarına hansı marşurutlarla çıxarılması məsələsi idi. Ulu Öndər Azərbaycanın enerji resurslarının 2 istiqamətdə dünya bazarına çıxarılmasına nail oldu. 1996-cı il fevralın 18-də Moskvada Azərbaycan neftinin Rusiya Federasiyası ərazisindən keçirməklə Qara dənizin Novorossiysk limanına nəql olunması haqqında müqavilə imzalandı. Azərbaycanın enerji resurslarının şimal marşurutu bilinəndən sonra, 1996-cı ildə martın 8-də Azərbaycan Prezidenti H.Əliyev və Gürcüstan prezidenti E.Şevardnadze Tiflisdə Bakı-Supsa neft kəmərinin çəkilməsi barədə razılığa gəldilər. ABƏŞ, ARDNŞ və Gürcüstan hökuməti arasında bağlanmış 3 tərəfli müqavilələrdə Azərbaycan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlardan çıxan ilkin Azərbaycan neftinin daşınmasını Bakı-Supsa neft kəməri vasitəsi ilə nəqlini nəzərdə tuturdu. Neft marşurutlarının alternativliyi Azərbaycanın hər hansı bir dövlətdən iqtisadi aslılığına son qoymaqla yanaşı, ölkəmizin milli mənafeyinə cavab verirdi. Bu marşurutun ən böyük üstünlüyü Azərbaycan neftinin təmiz halda “Azəri light” markası ilə dünya bazarına çıxarılması oldu. Heydər Əliyevin neft sahəsində ən böyük uğuru BTC lahiyəsi oldu.
Heydər Əliyev “Əsrin müqavilə”si ilə neft strategiyasının inkişafının təməlini qoysa da, Bakı-Tbilisi-Ceyhan lahiyəsi ilə bu uğuru davam etdirdi. Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin gerçəkləşməsi üçün gərgin işlər həyata keçirildi və aparılan danışıqlar uğurla nəticələndi.
Bütün bunların nəticəsi olaraq 1999-cu il noyabrın 18-də İstanbulda keçirilən ATƏT-in zirvə toplantısının gedişində İstanbulun Çırağan sarayında xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyətinin əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə nəql edilməsinə dair saziş imzalandı. Bakı-Tbilisi-Ceyhan layihəsini dəstəkləmək, Qazaxıstan və Türkmənistan neftini bu layihəyə cəlb etmək üçün ABŞ-ın şahidliyi ilə Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Türkmənistan arasında İstanbul bəyannaməsi imzalandı.
Heydər Əliyev təkcə neft sahəsində deyil, Azərbaycanda qaz resurslarının istifadəsi haqqında bir çox sənədlər imzalayıb. XXI əsrdə Azərbaycanda qaz sənayesinin inkişafına və Azərbaycanı neftlə yanaşı qaz ixrac edən ölkəyə çevrilməsinə zəmin yaradıldı. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin texniki-iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi rolu da böyükdür. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin istifadəyə verilməsi münasibətilə 2006-cı il mayın 25-də Səngəçal terminalında təntənəli mərasim keçirildi. Bu lahiyənin uğuru Azərbaycanın xarici ticarətinə, Azərbaycana qoyulan xarici kapitalın artmasına gətirib çıxardı.
Heydər Əliyevin apardığı bu məqsədyönlü siyasət nəticəsində Azərbaycan get-gedə öz inkişafını yenidən bərpa edir, qüdrətlənirdi. Bu inkişaf özünü hər sahədə göstərirdi. Bura sahibkarlığı, kənd təsərrüfatını, sənayeni, neft sənayesini, bank sahəsini, vergi sahəsini və digər sahələri daxil etmək olar. Bu illər ərzində kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün mühüm addımlar da atıldı.
Ulu öndərin islahatları ilə Azərbaycanda nəqliyyatın bütün sahələrinin yenidən bərpası və inkişafı üzrə qanunlar qəbul olundu, tədbirlər həyata keçirildi ki, bu da ölkəmizin digər dövlətlərlə istər havadan, istər sudan, istərsə dəmiryolları vasitəsilə iqtisadi əlaqə yaranmasına, möhkəmlənməsinə şərait yaratdı. İpək yolunun Azərbaycan ərazisindən keçməsi, Azərbaycanın burada tranzin rolunu oynaması bizə iqtisadi və maddi cəhətdən böyük imkanlar verdi.
Heydər Əliyev Azərbaycanda iqtisadi inkişafı bərpa etmək üçün təkcə neft sahəsi deyil, bir çox sahələrlə yanaşı turizm sektorunu inkişaf etdirmək üçün “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair dövlət Proqramı”nı qəbul etdi ki, bu xarici turistlərin Azərbaycana axınını gücləndirdi, turizm sektoru əvvəlki illərə nisbətən inkişaf etməyə başladı. Azərbaycan da yoxsulluğun azaldılması və əhalinin yaxşı səviyyədə yaşaması üçün “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə dövlət Proqramı”nı (2003-2005-ci illər) qəbul etdi. Bunun nəticəsi olaraq yeni iş yerləri açıldı. İşsizlərin sayı azaldı. Əmək haqqları və pensiyalar qaldırıldı. Bu da əhalinin yaşam tərzini yaxşılaşdırdı. Heydər Əliyev Azərbaycanı belə çətin dövrdən iqtisadi inkişaf və işıqlı sabaha gətirib çıxarmaq üçün bütün qüvvəsini sərf etdi. Heydər Əliyev qurub yaratdığı və memarı olduğu Azərbaycanı ön cərgələrə apardı.
Təsadüfi deyil ki, ümummilli liderin əməlləri və ideyaları ölkəmizin Prezidenti İlham Əliyevin fəaliyyəti və gərgin əməyi nəticəsində yaşayır. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyevin başçılığı altında uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlər Azərbaycanın bu sahədə gələcəkdə də daha böyük uğurlar qazanacağına zəmin yaradır.
Anar Kəlbiyev
Yazı İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir.
Heydər Əliyev və Azərbaycanda İqtisadi Dirçəliş
İqtisadiyyat bütün dövlətlərin inkişafının özəyini təşkil edir. İqtisadiyyatı zəif olan bir dövləti heç zaman güclü hesab etmək olmaz. Onda demək olar ki, dövlətin inkişafı onun iqtisadi inkişafından bilavasitə asılıdır. Azərbaycanda iqtisadi inkişaf üçün bütün imkanlar mövcuddur. Azərbaycanda iqtisadi inkişaf özünəməxsus inkişaf metodu ilə fərqlənir.
Heydər Əliyev Azərbaycana rəhbərliyin birinci dövründə (1969-1982) iqtisadiyyatın dirçəlməsi və sürətli inkişafı baxımından xeyli işlər görmüşdür. 1969-cu ilin iyul plenumunda onun Azərbaycanın rəhbəri seçilməsi əslində çağdaş tariximizə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasının qoyulması kimi daxil olunmasıdır. Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə ölkənin müstəqil iqtisadiyyatının təşəkkülü, ardıcıl sosial-iqtisadi islahatların həyata keçirilməsi, bu sahənin dayanıqlı inkişafını təmin edəcək qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsində görülən işlər Azərbaycanın iqtisadi inkişafına xeyli təkan vermişdir. Bu dövrlərdə inkişaf səviyyəsinə görə Azərbaycan SSRİ tərkibində olan dövlətlərdən xeyli fərqlənirdi. Bu ondan irəli gəlirdi ki, Heydər Əliyevin Azərbaycan daim diqqət mərkəzində idi. Heydər Əliyev Azərbaycanda Kommunist Partiyasının sədri seçilməmişdən qabaq Azərbaycan iqtisadiyyatında durğunluq və tənəzzül hökm sürürdü. Lakin Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan iqtisadi inkişafının əsl çiçəklənən dövrünü yaşayırdı. Bütün sahələrlə yanaşı, iqtisadiyyatda da bu yüksək inkişaf Azərbaycanı digər ölkələrdən fərqləndirirdi. Heydər Əliyevin qarşısında hələ bu vaxtacan onun sələflərinin heç birinin cəsarət edə bilmədiyi misli görünməmiş vəzifələr dururdu: respublikanın iqtisadiyyatını əsaslı şəkildə dəyişmək, üstəgəl onu qüdrətli dövlətin xammal istehlakçılarından qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirmək, monokultura xarakteri ilə fərqlənən kənd təsərrüfatını qaldırmaq, Bakının dünyanın ən gözəl və abad şəhəri kimi simasını özünə qaytarmaq, Azərbaycanın kəndini dirçəltmək, Azərbaycan əhalisinin sosial, mədəni və təhsil səviyyəsini qaldırmaq, onun xaricdə yaşayan həmvətənlərlə əlaqəsini möhkəmləndirmək. Heydər Əliyev bu fəaliyyəti sahəsində Azərbaycanda sənaye instrukturu dəyişdi. Azərbaycanın bütün sahələri ilə yanaşı sənayenin də profili və işləmə metodunda yeni metodlar istifadə olundu. Bu dövlətlərdə iqtisadi inkişafı sürətləndirmək üçün Heydər Əliyev Azərbaycanın bir çox bölgələrində bu sahədə bir çox işlər gördü.
Heydər Əliyevin 1969-1982–ci illər fəaliyyətinin ilk dövrlərində Azərbaycanda sürətli iqtisadi inkişaf inkaredilməz bir həqiqətdir. O dövrlərdə Azərbaycanın təkcə sənaye sahəsində deyil həmçinin kənd təsərrüfatında da, özünəməxsus inkişaf hökm sürürdü. Azərbaycan SSRİ-də kənd təsərrüfatının inkişafına görə xüsusilə fərqlənirdi. Azərbaycan bu dövrlərdə pambıq yığımına, üzüm və texniki bitkilərin becərilməsində ön sıralarda yerini qoruyurdu. Heydər Əliyevin fəliyyəti dövründə Azərbaycan üzümün,tezyetişən tərəvəzin,tütünün,çayın ən böyük istehsalçısı oldu. Bu inkişaf Azərbaycanın bütün bölgələrində nəzərə çarpırdı. Hətta bizim Ağcabədi rayonunda taxıl və pambıq yığımında əldə olunan uğur bunun bariz nümunəsidir. Azərbaycanda o dövrlərdə pambıq yığımında 100min tondan çox pambıq toplanması SSRİ-də ən yüksək göstərici kimi, Azərbaycanı onun tabeliyində olan digər dövlətlərdən fərqləndirirdi. Xəzər dənizinin təbii resuslarından səmərəli istifadə və onların artırılması Azərbaycan iqtisadiyyatının güclənməsinə təkan verdi. Bununla yanaşı, Heydər Əliyev neft və qaz sahəsində də bir çox addımlar atdı. O dövrlərdə bir çox neft sahəsinə aid olan sənayelərin təməli qoyuldu və istifadəyə verildi. Neft maşınqayırma sahəsi üzrə məhsulların 70-80 faizini Sabunçu rayonunun müəssisələri istehsal edirdi. Heydər Əliyevin qayğısı və diqqəti sayəsində beş zavodda köhnə avadanlıq yenisi ilə əvəz olundu, “Bakı fəhləsi” zavodu yenidən quruldu. Bakı, Sabunçu və Zabrat maşınqayırma zavodları, “Balaxanıneft” Neft və Qazçıxarma İdarəsi yenidən təkmilləşdirildi, Heydər Əliyevin təşəbbüsü ilə iki monumental körpü tikildi. 70-ci illərdə neft sənayesinin inkişafındda yeni bir dövr başlandı. Heydər Əliyevin şəxsi təşəbbüsünə əsasən, qarşıya Bakı neftayırma zavodlarının köklü surətdə yenidən qurulması vəzifəsi qoyuldu. 1976-cı il dekabrın 25-də Azərbaycanda ən iri neftayırma qurğusu (ELOY-AVT) işə salındı. Onun təşəbbüsünə əsasən, 70-80-cı illərdə Azərbaycanda iri dəniz neft donanması yaradıldı. Dənizin 200 metr dərinliyində 6 min metrlik quyu qazmağa qabil olan “Şelf-2” qurğusunun istismara buraxılmasında şəxsən cənab Heydər Əliyev iştirak edib,vaxtaçırı olaraq onun işi ilə maraqlanıb. Heydər Əliyev kimi xalqını və vətənini düşünən bir insana yaxüı məlum idi ki, iqtisadi potensialın güclü olması həm ölkənin xeyrinədir, həm də əhalinin yaşam səviyyəsinin yüksəlməsinə xidmət edir. Bir sözlə Heydər Əliyevin Azərbaycanda birinci dəfə rəhbərliyi dövri iqtisadi inkişafın ən yüksək zirvəsi kimi tarixə daxil oldu. 1969-1982-ci illər arasında ölkənin rəhbəri olduğu dövrlərdə sosialist modeli içərisində bir çox önəmli uğurlara imza atmış, Azərbaycanın SSRİ-nin ən inkişaf etmiş dövlətləri içərisində yer tutmasına nail olmuşdu. Hətta o dövrlərdə Naxçıvanın iqtisadiyyatında da, tənəzzül dövrü yaşanırdı. Heydər Əliyevin yeritdiyi və apardığı iqtisadi siyasət Naxçıvanı bu təhlükəli vəziyyətdən çıxara bildi. Naxçıvanda sənaye sahələri ilə yanaşı yüngül toxuculuq sənayelərinin açılması iqtisadiyyatın inkişafında misilsiz rol oynadı. Əgər hesablamalara nəzər salsaq görərik ki, Azərbaycanda iqtisadi baxımdan gedən irəliləyişlər o dəqiqə nəzərə çarpır. Heydər Əliyev Siyasi büroya işləməyə çağırılsa da, yenə də, onun diqqəti və qayğısı nəticəsində Azərbaycan bu inkişafını qoruyub saxlayırdı. Lakin XX əsrin sonlarından etibarən Azərbaycan öz iqtisadi inkişafda zəifləməyə başladı. Azərbaycan 18 oktyabr 1991-ci ildə müstəqillik qazansa da bununla yanaşı ortalığa bir çox problemlər də çıxdı. Azərbaycan Respublikasında demokratik dövlət quruculuğu və sərbəst bazar münasibətlərinə əsaslanan müstəqil milli iqtsadiyyatın formalaşdırılması məqsədilə ictimai-siyasi və sosial-iqtisadi sistemin transformasiyası obyektiv zərurətə çevrildi. Bu dövrdən etibarən hökümət qarşısında dövlət müstəqilliyinin möhkəmləndirilməsi; demokratik, hüquqi-dünyəvi dövlət qurulması; bazar iqtisadiyyatı sisteminə keçid; ölkənin ərazi bütövlüyünün təmin edilməsi; əhalinin təhlükəsizliyinin və sosial-iqtisadi rifahının yaxşılaşdırılması və s. bu kimi bir çox ciddi və taleyüklü vəzifələr qoyuldu. 70 ildən artıq Sovet rejiminin tətbiq etdiyi sovet modelli bir təsərrüfatla işləyən Azərbaycan, artıq müstəqil və inkişaf etmiş dövlət olaraq bazar iqtisadiyyatına keçməli və azad, sərbəst iqtisadiyyata başlamalı idi. Lakin bu o qədər də asan deyildi. Azərbayvanın siyasi arenada rastlaşdığı problemlər, başlanan müharibə və ölkə daxilini bürüyən xaos, hakimiyyət uğrunda siyasi qarşıdurmalar iqtisadiyyatın inkişafının sürətlənməsinə mane olan əsas səbəblər idi. Ölkə daxilində iqtisadi inkişaf və əhalinin yaşam səviyyəsinin yəksəlməsindən çox hakimiyyət uğrunda mübarizə gedirdi. Azərbaycanın təbii sərvətlərinin kortəbii mənimsənilməsi və ölkənin daxilində hakimiyyət uğrunda aparılan mübarizə, erməni separatçı qüvvələri ilə gedən amansız müharibə ölkənin iqtisadiyyatını zəiflədir.
1991-1995-ci illər Azərbaycan iqtisadiyyatının iqtisadi xaos və tənəzzül dövrü kimi səciyyələnir. Yeni müstəqillik qazanmış ölkə üçün müharibə gözlənilməz idi. Ölkədə gedən bu müharibə həm büdcəni zəiflədir, həm də yeni iqtisadi problemlər meydana gətirirdi. Pərakəndəlik və özbaşınalıq artıq baş alıb gedirdi. Buna görə ölkədə bütün bu problemləri tənzimləyən və ölkənin hələ möhkəmlənməyən müstəqilliyini qoruyub saxlayan güclü siyasətçiyə – bir el atasına ehtiyac var idi. Xalq artıq öz seçimini etməyə qərar vermişdi. 1993-cü il oktyabrın 3-də xalqın tələbi və istəyi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti oldu. Heydər Əliyev kimi dahi siyasətçi Azərbaycanın ağır vəziyyətini yaxşı görürdü. Heydər Əliyev başa düşürdü ki, bu problemlər öz həllini tapmasa Azərbaycan heç zaman qüdrətli bir dövlət ola bilməz. Müstəqillik dövründən bu günə kimi, ölkədə gedən iqtisadi inkişafı bir neşçə mərhələyə ayırmaq olar. 1991-1995-ci illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül dövrü. İkincisi, 1996-cı ildən başlayaraq davam edən makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü.
Heydər Əliyev bu iqtisadi inkişafda geriliyi tez zamanda aradan qaldırmağa, iqtisadiyyatı inkişaf etdirməyə Azərbaycanın gücü olduğunu dönə-dönə vurğulayırdı:
“Respublika iqtisadiyyatı, demək olar ki, tamamilə dağıdılıb, xalqın rifah ahlı aşağı düşüb. Lakin respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik”.
Heydər Əliyevin söylədiyi bu fikirlər qısa zamanda öz nəticəsini göstərdi. Azərbaycan tez bir zaamanda bu iqtisadi böhrandan xilas ola bildi. Heydər Əliyev iqtisadi böhrandan xilas olmaq üçün, vergi və sahibkarlığın inkişaf etdirməsi üçün bir sıra islahatlar keçirdi. Ölkədə iş yerlərinin çoxu bağlanmış və işsizlərin sayı çoxalmış, ölkədə gedən müharibənin nəticəsində öz doğma yerlərini tərk etmiş əhalinin xeyli hissəsinin çalışmaq qabiliyyəti olsa da, iş yerlərinin olmaması, pulun inflyasiya dəyərinin aşağı düşməsi, qiymətlərin qalxması, alıcılıq qabiliyyətinin azalması və xarici dövlətlərlə iqtisadi əlaqələrin olmaması iqtisadi böhranı aradan qaldırmağa mane olurdu. 1993-cü il təsdiq edilmiş “Azərbaycan Sahibkarlığının İnkişafı” (1993-1995) adlı Dövlət proqramı Azərbaycanda kiçik və orta sahibkarlarının sayının artmasına, xarici ölkələrə iqtisadi ticarət əlaqələrinin yaranmasına müsbət təsir göstərmişdir. Heydər Əliyevin apardığı bu siyasət bir sahəni deyil,bir çox sahələri əhatə edirdi. Heydər Əliyev kənd təsərrüfatının inkişaf etdirilməsinə dair bir çox islahatlar həyata keçirmişdi. Hətta Heydər Əliyev kənd təsərrüfatında olan problemlərin həlli üçün 1994-cü ildə 9 dəfə müşavirə keçirmiş, kənd təsərrüfatında olan problemlərlə şəxsən yaxından tanış olmuşdur. Müşavirədə təkcə rəhbər orqanlar deyil, alimlər, aqrar sahədə mütəxəssislər iştirak edirdilər. Bundan sonra aqrar islahatları həyata keçirmək üçün hüquqi baza yaradıldı. 1995-ci il fevralın 18-də “Aqrar islahatın əsasları haqqında” və “Sovxoz və kolxozların islahatı haqqında” qanun qəbul olundu.
Heydər Əliyevin ən mühüm nailiyyəti neft sahəsində oldu. Azərbaycan neftinin dünya bazarına çıxarılması və neftdən əldə olunan gəlir ilə milli büdcəni bərpa etmək və möhkəmləndirmək, əhalinin yaşam səviyyəsinin yüksəldilməsində mühüm bir addım idi. 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi “məhsulun pay bölgüsü” tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdır. Əsrin müqaviləsində dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişdir. Bu bağlanmış müqavilə neft sahəsində Heydər Əliyevin qazandığı uğurların hələ başlanğıcı idi. Bu müqavilənin bağlanması ilə Azərbaycana xarici kapitalın qoyulmasının axını gücləndi. Müqavilədə adları çəkilən dövlətlər Azərbaycan ilə bütün sahələrdə əlaqələr qurmağa can atırdılar.
Heydər Əliyevin apardığı bu məqsədyönlü siyasət nəticəsində Azərbaycan get-gedə öz inkişafını yenidən bərpa edir, qüdrətlənirdi. Əvvəl qeyd etdiyimiz kimi Azərbaycanda iqtisadi inkişaf 2 mərhələdən ibarət idi. Birinci mərhələdə bu inkişafın tənzimlənməsi üçün müəyyən çətinliklər var idisə, artıq ikinci mərhələdə Azərbaycanın bu inkişafı bərpa etməsi üçün kifayət qədər gücə malik idi. 1995-2003–cü illəri əhatə edən bu dövr öz mühüm müqavilələri və islahatları ilə bu müstəqilliyi bir daha möhkəmləndirdi. Artıq Heydər Əliyev öz apardığı siyasət və gördüyü işlər ilə yeni inkişaf modeli – Yeni Azərbaycan modelə yaratmışdır. Bu inkişaf özünü hər sahədə göstəridi. Bura sahibkarlığı, kənd təsərrüfatını, sənayeni, neft sənayesini, magistralları, bank sahəsini, vergi sahəsini, nəqliyyatı və başqa sahəıəri daxil etmək olar. Bu sahələrin inkişafı artıqca onların başqa xarici dövlətlərlə iqtisadi münasibətləri güclənirdi. Bu Azərbaycanın get-gedə güclənməsinə gətirib çıxardı. Heydər Əliyev həmişə deyirdi: “Heç bir ölkə, ən böyük bir ölkə də yalnız öz çərçivəsində iqtisadiyyatını inkişaf etdirə bilməz”. Buna görə də, Heydər Əliyev çalışırdı ki, Azərbaycan başqa dövlətlərlə iqtisadi əlaqələri qurmaq üçün müəyyən inkişaf sahəsinə malik olsun. Heydər Əliyevin yaratdığı yeni model Azərbaycanın inkişafının sürətlənməsi dövrü kimi 1996-cı illərdən daha da artmışdır. Bu dövrlərdə bir çox irimiqyaslı müqavilələr bağlanmış, mühüm əhəmiyyət kəsb edən sənədlər və aktlar imzalanmışdır. Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və artırılması üçün dövlət tərəfindən müxtəlif dövrlərdə qəbul olunmuş “Azərbaycanda Kiçik və Orta Sahibkarlığa Dövlət Yardımı Proqramı (1997-2000-ci illər)”, “Azərbaycan Respubliksaında kiçik və orta sahibkarlığın inkiçafının Dövlət Proqramı (2002-2005-ci illər)” Azərbaycanda sahibkarlığın inkişafına təkan verdi. Bu Dövlət proqramı hal-hazırda da, Azərbaycan Respublikasııının Prezidenti İlham Əliyev cənabları tərəfindən müvəffəqiyətlə davam etdirilir.
Azərbaycanda kənd təsərrüfatında olan durğunluq aradan qaldırılmış, ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərüffat dövrüyyəsinə cəlb olunması, kənd təsərrüfatının inkişaf etdirilməsinə dair qəbul olunmuş islahatlar bu inkişafa xeyli təkan vermişdi. 1996-cı il iyulun 16-da “Torpaq islahatı haqqında” mühüm qanunlar qəbul edildi. Ümumiyyətlə, 1995-2004-cü illərdə aqrar sahə ilə əlaqədar olan 100-dən yuxarı normativ-hüquqi akt qəbul olunmuşdur. “Azərbaycan Respublikasında aqrar bölmənin inkişafının Dövlət Proqramı (2002-2006-ci illər)”nın həyata keçirilməsi aqrar sahədə uğurlar qazanılmasına imkan yaratmışdır. Bu proqram Cənab Prezidentimiz İlham Əliyev tərəfindən də uğurla həyata keçirilir.
Heydər Əliyevin gərgin əməyi nəticəsində vergi sahəsində də bir çox islahatlar aparılmış və həyata keçirilmişdir. Bir sıra dövlət mülklərinin özəlləşdirilməsi nəticədə dövlətə ödənilən verginin faizində artıma səbəb olmuşdu. Bir çox sahələrdə özəlləşdirmə dövlətə ödənilən verginin artmasına və milli büdcənin artımına gətirib çıxarırdı. Torpaq sahəsində özəlləşdirmə torpaq sahibkarlarına öz pay torpaqlarını azad əkib, becərmək imkanı verdi. Vergi münasibətlərini tənzimləyən bir sıra Qanunlar – “Mədən vergisi haqqında” (1995-ci il), “Əmlak vergisi haqqında” (1995-ci il), “Müəssisələrin və təşkilatların mənfəət vergisi haqqında” (1996-cı il) Qanunları qəbul edilmiş və qüvvədə olan Qanunlara (“Əlavə dəyər vergisi haqqında”, “Fiziki şəxslərin gəlirlərindən vergi haqqında” Qanunlarda və s.) bir sıra əlavə və dəyişikliklər edilmişdir. 01 yanvar 2001-ci il tarixdən “Azərbaycan Respublikasının Vergi Məcəlləsi” qüvvəyə minmişdir. Bütün bu həyata keçirilən vergi münasibətlərinin tənzimləyən bu qanunlar Azərbaycanda vergi sistemini möhkəmlətdi. Heydər Əliyevin apardığı siyasət nəticəsində Azərbaycanda nəqliyyatın bütün sahələrinin yenidən bərpası və inkişafı üzrə qanunlar qəbul olundu, tədbirlər həyata keçirildi ki, bu da ölkəmizin digər dövlətlərlə istər havadan, istər sudan, istərsə dəmiryolları vasitəsilə iqtisadi əlaqə yaranmasına, möhkəmlənməsinə şərait yaratdı.
İpək yolu hələ qədimdən bu günə kimi Avropa ilə Asiya arasında körpü rolunu oynayırdı. İpək yolunun Azərbaycan ərazisindən keçməsi, Azərbaycanın burada tranzin rolunu oynaması bizə iqtisadi və maddi cəhətdən böyük imkanlar verirdi. 1993-cü ildə Brüssel şəhərində keçirilmiş Konfransda Avropa Komissiyasının TRASEKA (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) Proqramının yaradılmasının təşəbbüskarı kimi 8 ölkədən biri də Azərbaycan Respublikası olmuşdur. Avropa Birliyinin TASİS (MDB ölkələrinə texniki yardımı) çərçivəsində nəqliyyat infrastukturu üzrə çoxmilli TRASEKA proqramı (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) Mərkəzi Aasiyadan Qara dənizə və daha sonra Avropaya çıxan nəqliyyat marşurutunun yenidən qurulmasını qarşıya məqsəd qoymuşdur.
Azərbaycan bir çox dünya dövlətləri ilə, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla müştərək işlər görərək, tarixi Böyük İpək Yolunun bərpa olunması sahəsində – TRASEKA Proqramının hazırlanması və yaradılmasında yaxından iştirak etmişdir. Bunun Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini dərindən dərk edən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 7-8 sentyabr 1998-ci il tarixlərində Bakı şəhərində 9 ölkənin dövlət başçısı (Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan, Ukrayna), 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyətinin iştirakı ilə Tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq Konfrans keçirilmiş, Avropa İttifaqının TRASEKA Proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas çoxtərəfli Saziş” imzalanmış və Bakı Bəyannaməsi qəbul edilmişdir. Saziş 12 dövlətin-Azərbaycanın, Gürcüstanın, Ermənistanın, Bolqarıstanın, Rumıniyanın, Moldovanın, Ukraynanın, Özbəkistanın, Qazaxıstanın, Qırğızıstanın, Tacikistanın və Türkiyənin dövlət və hökümət başçıları tərəfindən imzalanmışdır. Bu sazişin bağlanması ilə Azərbaycanın dəmiryolunda bir inkişaf nəzərə çarpmağa başladı. Çünki bu vaxta qədər dəmiryolların vəziyyəti o qədər də yaxşı deyildi. İqtisadi böhran və müharibə dəmiryolların vaxtı-vaxtında təmirini, bir çox problemlərini həll etməyə imkan vermirdi. Heydər Əliyevin yorulmaz əməyi nəticəsində 1996-cı il dəmiryolların yenidən bərpası mümkün oldu. Azərbaycanda dəmiryollar yenidən yük daşınmasında öz gücünü bərpa edə bildi. Azərbaycanın daxili və xarici ticarətində mühüm əhəmiyyət kəsb etməyə başladı. Beynəlxalq yüklərin daşınması üçün öz imkanlarının yaxşılaşdırılması məqsədilə Azərbaycan Dövlət Dəmir Yolu beynəlxalq təşkilatlara müraciət etdi. Dəmir yolu MDB və Baltikyanı dövlətlərin dəmiryolu nəqliyyatı Şurasının, Dəmir Yolları Əməkdaşlıq Təşkilatının və Beynəlxalq Dəmir Yolları İttifaqının üzvü oldu. MDB və Baltikyanı ölkələrdə yüklərin daşınması beynəlxalq tarif razılaşmaları ilə tənzimlənir. Heydər Əliyevin yorulmaz əməyi nəticəsində Azərbaycan Dövlət Dəmir Yolları dünya standartlarına cavab verə bilir. Hətta bu inkişaf özünü Xəzər Dəniz Gəmiçiliyində büruzə verirdi. Heydər Əliyev 1998-ci ilin yanvarında TRASEKA xətti üzrə Brüssel görüşündə Xəzər Dəniz Gəmiçiliyi ümumi operatorun yaradılması haqqında qərarı imzalayır ki, bu da Avrasiya nəqliyyat dəhlizinin və nəticə etibarilə gəmilərimizin ahəngdar işi üçün çox yaxşı imkanlar açır. Heydər Əliyevin apardığı işlərin, şəxsi təşəbbüsü, köməyi və nəzarəti altında 1999-cu ildə H.Əliyev adına Binə Beynəlxalq Hava Limanında bütün beynəlxalq standartlara cavab verən yeni aerovağzal kompleksi istismara verildi. Hava limanı yeni müasir texnika və avadanlıqlarla təchiz edildi. Hava limanının telefon rabitəsinin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi məqsədilə beynəlxalq standartlara uyğun olan yeni telefon stansiyası tikilib istifadəyə verildi. Heydər Əliyevin bu sahədə gğrdüyü işlər nəqliyyat sektorunun dünya standartlarına uyğun inkişafına gətirib çıxardı.
Azərbaycanın inkişafında mühüm əhəmiyyət kəsb edən sahələrindən biri də neft sənayesidir. Heydər Əliyevin ən böyük uğurlarından biri də neft sahəsində qazandığı uğurdur. Azərbaycan təbii sərvətlərlə zəngin bir ölkədir. Heydər Əliyev neft sahəsində bir çox uğurlara imza atmışdır. Heydər Əliyevin ən böyük uğurlarından biri Azərbaycanın enerji resurslarının dünya bazarına hansı marşurutlarla çıxarılması məsələsi idi. Və yorulmaz əməyi nəticəsində Heydər Əliyev Azərbaycanın enerji resurslarının 2 istiqamətdə dünya bazarına çıxarılmasına nail oldu. 1996-cı il fevralın 18-də Moskvada Azərbaycan neftinin RF ərazisindən keçməklə Qara dənizin Novorossiysk limanına nəql olunması haqqında müqavilə imzalanmışdır. Rusiya bu müqavilədə öz mövqeyini obyektivləşdirərək müqavilənin 2-ci bəndində qəbul edirdi ki, Azərbaycan neftinin sahibi deyildir və Azərbaycan neftinə mülkiyyət hüququ bu neftin istehsalçısına məxsusdur. Azərbaycanın enerji resurslarının şimal marşurutu bilinəndən sonra, 1996-cı ildə martın 8-də Azərbaycan Prezidenti H.Əliyev və Gürcüstan prezidenti E.Şevardnadze Tiflisdə Bakı-Supsa neft kəmərinin çəkilməsi barədə razılığa gəldilər. ABƏŞ, ARDNŞ və Gürcüstan hökuməti arasında bağlanmış 3 tərəfli müqavilələrdə Azərbaycan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlardan çıxan ilkin Azərbaycan neftinin daşınmasını Bakı-Supsa neft kəməri vasitəsi ilə nəqlini nəzərdə tuturdu. Neft marşurutlarının alternativliyi Azərbaycanın hər hansı bir dövlətdən iqtisadi aslılığına son qoymaqla yanaşı ölkəmizin milli mənafeyinə cavab verirdi. Bu marşurutun ən böyük üstünlüyü Azərbaycan neftinin təmiz halda “Azəri light” markası ilə dünya bazarına çıxarılmışdır. Heydər Əliyevin neft sahəsində ən böyük uğuru BTC lahiyəsi oldu.
Heydər Əliyev “Əsrin müqavilə”si ilə neft strategiyasının inkişafının təməlini qoysa da, Bakı-Tbilisi-Ceyhan lahiyəsi ilə bu uğuru davam etdirdi. Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin gerçəkləşməsi üçün gərgin işlər həyata keçirilmiş, aparılan danışıqlar uğurla nəticələnmişdir.
1998-ci il oktyabrın 29-da Ankarada Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıztan və Özbəkistan prezidentləri və ABŞ-ın energetika naziri tərəfindən Bakı-Tbilisi-Ceyhan marşurutu ilə Əsas İxrac Kəmərinin çəkilməsini müdafiə edən Ankara bəyənnaməsi imzalanması ilə bu layihənin ilkin razılaşması əldə olunmuşdur.
Bütün bunların nəticəsi olaraq 1999-cu il noyabrın 18-də İstanbulda keçirilən ATƏT-in zirvə toplantısının gedişində İstanbulun Çırağan sarayında xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyətinin əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə nəql edilməsinə dair saziş imzalandı. Saziş H.Əliyev, E.Şevardnadze və S.Dəmirəl arasında imzalanmışdır. Bakı-Tbilisi-Ceyhan layihəsini dəstəkləmək, Qazaxıstan və Türkmənistan neftini bu layihəyə cəlb etmək üçün ABŞ-ın şahidliyi ilə Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Türkmənistan arasında İstanbul bəyannaməsi imzalandı. Bəyannaməni prezidentlər H.Əliyev, S.Dəmirəl, B.Klinton, E.Şevardnadze, N.Nazarbayev və S.Niyazov imzaladılar. Bu prosesin məntiqi davamı kimi 2002-ci il sentyabrın 18-də Səngəçalda Bakı-Tbilisi-Ceyhan kəmərinin inşasına başlanmışdır. Mərasimdə 3 dövlət başçısı – Azərbaycan Prezidenti H.Əliyev, Gürcüstan Prezidenti E.Şevardnadze, Türkiyə Prezidenti Ə.N.Sezər və ABŞ-ın Xəzər məsələləri üzrə nümayəndəsi S.Menn iştirak etmişdilər. Heydər Əliyev bu lahiyə ilə öz uğurlarına birini də əlavə etmişdir.
Heydər Əliyev təkcə neft sahəsində deyil, Azərbaycanda qaz resurslarının istifadəsi haqqında bir çox sənədlər imzalamışdır. XXI əsrdə Azərbaycanda qaz sənayesinin inkişafına və Azərbaycanı neftlə yanaşı qaz ixrac edən ölkəyə çevrilməsinə zəmin yaradıldı. 2001-ci il martın 12-də Azərbaycan prezidenti Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı “Azərbaycanın təbii qazının Türkiyə Respublikasına tədarük edilməsinə dair Azərbaycan və Türkiyə Respublikaları arasında təbii qazın satışı və alışı haqqında müqavilə”imzalanmışdır. 2001-ci il sentyabrın 29-da Gürcüstan Respublikasının Prezidenti Eduard Şevardnadzenin Bakıya səfəri zamanı “Təbii qazın Gürcüstan Respublikası ərazisindən tranziti, nəql edilməsi və satışına dair Azərbaycan və Gürcüstan Respublikaları arasında saziş” imzalanmışdır. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin texniki-iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi rolu da böyükdür. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin istifadəyə verilməsi münasibətilə 2006-cı il mayın 25-də Səngəçal terminalında təntənəli mərasim keçirilmişdir. Bu kəmərin dünya bazarına 10 milyon barrel neft çıxarması planlaşdırılır. Hal-hazırda BTC neft-boru kəməri Ulu Öndərimiz Heydər Əliyevin adını daşıyır. Bu lahiyənin belə uğuru Azərbaycanın xarici ticarətinə, Azərbaycana qoyulan xarici kapitalın artmasına gətirib çıxardı.
Heydər Əliyev Azərbaycanda iqtisadi inkişafı bərpa etmək üçün təkcə neft sahəsi deyil, bir çox sahələrlə yanaşı turizm sektorunu inkişaf etdirmək üçün “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair dövlət Proqramı”nı qəbul etdi ki, bu xarici turistlərin Azərbaycana axınını gücləndirdi, turizm sektoru əvvəlki illərə nisbətən inkişaf etməyə başladı. Azərbaycan da yoxsulluğun azaldılması və əhalinin yaxşı səviyyədə yaşaması üçün “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə dövlət Proqramı (2003-2005-ci illər)”nı qəbul etdi. Bunun nəticəsi olaraq yeni iş yerləri açıldı. İşsizlərin sayı azaldı. Əmək haqqları və pensiyalar qaldırıldı. Bu da əhalinin yaşam tərzini yaxşılaşdırdı. Heydər Əliyev Azərbaycanı belə çətin dövrdən iqtisadi inkişaf və işıqlı sabaha gətirib çıxarmaq üçün bütün qüvvəsini sərf etdi. Heydər Əliyev qurub yaratdığı və memarı olduğu Azərbaycanı ön cərgələrə apardı.
Bu gün Heydər Əliyevin əməlləri və ideyaları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti və gərgin əməyi nəticəsində yaşayır. Bunun bariz nümunəsi 11 fevral 2004-cü il tarixdə qəbul edilmiş 2004-2008-ci illər üçün “Azərbaycan Respublikası Regionlarının Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”nın qəbul olunması oldu. Əsas məqsədi regionların sərvətlərindən və təbii şəraitindən səmərəli istifadə etməklə kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, qeyri-neft sənaye sahələrinin, o cümlədən emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərinin, turizmin inkişafını təmin etmək, məşğulluğun səviyyəsini yüksəltmək və əhalinin güzəranını daha da yaxşılaşdırmaqdır. Bu proqramın bariz nümunəsini biz Ağcabədi rayonunda olan inkişafda da görə bilərik.
İlham Əliyevin apardığı həm xarici, həm də daxili siyasət Heydər Əliyev əməllərinin davamıdır. Bu siyasətin məğzində Azərbaycanın iqtisadiyyatının inkişafı və əhalisinin yaxşı yaşaması əsas meyarlardan biridir. Azərbaycan və Azərbaycan xalqı var olduqca, Heydər Əliyev əməlləri və ideyaları daim yaşayacaq və qorunub saxlanacaq.
Hazırladı: Ağcabədi rayon Heydər Əliyev Mərkəzi
© Materiallardan istifadə edərkən istinad olunmalıdır.
Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml
və qeyri-istehsal xarakterli müxtəlif xidmətlərə görə ödəniş.
TENDER – bir neçə təklifin alınması və onlardan ən sərfəlisinin
seçilməsi məqsədilə məhsul göndərmənin və ya müəyyən işin yerinə
yetirilməsi üçün podratçılara sifarişlərin xüsusi formasıdır;
TEXNOPARK – məqsədi elmtitumlu orta və kiçik innovasiya
firmalarının inkişafına maksimum əlverişli mühüt yaratmaq olan
elm–istehsalat ərazi kompleksidir.
TEXNOPOL S – məqsədi elmin yeni istiqamətləri və elmtutum-
lu istehsalların inkişafına əlverişli şərait yaratmaq olan iri, müasir
elm-sənaye kompleksidir; tərkibi təhsil müəssisəsi, elmi-tədqiqat ins-
titutu və yaşayış rayonlarından ibarət olur.
TƏDAVÜL FONDLARI – tərkibcə ambarda və yola salınmış
hazır məhsul, pul vəsaiti və debitor borclardan ibarət olan və iqtisadi
təyinatı tədavül sferasına xidmət göstərməkdir.
TƏDAVÜL XƏRCLƏR – hazır məhsulun satışı ilə əlaqədar
canlı və maddi məsrəflərin məcmusudur; o, əmtəələrin istehsalçıdan
Telman Huseynov
istehlakçıya çatdırılması, başqa sözlə, onların tədavülü ilə əlaqədar
TƏMƏRKÜZLƏŞMƏ – istehsalın ictimai təşkilinin əsas forması
olub, məhsul istehsalının daha iri müəssisələrdə cəmlənməsi prosesidir.
T CARƏT F RMASI – əsasən əmtəələrin alqı-satqısı üzrə əmə-
liyyatlar aparılması üzrə ixtisaslaşmış müəssisədir.
TOPDANSATIŞ Q YMƏT – müəssisələr tərəfindən, məhsulun
əhalidən başqa, bütün kateqoriyadan olan alıcılara satıldığı qiymət-
TÖRƏMƏ MÜƏSS SƏ – bir müəssisə digərinə nisbətən nizam-
namə fondunda üstünlüyə və ya onlar arasında bağlanmış müqavi-
ləyə görə onun qəbul etdiyi qərarları vermək imkanına malik olursa,
onda ikinci müəssisə birincisinin törəməsi hesab olunur; törəmə
müəssisə əsas (baş) müəssisənin borcları üçün məsuliyyət daşımır və
TRANZ T NORMASI – istehsalçı firmanın bir ünvana göndər-
məyə qərar verdiyi məhsulun minimum həjmidir; bu norma məhsul
göndərənlə nəqliyyat təşkilatı arasındakı əlaqələri nizamlayır.
ÜMUM GƏL R – əmtəələrin və xidmətlərin və habelə əmlakın
bir qisminin satışından, görülən işlərə görə ödənişlərdən verilən kre-
ditə görə alınan faizlərdən və digər mənbələrdən müəssisənin sərən-
camına keçən pul vəsaitlərin məcmusudur müəssisənin
VERG – dövlət büdcəsinə fiziki və hüquqi şəxslərdən qanunve-
ricilik əsasında yığılan (toplanan) məcburi ödəmələrdir; o, dövlət
büdcəsinin əsas gəlir mənbələrindən biridir.
VENÇUR F RMASI – əvvəlcədən gəliri məlum olmayan, yeni
texnologiya və məhsul növlərinin işlənilməsi və tətbiqi ilə məşğul
olan kommersiya təşkilatıdır; riskli investisiya qoyan firmadır.
ZADEL – istehsal prosesinin səmərəli təşkili, ahəndarlığın təmini
məqsədilə iş yerlərində yaradılan, emalı – natural ifadədə – başa
“Firmanın iqtisadiyyatı”na dair məfhum və anlayışların izahlı lüğəti
çatdırılmamış, bitirilməmiş «məhsuldur»; o, bitməmiş istehsalda
olmağın formalarından biridir.
ZAY (BRAK) MƏHSUL – texnoloji tələblərə riayət etmədən
hazırlanan, onun qarşısında tələblərə cavab verməyən və, deməli,
standartlara uyğun gəlməyən yararsız məhsuldur. Təcrübədə nöqsan-
ları (defekti) aradan qaldırıla bilən (düzəldilən) brak (zay) və dü-
zəldilməsi mümkün olmayan, qəti brak məhsul növləri fərqləndirilir.
ST FADƏ ED LM Ş ƏDƏB YYATIN S YAHISI
1. Azərbaycan Respublikasının Konstitusiyası. B.: 1995
2. nvestisiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının
Qanunu, 13 yanvar 1995-ci il.
3. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının
4. “Məhsulun (işin, xidmətin) maya dəyərinə daxil edilən xərclə-
rin tərkibi haqqında” Əsasnamə, 16 avqust 1996-cı il tarixli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3№-li qərarı.
5. “Maliyyə-sənaye qrupları haqqında” Azərbaycan Respublikası-
nın Qanunu. «Biznesmenin bülleteni». № 38 (103). B.: 1996
6. “ stehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan
Respublikasının Qanunu, «Azərbaycan» qəzeti, 29 mart 1996-cı il.
7. “Patent haqqında” Azərbaycan Respublikasının Qanunu,
«Biznesmenin bülleteni» № 51. B.: 1997.
8. Köhnəlmə (amortizasiya) hesablanmasının yeni (açıq) meto-
dunun tətbiqi üzrə təlimat. Mühasibat işi (normativ sənədlər toplusu),
B.: Elm və həyat, 1998, səh. 232-240
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. B.: Hüquq
10. Azərbaycan Respublikasının Əmək Məcəlləsi. B.: Qanun,
11. А.А.Максютов. Экономика предприятия. (tədris-metodiki
nəşr). М.Альфа-Пресс, 2005.
12. qtisadi nəzəriyyə: Mikroiqtisadiyyat – 1 və 2 (dərslik, rus
dilindən tərcümə), «Daşkov və K
13. Б.А.Райзберг, Р.А.Фатхутдинов. Управление экономикой
14. Богатин Ю.В., Швандар В.А. Экономическое управление
бизнесом (dərs vəsaiti), М.: ЮНИТИ-ДАНА, 2001.
15. Бринк И.Ю., Савельева Н.А. Бизнес-план предприятия.
Теория и практика. Ростов н/Д: Феникс, 2003.
16. Друкер Питер, Ф. Задачи медеъмента в ХХI веке. (ingilis
dilindən rus dilinə tərcümə), М.: Издательский дом “Вильямс”,
17. Елизаров Ю.Ф. Экономика организаций. (dərslik), М.,
18. Экономика предприятия. (dərslik, professor N.A.Safronovun
redaktorluğu ilə), М.: 2003.
19. Экономика фирмы. (dərslik, professor V.Y.Qorfinkelin və
professor V.A.Şvandranın redaktorluğu ilə), М.: 2003.
20. Экономика предприятия (фирмы), (dərslik, prof. O. .Volko-
vun və dos. O.V.Devyatkinin redaktorluğu ilə), М.: ИНФРА-М, 2004.
21. Экономика фирмы (dərslik), ИНФРА-М, М., 2006.
22. Экономика предприятия (dərslik, IV nəşri), ЮНИТИ-ДАНА,
23. Экономика предприятия (dərslik), ЮНИТИ, М., 2000.
24. Экономика (dərslik), «Prospekt» nəşriyyatı, III nəşri, M.,
25. Х.Ширинбек. Экономика предприятия. (dərslik, Y.P.Boyko,
S.V.Voldaytsev, K.Pixterin redaktorluğu ilə alman dilindən tərcümə),
26. Короткевич В.Г. «Практикум по экономике, организации
производства и маркетингу на предприятии». (dərs vəsaiti). M.:
27. Котлер Филип. Основы маркетинга. Краткий курс. (ingilis
dilindən rus dilinə tərcümə), М.: Издательский дом “Вильямс”. 2004.
28. Ковалев А.И., Казиник Е. М., Экономика предприятия в
вопросах и ответах (imtahanların götürülməsi üçün dərs vəsaiti),
MA –nin müxbir üzvü A. .Kovalevin redaktorluğu ilə, M., 2004.
29. Крылов Э.И. и др. Анализ эффективности инвестиционной
деятельности предприятия. (dərs vəsaiti), M М.: Финансы и
30. Курс экономической теории, «Дело и Сервис» (dərslik),
31. Г.Шмален. Основы и проблемы экономика предприятия.
(dərslik professor A.Q.Porşnevanın redaktorluğu ilə alman dilindən
rus dilinə tərcümə) M.: 1996.
32. Гельмит Гейер, Берпд Арепдт. Экономика предприятия.
(dərs vəsaiti, L.V.Donsovun redaktorluğu ilə alman dilindən tərcümə),
М.: Дело и сервис, 2005.
33. Герчикова И.Н. Менеджмент. (dərslik), М.: ЮНИТИ-
34. Горфинкель В. Экономика предприятия. (dərslik). M.: 2004.
35. Ламбен Жан-Жак. Менеджмент, ориентированный на
рынок. (V.B.Kolçanovun redaktəsi ilə ingilis dilindən rus dilinə
tərcümə), СПб: Питер 2004.
36. М.И.Тертышник, Экономика предприятия. М.: ИНФРА-
37. Мейер Маршал В. Оценка эффективности бизнеса. (A.O.
Korsunskiy tərəfindən ingilis dilindən rus dilinə tərcümə), М.: ООО
38. Мировая экономика: введение во внешнеэкономическую
деятельность. (A.K.Şurkalin və N.S.Sıpinanın redaktorluğu ilə dərs
vəsaiti), М.: Логос, 2002.
39. Mühasibat (maliyyə) uçotu (dərslik, dosent Qəzənfər
Abbasovun redaktəsilə). B.: 2003.
40. Пиндайк Робертс, Дэниел Л. Рубинфельд. Микроэкономика.
(ingilis dilindən rus dilinə tərcümə), М.: Дело, 2001.
41. Сафронов Н. Экономика организации (предприятия),
42. Шандерзон Ж., Лансестр А. Методы продажи. (V.S.
Zaqaşvilinin redaktəsi ilə ingilis dilindən rus dilinə tərcümə), М.: АО
Издательская группа “Прогресс”, 1993.
43. Telman Hüseynov. Sənayenin iqtisadiyyatı (dərslik). «Şərq-
Qərb» nəşriyyatı, B. 2000.
44. Telman Hüseynov. Müəssisənin iqtisadiyyatı (dərslik),
«Səda» nəşriyyatı, B. 2005.
45. Ван Хорн Дж.К. Основы управления финансами. (ingilis
dilindən tərcümə), М.: Финансы и статистика, 2003.
46. Управления экономикой. (dərslik), M., «Интел-Синтез»
M Ü N D Ə R C A T
MÜQƏDD MƏ
I BÖLMƏ. «F RMANIN QT SAD YYATI» KURSUNUN
TƏDQ QAT OBYEKT , PREDMET VƏ MƏZMUNU
Fəsil 1. «Firmanın iqtisadiyyatı» kursunun tədqiqat obyekti,
predmeti və məzmunu
1.Müəssisə və firma: oxşar cəhətləri və fərqləri
2.«Firmanın iqtisadiyyatı» kursunun tədqiqat obyekti və predmeti
3.Kursun tədqiqat metodları və iqtisad kursları sistemində yeri
4.Kursun vəzifələri və məzmunu
II BÖLMƏ. STEHSAL F RMALARININ TƏSN FATI,
QURULUŞU VƏ FORMALARI
Fəsil 2. stehsal firmalarının təsnifatı, quruluşu və formaları
1. stehsal firmalarının təsnifatı
2. stehsal firmasının quruluşu və onu müəyyən edən amillər
3.Sahibkarlıq və firmanın (müəssisənin) təşkilati-hüquqi
4.Sahibkarlığın təşkilati-iqtisadi formaları, firmanın xarici və
5. Firmaların yaradılması və ləğvi qaydaları
III BÖLMƏ. STEHSAL F RMASINDA STEHSAL
PROSES VƏ STEHSALIN CT MA TƏŞK L FORMALARI
Fəsil 3. Firmada istehsal prosesi və onun təşkili
1. stehsal prosesinin mahiyyəti
2. stehsal tsikli və onun tərkibi
3.Firmada istehsal prosesinin təşkili prinsipləri
4.Firmada istehsalın təşkili formaları
Fəsil 4. stehsal firmasında təmərküzləşdirilmə və
müəssisənin optimal ölçüsü
1. stehsalın təmərküzləşdirilməsinin mahiyyəti və formaları
2. stehsalın təmərküzləşdirilmə səviyyəsinin göstəriciləri
3.Müəssisənin optimal ölçüsü və onu müəyyən edən amillər
4. stehsalın təmərküzləşdirilməsinin iqtisadi səmərəliliyi
Fəsil 5. stehsal firmasında ixtisaslaşdırma və
kooperasiyalaşma
1. xtisaslaşdırmanın mahiyyəti və formaları.
2.Kooperasiyalaşmanın mahiyyəti və formaları.
3. xtisaslaşdırma və kooperasiyalaşmanın səviyyəsini müəyyən
4. xtisaslaşdırma və kooperasiyalaşmanın iqtisadi səmərəliliyi
Fəsil 6. stehsal firmasında kombinələşdirmə
1. Kombinələşmənin mahiyyəti və formaları
2. Kombinələşdirmənin şərtləri və inkişafı
3. Müxtəlif sənaye sahələrində kombinələşdirmənin xüsusiyyətləri
4. Kombinələşdirmənin iqtisadi səmərəliliyi
IV BÖLMƏ. F RMANIN STEHSAL RESURSLARI VƏ
ONLARDAN SƏMƏRƏL ST FADƏN N ZƏRUR L Y
Fəsil 7. Firmada əmək resursları, əmək məhsuldarlığı və əmək
1. Firmanın əmək resursları və onun tərkibi
2. Firmada kadrların idarə olunmasının xüsusiyyətləri
3. Əmək məhsuldarlığının mahiyyəti və onun ölçülmə metodları
4. Əmək məhsuldarlığının artırılması ehtiyatları və amilləri
5. Firmada əməyin normalaşdırılması
6. Əmək haqqının mahiyyəti və əhəmiyyəti
7. Firmada əməyin ödənilməsinin forma və sistemləri
Fəsil 8. stehsal firmasının əsas fondları və istehsal gücü
1. stehsal əsas fondlarının iqtisadi mahiyyəti və təsnifatı
2. Əsas fondların qiymətləndirilməsi
3. Əsas fondların köhnəlməsi və amortizasiyası
4. Əsas fondlardan istifadə göstəriciləri
5. Firmanın istehsal gücü və onun hesablanması metodikası
6. stehsal əsas fondlarından istifadənin yaxşılaşdırılması yolları
Fəsil 9. stehsal firmasının dövriyyə fondları və dövriyyə
vəsaitləri
1. Dövriyyə fondlarının iqtisadi mahiyyəti və onların tərkibi
2. Dövriyyə vəsaitlərindən istifadə göstəriciləri
3. Firmada maddi resursların normalaşdırılması
4. stehsal ehtiyatlarının təsnifatı və təyinatı
5. Firmada bitməmiş istehsal və gələcək dövrün xərclərinin
6. Firmada tədavül fondlarının idarə olunması
V BÖLMƏ. F RMANIN NK ŞAFININ DARƏ ED LMƏS
VƏ PLANLAŞDIRILMASI
Fəsil 10. Firmanın idarəetmə mexanizmi və onun təşkilat
quruluşu
1. darəetmənin mahiyyəti və prinsipləri
2. darəetmənin funksiyaları və onların təsnifatı
3. darəetmənin metodları və onların tətbiqi istiqamətləri
4. Firmanın idarəetmə mexanizminin təşkilati quruluşu
Fəsil 11. Firmanın istehsal-kommersiya fəaliyyətinin
planlaşdırılması
1. stehsal firmasında planlaşdırmanın mahiyyəti və prinsipləri
2. Firmada planlaşdırmanın metodları
3. Firmanın inkişaf planının əsas bölmələri
4. Firmada istehsal-kommersiya proqramının tərtibi və
Fəsil 12. Firmanın investisiya fəaliyyəti
1. nvestisiyanın mahiyyəti və növləri
2. nvestisiyanın tərkibi və quruluşu
3. Firmanın investisiya fəaliyyəti və layihələrin qiymətləndiril-
4. nvestisiya səmərəliliyinin yüksəldilməsi yolları
5. nvestisiya layihəsinin reallaşdırılması üçün biznes-planın
Fəsil 13. Firmanın innovativ inkişafı
1. nnovasiyanın mahiyyəti və növləri
2. nnovasiyanın texnoloji və iqtisadi potensialı
3. Firmanın innovativ inkişafının mərhələləri
4. nnovasiyanın iqtisadi səmərəliliyinin qiymətləndirilməsi
Fəsil 14. Firma məhsulunun keyfiyyəti, standartlaşdırılması və
sertifikasiyası
1. Məhsulun keyfiyyəti və onun göstəriciləri
2. Məhsul keyfiyyətinin yüksəldilməsi firmanın iqtisadi inkişaf
3. Məhsulun rəqabət qabiliyyəti
4. Firmada məhsul keyfiyyətinin idarə edilməsi
5. Məhsulun standartlaşdırılması və sertifikasiyası
VI BÖLMƏ. F RMANIN MARKET NQ FƏAL YYƏT VƏ
MADD -TEXN K TƏM NATI
Fəsil 15. Firmanın marketinq fəaliyyəti və məhsulun satışı
1. Firmanın marketinq fəaliyyətinin mahiyyəti və xüsusiyyətləri
2. Marketinq fəaliyyətində bazarın seqmentləşdirilməsi
3. Firmada marketinq fəaliyyətinin idarə edilməsi
4. Firmanın satış siyasəti və onun elementləri
5. Firmanın kommersiya fəaliyyətinin təşkili
6. Firma məhsulunun satışında vasitəçilərin rolu
Fəsil 16. Firmada maddi-texniki təminat
1. Maddi-texniki təminatın iqtisadi mahiyyəti
2. Firmada maddi-texniki təminatın funksiyaları
3. Firmanın material və avadanlığa tələbatının hesablanması
4. stehsal ehtiyyatlarının normalaşdırılması və idarə edilməsi
5. Firmada maddi-texniki təminatın formaları
6. Lizinq təhcizatın xüsusi forması kimi
VII BÖLMƏ. F RMANIN STEHSAL XƏRjLƏR ,
MAL YYƏS , Q YMƏT S YASƏT VƏ FƏAL YYƏT N N
SƏMƏRƏL L Y
Fəsil 17. Firmanın istehsal xərcləri və məhsulunun maya dəyəri
1. stehsal xərcləri və məhsulun maya dəyərinin mahiyyəti
2. stehsal xərclərinin təsnifləşdirilməsi
3. Məhsulun maya dəyərinin göstəriciləri
4. Maya dəyərinin idarə edilməsi
5.Məhsulun maya dəyərinin aşağı salınması yolları
Fəsil 18. Firmanın maliyyəsi, gəlirləri və vergi ödənişləri
1. Firmanın maliyyəsi və maliyyə resursları
2. Firmanın maliyyə planı
3. Firmanın maliyyə vəziyyətini əks etdirən göstəricilər
4. Firmanın gəlirləri və mənfəəti
5. Firmanın vergi ödənişləri
Fəsil 19. Firmada qiymətin əmələ gəlməsi
1. Qiymətin əmələgəlmə qanunauyğunluqları
Qiymətin funksiyaları və növləri
3. Firmanın qiymət siyasəti
4. Firmanın qiymət strategiyası
5. Firmada qiymətqoyma metodları
Fəsil 20. Firmanın istehsal-kommersiya fəaliyyətinin səmərəliliyi
1. stehsalın iqtisadi və sosial səmərəliliyinin qiymətləndirilməsi
2. stehsalın iqtisadi səmərəliliyinin ümumi və müqayisəli
3. stehsal amillərindən istifadə səmərəliliyini xarakterizə edən
4. stehsalın iqtisadi səmərəliliyinə təsir edən amillər
VIII BÖLMƏ. F RMANIN XAR C QT SAD
FƏAL YYƏT
Fəsil 21. Firmanın xarici iqtisadi fəaliyyəti
1. Firmanın xarici iqtisadi fəaliyyətinin mahiyyəti
2. Firmanın xarici iqtisadi fəaliyyətinin növləri
3. Firmanın idxal-ixrac əməliyyatları
4. Firmanın xarici iqtisadi fəaliyyətinin tənzimlənməsi vasitələri
5. Firmanın xarici iqtisadi fəaliyyətinin kömrük tənzimlənməsi
«Firmanın iqtisadiyyatı»na dair məhfumlar və anlayışların
qısa izahlı lüğəti
stifadə edilmiş ədəbiyyatın siyahısı
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət
Comments are closed, but trackbacks and pingbacks are open.