Press "Enter" to skip to content

Tahir salahovun əsərlərinin kataloqu

Tahir Salahov 1963–1974-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda, 1975-ci ildən isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda pedaqoji fəaliyyət göstərib və 1984–1992-ci illərdə həmin institutda kafedra müdiri vəzifəsində çalışıb.

Tahir Salahovun əsərləri Tretyakov Qalereyasında sərgilənəcək (FOTO)

Moskvadakı Dövlət Tretyakov Qalereyasında ilk dəfə dünya şöhrətli fırça ustası, Azərbaycanın, Rusiyanın və SSRİ-nin xalq rəssamı, dövlət mükafatları laureatı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovun əsərləri sərgilənəcək

Trend-i buradan izləyin

Moskvadakı Dövlət Tretyakov Qalereyasında ilk dəfə dünya şöhrətli fırça ustası, Azərbaycanın, Rusiyanın və SSRİ-nin xalq rəssamı, dövlət mükafatları laureatı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovun əsərləri sərgilənəcək. Bu barədə Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir.

Qalereyanın saytında yer alan məlumata görə, “Günəş zenitdə” adlı sərgi yanvarın 22-də açılacaq. Qalereyanın 160 illiyinə həsr olunmuş sərgi martın 20-dək davam edəcək.

Sərgidə təsviri sənətdə “sərt üslub”un aparıcı nümayəndəsi olan rəssamın Dövlət Tretyakov Qalereyası, Dövlət Rus Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, eləcə də özünün Bakıdakı ev-muzeyinin ekspozisiyasından və şəxsi kolleksiyalardan əsərləri nümayiş etdiriləcək.

Rəssamın Tretyakov qalereyasında yer alan “Aydan” (1967), “Qırmızı istiotlarla natürmort” (1977), “Xəzərdə səhər” (1986) və s. əsərləri sərgiyə çıxarılacaq.

Tahir Salahov

Mövzu üzrə rəsm əsərləri geniş məzmunlu olduğu üçün bu kateqoriyaya tarixi, hərb və məişət səhnələri, insan həyatında gündəlik baş verənlər və ən aktual hadisələr, insanlara və təbiətə ümumiləşdirilmiş fəlsəfi baxışlar təsvir olunmuş əsərlər aid edilir. Bəzən bütün bu hadisələr bir əsərdə də cəmləşir. Rəssamın mövzu üzrə əsərlərdə qarşısına qoyduğu məsələlər müxtəlif olur.
Təsviri sənətdə süjetli tablo — ümumi mövzu və ya təsvir obyektlərini birləşdirən bədii əsərlərin məcmusudur.
Müasir dövrümüzün məşhur Azərbaycan rəssamlarından biri, ən çox süjetli əsərlərin yaradıcısı Tahir Salahovdur.
Tahir Salahov yaradıcılığında neft mövzusuna xüsusi yer verir. Bakı şəhəri — neftçi əməyinin romantik məkanı hesab edilir. Şəhər neftlə, neft hasilatı ilə sıx bağlıdır. Bu mövzu hər zaman rəssamları cəlb edib. O, dəfələrlə kətan üzərində Bakı neftçisinin obrazını yaratmışdır. Rəssamın V.I.Surikov adına Moskva Dövlət incəsənət institutunda müdafiə etdiyi “Növbədən qayıdanlar” adlı diplom işi də bu mövzudadır. Sankt-Peterburq Rəssamlıq Akademiyasının kolleksiyasında saxlanılan sənət əsərində iş növbəsindən qayıdan və addımlayan gənc fəhlələr təsvir olunmuşdur. Kompozisiya T.Salahov tərəfindən əsası qoyulmuş “sərt”2 üslubda işlənmişdir.
T.Salahovun əsərləri təkcə sənət bilicilərinin deyil, sadə insanların da diqqətini cəlb edir. Həyatın real və səmimi təsvir olunması əsl həqiqətləri üzə çıxarır, incəsənət vasitələrinə maraq yaradır. T.Salahovun neftçiləri mifik — qüvvətli qəhrəmanlar, monolit qayalar kimi təsvir edilib.
Neft mövzusunda əsərlərini yaratmazdan qabaq rəssam uzun müddət bu sadə neftçilərlə yaşamış, onlarla birlikdə “Neft daşları”na — buruq platformasına getmişdir. Əsərlərindəki obrazlar rəssamın tanış olduğu və dostlaşdığı neftçilərdir.
T.Salahovun “Abşeron qadınları” əsəri ana və bacıların dənizdə olan öz yaxınlarına görə keçirdiyi həyəcanı ifadə edir.
T.Salahovun neftçilərinin sərt görünüşləri əmək adamlarının taleyini, təbiətlərindəki sadəliyi, mətanəti, xeyirxahlığı ifadə edir. Rəssam üçün xırda bir detalın da böyük mənası var. Estakada, platforma və üzü küləyə gedən fəhlələrin təsvirində buna tez-tez rast gəlmək olar.
Tahir Salahovun Xəzərə marağı həyatı boyu səngimir və 2007-ci ildə çəkilmiş daha bir nəhəng əsəri — “Ənənələr və müasirlik: Odlar yurdu” adlı 6 metrlik triptixi neft mövzusunun kulminasiyası kimi baxılır. Bu əsər Azərbaycanın salnaməsi, memarlığımızın qədim dövrlərdən bu günədək olan tarixidir.

Tahir Salahov dünya mədəniyyətinin tanınmış simasıdır. Təsviri sənətə ehtiramla yanaşılan bütün ölkələrdə onun bu sənətə verdiyi töhfə yüksək qiymətləndirilir. T.Salahovun istedadı günəş, söz və iradə qədər güclüdür. Onun qəhrəmanı zamandır. Onun zamanı keçmiş və gələcək deyil, onların arasında əlaqə yaradan andır, bu gündür. Ona görə də T.Salahovun rəsmləri müasirlik-gənclik enerjisi və yüksək sənətkarlıqla çəkilib. Rəssamın əsərlərində bir maraqlı cəhət də var: onlar insana ümid və nikbinlik verir. Görkəmli rəssamın müdrikliyi də məhz bundadır. O, gəncliyə həsəd aparmadan, qocalıqdan qorxmadan həyata sevgi ilə çalışmağa üstünlük verir.





Müəllif:Kəmalə Cəfərzadə

Mənbə: Təsviri İncəsənət 9 Ümumtəhsil məktəblərinin 9 cu sinfi üçün Təsviri İncəsənət fənni üzrə Dərslik

  • Teqlər:
  • rəssam
  • , rəssam Tahir Salahov
  • , rəssamlıq

Xankəndi

SSRİ-nin və Azərbaycanın Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı Tahir Salahov son mənzilə yola salınıb.

93 yaşında dünyasını dəyişən görkəmli sənətkar birinci Fəxri xiyabanda torpağa tapşırılıb. Dəfn mərasimində Mədəniyyət Nazirliyinin nümayəndələri, elm və mədəniyyət xadimləri, mərhumun ailə üzvləri iştirak ediblər.

Mərhumun məzarı üzərinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva adından əklil qoyulub.

Qeyd edək ki, Tahir Salahov 1928-ci il noyabrın 29-da Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1945–1950-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbində, 1951–1957-ci illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb.

Tahir Salahov 1963–1974-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda, 1975-ci ildən isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda pedaqoji fəaliyyət göstərib və 1984–1992-ci illərdə həmin institutda kafedra müdiri vəzifəsində çalışıb.

Tahir Salahov 1979–1983-cü illərdə UNESCO yanında Plastik Sənətlər Assosiasiyasının vitse-prezidenti, 1983-cü ildən fəxri prezidenti olub, 1992-ci ildə Rəssamların Beynəlxalq Federasiyasının vitse-prezidenti seçilib. O, bir sıra ölkələrin mötəbər yaradıcılıq qurumlarının fəxri üzvü idi.

Tahir Salahov zəngin yaradıcılığında milli ənənələrlə dünya incəsənətinin ən mütərəqqi dəyərlərinin ahəngdar vəhdətinə nail olub və Azərbaycan mədəniyyəti salnaməsinə yeni parlaq səhifələr yazıb. Ötən əsrin 60-cı illərinin əvvəllərində Azərbaycanda özünəməxsus milli rəngkarlıq məktəbinin formalaşmasında Tahir Salahovun müstəsna xidmətləri vardır. “Sərt üslub” adlandırılan istiqamətin liderlərindən biri olan, daim yenilik hissi ilə yaşayan novator sənətkarın qrafik lövhələrində, mənzərə və natürmortlarında yaradıcı əməyin romantikası, mənəvi gözəllik, eləcə də yüksək amallı insanın daxili aləmi rənglərin incə çalarları ilə lakonik ifadəsini tapıb. Eyni zamanda, Tahir Salahov teatr-dekorasiya sənəti sahəsində uğurlu fəaliyyət göstərib, məharətli teatr rəssamı kimi səhnə əsərlərinə yaddaqalan orijinal bədii tərtibatlar verib.

Tahir Salahovun dünyanın mötəbər muzeylərini, məşhur qalereyalarını bəzəyən və şəxsi kolleksiyalarda saxlanılan əsərlərinin, habelə hər biri hadisəyə çevrilən fərdi sərgilərinin Azərbaycan mədəniyyətinin ölkə hüdudlarından uzaqlarda təbliğində xüsusi əhəmiyyəti olub. Dünya şöhrətli fırça ustasının uzunmüddətli səmərəli yaradıcılığı və məhsuldar ictimai fəaliyyəti hər zaman diqqət mərkəzində olub və yüksək qiymətləndirilib.

Tahir Salahovun işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Comments are closed, but trackbacks and pingbacks are open.