Press "Enter" to skip to content

Talıbov ə.m

Ona görə də mənim qarşımı kəsmə, bu işlə məşğul olacam. Atam hətta məndən incidi, bir müddət danışdırmadı, amma mən iş yerimi tərk edib kapitalizm dövrünün qaydalarına keçdim, biznesə başladım.

Talıbov ə.m

2409.01; 3103.04
“Genetika” və “Seleksiya və toxumçuluq”
Naxçıvan MSSR-də ərik genefondunun qiymətləndirilməsi

  • ixtisas şifri
  • ixtisasın adı
  • mövzunun adı

2417.01
Botanika
Naxçıvan Muxtar Respublikasınınn flora biomüxtəlifliyi, onun səmərəli istifadəsi və qorunması(Cormobionta üzrə)

  • tarix
  • ixtisasın adı

2007
Botanika

  • tarix
  • ixtisasın adı

2014
Botanika
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı
xaricdə çıxmış elmi əsərlərinin sayı
beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı

  • fəlsəfə doktorlarının sayı
  • elmlər doktorlarının sayı

Əsas elmi nailiyyətləri

Naxçıvan Muxtar Respublikası florasında ali bitkilərin müasir vəziyyəti öyrənilmiş, Naxçıvan MR-in ilk dəfə olaraq ali bitkilər üzrə flora spektri hazırlanmış, ərazidə mövcud növlərin müasir vəziyyəti araşdırılmış, təbii ehtiyatı bol olan mindən çox bitki növündən, təqribən 700-dən çoxunun dərman və ya texniki bitki kimi istifadə imkanları göstərilmiş, endemik, nadir və məhv olmaq təhlükəsi altında olan bitki növləri müəyyənləşdirilərək, onların qorunması üçün tədbirlər planı hazırlanmışdır. Ərazi florasına 100-dən çox bitki növü əlavə edilmişdir ki, onlardan 3 növü Qafqaz florası üçün yenidir. Zəhərli və ofissinal dərman bitkilərinin yayılma zonaları və təbii ehtiyatı müəyyənləşdirilmiş, Naxçıvan MR florasının Qırmızı Kitabı nəşr edilmişdir. Naxçıvan MR faunasının onurğalıları, onların müasir vəziyyəti və nadir növləri öyrənilmiş, ilk dəfə olaraq muxtar respublika üzrə onurqalıların taksonomik spektri hazırlanmış və nadir növlərin mövcud vəziyyəti araşdırılmış, Qırmızı Kitabı nəşr edilmişdir. Hazırda Naxçıvan Muxtar Respublikasının biomüxtəlifliyinin öyrənilməsi üçün tədqiqatlar davam edir.

Elmi əsərlərinin adları

  1. Talıbov T.H. Naxçıvan Muxtar Respublikasında nadir heyvan növləri və onların genefondunun qorunması. Bakı: Elm, 1999, 102 s.
  2. Talıbov T.H. Naxçıvan MR-in flora biomüxtəlifliyi və onun nadir növlərinin qorunması. Bakı: Elm, 2001, 192 s.
  3. Naxçıvan Ensiklopediyası İstanbul: Bakanlar mediya, 2005, Cild I, 356 s.; Cild II, 376 s. (həmmüəllif)
  4. Talıbov T.H. Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabı, Onurğalılar üzrə, Cild 1. Naxçıvan, Əcəmi, 2006, 211 s.
  5. Talıbov T.H., İbrahimov Ə.M. Naxçıvan Muxtar Respublikası florasının yabanı alma və armud növləri. Naxçıvan: Əcəmi, 2007, 48 s.
  6. Talıbov T.H., Vəlisoy A.N. Naxçıvan Muxtar Respublikası florasının çılpaqtoxumlu bitkiləri. Bakı: “MBM” mətbəəsi, 2007, 72 s.
  7. Talıbov T.H., Veynberq P.İ., Məmmədov İ.B., Məmmədov E.N., Talıbov S.T. Azərbaycanda Asiya muflonu və bezoar keçisinin qorunma strategiyası. Сратегия сохранения Азиатского муфлона и безоарового козла в Азербайджане (İngilis dilində xülasə). Naxçıvan: Əcəmi, 2007, 72 s.
  8. Talıbov T.H., İbrahimov Ə.Ş. Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. Naxçıvan: Əcəmi, 2008, 364 s.
  9. Talıbov T.H., İbrahimov Ə.Ş. Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabı (Ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitkilər üzrə). Naxçıvan: Əcəmi, Cild II, 2010, 678 s.
  10. Hacıyev R.V., Musayev S.H., Hacıyev V.C., Talıbov T.H., Ələkbərov İ.X., Əlizadə V.M. və b. Azərbaycan Respublikasının Qırmızı Kitabı. İkinci nəşr. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri. Bakı:Şərq-Qərb nəşriyyatı, 2013, 676 s.
  11. Hacıyev R.V., Musayev S.H., Hacıyev V.C., Talıbov T.H., Ələkbərov İ.X., Əlizadə V.M. və b. Azərbaycan Respublikasının Qırmızı Kitabı. İkinci nəşr. Nadir və nəsli kəsilməkdə olan heyvan növləri. Bakı:Şərq-Qərb nəşriyyatı, 2013, 680 s.
  12. Talıbov T.H., İbrahimov Ə.Ş., İbrahimov Ə.M., İsmayılov A.H., Ələkbərov R.Ə., Quliyev V.B., Qurbanov Ə.K. Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri. Naxçıvan: Əcəmi Nəşriyyat-Poliqrafiya Birliyi, 2014, 432 s. (30 xəritə).
  13. Talıbov T.H., Novruzova E.S. Naxçıvan Muxtar Respublikası florası – Polypodiophyta. Naxçıvan: Əcəmi, 2014, 152 s.
  14. Talıbov T.H., Nəsirova Ə.S. Naxçıvan Muxtar Respublikasının florası – Campanulaceae. Bakı:“AF Poliqraf”, 2015, 132 s.
  15. Talıbov T.H., Ələkbərov R.Ə. Naxçıvan Muxtar Respublikasının florası – Bryophyta. Bakı: Viktory, 2015, 196 s.
  16. Talıbov T.H., İbrahimov Ə.Ş., Nəbiyeva F.X. Naxçıvan Muxtar Respublikasının florası – Aristolochiaceae Juss. Bakı: “Müəllim”, 2016, 39 s.
  17. Talıbov T.H., Məmmədov A.F. Naxçıvan Muxtar Respublikasının onurğalılar faunasının taksonomik spektri. Bakı: Müəllim, 2016, 76 s.
  18. Məmmədov T.S., İsgəndər E.O., Talıbov T.H. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2016, 378 s.
  19. Naxçıvan Muxtar Respublikasının coğrafiyası. I cild, Fiziki coğrafiya. Naxçıvan: Əcəmi, 2017, 456 s. (həmmüəllif)
  20. Talıbov T.H., Məmmədov T.S., İbrahimov Ə.M. Naxçıvan Muxtar Respublikası florası – Plumbaginaceae Juss. Bakı: Elm, 2017, 176 s.
  21. Talıbov T.H., Bayramov A.B., Məhərrəmov M.M., Məmmədov T.M., Məmmədov R.A. Araz su anbarının hidrofaunası. Naxçıvan: Əcəmi, 2017, 352 s.
  22. Talıbov T.H., Səfərova F.A. Naxçıvan Muxtar Respublikasının zəhərli bitkiləri. Naxçıvan: Əcəmi, 2017, 232 s.
  23. Talıbov T.H., Bayramov A.B., Məhərrəmov M.M., Məmmədov A.F., Məmmədov T.M., Məmmədov İ.B. Naxçıvan Muxtar Respublikasının faunası: Balıqlar və suda-quruda yaşayanlar. Naxçıvan: Əcəmi, 2018, 180 s.
  24. Talıbov T.H., Quliyeva L.T. Naxçıvan Muxtar Respublikasının florası – Papaveraceae Juss. Bakı: “Ecoprint”, 2018, 240 s.
  25. Talıbov T.H., Rəhimova S.Ə. Naxçıvan Muxtar Respublikasının florası – Capparaceae Juss. və Cleomaceae Bercht. et J.Presl. Bakı: Ecoprint, 2019, 104 s.
  26. Талыбов Т.Г. Это интересно. Журнал “Охрана дикой природы”, Москва, 2000, №3 (18) с. 36
  27. Талыбов Т.Г. Заказнику нужно помощь. Журнал “Экология и жизнь”, № 4(16) Москва, 2000, с. 62
  28. Talıbov T.H., Novruzov H.M. Ammoperdix griseogularis (Br.) Azərbaycan Respublikası ornitofaunası üçün yeni növdür. Azərbaycan EA Məruzələr, Bakı: Elm, 2000, Cild 56, № 4-6, s. 205-208.
  29. Талыбов Т.Г. Находка пустынной куропатки в Нахичеванской Республике. Журнал “Орнитология”, выпуск 29, Москва, 2001, с. 323
  30. Talıbov T.H. Naxçıvan MR biomüxtəlifliyinin antropogen transformasiyası. Naxçıvan Regional Elm Mərkəzinin əsərləri. Naxçıvan/ Əcəmi, Cild 6. 2001, s. 81-84
  31. Ибрагимов А.Ш., Талыбов Т.Г. Ruppiaceae – новое семейство для флоры Нахичеванской АР. Ботанический журнал. Санкт-Петербург, 2001, Т. 86, № 8, с. 136
  32. Talıbov T.H. Naxçıvan MR-də flora biomüxtəlifliyinin əmələ gəlməsi və formalaşması. Azərbaycan Respublikası “Təhsil” cəmiyyəti “Bilgi” dərgisi. Kimya-biologiya Tibb. Bakı, 2002, № 1, s. 71-76
  33. Talıbov T.H. Naxçıvan Muxtar Respublikasının sürünənlərinin müasir vəziyyəti AMEA Zoologiya İnstitutu elmi əsərləri. Bakı, 2006, Cild 28, s. 887- 895
  34. Талыбов Т.Г., Ибрагимов А.М. Дикорастущие груши (Pyrus L.) во флоре Нахчыванской Автономной Республики. Южно – Сибирский Ботанический Сад Алт.ГУ. Turczaninovia, 2009, Т.12 № 3-4, с. 82-87
  35. Talibov T.H., Weinberg P.İ., Mammadov İ.B., Mammadov E.N., Talibov S.T. Conservation Strategy of the Asiatic Mouflon (Ovis [orientalis] gmelini Blyth) and the Bezoar Goat (Capra aegagrus Erxleben) in Azerbaijan Status and protection of globally threatened species in the Caucasus. CEPF Biodiversity İnvestments in the Caucasus Hotspot 2004-2009. Tbilisi: CEPF, WWF. Contour Ltd., 2009, 232 pp. (p. 46-52)
  36. Batur Avqan, Tariyel Talibov, Abbas Ismayilov, Parviz Fatullayev, Elshad Askerov, Urs Breitenmoser. First hard evidence of leopard in Nakhchivan. IUCN SSC, CAT NEWS, № 57, I AUTUMN, 2012,CAT SPECIALIST GROUP
  37. Talibov T.H., Ibrahimov A. Rare and Threatened Species of Dendroflora of Nakhchivan Autonomic Republic (Azerbaijan). International Conference. Environmental Changes Conservation of Plant Diversity. 21-23 april 2013, Baku, Azerbaijan, p.67
  38. Talibov T.H., İbrahimov A.Sh., Nabiyeva F.X. Family Aristolochiaceae flora of the Nakhichevan Autonomous Republic of Azerbaijan. Семейство Aristolochiaceae флоры Нахчыванской Автономной Республики Азербайджана. European Applied Sciences: modern approaches in scientific researches. Stuttgart, Germany. August 26-27, 2013, p. 5-7
  39. Talibov T.H., Novruzova E.S. Polypodiaceae Bercht. et Presl as a new familia in the flora of Nakhchivan. Publishing house Education and Science s.r.o. http:// www.rusnauka.com/21 SEN 2014/ Biologia/4 175021. doc. htm Section: Sistematic and Geography of higher plants, p.114-116
  40. Талыбов Т.Г., Ибрагимов А.М. Хозяйственно-полезные древесные растения Нахчыванской Автономной Республики Азербайджана и перспективы их использования. HORTUS BOTANICUS Международный электронный журнал ботанических садов XX / 2015, ISSN 1994-3849 Эл № ФС 77-33059 от 11.09.2008
  41. Elshad Askerov, Tariyel Talibov, Karen Manvelyan, Nugzar Zazanashvili*, Alexander Malkhasyan, Parviz Fatullayev & Aurel Heidelberg. South-Eastern Lesser Caucasus: the most important landscape for conserving the Leopard (Panthera pardus) in the Caucasus region (Mammalia: Felidae) Zoology in the Middle East, 2015. Vol.61, No 2, 95-101, http://dx.doi.org/ 10.1080/ 09397140. 2015.1035003 Cross Mark status information for this content will be available soon. Published online: 08 Apr 2015
  42. Talibov T.H., İbrahimov A.M. Peculiarities of aboriginal trees and shrubs of Nakhchivan Autonomous Republic (Azerbaijan). SEAB -2015, “Symposium on EuroAsian Biodiversity” June 01-05. 2015, Baku-Azerbaijan, p.140
  43. Talıbov T.H., İbrahimov Ə.M. Naxçıvan Muxtar Respublikası florasında Acantholimon Boiss. (Plumbaginaceae) cinsinin tədqiqinə dair icmal. AMEA Xəbərləri, Biologiya və tibb elmləri seriyası, 2015, Cild 70, № 2, s. 46-61
  44. Əsgərov E.K., Talıbov T.H., Zazanaşvili N.İ., Fətullayev P.Ü., Məmmədov İ.B. Zəngəzur dağ silsiləsi regionda bəbirin (Panthera pardus saxicolor, Pocock,1927) mühafizəsi üçün vacib olan landşaftdır. AMEA Zoologiya İnstitutunun Elmi Əsərləri, 2015, cild 33, №1, s. 26-31
  45. Tariyel Talibov, Orkun Sanır Batmaz. Determining Some Of The Species Belonging To Polypodiophyta Family In Ağri City Flora. International Journal of Recent Scientific. Vol. 7, Issue, 2, pp. 8633-8639, February, 2016
  46. Talibov T.H., İbrahimov A.M. Biodiversiti of the Genus of Crataegus L. (Rosaceae) in the Flora of Nakhchivan Autonomous Republic (Azerbaijan). SEAB-2016, “Symposium on EuroAsian Biodiversity” 23-27 may 2016, Antalya, Türkiye, p. 241
  47. Talibov T.H., İbrahimov E.M. Biodiversity of Rosa L. Genus (Rosaceae Juss.) in Flora of Nakhchivan Autonomous Republic (Azerbaijan) SEAB-2017, “Symposium on EuroAsian Biodiversity” “the 3rd İnternational Symposium on EuroAsian Biodiversity” july 05-08 2017 Minsk, Belarus. p.633
  48. Талыбов Т.Г., Кулиева Л.Т. Применение некоторых видов маковых в народной и официальной медицине. Scientific Light (Wroclaw, Poland) ISSN 0548-7110, Vol 1,No 20(2018), с. 3-7
  49. Elshad Askerov, Tariyel Talibov, Karen Manvelyan, Nugzar Zazanashvili, Parviz Fatullayev, Alexander Malkhasyan. Leopard (Panthera pardus) reoccupying its historic range in the South Caucasus: a first evidence (Mammalia: Felidae). Zoology in the Middle East, Received 23 Jul 2018, Accepted 08 Nov 2018, Published online: 11 Dec 2018, 1-3 p.
  50. Ibrahimov A.M., Talibov T.H., Matsyura A.V. The genus Rosa L. (Rosaceae) in the flora of Nakhchivan Autonomous Republic (Azerbaijan). Acta Biologica Sibirica, 4 (4), 2018, 95-102 p.
  51. Talibov T.H., Ibrahimov A.M., Seyidova H.S. Species diversity of the genus of Crataegus L. (Rosaceae) in the flora of Nakhchivan Autonomous Republic of Azerbaijan Republic. Journal of the Indian Botanical Society, Vol. 97 (3) 2018, pp. 36-44

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü

  1. Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) Qafqaz Ekoregional Şurasının üzvü (2006-2019);
  2. Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun “Aqrar sahədə elmi araşdırmalar və heyvandarlıqda innovasiyalar” jurnalının Redaksiya Heyətinin üzvü 2019;
  3. Moskvada Dövlət Humanitar-Texnologiya Universitetinin xəbərləri – “Медицина и фармация” jurnalının Redaksiya Heyətinin üzvü; – 2020.

Pedaqoji fəaliyyəti

1974- 2003 – cü illərdə Naxçıvan Dövlət Universitetində baş laborant, müəllim, baş müəllim, dosent, Botanika kafedrasının müdiri

Talıbov ə.m

Azərbaycanda əksər iri biznes qrupların yaşı 25-i keçməsə də, onların kifayət qədər maraqlı tarixi var. Hazırda bazarda böyük paya sahib olan bir sıra şirkətlər vaxtilə kiçik biznes kimi fəaliyyətə başlayıblar. Onlardan biri də hazırda Azərbaycanın ən böyük qida müəssisələrindən təşkilatlarından Veysəloğlu Şirkətlər Qrupudur.

Fəaliyyətinə 1994-cü ildən başlamış “ VEYSƏLOĞLU şirkətinin əsası Aydın və İlqar Talıbov qardaşları tərəfindən qoyulub..

Hazırda Qrupa “Veysəloğlu Distribusiya”, “V-Trade” topdansatış, “Vesta-Horeca”, “ARAZ” supermarketlər şəbəkəsivə “OBA” marketlər şəbəkəsi, “ULDUZ” şokolad fabriki, “AVT Logistika”, “XONÇA” şirniyyat evi, “ENTRÉE Azərbaycan” kafeləri və Gürcüstanda fəaliyyət göstərən “VG” distribusiya şirkəti daxildir.

– Mən İnşaat Mühəndisləri Universitetini bitirmişəm. Əslində marağım riyaziyyat-fizika sahəsinə idi və universitetin tətbiqi riyaziyyatı fakültəsində oxumaq gistəyirdim, amma getmədim, çünki ailəmin maddi vəziyyəti elə idi ki, hökmən inşaatı bitirməli, gəlib «prorab» olmalıydım ki, pul qazanıb ailəmi dolandırım.

Ali məktəbdə bizə inşaatla yanaşı, kapitalizmi də çox yaxşı öyrətdilər. Bizə Marksın nəzəriyyələrini izah edirdilər, onları mən çox sevərdim və kapitalizmin nə olduğunu da yaxşı öyrəndim. Doğrudur, sovet dövründə kapitalizmi pisləyirdilər, amma onun nə olduğunu doğru formada öyrədirdilər.

1990-cı illərin əvvəllərində SSRİ dağıldı. Mən həmin vaxt artıq 2-3 il idi ki dövlət işində, tikinti sahəsində işləyirdim, maddi vəziyyətimiz çətin idi, ayda 250 manat maaş alırdım, bu, bizi görmürdü, hər ay atamdan 50 manat da alıb kirayə haqqını verirdim. Atam da bu 50 manatı verəndə ara-sıra mənə eşitdirirdi ki, institutu bitirdin, amma hələ pul qazanmağı öyrənməmisən. Təsəvvür edin , universiteti bitirmisən, əlaçı olmusan, indi dolana bilmirsən.

– Necə oldu ki, biznesə başladınız?

– Sonradan İran yolu, bir müddət sonra isə Türkiyə ilə sərhəd açıldı, həmin vaxt artıq ermənilər Meğri yolunu bağlamışdılar və işlər, inşaat dayanmışdı.

Qərara aldım ki, ticarətə başlayım. Atam əvvəlcə icazə vermədi, dedi ki, sən institutda oxumusan, alverçi olmamalısan, dövlət işində çalışmalısan. . Evdə mübahisələr başlandı (gülür). Atama dedim ki, qəbul etməliyik ki, sosializm artıq yoxdur, biz artıq kapitalizmdə yaşayırıq, mən kapitalizmi oxumuşam, burada (yəni kapitalizmdə) dayanmaq olmaz.

Ona görə də mənim qarşımı kəsmə, bu işlə məşğul olacam. Atam hətta məndən incidi, bir müddət danışdırmadı, amma mən iş yerimi tərk edib kapitalizm dövrünün qaydalarına keçdim, biznesə başladım.

– Yəni xaricdən mal idxal edib satılması biznesi ilə?

– Bəli, şirkətin fəaliyyətinin ilk illərində qida məhsulları fərdi yolla, əl yükləri vasitəsilə Türkiyədən Azərbaycana gətirilərək satılırdı. Biz xariclə kiçik ticarətlə məşğul idik. Həmin dövrdə manat durmadan dəyərdən düşürdü, məzənnəsi hər dəqiqə aşağı enirdi , güclü inflayasiya vardı, amma mən bunu hesablaya bilirdim. Yəni, universitetdə aldığım biliklər işimə yarayırdı. İllər keçdikcə bu ticarət böyüdü, yüklərin “TIR” “TIR”larla daşınmasına başlandı.

1994-ci ildə ilk dəfə Türkiyədən “-TIR” la mal gətirdik. 8 min dollar pulumuz vardı və qərar verdim ki, artıq “TIR”la mal gətirməyin vaxtı çatıb. O avtomobil Türkiyədən və İrandan Bakıya 10 günə gəldi və bu müddətdə biz Allah bilir nə çəkdik. Çox narahat idik ki, bir hadisə olar, maşın gəlib çatmaz və zəhmətimiz batar

Amma şükür ki, hər şey qaydasında oldu və biz 1994-cü ili VEYSƏLOĞLU şirkətinin yaranması kimi qeyd edirik. Ondan sonra bu proses davam etdi, idxalı genişləndirdik, sonra anbarlar icarəyə götürüldü, satış-dağıtım sistemi quruldu, distribusiya fəaliyyəti yaradıldı .

– Şirkətin adı necə yarandı?

– VEYSƏLOĞLU mənim atamın adıdır. – mən Veysəlin oğluyam. Biz şirkəti qardaşımla birlikdə qurmuşuq. Ona qədər bir şirkətimiz vardı – “Aydın kiçik müəssisəsi”. Amma onu quranda dedim ki, bu doğru paylanmalıdır, ikimiz də Veysəloğluyuq, belə daha ədalətli olar. Beləcə şirkətin adı VEYSƏLOĞLU oldu, belə də davam etdi.

– “VEYSƏLOĞLU məhsul istehsalına nə vaxt başladı?

– 2000-ci ildən sonra isə Türkiyə deyil, başqa ölkələrdən də idxal etməyə başladıq. Bir müddət sonra isə artıq idxal olunan bir sıra malların ölkə daxilində istehsalı ideyası gündəmə gəldi. 2001-ci ildə ilk yerli istehsal müəssisəmizi – “Uduz” »u şokolad fabrikini yaratdıq.

İstehsala başlamağımızda əsas məqsəd cəmiyyətə, ölkəmizə faydalı olmaq istəyi idi. Əslində, işimiz o vaxt necə idisə, indi də elədir. Ticarətlə məşğuluq. Bu prosesə maliyyə cəhətdən baxanda çox sıxıcı işdir. Bizim üçün əsas məsələ – yaşadığımız ölkənin xalqınının həyatını necə asanlaşdırmaq olar, ona necə xidmət edə bilərik. İdxal fəaliyyətimiz yenə də davam edir, amma artıq istehsalçımız da da var. «Ulduz» şokolad fabriki, «Sirab» və digər bizneslərimiz.

– Necə oldu ki, «Araz» supermarketləri şəbəkəsi yarandı?

– Əslində, Azərbaycanda ilk supermarket zəncirini 1990-cı illərdə mərkəzi Maştağada yerləşən «Xəyal» şirkəti yaratmışdı, 30-dan artıq marketi vardı. Biz hələ o vaxt VEYSƏLOĞLU olaraq onlara mal tədarük edirdik. «Xəyal» bu işə başa çatdıra bilmədi, bundan sonra bazarda «Almalı» marketlər şəbəkəsi yarandı. «Almalı»nın 40-a yaxın marketi vardı və biz VEYSƏLOĞLU olaraq onlara da mal tədarük edirdik. Onlar da müflis oldular. Paralel olaraq biz də bu prosesləri izləyirdik. Mən xüsusilə «Almalı»nın iflasını yaxşı araşdırmağa çalışırdım, istəyirdim biləm, onların problemi nədə oldu, nəyi səhv etdilər.

«Almalı» da bazardan çıxandan sonra biz fikirləşdik ki, bəlkə bu sahəyə biz də daxil olaq. Xatırlayıram, Türkiyədən bir qonağım gəlmişdi, uşaq bezinin istehsalçısı idi, söhbətimiz zamanı qeyd etdi ki, «Aydın bəy, gözəl iş qurmusunuz, inkişafınız var, bazara hakimsiniz. Amma sizə yaraşmaz ki, 3 il sonra gedib marketin qarşısında növbə gözləyəsiz. Amma siz pərakəndə bazarına daxil olmasan, əvvəl -axır növbədə dayanacaqsan». Bu söz məni tutdu. «Almalı» və «Xəyal»ın da təcrübələrini bir daha yada salıb qərara gəldik ki, biz də bir market açaq.

– İlk marketi harada yaratdınız?

– İlk marketimiz 8-ci kilometr qəsəbəsində fəaliyyətə başladı. , Bazarın arxasında bir mağazanı kirayəyə götürdük, onu «Bol market» adlandırdıq. Amma 5-6 aydan sonra 300 min manat zərərlə o mağazanı bağladıq və mən qərar verdim ki, bir də bu sahəyə investisiya etməyəcəyik. .

Amma bir il sonra yenidən bu bazara daxil olmağı qərara aldıq. Bizim 80 yaşlı kanadalı Mark adlı təlimçimiz vardı. O, bizi Rusiyadan olan Yevgeniy adlı iş adamı ilə tanış etdi, onlarla danışdıq ki, Azərbaycanda ortaq market şəbəkəsi açaq. Gedib Gürcüstan təcrübəsini, buradakı marketlər şəbəkəsini öyrəndik, amma elə hazırlıq mərhələsində Yevgeni müflis oldu, mənə zəng etdi ki, mən bu işə görə bilməyəcəm, zərərdəyəm.

Bundan sonra Türkiyədə bu işin mütəxəssislərindən biri olan şəxsə müraciət etdim, və onun da 15%-lə ortaq olması şərti ilə market şəbəkəsi yaratmağı qərara aldıq, beləliklə, 2011-ci ildə «Araz» supermarkatlər marketlər şəbəkəsi fəaliyyətə başladı.

Yeri gəlmişkən, «Araz»a ad fikirləşmək üçün bir neçə ayımızı sərf elədik. Türkiyədən bir dostum mənə dedi ki, Azərbaycanda çoxsaylı toponimlər, ərazi adları var, onlardan istifadə edə bilərsən. Başa düşdüm ki, bu milli ad olmalıdır. Komandamızla müzakirəmizdən sonra sona «Aran» və «Araz» adları qaldı. Uzun müzakirədən sonra «Araz» adını seçdik.

– Əvvəlki market şəbəkələrinin zərərlə işləyib müflis olmasından sonra «Araz»da işlər necə getdi?

– Elə ilk aydan zərərlər başladı, cəmi 3 market açılmışdı, ayda 50 min zərər edirdik. Market sayını 7-yə qaldırdıq, zərər də ayda 100 min manata yüksəldi. Mən də artıq ortağımdan öz payını yatırmağı tələb edirdim (gülür) ki, bu işin içindən çıxa bilək. Yeri gəlmişkən, onun da Türkiyədə 40 marketi vardı və elə həmin vaxtlarda xəbər gəldi ki, onun da şəbəkəsi müflis olub və beləliklə, o da bizdən ayrıldı. Həmin vaxt marketlərimizin sayı da, zərəri də artmışdı.

– Zərər hansı həddə idi?

– 2015-ci ilin avqust ayında «Araz» ayda 500 min manat zərərlə işləyirdi. Yəni, əvvəllər 100 min manat olan aylıq zərər indi artıq 500 min manat olmuşdu. 500 min manatlıq zərər göstəricisi məni şoka saldı. Biz müflisləşməyə imza atmalı idik. Çünki ortada rəqabət vardı və biz bəzi məsələlərdə ciddi səhvlərə yol verirdik. 18 marketimiz qalmışdı,

Bəs vəziyyətdən necə çıxdınız?

– Vəziyyətdən çıxmaq üçün bazarı yaxşı araşdırmağa başladıq.Bunun üçün ciddi resurslar, kadrlar ayırdıq. İndiyə qədər olan səhvlərimizi detallı analiz etdik. Edilən səhvləri düzəltdik və artıq 6 aydan sonra zərəri sıfıra endirdik, daha sonra isə fəaliyyətimiz müsbət istiqamətdə dəyişməyə başladı. . Yəni, biz real rəqabətin içərisindəyik. Kapitalizmdə başqa yol yoxdur – amansız rəqabət var, kimlərsə iflas etməli və bazardan çıxmalıdır. Bu rəqabətdən qazanan yeganə tərəf xalqdır. Rəqabət olmayanda isə xalq da uduzur, şirkət də.

– Bəs «Oba» marketlər şəbəkəsi necə oldu ki, yarandı?

– Bizim «Oba», yəni diskaunt, endirimli satış layihəmiz əvvəlcədən vardı. Əslində, «Araz»dan əvvəl biz diskaunt şəbəkəsini qurmaq istəyirdik. Müxtəlif ölkələrdə belə şirkətlərin necə işlədiyini də araşdırmışdıq. Amma o vaxt bu prosesi axıradək başa düşə bilməmişdik, ona görə də ilk olaraq supermarketlər layihəsindən – «Araz»dan başladıq.

«Oba»ya ad seçərkən belə bir şərt qoyduq ki, ad milli, eyni zamanda qısa olmalıdır. Yenə də Azərbaycanın toponimləri və qədim adlardan biri ilə bağlamalıydıq. Çox təkliflərdən sonra «Oba»nın üzərində dayandıq. «Oba»da işlər əvvəl yaxşı başladı, amma 5 yaşına çatanda onda da problemlər yarandı. Bütün komanda toplanıb onu qurtardıq, necə ki, «Araz»ı 5 yaşında xilas eləmişdik. Ümumiyətlə, xaricdə belə bir deyim var ki, 10 ili başa vuran biznes ömürlük yaşayacaq.

– Aydın müədllim, necə olur ki, «Oba» marketlərində qiymətlər bu qədər ucuzdur? Bəziləri bu ucuzluğa görə buradakı malların keyfiyyətinin aşağı olmasından şübhələnir.

– Baxın, biz bəzən müştərilərdən inciyirik, ucuz mal verdiyimizə görə bizi pisləyirlər, bildirirlər ki, bəlkə mal keyfiyyətsizdir, ona görə ucuzdur? Bəlkə də bizim mentalitetdə düzəlməli olan bir nöqtə var – hər şeyə şübhə ilə yanaşırıq. «Oba»da malları ucuz satmağımıza gəlincə, biz bu işi qurmuşuq, bütün məsələləri nəzərə almışıq, burada maliyyəyə təsir edən çoxsaylı amillər var. Bunların hamısının öhdəsindən gəlmək üçün nələrdən keçirik.

«Oba» ona görə ucuzdur ki, öz satdığı məhsulların 30%-ni özü idxal edir. Bazarda o mallar ancaq «Oba»da var. Nəticədə VEYSƏLOĞLU kimi şirkətlərin öz məhsullarının üzərinə qoyduğu marjanı silir və bəzi mal çeşidlərində 18-20% ucuzlaşmanı yarada bilir.

– Bəziləri bildirir ki, «Oba» onu görə ucuzdur ki, «Veysəloğlu» öz gətirdiyi məhsulları «Oba»ya daha aşağı qiymətlə satır və o biri marketləri çökdürməyə çalışır. Buna nə deyə bilərsiniz?

– Bu da qətiyyən həqiqətə uyğun deyil, baxın, «Veysəloğlu» distribusiya şirkəti idxalçıdır, «Oba» satıcı. Mən onların hər ikisində payçıyam, amma bizim «Veysəloğlu»nda elə payçılarımız var ki, onlar «Oba»da payçı deyillər. Mənim haqqım çatmır ki, «Veysəloğlu»nun malını «Oba»ya ucuz satım. Bizim strukturumuz, ortaqlıq sistemimiz buna imkan vermir. «Veysəloğlu»nun C baş icracı direktoru (CEO) bütün marketlərə, o cümlədən «Oba»ya da məhsulu karlı qiymətə satmaq istəyir.

Ümumiyətlə, biz pərakəndə ticarətə daxil olanda çox narahat idik ki, «Veysəloğlu»nun müştəriləribizdən inciyəcək ki, bu sahəyə daxil olaraq onlara rəqib yaratdıq. Ona görə də qiymət məsələsinə son dərəcə həssəs yanaşırıq və məhz bu səbəbdən «Veysəloğlu» demək olar ki, müştəri itirmədi. Biz hətta digər müştərilərə «Oba» ,«Araz» ın marketin qiymətlərini fakturalarla təqdim edə bilərik.

Bir vacib məqam da var – «Araz»da və «Oba»da «Veysəloğlu» şirkətinin idxal etdiyi məhsulların payı ümumi məhsulların 10%-nə çatmır. 90% başqa şirkətlərin məhsullarıdır.

– «Oba» da satılan malları «Araz» marketlərdə də sata bilərsiniz. Belə olan halda yeni bir şəbəkəyə nə ehtiyac vardı?

– Ümumiyyətlə, «Araz»la «Oba»nın ikisinin bir yerdə birgünlük müştəri sayı 640 min nəfərə çatır, elə dünən«Oba»nın 320 min müştərisi olub. Bu o deməkdir ki, 320 min nəfər onu seçib. Bizə çoxsaylı müraciətlər daxil olur ki, niyə bizim yanımızda «Oba» açılmır. Hətta Naxçıvandan belə tələbat gəlir, biz bununla əhaliyə seçim veririk. Bu marketlər şəbəkəsinin yaşayıb-yaşamamasına əhali qərar verir. Bizim işimiz tələbatı doğru dəyərləndirib ona uyğun təklif verməkdir.

Ümumiyyətlə isə supermarketlər şəbəkəsinin əhəmiyyəti ondan ibarətdir ki, əgər şəbəkələr olmasa (on il əvvəl olduğu kimi), adi marketlər gedib, məsələn, Gədəbəydə yerli istehsalçıdan kartofu alıb gətirə bilməzlər. Onların buna sadəcə gücü satmayacaq. Nəticədə yerli istehsalçılar ancaq bazarların ümidinə qalacaqlar və onların məhsulları bazarlarda çürüyəcəklər. Bizim «Araz» və «Oba» üçün yaratdığımız satış komandası isə indi rayonlarda yerli məhsulları yığmaq üçün istehsalçılarla görüşürlər.

Digər tərəfdən, son vaxtlaradək Azərbaycanın bəzi şirniyyat istehsalçıları bizneslərin bağlayıb satırdılar. Çünki mallarını paylaya bilmirdilər, paylayanda da pulunu yığa bilmirdilər. Tək-tək mağazalarla bunu eləmək asan deyil. «Oba» fəaliyyətə başlayandan sonra isə bizneslərini böyütməyə başladılar. Çünki onlar mallarını «Oba»ya təhvil verirdilər, bir yerdən də pullarını alırdılar. Qalan işi «Oba» görür. İstehsalçı isə yalnız öz işi ilə – istehsal ilə məşğul olur. Beləliklə, şəbəkə marketləri istehsalçılarla, kəndlilərlə və sənaye ilə əhali arasında önəmli bir zəncirə çevrilib. Bu da onların inkişafına bir təkandır.

– Hazırda Veysəloğlu Şirkətlər Qrupunun nə qədər əməkdaşı var?

– Dediyim kimi, 2015-ci ildə şirkətimizdə 4600 nəfər çalışırdı, indi 17 min nəfərdir. Biz ildə 2-3 min iş yeri yaradırıq. Hər il ciddi kapital qoyuluşu edirik. Onun mənbəyi Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və yerli banklardır. Bu məbləğlər 100 milyonlar ətrafındadır. Yeri gəlmişkən, biz AYİB-lə yanaşı, yerli banklar, o cümlədən Türkiyə bankları ilə də işləyirik, onlar AYİB-lə kredit şərtlərində ciddi rəqabətdədirlər və kredit portfelimizdə yerli banklar Avropa bankından daha artıqdır.

– Belə geniş şəbəkənizə və işçi sayına baxmayaraq son illərə qədər sizin şirkət barədə məlumat demək olar ki, yox idi.

– Açıq deyim, 2015-ci ilədək biz mediaya bağlı idik. Bizdən yazmayın, bizi soruşmayın, bizimlə işiniz olmasın – qapalı bir şirkət idik. Düşünürəm ki, o strategiya kifayət qədər yaxşı idi və onun sayəsində biz bu günə gəlib çıxmışıq.

Təsəvvür edin, 4-5 il əvvəl iqtisadiyyat nazirliyi ilə bir problemimiz barədə danışırdıq, onu həll etmək istəyirdik, məndən əməkdaşlarımızın sayını soruşdular. Bildirdim ki, rəsmi olaraq 4600 nəfərdir, inanmadılar. Soruşdular onda niyə indiyədək sizi tanımamışıq, dedim bəlkə də biz özümüz istəməmişik, ona görə.

2015-ci ildən sonra isə qərar verdik ki, qapalılıqdan çıxmalıyıq. Çünki istəyirik bizim haqqımızda yanlış yox, doğru məlumatlar verilsin.

Kitablar Ə.M. Talıbov

Burda YOS hazirligi ucun təməl ve imtahan tipli suallarin oldugu kitablardir. Bu kitablarla asanliqla qaydalari yadda saxlayib, daha cətin suallari asanliqla hell eleye bileceksiniz. Bu kitablar ile qizim Ankara Diş

Продается сборник 1000 и 1 ночи в 8 томах. книги в хорошем состоянии. Переплет книг твердый. Сборник редкий Malın növü: Kitablar

ВСЁ в ОТЛИЧНОМ состоянии ( без надписей и рваных страниц ), указанная сумма за ВСЁ, также обратите внимание на ВСЕ МОИ ОБЪЯВЛЕНИЯ ! Malın növü: Kitablar

manga “death note” russ dilinde teze новая манга тетрадь смерти Malın növü: Kitablar

“Трактат Сунь-Цзы о военном искусстве”. Книга дарственная, в единственном экземпляре. Написана на шести языках (китайский, английский, французский, испанский, арабский и русский)

Quran kitabı Prezidentin hədiyyəsi 1 eded Tarix muzeyində var idi Malın növü: Kitablar

Добрый день.меня зовут Эльнара . Продаю книги по всеобщей истории и истории Азербайджана.книги в отличном состоянии. Звоните по указанному номеру ниже. Malın növü: Kitablar

Akuşerstva və Ginekologiya. Təzədir 2 si bir yerdə 50 azn. Baha alınıb. Malın növü: Kitablar

Təzə kimidir Vergi / Praktiki İzah 2020ci il Malın növü: Kitablar Çatdırılma?: Bəli

Kimya test 7 sinif tər təmiz yalnız sizə verilən adrese gəlib götürə bilərsiz Bakı yeni şəhərdi məkan atılacaq yanlız Whaccapda

Информатика базовый курс для студентов и преподавателей высших учебных заведений, охватывает все основные разделы информатики Malın növü: Kitablar

İngilis qayda kitabı tər təmiz yalnız sizə verilən adrese gəlib götürə bilərsiz Bakı yeni şəhərdi məkan atılacaq yanlız Whaccapda.

Sizde bizi secerek oz hediyyenizle secilin. Daha cox mehsullarla taniw olmaq ucun bize donuw edin Malın növü: Kitablar Çatdırılma?: Bəli

Məlumatlar

Tezbazar.az Pulsuz Elanlar saytıdır. Elanlar sayti kimi Bakıda və Azərbaycanda elanlar yerləşdirib asanlıqla məhsul və xidmətlərinizi sata və ala bilərsiniz. Ucuz telefonlar, ucuz komputerlər, elektronika məhsulları , mebel sifarişləri, xidmətlər və digər elanları ucuz qiymete asanlıqla tapmaq mümkündür. Daşınmaz əmlak elanları, ev elanlari, kiraye evler, ucuz torpaq axtarmaq istəyənlər saytdan faydalana bilərlər. Avtomobil masin alqı satisi, Arenda masinlar, Rent a car icare masinlar. Siz saytda öz məhsul və xidmətlərinizi pulsuz elan kimi yerləşdirə bilərsiniz.
Saytın rəhbərliyi elanların məzmununa görə məsuliyyət daşımır.
© 2016 TEZBAZAR.AZ | info [@] tezbazar.az | Bizimlə əlaqə

Comments are closed, but trackbacks and pingbacks are open.