Press "Enter" to skip to content

Taleyin qisməti beləymiş yəqin

Elə hələ deyib hələ dözürük,
Hələ ki, hələnin hələsiyəm mən.
Nə sərhəd tanımaz aşiq Kərəməm,
Nə də xan oğlunun Lələsiyəm mən.

Cəhənnəmə aparan yoldan

Yazıçı Tahir Kazımovun yenicə tamamladığı «Cəhənnəmə aparan yol» detektiv romanının ilk oxucusu mən oldum. Saray qəsəbəsindəki evimizdə anamın, qardaşlarımın, ailə üzvlərimin yanında mütaliə etdiyimdən, əsərin məndə doğurduğu ruhi-psixoloji sarsıntıları içimdə çəkdim. Yazıçının «Taleyin qisməti beləymiş yəqin» romanını oxuduğum ərəfədə olduğu kimi, bu dəfə də daxili təlatümlərimi büruzə vermədim. Romanı təxminən on günə oxuyub qurtardım.

Romandakı hadisələr müstəqillik illərimizin ilk dövrlərinin yaşantılarını bədii fonda əks etdirir. Zəncirini qırıb qaçmış bağlı qalan it uzun illərin acığını birdən-birə ətrafdakıları dalamaqla, dişləyib xəsarət yetirməklə necə dəhşətli təsir yaradarsa, həmin ərəfədəki qansız canilər də eləcə cəmiyyəti lərzəyə salmışdı. Sovet dövründə zahirən də olsa sağlam mənəvi mühit qorunub saxlanılırdı. Məhz bu rejimin laxladığı ərəfədə mənəviyyat dəllallarının bağlanmış əli-qolu açıldı, quduz itə dönüb mənəviyyatsızlığa meydan verdilər. İnsanlığın başlıca siması olan mənəvi dəyərlərə təcavüz olundu. Lakin atalar yaxşı deyiblər ki, (elə romanda da buna işarə edilir) «oğurluqla, nə bilim, nəyin arası qırx gün çəkər». Simvolik «40 gün»ün ömrü sona çatır.
Romana «Cəhənnəmə aparan yol» adının qoyulması mənəviyyatsızlıq yolçularının həm bu dünyada diri-diri, həm də o dünyada mənən cəhənnəm atəşinə yanacaqlarına eyhamdır. Biz bunu romanda izləyirik: mənəviyyatsızların azadlıqdan məhrum edilir, türmə həyatında mənəvi və üzüntülü əzab çəkirlər. Əslində elə bu diri-diri cəhənnəm atəşində yanmaq deməkdir. Onların axirət dünyalarını da beləcə cəhənnəm alovu qarsıb-yandıracaqdır. Bunlar hələ təkcə romanın adının dedikləridir.
Təsadüfən Tahir Kazımov bu romanına «Mənəviyyatsıza qisas» ikinci başlığı verməyib. Belə bir ictimai bəlanın kökünü cəmiyyət özü təmizləyib məhv edir, əsərdə isə konkret olaraq geniş planda verilmiş Emilya obrazı mənəviyyatsızdan (Raqibdən), atasından amansız qisas alır. Romanın ikinci adında bir çağırış, haray var: mənəviyyatsıza qisas! Yəni hamını mənəviyyatsızlıqdan qisas almağa səsləyiş nidası var. Müəllif, Raqib Mirəliyev obrazını mənəviyyatsızların tipikləşdirilmiş obrazı kimi təqdim edib. Lakin mənəviyyatsızlıq (konkret desək, namussuzluq) təkcə bir fərd, eyni cins tərəfindən törədilmir, əks cins – qadın obrazı da əsərdə mənəvi ittihama çəkilir. Müəllif «Mamaroza» kimi məhəllədə kinayə ilə tanınan surəti ifşa hədəfi seçmişdir.
Romanın 1-ci fəslində, razvyazkadan qabaq oxuyuruq: «Deməli, belə çıxır ki, Mariya İvanovna, Güldəstə Aşurova Toğrul Həmidovun, elə İsanın, Musanın da bir vaxtlar ünsiyyətdə olduqları kişilər Riyad, Rza, Ramazan və Ramiz xarici, sifət əlamətlərinə görə eyni kişilərdir, lakin iz azdırmaq üçün iş və yaşayış yerlərini, adını ayrı, əlaqədə olduğu insanlara müxtəlifliklə çatdırıb, amma baş hərfləri «R»dir, eynidir».
Az sonra yenə oxuyuruq: «Kələntərli kabinetdə gəzişə-gəzişə düşündü və qərar çıxarmağa çalışdı: «Bu fotorobotları sabah gərək Mariya İvanovnaya, Güldəstə Aşurovaya, Toğrul Həmidova, İsaya, Musaya ayrı-ayrılıqda təqdim edək, əgər onlar bu fotorobotlarla ünsiyyətdə olduqları Riyad, Rza, Ramazan, Ramiz deyilənlərin əlamətlərini aşkar edib tanısalar, Lətifənin ölümü, zorlanması ilə bağlı cinayət işini açmaq asan olacaq, sonra qalır bu fotorobotları məktəbli Solmaza təqdim etmək, o da özünü rəssam kimi təqdim edən Rizvanın əlamətlərini tanısa, onda gərəkdir ki, Riyad, Rizvan, Rza, Ramazan, Ramiz adından istifadə edərək mənəviyyatsızlıqlar etmiş və cinayət törətmiş şəxsi dəvət edək idarəyə».
Bunlar əsərdə üstüaçılmamış cinayətlə bağlı söylənilib. Romanın 3-cü fəslində isə bu ehtimalın həqiqət olduğunu görürük: «Solmazı, Mariyanı, Güldəstəni, Toğrulu, İsanı və Musanı fotorobotla tanış etməklə müəyyən olundu ki, Riyad, Rizvan, Rza, Ramazan, Ramiz hamısı bir adamdır – Raqibdir».
Göründüyü kimi, romanın mənfi qəhrəmanı olan mənəviyyatsız və qatı cinayətkar Raqib öz cinayətlərini gizlətməsi, ört-basdır etməsi üçün müxtəlif adlar, ünvanlar və iş yerləri adı altında çirkin niyyətlərini həyata keçirir və uzun müddət istintaq orqanlarının nəzərindən yayına bilir. Bircə adının baş hərfini – «R» hərfini saxlamaqla müxtəlif adlarla özünü təqdim edən Raqib Mirəliyevin bu addəyişmələri, ünvanazdırmaları, iş yerlərini (funksiya dəyişkənliyi) yanlış nişan vermələrində mifik səciyyəli mənfi tiplərin əlamətlərinə bənzəyiş var. Necə ki, biz nağıl və əfsanələrimizdə, digər epik folklor örnəklərimizdə küpəgirən qarı və s. kimi obrazların pisliklər törədərkən və ya ölümqabağı baş qəhrəmanla üzləşərkən (güləşərkən) müxtəlif cildlərə, dəyişkən formalara düşdüyünün müşahidəçisi oluruqsa, bax eləcə də burda romandakı mənfi surət olan Raqib Mirəliyevin də ayrı-ayrı şəxslər kimi özünü qələmə verməklə uzun müddətə məsuliyyətdən yaxasını qırağa çəkə bildiyini görürük. Bu keyfiyyəti də Raqibin mənfi xarakterini bir qədər də tündləşdirməyə xidmət edən yazıçı priyomudur:
Əsərdə müsbət obraz kimi təsvir olunmuş on altı yaşlı Emilya mənəviyyatsız atası Raqiblə bir damın altında yaşayıb böyüsə də, bataqlıqda cücərib boy atmış tər-təmiz, gözoxşayan çiçəyi xatırladır ki, atasından duyduğu, eşitdiyi, gördüyü, mənəviyyatsızlıq və təhqirlərə baxmayaraq, xoş xəyallarla, arzularla, özündə ilahiləşdirdiyi sevgi hissləri ilə yaşayır, gələcəyi haqqında düşünən və mənən döyüşkəndir, özünü qoruyan, mübarizdir.
Romanın bədii məziyyətlərindən hələlik söhbət açmaq istəmirəm. Amma onu deməklə qənaətlənirəm ki, Tahir Kazımov özünü yazan, yəni həyatda şahidi olduqlarına bədii forma geyindirən yazıçıdır. Əsərdəki xarakterlər ona görə islahedici xarakter daşıyırlar ki, biz oxucular eyni zamanda bu cəmiyyətin övladıyıq və romanda qaldırılan problemlərin mənəvi yükünün daşıyıcılarıyıq. Hər birimiz vətəndaşlıq borcumuzu layiqincə ödəsək, cəhənnəmə aparan mənəviyyatsızlıq yolunun qabağına sipər çəkmiş olarıq. Elə yazıçı Tahir Kazımovun da oxucusundan istəyi və tələbi budur!

Şakir Albalıyev,
filologiya elmləri namizədi

CDbException

Таблица “>”, упомянутая в записи active record класса “Org”, не найдена в базе данных.

2350 2351 /** 2352 * Constructor. 2353 * @param CActiveRecord $model the model instance 2354 * @throws CDbException if specified table for active record class cannot be found in the database 2355 */ 2356 public function __construct($model) 2357 < 2358 $this->_modelClassName=get_class($model); 2359 2360 $tableName=$model->tableName(); 2361 if(($table=$model->getDbConnection()->getSchema()->getTable($tableName))===null) 2362 throw new CDbException(Yii::t('yii','The table "" for active record class "" cannot be found in the database.', 2363 array(''=>$this->_modelClassName,''=>$tableName))); 2364 if($table->primaryKey===null) 2365 < 2366 $table->primaryKey=$model->primaryKey(); 2367 if(is_string($table->primaryKey) && isset($table->columns[$table->primaryKey])) 2368 $table->columns[$table->primaryKey]->isPrimaryKey=true; 2369 elseif(is_array($table->primaryKey)) 2370 < 2371 foreach($table->primaryKey as $name) 2372 < 2373 if(isset($table->columns[$name])) 2374 $table->columns[$name]->isPrimaryKey=true;

Stack Trace

/var/www/html/newlib/framework/db/ar/CActiveRecord.php(411): CActiveRecordMetaData->__construct(Org)

406 < 407 $className=get_class($this); 408 if(!array_key_exists($className,self::$_md)) 409 < 410 self::$_md[$className]=null; // preventing recursive invokes of via 411 self::$_md[$className]=new CActiveRecordMetaData($this); 412 > 413 return self::$_md[$className]; 414 > 415 416 /**

/var/www/html/newlib/common/behaviors/MultilingualBehavior.php(259): CActiveRecord->getMetaData()

254 255 private $_notDefaultLanguage = false; 256 257 private function createLocalizedRelation($owner, $lang) < 258 $class = CActiveRecord::HAS_MANY; 259 $owner->getMetaData()->relations[$this->localizedRelation] = new $class($this->localizedRelation, $this->langClassName, $this->langForeignKey, array('on' => $this->localizedRelation . "." . $this->langField . "='" . $lang . "'", 'index' => $this->langField)); 260 > 261 262 /** 263 * Attach the behavior to the model. 264 * @param model $owner

/var/www/html/newlib/common/behaviors/MultilingualBehavior.php(294): MultilingualBehavior->createLocalizedRelation(Org, “az”)

289 > 290 if (array_values($this->languages) !== $this->languages) < //associative array 291 $this->languages = array_keys($this->languages); 292 > 293 $class = CActiveRecord::HAS_MANY; 294 $this->createLocalizedRelation($owner, Yii::app()->language); 295 $owner->getMetaData()->relations[$this->multilangRelation] = new $class($this->multilangRelation, $this->langClassName, $this->langForeignKey, array('index' => $this->langField)); 296 297 $rules = $owner->rules(); 298 $validators = $owner->getValidatorList(); 299 foreach ($this->languages as $l) 
/var/www/html/newlib/framework/base/CComponent.php(331): MultilingualBehavior->attach(Org)
326 public function attachBehavior($name,$behavior) 327 < 328 if(!($behavior instanceof IBehavior)) 329 $behavior=Yii::createComponent($behavior); 330 $behavior->setEnabled(true); 331 $behavior->attach($this); 332 return $this->_m[$name]=$behavior; 333 > 334 335 /** 336 * Detaches a behavior from the component.

/var/www/html/newlib/framework/base/CComponent.php(298): CComponent->attachBehavior("ml", array("class" => "common.behaviors.MultilingualBehavior", "langClassName" => "Orglang", "langTableName" => "orglang", "langForeignKey" => "org_id", . ))

293 * @param array $behaviors list of behaviors to be attached to the component 294 */ 295 public function attachBehaviors($behaviors) 296 < 297 foreach($behaviors as $name=>$behavior) 298 $this->attachBehavior($name,$behavior); 299 > 300 301 /** 302 * Detaches all behaviors from the component. 303 */

/var/www/html/newlib/framework/db/ar/CActiveRecord.php(396): CComponent->attachBehaviors(array("ml" => array("class" => "common.behaviors.MultilingualBehavior", "langClassName" => "Orglang", "langTableName" => "orglang", "langForeignKey" => "org_id", . )))

391 if(isset(self::$_models[$className])) 392 return self::$_models[$className]; 393 else 394 < 395 $model=self::$_models[$className]=new $className(null); 396 $model->attachBehaviors($model->behaviors()); 397 return $model; 398 > 399 > 400 401 /**

/var/www/html/newlib/common/models/Org.php(252): CActiveRecord::model("Org")

247 * @param string $className active record class name. 248 * @return Org the static model class 249 */ 250 public static function model($className=__CLASS__) 251 < 252 return parent::model($className); 253 > 254 255 public static function All() 256 < 257 $models = Org::model()->findAll(array('order' => 'fullname', 'condition'=>'active = 1'));

/var/www/html/newlib/common/components/ApplicationConfigBehavior.php(53): Org::model()

48 49 if( ctype_digit($url[$this->langIndex - 1]) ) 50 < 51 $uid = (int)$url[$this->langIndex - 1]; 52 53 $uidModel = Org::model()->findByPk($uid); 54 if( count($uidModel) > 0 ) 55 < 56 $this->owner->user->setState('org', $uidModel); 57 $this->owner->user->setState('id', $uidModel->id); 58 

/var/www/html/newlib/framework/base/CComponent.php(561): ApplicationConfigBehavior->beginRequest(CEvent)

556 // an array: 0 - object, 1 - method name 557 list($object,$method)=$handler; 558 if(is_string($object)) // static method call 559 call_user_func($handler,$event); 560 elseif(method_exists($object,$method)) 561 $object->$method($event); 562 else 563 throw new CException(Yii::t('yii','Event "." is attached with an invalid handler "".', 564 array(''=>get_class($this), ''=>$name, ''=>$handler[1]))); 565 > 566 else // PHP 5.3: anonymous function

/var/www/html/newlib/framework/base/CApplication.php(207): CComponent->raiseEvent("onBeginRequest", CEvent)

202 * Raised right BEFORE the application processes the request. 203 * @param CEvent $event the event parameter 204 */ 205 public function onBeginRequest($event) 206 < 207 $this->raiseEvent('onBeginRequest',$event); 208 > 209 210 /** 211 * Raised right AFTER the application processes the request. 212 * @param CEvent $event the event parameter

/var/www/html/newlib/framework/base/CApplication.php(178): CApplication->onBeginRequest(CEvent)

173 * Remember to call the parent implementation so that static application components are loaded. 174 */ 175 public function run() 176 < 177 if($this->hasEventHandler('onBeginRequest')) 178 $this->onBeginRequest(new CEvent($this)); 179 register_shutdown_function(array($this,'end'),0,false); 180 $this->processRequest(); 181 if($this->hasEventHandler('onEndRequest')) 182 $this->onEndRequest(new CEvent($this)); 183 >

/var/www/html/www/front/index.php(35): CApplication->run()

30 /** url defines */ 31 32 define('DEFAULTURL', '/menus/index', true); 33 34 require_once($yii); 35 Yii::createWebApplication($config)->run(); 

Xankəndi

Azvision.az Musa Yaqubun dillər əzbəri olan bir neçə şeirini oxuculara təqdim edir:

Taleyin qisməti

Taleyin qisməti rast saldı bizi.
Yolumuz haradasa qırılacaqsa,
İtirəcəyiksə, bir-birimizi,
Xatirəm yadında qalmayacaqsa,
Bu əllər mənimki olmayacaqsa,
Bu tellər mənimki olmayacaqsa,
Gəl məni, özünə öyrətmə məni,
Hicran qorxusuyla göynətmə məni.

Əlimi saçıma öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə,
Üzümü üzünə öyrətmə belə,

Mən bir az baharlı budaq kimiyəm,
Bir az da sadəlövh uşaq kimiyəm.
Bala atasına qovuşan kimi,
Leylək yuvasına yovuşan kimi,
Arı gül-çiçəyə uyuşan kimi,
Eh, mən də adama tez yovuşanam,
Sevgi atəşində tez alışanam.
Amma ki, sönməyim çox çətin olur,
Sevgidən dönməyim çox çətin olur,
Öyrətmə özünə, öyrətmə məni.

Bəlkə gözləmirdik bu xoş görüşü,
Yaman qəribədir dünyanın işi;
Heç vaxt yollarında dayanmadığın,
Heç həndəvərində dolanmadığın
Gəlib birdən sənə nə şirin olur!
Ömrünün içində ömür doğulur.
Bu şirinim acı olacaq isə,
Bir qismət çiçəyim solacaq isə,
Öyrətmə özünə, öyrətmə məni.
Könlümdə yerin var, qopmaz yerindən,
Bir əkiz ləçəyi, haça budağı
Ayırmaq olmursa biri-birindən,
Məni də ayırmaq çətindir, axı
Öyrətmə özünə, öyrətmə məni.

Yox buna taqətim, yox buna tabım,
Əlimi əlindən üzmək əzabım,
Sonra bu əzaba dözmək əzabım…
Yoxsa da, könlümün sınıqları var-
Hicranın köz basmış yanıqları var
Mənim dərdlərimin ayaqları var-
Harda olsa, gəlib tapacaq məni.
Yaxıb yandıracaq bu ocaq səni
Gəl məni özünə öyrətmə belə,
Əlimi əlinə öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə…

Bu dünyanın qara daşı göyərməz

Leyləklərin çöp yuvası boş qalıb,
Bahar gedib,payız gəlib,qış qalıb.
Göy çəməndə ocaq yanıb,daş qalıb,
Bu dünyanın qara daşı göyərməz.

Nə bu ocaq közərəsi,sönəsi,
Nə o günlər bir də geri dönəsi.
Qəm eləmə könlümün bir dənəsi,
Bu dünyanın qara daşı göyərməz.

O gülyanaq bənddir xoş bir baxışa,
Körpə budaq əl açıbdır yağışa,
Min baharın hərarəti yığışa,
Bu dünyanın qara daşı göyərməz.

Ot göyərdib o cığırım,o izim,
Tufanlanıb çalxalanmaz dənizim,
Daha məndən sevgi umma əzizim,
Bu dünyanın qara daşı göyərməz.

Araz boyu çox mənalar sezmişəm,
Elə bilmə əllərimi üzmüşəm,
Ürəyimə daş bağlayıb dözmüşəm,
Bu dünyanın qara daşı göyərməz.

Qızıl dan kimi

Sən Allah, bu gülü yasa aparma,

Bu gül ləçəyində başqa həyat gör.

Bu qızıl güllərdən mənə qanad hör,

Sən Allah, bu gülü yasa aparma…

Qızıl dan yerindən rəng alıb bu rəng,

Göylərdən nur alıb, günəşdən çələng,

Bu doğulmaq üçün, uçmaq üçündür

Qövsi-quzehləri qucmaq üçündür,

Sən Allah, bu gülü yasa aparma…

Torpaq bitirəni gül eylər gedər,

Torpaq itirəni kül eylər gedər.

Bu ki, mələklərin rəng düzümüdü

Körpənin süd rəngli təbəssümüdü,

Sən Allah, bu gülü yasa aparma…

Torpaq! Qara torpaq, fırçana əhsən

Fırçanın verdiyi bu cana əhsən!

Qırxyarpaq qızılgül İlahinindir,

Vurduğu ilməyə qırçına əhsən!

Yəqin dünya əvvəl hər yeri gülşən,

Yəni qızıl güllü, qızıl bağ olub

Qədirbilməzlərin əlindən düşən

Gedib çöldə bitib bağrı dağ olub.

Tamam başdan-başa heyrətdi, vallah,

Vallah möcüzədir, möcüzə güllər.

Yaz ağzı elə cür tələsibdilər,

Dönüb bənövşəyə, nərgizə güllər.

Bu qırxləçəyi gör, qızılı yarpaq –

Şanapipiklərin başında daraq –

O aşiq bülbüllər hamıdan qabaq

Döşünü güllərə sipər eyləyib

Sən bu qızıl donlu mələklərə bax

Boynunu qızıl gül çəpər eyləyib

Çəpərin qurbanı, a gül yanaqlar,

Belə açılmışdım mən də qabaqlar –

Bu ilahi güllər qırmızı donda

Mənim də sinəmdə bitmişdi onda –

O da ilk məhəbbət alovlarıydı

Ağ güllər təmizlik qırovlarıydı –

Məni apardılar eşq aləminə

Hələ də ordayam dönüb gəlmərəm –

Ölərəm qalaram – sönüb gəlmərəm.

İlk sevgi qızılı şimşək ömrüdü,

Özü çaxıb gedər, şırımı qalar,

İztirab bu eşqin daha kömürüdü –

Qara, qırmızımı, sarımı qalar…

Bizim qaşımızda gül mayası var,

Onunçün gözəllər gülyanaqdılar –

Dan yeri qırmızı.

Sən allah, bu gülün keyfinə dəymə,

Çevirmə üzünü qüruba sarı

Sən Allah, bu gülü yasa aparma…

***
Payız günüm

Bir sarı budaqdır il ağacında
Görən bu payızın yaşı neçədir? –
Bir qıvrım duman da qalıb solanda,
Yaddaşı necədi, huşu necədi –

Sarıköynəkləri dözmədi qaçdı;
Amma həmin torpaq, həmin ağacdı,
Qüdrəti qalıbmı bir gül bitirsin,

Ya bir xəzəlini yerdən götürsün.
Bir dilim yemişi aypara bilsin
Bir quşu yolundan qaytara bilsin –
Çağırsın geriyə şirin dilləri,
Əlini uzatsa qış tərəflərə
İsidə bilərmi soyuq əlləri.
Görəsən payızın yaşı neçədi.

Həvəsi qalıbmı kef-damaq üçün
Sevdası ya oğlan, ya qız olarmı?
Sahibsiz yurd-yuva qorumaq üçün
Əsgərlik yaşında payız olarmı,
Görəsən payızın yaşı neçədi.

Yenə yerişim var küçələrində
Hasarda sarmaşıq yaman üşünür.
Görəsən ukuzun gecələrində
Nələrə səbr edir, nəyi düşünür –
Görəsən payızın yaşı neçədir.

Qalmışam həvəslə yaş qınağında,
Bu qızıl yarpağın alnından öpüm
Qızıləhmədinin al yanağında
Bir ləzzət qalıbmı xalından öpüm,
Görən bu payızın yaşı neçədir.

Mizrab xəzəlləri qırışlarıyla
Toxunub bir sarı simə ağlayır.
Bu qədər aramsız yağışlarıyla
Görəsən bu payız kimə ağlayır.

Dumanlar yeriyir dərələr boyu
Dağlar elə bil ki, qoşun aparır
Deyəsən bu payız vaxt sahibidi
Məni də özünə qoşub aparır.
Görən bu payızın yaşı neçədi.

***
Hələ ki.

Elə hələ deyib hələ dözürük,
Hələ ki, hələnin hələsiyəm mən.
Nə sərhəd tanımaz aşiq Kərəməm,
Nə də xan oğlunun Lələsiyəm mən.

Nahaqlar önündə neçin kiridim,
Qal bu xəcalətdə ağız kilidim,
Guya bu dünyada neyləyə bildim,
Deyim ki, təzədən gələsiyəm mən.

Bekar əl neçin də sözümə baxsın,
Əlimin üzü yox üzümə baxsın.
O hansı ümiddir bizi çağırsın,
Durub arxasınca tələsiyəm mən.

Dayan, durum gedim bazarımgilə,
Dünya bolluğuna ərkim bir gilə.
Qalmışam özümə lap gülə-gülə,
Elə gülə-gülə öləsiyəm mən.

Kimlərə borcum var, dolub siyahı,
Vura bilmədiyim hədəf günahı –
Kəsib barmağımı verib silahı,
Bir namərd dünyanın köləsiyəm mən.

Comments are closed, but trackbacks and pingbacks are open.