Tarix lüğəti
– Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin) Azərbaycan mədəniyyəti və maarifi tarixində tamamilə yeni və parlaq bir dövr açdı. M.İbrahimov.
tarix
6) наука, изучающая последовательное развитие, последовательные изменения какой-л. области природы, культуры, знания. Azərbaycan dilinin tarixi история азербайджанского языка, musiqi tarixi история музыки, teatr tarixi история театра
7) совокупность фактов и событий, связанных с кем-, ч ем-л. Operanın yaranma tarixi belədir такова история создания оперы, tanışlığın tarixi история знакомства
8) происшествие, событие, случай. Tarixi uzundur длинная история
9) отдалённое время с его событиями, происшествиями, прошлое. Bu kitab bizim üçün artıq bir tarixdir эта книга для нас – уже история, onun faciəli tarixi var его история трагична
2. дата, число (пометка на документе, письме и т.п. о времени его написания). Məktubun tarixini qoymaq поставить дату (число) на письме, датировать письмо, əmrin tarixi дата приказа
3. летосчисление (система определения времени по годам от какого-л. условленного момента). Azərbaycan teatrının tarixi 1873-cü ildən başlanır азербайджанский театр начинает своё летосчисление с 1873 г
прил. исторический. Tarix fakültəsi исторический факультет, tarix elmi историческая наука
◊ tarix boyu на протяжении истории; tarixdə görünməmiş невиданный в истории; tarixə yazılmaq вписаться в историю; tarixin təkərlərini geri döndərməyə çalışmaq стараться, попытаться повернуть колесо истории вспять; canlı tarix живая история; tarix susur kim, nə haqqında история умалчивает о ком, о чём; tarix açmaq пространно рассказывать о чём-л.; tarixdə adı qalanlar великие мира сего; tarixdə iz qoyanlar оставившие след в истории
Azərbaycanca-rusca lüğət. Dörd cilddə. Bakı, “Şərq-Qərb” . M.T.Tağıyev . 2006 .
TARİX
is. [ ər. ]
1. Bir hadisənin baş verdiyi, cərəyan etdiyi vaxt; keçmiş həyata aid olub adamların hafizəsində qalmış fakt və hadisələrin məcmusu. Tarixin təcrübəsi göstərir ki… Məsələnin tarixi.
– [Nüşabə:] Şanlı tariximiz görməmiş ləkə; Zəfərlər qazanmış bu şanlı ölkə! A.Şaiq.
2. İnkişaf prosesindəki gerçəklik. Tarixin qanunları. Tarixin dialektikası. Tarixin gedişi.
3. İnsan cəmiyyətinin inkişafı haqqında elm. Azərbaycan tarixi. Orta əsrlər tarixi. – Tarix insan cəmiyyətinin həyatı haqqında elmdir. “Qədim dünya tarixi”.
// Həmin fənnə aid kitab, dərslik, dərs. Tarixdən “5” almaq. Tarix kitabı.
4. Bir şəxs və ya şeylə bağlı olan fakt və hadisələrin tarixcə məcmusu. Sumqayıt şəhərinin tarixi. Onun başına gələn hadisələrin tarixini heç kəs bilmir.
– [Qaraş:] Yaxşı, Qızyetərin tarixini danışma, sözünü de. M.İbrahimov.
5. Bir hadisənin, şeyin inkişafının gedişi, ardıcıl inkişafı. Yer qabığının təşəkkül tarixi. Hadisələrin inkişaf tarixi.
6. Təbiətin, mədəniyyətin, elmin hər hansı bir sahəsinin ardıcıl inkişaf və dəyişməsini öyrənən elm. Musiqi tarixi. Ədəbiyyat tarixi.
– Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin) Azərbaycan mədəniyyəti və maarifi tarixində tamamilə yeni və parlaq bir dövr açdı. M.İbrahimov.
7. Əhvalat, hekayə, rəvayət. Tarix uzundur… Tarixi gözdən keçirmək.
8. Keçmiş.
[Xristofor:] Bu şux zahirin də faciəli bir tarixi var. Çəmənzəminli.
9. Bir hadisənin dəqiq təqvim vaxtı. Doğum tarixi.
// Sənəddə, məktubda və s.-də onun yazılması vaxtı haqqında qeyd (il, ay, gün). Teleqramın tarixi. Əmrin tarixi. Təliqəyə tarix qoymaq.
◊ Tarix boyu – bütün tarix ərzində, bütün dövrlərdə, lap əvvəldən bu günə kimi.
Bu qurultay tarix boyu görünməmiş nəhəng bir sıçrayış dövrünün başlandığını xəbər verəcək. M.Hüseyn.
Tarixdə görünməmiş – heç vaxt olmamış, bu vaxta qədər misli görünməmiş hadisə haqqında.
Tarixdən əvvəl (qabaq) – miladi tarixindən əvvəl (qabaq).
Rüstəm kişi Mayanın sözünü kəsdi: – Tarixdən üç yüz il əvvəl deyirsən, onda neçə il elər? M.İbrahimov.
Tarixdən əvvəlki (qabaqkı) – 1) miladi tarixindən əvvəlki (qabaqkı);
2) qədim dövrlərə aid olan, yazılı sənəd olmayan. Tarixdən əvvəlki dövrlər.
Tarixə (tarixdə) yazılmaq – heç vaxt unudulmamaq, həmişə yadda qalmaq.
[Koroğlu:] Mən gərək o Rum paşasına bir divan tutam ki, tarixlərdə yazıla. “ Koroğlu ”.
Tarixin təkərini geri döndərməyə çalışmaq – tarixin qanunauyğun inkişafının qarşısını almağa, geri qayıtmağa çalışmaq.
Canlı tarix – bax canlı .
Xəstəlik tarixi – bax xəstəlik .
Məktəblinin tarix lüğəti
Müasir tədrisin labüd şərtlərindən biri də lazımi informasiyanı, hər hansı bir məlumatı qısa müddətdə əldə etməkdən ibarətdir. ”Məktəblinin tarix lüğəti” ilk növbədə məktəblilər üçün nəzərdə tutulub, lakin tarix, fəlsəfə, siyasət, ədəbiyyat, mədəniyyət tarixi, bütövlükdə tarixi məfhum və terminlərin rast gəlindiyi humanitar elmlərlə maraqlanan hər bir kəs üçün faydalı ola bilər.
Tarix lüğətinin əhəmiyyəti ondan ibarətdir ki, xarici ölkələrdən fərqli olaraq, bu, Azərbaycan Respublikasında nəşr olunan belə lüğətlərdən birincisidir. Ona görə də bu nəşrdə Azərbaycan tarixinə dair xarici nəşrlərdə olmayan çoxlu məlumatlar vardır. ”Məktəblinin tarix lüğəti”nin hazırlanması zamanı Azərbaycanda və xarici ölkələrdə nəşr olunmuş ilkin mənbələrdə, məktəb dərsliklərində, tarixi ədəbiyyatda, müxtəlif mövzulu ensiklopediyalarda və sorğu kitablarında, eləcə də Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun nəşr etdirdiyi 7 cildlik ”Azərbaycan tarixi”ndə verilmiş külli miqdarda informasiya araşdırılıb öyrənilmiş və yenidən işlənilmişdir.
”Məktəblinin tarix lüğəti”ndə 2000-ə yaxın məqalə (termin) vardır. Bu terminlərdə tarix elminin bütün sahələrinə – mühüm tarixi hadisələrə, tarixi terminlərə, dinlərə, mifologiyaya, incəsənətə və elmə aid, ölkələr, şəhərlər, Azərbaycanın, eləcə də dünya tarixinin görkəmli tarixi şəxsiyyətləri və sülalələri haqqında məlumat verilir. Bu lüğət, şübhəsiz ki, dərsliyin, tarixi və bədii ədəbiyyatın oxunuşunda, televiziya proqramlarına və video-filmlərə baxış zamanı, eləcə də İnternet materiallarından istifadə olunarkən meydana çıxan bir çox sualların cavablandırılmasında yardımçınız olacaq.
Lüğətdəki məqalələrin adları əlifba sırası ilə, əsasən də tək şəklində verilir. Məqalənin əsas adından sonra zəruri hallarda lazım gəldikdə digər adlar, əvvəlki adın sinonimlən, eləcə də yaşanılmış tarix və ya hakimiyyət illəri, əsl ad və soyadları, təxəllüslər, abbreviaturanın açılışı verilir. Başqa dillərdən mənimsənilmiş terminlərə qısa etimoloji arayış verilir. Biblioqrafik məqalələrdə doğum və ya ölüm tarixi məlum olmayan hallarda sual (?) işarəsi qoyulur. Lüğətdə söz əlyazma şəklində (kursivlə) yazıldığı halda iqtibas sistemindən istifadə olunur, məsələn: söz əlifba şəklində yazılıbsa, bu o deməkdir ki, lüğətin müvafiq məqaləsində həmin sözün ətraflı məzmunu (izahatı) verilir. Tarixlər, bir qayda olaraq, yeni stillə göstərilir. Lüğətdə ixtisar olunmuş sözlərdən istifadə edilir. Lüğətdən istifadə olunmasını asanlaşdırmaq məqsədi ilə əsas ixtisarların siyahısı verilmişdir.
Популярные запросы
LD Player – #1 Android Emulator
Лучший Эмулятор Андроида для ПК
Приложения · Hot
Google Play Маркет Google LLC · Инструменты
自由浏览 Greatfire.org · Связь
VK VK.com · Социальные
ICQ LLC Mail.Ru · Связь
Читы на стандофф 2 на голду Tim_Dev · Книги и справочники
Популярные
MangaLib Malo Boucé · Книги и справочники
Cool Reader Vadim Lopatin · Книги и справочники
Когда намаз Kogdanamaz · Книги и справочники
Brawl Stars Wiki Fernas Techno · Книги и справочники
Русско-Узбекский Разговорник GK Apps · Книги и справочники
Читы на стандофф 2 на голду Tim_Dev · Книги и справочники
Super PDF Drive Reallyloaded Inc. · Книги и справочники
MangaHub HippoAD · Книги и справочники
Генератор гемов для бравл старс Banza-Dating · Книги и справочники
JW Library Jehovah’s Witnesses · Книги и справочники
APKCombo Installer
Порядок установки XAPK, APKS, OBB?
Comments are closed, but trackbacks and pingbacks are open.