Press "Enter" to skip to content

Tarix mədəniyyət etnoqrafiya qoruqları

2. Azərbaycan Respublikasının Şəmkir rayonunun tarixi ərazisi “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilsin.

Azərbaycanda yeni tarix-mədəniyyət qoruqları yaradılır – SƏRƏNCAM

Azərbaycanda yeni tarix-mədəniyyət qoruqları yaradılır – SƏRƏNCAM Prezident İlham Əliyev Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında sərəncam imzalayıb.

22 Oktyabr , 2019 17:10

https://static.report.az/photo/ec96a852-35f1-4bd6-82e4-506b183b63ef.jpg

Prezident İlham Əliyev “Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında” sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla “Çıraqqala” və “Şabran şəhəri” tarixi qoruqlarının ərazisi “Çıraqqala–Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib. Şəmkir rayonunun tarixi ərazisi “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib. Ağsu rayonunun tarixi ərazisi “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib. Mədəniyyət Nazirliyinə “Nizami Gəncəvi məqbərəsi” kompleksinin Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun tərkibində fəaliyyətini təmin etmək; “Çıraqqala–Şabran”, “Qədim Şəmkir Şəhəri” və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının idarə olunmasını təmin etmək tapşırılıb. Nazirlər Kabinetinə “Çıraqqala–Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədlərini və mühafizə zonalarını Mədəniyyət Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Şabran və Siyəzən rayon icra hakimiyyətləri ilə birlikdə müəyyənləşdirib təsdiq etmək; “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədlərini və mühafizə zonalarını Mədəniyyət Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Şəmkir Rayon İcra Hakimiyyəti ilə birlikdə müəyyənləşdirib təsdiq etmək; “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədlərini və mühafizə zonalarını Mədəniyyət Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Ağsu Rayon İcra Hakimiyyəti ilə birlikdə müəyyənləşdirib təsdiq etmək; “Çıraqqala–Şabran”, “Qədim Şəmkir Şəhəri” və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının ərazilərinin xüsusi rejimini 3 ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək; “Çıraqqala–Şabran”, “Qədim Şəmkir Şəhəri” və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının idarə olunması, qorunması, təbliği və fəaliyyətinin maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər həyata keçirmək tapşırılıb.

Tarix mədəniyyət etnoqrafiya qoruqları

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında” 2019-cu il 22 oktyabr tarixli Sərəncamına əsasən “Çıraqqala-Şabran”, “Qədim Şəmkir şəhəri”, o cümlədən “Orta Əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb. Sərəncamda Azərbaycanın qədim və orta əsrlər tarixinin Şərq və Qərb mədəniyyətləri arasında körpü rolunu oynayaraq, yüzillər boyu bəşər sivilizasiyasının inkişafına dəyərli töhfələr vermiş İpək Yolu ilə sıx şəkildə əlaqəli olduğu qeyd edilir. Qədim şəhər yerləri, karvansaraylar, körpülər, qoruyucu qalaların qalıqları və memarlıq abidələri ilə zəngin Azərbaycan ərazisi bu gün də İpək Yolunun parlaq izlərini daşıyır. Orta əsr Ağsu şəhəri məhz bu kontekstdə qoruq elan edilib.

Ağsu Azərbaycanın son orta əsrlərdə əhalisinin sayına və ərazisinə görə ən böyük şəhərlərindən olub. Nadir şahın 1735-ci ildə paytaxt kimi inşa etdirdiyi şəhər 40 hektar sahəni əhatə edib. Dəfələrlə hücumlara məruz qalıb, Şirvan xanlığının paytaxtı olub.

AZƏRTAC xəbər verir ki, 2010-cu ilin mart ayında MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası professor Qafar Cəbiyev və tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin rəhbərliyi ilə şəhər ərazisində qazıntılara başlayıb. 2012-ci ilin dekabr ayına qədər 3 il ərzində aparılan arxeoloji tədqiqatlar zamanı 1,5 hektar sahə öyrənilib, şəhərin qala divarı, sənətkarlıq məhəllələri, yaşayış evləri, Cümə məscidi, hamam, buzxana, su anbarları, su və kanalizasiya xətləri və digər iri tikililər aşkar olunub. Beş qazıntı sahəsindən 8000-dən çox qızıl, gümüş, mis, saxsı, şüşə, daş, sümük və digər eksponatlar inventarlaşdırılaraq götürülüb, bir qismi muzeylərə təhvil verilib, bir qismi isə Orta əsr Ağsu şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğunda saxlanılıb.

2011-2013-cü illərdə 4 qazıntı sahəsində 7000 kvadratmetr sahənin üzəri örtülüb, içərisində sərgilər qurulub. İndiyə qədər on minlərlə turist Orta əsr Ağsu şəhərini ziyarət edib. 2012-ci ildə IV Beynəlxalq Avrasiya Arxeologiyası konfransı və 2014-cü ildə Mədəni İrsin Konservasiyasında Gənclər–YOCOCU IV Beynəlxalq Konfransı burada keçirilib. Orta əsr Ağsu şəhəri dünya arxeologiya və konservasiya elminin maraq dairəsinə daxil olub. Qoruq 2016-cı ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə imzalanan mühafizə müqaviləsi əsasında MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən qorunur.

Təsadüfi deyil ki, tarixi İpək Yolu dövrünə aid Azərbaycan mədəni irsinin, tarix və mədəniyyət abidələrinin mütəşəkkil qorunmasını təmin etmək məqsədilə Prezidentin imzaladığı Sərəncam xüsusilə elmi ictimaiyyət, tarixçilər tərəfindən böyük razılıqla, minnətdarlıqla qarşılanıb. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, Ağsu Arxeoloji Ekspedisiyasının rəisi, tarix elmləri doktoru, professor Qafar Cəbiyev AZƏRTAC-ın bölgə müxbirinə verdiyi müsahibədə deyib: “Prezident İlham Əliyevin yeni qoruqların yaradılması ilə bağlı Sərəncamı ömrünü bütünlüklə tarixi-mədəni irsimizin tədqiqi və təbliği işinə həsr etmiş bir alim kimi məni qəlbən sevindirdi. Bu, Azərbaycan dövlətinin, Prezidentin tarixi-mədəni irsimizə olan hərtərəfli diqqət və qayğısının bariz nümunəsidir. Bu Sərəncamın mənim üçün sevindirici məqamlarından biri də ondan ibarətdir ki, yeni yaradılan tarix və mədəniyyət qoruqları içərisində tədqiqatçısı olduğum Orta əsr Ağsu şəhəri də var. Akademiyanın Ağsu arxeoloji ekspedisiyasının rəhbəri olaraq, Orta əsr Ağsu şəhər yerində uzun illərdir ki, tədqiqat aparıram. Hansı ki, həmin tədqiqatlar nəticəsində muzeylərimizi və elmi fondlarımızı zənginləşdirən çoxsaylı, həm də olduqca dəyərli tapıntılar əldə olunub. Elə tapıntılar ki, onlar Azərbaycan tarixinin bir sıra çox mühüm məsələlərinin yenidən, həm də daha dərindən və hərtərəfli işlənməsinə şərait yaradır. Əlbəttə, belə bir abidənin qoruq elan olunmasına ancaq sevinmək olar. Bu qayğıya, bu diqqətə görə Ağsu arxeoloji ekspedisiyasının bütün heyəti adından Prezidentimizə dərin ehtiramımı və minnətdarlığımı bildirirəm”.

Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli də Sərəncamın Azərbaycan tarixinə, mədəniyyətinə böyük diqqətin və qayğının təcəssümü olduğunu söyləyib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması Azərbaycan elminə və mədəniyyətinə bir töhfədir. Arxeoloji qazıntıda çalışan arxeoloqdan fəhləyə qədər hamımız bu Sərəncamın imzalanmasına çox sevinir, Prezidentimizə minnətdarlığımızı bildiririk. Sərəncamdan sonra kompleksə gələn rayon ziyalıları, gəncləri, bir sözlə hər kəs sevinc və minnətdarlıqlarını ifadə edirlər”.

Azərbaycanda Tarix-mədəniyyət qoruqları yaradılıb

“Azərbaycanın qədim və orta əsrlər tarixi Şərq və Qərb mədəniyyətləri arasında körpü rolunu oynayaraq yüzillər boyu bəşər sivilizasiyasının inkişafına dəyərli töhfələr vermiş İpək Yolu ilə sıx şəkildə əlaqəlidir. Qədim şəhər yerləri, karvansaraylar, körpülər, qoruyucu qalaların qalıqları və memarlıq abidələri ilə zəngin Azərbaycan ərazisi bu gün də İpək Yolunun parlaq izlərini daşımaqdadır.

Tarixi İpək Yolu dövrünə aid Azərbaycan mədəni irsinin, tarix və mədəniyyət abidələrinin mütəşəkkil qorunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32 ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Çıraqqala” və “Şabran şəhəri” tarixi qoruqlarının ərazisi “Çıraqqala–Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilsin.

2. Azərbaycan Respublikasının Şəmkir rayonunun tarixi ərazisi “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilsin.

3. Azərbaycan Respublikasının Ağsu rayonunun tarixi ərazisi “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilsin.

4. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Nizami Gəncəvi məqbərəsi” kompleksinin Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun tərkibində fəaliyyətini təmin etsin.

5. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Çıraqqala–Şabran”, “Qədim Şəmkir Şəhəri” və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının idarə olunmasını təmin etsin.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

6.1. “Çıraqqala–Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədlərini və mühafizə zonalarını Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Şabran və Siyəzən rayon icra hakimiyyətləri ilə birlikdə müəyyənləşdirib təsdiq etsin;

6.2. “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədlərini və mühafizə zonalarını Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Şəmkir Rayon İcra Hakimiyyəti ilə birlikdə müəyyənləşdirib təsdiq etsin;

6.3. “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədlərini və mühafizə zonalarını Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Ağsu Rayon İcra Hakimiyyəti ilə birlikdə müəyyənləşdirib təsdiq etsin;

6.4. “Çıraqqala–Şabran”, “Qədim Şəmkir Şəhəri” və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının ərazilərinin xüsusi rejimini 3 ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.5. “Çıraqqala–Şabran”, “Qədim Şəmkir Şəhəri” və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının idarə olunması, qorunması, təbliği və fəaliyyətinin maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər həyata keçirsin;

6.6. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin”.

Şərhlər

t.ədalət 2019-10-22 17:30:38

“Orta Əsr Ağsu Şəhəri” Dövlət-mədəniyyət qoruğu məsələsində ehtiyatlı olmaq lazımdır.Tarixdən məlumdur ki,öz məhsullarını bazarlarda satmaq üçün Şamaxının ətraf hissələrinə,vaxtı ilə xeyli kürə ləzgiləri toplaşmışlar.O cümlədən Ağsu da belə yaranıb.Onların xeyli hissəsi türkləşmişdir.Ancaq ləzgi millətçiləri Rusiya mətbuatında hələ də bizim Şirvanı özünkü kimi təqdim etməkdədir.Gəlin,Şamaxı boyda tarixi abidəmizin ətrafını qondarma “qoruq”lara çevirməyək!Öz əlimizlə özümüzü baltalamayaq!

Comments are closed, but trackbacks and pingbacks are open.