Tarix mədəniyyət etnorafiya qoruqları
Əbədi alov məbədi – Atəşgah. ətraflı
Tarix mədəniyyət etnorafiya qoruqları
YanardağYanardağ Məhəmmədi kəndinin qərb hissəsində olub, Bakı şəhər mərkəzindən 27 km, kənd mərkəzindən isə təqribən 2 km məsafədə, Məhəmmədi-Digah şose yolunun sol istiqamətində yerləşir. Ərazidəki yanmalar, yerin dərinliklərindəki mövcud neftli-qazlı çöküntü laylarında süxur yuyulmaları, tektonik qırılmalar, habelə palçıq vulkanlarının püskürməsi – bir sözlə vulkanik-tektonik proseslərin getməsi nəticəsində, yaranan çatlar vasitəsilə səthə çıxan təbii qaz axınlarının alışıb yanması nəticəsində əmələ gəlmişdir. Bəzən Yanardağda alovun hündürlüyü 10-15 metrə çatır. Buradakı yanma prosesinin tarixin hələ qədim dövrlərindən getməsi ilə bağlı məlumatlar həm ərazidə aparılan geoloji tədqiqatlar, həm də verilən tarixi mənbələr vasitəsi ilə öz təsdiqini tapmışdır ki, bu da yanmaların tarixinin hələ eradan əvvəlki dövrlərdən başlandığı görülməkdədir. Yanardağın əks istiqamətində yanan üç təpə olub. İndi isə həmin təpələr sönüb. Bakının rəmzi hesab olunan üç yanar alov dili və dəniz simvolu da Yanardağın mövcudluğuna istinadən qəbul edilib. Qeyd etmək lazımdır ki, erkən orta əsrlər dövrünü işıqlandıran bir çox mənbələrdə Bakı şəhərinin Xəzər dənizi sahillərində gecə gündüz yanan torpaqların, hətta yanan suyun olması ilı bağlı maraqlı məlumatlar verilmiş, ərazi Atəş-i Baquan adlandırılmışdır. Ərazidə “əbədi odların” olması və onların gecə-gündüz yanması ilə bağlı məlumat verən, belə ilk mənbələrdən biri və demək olar ki, birincisi bizanslı Paniyli Priskdir. Prisk V əsrin əvvəllərində Qafqaz Albaniyası Bakısını təsvir edərkən «sualtı qayadan qalxan od»dan söz açmışdır. Bundan başqa buradakı yanan torpaqlarla bağlı Əl-Məsudinin “Muruc əz-zəhəb və məavhin-əl cavhar”, Əl-Farisi Əl-İstəxrinin “Kitab əl-masalik vəl-mamalik” (“Yollar və məmləkətlər haqqında kitab”), Əl-Müqəddəsinin “Əhsən ət-təqasim fi mərifət əl-əqalim” (“İqlimlərim öyrənilməsi üçün ən yaxşı bölgü”) və sair müəlliflərin əsərlərində təsаdüf оlunmaqdadır. Azərbaycan Respublikası Prezidentinin 2 may 2007-ci il tarixli sərəncamı ilə “Yanar dağın ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilmişdir. Qoruğun ərazisi ərazisi isə 64,55 hektar təşkil edir. Bu əraziyə Qurd yuvası, min yaşı olan iki qəbirstanlıq ve qədim məscid, Qotur su bulağı, Əli daşı, Kardaşı, Qırməki vadisi və Yanardağ aiddir.
Tarix mədəniyyət etnorafiya qoruqları
Qədim Kiş kəndinin tarixi abidələri ilə tanış olun. ətraflı
“Yanardağ” – heç vaxt sönməyən alovun möcüzəsi. ətraflı
Əbədi alov məbədi – Atəşgah. ətraflı
Kəlağayıları, sənətkar emalatxanaları və tarixi hamamları ilə məşhur olan Basqalı tanıyaq. ətraflı
Qafqazın ən məşhur sənətkarlıq-ticarət mərkəzlərindən biri, gözəl təbii landşaftı ilə turistlərin se. ətraflı
Muzeyin fondunda 1200-ə yaxın eksponat var. ətraflı
Dünyanın ən yüksək yaşayış məntəqələrindən biri, bənzərsiz təbiəti, uzunömürlülər məskəni olan Xınal. ətraflı
Böyük İpək Yolunun üzərində yerləşən Şəkidə Azərbaycan memarlığının nadir incisi, dünya əhəmiyyətli . ətraflı
Bu muzey xalqımızın tarixi mədəniyyətinin qorunduğu, mühafizə olunduğu və təbliğ edildiyi məkandır. ətraflı
Rəssamlıq sənətinin təbliği və inkişafında böyük işlər görən qalereyanın fondunda 254 əsər var. ətraflı
“Dairəvi məbəd”də yerləşən muzeydə dekorativ və xalq sənət əsərləri, qədim Şəki evlərinin interyeri. ətraflı
Yeni tarix-mədəniyyət qoruqları yaradılır – SƏRƏNCAM
Mədəniyyət Nazirliyinə “Nizami Gəncəvi məqbərəsi” kompleksinin Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun tərkibində fəaliyyətini təmin etmək; “Çıraqqala–Şabran”, “Qədim Şəmkir Şəhəri” və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının idarə olunmasını təmin etmək tapşırılıb.
Nazirlər Kabinetinə “Çıraqqala–Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədlərini və mühafizə zonalarını Mədəniyyət Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Şabran və Siyəzən rayon icra hakimiyyətləri ilə birlikdə müəyyənləşdirib təsdiq etmək; “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədlərini və mühafizə zonalarını Mədəniyyət Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Şəmkir Rayon İcra Hakimiyyəti ilə birlikdə müəyyənləşdirib təsdiq etmək; “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədlərini və mühafizə zonalarını Mədəniyyət Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Ağsu Rayon İcra Hakimiyyəti ilə birlikdə müəyyənləşdirib təsdiq etmək; “Çıraqqala–Şabran”, “Qədim Şəmkir Şəhəri” və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının ərazilərinin xüsusi rejimini 3 ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək; “Çıraqqala–Şabran”, “Qədim Şəmkir Şəhəri” və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının idarə olunması, qorunması, təbliği və fəaliyyətinin maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər həyata keçirmək tapşırılıb.
Comments are closed, but trackbacks and pingbacks are open.