Press "Enter" to skip to content

Tarix terminləri lüğəti

Tel.: (+99412) 596-26-13

Tarix terminləri lüğəti

TERMİNOLOGİYA KOMİSSİYASININ QƏRARI İLƏ NƏŞR OLUNAN LÜĞƏTLƏR

  1. Sayalı Sadıqova. Azərbaycan dilində izahlı fizika–riyaziyyat terminləri. Bakı, Elm–1998
  2. S.Babayeva. Azərbaycanca–Rusca və Rusca–Azərbaycanca arxiv terminlərinin qisa izahlı lüğəti. Bakı, 1998, 69 səh.
  3. Neft və qaz üzrə Rusca–azərbaycanca–ingiliscə terminoloji lüğət. Tərtibçi–müəllif: M.M.Abbasov. Bakı, 1999, 758 səh.
  4. Zirəddin Xasıyev. Heyvandarlıq və əkinçilik terminlər lüğəti. Bakı, Nurlan – 2000, 87 səh.
  5. Rusca-azərbaycanca geodeziya, kartoqrafiya və aerofotoqrafiya terminləri lüğəti. Bakı, 2001, «İqtisad Universiteti» nəşriyyatı, 447 səh.
  6. Rusca–ingiliscə–azərbaycanca baytarlıq terminləri lüğəti. Bakı–Gəncə, 2001, səh.250.
  7. Zahir Salahov, Eynəddin Məmmədov, Aidə Həsəsnova. Rusca–ingiliscə–azərbaycanca baytarlıq terminləri lüğəti. Bakı – 2001, Gənc
  8. Nazim Məmmədov. Rusca- Azərbaycanca fövqəladə hallarla bağlı işlənən terminlərin izahlı lüğəti. Yeni nəsil nəşriyatı, Bakı, 2003. 231 səh.
  9. Abbasqulu Nəcəfzadə. Azərbaycan çalğı alətlərinin izahlı lüğəti, Bakı, 2003.
  10. Q.Məmmədov, M.Babayev, Z.Movsümov. Torpaqşünaslıq və aqrokimya terminləri lüğəti. Bakı, Elm, 2004
  11. Aytən Hacıyeva. İngiliscə–azərbaycanca zoometaforizmlər lüğəti. Bakı. Nurlan, 2004.
  12. Büdcə terminlərinin izahlı lüğəti. Bakı. Ekspert nəşriyyatı, 2003. 97 səh.
  13. Adil İbrahimov. İngiliscə–Rusca–Türkcə–Azərbaycanca hüquq terminləri lüğəti. Bakı, Nurlan–2004, 247 səh.
  14. Rusca–Azərbaycanca dəmiryolu nəqliyyatı terminləri lüğəti. Bakı, Çaşıoğlu nəşriyyatı – 2004, 671 səh.
  15. Gülbəniz Qocayeva. Rusca–Azərbaycanca texniki terminlərin izahlı lüğəti. Bakı–2004, Azərbaycan Milli Ensiklopediyası nəşriyyatı, 775 səh.
  16. Zirəddin Xasıyev. Azərbaycan dili dialekt və şivələrinin qərb qrupunda heyvandarlıq terminləri. Bakı, Nurlan–2004, 146 səh.
  17. H.H.Əliyev. Qaynaq istehsalına aid izahlı terminlər lüğəti. Bakı–2004, 110 səh.
  18. Qorxmaz Əliyev, Aybəniz Rüstəmova. İzahlı diplomatiya terminləri lüğəti. Bakı, Nurlan–2004, 283səh.
  19. Qurban Qurbanlı. Rusca–Azərbaycanca dilçilik terminləri lüğəti. Naxçıvan, 2004, 135 səh.
  20. C.Allahverdiyev, A.Hacıyev, H. Əhmədova. Ehtimal nəzəriyyəsi və riyazi-statistika ilə bağlı izahlı termin lüğəti». Bakı–2004
  21. İ.M.Hüseynov, X.C.Bayramov, Q.Ş.Həsənova. İngiliscə–Rusca–Azərbaycanca aqrar istehsalı və maşınqayırmasına aid terminlər lüğəti. Bakı-2005, 86 səh.
  22. Azərbaycanca–latınca–türkcə qisa biologiya terminləri lüğəti, Bakı-2005, 86 səh.
  23. Qısa izahlı iqtisadi terminlər lüğəti. Bakı, Nurlan–2005, 493 səh.
  24. İzahlı iqtisadi terminlər lüğəti. Bakı, Nurlan–2005, I cild, 535 səh.
  25. İzahlı iqtisadi terminlər lüğəti. Bakı, Nurlan–2005, II cild, 545 səh.
  26. Təranə Xəlilova. Azərbaycan dilində izahlı inşaat terminləri lüğəti, Bakı, Nurlan–2005, 113 səh.
  27. Q.Məşədiyev, N.Seyidəliyev. İzahlı onomastik terminlər lüğəti. Bakı, Nurlan–2005, 117 səh.
  28. Geologiya terminlərinin izahlı lüğəti. Bakı, «Nafta press» nəşriyyatı–2005, 679 səh.
  29. M.Ə.Musayev, N.S.Abbasov, Q.T.Mustafayev. Rusca–Azərbaycanca zooloji terminlər lüğəti. Bakı, Elm–2005, 336 səh.
  30. A.Q.Ağayev. Maliyyə terminlərinin izahlı lüğəti. Bakı, Elm–2005.
  31. Akif Abbaslı. Azərbaycanca–ingiliscə pedoqoji–psixoloji terminlər lüğəti. Bakı–2005, 236 səh.
  32. M.Rəhimov. Rusca–azərbaycanca–ingiliscə kimya terminləri lüğəti. Bakı, Nurlan–2005, 165 səh.
  33. İbrahim Zeynalov. İzahlı tarix terminləri lüğəti. Bakı, Azərnəşr–2006, 282 səh.
  34. E.Allahverdiyev, S.Mahmudov. Azərbaycanca–rusca–ingiliscə meliorasiya terminləri lüğəti. Bakı, “MMC” nəşriyyatı–2006, 274 səh.
  35. M.Mehdiyeva. Neft–mədən istismar avadanlığı terminləri və onların izahlı lüğəti. Bakı, “Neft–Press” nəşriyyatı–2006, 206 səh.
  36. Turan Məmmədli. İzahlı biologiya terminləri lüğəti. Naxçıvan-2006, 185 səh.
  37. Əli Əhmədov. Pul, bank, birja terminlərinin izahlı lüğəti. Bakı–2006, 346 səh.
  38. Abbas Abbasov. İngiliscə–Azərbaycanca hüquq terminləri lüğəti. Bakı Universiteti nəşriyyatı–2007.
  39. Azərbaycanca–ingiliscə–rusca neft və qaz yataqlarının işlənməsinə aid terminlərin izahlı lüğəti. Bakı–2007, 415 səh.
  40. Abbas Abbasov, Aytən Bayramova. İngiliscə–Azərbaycanca qısa hüquq terminləri lüğəti. Bakı–2008.
  41. Torpaqşünaslıq və aqrokimya terminlərinin izahlı lüğəti. Bakı, Elm–2008, 250 səh.
  42. İngiliscə–Azərbaycanca–rusca aviasiya terminləri lüğəti. A–M hərfləri, Bakı, “Şərq- Qərb” nəşriyyatı, 2008, 768 səh.
  43. İngiliscə–Azərbaycanca–rusca aviasiya terminləri lüğəti. N-Z hərfləri, Bakı, “Şərq- Qərb” nəşriyyatı, 2008, 760 səh.
  44. Nəbatat terminləri (Azərbaycanca–rusca) və bitki adları (Azərbaycanca–latınca–rusca–ingiliscə), (latınca–Azərbaycanca–rusca–ingiliscə) lüğəti. I cild, Bakı, Elm, 2008, səh 327.
  45. Nəbatat terminləri (Azərbaycanca–rusca) və bitki adları (Azərbaycanca–latınca–rusca–ingiliscə), (latınca–Azərbaycanca–rusca–ingiliscə) lüğəti. II cild. Bakı, Elm, 2008, səh 350.
  46. N.Əliyeva, R.Şərifov, C.Əhmədov. İnformatika terminlərinin izahlı lüğəti. Bakı, Elm–2008, 120 səh.
  47. Soyuq silahın kriminalistik ekspertizasına aid terminlər lüğəti. Bakı, MMC nəşriyyatı–2008, 78 səh.
  48. R.Əliquliyev, Sədaqət Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya texnologiyaları nəşriyyatı, 2009, 201 səh .
  49. И.М.Гусейнов, Х.Ч.Байрамов, Г.Ш.Гасанова. Русско–англо–азербайджанский словарь технических терминов. Гянджа, 2009, 317 стр.
  50. C.E.Allahverdiyev, H.M.Əhmədova, A.H.Hacıyev. Ehtimal nəzəriyyəsi və riyazi statistika ensiklopediyası. Bakı, Elm, 2010, 1184 səh.
  51. И.М.Гусейнов, Х.Ч.Байрамов, Г.Ш.Гасанова. «Русско–англо–азербайджанский словарь технических терминов». Гянджа, 2009, 317 стр.
  52. Hacı Qulamhüseyn Sultanlı. Rusca–Azərbaycanca arıçılıq terminləri lüğəti. Bakı–2010, 130 səh.
  53. Rusca–ingiliscə–azərbaycanca heyvandarlıq terminləri lüğəti. Bakı, Elm–2009, 227 səh.
  54. İzahlı statistika terminləri lüğəti. Elmi redaktorlar: R.A.Səlimov, S.A.Sadıqova. T.Ə.Paşayev. Redaktorlar: Y.X.Yusifov, E.E.Yaqublu, F.Ə.Əliyev, G.A.Ağamoğlanova. Rəyçilər: İ.H.Alıyev, R.T.Həsənov, S.M.Yaqubov, V.T.Novruzov. Bakı, Səda nəşriyyatı, 2010, 720 səh.
  55. İzahlı tərcüməşünaslıq terminləri lüğəti. Rafiq Manafoğlu, Nizami Tağısoy, Rüstəm Kamal. Bakı, 2010, səh.163.
  56. Rusca–Azərbaycanca arıçılıq terminləri lüğəti. Hacı Qulamhüseyn Sultanlı. Bakı, 2010, səh.131
  57. Almanca–azərbaycanca izahlı beynəlmiləl iqtisadi terminlər lüğəti. Dərs vəsaiti. Bakı, “Kövsər” nəşriyyatı, 2010, 143 səh.
  58. M.Əliyev, V.Salmanov, İ.Əliyev. İngiliscə–rusca–azərbaycanca fizika terminləri lüğəti. Bakı, Elm, 2010.
  59. Arif Həşimov, Elmira Zamanova. Azərbaycan–rus–ingilis–türk dillərində fizika terminləri lüğəti. Baki, Elm, 2010.
  60. Azərbaycan–rus–ingilis–türk–alman–fransız dillərində elektrofizika terminləri lüğəti. Baki, 2010.
  61. Z.Salahov, İ.Qasımov. İngiliscə–azərbaycanca–rusca hərbi terminlər lüğəti. Baki, 2010.
  62. Leyla Jafarova, Sahla Mustafayeva. Glossary of grammatical terms and notions. Science and Education, Baku, 2011, 245 səh.
  63. İzahlı idman terminləri. Tərtib edəni: Aysel Xəlilova. Bakı, 2011, 194 səh.
  64. İ.H.Bəhərçinov, Ş.H.Həsənov, N.M.Qaraisayev, Ş.H.Xəlilli. İnşaat terminləri lüğəti. (yollar, körpülər, binalar,inşaat materialları,hidrotexniki və dəniz qurğuları). Bakı, Elm, 2011, 442 səh.
  65. Yaşar Alxasov, Fərhad Məzəmli. Azərbaycanca–rusca ərəb mənşəli eyniköklü sözlər lüğəti. Bakı, 2011, 256 səh.
  66. F.H.Qasımov, A.D.Hüseynova. İqtisadi terminlər tezaurusu. Bakı, “Elm və təhsil”, 2011, 156 səh.
  67. Bank–maliyyə terminlərinin izahlı lüğəti. Tərtibçilər: R.Sədirxanov, Rasim Həsənov. Bakı, Nurlar, 2011, 540 səh.
  68. İnşaat terminləri lüğəti (ingiliscə–rusca–azərbaycanca). Tərtibçilər: İ.H.Bəhərçinov, Ş.H.Həsənov, N.M.Qaraisayev, Ş.H.Xəlilli. Bakı, “Elm”, 2012, 442 səh.
  69. Kütləvi informasiya vasitələrində işlənən terminlər lüğəti (ingiliscə–azərbaycanca), Bakı 2012, 143 səh.
  70. Korroziya terminlərinin izahlı lüğəti. Tərtibçilər: T.Əhmədov, Q.Abbasov. Bakı, 2012.
  71. Avtomobil nəqliyyyatı terminləri lüğəti (rusca–azərbaycanca). Tərtibçilər: S.K.Gözəlov, R.T.Məmmədov, B.F.Namazov. Bakı, 2012
  72. İngiliscə–rusca kimya və neft istehsalı terminləri lüğəti. Tərtibçilər: A.Abbasov, N.Əliyeva. Bakı, 2012.
  73. İngiliscə–Azərbaycanca texniki terminlər lüğəti. Redaktor: Ş.Atayeva. Tərtibçilər: A.Abbasov, H.Həsənov, M.Quliyev. Bakı, 2012.
  74. Qısa ədəbiyyat terminləri lüğəti. Bakı, 2012.
  75. İnşaat terminləri lüğəti. Tərtibçilər: İrfan Erdoğmuş, Aytən Aydın qızı. Bakı, “Adiloğlu”, 2013, 340 səh.
  76. Azərbaycanca, türkcə, ingiliscə izahlı inşaat terminləri lüğəti. Tərtibçilər: Təranə Xəlilova, Bakı, “Elm və Təhsil”, 2013, 360 səh.
  77. Məhkəmə–trasoloji ekspertizası üzrə Azərbaycanca–rusca sözlük. Tərtibçi: Cabir Ahmet. Bakı, Elm və Təhsil, 2013, 96 səh.
  78. Fransızca–Azərbaycanca izahlı hüquq terminləri lüğəti. Tərtibçi: Gülbəniz Məmmədova. Bakı, “Elm və Təhsil”, 2013, səh.320.
  79. Neft terminləri lüğəti. (Azərbaycan, ingilis, türk, rus dillərində). Tərtibçi: Aytən Aydın qızı. Bakı, “Adiloğlu”, 2013, 1250 səh.
  80. Fəlsəfə terminlərinin izahlı lüğəti. Tərtibçi: Adilə Nəzərova. Bakı, Elm və Təhsil, 2014, 224 səh.
  81. İstilik təchizatı, ventilyasiya və ekologiya terminlərinin izahlı lüğəti. Tərtibçi: Nurməmməd Məmmədov. Bakı, 2014, 341 səh.
  82. Alınma terminləri lüğəti. Tərtibçi: Qulu Məhərrəmli. Bakı, “Altun nəşr”, 2014
  83. Logistika terminlərinin izahlı lüğəti. (ümumi rəhbərlik akademik A.Paşayev), tərtibçilər: Elman Nəcəfov, Ənvər Həzərxanov, Azər Qurbanov, Heydər Turabov, Məlahət Mənsimli, Emin Qasımov, Könül Hüseynova, Polad İsmayılov. Bakı, 2015.
  84. XI-XII əsrlər türk dillərində işlənən etnoqrafizmlərin izahlı lüğəti. Tərtibçi: Şəbnəm Həsənli-Qəribova. Bakı, 2015.
  85. А.М.Адилов. Терминонология дорожного и аэродромного строительства. Баку, 2015.
  86. Su təchizatı və kanalizasiya sistemlərinə aid rusca–azərbaycanca izahlı lüğət. Bakı, 2015.
  87. İngiliscə –azərbaycanca izahlı kompüter terminləri lüğəti. Bakı, Kitab klubu, 2015464, səh.
  88. İngiliscə–rusca–azərbaycanca kargüzarlıq terminləri lüğəti. Tərtibçi: Səbinə Alməmmədova. Bakı, Avropa nəşriyyatı, 2015.
  89. A.Abbasov. English-Russian dictionary of Sports terms. Baki, 2016.
  90. İzahlı terminlər lüğəti – I cild. Tərtibçilər: S.Sadıqova, S.Quliyeva. Bakı, Avropa nəşriyyatı, 2015. 242 səh.
  91. Azərbaycanca–ingiliscə–rusca telekommunikasiya terminlər lüğəti. Tərtibçi: Zəhra Əliyeva.
  92. Tibb terminləri və klinik simptomlar lüğəti (Azərbaycanca–latınca izahlı lüğət). Tərtibçilər: S.N.Alimetov, N.B.Məmmədli, Ş.S.İbrahimova.
  93. İstilik təchizatı və ekologiya terminlərinin izahlı lüğəti. Tərtibçi: N.Y.Məmmədov. Bakı, 2015.
  94. Neftqazçıxarma terminlərinin izahlı lüğəti. Redaktor: A.Əlizadə
  95. Fövqəladə hallarla bağlı terminlər lüğəti (Azərbaycanca–ingiliscə–rusca). Tərtibçilər: B.Cəfərova, Samirə Orucova, Vəfa Rəşidli.
  96. Bioinformatika terminləri lüğəti. Tərtibçilər: V.Əlizadə.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili

I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.

II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.

Yeni daxil edilmiş terminlər

Tarix terminləri lüğəti

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

İzahlı tarix terminləri lüğəti

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Rusca – Azərbaycanca Tarix Terminləri Lüğəti

Ön söz
Tariximizin öyrənilməsində, araşdırılmasında, gələcək nəsillərə çatdırılmasında çox sayda işlər aparılmış, tədqiqatlar həyata keçirilmişdir.Hazırladığım “Rusca – Azərbaycanca Tarix Terminləri Lüğəti” sırf Tarixlə deyil, eyni zamanda bu fənnin qolları və ayrılmaz tərkib hissələri olan Anatomiya, Arxeologiya, Arxitektura, Din Tarixi, Fəlsəfə, Tarixi Coğrafiya, Numizmatika, Sosiologiya, Politologiya, Heraldika, Etnoqrafiya, Polioqrafiya, Hüquq termini, Xüsusi termin,İqtisadiyyat, Epiqrafika və digər sahələri də özündə əks etdirir.
Bu lüğəti hazırlamaqda məqsədim bu fənnlə bağlı bütün qırıq – qırıq və pərakəndə məlumatları bir araya gətirmək və toplu halına salmaqdan ibarətdir.Nəzərə alsaq ki, hər hansı bir məlumatı onun mənbəyindən əldə etmək həm vaxt baxımından, həm də dolğunluq baxımından olduqca səmərəvericidir.
İnformasiya Kommunikasiya Texnologiyalarının yüksək sürətlə inkişaf etdiyi bir dövrdə Azərbaycan gəncləri üçün bu lüğətin rolu əvəzedilməz ola bilər.
Belə ki, bədnam qonşularımız ermənilər Rusiya Federasiyasında daha mütəşəkkil şəkildə kök atmışlar və tarixi faktları məharətlə təhrif edirlər.Bu baxımdan vəsaitin istifadəsilə informasiya müharibəsində gənclərimiz terminlərin rus dilində izahından istifadə etməklə daha effektiv mübarizə apara bilərlər.
Geniş oxucu kütləsinin diqqətinə təqdim olunan bu lüğət öz qarşısına Tarix fənni və onunla bilavasitə və ya dolayı yolla əlaqəli olan sahələri rus dilində və azərbaycan dilində araşdırmaq, öyrənmək, tərcümə işi ilə məşqul olmaq şəraiti yaradır.Əksər rus sözlərinin yanına nitq hissələrini, isimlərin cins və kəmiyyətini, fellərin tərzini göstərən qrammatik işarələr, habelə lazım gəldikdə sözlərin hansı sahədə işləndiyini göstərən üslubi və sair işarələr qoyulmuşdur.Lüğətin üstünlüklərindən biri tərcümə lüğəti mahiyyətindən başqa izahlı lüğət elementlərini də özündə cəmləşdirməsidir.Bu da əsas olaraq siyasi, elmi, fəlsəfi və tarixi terminlərə aiddir.
Respublikamız demokratiya yolu ilə dayanmadan və inamla irəliyə doğru addımlayan müstəqil bir dövlətə çevrilmişdir.Bu dəyişikliklər rus və azərbaycan dillərinin zamanın tələbinə uyğun olaraq inkişafına, zənginləşib təkmilləşməsinə, yeni söz və ifadələrin, çox sayda leksik ifadələrin semantik məzmununun dəyişməsinə və nəhayət, bir sıra sözlərin passiv lüğət fonduna – tarixizmlər və köhnəlmiş ictimai – siyasi terminlər sırasına keçməsinə güclü təkan vermişdir.Burda da təbii olaraq, sovet gerçəkliy və kommunizm ideologiyası ilə bağlı çoxsaylı sözlər daha da təkmilləşdirilmişdir.Artıq günümüzdə istifadəsi demək olar ki, heç bir halda heç bir ədəbiyyatda yer almayan terminlər ya tamam çıxarılmış, ya da məna əlaqəsinə uyğunluq gözlənilərək başqaları ilə əvəzlənmişdir.Oxucuya daha anlaşıqlı olması üçün “tar.” (“tarixi”) və ya “köhn”. (“köhnəlmiş”) kursivlə verilmişdir.
Azərbaycan Respublikasının orta məktəblərində, təhsil sistemində rus dilinin tədrisinə dövlət tərəfindən diqqət getdikcə artırılır və bu dil xarici dil kimi I – XI siniflərdə tədris olunur.Böyüyən gənc nəslin tariximizin orta məktəblərdə öyrənilməsi prosesində kitabın zəruriliyi zamanın tələbinə müvafiq getdikcə daha böyük əhəmiyyət kəsb edəcək.Bu kitab təkcə informasiya mübarizəsində istifadə üçün yox, həm də bizim ən yaxın qonşumuz olan Rusiya Federasiyası ilə Azərbaycan Respublikasının münasibətlərinin xoş bir tərzdə inkişafına təkan verəcəkdir.Axı, bu vəsait həm də rus gənclərinin Azərbaycan tarixinin obyektiv öyrənilməsinə bir mayakdır.
Oxucular (buraya müəllim, şagird, tələbə, eyni zamanda tarixlə maraqlanan istənilən həvəskar şəxsləri də aid etmək olar) tez bir zamanda hər hansı terminlə, onun mənası, ona yaxın olan eyniköklü sözlərlə, fleksiyaya uğramış sözlərin mahiyyəti və digər məna növləri ilə daha yaxından tanış ola bilər.Hazırladığım vəsait bütün təhsil sahəsini bütövlükdə əhatə etdiyi üçün istifadəsi demək olar ki, hər bir oxucuya böyük imkanlar açır.
Düşünürəm ki, hazırladığım vəsait gələcəkdə təkcə Tarix fənni üçün deyil, digər elmlərin, fənnlərin sistemləşdirilib tədrisə cəlb edilməsində yeni imkanlar açacaq və mükəmməl bir ənənənin başlanğıcını qoyacaq.Bununla da Azərbaycan elminə, təhsilinə qatqımız biz gənc müəlliflər üçün daha faydalı və stimulverici olacaq, bizləri yeni – yeni tədqiqatlara, araşdırmalar ilhamlandıracaqdır.Bir sözlə, Lüğət geniş oxucu kütləsinin tarix fənni ilə bağlı tələbatını dolğun şəkildə ödəyəcəkdir.

İstifadə olunmuş ədəbiyyat: RUSCA – AZƏRBAYCANCA LÜĞƏT ( 3 cilddə). ”ŞƏRQ – QƏRB” Bakı – 2005

Comments are closed, but trackbacks and pingbacks are open.