Press "Enter" to skip to content

Azərbaycanda baş vermiş ən dəhşətli zəlzələlər

Hatay: 4 nəfər həlak olub, 7 yaralı var, 300 bina dağılıb.

Tarix dərsində baş verənlər

. Tarix dərsi idi.Müəllim baş vermiş tarixi hadisələri xüsusi ahənglə danışır, kitabdan bəzi parçaları oxutdurur. Bununla da dərsə canlı maraq yaratmaq istəyirdi.

Просмотр содержимого документа
«Tarix dərsində baş verənlər»

. Tarix dərsi idi.Müəllim baş vermiş tarixi hadisələri xüsusi ahənglə danışır, kitabdan bəzi parçaları oxutdurur. Bununla da dərsə canlı maraq yaratmaq istəyirdi. Müəllim danışıb qurtardıqdan sonra sitat gətirdiyi kitabları oxumağı və qeydlər götürməyi tövsiyyə etdi. Bu vaxt uşaqlardan biri əlini qaldırıb söz istədi.
– Dinləyirəm,- deyə müəllim qulaq asdı.
– Məndə həmin hadisəyə aid daha maraqlı bir məlumat var.
Müəllim əsəbiləşdi və şagirdə oturmağı əmr etdi.
Gəlin müzakirə edək .
1.Dərsdə yaranmış mürəkkəb situasiyanı təhlil edin.
2.Müəllim hansı pedaqoji səhvə yol vermişdir?
3.Müəllimin dərsdə buraxdığı hər hansı səhv nə kimi nəticələrə gətirib çıxarar?
4.Sən belə vəziyyətdən necə çıxardın?
5.Dərsdə isifadə edilmiş üsul və formaları müəyyənləşdirməyə çalışın.

Azərbaycanda baş vermiş ən dəhşətli zəlzələlər

BAKU.WS xəbər verir ki, “azxeber.com” ölkəmizdə bu günə qədər yaşanan ən dəhşətli zəlzələlərin siyahısını hazırlayıb.

Alp-Himalay seysmo-aktiv bölgəsində yerləşən Azərbaycanda ilk böyük zəlzələ 5-ci əsrə təsadüf edir. 427-ci ildə Gəncə şəhərindən təqribən 25 km cənub-şərqdə 9 bal gücündə baş verən zəlzələ nəticəsində yüz minlərlə insan həlak olub.

700 il sonra, 1139-cu ilin sentyabrın 30-da Gəncədən 50 km cənubda yenidən dəhşətli zəlzələ baş verib. Belə ki, 9 ballıq zəlzələ nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və Göygöl, Maralgöl, Ceyrangöl, Ördəkgöl, Zalugölü, Ağgöl, Qaragöl və Şamlıgöl gölləri yaranıb.

Kənd və qalalar yerlə yeksan olub. Bəzi mənbələrə görə, 230 min, bəzilərinə görə isə 300 min insan həlak olub.

Zəlzələdən sonra Gəncə şəhəri əvvəl yerləşdiyi ərazidən bir az şərqdə yenidən salınıb.

1935-ci ildə Gəncədə yenidən böyük dağıntılara səbəb olmuş “Zurnabad zəlzələsi” qeydə alınıb.

Azərbaycan tarixində ən dəhşətli zəlzələlər Şamaxı və Bakı şəhərlərində olub.

– Şamaxı zəlzələsi 1667-ci ildə 6,9 bal gücündə olub. Zəlzələ nəticəsində 80 min insan dünyasını dəyişib. Bu zəlzələ Azərbaycan tarixində ən dəhşətli zəlzələ kimi qeyd edilir.

– Növbəti ən dəhşətli zəlzələ yenə də Şamaxıda 1669-cu ildə 5,7 bal gücündə qeydə alınıb. Zəlzələ nəticəsində 7 min insan dünyasını dəyişib.

– Şamaxıda daha bir zəlzələ isə 1902-ci ildə 6,9 bal gücündə olub. Zəlzələ zamanı şəhərin 2 min nəfərdən artıq sakini həlak olub, minlərlə insan yaralanıb, 20 min nəfərədək əhali evsiz-eşiksiz qalıb, 4 min yaşayış evi, 8 qədim məscid, 10-dan artıq mədrəsə, 40 qədim şərq hamamı, onlarla ticarət obyekti, bazar-dükan dağılaraq yerlə-yeksan olub.

Bakıda ən güclü zəlzələ isə 2000-ci ildə yaşanıb. Zəlzələ 6,8 bal gücündə olub. Zəlzələ nəticəsində onlarla tikili dağılıb, çat verib, 30 nəfər dünyasını dəyişib.

Tarixd baş vermiş döyüşlr

Ərazisinin böyük bir hissəsi fay xəttində yerləşən Türkiyədə növbəti dəfə güclü zəlzələ baş verib. Episentri Kahramanmaraş şəhərində yerləşən zəlzələ 7.4 bal gücündə olub. 10-dən çox vilayətdə dağıntılar yaradan təbii fəlakət nəticəsində 912 nəfər həlak olub, 5385 vətəndaş xəsarət alıb. Dağıdıcı zəlzələdən sonra ən böyüyü 6,6 bal gücündə olmaqla ümumilikdə 42 afterşok baş verib.

Regionlar üzrə itkilər və dağıntılar barədə statistika məlumatlar:

Hatay: 4 nəfər həlak olub, 7 yaralı var, 300 bina dağılıb.

Osmaniye: 20 nəfər həlak olub, 200 yaralı var, 83 bina dağılıb.

Adıyaman: 13 nəfər həlak olub, 22 yaralı var, 100 bina dağılıb.

Diyarbakır: 14 nəfər həlak olub, 226 yaralı var, 20 bina dağılıb.

Şanlıurfa: 18 nəfər ölüb, 200 yaralı var. 60 bina dağılıb.

Qaziantep: 80 nəfər həlak olub, 600 yaralı var, 581 bina dağılıb.

Kilis: 8 nəfər ölüb, 200 yaralı var. 50 bina uçub.

Adana: 10 nəfər həlak olub, 118 yaralı var. 16 bina dağılıb.

Malatya: 47 nəfər həlak olub, 550 yaralı var. 300 bina uçub.

Modern.az bildirir ki, Avrasiya-Ərəb-Afrika plitəsi arasında yerləşən Türkiyə ərzisində 1500-cü illərdən bu yana müxtəlif vaxtlarda 7 və daha yuxarı bal gücündə 23 zəlzələ baş verib. Təkcə ötən il müxtəlif gücdə 33 824 zəlzələ qeydə alınıb.

1509-cu ildə İstanbulda (7.2 bal), 1653-cü ildə İzmirdə (7.5 bal), 1668-ci ildə Anadolu bölgəsində (8 bal), 1688-ci ildə yenidən İzmirdə (7 bal), 1881-ci ildə Saqqız adasında (7.3 bal), 1930-cu ildə Hakkaridə (7.6 bal) güclü zəlzələlər baş verib, nəticədə minlərlə insan həlak olub.

17 avqust 1999-cu ildə Kocaeli bölgəsində 7.4 bal gücündə zəlzələ baş verib. 45 saniyə davam edən zəlzələ Türkiyə tarixində “ən uzun zəlzələ” kimi tanınır. Ölkənin bir çox bölgəsində dağıntılara səbəb olan hadisə 17 min 118 nəfərin ölümünə səbəb olub, 25 minə yaxın insan yaralanıb.

Elə həmin ilin noyabr ayının 12-də Düzcedə 30 saniyə davam edən 7,2 bal gücündə zəlzələdə 894 nəfər həyatını itirib, 2 min 679 adam yaralanıb, minlərlə insan evsiz qalıb. Təkcə Düzce bölgəsində 16.666 ev dağılıb.

2003-cü il mayın 1-də Bingöl bölgəsində 6.4 bal gücündə zəlzələ qeydə alınıb. Türkiyənin şərqini əhatə edən zəlzələ 176 nəfərin həlak olması ilə nəticələnib.

23 oktyabr 2011-ci ildə episentri Vanın mərkəzindəki Tabanlı kəndi olan güclü zəlzələ baş verib. Günorta saatlarında qeydə alınan zəlzələ 7.2 bal gücündə olub. Türkiyə bu zəlzələnin nəticələrini aradan qaldırmağa çalışan zaman noyabrın 9-da 5,6 bal gücündə növbəti zəlzələ xəbəri insanları təşvişə salıb. Hər iki zəlzələ nəticəsində 601 nəfər ölüb, 252 nəfər yaralanıb.

24 yanvar 2020-ci il yerli vaxtla saat 20:55-də Elazığ bölgəsində 6.8 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələdə 41 nəfər həyatını itirib, mindən çox adam yaralanıb. Həmin ilin oktyabrın 30-da İzmirdə yerin təxminən 16,54 kilometr dərinliyində 6,6 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 116 nəfər həlak olub, 1034 nəfər yaralanıb.

Akif İsmayılov

Comments are closed, but trackbacks and pingbacks are open.