Press "Enter" to skip to content

Tarixi Nadir və nadir tarix yazan ordu

“Mən özüm “Tarixi-Nadir” kitabını yarıya qədər oxumuşam, amma sənin dilini anlamıram. Bu bisavadlar neyləsinlər. “. Dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasında Məşədi İbadın dilindən deyilən bu sözlər sonradan məşhur zərbi-məsələ çevrildi. Adətən, nəyisə anlamayanda bu cümləni eşidirik. Həm bu zərb-məsəlin deyilmə səbəbi, həm də burada adı çəkilən “Tarixi Nadir” əsəri bu gün də çoxlarının maraq dairəsindədir.

TARİXİ – NADİRİ OxuMuSunuZ?

MEŞEDİ İBADIN SONA ÇATDIRMADIĞI “TARİXİ-NADİR”İ SİZ OXUMUSUNUZ?

Hele de sonacan oxuya bilmediyimiz ve ya oxumaq istemediyimiz “Tarixi-Nadir”-imiz haqqında. neyi bilirik?

DEYESEN YALNIZ BUNU BİLİRİK>>>>>>>>

Üzeyir Hacıbeyovun “O olmasın, bu olsun” operettasında Meşedi İbadın gileyi>>>.

——————
“Eşi, men “Tarixi-Nadir” kitabını yarıyacan oxumuşam, amma senin dediklerini anlamadım…”
——————

Bes bunun açıqlamasını kimse vere bilermi? Ve yaxud siz Tarixi – Nadiri oxumusunuzmu? Fikirlerinizi bilmek maraqlı olardı.

P.S. Cavabı ve ya açıqlaması olacaq.

15 comments

Comment from: yegi [Visitor]

«Tarixi-Nadir» kitabı 3-4 yox, 140 səhifədən ibarətdir. kitab hicri qəməri tarixi ilə 1272-ci ildə yazılıb və çap edilib «Kitabın 157 yaşı var. Elmə məlum olduğuna görə, Nadir şahın həyat və fəaliyyətinə aid tarixi əsər olan «Tarixi-Nadir» kitabının müəllifi Mirzə Mehdi xandır

26. 10. 10 @ 11:08
Comment from: qonaq [Member]
LanseloT – heyasızsan ey heyasız :)) Düz ad qoymuşam sene 🙂
06. 06. 07 @ 16:51
Comment from: LanseloT [Visitor]

YENILIK. ARTIQ SATISHDA. LanseloT-un yeni kitabi,artiq satishda. alin ve oxuyun. “TARIXI QONAxXXX”—18+”-kitabi sadece 10 yeni manata;))))))))))

06. 06. 07 @ 12:40
Comment from: Sabishka [Visitor]
Nadir chox qeddar hokmdar olub!
05. 06. 07 @ 18:53
Comment from: neutral_nur [Visitor]
Fikrimi izah ede bildimmi? Gorursen de gulmekden ferli oldu commentim;)
05. 06. 07 @ 15:04
Comment from: neutral_nur [Visitor]

Ola biler! Bele de yeqin ede bilerdim.Chunki melumatli deyildim kinoda adi chekilen Tarixi-Nadirle.O VAXT BIYABIR OLARAM KI,MEN NADIR SHAR ESERINI OXUMAYIM.BU ESER MEKTEB VAXTI MENIM SEVIMLI ROMANIM OLUB BILDiN. Yuxarida yazdiqlarim ise teqribi yazmishdim.Belke sen biyabir olasan? He?:))) Chunki “Belke de sehv dushunurem” kelmesini ya gore-gore gormemezliye vurmusan ya da gore-gore ozune ish axtarirsan!:)))))

05. 06. 07 @ 12:24
Comment from: sari cicek [Visitor]
Etna sen lap ensiklopediyamishsan ki.. Menim ensiklopedik refiqem 🙂
05. 06. 07 @ 11:52
Comment from: qonaq [Member]
Etna görürem de 🙂 Yaxşı baldız olsan Qoja qartal xod getmez 🙂
05. 06. 07 @ 11:31
Comment from: qonaq [Member]

Deyirem bu MİLLET HARDADIR? – LanseloT qırılmış gözüme deymir, ADI üstünde olan Deli_Balanın sesi batıb, Angel deyesen qarğa bazarında yetişdirdiyi qarğaların ticareti ile meşquldur, Nuruş da ki, ya pul sayır, YA Qırmızı qalstuk axtarır, ya da ki İngilis dilini öyrenmeye cehd edir :), German da heç. Qaqam yavaş yavaş keçir qocalar siyahısına. Murano yene de elinde telefon ağır yüklü avtomobil axtarır ki, şeklini çeksin. Ve saire ve ilaxır. :)))

“Tarixi Nadir” və nadir tarix yazan ordu

Məşhur “Tarixi Nadir” kitabı haqqında yəqin ki, hər kəs eşidib. Bu kitab 1736-1747-ci illərdə hakimiyyətdə olan türk soylu Əfşarlar sülaləsinin banisi Nadir şah haqqındadır. Tarixçilər onu hərbi nailiyyətlərinə görə “Şərqin Napoleonu” və ya “İkinci Makedoniyalı İskəndər” adlandırdılar. Dahi Üzeyir bəyin “O olmasın, bu olsun” operettasında Məşədi İbadın dediyi “Mən özüm “Tarixi Nadir” kitabını yarıya qədər oxumuşam, amma sənin dediyini anlamıram. Bu bisavadlar neyləsin?” ifadəsi də məhz bu kitab haqqındadır. Sonradan zərbi-məsələ çevrilən bu məşhur ifadəni yeri düşəndə səsləndiririk. Nəyisə anlamayanda bu cümləni çoxumuz istifadə edirik. Amma 27 sentyabrdan etibarən xalqımızın döyüş meydanında apardığı 44 günlük haqlı mübarizəsində öz tarixlərindən xəbərsiz mənfur düşmənlərin 30 il ərzində dediklərimizi anlamamaları onlara çox baha başa gəldi.

Ehtiyyatda olan hərbi vəzifəlilərin çağırıldığı təlim toplanışında mən də iştirak etdiyim üçün əks-hücum əməliyyatlarına başlayan ordumuzun uğurlarını radio və televiziyadan eşitdirdim, ordumuzun düşmənə endirdiyi sarsıdıcı zərbələrdən böyük qürur hissi keçirirdim. Ali Baş Komandanımızın ətrafında sıx birləşən xalqımız qələbəyə o qədər inamla köklənmişdi ki, bütün dünya bu birliyin qarşısında heç bir gücün dayana bilməyəcəyinin sübutunu 44 gün sonra “ağ bayraq” qaldıran düşmənin acizliyində gördü. Nadir tarixi hadisələrin yaşandığı həmin günlərdə şahidi olduğum bir digər məqam isə illərdir söylədiyimiz xalq-ordu birliyinin ən möhtəşəm nümunələrini görməyimdir. “Təlimdə tər, döyüşdə zəfər” üçün səfərbər olan biz, bu mehribanlıq, bu sevgi qarşısında minnətdarlığımızı keçdiyimiz təlimlərdə özümüzü daha yaxşı hazırlamağımızla ifadə etməyə çalışdıq. Ali Baş Komandanımızın Füzuli şəhərinin azad olunmasından sonra dediyi: “Bu gün tam məsuliyyətlə deyə bilərəm ki, Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək” fikri, müharibənin davamında Şuşa şəhərinin işğaldan azad olunması uğrunda gedən döyüşlər xalqımızın qəhrəman oğullarının dastana çevriləcək hekayələri, qalib ordunun qalib əsgəri kimi daha da qürurlanmağımıza səbəb oldu.

Ölkə başçısının hər dəfə xalqa müraciətini səbrsizliklə gözləyənlər arasında biz də var idik. Hər müraciət bizi daha da həvəsləndirir, düşmənə qəzəbimizi daha da artırırdı.

Bəzən “tarix təkrarlanır” deyə bir ifadə səslənir. Amma bu günümüzün tarixi heç vaxt təkrar olunmayan bir tarixdir. İzlədiyim rəsmi xəbərlər, döyüşlərdə iştirak edən igidlərimizlə etdiyim söhbətlər necə bir tarixin yazıldığını və bu hadisələrin dünya hərb tarixinə düşəcək hadisələr olduğunun sübutudur.

Yazı yazmaq üçün birinci qələm tutmağı öyrənmək lazımdır. Tarix yazmaq üçün isə silah mütləq idi. Videolardan birində: “Sara müəllim, sən mənə tarixdən “2” yazırdın, indi mən tarix yazıram” deyən igidimizin də vurğuladığı bu idi. Bəli, yeni bir tarix yazıldı. İstər hərb meydanında, istərsə də siyasi müstəvidə. “Tarixi Nadir”dən xəbəri olmayan düşmən, müasir hərb sənətilə nadir tarix yazan igidlər qarşısında duruş gətirə bilmədi. Bu bizim böyük qələbəmizdir. Bu bizim yeni tariximizdir. Bu kitablara sığmayacaq qəhrəmanlıq dastanıdır. Nə xoş ki, bu qələbə qazanılanda mən də qalib ordunun qalib əsgəri idim! Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Yaşasın müzəffər Azərbaycan Ordusu.

Yaqub İsayev

Naxçıvan televiziyasının redaktoru

Məşədi İbad “Tarixi-Nadir”i niyə yarıyacan oxuya bilmişdi – ARAŞDIRMA

“Mən özüm “Tarixi-Nadir” kitabını yarıya qədər oxumuşam, amma sənin dilini anlamıram. Bu bisavadlar neyləsinlər. “. Dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasında Məşədi İbadın dilindən deyilən bu sözlər sonradan məşhur zərbi-məsələ çevrildi. Adətən, nəyisə anlamayanda bu cümləni eşidirik. Həm bu zərb-məsəlin deyilmə səbəbi, həm də burada adı çəkilən “Tarixi Nadir” əsəri bu gün də çoxlarının maraq dairəsindədir.

Modern.az əməkdaşının apardığı bu kiçik araşdırmada da məhz bu iki məsələyə toxunub.

Belə bir kitab olubmu?

Kitabın tapılan nüsxələrinin hamısını birləşdirən iki ortaq cəhət var: onun Mirzə Mehdi xan tərəfindən yazılması və dil üslubu, ibarələrin qəlizliyi. Təbii ki, müəllif eynidirsə, mətnlər də eyni olacaq. Amma “Tarixi Nadir”in elə mətnləri var ki, orada süjet xətti və tarixi hadisələrin göstəriciləri tam başqadır. 1737-47-ci illərdə hakimiyyətdə olan Nadir şah tarixin də ziddiyyətli şəxslərindən olub. Buna baxmayaraq, bu əsərin müəllifi Mirzə Mehdi xan Nadir şahın şəxsi tarixçisi kimi onun bütün döyüşlərini, islahatlarını, məktublarını və digər bu kimi nəsnələri tam dəqiqliyi ilə köçürüb. Lakin tarixin təhrifi yenə də öz işini görüb. Əsərdə bir sıra tarixlər dəyişdirilib, hadisələr təhrif olunub. Amma bunların özü belə “Tarixi Nadir”in çətin dil üslubuna “xələl” gətirməyib.

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor əvəzi, filologiya elmlər doktoru Paşa Əlioğlu da diqqət mərkəzinə məhz bunu çəkir:

“İnstitutumuzda o kitabın nüsxələri çoxdur. Nəfisi xətti ilə yazılan da var. Elə nüsxə var ki, onun içində miniatürlərdən də istifadə edilib. Bu əsər farscadır. Onu Azərbaycan dilinə çevirmək o qədər də asan deyil. Çünki “münşaat dili” deyilən bir anlayış var. Bu həm də orta əsrlər Şərq nəsrinin dili kimi də qəbul olunub. Əsər o üslubda yazılıb. Ona görə bunu tərcümə etmək həddindən artıq çətindir”.

Amma Masallının Ərkivan kəndində yaşayan.

. Məşədi İbaddan savadlı Məşədi Həmid kişi deyir ki, ən böyük arzularından biri o kitabların dilimizə çevrilməsidir. Belə ki, Ərkivan qəsəbəsinin Göllücümə kəndinin axundu olan bu şəxs kənddə ev-ev gəzərək köhnə qədim kitabları toplayıb. Zər qədrini də ki, ancaq zərgər bilər. Evlərdə toz basmış bu xəzinələri toplayarkən Məşədinin qarşısına “Tarixi Nadir” adlı kitab da çıxır. O, daha Məşədi İbad kimi eləmir, kitabı düz axıra qədər oxuyur. Axıra qədər deyəndə, yəni bütün 147 səhifəni mütaliə edir. Oxuyandan sonra görüb ki, dərsliklərdə yazılan Nadir şahın tarixi ilə bu “Tarixi Nadir” arasında elə də ciddi fərq yoxdur. Amma fərq yalnız tarixi faktların əksi baxımından gözə dəymir. İfadə isə tam başqadır.

“Tarixi-Nadir” kitabının orijinal nüsxələrindən biri indi Masallı sakini Məşədi Həmid kişinin evində düz 40 ilə yaxındır ki, qorunur. Axundun dediyinə görə, “Tarixi Nadir” kitabını qonşu Bədəlan kəndindən olan yaşlı bir kitab təmirçisi satıb. O gündən bu günə kimi kitab Məşədinin ailəsində qorunur. 163 yaşlı kitab hicri qəməri tarixi ilə 1272 (1851)-ci il, şaban ayının 9-da çapdan çıxıb.

Bu kitab Nadir şahın 11 illik şahlıq dövründən bəhs edir. Kitabda İran şahı Nadir şahın vaxtından onun ətraf dövlətlərində baş verən müharibələr, onun özünün etdiyi müharibələr və qəribə hadisələr, eləcə də Azərbaycanla bağlı bəzi məqamlar, hətta İrəvan xanlığının Azərbaycan xanlıqlarından biri olması açıq-aşkar qeyd olunub.

Məlum olduğu kimi, Nadir şahın həyat və fəaliyyətinə aid tarixi əsərin müəllifi Mirzə Mehdi xandır. Lakin Masallının Ərkivan kəndində yaşayan axundun əldə etdiyi “Tarix Nadir” kitabı Əmir Yusif Milani tərəfindən qələmə alınıb. Kitabın içində İran-Hindistan müharibəsi, şahın əyanları və alimlərlə görüşləri, səfərləri əks olunan şəkillər də var. Məşədi Həmid bu kitabı axıra qədər oxuyub.

Əlyazmalar İnstitutunun direktor əvəzi Paşa Əlioğlu hətta onu yarıya qədər oxumağın böyük iş olduğunu deyir: Yəni kitab bu dərəcədə qəliz olub: “Onun yarımçıq halda, yaxud bir neçə səhifəlik nüsxələri ələ keçə bilər. Amma əsl “Tarixi Nadir” kitabı kifayət qədər iri həcmli bir əsərdir. Onu oxumaq hər adamın işi deyil. Bildiyimiz kimi o çox çətin bir dildə yazılıb. Orta əsrlərin Şərq poetik üslubunda yazılıb.

Filmdə Məşədi İbadın “yarıya qədər oxumuşam” deməsi gülüş doğurur. Amma o əsəri yarıya qədər oxumağın özü belə böyük işdir. Çünki fars poetik dilinin bütün standartlarına cavab verən əsərdə cümlə səhifənin əvvəlində başlayıb axırında bitir”.

Elədirsə, bəs Məşədi İbada niyə gülürdülər?

O məşhur ifadə ki var, biz bu gün də ona gülürük, əslində tam ayrı bir məzmunda deyilib. Belə ki, qəzetçi Rzanın əcaib-qəraib çıxışından sonra ona bildirilən münasibətdə “Tarixi-Nadir” kitabının adı hallanır: “Mən özüm “Tarixi-Nadir” kitabını yarıya qədər oxumuşam, amma sənin dilini anlamıram. Bu bisavadlar neyləsinlər?”

Bu cümlə Üzeyir bəyin necə də böyük qələm ustadı olmasına əyani sübutdur. Çünki onun deyilməsi ilə qonaqlıq məclisi arasındakı insanların ziddiyyəti öz əksini tapmış olur. Bir yandan qərb düşüncə tərzinə can atan lakin hələ də mental dəyərlərdən qurtula bilməyən insanlar, digər tərəfdən də şərq koloritini özündə qoruyan və kənarda oturub çay içməklə bunu hamının gözünə soxan Məşədi İbad. Bu epizodda səhifələrin azlığı və Məşədin İbadın onu yarıya qədər oxumağı gülüş obyekti deyil. Obyekt tam fərqlidir. Burada gülüş doğuran məqam Məşədi İbad kimilərin hələ də orta əsrlərin sxolastik Şərq təhsil çərçivələrindən kənara çıxa bilməmələridir. Yeni düşüncəyə gücü çatmayıb, onu yamsılayanlar da məhz buna gülür.

Mənə inanmırsınızsa, Paşa Əlioğluna qulaq asın:

“Üzeyir bəyin məşhur əsərindəki ifadə var – “Tarixi-Nadir”i yarıya qədər oxumaq. Onu yarıya qədər oxumaq da bir işdir. Özü də çətin bir iş. Çünki əsər elə bir üslubda yazılıb ki, onu nə indinin, nə də o vaxtın adamları asanlıqla oxuya bilərdilər. Üzeyir bəy orada tamam ayrı məsələlərə toxunub. Belə ki, o “Tarixi-Nadir”i yarıyacan oxumağı deyəndə heç də əsərin həcmini nəzərdə tutmurdu. O, bununla Məşədi İbadın köhnə təhsilin nümayəndəsi olduğunu göstərirdi. Çünki “Tarixi-Nadiri” oxumaq yalnız və yalnız köhnəliyin, köhnə təhsil və tədrisin işi sayılırdı. Həmin epizodda bildiyimiz kimi müasir təhsilin nümayəndələri oturub. Məşədi İbadın bunu deməsi onların arasında bir ziddiyyət yaradır. Mirzə Fətəli də bu kimi əsərlərə keçmişin qalıqları kimi baxırdı. Amma Üzeyir bəy obrazlılıqdan istifadə edərək fikrini ikinci mənada çatdırırdı. Axundov isə birbaşa mətləbi deyirdi. Üzeyir bəyin qəhrəmanının bu sözündəki gülüşün istiqaməti də tam fərqlidir. Bəlkə də Üzeyir bəy bir-iki səhifəni nəzərdə tutmayıb. O sırf bu məntiqdən məsələyə yanaşıb. Mirzə Mehdi xan elə belə adam deyildi. Dövrün çox tanınmış alimlərindən biri, Nadir şahın tarixçisi idi”.

P.S. Qayıdaq bu günümüzə. “Tarixi-Nadir”i yarıya qədər oxumaq məsələsi bu gün də gülüş obyektinə çevrilməkdədir. Guya ki, iki səhifə oxuyan Məşədi İbad özünün kifayət qədər ağıllı olmasını bildirir. Amma indi, deyəsən, heç “Tarixi-Nadir”dən iki cümlə oxuyan belə yoxdur.

Milli.Az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Comments are closed, but trackbacks and pingbacks are open.