Press "Enter" to skip to content

Azərbaycanda türk tayfaları

Antik mənbələr(e.ə. V-e.III əsrləri)-Hələ qədim yunanlar Şərq aləmi ilə maraqlanmış və bu ölkələr barədə müxtəlif məlumatları yazıya almışdılar.Azərbaycanın ərazisi və qədim tayfaları barədə ilk və nisbətən geniş məlumat qədim yunan tarixçisi Heredotun “Tarix” əsərində verilmişdir.Makedoniyalı İskəndərin Şərqə yürüşündən (e.ə.IV əsr) sonra bu ölkələrə maraq daha da artdı.Qədim yunan, Roma tarixçi və coğrafiyaçıları Strabon, Plini, Arrian, Kursi Ruf, Ammian Marsellin, Tassit, Yuli Solin və başqaları şərq aləminə həsr etdikləri əsərlərdə qədim Azərbaycanın əhalisi, coğrafiyası, bəzi siyasi hadisələri, əhalinin məşğuliyyəti, ölkənin adları və s. barədə məlumatlar verir.

Azərbaycan tarixinin qaynaqları

Azərbaycan tarixi müxtəlif qaynaqlar, yəni mənbələr əsasında tədqiq olunur və həmin qaynaqlar iki hissəyə bölünür: arxeoloji və yazılı abidələr.

Ən qədim və qədim arxeoloji abidələr-Arxeoloji qaynaqlar, adətən, qazıntılar zamanı yeraltı mədəni təbəqələrdən, qəbir abidələrindən, qədim məskənlərdən aşkar edilmiş müxtəlif əmək alətlərindən, sadə silah növlərindən, məişət və bəzək-düzək əşyalarından, dini təsəvvürləri ifadə edən heykəlciklərdən, göz muncuqlarından və s. ibarətdir.Arxeoloji qazıntılar ən qədim və qədim dövrün mədəniyyəti, yaşayış binalarınım forması(dördbucaq, yaxud dəyirmi), dəfn ayini(meyiti yandırma, yaxud basdırma, ölünü müxtəlif vəziyyətdə dəfnetmə və s.), qədim insanların antropoloji görkəmi, istehkamtikmə məharəti(Həsənli, Qəbələ və b.) və s. haqqında geniş təsəvvür yaratmaq üçün zəngin abidə qalıqlarını ortaya çıxardır.Azərbaycanın, xüsusilə Şimali Azərbaycanın ən qədim və qədim dövrü əsasən arxeoloji materiallar əsasında öyrənilmiş və öyrənilməkdədir.

Qədim yazılı mənbələr-Məlum olduğu kimi, yazı sinifli cəmiyyətin məhsuludur.Sinifsiz cəmiyyətdə bəlkə də şəkli işarələr yazının ilk növünü təşkil etmişdir.Şərqin sinifli cəmiyyətinin erkən mərhələsində piktoqrafik yazı işlədilirdi.Ən qədim mədəniyyət mərkəzi olan İkiçayarasında (Mesopotamiyada) piktoqrafiya (piktos “şəkil” ,qrafo ”yazı” deməkdir) mixi (bəzən ”mismari” adlandırırlar) yazı növü ilə əvəz olunmuşdu.Qədim Azərbaycanın öz qaynaqları olmadığından (yaxud bizə gəlib çatmadığından) onun tarixi barədə az-çox məlumatlar mixi yazılarda əks olunmuşdur.Nisbətən sonrakı qədim dövr barədə isə antik (yunan və latın qaynaqları) mənbələr məlumat saxlamışdır.Deməli, Azərbaycanın qədim tarixi yadelli yazılı mənbələrdə əks olunmuşdur.

Şumer-Akkad,Assur və Urartu mixi yazıları(e.ə. III-I minilliklər).Şumer, Akkad və Assuriya İkiçayarasında (Mesopotamiyada) ardıcıl mövcud olmuş qədim dövlətlər idi.Erkən Şumer dövlətləri qədim Azərbaycan (Urmiya gölü hövzəsi) ərazisi ilə siyasi və iqtisadi əlaqələr yaratmışdı.Bəzi Şumer dastanları bu barədə məlumatlar saxlamışdır.Akkad hökmdarları qədim Azərbaycan ərazisində yaşayan tayfaların İkiçayarasına hücumlarını dəf etməli olurdular.Bu tayfalar ilə döyüşlər Akkad hökmdarlarının salnamələrində öz əksini tapmışdır.Assur hökmdarları bilavasitə Azərbaycanın qərb torpaqlarına və həmçinin ərazinin daxilinə hərbi yürüşlər təşkil edir, ölkəni çapıb talayırdılar.Qədim Azərbaycan ərazisi barədə daha çox Assur mixi yazıları məlumat verir.Urartu hökmdarları həmçinin Azərbaycan ərazisinə ardıcıl yürüşlər edir və hadisələri öz salnamələrində və başqa abidələrdə canlandırıdılar.Kimmer, skit və sak tayfalarının Azərbaycana gəlməsi barədə ilk məlumatları özündə hifz edən mixi yazılar qədim Azərbaycan (cənubi) ərazisində mövcud olmuş Aratta, Kutium,Lullubum dövlətləri barədə təsəvvür yaratmağa imkan verir.Eyni zamanda mixi yazılar qədim Azərbaycanın hökmdar, yer və məkan adlarını saxlamışdır ki, bu adların elmi təhlili əsasında əhalinin etnik tərkibi barədə təsəvvür yaratmaq mümkün olmuşdur.

Antik mənbələr(e.ə. V-e.III əsrləri)-Hələ qədim yunanlar Şərq aləmi ilə maraqlanmış və bu ölkələr barədə müxtəlif məlumatları yazıya almışdılar.Azərbaycanın ərazisi və qədim tayfaları barədə ilk və nisbətən geniş məlumat qədim yunan tarixçisi Heredotun “Tarix” əsərində verilmişdir.Makedoniyalı İskəndərin Şərqə yürüşündən (e.ə.IV əsr) sonra bu ölkələrə maraq daha da artdı.Qədim yunan, Roma tarixçi və coğrafiyaçıları Strabon, Plini, Arrian, Kursi Ruf, Ammian Marsellin, Tassit, Yuli Solin və başqaları şərq aləminə həsr etdikləri əsərlərdə qədim Azərbaycanın əhalisi, coğrafiyası, bəzi siyasi hadisələri, əhalinin məşğuliyyəti, ölkənin adları və s. barədə məlumatlar verir.

Erkən orta əsr yazılı mənbələri(IV-X əsrlər)

Bizans qaynaqları-Azərbaycan hadisələri, xüsusilə hun və türk tayfalarının Ön Qafaza axını barədə, onların qədim etnik adları barədə Bizans qaynaqları (Menandr,Prokopi,Aqafi,Simokatta,İordan və b.) müxtəlif məlumatlar saxlamışlar.

Qədim Alban və erməni mənbələri-Qədim erməni dilində yazılmış Moisey Kalankatlının “Alban tarixi” erkən orta əsrdə Azərbaycanda iqtisadi, siyasi, dini hadisələri şərh etmişdir.O, mənşə etibarilə alban olmuş, lakin xristian dinini qəbul etmişdi.Erkən orta əsr Albaniya tarixi onun əsərində nisbətən geniş əksini tapmışdır.Azərbaycanın ərazisi ilə əlaqədar qədim erməni müəlliflərinin əsərlərində, xüsusilə Moisey Xeronasi və Favstos Buzandın tarix kitablarında müxtəlif etnik adlar,siyasi hadisələr yad edilmişdir.Xüsusilə xristianlığın Azərbaycanda yayılması barədə məlumat verilmişdir.

“VII əsr erməni coğrafiyası”Azərbaycan torpaqları barədə az da olsa məlumat saxlamışdır.Lakin bu qaynaqda tarixi həqiqət təhrif olunmuş, Azərbaycan (Albaniya) ərazisinə iddia ilə yanaşılmış, Albaniyanın qərb torpaqları Ermənistana şamil edilmişdir.

Ərəb mənbələri-Ərəb müəllifləri VII əsrdən etibarən Azərbaycan hadisələrinə diqqət yetirmiş və nisbətən müfəssəl məlumatlar saxlamışlar.Onlar (Bəlazuri, İbn Xordadbeh, İbn Havkəl, Təbəri, Müqəddəsi, Yaqut Həməvi, Məsudi və başqaları) Azərbaycanda mövcud olan dillər (azəri və arran dilləri), ölkənin adı, siyasi hadisələri və s. barədə də məlumatlar var.Bu mənbələr, Azərbaycan adının mənşəyi barədə mövcud olan mülahizələri saxlamış, burada türklərin ta qədimdən yaşadığını qeyd etmişlər.

Epiqrafik abidələr-Pəhləvi dilində daş, qala divarı üzərində həkk olunan bir sıra epiqrafik yazılarda Azərbaycanın ölkə adları əksini tapmışdır.Bəzən belə yazılar iki dildə (pəhləvi və yunan) daşa həkk olunurdu.Daş və saxsı üzərində yazılmış, alban dilinə aid edilən epiqrafik yazılar da mövcuddur.Cəmi yeddi-səkkiz qısa cümlədən ibarət alban epiqrafik yazılarının oxunuşu və anlayışı çətindir.Böyük Yazı mətninin olmaması onun oxunub açılmasına və başa düşülməsinə əngəl törədir.Buna baxmayaraq, alban yazılarını udin dili əsasında oxumaq cəhdləri göstərilmiş, lakin tam müvəffəqiyyət əldə olunmamışdır.Alban yazılarını türk dilləri baxımından oxumaq cəhdləri də göstərilir.Azərbaycanda (Qobustan) 12-ci Roma legionu Domisianın dövrünə aid (I əsr) latın, həmçinin bir sıra yunan yazısı aşkar edilmişdir.

Orta əsr yazılı mənbələri(XI-XVIII əsrlər)

Bu dövrün qaynaqları müxtəlif dillərdə, o cümlədən ərəb, fars, türk dillərində yazılmışdır.

Ərəb müəllifi İbn əl-Əsir sələflərinin əsərlərindən istifadə edərək Azərbaycan ərazisi və tarixi barədə müxtəlif məlumatları qeydə almışdır.Həmdullah Qəzvini Azərbaycanın coğrafiyası – şəhər, dağ, çay və təbii sərvətləri barədə məlumat verir.Rəşid əd-Din əsərlərində Azərbaycanda monqol Hakimiyyəti dövrünü və həmin dövrün etnik, siyasi və iqtisadi məsələlərini işıqlandırmışdı.Səlcuq sülaləsinin Azərbaycanda hakimiyyəti və dövrün siyasi tarixi Sədr əd-Din Hüseyninin əsərində öz əksini tapmışdı.Əbdürrəşid Bakuvi isə Azərbaycanın coğrafi şəraiti və əhalisindən bəhs etmişdir.Orta əsrlərdə yazıb-yaratmış müəlliflərin əsərləri Azərbaycan tarixinin müxtəlif məsələləri barədə məlumatlar saxlamışdır.Bunlardan Cüveyni, ən-Nəsəvi, Məhəmməd Naxçıvani, Həsənbəy Rumlu, Xondəmir, Mir Yəhya Qəzvini, Şərəfxan Bitlisi, İsgəndər Münşi, Övliya Çələbi və başqalarını göstərmək olar.Bu orta əsr tarixçiləri Azərbaycanda və Azərbaycanla bağlı hadisələrə, siyasi tarixə, Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin, Səfəvilər sülaləsinin hakimiyyətinə, iqtisadi həyatına, müharibələrə, feodallara qarşı çıxışlara, dövlət idarəsinə diqqət yetirmişlər.Azərbaycana gələn Avropa səyyahları Adam Oleari, Peter de Valli, Jan Şarden, Kempfer, Tomas Herbert, Rafael dü Man və başqaları Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatı haqqında müxtəlif məlumatlar toplamışlar.

Kapitalizm və imperializm dövrünün mənbələri

XIX əsrdə yaşamış tarixçilər orta əsr tarixçilərinin ənənələrini davam etdirərək əsərlərində Azərbaycanın bu və ya digər ərazilərindən bəhs etmişlər.Mirzə Adıgözəl bəy Qarabaği, Mirzə Yusif Qarabaği, Mir Mehdi Xəzani, Əhməd bəy Cavanşir, Həsənəli xan Qaradaği və Mirzə Camal Qarabaği Qarabağ tarixindən əsərlər yazmışlar.Kərimağa Fateh və Hacı Seyid Əbdül Həmid Şəki xanlığının, A.Bakıxanov isə Dağıstanın (“Gülüstani-İrəm” əsərində) qədim zamanlardan ta öz dövrünə kimi baş vermiş tarixi hadisələrini şərh etmişlər.

Azərbaycan tarixinin işıqlandırılması üçün o dövrün qəzet və jurnal materiallarının böyük əhəmiyyəti vardır.Dövri mətbuat Azərbaycan tarixinə və mədəniyyətinə, kənd təsərrüfatı və sənayesinə, gündəlik hadisələrə dair məqalələrdə tarixi biliyi təbliğ edirdi.

Azərbaycanın iki hissəyə parçalanması ilə əlaqədar Gülüstan və Türkmənçay müqavilələri mühüm mənbələrdir.Cənubi Azərbaycanın parçalanmadan sonrakı tarixi İran dövri mətbuatında, icmal və jurnallarda, dövlət sənədlərində öz əksini tapmışdır.

İstifadə olunmuş ədəbiyyat

*Z.M.Bünyadov, Azərbaycan tarixi I cild

*Azərbaycan tarixi, I-II cildlər.Bakı 1958-1960

*Azərbaycan tarixi üzrə qaynaqlar.Bakı,1989

*Yusifov Y.B. “Azərbaycan” adı haqqında yeni mülahizələr-Azərbaycan onomastikası problemləri, III Bakı,1990

Azərbaycanda türk tayfaları

Tarixi qaynaqlar qədim Azərbaycan ərazisində bir çox dövlətlərin qurulduğunu, onların bəzilərinin hətta imperiya səviyyəsinə yüksəldiyini sübut edir. Yazılı mənbələrə əsasən Azərbaycan ərazisindəki ilk tayfa birləşməsi tunc dövrünün axırlarında yaranmışdır. Həmin mənbələrdə ta qədimdən Azərbaycanda türk dillərində danışan etnosların varlığı və bu ərazilərin türklərin qədim vətəni olduğu dönə-dönə qeyd edilmişdir. Azərbaycan xalqının formalaşmasında əsas olmuş türk tayfaları bunlardır:

Arattalılar

Azərbaycanla ona qonşu olan torpaqlarda yaşamış tayfalarla bağlı ilk yazılı mənbələr e.ə. XXV-XXIII əsrlərə aiddir və onlar Urmiyə bölgəsində Akkadca yazılmışdır. Ancaq Azərbaycan torpaqlarında türk hakimiyyətinin tarixi e.ə. 4 min il əvvəllərə gedib çıxır. Mənbələrdə xüsusilə arattalılar, qutlar (qutilər), lullubilər və xurrilər haqda məlumatlar vardır. Ancaq elmi mənbələrə əsasən Azərbaycan torpaqlarında yaranmış ilk türk dövləti Arattadır. Arattalılarla bağlı məlumatlar Şumer dastanında qeyd olunmuşdur. Aratta dövləti e.ə. III minilliyin birinci yarısında meydana gəlmişdir. Onun torpaqları Urmiyə gölünün güney və güney-şərq hissəsini əhatə edirdi. Müasir Zəncan-Qəzvin ərazisi də Arattanın aşağı sərhədlərində idi.

Lullubilər

E.ə. III minilliyin ikinci yarısında Şumer şəhər dövlətləri süquta uğradılar. Bu vaxtlarda Urmiyə gölünün güney hissəsində lullubu (lullubi) tayfalarının ittifaqı yarandı. Lullubuları tarix səhnəsinə Su ve Turukki tayfaları çıxarmışdı. Bu tayfa dövlətinin yaranması e.ə. XXIII əsrdə reallaşdı. Vahid Lullubu dövləti e.ə. II minillikdə parçalandı və yerində xırda hakimiyyətlər yarandı.

E.ə. III minillikdə Urmiyə gölünün qərb və güney-qərb bölgəsində Quti tayfa birləşmələri mövcud idi. Onlar həmin minilliyin ikinci yarısından sonra dövlət kimi birləşdilər. Qutilər Şumerlərlə müttəfiq olmuşdular; lakin Akkadların işğalçı siyasətinə də kəskin etiraz edirdilər. Quti dövləti boy birləşmələrindən yaranmış bir dövlət idi. Onun tərkibində subar, turuk, kuman, bars, böri, qarqar, azər, zəngi və s. türk boyları iştirak edirdilər. Mənbələr yazır ki, qutilər e.ə. XXIII əsrin nəhayətində Mesopotamiyadan qovulmuşlar. Onların hakimiyyəti 91 il 40 gün çəkmişdir. Quti dövlətinin ən böyük xüsusiyyəti onun demokratik əsaslarla idarə edilməsi idi. Quti elinin paytaxtı indiki Kərkük (Arrapha) şəhəri idi.

Turukkilər

Turukkilərin yaşadığı coğrafıya Urmiyə gölündən tutmuş Zəncana kimi gedib çıxır. Turukkilər tarix səhnəsində qutilər və lullubilərlə eyni vaxtda çıxış etmişlər.

E.ə. III minilliyin axırı və II minilliyin əvvəllərində müasir Azərbaycan torpaqlarında yaşadığı təxmin edilən tayfaların və digər etnosların dilləri Zaqr-Elam, Zaqros, Kaspi və s. adlar verilən böyük dillər qrupunda birləşirlər.

Urmiyə gölü hövzəsində e.ə. III-II minillərdə subarlar da yaşayırdılar. Subarlar nəinki Azərbaycan xalqının, bir çox türk xalqlarının formalaşmasında iştirak etmişlər. Subarlar İki çay arasında (Dəclə-Fərat) yaşayırdılar və sonradan bura gələn sami tayfaları Akkad şəhər dövləti ətrafında cəmləşdilər və onun güclənməsinə amil oldular. Sonralar akkad, xurri və sami-asur tayfalarının hücumuna məruz qalan subarlar qərb, orta və şərq olmaq üzrə üç qola ayrıldılar. Urmiyə gölü hövzəsində məskunlaşanların bir xeyli hissəsi Sibir və Türküstan tərəfə üz tutdu. Sibirin adı da subarlarla bağlıdır. Orta hissədə qalan subarlar Dəclə və Fəratın yuxarı hissəsində, Van gölünün qərbində indiki Bitlis ilə Diyarbəkir arasında hər boy bir mahalda olmaq üzrə məskən saldılar.

Albanlardan sonra Azərbaycanda geniş ərazilərdə məskunlaşmış əsas tayfalardan biri qarqarlar idi. Qarqarlar çox qədim etnosdur. Mənbə olmadığından onların Şimali Qafqazdan Albaniya ərazisinə nə vaxt endiklərini söyləmək çətindir. Qədim türk tayfalarından olan qarqarlar haqqında e.ə. I minilliyin başlanğıcında yaranmış “Iliada” əsərində məlumat var. Qarqarlar kompakt halda yaşamışlar. Onlar Albaniyanın əsas tayfalarından idilər; Kürün aşağı tərəfində, Artsakda, Albaniyanın şimal-şərqində, eyni zamanda Cənubi Azərbaycanda, Şimali Qafqazda və indiki Ermənistan ərazilərində yaşayırdılar.

Sami tayfaları e.ə. III minilliyin əvvəllərində Fərat və Dəclə çayının şimal tərəfındə məskunlaşdılar. Əhəməni dövlətinin siyasi nüfuzu Qafqaz dağlarına çatdıqda Quzey Azərbaycanda yaşayan tayfalar artıq tarix səhnəsində görünməyə başladılar. Onların ən görkəmlisi kaspilərdir ki, Xəzər dənizinin bir adının da Kaspi olması onların yadigarıdır. Kaspilər qədim zamanların güclü xalqlarından biri olan kassilərlə qohumdurlar. Onların yaşadığı coğrafiya Muğan-Lənkəran ovalığı olmuşdur.

Tarixi qaynaqlar

Bakı, Çıraq, 400 səh.
ISBN 5-8025-0002-6

Язык: az
Год: 2007

›Azərbaycan tarixi üzrə qaynaqlar
(5.76 MB) (*.pdf)

Актуально

Хасбулатов: Вооруженный конфликт начали армяне

В Швеции представили лонгрид “Код культуры – Шуша”

Армяне продолжают вандализм, потому что международное сообщество им это позволило – Ричардас Лапайтис

Первые армяно-азербайджанские столкновения в Российской Империи

Библиотека

1918-ci il Şamaxı soyqırımı

Вся Библиотека

Социальные сети

Подписаться

В этой интерактивной истории вы видите живые иллюстрации к очерку известного британского писателя-публициста Томаса де Ваала из его нашумевшей книги о нагорно-карабахском противостоянии “Черный Сад”. Эти фотографии о трагической судьбе мечети Аббаса Мирзы – набатный бой против армянских вандалов, разрушающих мусульманские святыни.

Памятник азербайджанского средневекового зодчества начала XVII века. Мечеть Аббас Мирзы, или Джума (Пятничная) мечеть. Наверное, именно эту мечеть с горечью искал в Ереване британский журналист Томас де Ваал

2007 год. Стонущие руины мечети Аббас Мирзы

2010 год.На этом месте была Эриванская крепость. Мечеть Аббас Мирзы стояла здесь. Вот что от нее осталось. А вокруг воздвигнуты новостроки Глендейл хилза.

Использование материалов разрешено только при наличии активной ссылки на источник. Все права на картинки и тексты в разделе Новости принадлежат их авторам.

Comments are closed, but trackbacks and pingbacks are open.