Tarixi sazişlər
Nəsiman Yaqublu təəssüf edir ki, belə saxtakar tarixçilər hələ də var. Onun fikrincə, bu gün elə tarixi monoqrafiyalar yazılır ki, onların 1920-ci ildə yazılan bolşevik əsərlərindən heç fərqi olmur:
Azərbaycan-İran münasibətləri yeni mərhələdə – ŞƏRH – VİDEO
İran prezidentinin Azərbaycana səfəri iki ölkə arasında yeni ikitərəfli münasibətlərin başlamasına zəmin yaradacaq.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu fikri Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Aydın Mİrzəzadə deyib.
Millət vəkilinin sözlərinə görə, son illər İranla Azərbaycan arasında imzalanmış önəmli sənədlər, Xəzər dənizinin müvafiq bloklarının birgə işlənməsi haqqında Anlaşma memorandumu, Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında sazişlər tarixi əhəmiyyət daşıyır və hər iki dövlətə fayda gətirəcək.
Digər tarixi saziş isə blokların birgə işlənilməsinə dair razılaşmadır. Əslində bu, Türkmənistan üçün də örnək ola bilər. Məhz bu saziş iki dövlət arasında olan ziddiyyətin əməkdaşlıqla əvəz edilməsinə zəmin yaradır.
Bundan başqa, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Astara-Rəşt dəmir yolu xətti də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində olan boşluğu aradan qaldıracaq və qitələri yeni yolla birləşdirməyə imkan verəcək.
İqtisadi əməkdaşlığın genişlənməsinə paralel olaraq siyasi əlaqələr də möhkəmlənir. Xüsusilə bu, Dağlıq Qarabağ məsələsi baxımından Azərbaycan üçün əhəmiyyətlidir. İran prezidenti Həsən Ruhaninin münaqişənin həlli ilə bağlı fikirləri rəsmi Bakını tam qane edir.
Ruhani açıq ifadə edib ki, ölkələrin ərazi bütövlüyü və regionun coğrafiyası dəyişməməlidir.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
Tarixi sazişlər
Türkmənistan qazının Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyə və Avropaya nəqli davam edən Rusiya-Ukrayna müharibəsi fonunda enerji böhranı ilə üzləşən Avropa ölkələrinin enerji təhlükəsizliyi baxımından “tarixi hadisə” olacaq.
Avropa.info xəbər verir ki, bu fikri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan – İlham Əliyev və Türkmənistan prezidentləri – Serdar Berdiməhəmmədovun iştirakı ilə keçirilən ilk üçtərəfli sammitin yekunları üzrə enerji ekspertləri bildiriblər.
Sammit bir gün əvvəl Türkmənistanın “Avaza” Milli Turizm Zonasının Konqres Mərkəzində keçirilib.
Azərbaycan, Türkiyə və Türkmənistan arasında bir sıra sazişlər, o cümlədən digər məsələlərlə yanaşı, türkmən qazının Türkiyə və Avropaya nəqlini nəzərdə tutan “Enerji sahəsində əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumu” imzalanıb.
Ekspertlər hesab edirlər ki, enerji resurslarının şaxələndirilməsini təmin etmək üçün qitə ölkələri bu təşəbbüsü dəstəkləməlidir.
Belə ki, Oksford Enerji Araşdırmaları İnstitutunun elmi işçisi Gülmira Rzayeva “Anadolu” agentliyinə müsahibəsində Türkmənistanın böyük təbii qaz ehtiyatlarına malik olduğunu və hər il Rusiya və Çinə milyardlarla kubmetr “mavi yanacaq” ixrac etdiyini bildirib.
Ekspertin fikrincə, türkmən qazının mayeləşdirilmiş təbii qaz (LNG) şəklində əvvəlcə Azərbaycana, sonra isə TANAP vasitəsilə Türkiyə və Avropaya nəqli sərfəli deyil. Mütəxəssis qeyd edib ki, bu cür daşımaları kəmər çəkməklə həyata keçirmək daha rahatdır.
Onun sözlərinə görə, bu təşəbbüs çərçivəsində Türkmənistanın quruda və Xəzər dənizindəki obyektlərində qaz hasilatı sahələrində əlavə investisiyalar tələb oluna bilər.
Rzayeva əmindir ki, Türkmənistan əvvəllər təbii qaz satmağa hazır idi, lakin Rusiyanın təzyiqi ilə bu istiqamətdə heç bir addım ata bilməyib:
“Türkiyə həm siyasi, həm də hərbi baxımdan Türkmənistanın təhlükəsizliyini təmin etməkdə qərarlıdır. Elə oldu, bu tarixi ideya bu gün reallaşdı. Mən bunu tarixi hadisə adlandırıram”.
Ekspertin sözlərinə görə, Türkmənistan qazı ilkin olaraq 10 milyard kubmetr həcmində nəql oluna bilər.
“Türkmən qazının qiyməti Türkiyə üçün digər tədarükçü ölkələrdən alınan qazdan daha məqbul ola bilər. Ekspert hesab edir ki, türkmən qazı münasib qiymətə alınacaq və Türkiyə digər ölkələrlə münasibətdə mövqeyini möhkəmləndirəcək.
Bu təşəbbüsün faydalarını şərh edən Rzayeva bildirib ki, bu layihənin həyata keçirilməsi Türkiyəni sənaye inkişafı baxımından regionun, hətta dünyanın ən zəngin ölkələrindən birinə çevirəcək.
“Türkiyə bu gün çox istehsal edir və ixrac edir, lakin qaza ehtiyacı var. Türkiyənin qazı olsa, Almaniyanı əvəz edə bilər. Gələcəkdə bu resurs sayəsində daha çox, 30 milyard kubmetrə qədər qaz vermək mümkün olacaq, çünki Türkmənistanda belə bir potensial var. Təbii ki, Türkiyə vasitəsilə Avropaya ixrac etmək mümkün olacaq”, – Rzayeva əlavə edib.
Aralıq Dənizi Enerji Şirkətləri İttifaqının Neft və Qaz Departamentinin direktoru Soxbet Karbuz da türkmən qazının Qərb bazarlarına nəqlini əhəmiyyətli hesab edir.
Onun sözlərinə görə, qazın Xəzər vasitəsilə nəqlinə başlanması Avropanın enerji vəziyyətinə müsbət təsir göstərəcək. “Avropa ölkələri bu təşəbbüsü mütləq dəstəkləməlidir. Cənub Qaz Dəhlizi Aİ-nin enerji siyasəti üçün prioritetdir”, – Karbuz bildirib.
Tarixi sazişlər
Tarixi adətən keçmişin siyasəti, siyasəti isə sabahın tarixi kimi qiymətləndirirlər. Tarix bir elm kimi təkcə baş verən hadisələrin xronoloji ardıcıllığından ibarət deyil, O həm də bu günün ictimai-siyasi prosesləri üçün təcrübə rolunu oynayır, hər bir xalqın milli özünüdərkini öz arxivində qoruyub saxlayır. Amma tarixin sonradan təhrif olunması gələcək ideoloji fəsadlara yol açır.
Sovet dövründə çoxəsrlik Azərbaycan tarixi rus təfəkkürlü tarixçilər tərəfindən saxtalaşdırılıb, təhriflərə məruz qalıb. Bu prosesin məqsədi xalqla onun kökü, keçmişi arasındakı bağı qırmaq və yuyulmuş təfəkkürdən öz məqsədləri naminə istifadə etmək idi. Çox təəssüflər olsun ki, həmin tendensiya bu gün də bəzi “tarixçilər” tərəfindən qorunub saxlanılır. Bugün də hansı maraqlara xidmət etdikləri bilinməyən bəzi tarixçilər tarixi şəxsiyyətlərə çamur atmaqla, onların dəyərini və tarixdə tutduqları mövqelərini təkzib etməklə məşğuldurlar.
Modern.az saytı mühacirət və Cumhuriyyət tarixi üzrə araşdırmalar aparmış alim Nəsiman Yaqublu ilə bu barədə söhbət edib:
Nəsiman müəllim əvvəlcə Cumhuriyyət dövrünə qədər Azərbaycan tarixi ilə bağlı o qədər də güclü araşdırmaların olmadığına toxunub. Onun sözlərinə görə, çox qısa ömrü olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) bu missiyası yarımçıq qalıb. Lakin Məhəmməd Əmin Rəsulzadə özünün “Azərbaycan Cumhuriyyəti” əsəri ilə bu sahədə ilkə imza atıb, müəyyən təhriflərin qarşısını alıb:
“Bu məsələ ilə bağlı çox ciddi problemlər var. Azərbaycan tarixi ilə bağlı ətraflı araşdırmalar XX əsrdən bu tərəfə yazılmağa başlayıb. Ondan əvvəl yazılanlarda isə kifayət qədər ciddi təhriflər olub. Bircə Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” adlı əsəri daha sanballıdır və tarixi faktlar orada doğrudur. 1920-ci ilə qədər olan tariximizi isə azərbaycançılıq, milli ideoloji istiqamətdən ən yaxşı təhlil edən isə Məhəmməd Əmin Rəsulzadə olub. O, qısaca olaraq “Azərbaycan Cumhuriyyəti” adlanan əsərində ta qədim dövrlərdən AXC-in qurulmasına və dağılmasına qədər olan dövrü çox gözəl təhlil edib. Kitab 1923-cü ilin may ayında yazılıb. Türkiyənin İzmir şəhərində keçirilən sərgidə “Atatürk” adına mükafata layiq görülüb. Yeganə kitabdır ki, burada Azərbaycanın həm qədim dövr, həm orta əsrlər, həm də XX əsrin əvvəllərindəki istiqlal mübarizəsi öz əksini tapır. Azərbaycançılıq ideologiyası üçün çox vacib və demək olar ki, o zaman görə yeganə kitab idi. Ona görə də Atatürk həmin nəşri 3500-dən çox kitabı olan şəxsi kitabxanasında saxlayırdı və üzərində karandaşla vacib qeydlər edərdi”.
Nəsiman Yaqublu bildirir ki, Azərbaycan tarixinin saxtalaşdırılması məhz 1920-ci ildən sonra sovet quruluşunun formalaşması ilə meydana gəlib. Bu zaman bir çox tarixçilərimiz də düşmən dəyirmanına su töküblər:
“İkinci bir məsələ isə Azərbaycan tarixinin təhrif olunması ilə bağlıdır. 1920-ci ildən sonra, yəni Azərbaycan bolşeviklər tərəfindən istila ediləndən sonra Azərbaycan tarixi çox böyük təhriflərə məruz qaldı. Çünki sovet quruluşu yeni formalaşmışdı və yazılan tarixi kitablar da həmin ideologiyaya xidmət etməli idi. Bu kimi kitablarda əsas məqsəd Azərbaycanın dövlətçilik tarixini inkar etmək, AXC-in varlığını təkzib etmək, dövlətçilik ideologiyasının əksinə fəaliyyət göstərmək idi. Kim idi bunları yazan – rus, erməni tarixçiləri və rus, erməni tarixçilərinin dəyirmanına su tökən öz tarixçilərimiz. Onlara misal olaraq Əliheydər Qarayev, Mirzədavud Hüseynov, Ruhulla Axundov və başqa yerli bolşevikləri göstərmək olar. Bunlar ciddi şəkildə Azərbaycan tarixini inkar edirdilər. Daha çox oktyabr inqilabını, sovet quruculuğunu irəli çəkirdilər. Bir çox yalançı tarixçiləri də bu işlərə cəlb edirdilər. Məhz onların sayəsində o zaman yazılan tarix çox təhriflərə məruz qaldı”.
Nəsiman Yaqublu təəssüf edir ki, belə saxtakar tarixçilər hələ də var. Onun fikrincə, bu gün elə tarixi monoqrafiyalar yazılır ki, onların 1920-ci ildə yazılan bolşevik əsərlərindən heç fərqi olmur:
“O zaman hansı şəxslər ki, əsl, saxtalaşdırılmamış tarixi yazırdılarsa, onları gözümçıxdıya salırdılar. Məsələn, akademik Heydər Hüseynov “XIX əsr Azərbaycan ictimai-siyasi fikir tarixindən” adlı çox sanballı tarixi monoqrafiya yazdı. Bu kitaba əvvəlcə “Stalin” mükafatını verdilər. 1950-ci illərin əvvəllərində isə gördülər ki, yox, burada Qafqaz xalqlarının azadlığına da yer verilib. Odur ki, hamısı sifarişlə kitabı tənqid etdi və ona verilən “Stalin” mükafatı geri alındı. Alimi o həddə çatdırdılar ki, axırda Şüvəlandakı bağında özünü asıb öldürdü.
Tanıdılması vacib olan tarixi şəxsiyyətlərin əvəzinə Stepan Razin, Yemelyan Puqaçov kimi düşmənləri təbliğ etdilər.
Bu kimi səhvlər sonradan da qaldı. Təhriflər daha çox tarixi hadisələrin dəqiqliyində, şəxsiyyətlərin kimliyində və rəqəmlərdə özünü göstərirdi. Bu cür tarixçilərimiz indi də var. Çox təəssüf ki, onlar professor, akademik adlarına layiq görüldülər. Bu gün də bəzilərinin yazdığı kitablar 1920-ci illərdə bolşevik tarixçilərin yazdıqları ilə eynidir. Bir tarixçi kimi deyirəm ki, baş verən tarixi hadisələrə və şəxsiyyətlərin tarixdə gördükləri işlərə obyektiv yanaşılsın”.
Tarixçi alim xüsusi olaraq bir məqama diqqət çəkilməsini istəyir:
“Bunu xüsusi olaraq qeyd etməliyəm: 1920-ci ildə AXC dağılandan sonra məcburi şəkildə ölkə xaricinə gedən istiqlalçı ziyalılar orada da Azərbaycan tarixinin təhrifinə qarşı çıxırdılar. Bunlara misal olaraq Məhəmməd Əmin Rəsulzadəni, Yusif Akçuraoğlunu, Hüseyn Baykaranı, Hilal Münşini, Mirzəbala Məmmədzadəni və başqa mühacirləri göstərə bilərik. Xaricdə yaşayan mühacirlərimiz orada Azərbaycan tarixini təhrif edən şəxslərə qarşı çıxırdılar. Məsələn, mühacirlərin ciddi cəhdlə qarşı çıxdığı şəxslərdən biri də məşhur Qurban Səiddir. Hilal Münşinin onun əleyhinə olan məqaləsi var. Çox yaxında həmin məqaləni sizin sayta təqdim edəcəyəm. Orada Azərbaycan tarixini təhrif edən Qurban Səidə iradlar tutur onu düzgünlüyə çağırır.
N. Yaqublu Azərbaycan tarixinin hansı şəxsiyyətlərinin və hansı dövrlərinin təhrifə məruz qalmasını bu cür sistemləşdirib:
“Əvvəlcə bir məsələni qabartmaq istərdim: hətta ən öndə gedən bəzi alimlər də Rəsulzadəni kiçiltməkdən ötrü Topçubaşov və başqa şəxslər barəsində cild-cild kitablar yazdılar. İnanın, mən bunu tam səmimiyyətimlə deyirəm, onların əsas məqsədi Topçubaşov, Xoyskiyə olan sevgi deyil, onların məqsədi sadəcə Rəsulzadəni ikinci plana salmaqdır. Təbii ki, onların hamısı Azərbaycan tarixinin böyük şəxsləridir. Amma onları elə işıqlandırmaq lazımdır ki, bir-birlərinin kölgəsində qalmasınlar.
İkinci bir xətt isə 1980-ci illərin sonlarında SSRİ-yə qarşı baş qaldıran Milli Azadlıq Hərəkatına aid yazıların olmamasıdır. Axı o da tariximizin bir parçasıdır və milli ideologiya uğrunda nəhəng imperiyaya qarşı qalxmışdılar. Təəssüflər olsun ki, o barədə heç nə yazılmayıb. Milli Azadlıq Hərəkatının tarixi işlənməyib.
Üçüncü xətt, Azərbaycan mühacirət tarixi ilə bağlıdır. Mühacirətdən danışanda yalnız Rəsulzadə, Ceyhun Hacıbəyli, Mirzəbala Məmmədzadə və onlar kimi iki-üç adamın adı çəkilir. Amma tək onlar deyil axı. Mühacirətdə, qürbətdə bir çox həmyerlilərimiz olub. Onlar haqqənda yazılamlıdır”.
Comments are closed, but trackbacks and pingbacks are open.