Press "Enter" to skip to content

Bilik növləri və xüsusiyyətləri (tam siyahı)

241 667 просмотров

YENİ AZƏRBAYCAN PARTİYASI

Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) Memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkanı verməmişdir. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə o, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı olmuşdur. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa vermişdir. Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir. 1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətələrini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. 2003-cü ilin oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir. 2003-cü il dekabrın 12-də Azərbaycan xalqına ağır itki üz verdi. Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, xalqımızın Ümummilli lideri, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əlirza oğlu Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat etdi. Dekabrın 14-də mərhumun cənazəsi vətənə gətirilərək və Fəxri Xiyabanda torpağa verildi. Dəfn mərasimini yüz minlərlə insan müşayiət etdi və həmin gün ümumxalq matəminə çevrildi. Dəfn mərasimindən keçən ilk günlər ərzində ölkəmizdə və xaricdə yaşayan milyonlarla insan Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək, Onun şəxsiyyətinə olan xalq sevgisini və hörmətini bariz şəkildə nümayiş etdirdilər. Ümummilli Liderin parlaq xatirəsi xalqımızın yaddaşına əbədi həkk olunmuş və tariximizdə heç vaxt silinməyən izlər qoymuşdur. Heydər Əliyev bir sıra beynəlxalq mükafatlara, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara layiq görülmüşdür. O, dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını almış, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunmuşdur. Azərbaycan real təhlükələrlə üzləşdiyi dövrdə xalqın tələbi ilə hakimiyyətə qayıdaraq ölkəni böhrandan xilas etdiyinə görə milyonlarla insanın müraciəti əsasında Azərbaycan Respublikasının Milli Məclisi 15 iyunu Heydər Əliyevin şərəfinə dövlət bayramı – Milli Qurtuluş günü elan etmişdir. Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqəti cəlb etmiş, heyranlıq doğuracaq coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılmışdır. Heydər Əliyev birinci dəfə hakimiyyətə gələndə – 1960-cı illərin axırlarında Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşanmışdı. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə də yenə özünün siyasi bacarığı gücünə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas edə bilmiş və cəmiyyətin məqsədini, qayəsini öz varlığında, özünün güclü şəxsiyyətində təzahür etdirərək, doğma xalıqını yenidən vahid bir məfkurə ətrafında səfərbər edib onun qəlbində sabaha inam hissi yaratmağı bacarmışdı. Bütün bu illər ərzində əsl rəhbər kimi məhz Heydər Əliyev Azərbaycan həqiqətlərini qətiyyətlə bütün dünyaya tanıda bilmişdir. Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirməyi bacarmışdır. Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi arxada qalmışdır. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Azərbaycan rəhbəri həmişə öz sözü, öz çəkisi, öz sanbalı ilə seçilmişdir. Ümumxalq məhəbbəti qazanan Heydər Əliyevin bitməz-tükənməz enerjisi xalqı yaradıcılıq uğurlarına ruhlandırmışdır. Tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq, üçüncü miniliyyi inamla qədəm qoymuşdur. Heydər Əliyevin zəkası bütün sədləri yararaq və qarşıya çıxan heç bir çətinliyə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırmışdır. Olduqca mürəkkəb bir dövrdə xalqın xidmətində dayandığını nümayiş etdirən Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini və edə bilməyəcəyini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri sırasında həmişəlik öz layiqli yerini tutmuşdur. Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı fırtınalı həyatı boyu hər zaman xalqını vətənini düşünmüşdür. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Heydər Əliyev bir dövlət başçısı kimi Azərbaycanın ən çətin anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, ölkəsini bəlalardan qurtarmağı bacarmışdır. Təbiətin ona bəxş etdiyi bir çox nadir keyfiyyətlər sayəsində Heydər Əliyev uzaqgörən şəxsiyyət kimi tarixi hadisələrin gedişini irəlicədən müəyyən edə bilir, milli tarix üçün olduqca böyük əhəmiyyət daşıyan qərarlar qəbul edilən zaman əsl vətənpərvər mövqeyi nümayiş etdirir, tam qətiyyətlə hərəkət etməyi bacarırdı. Şəxsiyyətindəki qətiyyət onun geniş auditoriya qarşısında çıxışlar edərkən çox vaxt elə bədahətən söylədiyi fikirlərdə parlaq əksini tapmışdır. Sarsılmaz məntiq üzərində qurularaq qeyri-adi dərəcədə böyük təsir gücünə malik məruzə və nitqləri Heydər Əliyevin fəlsəfi və siyasi dünyagörüşündəki dərinliyin və genişliyin açıq ifadəsidir. Azərbaycan dövlətinin başçısı, Azərbaycan Respublikasının Prezidenti kimi Heydər Əliyevin çoxəsrlik dövlətçiliyimiz tarixində müstəsna yeri vardır. Heydər Əliyevin fəaliyyəti öz əhəmiyyəti baxımından Azərbaycanın hüdudlarından çox-çox kənarlara çıxır. Müasir dövrdə nəinki Azərbaycanda, hətta bütün postsovet məkanında, eləcə də dünya miqyasında gedən prosesləri Heydər Əliyevin şəxsiyyətindən və fəaliyyətindən kənarda təsəvvür etmək mümkün deyildi. Müasir Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, siyasi şüurun, siyasi həyatın son otuz ildən artıq bir dövrünü əhatə edən zaman kəsiyi böyük siyasət xadimi kimi tanınan və dərin zəkaya, ensiklopedik biliyə, geniş dünyagörüşünə malik olan tarixi şəxsiyyətin-Heydər Əliyevin adı, əməli fəaliyyəti ilə, gerçəkləşdiyi konkret işlərlə bağlıdır. Bu mürəkkəb proseslər isə onun həm əməli fəaliyyətində, həm də fəlsəfi məfkurəsində – milli dirçəliş fəlsəfəsində öz əksini tapmışdır. Heydər Əliyev zəmanəmizin böyük filosofu və mütəfəkkiri idi. Onun formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyən etmiş, milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək, dünya azərbaycanlılarının həmrəyli üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan ziyalısını son yüzilliklərdə ən ciddi bir şəkildə düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçmişdir. Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunmuşdur. Bu dövrün isə Azərbaycanın gələcək tarixi taleyi baxımından başlıca məzmunu azərbaycançılıqdır. Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu, əslində, 1969-cu ildən – məhz onun hakimiyyətə gəlişindən gəlişindən sonra başlamışdır. Bu məkanada azərbaycançılığın ən parlaq səhifələri də elə həmin illərdən etibarən yazılmışdır. Heydər Əliyev o dövrdə mövcud olan ideologiyanın qəlibləri çərçivəsində və bu ideologiyaya, əlbəttə, aşkarda daban-dabana zidd olmayan formada olsa belə, alt qatda ona müxalif qalaraq, Azərbaycanda milli ruhun tamamən sıxışdırılmasına nəinki yol verməmiş, əksinə, onu yüksəltmək yolunda bütün imkanlardan maksimum dərəcədə istifadə etməyi bacarmışdır. Bu baxımdan Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul edilir. Tarixi məhz bu dövrdən etibarən başlanan Heylər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqamətini də məhz xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil etmişdir. Onun respublikaya rəhbərlik etməyə başladığı ilk günlərdən Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin müntəzəm surətdə qeyd olunması bir ənənə halını almış, bu isə Azərbaycan xalqının ümummilli problemləri ilə sıx bağlı olub milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qayıtması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsi üçün zəmin yaratmışdı. Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə görülən işlər milli özünüdərk duyğularını ideoloji sistemin keçmiş buxovlarından xilas edərək, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi təməl prinsiplər əsasında milli ruhun hədsiz yüksəlişini təmin etmiş, xalqımızın qəlbində illərdən bəri sıxışdırılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin yaratmışdı. SSRİ-nin əyalətlərindən biri kimi baxıldığından, 1960-cı illərin sonlarına doğru sosial-iqtisadi həyatın bütün sahələrinin gerilədiyi, mənfi meyllərin güclənərək getdikcə daha dərin kök saldığı, hakimiyyət uğrunda gizli rəqabətin artdığı və eybəcər şəkillər aldığı, bütün bunların isə xalqın milli-mənəvi birliyinə ziyan vurduğu Azərbaycanda hakimiyyətə gələn yeni rəhbərin birinci işi respublikada iqtisadi potensialın dağılmasının, ictimai-siyasi həyatda yaranmış tənəzzülün xalqın mənəvi-psixoloji vəziyyətinə mənfi təsir göstərə bilməsinin qarşısını almaqdan ibarət oldu. Respublikada kosmopolit bir əhvali-ruhiyyə hökm sürdüyündən milli kadrların hazırlanması, milli dilin inkişaf etdirilməsi və istifadə olunması, dövlət idarəetmə strukturlarında çalışan məmurların azərbaycanlı olmasına diqqət yetirilməsi istiqamətində nəinki ciddi addım atılmır, hətta bu yöndə edilə bilən təşəbbüslərin qarşısı alınırdı ki, belə bir halda, heç şübhəsiz, milli şüura malik olan, milli düşüncə ilə yaşayan və milli mentalitetin daşıyıcısı sayılan kadrların yetişməsinə çox ciddi maneələr törədirdi. İqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuş respublikada yaranmış bu ağır vəziyyətdən çıxış yolu tapılmalı, onun iqtisadi inkişafını təmin etmək üçün prinsipial cəhətdən yeni konseptual səviyyədə yanaşma yolları işlənib hazırlanmalı, iqtisadiyyatda köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıqda və iqtisadi həvəsləndirmədə yeni üsullar tətbiq olunmalı idi. Heydər Əliyev əmin idi ki, millətin siyasi müstəqilliyinin özülünü onun iqtisadi cəhətdən azadlığı şərtləndirir. O illərdə milli ideyanın qıtlığı üzündən baş alıb gedən, həm iqtisadi, həm mədəni tənəzzülə aparan mənfi hallar Heydər Əliyevin hakimiyyətə gəlişi ilə aradan qaldırıldı. Onun yorulmaz fəaliyyətinin nəticəsidir ki, 1970-1980-ci illər baş verən dəyişikliklərin miqyasına görə, ictimai və iqtisadi sahədəki dərin islahatların səviyyəsinə və xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsinə görə Azərbaycanın quruculuq salnaməsində, sözün həqiqi mənasında, ən parlaq səhifələr təşkil etmişdir. İndiki dövrdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi və dünya iqtisadiyyatına daha dərin bir şəkildə inteqrasiya prosesi hələ 1970-1980-ci illərdə Heydər Əliyev tərəfindən təməli qoyulmuş potensiala əsaslanır. Heydər Əliyevin dövlətçilik strateji proqramında azərbaycançılıq məfkurəsi ilə bağlı diqqəti bir də məhz belə bir cəhət çəkir ki, burada mənəvi, bədii, estetik intibah iqtisadiyyatda, sənaye, tikinti və təsərrüfatdakı böyük nailiyyətlərlə, güzərandakı elliklə yaxşılaşma və kütləvi ruh yüksəkliyi ilə birləşərək vahid axarda gerçəkləşmişdir. 70-ci illərdən başlayaraq iqtisadi potensialın yaratdığı bu yüksəliş Azərbaycanı özünün iqtisadi inkişafının növbəti mərhələsi kimi tarixən zəruri azadlıq mübarizəsinə də daxilən hazırlamışdır. 80-ci illərin sonu 90-cı illərin əvvəlində müstəqillik hərəkatının geniş vüsət alması Heydər Əliyev dövründəki həmin iqtisadi yüksəliş və ona paralel olaraq tarixi fürsətdən dərhal bəhrələnməyə hazır milli mübarizlik ruhunun təşəkkül tapması sayəsində mümkün olmuşdur. Totalitar sistemin elm və mədəniyyət xadimlərinə, ziyalılara qarşı ağır təzyiqləri, təqib və təhdidləri Sovetlər İttifaqının bir çox başqa respublikalarında özünü aşkar hiss etdirdiyi halda, qorxmaz, cəsur, möhkəm iradə sahibi olması sayəsində Heydər Əliyev Azərbaycanda yaradıcı insanlar üçün sərbəst düşünmək və düşündüyünü tam ifadə edə bilmək, alt qatda isə milli-mənəvi ideala, Azərbaycanın dövlətçilik tarixində suverenliyi, müstəqilliyi təmin edən dəyərlərə aparan yollara tapmaq imkanı verən bir şərait yaratmışdı. Məhz həmin illər ərzində Bakıda ən böyük abadlıq işləri görülmüş, müasir Azərbaycan memarlığının əsərləri sayılan və respublikanın siyasi və mədəni həyatında böyük olan bir sıra memarlıq ansamblı, inzibati mərkəz, saray, institut, nəşriyyat, tədris korpusu, kompleks və özünün görkəmi ilə şəhərə rövnəq verən neçə-neçə digər bina tikilib istifadəyə verilmişdir. Məhz Heydər Əliyevin təşəbbüsü sayəsində çox sayda memarlıq abidəsinin bərpası mümkün olmuşdur. O, Azərbaycan xalqının tarixi keçmişində, mənəvi mədəniyyəti tarixində iz qoymuş böyük şəxsiyyətlərin abidəyə çevrilməsinin xalqın milli varlığına, milli duyğularının güclənməsinə son dərəcə müsbət təsir edəcəyini çox gözəl bilirdi. Heydər Əliyevin mədəniyyətimizə, tariximizə dərin ehtiram nümayiş etdirərək göstərdiyi qayğı sayəsində Bakının ən görkəmli yerlərində xalqımızın milli varlığının daşıyıcısı olan böyük insanların əzəmətli heykəlləri ucaldılmış, böyük tarixi şəxsiyyətlərin hər biri üçün bir mədəniyyət mərkəzinə çevrilən ev-muzeyləri yaradılmışdır. Heydər Əliyevin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlardan biri də azərbaycanlılardan ibarət gənclərimizi gələcəyin müstəqil ölkəsi üçün gərəkli ixtisaslara yiyələnməkdən ötrü keçmiş Sovetlər İttifaqının nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi kimi dəyərli təhsil ənənəsinin əsasını qoyması idi. Bu yolla Azərbaycanımızın elmi və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvi, əxlaqı dəyərlərinin təbliği də həyata keçirilirdi. Heydər Əliyevin başçılığı ilə 1969-1980-ci illərdə Azərbaycandakı intibahı şərtləndirən amillərdən biri respublikada təhsilin inkişafına xüsusi diqqət yetirilməsi, gəncliyin ana dilində təhsilinə üstünlük verilməsi olmuşdur. Milli hərbçi kadrların hazırlanması da xalqın müstəqil gələcəyini görən Heydər Əliyevdən ötrü xüsusilə böyük əhəmiyyətli məsələ idi. Heydər Əliyevin gələcəyin müstəqil Azərbaycanını nəzərdə tutaraq, milli məfkurənin yüksəlişi və xalqın milli dövlətçilik arzularının daha da güclənməsi üçün dövlət quruculuğu sahəsində gördüyü mühüm işlərdən biri SSRİ-nin xarici siyasəti çərçivəsində də olsa, Azərbaycanın xarici aləmdə elmi-texniki, iqtisadi və mədəni əlaqələrinin genişləndirilməsi üçün göstərdiyi maksimum səylərdir. Bu məqsədlə Bakıda İttifaq və beynəlxalq əhəmiyyətli tədbirlər təşkil olunduğu kimi, SSRİ respublikaları və sosialist düşərgəsi ölkələrində, eləcə də digər xarici ölkələrdə Azərbaycan mədəniyyəti və incəsənəti günləri keçirilirdi ki, bütün bunlar son nəticədə Azərbaycanın xarici ölkələrlə və orada yaşayan azərbaycanlılarla əlaqələrinin qurulması üçün zəmin yaradır, azərbaycanlıların özünəməxsus tarixi, mədəni ənənələri olan xalq olaraq tanınmasını, Bakının isə həmin dövrdə dünya miqyasında tanınan bir elm və mədəniyyət mərkəzinə çevrilməsini təmin edirdi. Bu həmin dövr idi ki, hətta, Moskvada Sankt-Peterburqda çıxan jurnallarda işıq üzü görə bilməyən yazılar fəal vətəndaşlıq nümunəsi olan əsərlər kimi dövrün Bakı mətbuatında dərc oluna bilir, şəxsən Heydər Əliyev səviyyəsində hər cür hücumdan və qəsdlərdən qorunurdu. Həmin illərdə mədəniyyət və incəsənət nümayəndələrinin tarixi keçmişimiz, eləcə də bugünümüzlə bağlı qadağa qoyulmadan milli ruhlu əsərlər yarada bilmələri üçün münbit şəraitin təmin olunması gənc qələm sahiblərinə xüsusi qayğı və diqqətlə yanaşılması ilə əlaqəlidir. Hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyevin gələcəyə hesablanaraq milli dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında Azərbaycan dili ayrıca diqqət mərkəzində idi. Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırmağa yönəlmiş fəaliyyətinin bəhrəsidir ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Dövr baxımından sözün əsl mənasında qəhrəmanlığa bərabər belə bir addım məhz gələcəyin müstəqil yeni Azərbaycanı naminə atılmışdı. Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi, demək olar ki, bütün böyük klassiklərin ittifaq miqyasında yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin ümumittifaq miqyasda ön mövqelərə çıxması, elmi, ədəbi, mədəni abidərin planı tədqiqi və nəşri-bütün bunlar Heydər Əliyevin gələcək milli dövlətçiliyimizin ideya təməlində dayanan siyasətinin əməli nəticələridir. Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğ prosesi başlanmışdır. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur. Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında «Əsrin müqaviləsi» adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuşdur ki, bunlar da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratmışdı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanılmışdır. Məhz buna görə də ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdı ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyası təşkil edirdi. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur. Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdur. Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlamışdır. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Heydər Əliyevin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilmişdir. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərinə ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir. Onun dünya təcrübəsinin bütün nailiyyətlərini, sivil beynəlxalq normaları özündə tam əks etdirən sülhsevər xarici siyasətinin əsasında isə, ilk növbədə, milli müstəqilliyin möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə yanaşılması, bütün mübahisəli məsələlərin sülh və danışıqlar yolu ilə həll edilməsi, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaradılması, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətlərin aradan qaldırılması prinsipləri dayanırdı. Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin mühüm bir hissəsi yaradıcısı və Sədri olduğu Yeni Azərbaycan Partiyası ilə sıx şəkildə bağlıdır. Yeni Azərbaycan Partiyasının təsis konfransı 1992-ci il noyabr ayının 21-də Naxçıvan şəhərində keçirilmişdir. Konfransda Azərbaycanın müxtəlif regionlarından təşəbbüs qruplarının 550-dən artıq nümayəndəsi iştirak etmişdir. Konfrans Yeni Azərbaycan Partiyasının təsis edilməsi haqqında qərar qəbul etmişdir. Heydər Əlirza oğlu Əliyev konfrans nümayəndələri tərəfindən açıq səsvermə yolu ilə Yeni Azərbaycan Partiyasının Sədri seçilmişdir. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında ümumxalq tələbi nəticəsində siyasi hakimiyyətə gəlməsi ilə YAP-ın inkişafında yeni mərhələ başlamışdır. Həmin dövrdə YAP-ın qarşısında bir tərəfdən iqtidar partiyası kimi cəmiyyətin siyasi sistemində özünün aparıcı mövqeyini təsdiq etmək, digər tərəfdən isə müstəqil dövlət quruculuğu proseslərində yaxından iştirak etmək vəzifəsi dayanırdı. Heydər Əliyev Yeni Azərbaycan Partiyasının fəaliyyətini daim diqqətdə saxlayırdı. O, YAP-ın Sədri kimi partiyanın ildönümlərinə həsr edilmiş tədbirlərdə daim iştirak edər, proqram xarakterli nitqlər söyləyər, partiya həyatı və fəaliyyətilə əlaqədar zəruri tapşırıqlar verərdi. Öz sıralarında ictimaiyyətin bütün təbəqələrini təmsil edən 600 mindən çox üzvü birləşdirən YAP, Ümummilli Liderin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu günü-gündən möhkəmləndirməkdədir. Heydər Əliyev 1992-ci ildən başlayaraq türkdilli dövlətlər arasında iqtisadi, siyasi, ədəbi-mədəni əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində də gərgin fəaliyyət göstərmişdir. O, bütün türk dünyasının ən nüfuzlu şəxsiyyəti kimi şöhrət qazanmışdır. Heydər Əliyev Azərbaycanın təbii sərvətlərindən, əlverişli coğrafi-strateji mövqeyinin üstünlüklərindən ölkənin milli mənafelərinə uyğun şəkildə istifadə edilməsinə yönəldilmiş irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində son dərəcə gərgin və səmərəli fəaliyyət göstərmişdir. Onun böyük siyasi iradəsi və müdrik uzaqgörənliyi sayəsində əhəmiyyətli beynəlxalq müqavilələrə imza atılmış və onların həyata keçirilməsinə başlanmışdır. Heydər Əliyevin təşəbbüsü ilə böyük siyasi məna kəsb edən bir sıra dünya miqyaslı iqtisadi proqramların həyata keçirilməsində Azərbaycan aparıcı rol oynamışdır. Böyük bir coğrafi məkanda region qüvvələrinin birləşməsində də Heydər Əliyevin danılmaz xidmətləri olmuşdur. Tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində Heydər Əliyevin müstəsna xidmətləri vardır. O, dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən – müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim və əzmlə say göstərmiş, bu istiqamətdə son dərəcə qiymətli qərarlar qəbul etmişdir. Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır. Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın öz hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Heydər Əliyev eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinə təkan vermişdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaratmışdır. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.

Bu səhifəni göndər

Adınız
E-poçt
Mesajınız

  • ÜMUMMİLLİ LİDER
  • SƏDR
  • XƏBƏRLƏR
    • Xəbər lenti
    • Partiya xəbərləri
    • Gündəm
    • Tarixi arayış
    • Nizamnamə
    • Əsasnamələr
    • Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının Əsasnaməsi
    • Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Əsasnaməsi
    • Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Əsasnaməsi
    • Yeni Azərbaycan Partiyasının yerli təşkilatları haqqında Əsasnamə
    • Təftiş Komissiyasının Reqlamenti
    • Proqram
    • Rəhbər strukturlar
    • Sədrin birinci müavini
    • Sədr müavinləri
    • İdarə Heyəti
    • Təftiş Komissiyası
    • Rayon və şəhər təşkilatları
    • Partiyaya üzvlük
    • Üzvlük haqlarının məbləği və ödənilməsi qaydası
    • Uçot siyasəti
    • Milli Məclisin üzvləri
    • Veteranlar Şurası
    • Gənclər Birliyi
    • Qurultaylar
    • I Qurultay
    • II Qurultay
    • III Qurultay
    • IV Qurultay
    • V Qurultay
    • VI Qurultay
    • VII Qurultay
    • Seçki kampaniyaları
    • Prezident seçkiləri
    • 11 aprel 2018-ci il
    • 09 oktyabr 2013-cü il
    • 15 oktyabr 2008-ci il
    • 15 oktyabr 2003-cü il
    • 11 oktyabr 1998-ci il
    • 03 oktyabr 1993-cü il
    • Parlament seçkiləri
    • 09 fevral 2020-ci il
    • 01 noyabr 2015-ci il
    • 07 noyabr 2010-cu il
    • 06 noyabr 2005-ci il
    • 05 noyabr 2000-ci il
    • 12 noyabr 1995-ci il
    • Bələdiyyə seçkiləri
    • 23 dekabr 2019-cu il
    • 23 dekabr 2014-cü il
    • 23 dekabr 2009-cu il
    • 17 dekabr 2004-cü il
    • 12 dekabr 1999-cu il
    • Referendum
    • 26 sentyabr 2016-cı il
    • 18 mart 2009-cu il
    • 24 avqust 2002-ci il
    • Şəkillər
    • Videolar

    © 2014 Yeni Azərbaycan Partiyası

    AZ1025, Azərbaycan Respublikası, Bakı şəhəri, S.Senyuşkin küçəsi 26
    Telefon: (+99412) 490 80 33, 490 80 43, 496 80 60, 490 80 47
    Faks: (+99412) 490 80 41

    Bilik növləri və xüsusiyyətləri (tam siyahı)

    Əsas arasında bilik növləri Analitik, empirik, məntiqi, formal, maddi, ənənəvi, etik və material fərqlənir. Bilik növləri, insanların əldə etdikləri məlumatların təşkili yollarını göstərir.

    Bilik çox geniş və müxtəlifdir; buna görə də sıralamaq üçün kateqoriyaların yaradılması zərurətə çevrilmişdir. Bu kateqoriyaların məqsədi, əldə edilə bilən hər bir məlumat növünü mümkün qədər təsnif etməkdir ki, onun inkişafı və təkamülü asanlaşsın.

    Bu çərçivədə riyazi və məntiqi kimi mücərrədliyə əsaslanan bilik və yalnız maddi bilik kimi maddəyə əsaslanan bilik mövcuddur.

    Eynilə, yalnız akademiyalar və ixtisaslaşmış qurumlar vasitəsilə ötürülə bilən biliklər mövcuddur, digər bilik növləri isə yalnız müəyyən bir cəmiyyət üzvlərinin şifahi və ya yazılı şəkildə ötürülməsi sayəsində yaranır.

    Bənzər bir şey, təcrübə və müəyyən bir tapşırığın təkrarlanması ilə əldə edilən texniki biliklərə istinad edərkən baş verir. Eynilə, mütəxəssis təcrübə ilə də əldə edilir, lakin formal təhsil elementini əhatə edir.

    Bilik növləri təbiətinin müxtəlif elementlərinə görə təyin olunur. Məsələn, məqsəd məqsədinə görə bilik, açıqlama formasına görə bilikdən fərqli bir təsnifata malikdir. Bu təsnifat üsulu bilik sahəsinin genişliyinə cavab verir.

    Mənşəyinə görə bilik növləri

    Analitik

    Analitik biliklərin əsas ideyası, dekonstruksiyası sayəsində konkret bir mövzunu dərindən bilməkdir. Bu şəkildə sözügedən mövzunun ən dərin təməlləri ilə əlaqəli məlumatlar əldə etmək mümkündür.

    Analitik bilik bir vəziyyətin, hadisənin və ya ssenarinin mahiyyətini, onu təşkil edən hissələrin xüsusiyyətlərini anlamaq mümkün olacaq şəkildə başa düşməyə yönəlmişdir.

    Analitik məlumat əldə etmək üçün başlanğıc nöqtəsi konkretdir və konkret xarakterizə olunduqdan və öyrənildikdən sonra öyrənilən mövzu ilə əlaqəli ən mücərrəd anlayışlara çatmaq mümkündür.

    Sintetik

    Sintetik bilik analitikin əksinə olması ilə xarakterizə olunur. Başqa sözlə, bu halda başlanğıc nöqtəsi müəyyən bir hadisənin ən spesifik hissələrinə uyğun gəlir; bu sahələr başa düşüldükdən sonra tədqiq olunan ssenariyə bütövlükdə daxil olmaq mümkündür.

    Sintetik bilik, elementlərin sintez yolu ilə öyrənilməsinə imkan verir, həqiqətlərin və ya hissələrin hissələrini başa düşməyin mahiyyətinə çatmağın yolu kimi konseptual olaraq qəbul edilir.

    Məqsədlərinə görə bilik növləri

    İfadəli

    Dəstəkli bilik, fərqli prosedurların necə həyata keçirildiyi ilə əlaqədardır. Məqsəd, müəyyən bir hərəkət və ya hərəkətlər sistemləşdirilə biləcəyi bir quruluş yaratmaqdır.

    Bu sistemləşdirmə sayəsində maye proseslər yaratmaq və söz mövzusu insanların və ya vəziyyətlərin təkamülünü təşviq etmək mümkündür. Bu tip bilik texnoloji alətlər və xüsusi ehtiyaclara uyğunlaşdırıla biləcək sistemlərin inkişafı ilə dəstəklənir.

    Ünsiyyətcil

    Ünsiyyət bilikləri məlumatların demokratikləşməsi ilə əlaqələndirilir. Məlumatların yayılmasına yönəlmiş bir məlumat növüdür, maraqlana biləcəyi bütün əhali üçün əlçatandır.

    Səylərini geniş yayılmış məzmun yaratmağa yönəldən bir sahədir. Nəticədə, bu tip biliklər məlumat əldə etməklə əlaqəli bir sosial problemi həll etməyə çalışır: mövcudluğunun səbəbi tam açıqlanmaqdır.

    Elmi

    Elmi bilik, elmlə əlaqəli bilik quruluşuna aktiv və aydın şəkildə qatqı təmin etmək məqsədi daşıyan bilikdir.

    Bu tip biliklər, müəyyən problemləri həll etmək və cəmiyyətlərin tərəqqisini təşviq etmək məqsədi ilə müxtəlif sahələrdə irəliləyişlər əldə etməyə çalışır. Tarix boyu elmi bilik insanların inkişafı üçün həlledici olmuşdur.

    Elm sahəsi çox genişdir, beləliklə elmi biliklər çox müxtəlif tədqiqat sahələri ilə əlaqələndirilə bilər: tibb, texnologiya, biologiya və kompüter elmləri elmi biliklərin istehsalı və istifadəsi üçün həssas sahələrdən yalnız bir neçəsidir. .

    Həqiqət araşdırmasına görə

    Empirik

    Bu tip biliklər öz təcrübəsi ilə aydın şəkildə qəbul edildiyi üçün xarakterizə olunur. Bu vəziyyətdə müşahidə prioritetə ​​malikdir, bu da gerçəkliyin dərk edildiyi yeganə element olmağa çalışır.

    Daha sonra, bu məlumat növü birbaşa məruz qalmış şəxsin şərhlərinə tabedir, çünki əldə etdiyi vasitə fərdi təcrübədir. Bu səbəbdən fərdlərin qavrayışı bu biliklərin əldə edilməsində çox vacib bir rol oynayır.

    Empirik bilik zamanla inkişaf edir və inkişaf edir. Bəzi alimlər bunu məhdudlaşdırıcı hesab edirlər, çünki yeganə mənbə təcrübənin özüdür, lakin buna görə də müəyyən bir mövzuya faydalı baxmağı səthi olsa da vacib hesab edirlər.

    Elmi

    Elmi biliklər də reallığa əsaslanır; Bununla birlikdə, bu yanaşmaya bir yoxlama əməliyyatı əlavə edin. Başqa sözlə, elmi biliklərin etibarlı sayılması üçün nümayiş etdirilməlidir.

    Elmi biliklə əlaqəli dəlillər eksperimental ola bilər və ya olmaya bilər. Hər halda, quruluşu daxilində kritik analiz üçün yer var; Bu, mübahisələrin səmərəli nümayişi sayəsində düşüncə formalarını dəyişdirmək mümkün olduğunu göstərir, bu halda elmi.

    Fəlsəfi

    Fəlsəfi biliklərin əsası müşahidədir və dinamikası təcrübə ilə deyil, düşüncə aləmi ilə çox yaxın bir əlaqəni nəzərdə tutur.

    Fəlsəfi biliklər vasitəsilə konteksti dərindən əks etdirmək mümkündür. Müvafiq tədqiqatlar və aktiv müşahidə əsas götürülür və bu elementlər üzərində müəllifin təfsirinin mühüm təsiri ilə tamamilə rasional bir mübahisə qurulur.

    Ümumiyyətlə, fəlsəfi bilik, yeni düşüncə xətlərinin inkişafı üçün əsas olan yeni konsepsiya və fikirlərin yaranması üçün başlanğıc nöqtəsini təşkil edir.

    İlahi

    Bu tip biliklər Tanrı və onun məzmunu üzərində dayanır. Teoloji bilikləri inkişaf etdirənlər bu elementlərə tənqidi baxmağa deyil, tarix boyu verilən xüsusiyyətlərini anlamağa yönəldilmişdir.

    Konsepsiyalarının çoxu fəlsəfi biliklərə cavab verən dəlillərə əsaslansa da, teoloji bilik, Allahın varlığı ilə əlaqəli bir həqiqətdən başladığı və heç bir şəkildə təkzib etmək niyyətində olmadığı üçün rasional olmaq ilə xarakterizə olunmur.

    Əksinə, teoloji məlumat möminlərin inanclarını dərinləşdirdikləri və tutduqları dinə daha sıx bağlı olduqları vasitələrdən biridir.

    Ənənəvi

    Ənənəvi bilik, müəyyən bir icmanın və ya cəmiyyətin üzvləri arasında üzvi bir şəkildə qurulmuşdur. Bu biliklərin təməlləri illərlə, hətta yüzillər boyu qurulmuşdur və sonrakı nəsillərə şifahi sözlərlə ötürülür.

    Transendendent olmaq üçün bu bilik ümumiyyətlə yeni zamana uyğunlaşır, lakin həmişə əsas mahiyyəti qoruyur; bu şəkildə hələ də etibarlı və təmsiledici sayılır.

    Dil, folklor, kənd təsərrüfatının aparılması üçün xüsusi yollar, mərasimlər və hətta qanunvericilik bir cəmiyyətin ənənəvi biliklərinin bir hissəsi hesab edilə bilər.

    İntuitivdir

    İntuitiv bilik də təcrübə ilə əlaqələndirilir. Bu vəziyyətdə təbii olaraq qurulur və hər bir fərdin həyatları boyunca yaşadığı fərqli təcrübələrlə müəyyən edilir.

    İntuitiv biliklərin əsas xüsusiyyəti gündəlik həyatda istifadə edilməsidir. Bu bilik sayəsində insanlar gündəlik olaraq ortaya çıxan və yeni vəziyyətlərə maye bir şəkildə reaksiya göstərə biləcək vəziyyətləri həll edirlər.

    Riyazi

    Bu məlumat mücərrəd ilə əlaqədardır. Müvafiq məlumatları əldə etmək üçün rəqəmlərə və hesablamalara əsaslanır. Riyazi biliklər bir intizam olaraq məntiqə yaxın sayılır, baxmayaraq ki, ikincisi mütləq rəqəmlərə əsaslanmadığı üçün fərqlidir.

    Riyazi biliklər sayəsində konkret və ədədi sxemlər yaratmaq mümkündür və əsas məqsəd təkcə nəzəri problemləri deyil, həm də konkret və tətbiq olunan çərçivədə həll etməkdir.

    Məntiqi

    Məntiqi biliklər nəticəsində müəyyən əsaslar əsasında nəticələr əldə edilir. Məntiqi biliklərin əsas keyfiyyəti müxtəlif elementlər, vəziyyətlər və reallıqlar arasında əlaqələrin yaradılmasına əsaslanır. Nəticə nəzərə alınır və rasionallığa üstünlük verilir.

    Əvvəldə qeyd etdiyimiz münasibətlər, əlaqələndirdiyi vəziyyət və ya elementlərlə yaşadığı təcrübələrdən asılı olduğu üçün şəxs tərəfindən müəyyən edilir.

    Məqsədinə görə

    Texniki

    Texniki bilik elmi bilikləri praktik elementlərə çevirməyə imkan verən şeydir. Bunlar təbiətdə alət olan və adətən hərəkətlərin təkrarlanması yolu ilə fərdlərdə becərilən qabiliyyətlərdir.

    Bir çox hallarda texniki bilik, müəyyən sahələrdə tətbiq oluna biləcəyi vasitələrdən istifadə edir. Eynilə, bu biliklərin bir insandan digərinə ötürülməsi mümkündür: məsələn, bir ailə qrupunun müxtəlif nəsillərində tətbiq olunan bir çox ticarət və ya fəaliyyət hadisəsi var.

    Bədii

    Bu tip biliklər, konkret bir sənətkarın yaratdığı və əsərlərində ələ keçirən reallığın təfsiri ilə sıx əlaqədardır. Çox subyektiv və fərdi; bu səbəbdən, digər insanlar tərəfindən eyni şəkildə təkrarlana bilməz.

    Təcrübə və müşahidə bədii biliklərin dərinləşməsinə kömək edən vasitələr kimi çıxış edir, lakin nəticədə bu tip biliklər hər bir insanın fərdi yaradıcılığından yaranır.

    Siyasətçi

    Siyasi bilik, sosial sahə ilə əlaqəli təhlili əhatə edən, cəmiyyətlər içərisində meydana çıxan münasibətlər baxımından anlaşılan cəmiyyət üzvlərinin oynadığı fərqli rollar arasındadır.

    Bu bilik növü həm də tarixi sahəni əhatə edir ki, cəmiyyətin siyasi hərəkətləri baxımından təkamülünü anlamaq mümkün olsun. Bu, bu sahə ilə əlaqəli müəyyən münaqişə ssenarilərinin qarşısını almağa kömək edə bilər.

    Etik

    Etik bilik, yaxşı və pisin ümumi anlayışları ilə əlaqədardır. Bu tip bilik, bu anlayışların fərdlərlə birbaşa və dolayı şəkildə necə əlaqəli olduğunu və qarşılıqlı əlaqələrini anlamağı hədəfləyir.

    Bu bilik sayəsində insanların davranışının yönləndirilə biləcəyi və ya tənzimlənə biləcəyi müəyyən düşüncə quruluşları yaratmaq mümkündür.

    Mənəvi

    Əxlaqi biliklər sayəsində fərdlərin davranışlarını və / və ya şəxsiyyət xüsusiyyətlərini etibarlı hesab etmək mümkündür. Başqa sözlə, əxlaqi bilik, insanlarla əlaqəli apardığımız əxlaqi mühakimələrə söykənən bir şeydir.

    Bu biliklərin istifadəsi subyektivliyin bir dozasını nəzərdə tutur, eyni zamanda cəmiyyətlərin qəbul etdiyi əxlaqi göstərişlərə əsaslanır, buna görə də əsas dəlilləri konvensiyadan irəli gəlir.

    Məzmununun quruluşuna görə

    materiallar

    Maddi bilik, çevrilə bilən və / və ya başqaları ilə birləşdirilə bilən reallığın bütün elementlərini əhatə edir.

    Bu bilik, duyğu baxımından qəbul edilə bilən hər şeyi nəzərə alır və mübahisələrini müşahidə və sınaqlara söykənir.

    Rəsmi

    Rəsmi bilik, mücərrəd anlayışlardakı mübahisələrini dəstəkləyən bir şeydir. Yüksək rasional olması və elementlərini təşkil etmək üçün sistemləşdirmədən istifadə etməsi ilə xarakterizə olunur.

    Bu tip biliklər, təcrübələri və ya müşahidələr yolu ilə əldə etmədiyi üçün qiymətləndirmələrini həyata keçirmək üçün nəticələrə və çıxılmalara əsaslanır. Kompüterlər və riyaziyyat formal biliklərə əsaslanan elm nümunələridir.

    Açıqlama formasına görə

    Şifrələndi

    Bu tip biliklər açıq olaraq da bilinir və sistemli bir kod vasitəsilə ötürülən, istər dil, istərsə də simvolik elementlərdir.

    Kodlu bilik asan və birbaşa bir şəkildə ifadə edilir və əsas götürdüyü kodları idarə edənlər tərəfindən başa düşülməlidir.

    Bu kodlar cəmiyyətlər tərəfindən əsrlər boyu yaradılan konvensiyalardır; kodlanmış biliklərin həmin cəmiyyətin üzvləri üçün bu qədər əlçatan olmasının səbəbi budur.

    Qapalı

    Sakit bilik olaraq da bilinən, yaşadıqları təcrübələrə əsaslanan fərdlərin şəxsi quruluşlarına uyğun gəldikləri üçün asanlıqla ifadə olunmayan anlayışlara əsaslanır.

    Örtülü biliklər sayəsində insanlar öz təcrübələrini anlamağa çalışırlar. Görünmür və cəmiyyət tərəfindən razılaşdırılmış rəsmi dil və ya simvollarla ifadə etmək çətindir.

    Örtülü biliklərin ötürülməsi üçün birlikdə yaşamaq və ya müəyyən bir zamanda təkrarlanan qarşılıqlı münasibətlər kimi digər xüsusi vasitələrdən istifadə etmək lazımdır.

    Şəxsi

    Xüsusi biliklər müəyyən bir insanın intim həyatı ilə əlaqəli təcrübələrə əsaslanır, buna görə də onlar genişlənmiş mədəni və ya sosial sahənin bir hissəsi deyillər.

    Bunlar, qapalı qapılar arxasında qurulmuş və inkişaf etdirilmiş müstəsna anlayışlardır, yalnız bir dövlət sektorunu deyil, yalnız konkret insanları maraqlandırır.

    İctimai

    Bu cür məlumat çox sayda insan üçün düşünülmüşdür, çünki fərqli səbəblərdən onlar üçün maraqlıdır.

    İctimai bilik, müəyyən bir cəmiyyətin mədəniyyətinin bir hissəsi kimi qəbul edilir, buna görə də bu cür məlumatlarla maraqlanan ən çox insana çatmaq məqsədi ilə geniş və bədnam şəkildə yayılır.

    Əldə edilmə formasına görə

    Dini

    Alma mənbəyi dindir. Dini dogmalara əsaslanır və tənqid və təhlil üçün çox az yer təqdim edir.

    Dini bilik ümumiyyətlə şübhə altına alınmır və rədd edilmir, quruluşu, adətən müqəddəs kitablardan gələn bənzərsiz dəlilləri ehtiva edir.

    Dini biliklərin ən görkəmli xüsusiyyətlərindən biri də onu ötürənlərin eyni mübahisəli mənşə əsasını qorumaq üçün açıq səylər göstərməsidir ki, bu da biliklərin zamanla eyni şəkildə qorunub saxlanılmasını təmin edir.

    Ənənəvi

    Ənənəvi bilik, cəmiyyətlərin əsrlər boyu inkişaf etdirdikləri adətlər və sosial təmsilçiliklər yolu ilə əldə edilən bilikdir.

    Xüsusi hərəkətlərin tətbiqi və təkrarlanması ilə nəsildən nəsilə ötürülür. Bu tip biliklər cəmiyyətlər, insanlar və ümumiyyətlə ölkələr üçün yaxşı müəyyən edilmiş və müvafiq bir mədəni şəxsiyyətin qurulmasına imkan verir.

    Dəhşətli

    Elmi bilik olaraq da bilinir və olduqca empirik olması ilə xarakterizə olunur. Söhbət müəyyən bir icma üzvləri tərəfindən paylaşılan və reallıqla qarşılıqlı təsir yolu ilə öyrənilən və onun nəticələri ilə əlaqəli fikirlərdən gedir.

    Bu tip biliklər heç bir doğrulama metodu ilə təsdiqlənmir, buna görə tamamilə etibarlı deyil. Yersiz fikirlərə və ya müəyyən davranışların təkrarlanmasına əsaslana bilər.

    Qabiliyyətinin az olmasına baxmayaraq, vulqar bilik, müəyyən bir cəmiyyətdə və ya cəmiyyətdə formalaşan gündəlik həyat üçün tipik olan münaqişələrin həllində kömək edə bilər.

    Peşəkar

    Peşəkar bilik, müəyyən bir peşə çərçivəsində bir insanın düzgün fəaliyyəti üçün mütləq zəruri olan bacarıq və bacarıqlardan ibarətdir.

    Bu tip biliklər sektordakı təcrübə və təcrübə yolu ilə əldə edilən həm nəzəri, həm də praktik elementləri nəzərə alır. Peşəkar bilik tədricən əldə edilir və sözügedən mütəxəssisin təhsillərə başladıqdan bəri əldə etdiyi təcrübə dəsti ilə müəyyən edilir.

    Akademik

    Akademik bilik, əsas funksiyası təhsil olan məktəblər, universitetlər, institutlar və digər təşkilatlar kimi rəsmi təhsil müəssisələri vasitəsilə əldə edilən biliklərdir.

    Bu qurumlar, batdıqları cəmiyyətlərin təhsil quruluşunu qəbul etdiklərinə cavab verən bilikləri kodlaşdırmışdır. Məlumatları müəyyən bir şəkildə təşkil etmək üçün müəyyən bir toplumun mədəniyyətinə və sosial strukturlarına güvənirlər.

    Qoruma formasına görə

    Rəqəmlənmişdir

    Kompüter sistemləri tərəfindən işlənə bilən məlumat vahidlərindəki məlumatların təşkilinə əsaslanan bir rəqəmsal olaraq saxlanılan bilikdir.

    Bu biliklərə yazılı, qrafik, audio və ya audiovizual elementlər daxildir. Rəqəmləşdirmə sayəsində bilikləri daha uzun müddət qorumaq mümkündür; əlavə olaraq, daha çox insanın əlçatan olması təmin edilir.

    Bədii

    Bu bilik növü, müəyyən cəmiyyətlərin bədii ifadələrini təşkil edən elementlərdə təmsil olunan və fərqli insanların və hətta fərqli nəsillərin bu biliklərə çatması üçün bu şəkildə qorunub saxlanılandır.

    Arxeoloji tədqiqatlar nəticəsində tapılan keçmiş dövrlərin elementləri bədii bilik nümunəsidir, çünki bu əsərlərin xüsusiyyətləri və elementləri bu orijinal mədəniyyətlərlə əlaqəli bilikləri inkişaf etdirmək üçün həlledici olmuşdur.

    Biblioqrafik

    Yazılı sənədlərdə, ümumiyyətlə akademik xarakterli olan biliklərdir. Biblioqrafik mənbələrdə qeyd olunan müəyyən bir mövzu ilə əlaqəli bütün biliklərə cavab verir.

    Bu mənbələr çox müxtəlifdir və doktorluq tezisləri, sübut kitabları, lüğətlərdən tarixə dair risalələrə, sənədlər, başqaları arasında fərqli mövzularda məruzələr.

    Mədəni

    Müəyyən bir cəmiyyətin adət-ənənələrində, inanc sistemlərində, mədəni xüsusiyyətləri və dəyərlərində, digər cəhətləri ilə təmsil olunan biliklərdir.

    Bu bilik o cəmiyyəti təşkil edən insanların davranışlarını və ən vacib ənənələrini əhatə edir. Bütün bu elementlər müəyyən bir fərd qrupunu təyin edir və bu məlumatların zamanla qorunmasına imkan verir.

    Maraq mövzuları

    İstinadlar

    1. Cbuc-da “Analitik metod: tərifi və xüsusiyyətləri”. 25 Noyabr 2019 tarixində Cbuc: cbuc.es saytından alındı
    2. Eumed-də “sintetik metod”. 25 Noyabr 2019 tarixində Eumed: eumed.net saytından alındı
    3. Febas, J. Erial Ediciones-da “İlahi bilik”. 28 Noyabr 2019 tarixində Erial Ediciones: erialediciones.com saytından alındı
    4. “Ənənəvi bilik nədir?” yerli fondda. 28 Noyabr 2019 tarixində Yerli Fonddan alındı: fondoindigena.org
    5. Meksika Milli Muxtar Universitetində “Empirik və elmi biliklər”. 28 Noyabr 2019 tarixində Meksika Milli Muxtar Universitetindən alındı: unam.mx
    6. Vera, A. Araşdırma Qapısında “Bədii bilik = çox elmi məlumat deyil”. 28 Noyabr 2019 tarixində Araşdırma Gate-dən alındı: researchgate.net
    7. Rebollar, A. “Ed Dubinskiyə görə riyazi bilik” Eumed. 28 Noyabr 2019 tarixində Eumed: eumed.net saytından alındı
    8. “Temas” jurnalında “siyasət bilik kimi”. 28 Noyabr 2019 tarixində Tema Jurnalı: Temas.cult.cu
    9. Lleida Universitetində “Akademik bilik və bilik”. 28 Noyabr 2019 tarixində Lleida Universitetindən alındı: cdp.udl.cat
    10. Mauri, M. Ediciones Rialp’da “əxlaqi məlumat”. 28 Noyabr 2019 tarixində Ediciones Rialp: rialp.com saytından alındı
    11. Wikipedia-da “Material”. 28 Noyabr 2019 tarixində Wikipedia: wikipedia.org saytından alındı
    12. Arceo, G. “Eumed” dəki “Açıq və gizli məlumat”. 28 Noyabr 2019 tarixində Eumed: eumed.net saytından alındı
    13. Wikipedia-da “Formal Sciences”. 28 Noyabr 2019 tarixində Wikipedia: wikipedia.org saytından alındı

    Tarixi və onun problemləri

    Сервисы VK

    Поиск видео Найти

    Топ недели

    Мы больше не будем рекомендовать вам подобный контент.

    3 147 111 просмотров

    Мы больше не будем рекомендовать вам подобный контент.

    1 519 705 просмотров

    Мы больше не будем рекомендовать вам подобный контент.

    589 797 просмотров

    Мы больше не будем рекомендовать вам подобный контент.

    310 283 просмотра

    Мы больше не будем рекомендовать вам подобный контент.

    354 228 просмотров

    Мы больше не будем рекомендовать вам подобный контент.

    1 216 119 просмотров

    Мы больше не будем рекомендовать вам подобный контент.

    254 812 просмотров

    Мы больше не будем рекомендовать вам подобный контент.

    1 243 867 просмотров

    Мы больше не будем рекомендовать вам подобный контент.

    295 517 просмотров

    Мы больше не будем рекомендовать вам подобный контент.

    303 813 просмотров

    Мы больше не будем рекомендовать вам подобный контент.

    429 026 просмотров

    Мы больше не будем рекомендовать вам подобный контент.

    247 315 просмотров

    Мы больше не будем рекомендовать вам подобный контент.

    760 001 просмотр

    Мы больше не будем рекомендовать вам подобный контент.

    243 080 просмотров

    Мы больше не будем рекомендовать вам подобный контент.

    445 192 просмотра

    Мы больше не будем рекомендовать вам подобный контент.

    241 667 просмотров

    Мы больше не будем рекомендовать вам подобный контент.

    384 330 просмотров

    Мы больше не будем рекомендовать вам подобный контент.

    757 258 просмотров

    Мы больше не будем рекомендовать вам подобный контент.

    368 728 просмотров

    Мы больше не будем рекомендовать вам подобный контент.

    225 631 просмотр

    Мы больше не будем рекомендовать вам подобный контент.

    1 112 266 просмотров

    Мы больше не будем рекомендовать вам подобный контент.

    1 688 356 просмотров

    Мы больше не будем рекомендовать вам подобный контент.

    155 123 просмотра

    Мы больше не будем рекомендовать вам подобный контент.

    118 864 просмотра

    Следующее видео

    АННА ВОЛКОВА. ПРЕЗЕНТАЦИЯ АЛЬБОМА «СОТКАННЫЙ ИЗ СВЕТА»

    1 274 510 просмотров

    Радио Джаз

    Похожие видео

    Spring News – ฮาได้อีก “อ้น ศรีพรรณ” แปลงเพลงดัง &.

    5 просмотров

    bao-phong-nhan-35-hayghes.net

    2 486 просмотров

    trujillo meadows

    Ўзбек-Афғон ва Тожик-Афғон чегараларида ҳарбий машқлар – BBC.

    44 698 просмотров

    40 591 просмотр

    Valodik Badalyan

    Анна & Махмуд – �� Пообещайте Мне Любовь��

    186 035 просмотров

    #Yaşadın Ana Dilimiz

    889 просмотров

    Музей села Етулия

    Учительская поддержка, заслуживающая медали

    760 001 просмотр

    Национальные проекты России

    Хобби-шоу «Окнутые люди». Трейлер шоу

    3 147 099 просмотров

    Хобби-шоу ОКнутые люди

    Хобби Сергея Бурунова

    589 795 просмотров

    Хобби-шоу ОКнутые люди

    Умнее всех

    429 025 просмотров

    Что нужно знать о раке предстательной железы

    1 243 867 просмотров

    Национальные проекты России

    Слов нет! Ну очень красиво! Волшебно! Сказка!

    303 813 просмотров

    Музыкальные Клипы и Хорошее Настроение

    Как поддерживают начинающих фермеров в России

    354 228 просмотров

    Хорошие новости

    Вот это поддержка! Красавцы!����

    247 315 просмотров

    Музыкальные Клипы и Хорошее Настроение

    Смешные детки – подписывайтесь на группу!

    241 667 просмотров

    Подслушано у мам

    Правила шоу

    310 282 просмотра

    Хобби-шоу ОКнутые люди

    Красота планеты – подписывайтесь на группу!

    225 630 просмотров

    Экспедиция

    Вот у кого нужно учиться верности, и любви.

    1 216 092 просмотра

    Галина Сун

    Старт третьего сезона премии «Мы вместе»

    101 325 просмотров

    Невероятная Россия

    топ 5 брутальных фильмов

    155 123 просмотра

    Знаете ли Вы?

    Как хранят газ под землей?

    1 816 701 просмотр

    BAO-nun DTQ-nin “Ana dilimiz və onun problemləri” ll

    22 фев 2015 6 просмотров

    Добавить в закладки

    Пожаловаться

    21 fevral 2014-cü il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) Dil və Tarix Qurumunun təşəbbüsü ilə Beynəlxalq ana dili günü münasibəti ilə “Ana dilimiz və onun problemləri” mövzusunda növbəti diskussiya keçirildi. Tədbiri giriş sözü ilə BAO başqanı Zahir Əlisoy açdı. Sonra professor Firudin Ağasıoğlu mövzu üzrə geniş məruzə ilə çıxış etdi: “Bütün dünya dilləri 4 qrupa böılünür. Türk dili aqlutinativ dillərə aiddir. Belə dillərdə sözün kökü sabit qaldığından həmin dillər daha mühafizəkar olurlar. Ona görə də biz min illər öncəki türkcə yazıları oxuyub başa düşə bilirik. . Azərbaycandakı ədəbi dil, orfoqrafiya qaydaları bütün türk xalqlarındakından daha mükəmməl formalaşdırılmışdır. Bugünkü Azərbaycan əlifbası da əslində ortaq türk əlifbasıdır. Bu əlifbanın mənşəyi də qədim türklərdən gəlir. Dil daim inkişaf edir, yeni terminlərin qəbul olunması zərurəti yaranır, bu zaman isə mümkün qədər türk mənşəli sözlərdən istifadə etmək lazımdır. Təəssüf ki bu gün lüğətə daxil edilən yeni terminlər daha çox əcnəbi dillərdə olur. . Çox yaxşı haldır ki, Güney Azərbaycan türkləri neçə illər basqı altında olsa da ana dilimizi qoruyub saxlaya biliblər. ” Sonra B.Vahabzadənin və M.Zehtabinin dil haqqında şeirləri uşaqların dilindən səsələndi. Uşaqların bu çıxışı alqışlarla qarşılandı. Daha sonra Natiq Ulubəy, Paşa Oğuz, Şirvani Ədilli, Oqtay Daşoğuz, Bəxtiyar Tuncay, Dilavər Əzimli və b. məruzəçiyə verdikləri suallar və mövzu ətrafında irəli sürdükləri fikirlərlə diskussiyanı davam etdirdilər.

Comments are closed, but trackbacks and pingbacks are open.