Tarixin flsfsin baxış
88. Məşədi Qəhrəmanın mülkü
Şuşanın tarixi və memarlıq abidələri – TARİXƏ BAXIŞ
Şuşa şəhərinin ərazisi qədim abidələrlə zəngin idi. Ümumiyyətlə, şəhərdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud idi. O cümlədən, 72 mühüm sənət və tarixi abidələri, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri olmuşdu.
SİA-nın topladığı məlumata görə, bu abidələrin çoxu XIX əsrdə yaşamış memar Kərbəlayı Səfixan Qarabağı tərəfindən tikilmiş və həmin dövrün ən məşhur nəqqaşı Kərbəlayi Səfərəli tərəfindən bəzədilmişdir.
Ötən əsrin yetmişinci illərində Azərbaycan hökuməti iki tarixi qərar qəbul etmişdi. Həmin qərarların yerinə yetirilməsi Şuşanın sosial və mədəni inkişafında böyük əhəmiyyət kəsb etmişdir. Şəhərdə yeni sənət ocaqları yaradılmış, bərpa, tikinti və yaşıllaşdırma işlərində yüksək nailiyyətlər qazanılmışdır. Bir sözlə, hər ötən il şəhərdə dərin iz qoymuşdu. Tarixi-memarlıq və şəhərsalma abidəsinin yüksək bədii əhəmiyyəti nəzərə alınaraq 1977-ci ildə Şuşa tarixi-memarlıq qoruğuna çevrilmişdi.
1. Qala divarı (uzunluğu8 km)
2. Qala Divarları üzərində tikilmiş bürclər (17 ədəd)
3. 17 qədim üslübda salınmış məhəllə
7. Meydan bulağı
10. Turşsu Qalereyası
11. Karvansaray (4 ədəd)
12. Şahlıq körpüsü
13. Gəncə qapısı
14. Mirzə Həsən qəbiristanlığı
16. Mirfəseh qəbiristanlığı
18. Torpaq meydan
19. Zarıslıda Korun karvansarayı
20. Təzə məhəllədə körpü
21. Ü.Hacıbəyovun heykəli
22. Bülbülün büstü
23. H.Hacıbəyovun büstü
25. Topxana meşəsi
26. Ağaböyük Xanımın bürcü
27. Malıbəylidə Qızlar məktəbi
28. Un dəyirmanı
29. Kəlba Şəhriyarın bağı
30. Mirfəseh bağı
31. “Həzrət Əli” kahası
33. Səkili bulağı
34. Qotur bulağı
35. Şəmilin bağı
36. Hacıyevlərin armud bağı
37. Ağabəyim Ağanın qəsri
38. Bəhmən Mirzə Qacarın saray kompleksi
39. Bəhmən Mirzənin hərəmxanası
40. Bəhmən Mirzə Qacarın tikdirdiyi “Bab” hamamı
41. Qacarların məqbərə kompleksi
42. Qulam Şahın malikanəsi
43. Əsəd bəyin malikanəsi
44. Mamay bəyin malikanəsi
45. Şeytana bazar
46. Əfsanəvi Leyli qalası
47. Çuxur məhəllədə 2 minarəli “Şəfa ocağı”
48. Məhəmməd Həsən Ağanın imarəti
49. Qarabağ xanlığının Divan kompleksi
50. “Həzrət Abbas Şəfa ocağı”
51. Dəlik-daş pilləkan kompleksi
52. Qarabaş Qazisinin mülkü
54. Vaqif poeziya evi
55. M.P.Vaqifin məqbərəsi
56. M.P.Vaqifin müəllimlik etdiyi bina
57. M.P.Vaqifin büstü
58. M.P.Vaqifin evi
59. Xan qızı Xurşud Banu Natəvanın sarayı
60. Xan qızı Xurşud Banu Natəvanın bulaq kompleksi
61. X.B.Natəvanın büstü
62. X.B.Natəvanın tikdirdiyi “Qarama”
63. X.B.Natəvanın tikdirdiyi həbsxana
64. Aşağı Gövhər Ağa Məscidi
65. Yuxarı Gövhər Ağa Məscidi
66. Malıbəyli Məscidi
67. Qaybalı Məscidi
68. Şırlan məscidi
69. Alban kilsəsi
71. Hacı Qulamın mülkü
72. M.M.Nəvvabın mülkü
73. M.M.Nəvvabın abidə kompleksi
74. Nəcəfqulu Ağanın mülkü
75. Ağa-Əbdürrəhim Ağanın evi
76. Hacı Bəşirin mülkü
77. Cabbar Qaryağdı oğlunun mülkü
78. Mirzə Hüseynin mülkü
79. Mirəlibəyin mülkü
80. Seyid Məcidin mülkü
81. Kəlba Şirinin mülkü
82. Öpənnik Qara Zeynalın mülkü
83. Fərzalı bəyin mülkü
84. Allahverənli Kəlba Şirinin mülkü
85. Çuxur məhəllədə Kal Həsənin evi
86. Təzə məhəllədə Xayatlılar Mehdinin evi
87. Çuxur məhəllədə Kürd uşağının evi
88. Məşədi Qəhrəmanın mülkü
89. Quyruq məhəlləsində Məşədi Teymurun evi
90. Mehmandarovun ev kompleksi
91. Zöhrabbəyovların evi
92. İbrahim xanın mülkü
93. Sadıqcanın qəsri
94.Uluq bəyin evi
95. Quyruq məhəlləsində Sadıq bəyin mülkü
96. Cəlal bəyin evi
97. Nəcəf bəy Vəzirovun mülkü
98. Virudin bəy Köçərlinin mülkü
99. Süleyman Sani Axundovun mülkü
100. İsmayıl bəyin evi
101. Məşədi Şirinin mülkü
102. Gəraf Əsgərovun mülkü
103. Ağamirovların mülkü
104. Hüsü Hacıyevin mülkü
105. Hüsü Hacıyevin büstü
106. Kəlba Hüseynin evi
107. Yusif Vəzir Çəmənzəmənlinin mülkü
108. Mir Həsən Vəzirovun mülkü
109. Qaraşovların mülkü
110. Hüseyn Qayıbovun mülkü
111. Q.B.Zakirin yaşadığı ev
112. Q.B.Zakirin qəbirüstü abidəsi
113. Hacı Dadaşın mülkü
114. Əbdülrəhim bəy Haqverdiyevin evi
115. Hacı Şükürün imarəti
116. Qədimovların mülkü
117. Ü.Hacıbəyovun ev muzeyi
118. Bülbülün ev muzeyi
119. Xalça muzeyi
120. Rəsm Qalereyası
121. Tarix Diyarşünaslıq muzeyi
122. Qarabağ Dövlət tarixi muzeyi
123. Azərbaycanda ilk “realnı uçiliş”in binası
124. Yaşıl aptek
125. Mədəniyyət evi
126. Külli miqdarda gümüş və mis qablar
127. İbrahim Xəlil xanın 1801-ci ildə tikdirdiyi mədrəsə kompleksi (Gövhər Ağanın məscdinin həyətində)
128. Qarabağ xanlığının vəziri Mirzə Cəmal bəy Cavanşirin və onun ailəsinin məqbərə kompleksi
129. Tarixin yaddaşı olan Daş Kitabələr
MƏHƏLLƏLƏRİN ADLARI:
Tarixin flsfsin baxış
Texniki baxışdan keçmək tarixini öyrənmək istəyənlər – Bu nömrəyə zəng edin
Yazarlar 19 Fevral 2019 11:11 Oxunub 31300
Texniki baxışdan keçmə müddətini öyrənmək üçün daha asan yollar tapmaq olar
Bu ildən etibarən nəqliyyat vasitələrinə texniki baxış qaydaları dəyişib. Belə ki, əvvəllər bu proses müəyyən qrafik üzrə bu həyata keçirilirdi. May ayına qədər Rusiya və MDB istehsalı olan avtomobillər, avqusta qədər xarici avtomobillər, oktyabr ayına qədər isə yük maşınları texniki baxışdan keçirdi. Hazırda bu mərhələlərin hamısı ləğv edilib. Belə ki, yanvarın 19-da Daxili İşlər Nazirliyinin Kollegiyası bu qaydalara dəyişiklik etdi. Həmçinin, bu yeniliklər “Yol hərəkəti haqqında” Qanunda da öz əksini tapır. Yenilik ondan ibarətdir ki, bütün nəqliyyat vasitələri hətta texniki baxımdan nasaz vəziyyətdə olsa belə texniki baxışdan keçməlidir. Sadəcə texniki baxışdan keçərkən həmin nasazlıqlar mərkəzi məlumat sisteminə informasiya şəklində yerləşdirilir və sürücüyə elektron talon verilir. Sürücüyə təqdim olunan siyahıda nöqsanlar qeyd olunur. Sürücü bu nasazlıqları növbəti texniki baxış dövrünə qədər aradan qaldırmalıdır. Əgər həmin sürücü gələn il texniki baxışa gələrkən qeyd olunan nasazlıqları aradan qaldırmasa artıq həmin nəqliyyat vasitələri texniki baxışdan keçirilməyəcək. Bundan imtina etməyə yol polisinin tam səlahiyyəti olacaq. Odur ki, sürücülər bunu nəzərə almalıdır. Bu, həm də ona yönəlib ki, nasaz avtomobillər yavaş-yavaş dövriyyədən çıxsın. Çünki texniki cəhətdən nasaz avtomobillər yollarımızda çoxdur. Bu da böyük problemlər yaradır, ağır yol qəzaları onların iştirakı ilə baş verir.
Sürücülərin məlumatlandırılması məsələsi isə arzuolunan səviyyədə deyil. Onlar bu məsələdə çaş-baş qalıb. Heç bir yerdən dəqiq məlumat ala bilmirlər. Yalnız DYP-nin 902 xidmətinə zəng etməklə avtomobil haqqında məlumatları deyib informasiya ala bilərlər. Amma bu da əlverişli deyil. Lakin bunun daha əlverişli forması olmaldır. Məsələn, “SMSradar” xidməti var. Onlar öz işlərini elə qurublar ki, sürücüyə sığorta, radar, cərimələr barədə, eləcə də texniki baxışa 1 ay qalmış məlumat göndərirlər. Amma bu, pullu xidmətdir. Ayda 1 manat balansdan pul tutulur. Ancaq bunu dövlət orqanları da qura bilərlər.
Məsələn, ASAN xidmət və Daxili İşlər Nazirliyi bunu hansısa bir formada birlikdə həll edə bilər. Yəni, sürücüyə bir SMS məlumat xidməti yarada bilərlər. Mobil operatorlarla bu barədə danışmaq olar. Mərkəzi bir sistem yaratmaq mümkündür. Hazırda icbari sığorta ilə bağlı məlumat almaq sahəsində problem yoxdur. Onsuz da şirkətlər bir ay qalmış sürücüləri bezdirir. Amma texniki baxışla bağlı məlum deyil.
Məsələn, təzə avtomobillər 4 ildən sonra texniki baxışdan keçir. Sürücü 4 il texniki baxışdan keçirilmə tarixini necə yadında saxlamalıdır? Yaxud iki ildən bir texniki baxışdan keçənlər bunu necə bilsin. Elə ildə bir dəfə texniki baxışdan keçənlər də bunu yadda saxlamaya bilər. Düşünürəm ki, yol polisi bununla bağlı bir addım atmalıdır ki, sürücülər çaş-baş qalmasın. Artıq sürücülər bununla bağlı şikayət edir ki, texniki baxışın vaxtı bitməyib, bundan xəbərsiz olmuşam və cərimə gəlib.
Qeyd edim ki, yol polisi Asanpay-da elektron kabineti olan sürücülərə bu məlumatı göndərir. Amma sürücülərin əksəriyyətinin bu kabineti yoxdur. Bəziləri isə qəsdən bunu etmir ki, cərimədən xəbəri olmasın. Amma işini asanlaşdıran insanlar bunu edir. Ucqar kəndlərdə yaşayan insanların isə bəlkə də bundan xəbəri yoxdur. Odur ki, bu sahədə maarifləndirmə işi aparılmalı, yaxud zəng mərkəzi, qısa nömrə yaradılmalıdır ki, sürücü ora SMS göndərsin və məlumat alsın. Əslində bu çox asan bir məsələdir. Mobil operatorlar ilə bunu asanlıqla həll etmək olar. Eybi yox 10 qəpik də pul çıxsın, amma bu mümkün olsun. Hansısa bir özəl şirkət bunu qura bilirsə dövlət orqanları da edə bilər.
Avtosfer.az-ın araşdırmalarından sonra məlum oldu ki, hazırda Maştağa qəsəbəsində yerləşən texniki baxış məntəqəsində sürücülər üçün qaynar xətt fəaliyyət göstərir. Kim öz avtomobilinin texniki baxışdan hansı tarixdə keçirməli olduğunu öyrənmək istəyirsə bu nömrəyə zəng edə bilər. 012 5110840
Texniki baxışın dövlət rüsumu nə qədərdir?
Milli.Az-a müraciət edən oxucunun da sualı texniki baxışla əlaqədar məlumatsızlıqdır. Oxucu texniki baxışın dövlət rüsumunun nə qədər olduğunu bilmək istəyir.
Bakı Şəhər Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Milli.Az-a bildirdi ki, yüngül minik maşınları, avtobus və minik maşınları üçün texniki baxışın rüsumu müxtəlifdir. Bölmə rəisinin sözlərinə görə, bundan başqa, mühərrikin hər kubmetri üçün yol vergisi də hesablanıb.
Baş Dövlət Yol Polisi İdarəsindən Milli.Az-a verilən məlumata görə, Azərbaycanda Nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsinə görə аvtonəqliyyаt vаsitələri üçün – 20 mаnаt, motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün – 10 mаnаt ödənilməlidir.
Minik avtomobilləri, avtobuslar və digər avtomobil nəqliyyatı vasitələrinin mühərrik həcminin hər kubsantimetrinə görə – 1 qəpik, mühərrikin həcmi 2000 kubsantimetrdən 3000 kubsantimetrədək olduqda 20 manat + mühərrikin həcminin 2000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə – 2 qəpik, mühərrikin həcmi 3000 kubsantimetrdən 4000 kubsantimetrədək olduqda 40 manat + mühərrikin həcminin 3000 kub santimetrdən çox olan hissəsinin hər kubsantimetrinə görə 3 qəpik, mühərrikin həcmi 4000 kubsantimetrdən 5000 kubsantimetrədək olduqda 70 manat + mühərrikin həcminin 4000 kubsantimetrdən çox olan hissəsinin hər kubsantimetrinə görə – 4 qəpik, mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 110 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox olan hissəsinin hər kubsantimetrinə görə 5 qəpik yol vergisi tutulur.
Texniki baxış üçün avtomobillərin markalarına görə müəyyən vaxtlar təyin olunub. Nəqliyyаt vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə fiziki şəхslər 50, vəzifəli şəхslər 100, hüquqi şəхslər 300 mаnаt miqdаrındа cərimə edilirlər.
Comments are closed, but trackbacks and pingbacks are open.