12-13 noyabr tarixində Bakıda «Keçmişdə və Günümüzdə Milli Kimlik: Yeni Elmi Paradiqma, Tarixşünaslıq və Tarixin Tədrisi Metodları» adlı elmi beynəlxalq konfrans keçiriləcək
Məqalə tarix dərslərində layihə işinin düzgün təşkili və dərsin effektivliyinin artırılması barədədir.Layihə işinin növləri,planlaşdırılması və nümunələri haqqında geniş məlumat verilir.
İnsan həyatında hər yeni bir dövr insandan dəyişməyi ,yeni inkişaf mərhələsinə qədəm qoyaraq özündə yeni bacarıq və keyfiyyətlərin aşkar edilməsini tələb edir.Müasir qloballaşma gedən dünyamıza yeni insan tələb olunur.Bu insan yalnız bilikli olmaqla kifayətlənməməli,bu biliklərə yiyələnmə prosesinə fərqli baxmalı və bu biliklərdən günü-gündən dəyişən dünyanın ona gətirəcəyi problemlərin həllində istifadə edə bilməlidir.Və bu yeni şəxsiyyəti məkəb hazırladığı üçün birinci növbədə dəyişikliklər məktəb müəlliminin öhdəsinə düşür.Belə olduqda ənənəvi təlimin bu problemin öhdəsindən gəlməsi mümkün deyil.Və əlbətdə ki ,bu zaman müəllimin köməyinə zamanın tələblərinə adekvat cavab verən yeni təlim metodları və vasitələri gəlir.Yeni metodlardan biri olan layihə işi haqqında çox danışılır.Lakin bu məqalədə çalışacam ki,layihə işinin tarix dərslərindəki effektivliyi haqqında sizlərə məlumat verim.
Layihə işinin təşkili bizə təlim zamanı ilk növbədə problemin həlli və fəaliyyət baxımından çox məqsədəuyğundur.Şəxsiyyətyönümlülük,əməkdaşlıq bacarıqlarının aşılanması da bu metodun üstünlüklərindəndir.Bu gün təhsil layihələri özündə təlim,yaradıcılıq,oyun fəaliyyətlərini cəmləyərək,qarşıya qoyulan bir məqsədə ,birlikdə ,vəzifələri bölərək çatmağı nəzərdə tutur.Şagirdlərin gücünü nəzərə alaraq layihə işinin 5 növünü ayırırlar:araşdırma,yaradıcı,oyun və yarış,informasiya toplama,praktik iş .
Metodiki Tövsiyə
Biz Hər zaman sizinləyik! Sualınız var? Dərsi qurmaqda çətinlik çəkirsiniz? İmkan tapıb kurslara gedə bilməmisiniz? İmtahana hazırlaşmaq üçün metodiki vəsaitlərə ehiyacınız var? Narahat olmağa dəyməz! Sullarınızla müraciət edə, bloqumuzdan yararlanaraq, çətinliklərinizi qismən aradan qaldıra bilərsiniz.
- Əsas Səhifə
- Bloqdan Istifadə Qaydası
- Əlaqə
DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!
14 Ekim 2015 Çarşamba
Tarixin tədrisi metodikasının məzmunu və quruluşu
Paylaşıldı 05:14 by Leyla Bayramova
Tarix tədrisi metodikasının məzmunu və quruluşu
Tarix təliminin məzmunu- təlimin gedişində şagirdlərin yiyələndikləri elmi biliklərin, praktik bacarıq və vərdişlərin fəaliyyət və təfəkkür üsullarının sistemidir.
Təlimin məzmununu-bilik bacarıq və vərdişlər təşkil edir. Deməli, tarix təliminin məzmununu tarixə dair biliklər, biliklərin əldə edilməsi üçün, bacarıqlar və vərdişlər təşkil edir.
Tarix təlimin məzmununa aid sənədlərə daxildir.-tədris planları, tədris proqramları və dərsliklər. Tarix təlimin məzmununa tarix elmindən alınmış faktiki nəzəri materiallar daxildir. Nəzəri materiallar və faktlar konkret zamanda və məkanda baş verən və təkrarlanmayan hadisələridir. Tarixi gerçəklik incəsənət əsərlərində öz əksini tapır. Belə ki, incəsənət əsərləri tarixi proses haqqında ən qiymətli bilik mənbəyi olur. Məsələn qədim Misir ustaları tarla işlərini, ev təsərrüfatı, emalatxana cişlərini məqbərələrin divarrlarında təsvir edir və ağacdan kəsib düzəldirdilər. Incəsənət əsərləri çox zaman insanların müasiri olan dövrünün hisslərini, ideologiyasını, estetikasını, etikasını açıb göstərir.
Elm tarixi proses haqqında biliklər verir, incəsənət isə öz spesifik vasitələri ilə çox zaman bu bilikləri parlaq daha anlaşıqlı, daha emosional şəkildə əks etdirir. Elm xadimlərini öz tarixi tədqiqatlarının ideyasını kütləviləşdirmək üçün incəsənət vasitələrindən istifadə edirlər.
Tarix təlimində şagirdlər tarixi hadisələrin miqdar, zaman, səbəb-nəticə, məkan tək-tək, xüsusi və ümüumi münasibətlərin açılıb göstərilməsi ilə tanış olurlar.
Onlar faktları, anlayışları tarix elmi vasitəsilə mənimsəyirlər. Obyektiv tarixi əlaqələr şagirdlərin elmi dünyagörüşünün formalaşmasına təsir edir.
Tarix təlimin məqsədləri ilə məzmunu arasındakı uyğunluq ilk olaraq təhsil və tərbiyənin məzmunu ilə müəyyən olunur. Ikincisi məqsədlər məktəb tarix kursunun məzmunundan irəli gəlir və bir birini tamamlayır. Üçüncüsü, şagirdlərin gücünə müvafiqlik o deməkdir ki, məktəblilər onların zehni inkişafını təmin edir. Metodika nə üçün öyrətməli, necə öyrətməli?, nəyi öyrətməli?, -məktəblərin tədris fəaliyyətini necə təşkil etməli və ona necə rəhbərlik etməli , tarix müəllimlərini necə hazırlamalı? Bütün bu suallara müsbət cavablar tarix təlimin məqsədləri ilə məzmunu arasında uyğunluq olduqda əldə olunur.
Cəmiyyətin inkişafının dərk edilməsində əsas rolu tarix elmi oynayır, buna görə də tarix təlimin məzmununu təşkil edən nəzəri materiallar , tarixi faktlar, tarixi hadisələr və proseslərin, anlayışların xüsusiyyətlərindən çox asılıdır. Ona görə ki, bütün bunlar təlimin keyfiyyətinə və şəxsiyyətin formalaşmasına motiv yaradır.
Tarix təlimin məzmunundakı əsas komponentlərdən biri də tarxi anlayışların seçilməsi, yerləşdirilməsidir. Bu anlayışlar bir və ya bir neçə xalqa və ya ölkəyə, bir neçə ictimai iqtisadi formasiyaya aid olan anlayışlardır.tarix təliminin məzmununda ümumi , xüsusi, sosioloji anlayışlar mövcuddur ki,bunların hər biri lazımı öz yerində işlədilir. Tarix dərsliyinin məzmununda 2 növ tarixi fakt olur-sadə və mürəkkəb faktlar. Faktlar hadisə və təzahürlərdən yaranır. Onlar bir biri ilə sıx əlaqədə olur. Dərsliklərə 2 növ faktlar daxil edilir. Tək-tək hadisələr –tarixi prosesin pillələri və bir birinə oxşar olub dəfələrlə təkrar olunan, dövr üçün tipik olan faktlar. Dərsliklərin mətnində hafizədə möhkəmlənməsi zəruri olan əsas və qeyri əsas olan tarixi faktlar daxil edilir. əsas faktlar tarixi prosesin planı və onun dövrləşdirilməsi üçün əsas olur. Qeyri -əsas faktlarda tarixi göstərilən faktlarla xronoloji əsasın zaman münasibətlərinin müəyyən edilməsinə və onların prosesin əsas dövrləşdirilməsinə daxil edilməsinə xidmət edir.
Tarix təliminin məzmununda xəritəyə, xronologiyaya və statistikaya əsaslanan faktlar çox olur. Belə ki, xronoji tarixlər şagirdlər tərəfindən faktların öyrənilən dövrə düzgün aid edilməsi üçün, onların ardıcıllığını, sinxronluğunu, təsvir olunan faktların neçə müddət davam etməsini, tarixi prosesi dövrlərə bölməyi başa düşmək üçün lazım olan dərəcədə istifadə edilir. Tarix təliminin məzmununa tarixi coğrafi adlar da daxil edilir. Tarix təlimin məzmununda statistik faktlar-əşyaların böyüklüyü, adamların miqdarı , qoşunların sayını təyin edən say göstəriciləri də yetərincə əks olunur.
Tarix təlimin məzmununda konkret faktlarla ümüumiləşdirmələrin əlqələndirilməsi xüsusi yer tutur. Konkret faktlar ümumiləşdirildikdə dərsliyin məzmunu didaktik cəhətdən də mükəmməlləşir.
12-13 noyabr tarixində Bakıda «Keçmişdə və Günümüzdə Milli Kimlik: Yeni Elmi Paradiqma, Tarixşünaslıq və Tarixin Tədrisi Metodları» adlı elmi beynəlxalq konfrans keçiriləcək
Konfransa elm adamları- araşdırma institutları və qurumlarının, ali təhsil ocaqlarının əməkdaşları, innovativ qrupların və birliklərin nümayəndələri, müəllimlər, magist və doktorntura tələbələri dəvət edilirllər.
Yol xərci və müvəqqəti yaşayış yeri təminatı iştirakçıya aiddir. Təşkilat komitəsi otel reservasiyaları üçün köməklik göstərə bilər. Bəzi məqamlarda, komitə konfrans müddətində Bakıya gəlmək və qalmaq xərclərinin geri ödənilməsi üçün xaricdən gələn iştirakçıların müraciətlərini nəzərə alacaqdır.
Konfrans materiallarının çap edilməsi nəzərdə tutulur.
Konfransda iştirak edə bilmək üçün aşağıdakı şərtlərə uyğun olaraq müraciət formu və xülasələri təşkilat komitəsinin History.conference@adpu.edu.azelektron poçtuna, mövzu yerinə “Keçmişdə və Günümüzdə Milli Kimlik: Yeni Elmi Paradiqma, Tarixşünaslıq və Tarixin Tədrisi Metodları” başlığını yazaraq göndərilməlidir. Göndəriləcək fayllarda müəllifin adı olmalıdır. Məs: Mamedov_article, Mamedov_application. Komitə, konfransın təyin etdiyini problematika əsasında iştirakçıları seçmə hüququna malikdir.
Müraciət və xülasələrin qəbulu 1 sentyabr 2020-ci ilə qədər davam edəcək. Tam mətnin son qəbul tarixi isə 10 oktyabr 2020-ci ildir. Təşkilat komitəsi, konfrans materialları arasında çap ediləcək məqalələri seçmə hüququna malikdir.
Xülasə və tam mətndə aşağıdakı qaydalara riayət etmək tələb olunur:
Məqalədən əvvəl solda-УДК, DOİ; sağda- müəllifin soyadı, adı və ata adı(tam); işlədiyi qurumun tam adı(ölkə və şəhər daxil), elmi ünvanı/dərəcəsi, varsa elmi adı, işlədiyi vəzifə, elektron poçtu, telefon nömrəsi yazılmalıdır.
Məqalənin başlığı böyük hərflərlə və ortadan yazılmalıdır.
Başlıqdan sonra orijinal dildə və ingilis dilində xülasə (maksimum 300 söz) və açar sözlər(maksimum 5-6 söz/ifadə) və istifadə edilmiş ədəbiyyat siyahısı(ən az beş əsas ədəbiyyat) olmalıdır.
Mətn elektron variantda hazırlanmalı və elektron poçtla göndərilməlidir. Səhifə quruluşu: Microsoft Word(A4),Times New Roman, şrift-14, aralıq 1.5, paraqraf 1.25cm; səhifə parametrləri: üst və alt kənar baoşluqları-2 cm; sol-3 cm; sağ-1.5 cm; İstinadlar böyük mötərizədə [1] və ya səhifələri göstərilən böyük mötərizədə [1, s. 21] verilməli, arxiv materialları- sənəd nömrəsi [1, s. 3] ilə göstərilməlidir.
Ardından ingilis dilində bu məlumatlar yazılmalıdır: soyad, ad, ata adı, iş yeri(ölkə və şəhər daxil); başlıq, xülasə və açar sözlər.
İstifadə olunmuş ədəbiyyat: əlifbaya görə sıralanmalı; müəllifin soyadı, adı (ata adı-varsa), müəllif və müəlliflərin adları italik yazılmalıdır. Arxiv sənədlərinin adları qısaldılmalıdır(ilk istinadda sənədin tam adı verilməlidir).
İstinadlar, ədəbiyyat siyahısındakı sıra nömrəsi və arxiv sənədində istifadə olunan səhifə/səhifəni göstərən böyük mötərizə içərisində olmalıdır([3, s.41]).
“Keçmişdə və Günümüzdə Milli Kimlik: Yeni Elmi Paradiqma, Tarixşünaslıq və Tarixin Tədrisi Metodları” adlı beynəlxalq elmi konfransda iştirak üçün mürəciət formunda bunlar olmalıdır:
- Müəllifin ad ve soyadı (tam).
- Təşkilat/qurum (iş yeri vəvəzifə).
- Elmi dərəcə, rütbə/ad.
- Çıxışın mövzusu.
- Multimedya ehtiyacı.
- Əlaqə: e-poçtvə telefon.
- Poçt adresi, poçt kodu.
- Otel ehtiyacı.
T.e.d. Sevinc ƏLİYEVA, e-poçt: sevinc.aliyeva@adpu.edu.az, +994503010044
P.e.f.d. Dəyanət MUSAYEV, e-poçt: Dayanat.Musayev@adpu.edu.az, +994503717137
Jalə MÜRSƏLI, e-poçt: Jala.M@adpu.edu.az
TƏŞKILAT KOMİTƏSI
Elmi heyat
T.e.d., prof.Cəfər CƏFƏROV — ADPU, rektor
T.e.d., dos. Sevinc ƏLİYEVA – ADPU, Tarih-Coğrafiya fakültəsi, «Ümumi tarix və Tarixin Tədrisi Texnologiyası» kafedrasının müdiri (Bakı)
P.e.d., prof. Mübariz ƏMİROV – ADPU, Tarih-Coğrafiya fakültesi, «Ümumi tarix və Tarixin Tədrisi Texnologiyası» kafedrası (Bakı)
Dr. Nihat BÜYÜKBAŞ — TC Bakü Büyükelçiliği Eğitim Müşaviri
Prof.Dr. Cengiz TOMAR — Kazak-Türk Universitetinin rektoru
Prof. Dr. Hayati DEVELİ -İstanbul Universitetinin Ədəbiyyat Fakültəsinin Dekanı (İstanbul)
Prof.Dr. Prof. Dr. Pavel Viktorovich RAZOV –профессор Финансового университета при Правительстве Российской Федерации(Москва)
Prof.Dr. Mehmet Ali BEYHAN, İstanbul universitesi, Edebiyat Fakültəsi, Tarih bölümü (İstanbul).
Prof.Dr. Halil BAL, İstanbul universitesi, Edebiyat Fakültəsi, Tarih bölümü (İstanbul).
Д.и.н., проф. Игорь Викторович ТУРИЦЫН — президент Научно-исследовательского института истории, экономики и права (Москва)
Д.и.н. Раиль Равилович ФАХРУТДИНОВ – доктор исторических наук, профессор, заведующий кафедрой исторического и обществоведческого образования Института Международных отношений Казанского Федерального Университета (Казань).
Д.ю.н., проф. Дамир Юсуфович ШАПСУГОВ — директор центра правовых исследований и заведующий кафедрой теории и истории права и государства Южно-Российского института управления — филиала Российской академии народного хозяйства и государственной службы при Президенте Российской Федерации.
Prof.Dr. Temuçin Faik ERTAN — Ankara universitesi, Tarih İnkilap Tarihi Enstitüsünün müdürü (Ankara)
Yrd. Doç. Dr. Turgay Bülent GÖKTÜRK — KKTC Doğu Akdeniz Üniversitesi Atatürk Araştırma ve Uygulama Merkezi Başkanı (KKTC-Gazimagusa)
T.e.d., prof. Sevda SÜLEYMANOVA — Bakı Dövlət Universiteti (Bakı)
T.ü.f. Firdovsiyyə ƏHMƏDOVA — Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilikAkademiyasının Tarix kafedrasının müdiri (Bakı)
Fil.e.d. Paşa KƏRİMOV — Fizuli adına Əlyazmalar insititutunun elmi işlər üzrə direktor müavini
Prof.Dr. Nejla GÜNAY, Gazi Universitesi, Tarih Eğetimi bölümü (Ankara)
Prof.Dr. Yasemen DOĞANER, Haceteppe Universitesi Atatürk İlkeleri ve İnkilap Tarihi İnstitüsü (Ankara)
Prof.Dr. Ebulfez SÜLEYMANLI, Üsküdar Üniversitesi, İnsan ve Toplum Bilimleri Fakültesi (İTBF)/ Sosyoloji Başkanı
T.ü.f.d. , dos. Azad RZAYEV – Bakı Dövlət Universiteti Azerbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri (Bakı)
Doç.Dr. Nurten ÇETİN — Trakya üniversitesi, Edebiyat fakültəsi, Tarih bölümü, Balkan Yerleşkesi (Edirne)
T.ü.f.d., dos. Şamil RƏHMANZADƏ– AMEA-nın A.A. Bakıxanov adına Tarih İnstitutu (Bakı)
К.и.н., доц. Сергей Валерьевич ТЕЛЕПЕНЬ — Мозырский государственный Педагогический Университет им. И.П. Шамякина(Мозырь)
Doç.Dr. Paşa GULUZADE – ADPU, Tarih-Coğrafiya fakültesi, Felsefe kafedrası (Bakı)
Aytən İMANOVA — AMEA-nın Fizuli adına Əlyazmalar institutu
İşçi qrupu
T.e.d., dos. Sevinc ƏLİYEVA — ADPU, «Ümumi tarix və Tarixin Tədrisi Texnologiyası» kafedrası
F.ü.f.d. Asif AXUNDOV -ADPU, Tarix-Coğrafiya fakültəsinin dekanı
T.e.d., dos. Sevinc SEYIDOVA — ADPU, «Ümumi tarix və Tarixin Tədrisi Texnologiyası» kafedrası
T.ü.f.d., dos. Pərviz SƏFƏROV — ADPU, «Ümumi tarix və Tarixin Tədrisi Texnologiyası» kafedrası
P.ü.f.d. Daəyanət MUSAYEV — ADPU, «Ümumi tarix və Tarixin Tədrisi Texnologiyası» kafedrası
P.ü.f.d. Təranə İSAYEVA — ADPU,»Ümumi tarix və Tarixin Tədrisi Texnologiyası» kafedrası
T.ü.f.d., dos. Qabil Başirov — ADPU,»Ümumi tarix və Tarixin Tədrisi Texnologiyası» kafedrası
T.ü.f.d., dos. Səyidə Məmmədova — ADPU,»Ümumi tarix və Tarixin Tədrisi Texnologiyası» kafedrası
Leyla Orucova — ADPU, «Ümumi tarix və Tarixin Tədrisi Texnologiyası» kafedrası, b/l
Elnarə MƏMMƏDOVA — ADPU, «Ümumi tarix və Tarixin Tədrisi Texnologiyası» kafedrası, b/l
Jalə MÜRSƏLLİ — ADPU, «Ümumi tarix və Tarixin Tədrisi Texnologiyası» kafedrası, lab.
Tahir Cabbarlı — ADPU, «Ümumi tarix və Tarixin Tədrisi Texnologiyası» kafedrası, maqistr
Adres: AZ1000, Bakı, Üzeyir Hacibeyli, 68, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Tarix-Coğrafiya Fakültəsi, Ümumi Tarix və Tarixin Tədirisi Texnologiyası kafedrası.
По данной теме есть следующие сообщения
- “Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq səviyyədə tanınması: tarixin dərsləri” adlı beynəlxalq onlayn elmi konfrans keçirilib
- «Azərbaycanda və dünyada pandemiya şəraitində tarixin tədrisi prosesində informatika və kommunikasiya texnologiyalarından istifadənin rolu» elmi — pedagoji beynəlxalq videokonfrans
- Professor Yusif Yusifovun 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
- Bakıda “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda ənənəvi beynəlxalq konfrans
- XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ AZƏRBAYCANDA İSLAM VƏ MİLLİ KİMLİK
- MİNGƏÇEVİR ARXEOLOJİ EKSPEDİSİYASI QAFQAZ ARXEOLOGİYA ELMİ TARİXİNDƏ MÜHÜM HADİSƏLƏRDƏN BİRİDİR
- İran Mədəniyyət Mərkəzi və “Etnoglobus.az” Beynəlxalq olayn analitik mərkəzinin təşkilatçılığı ilə “İslamda multikulturalizm ” mövzusunda konfrans keçirilib.
Tarix fənninin tədrisi prosesində layihə işinin təşkili və rolu.
Məqalə tarix dərslərində layihə işinin düzgün təşkili və dərsin effektivliyinin artırılması barədədir.Layihə işinin növləri,planlaşdırılması və nümunələri haqqında geniş məlumat verilir.
İnsan həyatında hər yeni bir dövr insandan dəyişməyi ,yeni inkişaf mərhələsinə qədəm qoyaraq özündə yeni bacarıq və keyfiyyətlərin aşkar edilməsini tələb edir.Müasir qloballaşma gedən dünyamıza yeni insan tələb olunur.Bu insan yalnız bilikli olmaqla kifayətlənməməli,bu biliklərə yiyələnmə prosesinə fərqli baxmalı və bu biliklərdən günü-gündən dəyişən dünyanın ona gətirəcəyi problemlərin həllində istifadə edə bilməlidir.Və bu yeni şəxsiyyəti məkəb hazırladığı üçün birinci növbədə dəyişikliklər məktəb müəlliminin öhdəsinə düşür.Belə olduqda ənənəvi təlimin bu problemin öhdəsindən gəlməsi mümkün deyil.Və əlbətdə ki ,bu zaman müəllimin köməyinə zamanın tələblərinə adekvat cavab verən yeni təlim metodları və vasitələri gəlir.Yeni metodlardan biri olan layihə işi haqqında çox danışılır.Lakin bu məqalədə çalışacam ki,layihə işinin tarix dərslərindəki effektivliyi haqqında sizlərə məlumat verim.
Layihə işinin təşkili bizə təlim zamanı ilk növbədə problemin həlli və fəaliyyət baxımından çox məqsədəuyğundur.Şəxsiyyətyönümlülük,əməkdaşlıq bacarıqlarının aşılanması da bu metodun üstünlüklərindəndir.Bu gün təhsil layihələri özündə təlim,yaradıcılıq,oyun fəaliyyətlərini cəmləyərək,qarşıya qoyulan bir məqsədə ,birlikdə ,vəzifələri bölərək çatmağı nəzərdə tutur.Şagirdlərin gücünü nəzərə alaraq layihə işinin 5 növünü ayırırlar:araşdırma,yaradıcı,oyun və yarış,informasiya toplama,praktik iş .
Layihə işinin ən vacib tərəfi isə şagirdlərin müxtəlif mənbələrdən aldıqları məlumatların içərisindən lazımlısını seçmək,onu idarə etmək,nəticə cıxarmaqdır.Layihələrin hazırlanması şagirdlərdə informasiyanı sərbəst əldə edərək onu lazımi istiqamətə yönəltməyi öyrədir. Layihə hazırlandığı zaman şagird mərhələlərlə qarşıya qoyduğu məqsədə çatmaq üçün addımlayır. Bu mərhələlər məqsəddən nəticəyə yönələrək sonda işin müzakirəsi ilə bitir .Hazırladıqları layihəni digər şagirdlərə nümayiş etdirən şagirdlər gördükləri işin vacib olduğunu anlayır.
Layihə işini planlaşdıran müəllim aydın dərk etməlidir ki,bu işi nə üçün planlaşdırır,qarşıya hansı məqsəd qoyur və işi həyata keçirən zaman şagirdlər hansı mərhələlərdən istifadə edəcək. Hazırlığın ilk mərhələləri müəllimin köməyi ilə şagirdlərin düzgün istiqamətlənməsinə yardımçı olur.Müəllimin köməyi ilə şagirdlər düzgün fəaliyyət istiqamətini seçir,qrup üzvləri arasında iş bölgüsü gedir,layihənin hazırlanma planı tutulur.Sonrakı mərhələdə şagirdlər tam sərbəst işləyirlər.Sonda dərsdə layihə təqdim olunur.Layihə işləri xüsusi hazırlıq tələb etdiyi üçün şagirdlərə dərsdən bir həftə əvvəl tapşırıq vermək daha səmərəli olar.
Layihə işinin nəticəsindən nə gözləyirik?
Birinci növbədə öyrəndiyi dövrə səyahət edərək ,o dövrü yaşayan və aktiv şəkildə oyrənən şəxsiyyət ;
bilik axtarışında olan ,əldə etdiyi informasiyanı lazımi biliyə transformasiya edən və onlardan istifadə edə bilən şəxsiyyət;
öz işinin mahiyyətini dərk edə bilən,özünü qiymətləndirə bilən şəxsiyyət.
Bir sözlə,hərtərəfli inkişaf edən ,bacarıqlı şəxsiyyət və bacarıqlarını real həyatda realizə edə bilən şəxsiyyət.
Tarix dərslərində layihə işinin bir neçə forması var.Onlardan üçünü sizə təqdim edirəm:
1)tarixi jurnalın buraxılışı;
2)tarix dərsliyinin hazırlanması;
3)diafilmin hazırlanması.
1.Tarixi jurnalın buraxılışı.
Layihə kimi şagirdlərə mövzu ilə bağlı tarixi jurnalın hazırlanması tapşırılır.Şagirdlər kiçik qruplara bölünür, jurnalda tutduğları vəzifəyə uyğun tapşırıqlar verilir.Qrupları belə təşkil etmək olar:”Redaktorlar”,”İnformasiya şöbəsi”,”Analitik şöbə”,”Əyləncəli bilik şöbəsi”,”Rəssam-tərtibatçı şöbəsi”.Hər şöbənin öz vəzifəsi var.Hər qrup vəzifəyə uyğun tapşırıq yerinə yetirir,lakin jurnal bir qrup tərəfindən deyil bütün qrupların iştirakı ilə yaranın.Rəhbər rolu isə redaktorlar yerinə yetirir.Bu layihə şagirdlər tərəfindən maraqla qarşılanır.Onlar bir-biri ilə məsləhətləşir,həm qrupdaxili ,həm də qruplararası əlaqə yaranır.Tarixi jurnalın adını isə bütün sinif birlikdə seçir.Şagirdləri bu işə xüsusilə mədəniyyət ,memarlıq mövzularını öyrənərkən cəlb etsəniz daha maraqlı olar və səmərəli effekt verər.
2.Əlyazma tarix dərsliyi.
Müəyyən mövzunu öyrənərkən müxtəlif mənbələrdən,əlavə ədəbiyyatdan istifadə edərək yeni mövzunun paraqrafını şagirdlərə hazırlamaq tapşırılır.Müəllim mövzunu açıqlayır,şagirdlər qarşısında mövzu ilə bağlı problemli sual qoyur və tapşırığı izah edir. Müəllim şagirdlərə müxtəlif material təqdim edir.Şagirdlər kiçik qruplara bölünür və “tarix dərsliyi” üçün müxtəlif mənbəldən istifadə edərək material hazırlayırlar.
İş alqoritmi belə ola bilər:
1)paraqrafın adını və planını formalaşdırmaq;
2)kiçik müəllif mətni yazmaq;
3)hadisələri xronoloji şəkildə düzmək;
4)”Lüğət”,”mənbə”,”tarixi portret” bölməsi üçün kiçik məqalə hazırlamaq;
5)şəkillər çəkmək.
Hər qrup müstəqil işləyir və sonda hazırladıqları paraqrafı təqdim edir.
3.Diafilmin hazırlanması.
Şagirdlər qruplara bölünür.Mövzu ilə bağlı söhbət aparılır,tapşırıqlar verilir.Şagirdlər süjeti müəyyən edir,”kadrların”ardıcıllığını fikirləşirlər.Şagirdlər “kadrları” aralarında bölür,qrup daxilində hər kəs öz öhdəsinə düşən “kadrı”hazırlamaq üçün işə başlayır.
”Kadr”-mətnlə müşahidə olan bir şəkil və ya kollaj ola bilər.”Kadrlar”olan listlər bir-birinə yapışqanla və ya yapışqan lentlə birləşdirilir.Sonra diafilmin adı müəyyən olaraq ilk “kadrda” yazılır.Sonda hər qrup öz təqdimatlarını(diafilmlərini) digər qruplara nümayiş etdirir.
Hər bir hazırlanan layihə maraqlı olmalı,şagirdlərin intelektual səviyyəsini artırmalı ,onlarda praktik bilik formalaşdırmalıdır.Lakin layihə işini tez-tez keçirməyi də məsləhət görmürəm.Hər yarımildə 1 -2 dəfə keçirsəniz şagird üçün maraqlı olar.Xüsusi ilə 6,7,8,9-cu siniflərdə bu daha maraqla qarşılanır.
Məqalənin hazırlanmasında istifadə olunan mənbələr:
1.A.V.Bıçkov ”Müasir məktəbdə layihə metodu”.
2.İ.S.Sergeev ”Şagirdlərin layihə işinin təşkili barədə”.
3.N.Y.Paxomova “Təhsil müəssisəsində dərs layihələri işinin təşkili”.
Comments are closed, but trackbacks and pingbacks are open.