Taxılyığan kombaynlar hissələri
Gəncə Şəhər Icra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, Azərbaycan və Belarus arasında mövcud olan əlaqələrdən söz açıb. O bildirib ki, ölkələr arasında həm mədəni, həm siyasi və həm də iqtisadi əməkdaşlıq mövcuddur. Bu əlaqələrin qurulması və genişlənməsində Gəncənin xüsusi payı var. Belə ki, Gəncə Avtomobil Zavodu İB Belarusun “Belkommunaş” ASC ilə sıx əməkdaşlıq edir. “Biz GAZ İB-də yığılan texnikalarla tanış olduq. Həm traktorların, həm kombaynların, həm də müasir elektrobusların keyfiyyəti çox yüksəkdir. Biz inanırıq ki, elektrobusların yığımı gələcəkdə də davam etdiriləcəkdir. Bu işlərdə kollektivə uğurlar arzu edirəm”, – deyə Niyazi Bayramov sözlərinə əlavə edib.
Taxılyığan kombaynlar hissələri
2019cu il istehsalı “CLAAS DOMİNATOR 130” kombaynı satıram. Ela ve işlek veziyetdedir, heçbir problemi qeti yoxdur , müşteri istediyi yerde yoxlada biler. Çox gelir getiren texnikadır. Texnika özüme mexsusdur ve dövlet terefinden 40% subsidiya ödenişi ile götürülmüşdür(lizinq şirketi ile kontraktı v.
19977 saat
2019 model
Elektroyükləyicilər
Hangcha, CPD15-AC3
1.5 tonluq elektrokar, Yük götürmə qabiliyyəti: 1.5 ton, Yük götürmə hündürlüyü: 5.0 metr, Triplex maçtalı, Mühərrik: Elektrik, Curtis Traction AC+Pump DC, 4-W Battery, Pnevmatik təkərlər, Cascade side shift (çəngəllərin avtomatik sağa-sola hərəkəti), Çəngəl ölçüləri: 100*35*1220 mm, Sens.
2021 model
Vərdənə (katok)
Bomag, BW 138 AC-5
BW 138 ad-5 Katok təzəliyindən məndə olub, əla vəziyyətdədir, ağır işlərdə işlədilməyib. Demək olar ki, təzə kimidir.GPS sisteminə qoşuludur. Hər il texniki baxışdan keçib və İcbari sğorta olunub. Alqı-satqını “KÖÇÜRMƏ YOLU” ilə ola bilər. Xahiş edirəm maklerlər narahat etməsinlər.
2013 model
Vərdənə (katok)
JCB Azərbaycan üzrə rəsmi nümayəndəliyi tərəfindən JCB məhsullarının qiymətlərini Sizə təqdim edirik. Vibrokatok -Yolbasan JCB VM166D. Mühərrik: Cummins B5.9 (Sadə, Elektron deyil). FOPS/ROPS Kabina. Kabinada Kondisioner və istilik sistemi Vardır. Çəkisi: 15500kg. Qiymətə 18%ƏDV daxildir.
2023 model
Frontal təkərli yükləyici
XCMG, LW 550FN
Frontal yükləyici XCMG LW550 (ZL50) Mühərrik: Weichai 217a.g. (Sadə motor) Kovşun tutumu: 3.2m3 Yük qaldırması: 5500kg. Çəkisi: 17000kg. Təkər ölçüləri: 23.5-25. Buraxılış ili 2022. Texnika yeni gəlib. 07.09.2022 tarixdə Bakıya çatıb. Texnika təhvil verilməyə hazırdır. Zəmanət müddəti 1 il.
2023 model
Tırtıllı ekskavatorlar
JCB, JS205LC
JCB Azərbaycan üzrə rəsmi nümayəndəliyi tərəfindən JCB məhsullarının qiymətlərini Sizə təqdim edirik. JCB JS205LC. Çəkisi: 21500kg. Kovşun tutumu: 1,05m3 Mühərrik: Cummins (Sadə motor) Hidravlik Pompa: Kawasaki Hidravlik Qırıcı xətti var Kondisioneri Var Qeyd edilmiş qiymətə 18% ƏDV daxil.
2023 model
Mini-Ekskavator
JCB Azərbaycan üzrə rəsmi nümayəndəliyi tərəfindən JCB məhsullarının qiymətlərini Sizə təqdim edirik. Mini Ekskavator JCB 36C-1. Mühərrik: Perkins 25 a.g. Çəkisi 3650kg. Dərinliyə qazıması: 3400mm. Paletlərin eni: 300mm Hidravlik qırıcı xətti: Var. High flow (Gücləndirilmiş hidravlika sist.
2023 model
Teleskopik yükliyəcilər
JCB, 540-170
JCB Azərbaycan üzrə rəsmi nümayəndəliyi tərəfindən JCB məhsullarının qiymətlərini Sizə təqdim edirik. Teleskopik yükləyici. JCB 540-170. Mühərrik: JCB Dieselmax Körpülər: JCB Qolun maksimal uzanması: 17metr. Kondisioner: Var. Zəmanət müddəti 1 il (Motosaat məhdudiyyəti yoxdur). İstehsalçı.
2022 model
Frontal təkərli yükləyici
JCB Azərbaycan üzrə rəsmi nümayəndəliyi tərəfindən JCB məhsullarının qiymətlərini Sizə təqdim edirik. Frontal Yükləyici JCB 455ZX. Çəkisi: 18000kg. Mühərrik JCB Dieselmax 672, 6 silindrli 221a.g. (Sadə motor). Sürətlər qutusu: ZF. Ön və arxa körpülər: ZF. Kovşun tutumu 3.5m3. Zəmanət m.
2022 model
Ekskavator yükliyəcilər
JCB Azərbaycan üzrə rəsmi nümayəndəliyi tərəfindən JCB məhsullarının qiymətlərini Sizə təqdim edirik. JCB 3CX Super. Mühərrik: JCB Dieselmax Sürətlər qutusu: JCB Körpülər: JCB Teleskopik uzanan qol: Var. Hidravlik qırıcı xətt: Var. Kondisioner: Var. SRS (Amortizator): Var. Komplektə Çəng.
2023 model
Təkərli ekskavatorlar
JCB, JS 160W
JCB Azərbaycan üzrə rəsmi nümayəndəliyi tərəfindən JCB məhsullarının qiymətlərini Sizə təqdim edirik. Təkərli Ekskavator JCB JS160W. Mühərrik: JCB Dieselmax 444 . Körpülər: JCB. Çəkisi: 16500kg. Kovşun tutumu: 0,9m3. Qolun uzunluğu: 3.05metr. Dərinliyə qazıması 6451mm. Hidravlik Qırıcı xə.
2023 model
Tırtıllı ekskavatorlar
JCB, JS305LC
JCB Azərbaycan üzrə rəsmi nümayəndəliyi tərəfindən JCB məhsullarının qiymətlərini Sizə təqdim edirik. JCB JS305LC. Çəkisi: 31900kg. Kovşun tutumu: 1,8m3 Mühərrik: JCB DİESELMAX Hidravlik Pompa: Kawasaki Hidravlik Qırıcı xətti Var Kondisioner Var. Texnika Bakıda stokdadır. Qeyd edilmiş qi.
2023 model
Mini – yükləyicilər
JCB Azərbaycan üzrə rəsmi nümayəndəliyi tərəfindən JCB məhsullarının qiymətlərini Sizə təqdim edirik. Mini yükləyici JCB 175. İşlək çəkisi: 3100kq. Mühərrik: Perkins 60a.g. (Sadə motor). Yük qaldırma qabiliyyəti: 800kq. Kovşun tutumu: 0.45m3. İdarəetmə: Joystik. Zəmanət müddəti 1 il (Motosaa.
2023 model
Ekskavator yükliyəcilər
JCB Azərbaycan üzrə rəsmi nümayəndəliyi tərəfindən JCB məhsullarının qiymətlərini Sizə təqdim edirik. JCB 3CX. Mühərrik: JCB Dieselmax Sürətlər qutusu: JCB Körpülər: JCB Teleskopik uzanan qol: Var. Hidravlik qırıcı xətt: Var. Kondisioner: Var. SRS (Amortizator): Var. Zəmanət müddəti 1 il.
2023 model
Ekskavator yükliyəcilər
JCB Azərbaycan üzrə rəsmi nümayəndəliyi tərəfindən JCB məhsullarının qiymətlərini Sizə təqdim edirik. JCB 3CX. Mühərrik: JCB Dieselmax Sürətlər qutusu: JCB Körpülər: JCB Teleskopik uzanan qol: Var. Hidravlik qırıcı xətt: Var. Kondisioner: Var. SRS (Amortizator): Var. Zəmanət müddəti 1 il.
2023 model
Texnika üzərinə quralışdırılma
Yol supuren, Yol süpürən, supurge, Süpürgə
Yol yuyan və Yol süpürən Avtomobillər üçün SÜPÜRGƏLƏR. Alt süpürgələr Yan Süpürgələr Ön süpürgələr Bütün süpürgələrdən Bakıda Anbarımızda vardır. Bütün texnikalar üçün Süpürgələrimiz vardır. MAN, MERCEDES, FORD, İVECO, KAMAZ hər növ şassi üzərində quraşdırılmış avadlıqların SÜPÜRGƏLƏRİ Bizdə.
Taxılyığan kombaynlar hissələri
Kombayn sürücüləri üçün təhlükəsizlik qaydaları Taxılyığan kombaynların sürücüləri üçün təhlükəsizlik Q A Y D A L A R I 1.Ümumi təhlükəsizlik tələbləri. 1.1. Taxılyığan kombaynların idarə olunmasına icazə 18 yaşı tamam olmuş və sürücülük vəsiqəsi olan şəxslərə verilir. Sürücü köməkçinin yaşı 18-dən az olmamalıdır. 1.2. Məhsul yığımında iştirak edən kombayn sürücüləri,onların köməkçiləri eləcə də işə cəlb olunan digər şəxslər xüsusi proqram üzrə hazırlanmış əməyin mühafizəsi və yanğına qarşı təlim keçməlidirlər.Əməyin mühafizəsi və yanğına qarşı təlim keçməyən şəxslərin məhsul yığımında iştirak etməsinə icazə verilməməlidir. 1.3. Kombaynçı mexanizator yalnız rəhbərlik tərəfindən verilən tapşırığı yerinə yetirir bu şərtlə ki, həmin işin təhlükəsizliyini bilir. 1.4. İşə başlamamışdan əvvəl xüsusi geyimdən (kombinezon), baş örtüyündən və ehtiyac olduğu hallarda qoruyucu eynəklərdən istifadə etmək lazımdır. 1.5. Paltarları hərəkətdə olan mexanizmlərin yaxınlığında dəyişmək qadağandır. 1.6. Təmir və tənzimləmə işləri təhlükəsizlik qaydalararına əməl olunmaqla aparılmalıdır. 1.7. Kombaynlarda əlavə oturacaqların qoyulması qəti qadağandır. 1.8. Hətta yüngül alkoqol təsiri olan şəxslərə kombaynların idarə olunması qəti qadağandır. 2.Texniki xidmət zamanı təhlükəsizlik tədbirləri. Texniki vəziyyətin və əsas qovşaqların tənzimlənməsinin yoxlanması 2.1. İşə başlayarkən kombayn sürücüsü kardanın, dişli və qayışlı ötürücülərin hərəkətdə olan mexanizmlərin örtüklərinin saz olmasını yoxlamalıdır. Bunlar nasaz olduğu zaman işlərin aparılması qadağan olunur. 2.2. Sükanın idarəetmə sistemi saz vəziyyətdə olmalıdır. Kombaynın sükanının dayaqları və dartıcıları ( yaxtaları ) çatsız,əyilməmiş, oymaları və şpilintləri saz vəziyyətdə olmalıdır. Sükanın lyüftü 15%-dan çox olmamalıdır. Kombayın sükanın idarəetmə sistemi nasaz vəziyyətdə olduqda idarə olunmasına icazə verilmir. 2.3. Əyləcin dişli fiksatorunun,dartıcıların ( tyaqasının ),valın dəstəyinin zədəsiz və kip olması, həmçinin əyləc pedalının sərbəst gedişi 15-20 mm-dən artıq olmamalıdır. Kombayının əyləc sistemi nasaz vəziyyətdə olarkən idarə edilməsi yol verilməzdir. 2.4. Kombayn yumşaq və nəmli torpaqda işləyən zaman aparıcı təkərlərin pnevmatik şinlərində havanın təzyiqi 1-1.5kq/sm,2 bərk torpaqda 1-2.8ka/sm2 olmalıdır. Kombayının ön təkərlərində yumşaq və nəmli torpaqda işləyən zaman havanın təziqi 1.5kq/sm2, bərk torpaqda 1 – 2.5 kq/sm2 olmalıdır. Təkərə hava vurulduqdan sonra təzyiq yoxlanmalıdır. Protektorları olmayan təkərlərin istifadəsi yolverilməzdir. 2.5. İlişmə muftası tam qoşulmalı və ayrılmalıdır, onun sərbəst hərəkəti 20-25 mm olmalıdır. 2.6. Sürətlər qutusunun öz-özünə keçidlər etməməsi üçün onun bloklaşma mexanizmin tənzimlənməli və saz vəziyyətdə olmalıdır. 2.7. Hidravlik sistemində sızmanın olmaması üçün hermetiklik yoxlanılmalıdır. 2.8. Kombaynda təmir üçün alətlər, qoruyucu tent, içməli su, ilkin tibbi yardım üçün ləvazimat və ilkin yanğın söndürmə vasitələri olmalıdır. 2.9. Kombayının idarəetmə meydançası, oturacaqları, pilləkəni və məhəccəri təmiz və saz vəziyyətdə olmalıdır. İdarəetmə meydançasının və pilləkənə qıraq əşyaların qoyulması yolverilməzdir. 2.10. Akkumulyator kombayına bərkidilməlidir və qapağı bağlanmalıdır, üst hissəsi daim təmiz olmalı, klemalar sıxılmalı, naqillər texniki vazelinlə sürtülməlidir. 2.11. Elektrolitin səviyyəsini yoxlayan zaman ehtiyatlı olmaq lazımdır, bədənə və ya paltara düşərsə dərhal sabunla yuyulmalıdır. 2.12. Kombayının altında işləyərkən sürücü altına taxta fanerka qoymalıdır. Mühərrikin yanacaq və su ilə doldurulması. 2.13. İsti radiatora su əlavə edəkən qapağı xüsusi əlcəklə açılmalıdır ki, əlləri yandırmasın. 2.14. Əgər yanacaq dərinin üstünə düşübsə mütləq sabunla əlləri yumaq lazımdır. 2.15. Yanacaq buxarının damcısı gözə düşübsə dərhal onları su ilə yuyub həkimə müraciət etmək lazımdır. 2.16. Nahar etməzdən əvvəl əllərinizi və üzünüzü sabunla yuyun. Jatkaya xidmət edərkən təhkükəsizlik təddirləri. 2.17. Jatkanın altında işləyərkən silindirin kranı bağlanır, altına xüsusi dayaq qoyulur. 2.18. Dayaq kimi daş kubik və digər qeyri standart əşyalardan istifadə edilməsinə icazə verilməməlidir. 2.19. Kəsən aqreqat xüsusi təmizləyici ilə təmizlənməlidir. 2.20. Bıcaqların dəyişdirilməsi mühərrik söndürülmüş vəziyyətində aparılmalıdır. 2.21. Jatkanın kombayna birləşdirilməsi zamanı maili kameranın üzərində dayanmaq olmaz. 3. Taxılyığan kombaynların təhlükəsiz idarə olunması qaydaları. İşə başlamazdan əvvəl 3.1. İşə başlamazdan əvvəl kombaynın sürücüsü işləyəcəyi ərazinin döngələri keçidləri relyefi ilə tanış olmalıdır. 3.2. Kombayn sürücüsü işə başlamamış yaxınlıqda insanların olmamasından əmin olmalı, səs siqnalı verərək mühərriki işə salmalı və bütün mexanizmlərin saz vəziyyətdə olmasını yoxlamalıdır. 3.3. Mühərriki ancaq kombaynın sürücüsü işə salmalıdır. 3.4. Kombaynı yedəkdə və sair yollarla işə salmaq qəti qadağandır. 3.5. Hərəkət etməzdən əvvəl ətrafda heç kimə təhlükə yaratmayacağınıza əmin olduqdan sonra səs siqnalı verıb hərəkət etmək lazımdır. İş vaxtı 3.6. Kombayn sürücülük vəsiqəsi olmayan şəxslərin idarə etməsinə icazə verilmir. 3.7. Kabinanın daxilində əlavə şəxslərin olması yolverilməzdir. 3.8. İşlək mexanizmlərin yoxlanılması, tənzimlənməsi, kəsiçi hissələrin təmizlənməsi, remenlərin bərkidilməsi və təmiri kombaynın mühərrikinin söndürülmüş vəziyyətində aparılmalıdır. 3.9. Ayaq üstə kombaynı idarə etmək qəti qadağandır. 3.10. Döngələrdə kombayını sürətlər qutusunun 2- ci pilləsinə sürəti saatda 3-4 km–dən çox olmamaq şərti ilə idarə edilməlidir. 3.11. Buğdanı kombaynın bunkerindən əllə, ayaqla və ya digər əşyalarla yük boşaldan şnekə tərəf ötürmək olmaz. Bunun üçün taxta beldən istifadə etmək lazımdır. 3.12. Xidmətçi şəxslərin kombayndan buğdanı avtomaşına boşaltması zaman avtomaşının yük yerində əyləşmək, kombaynın yükboşaldan şnekinin altında dayanmaq avtomaşından kombayna və geriyə keçmək qəti qadağandır. 3.13. Avtomaşının yük yerində buğdanın hamarlanması zamanı xidmətçi personala külək döyən tərəfdə dayanmaq olmaz. 3.14. Yük yeri buğda ilə dolu olan avtomaşında xidmətçi personalın getməsi qadağan olunur. 3.15. Xidmətçi personalın kombaynın yanında, altında, yol qırağında, taxıl sahəsində və s. yerlərdə istirahət etməsi qəti qadağandır. İstirahətə ancaq taxıl sahəsindən kənarda xüsusi və aydın görünən yerlərdə icazə verilir. 3.16. Güclü yağış yağan zaman və şimşək çaxanda kombaynın işi dayandırmalı və maşını tərk edərək 80 metr aralı məsafəyə çəkilmək lazımdır. 3.17. Şimşək çaxan zaman zəmidə yüksək gərginlikli elektrik xətlərindən ən azı 20 metr aralı məsafədə dayanmaq olar. 3.18. Yağışdan sonra kanaldan, yamaclardan, döngələrdən və s. yerlərdən ən aşağı sürətlə keçmək lazımdır. Yamacda iş zamanı təhlükəsizlik tədbirləri. 3.19. Sərt yamaclarda işlərə başlamazdan əvvəl ərazi ilə tanış olmaq lazımdır. 3.20. İşlərə başlamazdan əvvəl ərazidə uçurumlar, sərt yamaclar və dərin çalalar xüsüsi nişanlarla qeyd olunmalıdır. Kombaynın dönmə ducağı uçurum və sərt yamaclarla 10 metr məsafədə olmalıdır. 3.21. Yamacların mayillilik dərəcəsi 15% çox olmayan yerlərdə işləməyə icazə verilir. 3.22. Sərt yamaclar və uçurumlar olan ərazilərdə ən aşağı sürətlə sürmək məsləhət görülür. Belə ərazilərdə gecələr işləmək qadağan olunur. 3.23. Kombaynı sərt yamacların və yarğanların yaxınlığında saxlamaq olmaz. Dayanmağa zərurət yaransa ilk növbədə mühərriki söndürərək təkərlərin altına xüsusi altlıqlar qoyulmalıdır. 3.24. Yamacda kombaynın təkərləri yerində fırlanarsa, mühərriki söndürüb kömək üçün çağrılmış traktorun gəlişini gözləmək və kombayını düz əraziyə yedəkdə aparmaq lazımdır. 3.25. Yamacın eni üzrə taxıl yığımı aparılarsa, mütləq qaydada birtərəflik yığımaparılmalıdır, yəni kombaynın bunkeri yamacın yuxarı hissəsinə doğru olmalıdır. Günün qaranlıq vaxtında işlərin aparılması zamanı təhlükəsizlik tədbirləri 3.26. Günün qaranlıq vaxtında işlərin aparılması zamanı kombaynın cihazlar panelinin işıqlandırılması, ön və arxa işıqlar saz vəziyyətdə olmalıdır. 3.27. Kombayna su və yanacaq gündüz vaxtı tökülməlidir. Gecə vaxtı kombayna su və yanacağın əlavə olunması zərurəti yarandıqda elektrik lampasından və ya digər nəqliyyat vasitələrinin işığından istifadə etmək lazımdır. 3.28. Günün qaranlıq vaxtında istirahət yerlərini lampa və ya digər işıqlandırma vasitələri ilə nişanlamaq lazımdır. Yol və keçidlərdə hərəkət zaman təhlükəsizlik tədbirləri 3.29. Kombaynla yollardan keçərkən ilk növbədə dayanaraq diğər yoldan nəqliyyat vasitələrinin gəlmədiyindən əmin olmalısınız. 3.30. Gündüz vaxtı yolda hərəkət zamanı kombaynın taxıl biçən hissəsinin sonlarına qırmızı bayraq, günün qaranlıq vaxtı isə qırmızı işıq qaytaran lampalar vurulmalıdır. 3.31. Dəmiryolu keçidinə yaxınlaşan zaman «Dəmiryolu keçidi !» nişanına «Qatardan ehtiyatlı ol !» nişanına, səs siqnalına, şlaqbauma, işıqfora və dəmiryolu növbətçisinin tələblərinə əməl etmək lazımdır. Şlaqbaumun bağlı vəziyyətində və işıqforun qırmızı işığında kombayn şlaqbauma 5 metrə məsafə qalmış saxlanmalıdır. 3.32. Mühafizə olunmayan dəmiryolu keçidinə yaxınlaşaraq kombaynı relslərə 10 metr qalmış saxlayaraq,qatarların olmamasından əmin olduqdan sonra saatda 3-4 km sürəti ilə keçmək lazımdır. Günün qaranlıq vaxtı isə dəmiryolu keçidində daha çox diqqətli olmaq lazımdır. 3.33. Elektrik xətti ilə kombaynın ən yüksək nöqtəsinin arasında 2 metrdən az məsafə varsa xətdin altından keçmək məsləhət deyil. 3.34. Kombaynın yollarda hərəkət zamanı navalçaşəkilli konveyrini ( şneki )nəqlolunma vəziyyətində saxlamaq lazımdır. 3.35. Nəqliyyat vasitələrinin sürəti 10 km/s təşkil edirsə,kombaynla ötmə əməliyatı etmək qəti qadağandır. 3.36. Kombaynda bərk yedəyə almadan istifadə etmək lazımdır və onun uzunluğu 4 metrdən çox təşkil etməməlidir. 3.37. Kombaynla insanları və yükləri daşımaq qadağan olunur. 3.38. Enişli və yoxuşlu yollarda kombaynı sürətlə qutusunun 1-ci pilləsi ilə idarə etmək məsləhət görülür.Təpəyə çıxarkən və ya düşərkən muftadan istifadə edərək sürətlər qutusunun pilləsini dəyişmək olmaz. Həmin yerlərdə məcburi dayanma olsa, əl əyləcindən istifadə edərək saxlamaq,mühərriki söndürmək təkərlərin altına dayaqlar qoymaq tələb olunur. 3.39. Kombaynla arxaya hərəkət və ya dönmə zamanı hərəkət sürətinin minimuma endirmək və yaxınlıqda insanların olmadığından əmin olmaq lazımdır. 3.40. Çay keçidlərindən keçmək müstəsna hallarda icazə verilir,yəni çayın dibidaşlı və qumlu olarsa, həmçinin suyun səviyyəsi 0,5 metrdən çoxolmayanda. 3.41. Kombaynla çay keçidlərindən keçən zaman surətlər qutusunun 1-ci pilləsi ilə dayanmadan,əyləcsiz və mühərikin dövürlərini kəskin dəyişmədənkeçilməlidir. 3.42. Körpülərdə hərəkət zamanı körpünün yanında quraşdlrılmış eni və yük – götürmə nişanlarını rəhbər tutmaq lazımdır. 3.43. Dumanlı və yağışlı havada hərəkət zamanı görüntü 20 metrdən aşağı olduqda, işıqları yandıraraq mütəmadi səs siqnallarından istifadə etmək lazımdır. 3.44. Sürüşkən yollarda daha da ehtiyatlı olaraq əyləci və istiqaməti kəskindəyişmək olmaz. Kombaynı muftadan istifadə edərək yumşaq saxlamaq lazımdır. 3.45. Kombaynın təkərləri yerində hərəkət edərsə,əllə və ya ayaqla təkərlərin altına dayaq qoymaq olunur. 4. İş qurtardıqdan sonra 4.1. İş vaxtı qurtardıqdan sonra kombaynı dayanacaqda saxlayaraq təkərlərin ön və arxa hissələrinə xüsusi altlıqlar qoyulmalıdır. 4.2. Kombaynın kabinası və üz hissəsi toz və palçıqdan təmizlənməlidir. 4.3. Bədəndə su-duzluq səviyyəsini qorumaq məqsədi ilə 1 litr suya 5 qram duz qarışdıraraq içmək məsləhət görülür. 4.4. İş yerini səliqəyə salmaq, alətləri yeşiklərə yığmaq lazımdır. 4.5. Əgər texnika xüsusi oturacaq (altlıq) üstündə qalırsa, altlığın etibarlı olmasını yoxlamaq lazımdır. Texnikanı qaldırıcı mexanizmdən, asqıdan aslı vəziyyətdə saxlamaq qadağandır. 4.6. Mexanizator və köməkçi iş geymini çıxarmalı, təmizləməli və yerinə qoymalıdır. 4.7. İş qurtardıqdan sonra şəxsi gigiyena prosedurları ( əl- üzünü yumalı, duşqəbul etməlidir) qəbul etməlidir. 5. Kombaynda işləyən zaman yanğın təhlükəsizlik tədbirləri. 5.1. Kombaynlar biçinə başlamazdan əvvəl yanğına qarşı texniki müayinədən keçməli və onların yanğın təhlükəsizliyi tələblərinə cavab vermələri yoxlanılmalıdır. 5.2. Mütəmadi olaraq mühərrikin başlığının kollektorla birləşməsinin kipliyi və işlənmiş qazın çıxması üçün borunun kollektorla birləşməsinin,eyni zaman işlənmiş qazın çıxması üçün boruda olan qığılcım söndürənin sazlığı yoxlanılmalıdır. 5.3. Xüsusi ilə mühərrikin yanında yağın və ya yanacağın axmasına yol verilməməlidir. 5.4. Kombaynda elektrik naqilləri bərk bərkidilməli və etibarlı izolyasiya olunmalıdır. Elektrik naqilləri sallanmamalı və ya mühərrikin işlək hisssələrinə toxunmamalıdır. 5.5. Mühərrikin çox qızmasına yol verilməməlidir. 5.6. Kombaynın mühərriki işləyən zaman yanacağın doldurulmasına icazə verilmir. Yanacaq və yağ əlavə edərkən onların digər yerlərə axmasının qarşısı alınmalıdır. 5.7. Yanacağı kombayna xüsusi dayanacaqda əlavə etmək olar,yənı şumlanmış və quru otdan təmizlənmiş yerlərdə. Dayanacaq yaşayış yerlərindən 80-100 metr aralıda, kombaynlar isə bir-birindən 10 metr məsafədə saxlanılmalıdır. 5.8. Sahələrdə kombayn yanacağı müstəsna hallarda və qapalı qablarla əlavə etməyə icazə verilir. Kombayna yanacağı vedrə,qıf və s. açıq qablarla əlavə etmək qadağan olunur. 5.9. Yanacaqdoldurma aqreqatının kombayna yaxınlaşan zaman surəti 5km/s -dan çox olmamalıdır. 5.10. Kombayn yanacaqdoldurma aqreqatının arası 3 metrdən az olmamalıdır. 5.11. Yanacaq əlavə olunduqdan sonra onun səviyyəsinə kibrit,şam və məşəllə baxmaq qəti qadağandır. 5.12. Mütəmadi olaraq mühərrik və elektrik naqilləri toz,yağ və samandan təmizlənməlidir. 5.13. Yanğınsöndürmə balonundan istifadə etməyi bacarmaq lazımdır. 5.14. Kombaynda yanğınsöndürmə balonunun üstünə paltar və ya diğər əşyaların asılmasına icazə verilmir.Bu yanğınsöndürmə balonunun korlanmasına və tələb olunan vaxt onun tez götürüb istifadə olunmasına mane olar. 5.15. Kombaynda yanğın baş verən zamanı ilk növbədə maşını saxlayıb,mühərriki söndürüb, dərhal kabinanı tərk edərək yanğının qarşısını almaq lazımdır.Əgər yanğın zamanı kabinanı qapıdan tərk etmək mümkün olmursa,onda kombaynın ön şüşəsini ayaqla və ya metal əşya ilə sındıraraq çıxmaq məsləhət görülür. 5.16. Yanğının qarşısını yanğınsöndürmə balonu, keçə və qum ilə almaq lazımdır 5.17. Dayanacaqda və aqreqatların yanında ocaq yandırmaq olmaz. 5.18. Kombaynın kabinasında və ya yanında siqaret çəkmək olmaz. 5.19. Yağa bulaşmış əskiləri və s. tullantıları yığaraq metal qapaqlı qaba atmaqlazımdır. 5.20. Kombaynda 2 ədəd yanğınsöndürmə balonu, bel, qum yeşik, daşınabilən elektrik lampası, elektrik fənəri, keçə, brezent və tullantıları atmaq üçün metal qapaqlı qab olmalıdır.
Новые комментарии
Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь
Сервисы VK
добавлена 9 февраля в 08:27
İlməkçinin vəzifə təlimatları kimdə varsa at bilər zəhmət olmasa
добавлена 4 февраля в 11:25
TikTok’ta SƏTƏM GROUP (@hse_support) |750 Beğeni.835 Takipçi.təhlükəsizliyini fikirləş, təhlükəsiz işlə.SƏTƏM GROUP (@hse_support) adlı kullanıcıdan en yeni videoyu izleyin.
добавлена 9 апреля 2022 в 19:44
Salam, keyfiyyətə nəzarət üzrə mütəxəssisin peşə təlimatı ve ya buna oxşar bir təlimati tapmaqda kömək ede bilersiz ?
Taxılyığan kombaynlar hissələri
Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində (İB) iki yeni yığım xəttinin açılışı olub.
Modern.az xəbər verir ki, ilk dəfə olaraq Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində “E – 321” markalı elektrobus və “PALESSE KZS – 575” markalı taxılyığan kombayn konveyerdən çıxıb.
Mərasimdə Belarusun baş nazirinin müavini İqor Vasileviç Lyaşenko, Sənaye nazirinin müavini Dmitri Aleksandroviç Korçik, “Qom Selmaş” ASC-nin baş direktoru Aleksandr Aleksandroviç Novikov, Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç, Gəncə Şəhər Icra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Mili Məclisin deputatı Xanlar Fətiyev, Millət vəkili Naqif Həmzəyev, zavodun direktoru Kamran Nəzərov və digər qonaqlar iştirak edib.
Tədbiri açan Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Mili Məclisin deputatı Xanlar Fətiyev bildirib ki, GAZ IB Azərbaycanda ilk dəfə olaraq elektrobusların yığımını reallaşdırıb. “Bu gün biz müasir, ekoloji təmiz, alternativ enerji ilə təmin olunmuş, komfortlu bir elektrobusu istifadəyə veririk. Bu elektrobuslar artıq Minskin küçələrində əhaliyə yüksək səviyyədə xidmət edir. Gələcəkdə elektrobusların 30-40% ehtiyat hissələrinin Gəncədə istehsal olunması nəzərdə tutulur. Ümidvarıq ki, bizim elektrobusların Azərbaycanın küçələrində ekoloji baxımdan təmiz, keyfiyyətli xidmət göstərəcək”, – deyə Xanlar Fətiyev əlavə edib.
Gəncə Şəhər Icra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, Azərbaycan və Belarus arasında mövcud olan əlaqələrdən söz açıb. O bildirib ki, ölkələr arasında həm mədəni, həm siyasi və həm də iqtisadi əməkdaşlıq mövcuddur. Bu əlaqələrin qurulması və genişlənməsində Gəncənin xüsusi payı var. Belə ki, Gəncə Avtomobil Zavodu İB Belarusun “Belkommunaş” ASC ilə sıx əməkdaşlıq edir. “Biz GAZ İB-də yığılan texnikalarla tanış olduq. Həm traktorların, həm kombaynların, həm də müasir elektrobusların keyfiyyəti çox yüksəkdir. Biz inanırıq ki, elektrobusların yığımı gələcəkdə də davam etdiriləcəkdir. Bu işlərdə kollektivə uğurlar arzu edirəm”, – deyə Niyazi Bayramov sözlərinə əlavə edib.
Gəncə Avtomobil Zavodu İB və Belarusun “Belkommunaş” ASC arasında bağlanmış ikitərəfli əməkdaşlıq müqaviləsi çərçivəsində “E-321” markalı elektrobuslar və “PALESSE KZS-575” markalı taxılyığan kombaynlar yığılaraq konveyerdən çıxıb.
Elektrobuslar həm ekoloji baxımdan, həm də yanacağa qənaət baxımından çox sərfəlidir. 83 sərnişinin daşınmasını reallaşdıra biləcək avtobuslar 26 oturacaqla, kondensionerlə, həmçinin məlumat monitoru və video nəzarət sistemi ilə təmin olunub. 60 kilometr/saat sürətlə hərəkət edə biləcək elektrobusun akkumulyatoru şəhər rejimində RGZP/G/300KW 600V-EN doldurma stansiyası tərəfindən 6 dəqiqə ərzində tam doldurulur və enerji bərpa olunur.
“PALESSE KZS-575” markalı taxılyığan kombaynın mühərriki 114 / 155 at gücündədir. Texnikanın taxılbiçəni 4-5 metr arasındadır. Taxıl döyümü sistemində üyüdən aparatın tipi barabanlı, barabanın firlanma tezliyi isə 510-875 dövr/dəqiqədir. Kombaynların hərəkət sürəti 20 kilometr saatdır. Əgər sifariş olarsa Gəncə Avtomobil Zavodu İB il ərzində 150 elektrobus, 120 kombayn yığmaq gücünə malikdir.
Belarusun baş nazirinin müavini İqor Vasileviç Lyaşenko Azərbaycan və Belarus arasında bütün sahələrdə, xüsusən də sənayenin maşınqayırma sahəsində qurulmuş əlaqələrin uğurlu nəticələrindən danışıb. İqor Lyaşenko bu əlaqələrin inkişafında hər iki ölkə prezidentlərinin ümumi səyinə diqqət çəkib, iki dövlət arasında qurulmuş iqtisadi əlaqələrin inkişafında Gəncə Avtomobil Zavodunun əhəmiyyətini yüksək qiymətləndirib. Bu əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsinə inam ifadə olunub.
Sonra qonaqlar taxılyığan kombaynın və “E-321” markalı elektrobusun yığım xətti ilə taniş olublar. Həmçinin qonaqlar “E-321” markalı elektrobusun akkumlyatorunun enerji ilə doldurulması prosesini izləyiblər.
Comments are closed, but trackbacks and pingbacks are open.