Təbii ehtiyatlar
– Sənaye mərkəzlərində atmosfer havasına zərərli qazların yol verilən normadan artıq atılması;
Azərbaycanın təbii ehtiyatları
Azərbaycan respublikası çox əlverişli təbii şəraitə və zəngin təbii ehtiyatlara malik ölkədir. Qarlı zirvəli, yüksək dağlar, məhsuldar torpaqlı dağətəyi zonalar, geniş düzənliklər, okean səviyyəsindən aşağı ovalıqlar respublikamızın əsas relyef formalarıdır. Belə mürəkkəb relyef quruluşu təbii şəraitin – iqlimin, torpaq-bitki örtüyünün, su ehtiyatlarının müxtəlifliyinə səbəb olmuşdur. Bu isə öz növbəsində əhalinin və təsərrüfat sahələrinin ərazi üzrə qeyri bərabər yerləşməsinə, istehsalın müxtəlif növlər üzrə ixtisaslaşmasına gətirib çıxarmışdır.
Ümumiyyətlə təbii ehtiyat dedikdə insanların həyat və təsərrüfat fəaliyyətində istifadə etdiyi bütün təbiət komponenetləri başa düşülür (bəzən təbii sərvət və ya resurs adlanır). Təbii sərvətlər aşağıdakı növlərə bölünür:
1) Tükənməyən: Günəş, geotermal, külək, nüvə enerjiləri, iqlim, qabarma – çəkilmə, dəniz cərəyanları.
2) Tükənən: A) Bərpa olunmayan: bütün faydalı qazıntılar. B) Bərpa olunan: Torpaq, bioloji ehtiyatlar, su enerjisi.
Azərbaycan müxtəlif növ təbii ehtiyatlarla zəngin olsa da, hazırda ən mühümü neft-qaz ehtiyatları hesab edilir. Respublika ərazisinin 70 %-i neft-qaz ehtiyatlarına malikdir. Xəzərin şelfi, Abşeron yarımadası, Qobustan, Cənub-Şərqi Şirvan neft-qazla daha zəngindir.
Ölkəmizin qərb bölgələrində isə əsasən filiz ehtiyatları üstündür. Qafqaz regionunda ən mühüm Daşkəsən dəmir filizi yatağı, ehtiyatlarına görə dünyada Çindən sonra 2-ci yeri tutan Zəylik alunit yatağı, Gədəbəyin mis ehtiyatları, Naxçıvan, Balakən, Ağdərə polimetal yataqları, Kəlbəcər, Naxçıvan, Daşkəsən, Gədəbəy qızıl yataqları və digər əlvan metallar respublikada həm qara, həm də əlvan metallurgiyanı inkişaf etdirməyə imkan vermişdir.
Bir çox rayonlarımızda geniş yayılan müxtəlif növ qeyri filizlərdən əhəgdaşı, gips, çınqıl, mərmər, travertin, gil, qum və s. qeyd edilə bilər.
Azərbaycanda çoxlu sayda mineral sular mövcuddur: Naxçıvanda – Sirab, Badamlı, Darıdağ, Vayxır; Kəlbəcərdə – İstisu; Şuşada – Turşsu və Şirlan; Dəvəçidə – Qalaaltı və s.
Respublikada zəngin aqroiqlim ehtiyatları var ki, düzən ərazilərdə ildə 2 dəfə məhsul yığmağa, pambıq, zeytun, çay, sitrus meyvələri kimi istiyə tələbkar bitkilər yetişdirməyə imkan verir.
Abşeronda, Kür-Araz, Samur-Dəvəçi, Lənkəran ovalıqlarında, Qanıx-Əyriçay çökəkliyində fəal temperaturların 4.000°C-dən yüksək olması bitkiçiliyin inkişafına müsbət təsir göstərir. Kənd təsərrüfat məhsullarının keyfiyyəti artır, meyvələrdə şəkərin səviyyəsi qalxır.
Azərbaycan su ehtiyatları ilə zəif təmin olunub. Su çatışmazlığı dağlıq ərazilərdə bir o qədər hiss edilməsə də, düzən ərazilərdə kifayət qədər problem yaradır. Su probleminin həlli müxtəlif yollarla həyata keçirilir. Bura sudan səmərəli istifadə, qapalı su dövriyyəsinə malik istehsala keçid, Xəzər suyunun şirinləşdirilməsi, yeraltı sulardan geniş istifadə, suvarma kanallarının təkmilləşdirilməsi və s. daxildir. Çaylarımızın hidroenerji ehtiyatı 37 mlrd. Kvt. təşkil edir ki, bu da Qafqazda Gürcüstandan sonra 2-ci yerdir.
Respublikamız mühüm əhəmiyyətə malik torpaq ehtiyatları ilə də zəif təmin olunub. Təminatlılıq adambaşına 0,59 ha. təşkil edir. (əkin yeri isə adambaşına 0,22 ha təşkil edir). Lakin bu rəqəmlər sabit deyil və hər il əhalinin artması, sənaye obyektlərinin çoxalması və nəqliyyatın inkişafı ilə bağlı kiçilir.
Respublika ərazisinin cəmi 11 %-i meşələrlə örtülüb ki, bu da çox aşağı göstəricidir. Buna gərə də meşələrimizin sənaye əhəmiyyəti azdır, əsasən torpaq və su qoruyucu, əczaçılıq, sanitariya, rekreasiya əhəmiyyətinə malikdir. Meşələrin əksəriyyəti dağlıq ərazilərdir. Son illərdə meşələrin qorunması ilə bağlı görülən tədbirlər bütün növ ağacların, o cümlədən relikt və endemik bitkilərin bərpasına və artırılmasına imkan verir.
Azərbaycan, bioloji ehtiyatların mühüm tərkib hissəsi sayılan rəngərəng heyvanat aləminə malikdir. Bura Xəzərin, çaylarımızın, su anbarlarımızın balıq ehtiyatları, əsasən dağlıq ərazilərdə yayılan müxtəlif növ heyvanlar, düzən ərazilərdə yayılan sürünənlər (xüsusilə çox qiymətli zəhəri olan qafqaz gürzəsi), çoxlu sayda quşlar və s daxildir.
Respublikamız zəngin rekreasiya ehtiyatlarına da malikdir. Bura həm təbii rekreasiya ehtiyatları (Böyük və Kiçik Qafqazda, Talış dağlarındakı dağ meşələri, Xəzər sahili narın qumlu çimərliklər, mineral bulaqlar), həm də mədəni-tarixi diqqətəlayıq obyektlər (“İçəri Şəhər”, Qobustanın qədim qaya rəsmləri, müxtəlif rayonlarımızdakı qalalar, arxeoloji abidələr və s.) daxildir. Bu ehtiyatlar turizmin inkişafına imkan yaradır.
Abşerondakı göllərinin müalicəvi palçıqları və suları, Naftalanın müalicəvi nefti, Naxçıvanın duz mağaraları respublikamızın balneoloji ehtiyatlarına aiddir.
Yuxarıda sadalanan zəngin ehtiyatlar və çox əlverişli təbii şərait, yaxın gələcəkdə respublikamızın güclü inkişaf etmiş dövlətə çevrilməsinə imkan yaradır.
- Teqlər:
- təbii ehtiyatların rolu
- , faydalı qazıntılar
Təbii ehtiyatlar
İnsanlar maddi ehtiyaclarını ödəmək, maddi məhsullar istehsal edən zavod və fabriklərin xammal ilə təminatı üçün təbiətin bizə bəxş etdiyi nemətlərdən istifadə edir. Yerin geoloji inkişafı çox mürəkkəb, təbii şəraiti müxtəlif olduğuna görə təbii ehtiyatlar da çoxçeşidlidir. Təbii ehtiyatlar Yer üzərində qeyri-bərabər paylanır. Ona görə bu nemətlərin əldə edilməsi uğrunda ölkələr arasında daim mübarizə gedir.
- Təbii ehtiyatların hansı növləri vardır?
- Təbii ehtiyatların təsnifatı hansı xüsusiyyətlərə görə aparılır?
- Təbii ehtiyatlardan səmərəli istifadə üçün hansı tədbirlər görülür?
Açar sözlər
Təbii ehtiyatlar. Tükənən təbii ehtiyatlar. Tükənməyən təbii ehtiyatlar. Potensial ehtiyatlar. Təbii ehtiyatlarla təminat.
Təbii ehtiyatlar – əhalinin yaşaması və təsərrüfat fəaliyyəti üçün istifadə edilən təbii sərvətlərdir. Təbii ehtiyatların bir hissəsi birbaşa istifadə olunur, digər qismi emal edilir. Təbii ehtiyatların əsas növlərinə günəş enerjisi, Yerin daxili istiliyi (geotermal), su, torpaq, bitki, heyvan və mineral ehtiyatlar aiddir. Mineral ehtiyatlar filiz və qeyri-filiz faydalı qazıntılara ayrılır. Filiz faydalı qazıntılarına dəmir, mis, alüminium, polimetal filizləri və s. daxildir. Neft, təbii qaz, kömür, yanar şist, müxtəlif duzlar və mineral tikinti xammalları qeyri-filiz faydalı qazıntılarıdır.
Təbii ehtiyatlaın təsnifatı
Təbii ehtiyatlar tükənən və tükənməyən qruplara ayrılır. Torpaq, su, hava, bitki və heyvan ehtiyatları tükənir, lakin sonra bərpa olunur. Onlara tükənən, lakin bərpa olunan ehtiyatlar deyilir. Bəzən onların bərpası üçün uzun illər lazım gəlir. Məsələn, torpağın 0,5-1 sm üst məhsuldar qatının bərpası üçün yüz il keçir. Təbii ehtiyatların bir qismi isə istifadə edilir və
Təbii ehtiyatlar
Təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji aspekt
Bəşəriyyət üçün zəruri olan Günəş enerjisi , Yerin daxili istiliyi , mineral ehtiyatları, su , iqlim , torpaq , bitki örtüyü , heyvanlar aləmi təbii ehtiyatların əsas növləridir. İnsan özü də təbiətin bir hissəsidir. Təbii ehtiyatlar insan cəmiyyətindən əvvəl yaranmış və onsuz mövcud olmuşdur . Bizim günümüzə qədər Yer kürəsi mürəkkəb yol keçmiş , kosmik və planetar fəlakətlərə düşmüş , biosferi məhvetmə-parçalanma hüduduna salmışdır. Lakin hər dəfə daxili enerjisi hesabına çətin vəziyyətdən çıxa bilmiş , həyat yenidən canlanmışdır.
İlk dəfə, XIX əsrin əvvəllərində istiləşmə müşahidə olunmağa başlandı və bu , XIX əsrin birinci yarısına qədər davam etmişdir . Bunun yaranmasının əsas səbəbi isə sənayenin inkişafı ilə əlaqədar idi . Bu isə təbiətdə ekoloji tarazlığın pozulmasının əsasını qoymuşdur . Bu cür sənayeləşmiş cəmiyyətin insanı təbiətdən faydalanmaq istəyirdi: belə cəmiyyətdə iqtisadiyyatın sürətlə inkişafı daha çox xammal və enerji tələb edirdi . Həmçinin, qeyd etmək istərdim ki , bu mənbələrin bizi əhatə edən təbiətdən alınması üçün texniki imkanlar da durmadan artır, bu isə təbiətə olan təsirin artmasına səbəb olurdu .
İnsanın təbiətdə və cəmiyyətdə sağlam həyatı, praktiki-dəyişdirici fəaliyyəti elə obyektiv ölçüsüdür ki , bu ölçüdən kənara çıxdıqca insan fəaliyyəti öz mənasını itirir . K.Marks yazır: � Tarixin özü təbiət tarixinin , təbii insanın əmələ gəlməsinin həqiqi hissəsidir�. İndi dünya artıq elə bir vəziyyətə gəlib çatmışdır ki , bunun əsasında təbiət tarixi məhv ola bilər. Lakin bununla bərabər insan tarixinin məhv olması zəruriliyi də labüd ola bilər. Buna görə də, cəmiyyət və təbiət münasibətlərinin harmonikləşdirilməsi praktiki-dəyişdirici fəaliyyət probleminin ən mühüm aspektidir . Həmin praktiki dəyişdirici fəaliyyətdə elmin , istehsalın və biliyin ekolojiləşməsi mühüm yer tutmalıdır [2].
Bizim yaşadığımız Yer kürəsində hər şey qarşılıqlı əlaqədədir. Ona görə də, bir şeydən istifadə etdikdə digərinin zədələnməməsi mümkün deyil . Buna misal olaraq qeyd etmək istərdik ki , müxtəlif mənbələrdən ətraf mühitə atılan qazşəkilli tullantılar daima atmosferdə olmuşdur . Lakin bu gün onu söyləmək olar ki , atmosferdə olan zərərli birləşmələrin ümumi miqdarının yarısı sənaye tərəfindən ətrafa atılan toksiki maddələrdir. Təbiətdə olan birləşmələrlə müqayisədə sənaye rayonlarının havasında sənaye mənşəli kükürdlü tullantıların həcmi dəfələrlə çoxdur . Ətraf mühiti daha çox bir sıra neft məhsullarının və kömürün yanmasından əmələ gəl ən kükürdlü qaz çirkləndirir. Rütubətli havada kükürd anhidridi su ilə birləşərək kükürd turşusu yaradır. Nəticədə isə turşulu yağışlar əmələ gəlir. Bu yağışlar yerə düşərək Yerdə yaşayan bütün canlıları məhv edir , metalların korroziyasına səbəb olur . Daha təhlükəlisi isə atmosferin karbon qazı və dəm qazı ilə çirklənməsidir. Hal-hazırda atmosferdə olan karbon qazının demək olar ki , yarısı antropogen mənşəlidir. Bunun əsas hissəsi yanacağın yanması zamanı əmələ gəlir. İnsan sağlamlığı üçün də karbon qazı çox təhlükəli hesab olunur . Çünki insan orqanizminə nəfəs vasitəsi ilə daxil olan karbon qazı qana keçdikdə oksigenlə müqayisədə hemoqlobinlə 200-300 dəfə tez birləşir və ağır, bəzən öl ümlə nəticələnən zəhərlənməyə gətirib çıxarır.
Xüsusilə, vurğulamaq yerinə düşər ki , xoşagəlməz faktorlardan biri də iqtisadiyyatın ekologiya üzərində dominant vəziyyətdə olmasıdır. Təbiətə olan antropogen təsir günü-gündən artmaqdadır. Bunun nəticəsində illər sonra ekosistem məhv ola bilər. Bunun baş verməməsi üçün isə hər kəs təbiətə şüurlu şəkildə yanaşmalı təbii ehtiyatlardan elə istifadə etməlidir ki , gələcək nəsil üçün də ehtiyat saxlansın. Yəni, bu günümüzü deyil , gələcəyimizi düşünərək addım atmalıyıq. Çünki təbiətə necə münasibət göstərsək, o da bizə qarşılıq olaraq elə münasibət göstərəcək.
Cəmiyyətdə bəzilərimiz belə hesab edə bilərik ki , müasir dövrdə biz sənayeləşmədən sonrakı dövrdə yaşayırıq, çünki müxtəlif təmizləyici qurğular inşa edilir , tükənməkdə olan ehtiyatlardan səmərəsiz şəkildə istifadə olunur , nəsli kəsilməkdə olan heyvanların artırılması üzrə işlər aparılır, çirklənmiş su hövzələri təmizlənir. Amma bütün bunlar vəziyyəti sabitləşdirmir. Təbiətdən səmərəli istifadənin əsas istiqamətlərini aşağıdakı kimi qruplaşdırmaq olar :
1.Təbii sərvətlərdən istifadə onların bərpa olunması ilə müşayiət olunmalıdır;
2.Təbii sərvətlərin istifadəsi kompleks şəkildə həyata keçirilməlidir;
3. Təbii sərvətlərin təkrar istifadəsi həyata keçirilməlidir;
4.Təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsinə önəm verilməlidir;
5.Təbii sərvətlərdən istifadə zamanı yeni texnika və texnologiyalar tətbiq edilməlidir.
Təbii ehtiyatların qiymətləndirilməsi sahəsində effektiv üsullardan biri də alternativ variantlardan istifadə edilməsidir. Kiçik su elektrik stansiyalar enerjinin ucuz yolla alınmasında ən əlverişli mənbə hesab oluna bilər. Amma bu da bəzi mənfi nəticələrə gətirib çıxarır. Misal üçün deyə bilərik ki , geniş sahələr su altında qalır məhsuldar torpaqların ekoloji-iqtisadi itkisi ilə nəticələnir. Onu da qeyd edək ki , təbii ehtiyatların ekoloji-iqtisadi tədqiqatında göstərilən növləri nəzərə almaqla bərabər, iqlim-istilik , küləyin gücü , istehsal sahələrində energetika , sənaye, kənd təsərrüfatı, filiz , qeyri-filiz yataqlarının işlənilməsi, istismarı bəzi nadir ehtiyatların səmərəli istifadə olunmasının texnoloji ekoloji-iqtisadi dəyərləndirilməsi elmi əsaslara söykənməklə həll olunmalıdır. Bu gün qlobal problemlərin əsasını insanın biosferin təbii ehtiyatlarından səmərəli istifadə etməsi, ekoloji-iqtisadi və geoloji tarazlığın qorunması təşkil edir . Keçmiş SSRİ-də uzun illər təbii sərvətlərdən pulsuz istifadə olunmuşdur . Nəticədə isə bu təbiətdən istifadədə israfçılığa səbəb olmuşdur . Ona görə də, bunları qiymətləndirmək üçün real qiymət lazımdır. Bununla yanaşı, təbii rifah komponentlərini də qiymətləndirmək vacib sayılır. Onu da nəzərə almaq lazımdır ki , həmişə ehtiyatların qiymətləndirilməsi müsbət olmalıdır. Lakin bir çox təcrübələr göstərir ki , hər hansı bir �sıfır� qiyməti də ola bilər. Bu , o zaman ola bilər ki , onun cəmiyyət üçün həm bu gün , həm də gələcəkdə fiziki itkisi iqtisadi itki ilə müşayiət olunmasın.
Məlum olduğu kimi , Azərbaycan Respublikasının zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik olan bir dövlət kimi geniş imkanları mövcuddur . Lakin hazırda respublika qarşısında həllini gözləyən bir sıra ekoloji problemlər durur . Bu problemlər aşağıdakılardır:
– Bakı və digər iri şəhərlərdə əhalinin içməli su ilə tam təmin olunmaması;
– Su hövzələrinin, o cümlədən, Xəzər dənizinin məişət və sənaye sularının tullantıları ilə çirkləndirilməsi;
– Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə əlaqədar yaranan problemlər;
– Sənaye mərkəzlərində atmosfer havasına zərərli qazların yol verilən normadan artıq atılması;
– Bəzi bölgələrdə kənd təsərrüfatı üçün yararlı torpaqların eroziyaya uğraması və şoranlaşması;
– İri sənaye və yaşayış məntəqələrində məişət tullantılarının mütəmadi şəkildə yığışdırılmaması və tələb olunan müvafiq qaydada yerləşdirilməməsi.
Qeyd olunan ekoloji problemlərin həlli yollarını davamlı inkişaf prinsipləri əsasında müəyyənləşdirmək üçün onları təhlil etmək zəruridir.
Müasir dövrdə davamlı inkişaf ətraf mühitin qorunmasını və təbii resurslardan davamlı istifadəni tələb edir . Son zamanlar keçirilən konfranslarda irəli sürülən müddəaların əsas hissəsini ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə ilə bağlı məsələlər tutur . Onu da qeyd edək ki , son illərdə respublikamızda ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli istiqamətində xeyli tədbirlər həyata keçirilmişdir . Bunun nəticəsi kimi , Azərbaycanda davamlı inkişafı təmin etmək məqsədilə ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə edilməsinin hüquqi bazasının yaradılmasını göstərə bilərik. Son illərdə həyata keçirilən Rio Konfransının da bu sahədə rolu böyükdür . Burada əsas məsələlər əhalinin sağlamlığı, ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik və təbii resurslardan səmərəli istifadəyə aid idi . Konfransda 20-dən çox milli qanun qəbul edilmişdir . Azərbaycanda da �Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı�nın icrası ilə əlaqədar bir sıra layihələr müvəffəqiyyətlə həyata keçirilmiş və bu siyasət növbəti illərdə də genişl əndirilmiş, bu sahədə fəaliyyət inkişaf etdirilməkdədir:
– Yeni müstəqil dövlətlər arasında Dünya Bankının dəstəyi ilə ilk dəfə olaraq Azərbaycanda ətraf mühitə təsirin qiymətləndirilməsi hazırlanaraq həyata keçirilmişdir ;
– Ətraf mühitə ciddi təsir göstərə bilən karbohidrogen ehtiyatların və digər faydalı qazıntıların istismar layihələri və yeni tikinti layihələri 1996-cı ildən başlayaraq ekoloji ekspertizadan keçirilməyə başlanmışdır;
– 1998-ci ildə ətraf mühitin mühafizəsi üzrə milli fəaliyyət planı hazırlanmışdır;
– Davamlı inkişafa keçid prinsiplərinə uyğun olaraq ətraf mühit və təbii ehtiyatların sistemli idarə olunması istiqamətində müəyyən institusional tədbirlər görülmüşdür . Bu tədbirlərdən ən mühümü 2001-ci ilin may ayında yeni strukturları əhatə edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılmasıdır.
Ülkər Balaqadaşova
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının
İqtisadiyyatın dövlət
tənzimlənməsi kafedrasının
I kurs magistrantı
Yeni � Azərbaycan .-2014.- 11 iyun .- S.6.
Comments are closed, but trackbacks and pingbacks are open.