Press "Enter" to skip to content

Təbii inhisar subyektlərinin müdaxiləsi ilə rastlaşdıqda sahibkar nə etməlidir? MÜSAHİBƏ FOTO

Azərbaycanda təbii inhisar subyektləri cəriməni vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda, müvafiq icra hakimiyyəti orqanı cərimənin, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək səlahiyyəti olacaq orqan müəyyənləşib.

Şahin Mustafayevə yeni səlahiyyət verilib

Azərbaycanda təbii inhisar subyektləri cəriməni vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda, müvafiq icra hakimiyyəti orqanı cərimənin, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək səlahiyyəti olacaq orqan müəyyənləşib.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi haqqında fərmana əsasən bu səlahiyyət İqtisadiyyat və Sənaye Nazirliyinə verilib.

Bu qərarın məcburi qaydada icrası “İcra haqqında” qanuna əsasən icra məmurları tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, qanuna əsasən indiyə qədər təbii inhisar subyektləri cərimələri qərar qəbul edildikdən sonra 30 gün ərzində dövlət büdcəsinə ödəməli idilər və təbii inhisar subyektləri cərimələri vaxtında ödəmədikdə və ya qismən ödədikdə hər gecikdirilmiş günə görə ödənilməmiş məbləğin 0,5 faizi miqdarında peniya ödəyiblər. Fərmana əsasən qüvvəyə minən qanuna dəyişikliyə əsasən təbii inhisar subyektləri cərimələri vaxtında ödəmədikdə və ya qismən ödədikdə hər gecikdirilmiş günə görə ödənilməmiş məbləğin 0,5 faizi miqdarında peniya ödəməyəcəklər, əvəzində İqtisadiyyat və Sənaye Nazirliyi bu cərimələrin məcburi qaydada ödənilməsini təmin edəcək. Bu cərimələrin miqdarı minimum əmək haqqının 600 mislindən 15 min mislinə qədərdir. Bu cərimələr təbii inhisar subyektinin nizamnamə kapitalını təşkil edən bütün səhmlərə düşən səslərin 10%-dən çoxunu əldə edən və onlara məxsus səslərin həcminin bütün hallarda dəyişməsi zamanı şəxs və şəxslər qrupu təbii inhisarları tənzimləyən orqana 15 gün müddətində məlumat verməməsi, təbii inhisarları tənzimləyən orqanlara düzgün olmayan məlumatın verilməsi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qiymətlərin (tariflərin) dəyişdirilməsi, qanunvericiliyə uyğun olaraq təbii inhisarları tənzimləyən orqanların qərarlarının pozulmasına görə tətbiq olunur.

Xatırladaq ki, Azərbaycanda təbii inhisar subyektlərinin fəaliyyət sahələrinə neft və neft məhsullarının magistral boru kəmərləri ilə nəqli, təbii qazın boru kəmərləri ilə nəqli, saxlanması və paylanması xidmətləri, elektrik və istilik enerjisinin ötürülməsi və paylanması xidmətləri, magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tikililərin istismarı, hərəkəti idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmir yolu stansiyaları və sərnişin vağzalları xidmətləri, aeroport xidmətləri, aeroportların, uçuş zolaqları və qurğuların istismarı, hava gəmilərinə aviasiya və aeronaviqasiya xidmətləri, metro nəqliyyatında yolların, tunellərin və stansiyaların istismarı, hərəkəti idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, su limanı xidmətləri, liman qurğularının istismarı, yükaşırma və hərəkət təhlükəsizliyi fəaliyyəti, ümumi istifadədə olan elektrik və poçt rabitəsi xidmətləri, qəbuledici – verici radio və televiziya stansiyalarının, yüksəktezlikli qurğuların istismarı və nəzarət fəaliyyəti, baş sutəmizləyici qurğular, magistral borular, su kəməri şəbəkəsi və onların üzərindəki təzyiq və tənzimləyici qurğuların istismarı, kanalizasiya təsərrüfatında aerasiya, mexaniki təmizləmə stansiyaları, nasosxanalar, baş və yağış kollektorları və kanalizasiya xətlərinin istismarı, meliorasiya və irriqasiya sahələrinə aid olan su anbarları, kanallar, kollektorlar, boru kəmərləri və bəndlərin istismarı və istilik təchizatı xidmətləri daxildir. Azərbaycanda bu sahələrdə ümumilikdə 141 təbii inhisar subyekti var.

Təbii inhisar subyektlərinin müdaxiləsi ilə rastlaşdıqda sahibkar nə etməlidir? – MÜSAHİBƏ + FOTO

“Sahibkarlara və sahibkarlıq fəaliyyətinə başlayan subyektlərə tövsiyə edirik ki, fəaliyyət sahələrinə uyğun olan qanunvericilik aktlarının tələblərini özləri üçün tam aydınlaşdırsınlar. Belə olan halda qanunvericiliyin tələblərinə uyğun olmayan halların baş verməsinin qarşısı alınır”.

Bu sözləri Oxu.Az-a müsahibəsində Antiinhisar və İstehlak Bazarına Dövlət Xidmətinin şöbə müdiri Xamis Seyranov deyib.

Müsahibəni təqdim edirik:

– Təbii inhisar nədir? Bu sahəyə dövlət nəzarəti istiqamətində hansı işlər görülür?

– Təbii inhisar dediyimiz sahə elə bir sahədir ki, istehsalın texnoloji xüsusiyyətlərinə görə burada özəl biznes strukturları fəaliyyət göstərə bilmir, yaxud rəqabət olmur, dövlət də bu sahəni ictimai və ya dövlət maraqları naminə təsis etdiyi qurumlar vasitəsilə təmin edir. Təbii inhisar hesab edilən subyektlərin siyahısı “Təbii inhisarlar haqqında” Qanuna uyğun olaraq Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Bu mənada, əgər bir subyektin adı həmin siyahıda göstərilməyibsə, təbii inhisar xüsusiyyətləri olsa belə, həmin subyektə təbii inhisar subyekti demək olmaz.

Onu da diqqətə çatdırım ki, dövlət həmin qurumların fəaliyyətini təmin etməklə yanaşı, ictimai maraqları əsas götürərək təbii inhisar subyektlərinin xidmətlərinin tariflərini müəyyən edir və onlara sərbəst bazar mühitində qiymət təyin etməyə imkan vermir. Dövlət təbii inhisarların iqtisadi fəaliyyətini öz nəzarətində saxlayır. Məhz İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti təbii inhisarlar üzərində dövlət nəzarətini həyata keçirmək səlahiyyətinə malikdir.

Belə ki, dövlət nəzarəti çərçivəsində onların istehlakçıların mənafeyinə və rəqabətə mənfi təsir göstərə bilən hərəkətlərinin qarşısının alınması və aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. Bu tədbirlərə təbii inhisar subyektlərinin biznes subyektlərinə və istehlakçılara xidmətlər göstərərkən qanunvericiliyin tələblərindən kənaraçıxma hallarının, o cümlədən istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxaran halların qarşısının alınması və s. aiddir.

– Sahibkarlar və istehlakçılar təbii inhisarlar sahəsində hansı problemlərlə qarşılaşırlar? Müraciətlər daha çox nə ilə bağlı olur?

– Təcrübəyə uyğun olaraq deyə bilərəm ki, sahibkarlar və istehlakçılar daha çox kommunal sektorda xidmətlərin əldə edilməsi sahəsində müəyyən çətinliklərlə üzləşirlər. Belə ki, istehlakçılar, o cümlədən sahibkarlıq subyektləri kommunal təchizat sahəsində xidmətlərə qoşulmalıdırlar. Bu prosesdə çətinliklərin böyük bir hissəsi istehlakçı və ya sahibkarların mövcud qanunvericiliyin tələblərini bilməmələri ilə bağlı olur. Bununla yanaşı, kommunal təchizat sahəsində sahibkarların fəaliyyətinin müvafiq standartlara uyğunlaşdırılması ilə bağlı da çətinliklər yaranır.

– Təbii inhisar subyektləri tərəfindən sahibkarların fəaliyyətlərinə müdaxilə olunduqda, rəqabət halı pozulduqda hansı addımlar atılır?

– İstehlakçıların, o cümlədən sahibkarların təbii inhisar subyektlərinin fəaliyyətindən şikayətləri Dövlət Xidməti tərəfindən ətraflı və tam araşdırılır. Araşdırmalar nəticəsində təbii inhisar subyektləri tərəfindən sahibkarların fəaliyyətlərinə qanunvericiliyin tələblərinə uyğun olmayan, yaxud zidd olan müdaxilə faktları aşkar olunduqda bir sıra tədbirlər görülür. Belə ki, ilk növbədə həmin müdaxilənin aradan qaldırılması təmin edilir.

Digər tərəfdən, hər hansı təbii inhisar subyekti tərəfindən müəyyən məsələ üzrə qanunvericiliyin tətbiqi sahəsində sistematik kənarlaşmalara yol verilməsinin müşahidə edildiyi hallarda Dövlət Xidməti bu məsələlərə iş qaldırma formasında baxmaq və qərarlar qəbul etmək, təbii inhisar subyektlərinə və onların vəzifəli şəxslərinə cərimələr (maliyyə sanksiyaları) tətbiq etmək, təbii inhisar subyektlərindən qanun pozuntusu nəticəsində əldə edilmiş mənfəətin büdcəyə ödənilməsini tələb etmək, xidmət edilməsi məcburi hesab edilən istehlakçılarla müqavilə bağlamaq, müqavilələrə dəyişikliklər olunması haqqında icrası məcburi olan göstərişlər vermək səlahiyyətlərindən istifadə edir.

Vurğulamaq istərdim ki, istehlakçılar, o cümlədən sahibkarlar təbii inhisar subyektləri tərəfindən qanuna uyğun olmayan maneələr yaradılması halları ilə rastlaşdıqda Dövlət Xidmətinə müraciət edə bilərlər. İstehlakçıların, sahibkarların hüquqlarını müdafiə edən dövlət nəzarəti orqanı olaraq biz hər zaman sahibkarları dinləməyə, onların mənafeyini qorumağa yönələn zəruri addımları atmağa hazırıq.

Təbii inhisar subyektləri

Daha çox (30) Gizlə

Daha çox (137) Gizlə

KORONAVİRUSA YOLUXANLARIN SAYI – CANLI STATİSTİKA

19:09 04.04.2022

  • Şikayət et

Təbii inhisar subyektlərinin rəhbərləri ilə görüş keçirilib – FOTO

Bu gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində kommunal sahədə fəaliyyət göstərən təbii inhisar subyektlərinin rəhbərləri ilə görüş keçirilib.

Lent.az xəbər verir ki, tədbirdə “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev, Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov və “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov iştirak edib. Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarəti ilə bağlı görülən işlər, qarşıya qoyulan məqsədlər barədə məlumat verib, bu sahədə təbii inhisar subyektləri ilə əməkdaşlığın önəmini qeyd edib.

Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.

Comments are closed, but trackbacks and pingbacks are open.