Təbii xarakterli fövqəladə hallar
Zəlzələ – ən çox dağıdıcı qüvvəyə malik, ağlasığmaz, idarə olunmaz təbii fəlakətdir. Zəlzələ
deyildikdə yeraltı təkan və yer qatının titrəmələri, yer qatının və yaxud mantiyanın üst
qatlarının sürüşməsi və parçalanması nəticəsində, böyük məsafələrə elastik dalğavari
ötürmələr başa düşülür. Zəlzələlər qəflətən yaranan və tez yayılan fövqəladə hallara aid olur.
Bu zaman ərzində təxliyə və qabaqlayıcı tədbirlər görmək mümkün deyil.
Tarixdə ilk qeydə alınmış zəlzələ eramızdan 2050-il əvvələ aiddir.
Son 500 il ərzində dünyada zəlzələlər nəticəsində 4,5 milyon insan tələf olmuşdur.
XX-ci əsrdə bizim planetdə 80-dan artıq zəlzələ qeydə alınmışdır. Dünyada ən çox
zəlzələ baş verən yer Çilidir.
Zəlzələnin baş vermə səbəblərinə görə onlar təbiət və antropoloji olur.
Zəlzələnin əsas təsir edici faktoru, ocağdan bütün istiqamətlərə yayılan –seysmik
dalğalardır. İlk dəfə zəlzələlərin dalğavarı olmağını 18 əsrdə amerikalı astronom və
riyaziyyat professoru D.Uintal deyib. Əgər zəlzələnin ocağı dənizdə yerləşirsə hündür
dalğaların – sunamilərin əmələ gəlməsinə gətirir, o isə öz növbəsində sahilə çatır və çoxlu
sayda sahilyanı ərazilərə ziyan vurur.
Amerikalı seysmoloq D.F.Rixter 1933–cü ildə zəlzələnin gücünü qiymətləndirmək
üçün 9 ballıq şkala tərtib etmişdir. İtalyan seysmoloqu Y. Merkali 12 ballıq zəlzələnin
ölçülmə sistemini təklif edib.
Zəlzələnin intensivliyinin Merkali şkalası ilə ölçülməsi
Bal Zəlzələnin intensivliyi Nəticələrin qısa xarakteristikası
1
Nəzərə çarpmayan
Yalnız seysmik cihazlar ilə müşahidə edilir
2
Çox zəif
İ
stirahət edən insanlar tərəfindən hiss edilir
3
Zəif
Yalnız az sayda insanlar tərəfindən hiss olunur
4
Mülayim
Qabların, pəncərə şüşələrinin cingiltisi, qapıların və
pəncələrin cığıltısı ilə müəyyən edilir
5
Kifayət qədər güclü
Binaların ümumi sirkələnməsi, mebelin tərpənməsi,
pəncərə şüşələrində və suvaqlarda çatların əmələ
gəlməsi, yatanların oyanması
6
Güclü
Hamı hiss edir. Rəsmlər divardan düşür, suvaq parçaları
tökülür. Binalar yüngül xəsarət alır
7
Çox güclü
Daş binalarda çatlar. Antiseysmik və ağaçdan tikilmiş
binalar salamat qalır
8
Dağıdıcı
Sıldırım qayalarda və torpaqda çatlar əmələ gəlir.
Heykəllər yerindən dəbərir və çökürlər. Evlərə güclü
xəsarət dəyir
9
Viran edici
Daş binaların dağılması və çox güclü xəsarət alması
10 Məhvedici
Torpaqda böyük çatlar, sürüşmələr və çöküntülər. Daş
binaların dağılması, dəmir yol reyslərin əyilməsi
11
Fəlakət
(bədbəxt
hadisə)
Yerdə geniş çatlar, çox saylı sürüşmələr və çöküntülər.
Daş binalar tamamilə dağılır
12 Güclü fəlakət
Torpaqda dəyişiliklər böyük həddə çatır. Çox saylı çatlar,
çöküntülər, sürüşmələr, şəlalələr yaranır, çayların
axmasında dəyişiliklər, heç bir tikili dözmür
Mövzu 22: Fövqəladə hallar və onların təsnifatı. Təbii fəlakətlər və onların qısa xarakteristikası. Texnogen xarakterli hadisələr və onların qısa xarakteristikası
Hərb dövrünə xas olan fövqəladə hallara aşağıdakılar aiddir:
1. Nüvə silahının işlədilməsi;
2. Kimyəvi silahın işlədilməsi;
3. Bakterioloji silahın işlədilməsi;
4. Adi qırgın vasitələrinin işlədilməsi.
Texnogen xarakterli fövqəladə hallar. Texnogen obyektdə böyük həcmli qəzalardır ki, nəticədə çoxlu sayda insan tələfatına və hətta ekologi dəyişikliklərə səbəb ola bilər.Qəza dedikdə müəyyən şərtlər daxilində insanın həyat fəaliyyətinə zərər vura bilən hadisə və proseslər nəzərdə tutulur. Texnogen xarakterli FH aşağıdakı kimi təsnifləşdirmək olar.
a) Nəqliyyatda baş verən qəzalar
b) Qurğuların qəflətən uçması;
c) Təmizləyici qurğularda baş verən qəzalar
d) Hidrodinamik qəzalar;
Təbii xarakterli fövqəladə hallar. Fövqəladə xarakter daşıyan, bina və qurğuların zədələnməsinə, insan tələfatına və ya tələfat təhlükəsi yaranmasına səbəb olan müxtəlif kortəbii hadisələrər təbii hadisələr deyilir. Zəlzələ, daşqın, qar uçqunları, sellər, sürüşmə və fırtına təbii fəlakətdir. Təbii xarakterli fövqəladə hallar aşağıdakılardır:
a) Geofiziki FH – zəlzələ,vulkan.meteoritin düşməsi;
b) Geoloji FH – uçqunlar,sürüşmələr,sellər,qar uçqunu,torpağın çökməsi, toz çovğunları;
c) Meteroloji və Aqrometeroloji FH – fırtına,qasırğa,tufan,quraqlıq;
d) Dəniz-Hidroloji FH – siklon,qabarma,sunami;
e) Təbii yanğınlar FH –meşə,çöl;
ə) İnfeksion xəstəliklər FH – vəba, donuz qripi, quş qripi, qarın yatalağı,vərəm,mədə-bağırsağın iltibatı,dabaq;
Respublikada baş verən təbii fəlakətlərin xarakteristikası: Qasırğa və burulğanlar atmosferdə baş verən siklon hadisələr. Güclü küləklər(V=29m/s)- Xəzərdə, Abşeron yarımadasında, Bakı şəhərində, Böyük və Kiçik Qafqazda. Qar uçqunları – Böyük və Kiçik Qafqazın yamaclarında , Naxçıvan Qapıcıq yük., Murov və Camışdağda, Babadağ və Bazardüzü yam-da. Daşqınlar su hövzələrində suyun səviyəsinin kəskin artması. Təbii fəlakətlər törədən hadisələr aşağıdakı kimi təsnif olunur:
– təhlükəli geofiziki hadisələr – zəlzələ, vulkan
– təhlükəli geoloji hadisələr – sürüşmələr,sellər, uçqunlar,marxallar
– təhlükəli təbii yanğınlar – meşə və zəmilərin yanğını
Metroloji və aqrometroloji təbiət hadisələri aşağıdakı fəlakətlər törədir.
– iri dolu düşməsi
Təbii hidroloji hadisələrlə əlaqədar törəyən fəlakətlər.
– Su səviyəsinin qalxması – daşqınlar nəticəsində şəhərlərin, YM – nin ,k/t – i əkinlərin ,sənaye və nəqliyyat vasitələrinin zədələnməsi
– Sel,leysan,göl bəndlərinin dağılması – YM – i ,idman,sanatoriya – kurort kompleksləri, avtomobil, dəmir yolları zədələnir
Hidrometroloji hadisələrlə əlaqədar törəyən fəlakətlər:
– dənizin bərk dalğalanması – gəmilərin hərəkəti,balıq ovu, sahil qurğuları üçün təhlükə
– dənizdə suyun səviyyəsinin dəyişməsi – balıqarın məhv olması,sahil YM – i ,sualtında qalması, gəmiçilik üçün təhlükə
Ekoloji xarakterli fövqəladə hallar. Ekoloji xarakterli fövqəladə hallardan törəyən fəlakətlər:
– zəhərli maddələrin ətrafa yayılması,yanğınlar ,partlayışlar
– həyat təminatının pozulması ,qurğuların dağılması
– nəqliyyat vastələrdə qəzalar.
Sosial-Siyasi xarakterli fövqəladə hallar.
- Millətlərarası münaqişələr;
- Genişmiqyaslı narkomaniya.
- Qasirğa və burulğanlar – atmosferdə baş verən siklon hadisələri nəticəsində yaranır. Belə hallarda qısa müddət ərzində çoxlu yağıntı düşür, küləyin sürəti kəskin artır, bu isə daşqınlara, binaların dağılıb-tökülməsinə, adamaların zədələnməsinə, ölümünə səbəb olur. Zərərin miqyası qasırğanın müddətindən və gücündən, fəlakət rayonunda əhalinin sıxlığından və iqtisadiyyatının xarakterindən asılı olur.
- Fəlakət törədici güclü küləklər – sürəti saniyədə 29 m-dən artıq olan respublikanın müxtəlif rayonlarında, demək olar ki, hər il qeyd olunur.
- Qar uçqunları – dağlıq zonalarda baş verir.Bu adətən yazda qar əriməyə başlayarkən enişlər boyu uçqun halında hərəkət edən qar yığınlarından ibarətdir. Qar uçqunları və marxallar nəqliyyatın, rabitənin işini pozur, yaxud təmamilə dayandırır, insanların normal həyat fəaliyyətini iflic edir, istehsala maneçilik törədir, əhalinin ərzaq malları ilə, tibb ləvazimatları ilə təchizatını çətinləşdirir. Qar uçqunları uzun müddət güclü qar yağarkən baş verir.
- Subasma və daşğnlar – su hövzələrində suyun səviyyəsinin kəskin yüksəlməsi nəticəsində baş verən təbii fəlakətdir. Subasma və daşqınların əsas səbəbləri qarın sürətlə əriməsindən və uzunmüddətli leysan yağışlarından, çay yataqlarında tıxac yaranmasından, qəzalar nəticəsində hidrotexniki qurğuların bəndinin dağılmasından ibarətdir ki, bu da ərazilərin bir qisminin su altında qalmasıdır.
- Sel – dağlardan sürətlə axıb gələn və qarşısındakı hər şeyi dağıdıb məhv edən çınqıl-palçıq qarışıgından ibarət olur. Sel dağlarda qarın əriməsi və uzun sürən leysan yağışları nəticəsində çoxlu miqdarda su toplanarkən baş verir. Su dağların döşündən sürətlə axaraq özü ilə daş-torpağı yuyub aparır, bütün bunlar suya qarışaraq daşlı-palçıqlı sel əmələ gətirir. Respublikamızda sel təhlükəli rayonlarımız: Şəki-Balakən, Qəbələ-İsmayıllı, Quba-Xaçmaz, Lerik-İsmayıllı.
- Zəlzələ – yerin təkindəki potensial enerjinin qəflətən meydana çıxması, zərbə dalğası və qüvvətli təkanlar – seysmik dalğa şəklində ərazinin bütün istiqamətlərinə yayılmasından ibarətdir. Zəlzələlər textonik və vulkanik mənşəli ola bilər. Zəlzələ yeraltı təkanlar şəklində olur. Təkanların sayı və onların arasındakı fasilələr müxtəlif ola bilər. Dağıdıcı xarakterinə görə zəlzələnin təsiri nüvə partlayışı zamanı zərbə dalğasının təsirinə bənzəyir. Güclü zəlzələ nəticəsində şəhərlər, kəndlər yerlə yeksan olur, binalar dağılır, adamlar müxtəlif xəsarətlər alır.
- fəlkətlərin xarakterindən;
- miqyasından;
- nəqliyyat vasitələrinin növündən;
- ətraf mühütün zərərli qazlarla çirklənməsindən;
- əraziyə neft məhsullarının,güclü təsirli zəhərli maddələrin axıb yayılmasından.
- xarici təbii amillərin təsirindən;
- təbii fəlakətlərin təsirindən;
- layihə-istehsalat qüsurlarının vaxtında aradan qaldırılmasından;
- qurğuların istismar qaydalarına riayətolmasından;
- istehsalatda texnoloji prosesin pozulmasından.
– qazanxanalarda qazanların,kimya müəssisələrində qazın,cihazların,hazır məhsul və yarımfabrikatların,neftayırma zavodlarında partlayışlar;
– dəyirmanlarda un,şəkər zavodlarında şəkər tozunun,taxıl elavatorlarında tozun,taxta-şalban və ağac emalı kombinatlarında mişar tozunun, lak-boyak buxarlarının partlayışları.
YANĞINLAR – adamların nəzarəti altından çıxmış odun kortəbii yayılmasından ibarətdir.Yanğınların yayılmasına görə:
- qismən yanğınlar 20%-ə qədər;
- tam yanğın 90%-ə qədər.
GƏMİ qəzaları – yanğın və partlayış nəticəsində fırtınadan,sualtı qayalara , yüklərin yerdəyişməsi, aşmasından baş verə biləcək təhlükələrdir. AVİASİYA daşımalarında qəzalar – aşağıdakılar səbəb ola bilər:
– hava nəqliyyatı vasitələrinin köhnəlməsi;
– aviasiya texnikası təmirinin kefiyyətinin pozulması;
– uçuşların yerinə yetirilməsi qaydalarının pozulması;
– təhlükəsizlik təminatlarının yerinə yetirilməməsi.
KİMYƏVİ zəhərlənmə ocağı – kimyəvi maddənin təsiri nəticəsində Insanların,heyvanların və bitkilərin zədələndiyi və ya zədələnə biləcəyi əraziyə deyilir. RADİAKTİV maddələrin ətrafa sızması – AES-da,atom gəmilərində, mühəndis tətqiqatları mərkəzlərində istehsalat qəzaları nəticəsində baş verir.Radiaktiv maddələrin sızması,uran mədənlərindən havanı zəhərləyən radon qazının,nüvə yanacağının və reaktorda yaranan radiaktiv maddələrin eləcə də, radiaktiv tullantılar saxlanılan müəssisələrdən və anbarlardan radio-nuklidlərin ətrafa sızması xüsusən qorxuludur.
Mövzu 23: Müasir qırğın vasitələri. Nüvə silahı və onun zədələyici amilləri. Adi qırğın vasitələri
Nüvə silahı digər KQS – na görə güclü zədələyici xassəyə malikdir. Nüvə silahının partlayış gücü trotil ekvivalenti ilə xarakterizə olunur. Trotil ekvivalenti – partlayış enerjisi bu nüvə sursatının partlaması nəticəsində alınan enerjiyə bərabər adi partladıcı maddənin tonla miqdarına deyilir. Nüvə partlayışının zədələyici amilləri aşağdakılardır:
- işıq şüalanması
- nüfuzedici radiasiya
- yerin radiaktiv zəhərlənməsi
- elektromaqnit impulsu.
Zərbə dalğası – partlayış mərkəzindən hər tərəfə sürətlə yayılan çox güclü sıxılmış hava,torpaq və su qatından ibarətdir.Zərbə dalğasını izafi təzyiqlə ölçülür (vahidi 1Nyuton/m)
- 1km məsafəyə 2 saniyə
- 2km məsafəyə 5 saniyə
- 3km məsafəyə 8 saniyə
Nüfuzedici radiasiya – partlayış yerindən ətrafa yayılan,gözə görünməyən qamma şüaları və neytronlar selindən ibarətdir. Radiasiya cəmi 10-25 san. təsir edir və şüa xəstəliyi yaradır.Radiasiya Qrey(QR),Rentgen(R),rad.ölçü vahidləri ilə ölçülür. 1QR=100Rad,1R=0,95 Rad,1Zv(Zivert)=100R. Radiasiya müxtəlif sıx və qalın materiallarda təsirini azaldır. Poladın – 2,7sm,beton – 10sm,torpaq – 14sm,su – 23sm,ağac – 30sm qalınlığı radiasiyanı 2 dəfə azaldır. Neytron seli,suda,parafində,betonda daha çox zəifliyir.
- partlayışın növündən
- gücündən
- partlayışdan sonra keçən müddətdən
- partlayış mərkəzinə qədər olan məsafədən
- meteoroloji şəraitindən
- yerin relyefindən
- çox təhlükəli
- təhlükəli
- güclü
- mülayim
Zonaların adı 1 saatadək 1 saatdan sonra 10 saatdan sonra
A.Zəif çirklənmə zonası 400 R/s 8-80 R/s 0,5 R/s
B.Güclü çirklənmə zonası 400-1200R/s 80-240 R/s 5 R/s
V.Təhlükəli çirklənmə zonası 1200-4000R/s 240-800 R/s 15 R/s
Q. Çox təhlükəli çirklənmə zonası 4000-dən çox 800-dən çox 50 R/s
Radiasiya təhlükəsinin artması radiasiyadan etibarlı mühafizə sistemi yaratmağı tələb edir.
Adi qırğın vasitələri və onların xüsusiyyətləri. Vakuum, diyircəkli,fuqas və qəlpələnən bombalar,‘‘sürpriz – minalar” və s. düşmənin “adi”zədələyici vasitələrindəndir.Bir sıra dövlətlər silahların yeni növ və sistemlərini yaratmaqla yanaşı, köhnə nüvələrinin də təkminləşdirilməsinə,zədələyici təsirlərinin artırılmasına xüsusi diqqət yetirirlər.
Vakuum və ya həcmli partlayış bombası adi silahın yeni növüdür. ABŞ bu silahı ilk dəfə 1969 – cu ildə Vyetnamda sınaqdan keçirmişdir.Quruluşça bu silah bir kasetdə birləşdirilən silindr formalı maye qabından və partlayıcı tərtibatlardan ibarətdir.Qabın hərəsinə 33,6 kq maye etilen oksidi doldurulur.Silah təyyarədən atılarkən partlayış nəticəsində maye ətrafa çilənir,diametri 15, hündürlüyü 3 m olan qaz – hava buludu əmələ gətirir, bulud dərhal yenidən partlayır.
Diyircəkli bomba – qəlpələnən aviasiya bombalarının bir növüdür. Adamları zədələmək üçün tətbiq olunur.Bu silah içərisi 5-6 mm ölçülü metal və ya plastik kütlə diyircəklər,iynələr və s.doldurulub bir-birinə birləşdirici çənbərlə bənd edilən iki yarımkürədən və partlayıcı tərtibatdan ibarətdir. Belə bombalar təyyarədən kasetdə atılır,hər kasetdə 96-640 bombacıqlar olur.Partlayarkən ətrafa 160-250 min kv.m. sahədə olan adamları zədələyir.
Fuqas bombası – aviasiya bombalarının binaları,dəmiryol qovşaqlarını, enerji qurgularını dağıtmaq,canlı qüvvələri,texnikanı məhv etmək üçün işlədilən növüdür.Əsas hissələri metal gövdədən,partlayıcı maddə atımından,partlayıcı tərtibatdan və stabilizatordan ibarətdir.Kalibri (ağırlığı) 50 kq dan 10.000 kq –dək olur.Dağıdıcı təsiri kalibrindən asılı olur.
Qəlpələnən aviasiya bombası – partlayış anında xırda qəlpələr şəklində parçalanıb atılan gövdənin qırıntıları ətrafa zadə yetirir.Bombanın kalibri 0,5 kq – dan 100 kq- dək olur.Məsələn,100 kq –lıq bomba hərəsi 1qr olan 5 – 6 min qəlpədən ibarətdir.
Yandırıcı silah – adamları,yaşayış məntəqələrini,sənaye obyektlərini,nəqliyyat vasitələrini,meşə və əkinləri məhv etmək üçün işlədilir. Silah kimi işlədilən yandırıcı maddələr tərkibinə görə qruplara ayrılır:
Napalm – neft məhsullarına (benzin,dizel yagı və s.)xüsusi qatılaşdırıcı maddələr qarışdırmaqla hazırlanır.Tez alışan,qonur-qara rəngli qatı maddələr,düşdüyü yerə yapışaraq 800 0 -1200 0 C temperaturda 5-10 dəqiqə yanır. Napalmanın yanması nəticəsində alınan temperaturu 1200 0 -1600 0 C -ə qədər artırmaq üçün ona metal maqnezium və ya alüminium tozu əlavə edilir. Belə qatışıq pirogel adlanır.
Pirogel 2-5 dəqiqə parlaq alovla yanır, nazik metal təbəqələrini yandırıb deşir və uzunmüddətli yanğın ocağı törədir;
Termit – aliminium və dəmir oksidlərinin mexaniki qarışığından ibarətdir.Termit havasız da yana bilər,düşdüyü yerdə 3000 0 C temperatur yaradır.Polad,dəmir və digər metal təbəqələrini yandırıb deşir.
Ağ fosfor – havada öz-özünə alışan muma bənzər zəhərli maddədir.Yanarkən zəhərləyici ağ tüstü əmələ gətirir.
Şüa silahı – zərbə təsiri elektromaqnit enerjisinin istiqamətləndirilmiş şüalarının və ya böyük sürətlə qovulmuş elementar hissəciklərin cəmlənmiş
dəstəsinin istifadə edilməsinə əsaslanan qurğuların birliyindən ibarətdir.
Lazerlər – elektromaqnit enerjisinin optik diapazonda güclü şüalandırıcılardan ‘‘optik generatorlardan‘‘ ibarətdir.Lazer şüasının təsirinin hiss olunması,yüksək dəqiqliyi,düz xətt boyunca yayılması,praktiki olaraq ani təsir etməsi ilə fərqlənir.
Radiotezlik silahı – zərbə təsiri elektromaqnit şüalanmalarının ifrat yüksək tezliklərə və ya son dərəcədə aşağı tezliklərə əsaslanan vasitələrə radiotezlik silah deyilir.Radiotezlik silah insan ın ruhi aləminə də təsir edə bilər.
Geofiziki silah – bir sıra xarici ölkələrdə qəbul edilmiı şərti termindir ki,yerin atmosferində,hidrosferasında və litosferasında gedən proseslərin fiziki xassələrinin süni surətdə dəyişdirilməsi yolu ilə cansız təbiətin dağıdıcı qüvvələrdən hərbi məqsədlərlə istifadə etməyi imkan verən müxtəlif vasitələr məcmuyunu ifadə edir. Təbii proseslərə təsir etmək üçün müxtəlif vasitələrdən,o cümlədən kimyəvi maddələrdən istifadə edilir.Bu məqsədlə güclü elektromaqnit şüalanmaları generatorlarından və digər texniki qurğulardan da istifadə edilə bilər.
Mövzu 24: Kimyəvi və bakterioloji silah. Təyinatına və orqanizmə təsirinə görə zəhərləyici maddələr. Güclü təsirli zəhərli maddələr
- zəhərlənmənin surətlə baş verməsi və zədələnmənin ağır olması
- istehsalının nisbətən ucuz başa gəlməsi
Sinir iflicedici zəhərli maddələr fosforlu üzvi maddələrdir, buraya zarin, zoman və V qazı aiddir. Zarin və zoman – rəngsiz, sarımtıl, iyli mayedir. Suda zəif həll olunur, havada tez buxar törədir, yay vaxtı sahəni zarin 8 saata, zoman isə 24 saata zəhərləyir.
V qazı –suda zəif, yanacaq, sürtgü materiallarda yaxşı həll olunan rəngsiz mayedir. Rezin, texniki məmulatlarda, lak–boyaq örtüklərə yaxşı hopur.Yavaş buxarlandığına görə ərazidə uzun müddət qala bilər.
Ümumzəhərləyici təsirli zəhərli maddələr – tənəffüs üzvlərindən keçib orqanizmin ən vacib sistemlərinə təsir göstərən kimyəvi birləşmədir. Zəhərli maddələrə xlorisan aiddir.
Xlorisan – kəskin iyli, sudan ağır, rəngsiz mayedir. Suda məhdud miqdarda 7%,üzvi həlledicilərdə (spirt, efir) yaxşı həll olunur, davamsız zəhərli maddədir, qıcıqlandırıcı təsirə malikdir, bədənin dəri örtüyünü zədələyə bilir, güclü toxumaları zədələyir.13 0 C-də qaynayır, -7 0 C-də bərkiyir. 20 0 C-də buxarlarının maksimal konsentrasiyası 3300 mq/l-dir. Xlorsian sianid turşusundan 2-4 dəfə az zəhərlidir. Qıcıqlandırıcı təsirə malikdir.
Dəridə yaraçıxaran zəhərləyici maddələr elə zəhərli birləşmələrdir ki, onlar hətda ən cüzi miqdarda bədənin dəri örtüyünü zədələyə bilir.
Kimyəvi təmiz iprit – zəif iyli, şəffaf, yağlı, rəngsiz mayedir.Üzvi həlledicilərdə yaxşı,suda zəif həll olunur. Ərzaq məhsullarına, boyaq örtüklərinə,rezin məmulatlarına asanlıqla hopur, ərazi uzun müddət yayda 7 sutka, qışda bir neçə dəfə zəhərli qalır. Xlorlu əhəng, xloraminlər, sulfindlər ipriti zərərsizləşdirə bilir. Bədənin səthinə düşən iprit damcıları 7 dəqiqəyə dərinin alt qatına keçir. 20 –30 dəqiqədən sonra heç bir ağrı törətmədən orqanizmə sorulur. İprit mədə – bağırsaq sisteminə, gözlərə, dəriyə və tənəffüs yollarına, ağciyər toxumalarına təsir edir.
Difosgen–qaynama temperaturu 128 0 C olan mayedir,yavaş buxarlanır.Havadan 7 dəfə ağırdır.Yayda 1 saata, meşəlik yerlərdə bir neçə saata zəifləyir, suda pis həll olunur, xlorid turşusu və karbon qazı yaradır. Difosgen su quyuların zəhərləmir.
Qıcıqlandırıcı zəhərli maddələrə Sİ-ES və adamsit aid edilir. Adamsit – yaşımtıl rəngli bərk maddədir, suda həll olmur, qızdırılarkən və asetonda yaxşı həll olur. Suda parçalanmır, havada 20 dəqiqə qalarkən ölümcül zəhərlənmə baş verir.
Sİ – ES – suda pis həll olan rəngsiz maddədir. Spritdə, asetonda, benzolda yaxşı həll olunur. Ümumi zəhərliyi zəifdir, qıcıqlandırıcı təsirə malikdir, aerozol şəklində tətbiq olunur. Asqırtıya, öskürməyə, gözlərdən çoxlu yaş armasına, tənəffüsün çətinləşməsinə səbəb ola bilər.
Gözyaşardıcı maddələr gözlərin, burunun selikli qişasını qıcıqlandırır, bəbəklərin spazması ilə nəticələnir. Xlorasetofenon – bənövşə və ya meşəgilası iyi verən bərk kristal maddədir. Üzvi həlledicilərdə, suda qaynadılarkən dağılmır. +20 0 C–də buxarlanır, havada 5,3 dəfə ağırdır.Yayda təsirini bir neçə gün saxlayır.
LSD – rəngsiz, bərk kristal maddədir, suda zəif, üzvi həlledicilərdə zəif həll olunur. Orqanizmə tənəffüs yolları mədə – bağırsaq sisteminə təsir edir.
- təyyarə bombaları
- top güllələri
- raketlər
- içərisinə maye, yaxud quru halda mikrob və zəhər qatışığı(reseptur) doldurulmuş xüsusi konteynerlər
- zəhərlənmiş daşıyıcılar (həşaratlar,gənələr.gəmricilər)
- şəhərlər və başqa yaşayış məntəqələri
- dəmiryol qovşuqları
- limanlar
- su təchizatı mənbələri
- kənd təsərrüfatı bitkiləri
- əkin sahələri
- duman və ya tüstüşəkilli aerozol buludu
- xəstəliktörədicidən
- ərazinin relyefindən
- meteoroloji şəraitdən
Observasiya- epidemiya ocağında yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən təcridrtmə-məhdudlaşdırma və müalicə-profilaktika tədbirləri sisteminə deyilir.
Karantin- bakterial yoluxma ocağını təcrid etmək xəstəliklərin yayılmasının qarşısını almaq və yoluxmanı aradan qaldırmaq məqsədilə yerinə yetirən epidemiya əleyhinə rejimi prafilaktika tədbiri sisteminə deyilir.
Radiaktiv, kimyəvi və bioloji zonalarda əhalinin davranışı. Radiaktiv maddələrlə zəhərlənmiş ərazidə əhalinin mühafizə və davranış rejimləri radiasiyanın səviyyəsindən asılı olaraq mülki müdafiə tərəfindən müəyyən edilib elan olunur. Məqsəd – adamların təhlükəsiz dozadan artıq şüalanmaya məruz qalmalarının qarşısını almaqdır. Radiasiyadan mühafizə rejimi zəhərli sahədə adamların ardıcıl olaraq əvvəlcə radiasiya daldalanacağında, bundan sonra isə adi binalarda qalması və mühafizə vasitələri işlətməsi müddətlərini təyin edir. Zəhərlənmiş sahələrdə qalmağa məcbur olan hallarda adamlar hökmən fərdi mühafizə vasitələri işlətməli, 2 saylı radiasiyadan mühafizə dərmanını içməli və təhlükəsiz davranış qaydalarına riayət etməlidirlər. Fərdi mühafizə vasitələrini çıxarmaq, əllə ətrafdakı əşyalara toxunmaq, yerdə oturmaq və ya uzanmaq, hərəkət və iş vaxtı toz qaldırmaq, açıq yerlərdə xörək yemək, su içmək, paltarı, ayaqqabıları çöldə təmizləmədən yaşayış binalarına girmək, ehtiyac olmadan binalardan kənarda qalmaq olmaz. Kimyəvi zəhərlənmə ocağında davranış qaydaları aşağıdakılardır:
- Mülki müdafiə gərargahının xüsusi göstərişi olmadan sığınacaqdan çıxmamaq;
- Sığınacağın kipliyi pozulan və ya radiasiya daldalanacaqlarında qalan hallarda fərdi apteçkadan antidot dərman qəbul edəndən sonra əleyhqaz taxmaq, dərini qoruyan paltar geymək və ancaq mülki müdafiə işçilərinin göstərişi üzrə mühafizə qurgusunu tərk etmək;
- Açıq yerlərdə qalan hallarda dərhal əleyhqaz taxmaq;
- Xüsusi qoruyucu paltarları geymək və zəhərlənmə ocağından çıxmaq;
- Xüsusi qoruyucu paltarları olmadıqda dərhal köynəyin və pencəyin ətəklərini şalvarın içinə salmaq, şalvarın balaqlarını topuqda, köynəyin qollarını biləkdə qaytanla bağlayıb kipləşdirmək, əllərə əlcək, ayaqlara rezin ayaqqabı geymək, başı başlıq və ya yaylıqla kip örtmək , üstdən sintetik və ya rezinli parçadan olan plaş geymək;
- Kimyəvi zəhərlənmə ocağından çıxmayınca fərdi mühafizə vasitələrini əyindən çıxarmamaq, bədənin dərisi üzərinə və ya paltara zəhərləyici maddə damcıları düşən hallarda bu damcıları fərdi kimyəvi paketdəki məhlullda və ya naşatır spirtində isladılmış tamponla təmizləmək lazımdır.
Su və ya süd ən azı 30 dəqiqə qaynamalıdır. Yalnız su kəmərindən və şübhə törətməyən su mənbələrindən istifadə edilməlidir. Qab-qacaq təmiz yuyulandan sonra qaynadılmalıdır. Yeməkdən əvvəl, adamlarla təmasda olduqdan sonra əlləri hökmən sabunla yumaq, paltar-ayaqqabıları tez-tez təmizləmək, müntəzəm surətdə çimmək və alt paltarını təmiz saxlamaq, mənzilin, həyətin, iş yerinin, ümumi istifadə yerlərinin çirkli olmasına yol verməmək lazımdır.
Adamların bir-birilə təmasda olması məhdudlaşdırılmalıdır. Mənzildən ancaq ən vacib hallarda çıxmaq olar. Evdən çıxdıqda hökmən tənəffüs üzvlərini qoruyan fərdi vasitələr taxmaq, bədənin səthini qorumaq üçün paltarları göstərilən qaydada kipləşdirmək, evə qayıdarkən üst paltarları və ayaqqabıları çıxarıb dezenfeksiya etmək üçün bayırda qoymaq lazımdır. Yolxucu xəstəliyin əlamətləri aşkara çıxan kimi (hərarətin yüksəlməsi, başağrısı. Iştahasızlıq, ürək bulanması, qusma,mədə pozğunluğu) bu barədə dərhal tibb müəssisəsinə xəbər verilməli, xəstə ayrıca otaqda və ya otağın müəyyən hissəsində yerləşdirilməli, şəxsi əşyaları, paltarları, yataq ləvazimatı, qab-qacağı, mebeli və mənzili dezenfeksiyadan keçirilməlidir.
Təbii fəlakətlər
Hər il dünyanın bu və ya digər bölgəsində zəlzələlər, daşqınlar, vulkan püsgürmələri, qasırğalar, meşə və torf bataqlıqlarında yanğınlar baş verir. Hər bir təbii fəlakət özünəməxsus xüsusiyyətləri, zədələyici xarakteri, dağıdıçı ölçüləri, insan tələfatı həcminə görə fərqlənir.
Baş verə biləcək fəlakətin səbəbləri və xarakteri haqqında biliklərə malik olduqda öncədən mühafizə tədbirləri həyata keçirmək mümkün olur. İnsanların fəlakətlər zamanı düzgün davranması itkilərin əhəmiyyətli dərəcədə azalmasına səbəb olur.
Təbii fəlakətlər, faciəvi hallar yaradacaq həcmdə böyük olan təhlükəli təbiət hadisələri və ya geoloji, hidroloji, geofizioloji, atmosfer və s. proseslər olub, əhalinin qəflətən həyat fəaliyyətinin pozulması, maddi vəsaitlərin zədələnməsi və ya məhv olması, insanların, canlıların ölümü ilə xarakterizə olunur.
Daha təhlükəli nəticələrə gətirib çıxaran təbii fəlakətlərə zəlzələləri, daşqınları, geniş meşə və torf yanğınlarını, burulğan, qasırğaları, qar uçqunlarını və s. aid etmək olar. Bu təbii fəlakətlər son 20 ildə 3 milyon insanın həyatına son qoyub. BMT-nin məlumatlarına görə, planetimizin 1 milyard sakini onların nəticələrindən zərər cəkib.
Müasir dövrdə ön plana çıxan əsas problem təbii fəlakətlərin inkişafının və baş verməsinin düzgün proqnozlaşdırılması, yaxınlaşan fəlakət haqda hakimiyyət orqanlarının və insanların vaxtında xəbərdar edilməsidir. Dağıntı zonalarının azaldılması və zərərçəkmişlərə vaxtında yardımın göstərilməsi məqsədi ilə fəlakətin bütün ölçülərdə lokallaşdırılması çox vacibdir.
Təbii fəlakətlərə qarşı müvafiq xilasetmə orqanlarının həyata keçirdikləri düşünülmüş, dəqiq və yüksək səviyyədə təşkilatlanma tədbirləri, əhalinin düşüncəli davranışı insan itkilərini, maddi zərərlərin həcmini aşağı salır, fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması daha effektiv səviyyədə həyata keçirilir.
Öncədən informasiyanın verilməsi xəbərdaredici işlərin həyata keçirilməsinə, qüvvə və vasitələrin hazırlanmasına, insanlara davranış qaydalarının izah edilməsinə imkan verir. Bütün əhali ekstremal hallarda fəaliyyətə, fəlakətlərin nəticələrinin aradan qaldırılması işlərində iştiraka hazır olmalı, zərərçəkmişlərə ilk tibbi yardım göst
Mövzu 1 FÖVQƏladə hallarin (FH) TƏSNİfati
Fövqəladə hadisə – insan təlafatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan
vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına
səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii və ya digər fəlakətlər
nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir.
Fövqəladə hal və onun növləri (miqyasına, baş vermə sahələrinə, mənsubiyyətinə
görə)
Miqyasına görə fövqəladə halların təsnifatı
Lokal (qismi) – hadisələr iş yerindən, iş sahəsindən, mənzildən kənara yayılmır.
Obyekt miqyaslı (səciyyəli) – hadisələr sənaye obyektində, bina və ya qurğu
hüdudlarında məhdudlaşır.
Yerli – hadisələr ancaq yaşayış məntəqəsinin, təkcə bir şəhərin və ya kənd təsərrüfatı
müəssisəsinin ərazisində özünü göstərir.
Regional – fövqəladə hadisə bir neçə sənaye və ya kənd təsərrüfatı rayonlarını,
bütünlüklə şəhəri və onun ətraflarını əhatə edir.
Milli – miqyaslı fövqəladə hadisələr respublikanın xeyli ərazilərini əhatə edir, lakin
dövlətin inzibati sərhədlərindən kənara çıxmayan hadisələrə deyilir.
Qlobal – hadisələr isə bir ölkənin ərazisində məhdudlaşmır və qonşu dövlətlərin
ə
razilərinə də yayılır.
Fövqəladə halların baş vermə sahələrinə görə təsnifatı
1)
Təbii xarakterli fövqəladə hallar;
2)
Texnogen xarakterli fövqəladə hallar;
3)
Ekoloji xarakterli fövqəladə hallar;
4)
Sosial-siyasi və hərbi siyasi xarakterli hallar.
Təbii xarakterli fövqəladə vəziyyətlər
Təbii fəlakətlər – insan iradəsinə tabe olmayan, təbiət qüvvələrinin hərəkəti nəticəsində
qəflətən baş verən, çoxsaylı insan itkisi, böyük maddi zərər və başqa ağır nəticələrə səbəb
olan faciəli təbii təzahür və ya proseslərdir.
Təbii fəlakətlərə zəlzələlər, vulkan püskürmələri, sellər, sürüşmələr, uçqunlar, daşqınlar,
quraqlıqlar, qasırğalar, tufanlar, qar basqınları və uçqunları, uzun müddətli güclü yağışlar,
güclü davamlı şaxtalar, genişmiqyaslı meşə və torf yanğınları aiddir. Bura həm də 1974-ci
ildə Venesuella Konfransında epidemiyalar, epizootiyalar, epifitotiyalar, meşə və kənd
təsərrüfatı zərərvericilərin kütləvi yayılması da daxil edilmişdir.
Təbii fəlakətlər davametmə müddətinə görə iki cür olur:
1)
qəflətən baş verənlər (zəlzələlər, qasırğalar, tornadolar);
2)
uzunmüddətli davam edənlər (epidemiyalar, daşqınlar, epizootiyalar və s.)
Təbii fəlakətlərin yaranma səbəbləri
Təbii fəlakətlər yaranma səbəblərinə görə də iki cür olurlar:
1)
təbii amillərlə bağlı olanlar (vulkan püskürməsi, dəniz səviyyəsinin güclü ləngəri,
güclü daşqınlar, qasırğalar, güclü hərarətli hava, buzlaşma və s.). Bunlar əsasən maddələrin
sürətli yer dəyişməsi (zəlzələ və sürüşmələr), yerdaxili enerjinin üzə çıxması (vulkanlar),
çaylarda, göllərdə, dənizlərdə suyun səviyyəsinin qalxması (daşqınlar, sunamilər), qeyri-adi
güclü küləyin təsiri (qasırğa, urağan, tornadolar).
2)
antropogen amillərlə bağlı olanlar (toz burulğanları, eroziya)
Bir çox təbii fəlakətlərin yaranması isə həm təbii, həm də antropogen amillərlə bağlı
olur (yanğınlar, torpağın eroziyası, uçqunlar və s.).
Təbii xarakterli fövqəladə hadisələr
1)
Geofiziki təhlükəli təzahürlər
2)
Geoloji təhlükəli təzahürlər (ekzogen geoloji təzahürlər):
3)
Meteoroloji və aqrometeoroloji təhlükəli təzahürlər:
4)
Dəniz hidroloji təhlükəli təzahürlər:
5)
Hidroloji təhlükəli təzahürlər:
6)
İnsanların infeksion (yoluxucu) xəstəlikləri:
7)
Kənd təsərrüfatı heyvanlarının yoluxucu xəstəlikləri:
8)
Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərə məruz qalması:
Təbii xarakterli fövqəladə hadisələr
1)
Geofiziki təhlükəli təzahürlər:
1) zəlzələlər; 2) vulkan püskürmələri.
2)
Geoloji təhlükəli təzahürlər (ekzogen geoloji təzahürlər):
1)
sürüşmələr; 2) sellər; 3) qar uçqunları.
3) Meteoroloji və aqrometeoroloji təhlükəli təzahürlər:
– tufanlar (9-10 bal);
– qasırğalar (12-15 bal);
– iri həcmli dolu;
4)Dəniz hidroloji təhlükəli təzahürlər:
– tayfunlar;
– sunamilər (qravitasiyalı dəniz dalğaları);
– güclü dalğalar (5 bal və daha yüksək);
– dəniz səviyyəsinin güclü ləngəri;
– erkən buz örtüyü və ya hərəkətsiz qalın buz qatı;
– gəmi və liman tikililərinin buzlaşması;
– sahil buzlarının qopması.
5) Hidroloji təhlükəli təzahürlər:
– suların yüksək səviyyəsi (daşqın, subasma);
– yeraltı suların daşqınları (əsasən buzlar əriyən vaxt);
– yağış daşqınları;
– maneə və əngəllər (çay mənsəbində xırda buzların toplaşaraq sıxlıq yaratması);
– suyun aşağı səviyyəsi;
6) İnsanların infeksion (yoluxucu) xəstəlikləri:
– epidemiyalar (insanların kütləvi şəkildə yoluxucu xəstəliklərə tutulması);
– ekzotik və xüsusi təhlükəli yoluxucu xəstəliklərin tək-tək təsadüf edilən halları.
7) Kənd təsərrüfatı heyvanlarının yoluxucu xəstəlikləri:
– epizootiya (heyvanların yoluxucu xəstəliklərinin geniş yayılması);
– enzootiya (müəyyən ərazidə heyvanlar arasında epidemiya);
8) Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərə məruz qalması:
– inkişaf edən epifitotiya (bitkilərin kütləvi xəstəlikləri);
– bitki zərərvericilərinin kütləvi yayılması.
Geofiziki təhlükəli təzahürlər:
Zəlzələ – ən çox dağıdıcı qüvvəyə malik, ağlasığmaz, idarə olunmaz təbii fəlakətdir. Zəlzələ
deyildikdə yeraltı təkan və yer qatının titrəmələri, yer qatının və yaxud mantiyanın üst
qatlarının sürüşməsi və parçalanması nəticəsində, böyük məsafələrə elastik dalğavari
ötürmələr başa düşülür. Zəlzələlər qəflətən yaranan və tez yayılan fövqəladə hallara aid olur.
Bu zaman ərzində təxliyə və qabaqlayıcı tədbirlər görmək mümkün deyil.
Tarixdə ilk qeydə alınmış zəlzələ eramızdan 2050-il əvvələ aiddir.
Son 500 il ərzində dünyada zəlzələlər nəticəsində 4,5 milyon insan tələf olmuşdur.
XX-ci əsrdə bizim planetdə 80-dan artıq zəlzələ qeydə alınmışdır. Dünyada ən çox
zəlzələ baş verən yer Çilidir.
Zəlzələnin baş vermə səbəblərinə görə onlar təbiət və antropoloji olur.
Zəlzələnin əsas təsir edici faktoru, ocağdan bütün istiqamətlərə yayılan –seysmik
dalğalardır. İlk dəfə zəlzələlərin dalğavarı olmağını 18 əsrdə amerikalı astronom və
riyaziyyat professoru D.Uintal deyib. Əgər zəlzələnin ocağı dənizdə yerləşirsə hündür
dalğaların – sunamilərin əmələ gəlməsinə gətirir, o isə öz növbəsində sahilə çatır və çoxlu
sayda sahilyanı ərazilərə ziyan vurur.
Amerikalı seysmoloq D.F.Rixter 1933–cü ildə zəlzələnin gücünü qiymətləndirmək
üçün 9 ballıq şkala tərtib etmişdir. İtalyan seysmoloqu Y. Merkali 12 ballıq zəlzələnin
ölçülmə sistemini təklif edib.
Zəlzələnin intensivliyinin Merkali şkalası ilə ölçülməsi
Bal Zəlzələnin intensivliyi Nəticələrin qısa xarakteristikası
1
Nəzərə çarpmayan
Yalnız seysmik cihazlar ilə müşahidə edilir
2
Çox zəif
İ
stirahət edən insanlar tərəfindən hiss edilir
3
Zəif
Yalnız az sayda insanlar tərəfindən hiss olunur
4
Mülayim
Qabların, pəncərə şüşələrinin cingiltisi, qapıların və
pəncələrin cığıltısı ilə müəyyən edilir
5
Kifayət qədər güclü
Binaların ümumi sirkələnməsi, mebelin tərpənməsi,
pəncərə şüşələrində və suvaqlarda çatların əmələ
gəlməsi, yatanların oyanması
6
Güclü
Hamı hiss edir. Rəsmlər divardan düşür, suvaq parçaları
tökülür. Binalar yüngül xəsarət alır
7
Çox güclü
Daş binalarda çatlar. Antiseysmik və ağaçdan tikilmiş
binalar salamat qalır
8
Dağıdıcı
Sıldırım qayalarda və torpaqda çatlar əmələ gəlir.
Heykəllər yerindən dəbərir və çökürlər. Evlərə güclü
xəsarət dəyir
9
Viran edici
Daş binaların dağılması və çox güclü xəsarət alması
10 Məhvedici
Torpaqda böyük çatlar, sürüşmələr və çöküntülər. Daş
binaların dağılması, dəmir yol reyslərin əyilməsi
11
Fəlakət
(bədbəxt
hadisə)
Yerdə geniş çatlar, çox saylı sürüşmələr və çöküntülər.
Daş binalar tamamilə dağılır
12 Güclü fəlakət
Torpaqda dəyişiliklər böyük həddə çatır. Çox saylı çatlar,
çöküntülər, sürüşmələr, şəlalələr yaranır, çayların
axmasında dəyişiliklər, heç bir tikili dözmür
Ölkəmizdə Böyük Qafqaz, Şamaxı-İsmayıllı, Gəncəbasar, Talış dağları, Xəzər dənizi
seysmoaktiv zonalar hesab edilir. Bu ərazilərdə hələ qədimdən indiyədək müxtəlif vaxtlarda
müxtəlif təkanlar qeydə alınıb.
Alp-Himalay seysmo-aktiv bölgəsində yerləşən Azərbaycanda ilk böyük zəlzələ 5-ci
ə
srə təsadüf edib. 427-ci ildə Gəncə şəhərində baş verən təbii fəlakət zamanı 100 minlərlə
adam həlak olub. 700 il sonra Gəncədə yenidən böyük bir zəlzələ baş verib. 1139-cu ildə isə
Gəncədə olan təbii fəlakət zamanı Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və Göy
Göl yaranıb. 1667-68-ci illərdə Şamaxıda da zəlzələlər seriyası başlayıb.Şamaxı zəlzələləri
17-ci əsrin 2-ci yarısında və 19-cu əsrin 2-ci yarısında baş verib: «Axırıncı zəlzələ 1902-ci
ildə baş vermiş və 9-10 ballıq zəlzələ nəticəsində Şamaxı dağılmışdı». Şamaxıda 20-ci əsrdə
baş verən zəlzələ dağıdıcılığı ilə tarixə düşdü. Həmin vaxt şəhər yerlə-yeksan olmuşdu.
1935-ci ildə Gəncədə yenidən böyük dağıntılara səbəb olan Zurnabad zəlzələsi qeydə alınıb.
Bakı şəhərində isə ilk zəlzələ 1950-ci ilə təsadüf edib, lakin şəhərə ciddi ziyan
dəyməyib. 1960-61-ci ildə Bakıda yenidən baş verən zəlzələlər zamanı dağıntıların və həlak
olanların sayı bir o qədər də çox olmayıb. Paytaxtda sonuncu, ən yaddaqalan zəlzələ isə
2000-ci il noyabrın 25-də baş verib. Azərbaycan, o cümlədən də paytaxt Bakı təhlükəli
seysmoaktiv zonada yerləşir. Bakı 8 ballıq, Şamaxı, Gəncə, Naxçıvan isə 9 ballıq aktiv zona
sayılır.
1980-2002- ci illər üzrə Azərbaycan ərazisinin seysmik aktivlik xəritəsi
Son 100 il ərzində baş vermiş ən dağıdıcı zəlzələlər
1999-cu ildəki Türkiyədə baş verən zəlzələnin dağıntıları
2010-cu ildə Haitidə baş vermiş zəlzələnin nəticəsi
Vulkan püskürmələri
Yer qatının kanalları və qatları üzərində yaranan, yer üzərinə lava, kül, zəhərli qazlar,
su buxarı və dağ cisimlərini püskürən geofiziki hadisəyə vulkan deyilir. Vulkan
püskürmələri xəsarət alanların və qurbanların sayına görə ön yerlərdən birini tutur.
YUNESKO-nun statik məlumatlarına əsasən son 5 ildə 200 min insan vulkan nəticəsində
həlak olmuşdur.
Vulkanların püskürməsi – yer kürəsinin bəzi regionları üçün tez-tez təkrarlanan
hadisədir. Vulkanlar fəaliyyətdə olan, yatmış və sönmüş vulkanlara bölünürlər. Yer üzərində
522 fəaliyyətdə olan vulkan qeydə alınıb və bunlardan 20-40-ı hər il püskürür. Ən çox
vulkan İndoneziyada, Yaponiyada, Mərkəzi Amerikadadır. Vulkanların püskürməsi
zamanı əsas zədə yetirən faktorlar bunlardır: közərmiş lava, qazlar, tüstü, buxar, qaynar su,
kül, dağ cisimlərinin qırıntıları, partlayış dalğası, lil və daş axınları.
Maqma dedikdə, yer daxilində
ə
rimiş, yüksək hərarətli, son dərəcədə
közərmiş və qazlarla zəngin olan
silikat maddə nəzərdə tutulur. Vulkan
konusunun
zirvəsində
yerləşən
kasaşəkilli və ya qıfabənzər boşluğa
vulkan
krateri deyilir. Bəzən vulkan
kraterləri su ilə dolaraq krater
göllərinin yaranmasına səbəb olur.
Vulkan
krater
Soymuş lava
Maqma ocağı
Vulkan
krater
Soymuş lava
Maqma ocağı
Vulkanın kəsiyi
Vulkanların püskürməsindən zərəri azaltmaq yolları
Vulkanların püskürməsindən zərəri azaltmaq üçün onların “həyatını”
proqnozlaşdırmaq və lazım olan profilaktik tədbirlərin keçirilməsi lazımdır.
Fəaliyyətdə olan vulkanların əksəriyyəti “vulkanik ərazilərdə” yerləşən
xüsusi stansiyalar tərəfindən daim müşahidə altında saxlanılır.
Vulkanların püskürməsini proqnozlaşdırmaq üçün vulkanik təhlükəsi
xəritələri tərtib edilir.
Püskürmələrin vəziyyətini və gələcəyini proqnozlaşdırmaq üçün
cihazlardan və texniki vasitələrindən istifadə olunur.
Əhalini vaxtında məlumatlandırmaqla, müdafiə və təxliyə tədbirlərinin
aparılması ilə vulkanik püskürmələrin törətdiyi mümkün zərəri kəskin azaltmaq
mümkündür.
Vulkanın püskürməsi ilə mübarizənin üsulları:
–
vulkanın vəziyyətini daim müşahidə etmək;
– təhlükəli ərazidən əhalinin vaxtında köçürülməsi;
– müdafiə bəndlərinin qurulması;
– lava və lil daşlı axınlarının axması üçün xüsusi kanalların tikilməsi;
– lavanın su ilə soyudulması;
– yaralanmış insanlara ilk yardımın göstərilməsi
24.03.2010 tarixdə püskürməyə başlayan və bir neçə ay Avropadan uçuşları
təxirə salmağa məcbur edən eyyafyatlayöküdl vulkanı
Geoloji təhlükəli təbii fəlakətlər
Sürüşmə – adətən dağ yamaclarında olan torpağın eroziyadan, suyun dağın
ə
təklərinin yuması, yamacların titrəməsi və ya əlavə təsirə məruz qalması
nəticəsində baş verən torpaq sürüşməsindən ibarət hadisədir.
Sürüşmələrin sürəti saatda onlarca metrə çata bilir. Məsələn: 1990-cı ildə
leysan yağışlardan fəallaşan sürüşmə Xəzər donanmasının hərbi şəhərciyində bir
neçə binanı elə sürətlə dağıtmışdı ki, adamlar oradan çıxmağa imkan tapa
bilməmişdilər.
Respublikamızda ən çox sürüşmələrin olduğu yer Bayıl zonasıdır.
Sürüşmələrin qarşısını alımaq üçün görülən tədbirlərdən ən vacibi həmin
ə
razilərdə çoxlu sayda ağacların əkilməsidir.
Sel – Çayların məcrası boyu özü ilə çoxlu (həcminin 10-15%-dən artıq) bərk
material (qum, çınqıl) gətirən və sıxlığı suyunkundan 1,5-2 dəfə çox olan axındır.
Sel, hündürlüyü 20-40 sm olan dalğa şəkilində saniyədə 20-30m sürətlə
hərəkət edir və rast gəldiyi maneələrə hər kvadrat metrə onlarla ton güclə təsir
göstərir.
Mənşəyinə görə sellər leysan seli və qar ərintisi selləri növlərinə aid edilir.
Sellərin 80-90%-i leysan mənşəlidir.
Qar uçqunları
Nisbi hündürlüyü 20-40 m-dən çox, mailliyi 25 dərəcə olan sahələrdə baş
verir. Qar uçqunlarının sürəti saniyədə onlarla metrə, həcmi milyon kub metrə çata
bilir.
Quru qar uçqunu, yaş qar uçqununa nisbətən daha sürətlə hərəkət edir.
Qar uçqunlarının əsas səbəbi qarın itensiv yağması və yamacların aşağı
hissələrinin əriməsidir. Sutka ərzində qarın qalınlığı 30 sm-ə çatan hallarda külli
surətdə iri qar uçqunları təhlükəsi meydana çıxır.
Kifayət qədər qalınlıqda qar yağmış hər hansı dağlıq rayonda qar uçqunları
baş verə bilər.
Müdafiə üsulları qar yağmış hündürlükləri atəşə tutmaqdır.
Meteoroloji xarakterli təbii hadisələr
Fırtına – Əsasən 9-11 bal arasında olub, böyük dalğaların əmələ gəlməsinə
səbəb olur və güclü dağıdıcı gücə malikdir.
Qasırğa – Əsasən dolmuş buludlar arasında əmələ gəlir. Dairəvi şəkildə
fırlanaraq Yer səthinə enir. Yer səthinə endiyi andan 30 m dərinliyində 40-60 km
məsafəni qət edə bilir. Qasırğalar sulu və alovlu olurlar. Sürətləri 1200km/saat çata
bilir. Qasırğaların dağıdıcı təsiri küləyin sürətilə, eləcə də tufan və leysan yağışları
sayəsində törəyən yağışlarla müəyyən edilir. Küləyin sürəti 18 ballıq Bofort (Ser
Frensis Bofort (1774-1857) – ingilis admiralı, hərbi hidroqraf, xəritəşünas) şkalası
ilə ölçülür.
Tufan – Küləyin sürəti 0-dan səs sürətinə qədər ola bilir. 1946-cı ilə kimi 12
ballıq şkala ilə, 1946-cı ildən isə 18 ballıq şkala ilə ölçülür. Tufanlar əsasən
atmosferdə baş verən silklon hadisələri nəticəsində yaranır. Bu zaman küləyin
sürəti 26 – 31 m/san arasında olur. Atlantik okeanında tufanların sürəti hətta 241,5
m/san-yə çatır.
Dolu – Atmosfer yağıntılarnın bir növüdür. Bulud daxilində qar topalarının
hərəkəti nəticəsində yaranır. Tərkibində buz kristalları ilə bərabər soyuq su
damcıları olur və Buz qatı ilə örtülür. Ölçüsü 5-dən 55 mm-ə qədərdir (təbiətdə
13sm, 1kq çəkisində müşahidə olunub). Xalq təsərrüfatına ən böyük ziyan vuran
təbii fəlakətdir. Dolular ən çox Gədəbəy, İsmayıllı və Şəki rayonlarında müşahidə
olunur.
Dəniz hidroloji təhlükəli təzahürlər
Sunamilər – ən təhlükəli təbii dəniz hidroloji hadisəyə aid edilir, yapon
dilindən “körfəzdə hündür dalğa” kimi tərcümə olunur.
Sunami sualtı və sahilyanı zəlzələlər nəticəsində yaranan dəniz dalğalarının
bir növüdür. Okeanın dibinin qalxması, enməsi zamanı sahildə qəflətən qeyri adi
hündür ləpələr peyda olur.
Sunamilər torpağın tektonik hərəkətindən, sualtı vulkanların püskürməsindən,
okeanda böyük torpaq hissələrinin çökməsindən, yeraltı sürüşmələrdən yaranır.
2004-cü ildə İndoneziyada baş vermiş Sunami və bundan zərər görməyən
məscid
Hidroloji təhlükəli təzahürlər
Daşqınlar, subasmalar – çaylarda, göllərdə, dənizlərdə su səviyyəsinin
qalxması nəticəsində yerin xeyli ərazilərinin müvəqqəti olaraq su basmasıdır.
Bütün fəlakətlər arasında təkrar olunma sayına görə, ərazinin əhatə dairəsinə
görə və illik iqtisadi ziyanın həcminə görə daşqınlar ön yeri tutur.
Bəzi hallarda daşqınlar sürüşmələrə, çöküntülərə, sel axınlarına səbəb olur.
Hidroloji proqnoz aparmaq ilə, daşqınları proqnoz etmək olar.
Su basmiş sahələrdən və dəymiş ziyandan asılı olaraq daşqınlar kiçik, böyük,
mühüm və faciəli olur.
Kiçik daşqınlar düzənlik çaylarına xarakterikdir. Onların dövrülüyü 10–15
ildən bir olur. Bunun nəticəsində alçaqda yerləşən torpaqların 10%-dən çoxunu su
basır. Kiçik daşqınlar insan qurbanları və maddi itkilərlə əlaqədar deyil.
Böyük daşqınlar çay vadilərinin ətrafında böyük sahələrin su basmasına
gətirir. Bu zaman qiymətli dəyərlərin və insanların qismən köçürülməsi həyata
keçirilir. Böyük daşqınlar kənd təsərrüfatı sahələrini basmaqla, xeyli maddi və
mənəvi zərər vurur. 20–25 ildən bir baş verir.
Mühüm daşqınlar bütöv çay hövzələrini əhatə edir. Çox böyük maddi və
mənəvi xətər yetirməklə şəhər və kənd ərazilərində təsəruffat fəaliyyətinin pozur.
Su basmış zonalardan kütləvi köçürülmə tədbirləri həyata keçirilir.Mühüm
daşqınlar 50–100 ildən bir təkrar olunur və kənd təsərrüfatı sahələrinin 70% su
altında qalır..
Faciəli daşqınlar – bir və yaxud bir neçə çay sisteminin geniş sahələrini su
basır. Çox böyük insan qurbanları və maddi itkilərlə xarakterizə olunur. Faciəli
daşqınlar 100 – 200 ildən bir baş verir və 70% artıq kənd təsərüffatı sahələri,
şə
hərlər, yaşayış məntəqələri, sənaye müəssisələri, yollar, kommunikasiyalar su
altında qalır.
Sabirabadda baş vermiş daşqın
İ
nsanların infeksion (yoluxucu) xəstəlikləri
Epidemiya – kəsin yolxucu xəstəliklərin sürətlə və geniş halda insanlar arasında
yayılmasına deyilir. Yolxucu xəstəliklərin törədiciləri mikroblardır (növləri:
bakteriyalar, viruslar, riktersiyalar və göbələklər).
Xəstəliklar aşağıdakı yollarla və vasitələrlə yayılırlar:
tənəffüz orqanları vasitəsilə;
yoluxmuş ərzaq məhsullarından və sudan istifadə edərkən;
Yoluxmuş əşyalara toxunarkən;
Xəstə adamlar və heyvanlarla təmasda olarkən və s.
Kənd təsərrüfatı heyvanlarının yoluxucu xəstəlikləri
Epizootiya – rayonda və ya ölkədə heyvanlar arasında xəstəliyin
yayılmasıdır.
Zərərvericilərin geniş yayılması da xalq təsərrüfatına, xüsusən də meşə və
kənd təsərrüfatına ciddi ziyan vurur. Eyni zamanda insanların məhvinə də gətirib
çıxarır. Məsələn: Son bir neçə ildə yayılmış quş qripi xəstəliyi bəzi yerlədə
insanların məhvinə səbəb oldu. 2005-2010-cu ilərdə quş qripi nəticəsində dünyada
yüzlərlə adam məhv olmuşdu.
Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərə
məruz qalması
Epifotiya – bitki xəstəliklərinin yayılmasından ibarətdir. Bu xəstəliklərə
təbiətdə geniş rast gəlinir. Bunlar: dənli bitkilərin pas xəstəliyi, çəltiyin göbələkcik
xəstəliyi və s.
Müxtəlif kimyəvi maddələrdən düzgün istifadə edilməməsi nəticəsində də
məhv ola və ya xəstəliklərə məruz qala bilər.
İnfeksion xəstəlik ocağı yaranarkən yoluxmuş ərazidə insanların, heyvanların
və bitkilərin mühafizəsi üzrə tədbirlər müvafiq orqanlar tərəfindən, o cümlədən də
dövlət sərhədlərində gömrükxanalar tərəfindən yerinə yetirilir.
Texnogen xarakterli fövqəladə hallar
Bu halların əsas səbəbkarı insandır (90% qəzalar məsuliyyətsizliyin,
səhlənkarlığın, həddən ziyadə istismarın nəticəsidə baş verir yaxud qəsdən
törədilir).
Texnogen xarakterli fövqəladə hallar aşağıdakılar nəticəsində əmələ gəlir:
1)qəzalar; 2) yanğınlar; 3)partlayışlar
Qəzalar – qurğuların, cihazların, binaların və tikililərin zədələnməsi olub, insan
həyatı üçün təhlükə yarada bilən istehsalat proseslərindəki pozulmalarla müşayiət
olunur. Qəzalar kommunal-enerji şəbəkəsində, nəqliyyatda və istehsalat
müəssisələrində baş verə bilər.
İstehsalatda baş verən qəzalar nəticəsində yanğınlar və partlayışlar baş verə
bilər. Bunun nəticəsındə isə bina və tikililərin, qurğu, texnikaların dağılması,
zədələnməsi, ərazinin suyun altında qalması, rabitə, elektrik və kommunal
şə
bəkədə zədələnmələr baş verə bilər. Partlayışlar zamanı zərbə dalğasının təsiri
yalnız dağıntılara deyil, insan tələfatına da gətirib çıxarır.
Partlayışlar çox zaman böyük həcmdə karbohidratların (metan, etan, propan)
istifadə edildiyi sahələrdə baş verir. Bəzi kimyəvi maddələrin yanma prosesində
zəhərli tüstü yaranır ki, bu da zəhərlənmələrə gətirib çıxarır.
Məsələn 1974-cu ildə İranda qarın yağması nəticəsində Tehran aeroportunun damı
uçulmuşdur. Bundan başqa mühəndis hesablama və istismar yüklənməsi
qaydalarının pozulması ucbatından da qəzalar baş verir.
Fövqəladə halların sayının artmasına səbəb olan texnogen amillər
Bu amillər sırasına aşağıdakılar aiddir:
– iqtisadiyyat sahələrində ən yeni təhlükəsiz texnologiyala ristifadə edilməməsi;
– israfçıl texnologiyalardan istifadə olunması davam edir ki, bu zaman işlədilən
təbii ehtiyatların 90%-dən çoxu zərərli istehsalat və məişət tullantıları kimi ətraf
mühitə atılır. Eyni zamanda günəş enerjisi, geoterminal və külək enerjisi kimi ən
ucuz və təhlükəsiz
enerji növlərindən əməli olaraq, istifadə edilmir.
Comments are closed, but trackbacks and pingbacks are open.