Press "Enter" to skip to content

Təbiətdən istifadənin və ətraf mühiti mühafizəsinin iqtisadiyyatı dərsliyi qiyməti

Vergi orqanları qeyri-rəsmi məşğulluğun və qanunsuz sahibkarlığın qarşısının alınması istiqamətində digər tədbirlərlə yanaşı, qanunvericilik və inzibatçılıq rıçaqlarını da işə salıb. Nağdsız ödəmələrin genişləndirilməsi, vətəndaşların və biznesin nağdsız hesablaşmalar aparması istiqamətində marağı stimullaşdırılır. Əsas məqsəd budur ki, vergi ödəyicisi yalnız şəffaf fəaliyyətin ona sabit gəlir və inkişaf vəd etdiyinə əmin olsun.

VERGİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev vergi orqanları qarşısında “kölgə iqtisadiyyatı”nın səviyyəsinin azaldılması, şəffaflığın və bərabərliyin təmin edilməsi, vergidən yayınmanın qarşısının alınması, uçotsuz fəaliyyət göstərənlərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və dövlətə çatası vergilərin tam həcmdə büdcəyə səfərbər olunması kimi mühüm tapşırıqlar qoyub.

Dövlət büdcəsinin formalaşmasında mühüm rol oynayan Vergilər Nazirliyi stimullaşdırıcı vergi siyasətinə keçidi təmin etməklə iqtisadi artımın sürətləndirilməsinə öz töhfəsini verməyə başlayıb. Həyata keçirilməsinə başlanmış islahatlar şəffaf vergi sisteminin qurulmasına, cəlbedici vergi mühitinin formalaşdırılmasına, inzibatçılığın keyfiyyətcə yüksək səviyyəyə qaldırılmasına xidmət edir.

Hər bir ölkənin, o cümlədən Azərbaycanın büdcəsi birbaşa vergilərin ödənilməsindən asılıdır. Ən yüksək neft gəlirləri şəraitində belə, Azərbaycan sahibkarı öz sosial məsuliyyətini anlamalı və bilməlidir ki, ölkəmizin inkişafı, onun iqtisadi qüdrəti, ordu, təhsil, səhiyyə, mədəniyyət və bir çox başqa sahələrin dayanıqlı olması sahibkarın ödədiyi vergilərdən asılıdır. Yayındırılan hər manat iqtisadiyyatımıza, ölkəmizin iqtisadi təməlinə vurulan ağır zərbədir. Lakin təəssüf ki, bu gün vergi ödəyicilərinin fəaliyyətinin və dövriyyələrinin təhlili ortaya tamamilə başqa mənzərə çıxarır. Hansı sahəyə baxsan ikili mühasibat, dövriyyələrin gizlədilməsi, gəlirlərin uçotdan yayındırılması halları baş alıb gedir. Bu gün leqal fəaliyyətlə yanaşı, həcmi kifayət qədər böyük olan uçotdan yayındırılan, paralel iqtisadi dövriyyə vardır. Bunun adı “kölgə iqtisadiyyatı”, yaxud “gizli iqtisadiyyat”dır.

Əsas məqsəd budur ki, vergi ödəyicisi yalnız şəffaf fəaliyyətin
ona sabit gəlir və inkişaf vəd etdiyinə əmin olsun

“Kölgə iqtisadiyyatı” cəmiyyətin inkişafının bütün mərhələlərində mövcud olub. Bu, bütün dünyada müşahidə olunan problemdir və hər bir dövlət bununla bağlı öz siyasətini yeritməyə çalışır. Söhbət qeyri-rəsmi məşğulluqdan, “kassanın yanından” keçməklə aparılan ticarətdən və dövlət tənzimlənməsi olmadan xidmətlərin göstərilməsindən gedir. Sahibkarın öz gəlirlərini leqallaşdırmasına, şəffaf işləməsinə bir çox amillər təsir edir. Bir qayda olaraq, gizli sektor vergi yükünün yüksək, dövlətin biznesə təzyiqinin böyük olduğu, işgüzar sövdələşmələr və əməliyyatların rəsmi qeydiyyatsız və büdcəyə vergi ödənilmədən həyata keçirildiyi sferalarda artır.

Cəmiyyət inkişaf etdikcə, elektron idarəetmənin iqtisadiyyatın bütün sahələrinə nüfuzu artdıqca, insan amili ortadan qalxdıqca ayrı-ayrı fərdlərin, biznes subyektlərinin davranış və təfəkkür tərzindən asılı olaraq bu və ya digər ölkələrdə (bunlar, bir qayda olaraq, inkişaf etmiş ölkələrdir) “kölgə iqtisadiyyatı”nın həcmi müxtəlif dövrlərdə dəyişir. Azərbaycanda xüsusilə qeyri-rəsmi məşğulluq, zərflərdə verilən əməkhaqqı, ikili mühasibatın aparılması kimi xarakterik yayınmalar geniş yayılıb. Bir çox hallarda onun həcmi barədə müxtəlif rəqəmlər səsləndirilir. Bu, böyük potensialdır və dövlət büdcəsinin gəlirlərinin artırılması üçün olduqca əhəmiyyətli mənbələr mövcuddur. Dövriyyələrin gizlədilməsi və ya xeyli şəkildə aşağı salınması, müəssisələrin vergi öhdəliklərini minimallaşdırmaq üçün onların bölünməsi, işçilərlə əmək müqavilələrinin bağlanmaması, qeyri-rəsmi ödəmələrə üstünlük verilməsi sadəcə adi bir “biznes təcrübəsinə” çevrilib. Bu hallara təkcə xidmət və ticarət sektoru kimi ənənəvi sahələrdə deyil, istehsal və ixrac yönümlü müəssisələrdə də rast gəlinir. Bu, iqtisadi cinayətdir və qətiyyən yolveriməzdir.

Araşdırmalar göstərir ki, sahibkarların qeydiyyatdan keçmədən qeyri-leqal fəaliyyəti daha çox kiçik istehsal və xidmət sektorundadır. Adətən, böyük istehsalat və xidmət sektorunda daha çox ikili mühasibat problemi olur. Ona görə də “kölgə iqtisadiyyatı” ilə bağlı problemləri qruplaşdırsaq, bunların kiçik və böyük iqtisadiyyat üzrə ayrılmasına ehtiyac var. Kiçik iqtisadiyyatda daha çox qeydiyyatdan keçmədən fəaliyyət göstərilirsə, böyük iqtisadiyyatda ən böyük problem ikili mühasibatın apaılmasıdır. Bu problemlər nəticə etibarilə “kölgə iqtisadiyyatı”nın həcminə təsir göstərir.

Vergilər Nazirliyi “kölgə iqtisadiyyatı”nın və vergidən yayınmanın
miqyasının azaldılması, gəlirlərin leqallaşdırılması istiqamətində
mühüm tədbirlər həyata keçirməkdədir

Vergilər Nazirliyi 2018-ci ildən başlayaraq qeyri-leqal fəaliyyətdən leqal fəaliyyətə tədricən keçidi təmin etmək üçün vergi ödəyicilərinə yol göstərməyə, dəstək olmağa hazır olduğunu elan edib. Qarşıda duran prioritet vəzifə “kölgə iqtisadiyyatı”nın və ikili mühasibatın qarşısını almaqdır. Burada söhbət vergi orqanı tərəfindən hər hansı repressiv xarakterli tədbirlərin görülməsindən getmir – məqsəd bu keçidin mexanizmlərini sahibkarlarla birlikdə müzakirə edib qanunvericiliyin tələbləri əsasında onun “dinc yolla” həyata keçirilməsinə nail olmaqdır.

Bəzən vergilərin qanuni yolla minimallaşdırılması praktikası vergidən yayınma ilə qarışıq salınır. Vergilər Nazirliyi bu yanaşmaları bir-birindən fərqləndirir: vergidən yayınmanı qanun pozuntusu sayır, nazirliyin ona qarşı münasibəti sərt və birmənalıdır və belə hallarla sistemli mübarizə aparacağını bəyan edir.

Vergi orqanları qeyri-rəsmi məşğulluğun və qanunsuz sahibkarlığın qarşısının alınması istiqamətində digər tədbirlərlə yanaşı, qanunvericilik və inzibatçılıq rıçaqlarını da işə salıb. Nağdsız ödəmələrin genişləndirilməsi, vətəndaşların və biznesin nağdsız hesablaşmalar aparması istiqamətində marağı stimullaşdırılır. Əsas məqsəd budur ki, vergi ödəyicisi yalnız şəffaf fəaliyyətin ona sabit gəlir və inkişaf vəd etdiyinə əmin olsun.

Əsas yanaşma bundan ibarətdir ki, vergi orqanları sahibkarlarla
münasibətlərini yeni, təmiz səhifədən başlamalıdırlar

Şəffaflığın inkişafının təmin edilməsi istiqamətində 2018-ci il “keçid ili” elan olunub və bununla bağlı bir sıra addımlar atılıb. Bu ilin əvvəlində Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısının da bəyan etdiyi kimi: “kölgə iqtisadiyyatı” böyük bəladır və ölkəmiz bu bəla ilə çox ciddi mübarizə aparır. Biz “kölgə iqtisadiyyatı”na qarşı həm inzibati, həm də institusional yollarla, o cümlədən islahat yolu ilə mübarizə aparırıq və aparacağıq. Vergi sahəsində aparılan islahatlar qanunsuz məşğulluğa son qoymalıdır”.

Vergilər naziri Mikayıl Cabbarov “Vergilər. Şəffaflıq. İnkişaf” forumunda çıxışı zamanı bildirib ki, 2019-cu il üzrə vergi xidmətinin əsas prioritetləri dəyişməz qalır. Bu, ilk növbədə, “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması istiqamətində görüləcək işlərdir. Vergilər Nazirliyi “kölgə iqtisadiyyatı”nın və vergidən yayınmanın miqyasının azaldılması, gəlirlərin leqallaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirməkdədir. Bura ilk növbədə vergi qanunvericiliyinə edilmiş dəyişikliklər və vergi-gömrük əlaqələndirilməsi yolu ilə uçotun izlənilməsi imkanlarının bərqərar olması – vahid risk platformasının yaradılması daxildir. Vergi Məcəlləsinin 300-dən çox maddəsinə dəyişiklik edilib ki, bunların böyük əksəriyyəti “kölgə iqtisadiyyatı”nın aradan qaldırılmasına yönəldilib. Bura, ilk növbədə, özəl sektorda çalışan işçilərin əməkhaqqından tutulan gəlir vergisi üzrə vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması, əmək müqaviləsi bağlamadan işçilərin işə cəlb olunmasına görə işəgötürənə tətbiq edilən maliyyə sanksiyalarının artırılması, malların sənədsiz dövriyyəsinə, o cümlədən malların sənəd təqdim edilmədən satılmasına və alınmasına, habelə xərclərin sənədlərlə rəsmiləşdirilməməsinə və vergidən azad olunan gəlirlərin sənədləşdirilməməsinə və bəyan edilməməsinə görə maliyyə sanksiyalarının tətbiqi, dövlət orqanları ilə aparılan elektron məlumat mübadiləsinin genişləndirilməsi daxildir.

“Kölgə iqtisadiyyatı”nın vergi gəlirlərini azaltması və sosial müdafiə
sisteminin maliyyələşməsini zəiflətməsi kimi mənfi makroiqtisadi
təsirlərlə yanaşı, şirkətlər arasında ədalətli rəqabəti aradan
qaldıran mikroiqtisadi təsirlər də mövcuddur

Bundan başqa, səyyar vergi yoxlamalarının sayının kəskin azaldılması, biznes əməliyyatlarının elektron qaimə-faktura ilə rəsmiləşdirilməsi, aksizli məhsullar üzərində nəzarət tədbirlərinin gücləndirilməsi, iri biznes subyektləri ilə müntəzəm görüşlərin keçirilməsi mühüm addımlar hesab edilə bilər. Ötən il ərzində sahibkarlarla, onların ictimai birlikləri, assosiasiyalar və ekspert cəmiyyəti ilə keçirilən çoxsaylı görüşlər vergi siyasətinin və vergi inzibatçılığının tətbiqi zamanı vergi ödəyiciləri ilə dövlət arasında yeni mədəniyyətin sürətlə formalaşdırılmasına zəmin yaradıb. Əsas yanaşma bundan ibarətdir ki, vergi orqanları sahibkarlarla münasibətlərini yeni, təmiz səhifədən başlamalıdırlar. Bu səbəbdən, 2018-ci ildə “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması vergi xidmətinin başlıca istiqaməti olub. Bəzi sektorlarda, xüsusilə aksizli malların istehsalı və satışı, tibbi xidmətlər sektoru, şəbəkə ticarəti kimi sahələrdə nəzarət tədbirləri gücləndirilib. Vergi orqanlarının keçən il iri topdansatış müəssisələrində apardığı vergi nəzarəti tədbirləri zamanı 930 milyon manat, şəbəkə marketləri üzrə 122 milyon manat, özəl tibb xidmətləri sahəsində 230 milyon manatdan çox dövriyyənin gizlədildiyi aşkar olunub. Bu rəqəmlər yalnız vergi orqanlarının nəzarət tədbirlərinə cəlb olunmuş bəzi sektorlardakı vergi ödəyicilərini əhatə edir. Bu, milyonlarla manat verginin və sosial ödəmələrin büdcədən yayındırılması deməkdir.

“Kölgə iqtisadiyyatı”nın vergi gəlirlərini azaltması və sosial müdafiə sisteminin maliyyələşməsini zəiflətməsi kimi mənfi makroiqtisadi təsirlərlə yanaşı, şirkətlər arasında ədalətli rəqabəti aradan qaldıran mikroiqtisadi təsirlər də mövcuddur. Sahibkarların böyük əksəriyyəti ədalətli, rəqabətli bir mühitdə çalışmaq niyyətindədir. Məhz bu səbəbdən, vergi qanunvericiliyinə edilmiş son dəyişikliklərdə aparılan islahatlara etimadı artırmaq üçün bu dəyişikliklər uzunmüddətli güzəştlər sistemi ilə möhkəmləndirilib.

Vergilər Nazirliyi biznes münasibətlərinin digər tərəfi olan vətəndaşları da bu prosesə cəlb etmək niyyətindədir. Dünya təcrübəsi göstərir ki, yalnız inzibati mexanizmlə yüksək nəticəyə nail olmaq mümkün deyil, mütləq təşviq mexanizmi də formalaşdırılmalıdır. Başqa sözlə desək, nağdsız və nağd alış-verişdə ƏDV-nin geri qaytarılması yolu ilə vətəndaşı bu prosesə qoşaraq ümumi biznesin leqallaşdırılmasına nail olmaq mümkündür. Elektron ödəmələrin geniş tətbiqi “kölgə iqtisadiyyatı”nın miqyasını azaltmağa kömək edir. Elektron ödəmələr sisteminin geniş tətbiqi əməliyyatlara şəffaflıq gətirən və “kölgə iqtisadiyyatı”nın qarşısını alan ən mühüm amildir. Elektron ödəmələrin çoxluğu ilə “kölgə iqtisadiyyatı” arasında hər zaman mənfi korrelyasiya mövcuddur. Elektron ödəmələrin çoxluq təşkil etdiyi Böyük Britaniya və Qərbi Avropa ölkələrində “kölgə iqtisadiyyatı” çox cüzidir. Məsələn, araşdırmalara görə, ardıcıl 4 il müddətində elektron ödəmələrin həcminin illik 10 faiz artırılması “kölgə iqtisadiyyatı”nın həcmini 5 faiz aşağı salır. İşveç kimi bir ölkədə restoranlar artıq nağd ödəniş qəbul etmir.

Azərbaycanda “kölgə iqtisadiyyatı”nın səviyyəsi haqqında beynəlxalq təşkilatlar və yerli müstəqil ekspertlər tərəfindən müxtəlif fikirlər səsləndirilir və onun həcminin azaldılması tövsiyə olunur. Ölkəmizdə son illərdə aparılan köklü islahatlar nəticəsində “gizli iqtisadiyyat”ın həcmi getdikcə azalsa da, onun mövcud miqyası hələ də arzuolunan səviyyədə deyil. Vergilər Nazirliyi iqtisadiyyatın “kölgədən” çıxarılması istiqamətində tədbirləri bundan sonra daha da əzmlə davam etdirəcəyini bəyan edir, bu yolda cəmiyyətin hər bir üzvünün və sahibkarlar ordusunun ona yardımçı olacağına inanır.

təbiətdən istifadənin və ətraf mühiti mühafizəsinin iqtisadiyyatı dərsliyi qiyməti

Təbiətdən Istifadənin Və Ətraf Mühiti Mühafizəsinin Iqtisadiyyatı Dərsliyi elanları

Bakıda ucuz Təbiətdən Istifadənin Və Ətraf Mühiti Mühafizəsinin Iqtisadiyyatı Dərsliyi alış satışı alıram yeni Скачать Музыку 2022 elanları Təbiətdən Istifadənin Və Ətraf Mühiti Mühafizəsinin Iqtisadiyyatı Dərsliyi qiyməti satıram kreditlə satılan Təbiətdən Istifadənin Və Ətraf Mühiti Mühafizəsinin Iqtisadiyyatı Dərsliyi ucuz tap az pulsuz elanlar saytında. Siz saytda pulsuz yerləşdirilmiş Təbiətdən Istifadənin Və Ətraf Mühiti Mühafizəsinin Iqtisadiyyatı Dərsliyi elanları arasında yeni yaxud işlənmiş Təbiətdən Istifadənin Və Ətraf Mühiti Mühafizəsinin Iqtisadiyyatı Dərsliyi məhsulunu ucuz tap sonra qiyməti sərfəli və uyğun olan Təbiətdən Istifadənin Və Ətraf Mühiti Mühafizəsinin Iqtisadiyyatı Dərsliyi elanın sahibinə zəng edərək onlayn alış veriş edin.Музыка из ВК Əgər sizdə işlənmiş Təbiətdən Istifadənin Və Ətraf Mühiti Mühafizəsinin Iqtisadiyyatı Dərsliyi varsa onu ucuztap.az elanlar saytında uyğun Təbiətdən Istifadənin Və Ətraf Mühiti Mühafizəsinin Iqtisadiyyatı Dərsliyi kateqoriyasına qoyub tez zamanda alqı satqı yaxud kirayə icarə verə bilərsiniz.

Azərbaycanda yeni və işlənmiş məhsul elanları, onlayn alış veriş. Əmlak Telefon Aksesuar Maşın Mebel Geyim

Telefon: (012) 566-74-58

Ekoloji tənzimləmə

Hazırki dövrdə ekoloji vəziyyətin gərginlaşməsi ilə əlaqədar və ekologiya – iqtisadiyyat münasibətlərinin dərinləşməsinə uyğun olaraq təbiətin və cəmiyyətin harmonik qarşılıqlı əlaqə və təsir istiqamətində əməli işlər görülməlidir. Bunun üçün xüsusi ekoloji tənzimləmə sistemi yaradılmalıdır. Bu baxımdan iqtisadiyyatda ekoloji tənzimləmə xüsusi yer tutur. O, dövlətin təbiətin mühafizəsi sahəsindəki siyasətinə iqtisadi təsir göstərir. Ekoloji tənzimləmə təsir obyekti kimi istehsal və təbiətin istehsalla bağlı ünsürlərinə təsir göstərə bilər. Digər elementlər iqtisadiyyat üçün kənar amillər sayılır, ancaq bunlar da öz növbəsində bazar iqtisadiyyatı şəraitində qarşılıqlı tarazlığa gətirib çıxara bilərlər.

Belə çətinliklərin aradan qaldırılması üçün iqtisadiyyatda bir sıra yanaşmalar tətbiq olunur. Söhbət əsasən vergi və maliyyə yardımlarından gedir. Əgər kənar amil iqtisadiyyata mənfi təsir göstərirsə vergi, əgər müsbət təsir göstərirsə subsidiyalar tətbiq edilir. Sonralar oqtosadoyyatda kənar amillər üçün süni bazar yaradılması təklif olunmuşdur. Bu konsepsiyanın köməyi ilə kənar amillərin göstəricisi kimi ətraf mühitə atılan qaz və bərk formalı tullantılar cə çirkab suları qəbul olunmuşdur. Beləliklə, iqtisadiyyatda ekoloji tənzimləmənin iqtisadi üsullara keçirilməsi baş verir. Ətraf mühitin keyfiyyətini qoruyub saxlamaq və ekoloji təhlükəszliyi təmin etmək üçün dünya ölkələrinin çoxunda xüsusi dövlət orqanları yaradılmışdır. Bu orqanlar həm ətraf mühitin keyfiyyətinə cavabdehdirlər, həm də ətraf mühitin çirklənməsi ilə əlaqədar proqram və tədbirlər hazırlayıb həyata keçirirlər. Maraqlıdır ki, ilk dövrlər təbiəti mühafizə tədbirlərinin iqtisadi müxanizmləri bu oorqanlar tərəfindən çox az tətbiq olunmuşdu. Daha çox inzibati – amirlik mexanizmləri tətbiq olunurdu. Birbaşa ekoloji tənzimləmə ilə onun son nəticəsi arasında əlaqə çox aydın görünür. Ancaq iqtisadi mexanizm yolu ilə tənzimləmə daha uzun müddətdə nəzərdə tutulur. Ancaq ekoloji tənzimləmənin iqtisadi üsulları, çirklənmə mənbələrini yardan müəssisələrə qərar qəbul etməkdə daha çox azadlıq verir. İqtisadi üsullar dövlət ətbiəti mühafizə orqanları ilə ətraf mühiti çirklədirən müəssisələr arasında normal iqtisadi əməkdaşlığın yaradılmasına kömək edir. Birbaşa ekoloji tənzimləmədə isə onlar arasında daim qarşılıqlı etibarsızlıq və ziddiyət hökm sürür. Iqtisadi üsullar təbiəti mühafizə işidə özünü həmişə doğrultmur və əsasən inzibati tənzimləməni iqtisadi məcraya yönəltmək üçün, ya da birbaşa tənzimləmə özünü doğrultmadıqda tətbiq olunur. Təxminən 70 – ci illərin ortalarından başlayaraq hiss olundu ki, inzibati – amirlik nəzarət üsulları özünü doğrultmur və iqtisadi mexanizmlər daha çox tətbiq olunmağa başladı.

Ekoloji tənzimləmənin çoxillik təcrübəsiin öyrənilməsi Azərbaycan iqtisadiyyatında da təbiətdən səmərəli istifadənin təsərrüfat mexanizmlərinin yaradılması üçün əhəmiyyət kəsb edir. Hazırki dövrdə ekoloji tənzimləmə qarşılıqlı əlaqədə olan hər iki üsulla aparılmalıdır və buların hansının harada tətbiq edilməsi konkret region və yaxud müəssisədən aslıdır.

Əgər tətbiq olunan mexanizmlər və tədbirlər müəssisənin təsərrüfat fəaliyyətinə yaxşı təsir edirsə bu müsbət styimul, pisa təsir göstərirsə, bu mənfi stimul adlanır.

Ekoloji tənzimləmə və onun iqtisadi mexanizmləri ilk növbədə təbii ehtiyyatlara qiymət qoyulması ilə bağlıdır. Makroiqtisadi səviyyədə dövlətin lazımi iqtisadi siyasəti də mühüm rol oynayır. Güzəştli kreditlər və güzəştli vergi sisteminin, çirklənməyə görə cərimələrin hazırlanıb sistem halına salıması sözsüz ki, ilk növbədə dövlət təbiəti mühafizə orqanlarının borcudur. Müasir iqtisadi şərait təbiətdən istifadənin səmərəliliyi üçün çox mürəkkəb vəziyyət yaratmışdır. Bunlara baxmayaraq bir sıra strateji məsələlər var ki, onlar yaxın dövdə öz həllini tapmalıdır. Bunlara aşağıdakılar daxildir:

1. Bazar iqtisadiyyatına uyğun rəqabətli əsaslarla təbii ehtiyatların və ətraf mühiti çirkləndirmənin qiymətlər sisteminin yaradılması. Çüki bazar iqtisadiyyatı şəraitinə uyğun olaraq təbii ehtiyatların bazar qiymətinin müəyyənləşdirilməsi və eyni zamanda ətraf mühiti çirkləndirərkən dəyən zərərin ödənilməsi mühüm əhəmiyyət kəsb edir.

2. Məhsulların və ətraf mühitin keyfiyyətinin yoxlanılmasının texniki, sanitar və inzibati mexanizmlərinin yaradılması.

3. Ekoloji cəhətdən təmiz texnologiya tətbiq etməklə məhsul istehsal edən və ətraf mühiti çirkləndirməyən, müəssisələrə güzəştli vergi və kredit şəraitinin yaradılması.

İstənilən bazar iqtisadiyyatı bərqərar olan ölkədə təbitəi mühafizə sistemi lazım olan səmərəni o vaxt verir ki, bu sistemə iqtsadi mexanizmlər daxil olsun. İqtisadi marağın tətbiq olunması aşağıdakı əsas göstəricilərdən meydana gəlir:

1. Təbiəti mühafizə məqsədinə nail olmağın əhəmiyyəti.

2. Buna sərf olunan maddi resursların əhəmiyyəti.

3. Müvafiq dövlət orqanının lazımi məlumatlarla təmin edilməsi qabiliyyəti.

4. Təbii ehtiyyatların və çirklənmənin qiymətləndirilməsi.

5. Texnologiya və təbii ehtiyatların istifadəsi sahəsində olan mümkün dəyişikliklər müqabilində çeviklik.

6. Yeni, az tullantılı və ya tullantısız texnologiyanın hazırlanmasının maddi maraqlandırmaq qabiliyyəti.

7. Münasib iqtisadi nəticələrin ədalətli bölüşdürülməsi.

8. Geniş əhali kütləsinin bu işlərə cəlb olunması.

9. Dövlət üçün bu işlərin yerinə yetirilməsi mümkünlüyü.

Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə məqsədilə təbii ehtiyatlardan istifadə edənlər və məhsul istehsal edən istehsalçılar ətraf mühiti çirkləndirdiklərinə görə onun çirklənmə miqyasını bilməlidirlər. Bu məqsədlə aşağıdakı bazar mexanizmlərinin adlarını çəkmək olar:

– havaya və suya atılan zərərli maddələr üçün lisenziyanın alınıb satılması;

– çirklənməyə görə ödənişlər;

– ekoloji cəhətdən təhlükəli məhsulların anbarda toplanmasına və saxlanmasına görə girov qoyulması;

– enerji daşıyıclarına qənaət məqsədilə enerji istehsalına dövlət məsrəflərinin azaldılması;

– ekoloji cəhətdən təhlükəli layihə və tədbirlərə maliyə yardımının ayrılmaması.

Ölkədə yaradılan bazar iqtisadiyyatı təbiəti mühafizə sahəsində də bu münasibətlərin tətbiqinə yol açır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, iqtisadi maraqlandırma tətdbirləri istifadəsi müsbət nəticələrə gətirir. Bir çox ölkələrdə bu sahəyə xüsusi fikir verilir. Bunlara ilk növbədə çirklənmədən dəyən sosial iqtisadi zərərin qiymətləndirilməsi və istehsalın təşkilində ekoloji məsələlərə fikir verilməsi aiddir. İqtisadi tənzimləmə tədbirləri inzibati və birbaşa təsir üsullarından qat – qat üstündür. Təbiətin mühafizə sahəsində yaradılmış bazar öz mahiyyətinə görə ümumi bazardan fərqlənmir və buradakı əsas münasibətlər əmtəə – pul münasibətləridir. Bazaq münasibətləri hüquqların paylanmasından sonra başlanır. Ekoloji bazarda aşağıdakı hüquq və səlahiyyətləri ayırmaq olar:

1. Atmosferə olan tullantılara olan hüquq. Bu səlahiyyət mənbəyə tullantılarının tərkibi və kəmiyyəti icazəsinin verir;

2. Çirkab sularının axıdılması hüququ;

3. Ümumiyyətlə, ətraf mühitin çirkləndirilməsi hüququ.

Bu səlahiyyət həm mənbələr arasında, həm də dövlət təbiəti mühafizə orqanları ilə mənbələr arasında alınıb – satıla bilər. Mənfəəti maksimumlaşdıran firmaların, yaxud müəssisələrin gəlir formasının tullantıların məhdudlaşdırılmış, yaxud da məhdudlaşdırılmamış gəlirlərinin fərqi kimi müəyyən edirlər. Müəssisələrin gəlirlərinin maksimumlaşması əvəzinə model qabarıq olduğu şəkildə çirklənmənin idarə olunmasına məsrəflərin formasının minimumlaşması optimal çirklənməyə yaxınlaşır. Əgər firmanın çəəsrəflərinin cəm formasının minimumlaşdırılmasını tədqiq etmək, onlar üçün mühitin keyfiyyətinin aşağı düşməsi məhdudlaşdırıcı rol oynayır.

2. Ekoloji tənzimləmədə iqtisadi mexanizmlər.

İqtisadi mexanizmləri 2 qrupa bölmək olar:

– bütün təsərrüfat sahələrini əhatə edən mexanizmlər – makro səviyyə;

– xüsusi mexanizmlər – bilavasitə ətraf mühitin mühafizəsi ilə bağlı olan iqtisadi mexanizmlər.

Bəzən təbiətdən istifadənin iqtisadi mexanizmlərini 3 qrupa ayırırlar:

1. Kompensasiya mexanizmləri – bu mexanizmlər iqtisadi inkişaf üçün ən ümumi məhdudiyyət həddi qoyur. Bu üsullar demək olar ki, iqtisadi inkişafa mane olmur. İqtisadi mexanizmlərin bu qrupu əsasən meqativ ekoloji nəticələrin aradan qaldırılmasına yönəlir və onu yaradan səbəblər isə heç araşdırılmır da. Təbiətdən istifadənin bu qrupu iqtisadiyyatın inkişafının texnogen tipinə aiddir.

2. Ekoloji balanslaşdırılmış və təbiəti mühafizə istehsal və fəaliyyətinin inkişafını stimullaşdıran mexanizmlər. Bu mexanizmlərin əsasını bazar münasibətləri təşkil edir. Onlar təbii ehtiyatların mühafizəsinə yeni texnologiyanın tətbiqi vasitəsilə şərait yaradır. Nəzəri cəhətdən bu qrup zəif davamlı inkişaf üçün səciyyəvidir.

3. Sərt mexanizmlər. Bu mexanizmlər həm inzibati, həm də bazar mexanizmlərini əhatə edir. Bunlara aiddir: sərt vergi – kredit mexanizmləri, təbii ehtiyatların istifadəsini genişləndirən üsullar daraldan cərimə siyasəti. Reallıqda bu cür mexanizmlər ayrıca demək olar ki, olmur. Çox vaxt bunları birləşdirmək lazımdır. Bu isə konkret ərazi və texnologiyadan aslıdır.

Gələcəkdə iqtisadi inkişafın ekolojiləşdirilməsi möqteyi – nəzərindən stimullaşdırılması və sərt mexanizmlərin sintezi məqsədə uyğundur. Kənd təsərrüfatı üçün kənd təsərrüfatının bioloji inkişafını stimullaşdıran üsullar iqtisadi sərt mexanizmlərlə birləşdirilməlidir. Bu üsulların birliyi texnogen kənd təsərrüfatı tipini təsərrüfatdan çıxarmalıdır.

ASK – nın inkişaf konsepsiyası, kənd təsərrüfatı məhsullarının qıtlığı ilə bağlıdırsa, Tİİ mexanizmləri kifayət qədər yumşaq olmalıdır ki, yeni torpaq və su ehtiyyatlarının dövriyyəyə qatılmasına mane olmasın, kimyəvi vasitələrin kənd təsərrüfatında istifadəsinə yardımçı olsun. Tİİ mexanizmlərinə aşağıdakı elementlər daxildir:

– təbiətdən istifadənin ödənişliyi;

– təbiəti mühafizə fəaliyyətinin iqtisadi maraqlandırma sistemi;

– ətraf mühitin çirklənməsinə görə ödəniş;

– təbii ehtiyatlar bazarının yaradılması;

– ekoloji amil nəzərə alınmaqla qiymətin əmələ gəlməsinin mükəmməlliyi;

– çirklənmə hüquqlarının satılması;

– girov – pul sistemi;

Təbii ehiyatların iqtisadi qiymətləndirilməsi və qiymət əsasında təbiətdən istifadənin ödənişliyi tətbiq olunmalıdır. Təbitədən istifadənin ödənişliyinin tətbiqi ekoloji amillərin iqtisadiyyatda daha çox nəzərə alınmasına gətirib çıxarmalıdır. Müəyyən mənada təbii ehtiyatlardan istyifadəyə görə ödənişlərin içərisində aşağıdakı ödənişlər var:

– təbii ehtiyatlardan istifadə hüququna görə;

– təbii ehtiyatların mühafizəsi və təkrar istehsalına görə.

Təbii ehtiyatlardan istifadə hüququna görə ödəniş əsasən təbii ehtiyatların sahibi üçün nəzərdə tutulur. Bu dövlət də ola bilər, şəxsi mülkiyyətçi də.

Ən geniş istifadə olunan və səmərə verən üsullardan biri də vergilərdir. Ekoloji vergilər ən azı 2 məsələni yerinə yetirir: 1) məhsulun qiymətinin ona sərf olunan məsrəflərə, o cümlədən də təbii ehtiyatlara, təbiətə dəyən zərərə adekvat olması; 2) ekoloji zərərin çirkləndirənlər tərəfindən kompensasiyana şərait yaratmaq. Ekoloji vergilər ekoloji balansladşırılmış siyasəti stimullaşdıra da bilər, resusrstutumlu istehsalı isə sıxışdıra bilər.

Ekoloji istiqamətli vergilər sistemində dörd aspekt ayırmaq olar: sahəvi, texnoloji, regional və məhsula aid olan.

Təbiətdən səmərəli istifadənin və mühafizənin iqtisadi mexanizmləri sistemində təbii mühitin çirklənməsıinə görə ödənişlər mühüm yer tutur. Onlar müəssisə və firmalar tərəfindən ətraf mühitə dəyən ekoloji – iqtisadi zərəri, eksternaliyaları kompensasiya etmək üçündür.

Təbiəti mühafizə sahəsində ən qədim və yoxlanılmış iqtisadi alət – girov sistemi və ya girov saxlama – qaytarma sistemidir. Hansısa məhsulu alarkən biz xüsusi məbləğ ödəyirik ki, sonra da bu məbləğ bizim özümüzə qaytarılır. Bu mexanizmin sadəliyinə baxmayaraq, ətraf mühitə atılan tullantıların həcmini azaldır.

3. Ekoloji tənzimləmədə inzibati – iqtisadi üsullar.

İnzibati və ya birbaşa üsullar ətraf mühitin mühafizəsinin ənənəvi və geniş yayılmış yoludur. Bu, iqtisadiyyatda texnogen inkişaf nəticəsində təbii mühitin deqredasiyasına insanların ilk cavabı idi. Sənaye və kənd təsərrüfatının təbiətə misilsiz təsiri təmizləyici filtrlərin və qurğuların, texnogenezdən xüsusi qorunan ərazilərin yaranmasına, tullantıların toplanıb saxlanması sisteminin təkimilləşməsinə, çirklənmiş torpaqların rekultivasiyasına gətirib çıxardı. Bu gün də bütün dünyada təbiəti mühafizə plan və proqramlarında bu tədbirlərə əsas diqqət yetirilir. Aydındır ki, bu üsullar texnogen inkişafın nəticələri ilə mübarizə aparmaqdır, əslində isə onu doğuran səbəblər məhdudlaşdırılmalıdır və ləğv olunmalıdır.

Buna baxmayaraq birbaşa tənzimləmə üsullarının rolu gələcəkdə çox böyük olacaqdır. Təəssüf ki, texnologiyanın müasir səviyyəsi, istehsalın inkişafının neqativ neqativ ekoloji nəticələrinin ancaq alternativ variantlar və aztullantılı texnologiyalar əsasında ləğv olunmasına imkan vermir. Ona görə də ətraf mühiti hələ uzunm müddət, ənənəvi mühafizə vasitələrinin köməyi ilə qorumalı olacağıq. Bu məsələdə zaman amili də vacibdir. Struktur dəyişikliyi, köhnə texnologiyanın əvəz olunması uzun vaxt və böyük investitsiyalar tələb edir. Kəskin keoloji böhran və təbii obyektlərin deqredasiyası şəraitində təcili tədbirlər görülməlidir ki, bunlara ad birbaşa təsir tədbirləri aiddir.

Birbaşa təbiəti mühafizə tədbirləri içərisində “daimi” olanlar da var. Məsələn, bioloji müxtəlifliyin saxlanması, endemik növlərin qorunması və s. problemlər xüsusi qorunan ərazilərin – qoruqların, milli parkların və s. yaradılmasını tələb edir. Ancaq bu yol ilə yox olan bitki və heyvan növlərini xilas etmək olar.

İqtsadiyyatda vəsaitlərin çatışmaması ekoloji – iqtisadi siyasətdə bu və ya digər prioritetlərin müəyyən olunmasına gətirib çıxarır. Son dövrlər təbiəti mühafizəyə xərclərin artırılması tələbləri geniş yayılmışdır. Bu, çox vaxt iqtisadiyyata qoyulan investitsiyaların və ya ümumi milli məhsulun həcmi ilə tutuşdurulur. Bu halda təbiəti mühafizə xərcləri ancaq birbaşa təbiəti mühafizə tədbirlərini əhatə edir. Əlbəttə, bu düzgün yanaşma deyil. Çünki iqtisadiyyatdakı struktur dəyişikliyinə, aztullantılı texnologiyanın inkişafına məsrəflər də dolayı yolla təbiəti mühafizə xərcləridir. Bu tədbirlərə daha çox yer verilməlidir.

Birbaşa və dolayı tənzimləmə üsulunun hər birinin həm üstünlükləri, həm də çatışmazlıqları var. Gələcəkdə bunların hər ikisinin sintezindən istifadə olunması daha məqsədəuyğum olar. Bu üsullara bəzən dövlət və bazar üsulları da deyirlər.

Ədəbiyyat

Comments are closed, but trackbacks and pingbacks are open.