Azərbaycanın rayonlarında eroziyaya uğramış torpaqların sahəsi
Təbiətdən istifadə və ətraf mühitin mühafizəsi sisteminin iqtisadi idarəolun-
ması mexanizminin tərkib hissəsi kimi birbaşa iqtisadi stimullaşdırma çıxış edir.
İqtisadi idarəçilik metodları – planlaşdırma, maliyyələşdirmə, ehtiyatlardan istifa-
dənin və ətraf mühitin çirkləndirilməsinin ödənişli əsaslarla həyata keçirilməsi,
təbii ehtiyatlardan istifadənin lisenziyalaşdırılması, kvota və limitlərin tətbiqi və s.
ətraf mühitin mühafizəsində əlaqəli tənzimləyici sistem təşkil edirlər. Həmin
File : Ramiz Tahirov — TƏBİƏTDƏN İSTİFADƏNİN EKOLOJİ VƏ SOSİAL-İQTİSADİ ASPEKTLƏRİ.pdf
Click on a date/time to view the file as it appeared at that time.
| Date/Time | Thumbnail | Dimensions | User | Comment |
|---|---|---|---|---|
| current | 08:36, 30 January 2022 | 1,239 × 1,752, 8 pages (959 KB) | Ələddin.Məlikov (talk | contribs) | Uploaded own work with UploadWizard |
You cannot overwrite this file.
File usage on Commons
There are no pages that use this file.
Metadata
This file contains additional information such as Exif metadata which may have been added by the digital camera, scanner, or software program used to create or digitize it. If the file has been modified from its original state, some details such as the timestamp may not fully reflect those of the original file. The timestamp is only as accurate as the clock in the camera, and it may be completely wrong.
| Author | Пользователь |
|---|---|
| File change date and time | 16:05, 30 January 2022 |
| Software used | Microsoft® Word 2013 |
| Conversion program | Microsoft® Word 2013 |
| Encrypted | no |
| Page size | 595.32 x 841.92 pts (A4) |
| Version of PDF format | 1.4 |
Azərbaycanın rayonlarında eroziyaya uğramış torpaqların sahəsi
Azərbaycanın rayonlarında eroziyaya uğramış torpaqların sahəsi
Cədvəl 6
Sıra
№ si
İqtisadi rayon
Ümumi ərazisi,
min ha
Eroziyaya uğramış
ərazi, min ha
%-lə
1 Abşeron 323.13 87 26.9
2 Quba-Xaçmaz
804.85
510.4
63.4
3
Şirvan 879.38 305 34.7
4
Şəki-Zaqatala 1041.4
497 47.7
5 Gəncə-Qazax 1246.8
788
63
6 Mil-Qarabağ 284.9
29.5 10.3
7 Muğan-Salyan 171.6
63.8
37
8 Lənkəran 636.3 204.2 32
9 Arazboyu
316.6
206.5
65
10 Yuxarı Qarabağ 497.9
279.8
56
11 Qubadlı-Kəlbəcər 370.5
312.2
84.2
12 Naxçıvan 536.3 401.6 75
Cəmi 8641.7 3685
42.5
Eroziya prosesi ölkəmizin iqtisadiyyatına böyük ziyan vurur. 1990-cu ilin
qiymətlərinə görə bu ziyanın həcmi 350 mlrd. manat təşkil etmişdir.
Son 30-40 ildə ölkə ərazisində sürüşmə və sellərin həcmi də xeyli artmışdır.
Son 15-20 ildə sürüşmə baş verən sahələrin həcmi 3.5-4.0 min m
2
, sellərin zəbt
etdiyi ərazi isə 1.5-1.6 min m
2
təşkil edir.
Bütün yuxarıda qeyd olunanlar belə bir nəticəyə gəlməyə əsas verir ki,
yaranmış vəziyyətdən çıxış yolu dövlətin bu məsələlərə ciddi münasibətindən
asılıdır. Baş verən neqativ proseslərin qarşısını almaq üçün ölkə miqyaslı Milli
53
Proqram işlənilməli və bu proqramda ölkədə səhralaşmanın və torpaq
deqradasiyasının dayandırılması üçün aşağıda qeyd olunan problemlərin həlli
üçün tədbirlər həyata keçirilməlidir. Bunlar Milli Proqramın əsas komponentləri
kimi qiymətləndirilməlidir:
1. Tərkibində 0.5-1.0% suda həll olan duzlar olan və 1 metr dərinliyə qədər
şorlaşmış torpaq sahələri (1190.7 min ha.)
2. Suvarma əkinçiliyi zonalarında şorlaşan torpaqlar (500 min ha.)
3. Takır və şorakətlər (355 min ha.)
4. Qumluqlar (145.6 min ha.)
5. Daşlı-çınqıllı çay vadiləri (59 min ha.)
6. Çılpaqlaşan qaya torpaqları (159 min ha.)
7. Yer səthinə çıxan gilli şorlaşan qrunt sahələri (47.7 min ha)
8. Texnogen pozulmuş ərazilər (25 min ha.)
9. Neftlə çirklənən torpaqlar (30 min ha.)
10. Eroziyaya məruz qalan ərazilər (3685.2 min ha.)
11. Zəhərli kimyəvi maddələrlə çirklənmiş torpaqlar (1050 min ha.)
12. Dəmyə ərazilərin şorlaşan torpaqları (1200 min ha.)
13. Sürüşmələrə məruz qalan yamaclar (40 min ha.)
14. Selə məruz qalan ərazilər (30 min ha.)
15. Xəzər dənizinin suları tərəfindən zəbt olunan sahələr (1500 min ha.)
16. Subasma nəticəsində çirklənən torpaqlar (500 min ha.)
17. Kanal suları vasitəsilə çirklənən torpaqlar (200 min ha.)
18. Palçıq vulkanlarının çirkləndirdiyi sahələr (20 min ha.)
19. Uçqunlara məruz qalan ərazi torpaqları (10 min ha.)
20. Abraziyaya məruz qalan sahələrin torpaqları (400 min ha.)
21. Bataqlaşmış torpaqlar (50 min ha.)
22. Ermənistanın işğal etdiyi ərazidə:
23. Kənd təsərrüfatına yararlı torpaqlar (1200 min ha.)
24. Həyətyanı sahələr (15 min ha.)
25. Meşə əraziləri (məhv edilmiş)- 260 min ha.
26. Qoruqlar (20 min ha.)
Bu siyahıya sənaye, mədəni-məişət, səhiyyə obyektləri tərəfindən çirkləndi-
rilən və mədən işləri (qızıl, civə, mis, mərmər və s.) nəticəsində çirklənən torpaq-
lar daxil edilməmişdir. Torpaqların deqradasiyasını dayandırmaq və nəticələrini
aradan qaldırılması üçün görüləcək işlərə təxmini hesablamalara görə 1.0-1.5
mlrd. manat həcmdə maliyyə vəsaiti tələb olunur. Aşağıda isə bu xərclər manatın
1996-cı ildəki kursuna görə hesablanmışdır:
1. 2055 min ha sahədə meliorasiya işlərinin aparılması üçün 6000-10000 mln.
manat;
2. 1020 min ha sahədə yuma işlərinin aparılması üçün 500-600 mln. manat;
54
3. 2000 min ha ərazidə yeni suvarılan torpaqların istifadəyə verilməsi üçün
18000 mln. manat;
4. Mövcud suvarma kanallarının faydalı iş əmsalını artırmaq üçün (50 min km
uzunluğunda)- 13000 mln. manat;
5. 12200 min ha ərazidə su təminatını yaratmaq üçün suvarma kanallarının
yenidən qurulması və rekonstruksiyası üçün 40.000-50.000 mln. manat ;
6. 700 min ha sahədə əsaslı planlaşdırma işlərinin görülməsi – 500 mln. manat;
7. 400 min ha otlaq sahələrindən su çıxarılması –111 mln. manat;
8. Texnogen pozulmuş torpaqların rekultivasiyasına-150000 mln. manat ;
9. 1250 min ha ərazidə qoruyucu meşə zolaqlarının salınmasına – 3120000 mln.
manat ;
10. 125 min ha ərazidə tarlaqoruyucu meşə zolaqlarının salınmasına-3120000
mln. manat ;
11. 105 min ha ərazidə maili yamacların tarazlaşdırılmasına – 31.500 mln.
manat;
12. 30 min ha ərazidə maili yamacların meşələşdirilməsinə – 3000 mln. manat ;
13. 250 min ha ərazidə yarğanların və qumluqların bərkidilməsinə – 62500 mln.
manat ;
14. 260 min ha ərazidə meşələrin bərpasına – 1300000 mln manat ;
15. 400 km məsafədə eroziyaya qarşı xüsusi qurğuların inşasına – 50000 mln.
manat ;
16. 10 ədəd tullantı emal edən zavodun tikilməsinə – 500000 mln. manat ;
17. 10 ədəd zəhərli maddələrin “basdırılması” üçün xüsusi sahələrin inşasına –
25000 mln. manat ;
18. 250 km məsafədə abraziyaya qarşı qurğuların inşasına – 1250 mln. manat;
19. Deqradasiyaya məruz qalmış torpaqların inventarlaşdırılmasına –250000 mln.
manat ;
20. Torpaq monitorinqi sistemini təşkil etmək üçün – 25000 mln. manat ;
21. Elmi tədqiqatların aparılması üçün – 250000 mln. manat;
Torpaqların deqradasiyasına qarşı mübarizə üçün tələb olunan bütün xərclər
1996-cı ildə manatın kursuna görə 5440 mlrd. manat, manatın 2007-ci ildəki
kursuna görə isə 1.0 milyarddan çox maliyyə vəsaiti təşkil edir.
55
III FƏSİL. TƏBİİ EHTİYATLARDAN İSTİFADƏNİN İQTİSADİ
ƏSASLARI
3.1. Təbiətdən istifadənin iqtisadi qanunları
Təbiətdən istifadə tarixi zərurət olub iqtisadi maraqlardan irəli gəlir. İbtidai
insan yarandığı gündən təbiətdən istifadə etməyə başlamışdır. Cəmiyyət-təbiət
münasibətlərinin təkamülü təbiətdən istifadənin inkişafını əks etdirir.
Cəmiyyət təbiətdən, məhsuldar istehsal qüvvələrin inkişafı isə təbii ehtiyat-
lardan asılı olsa da, tarixi baxmdan iqtisadiyyat ekoloji dəyərlərdən əlaqəsiz
inkişaf etmiş, bu əlaqələr nəzərə alınmamışdır.
İqtisadiyyatın «daha çox gəlir əldə etmək» qanunu əsasında qurulması təbii
ehtiyatların ekstensiv istismar nəticəsində tükənməsinə və ətraf mühitin çirklən-
dirilərək sıradan çıxmasına səbəb olmuşdur. İqtisadiyyatla ekologiya arasındakı
sıx əlaqə antropogen təsirin dəyişdirdiyi biosferin insana, onun təsərrüfatına mənfi
təsiri üzə çıxandan sonra dərk edilməyə başlanmışdır.
İqtisadiyyatın biosferdə müvazinətin pozulmasında başlıca amil kimi çıxış
etməsi iqtisadiyyatın yalnız gəlir üzərində qurulmasından ekoloji-iqtisadi siyasətə
keçirilməsini tələb edir.
Ekoloji-iqtisadi siyasət :
• iqtisadiyyatın ekolojiləşdirilməsini nəzərdə tutur;
• ekoloji prinsiplər prioritet təşkil edir;
• təbii ehtiyatlardan səmərəli və qənaətedici istifadəni nəzərdə tutur;
• tullantısız texnoloji proseslərin tətbiqi və təbiəti mühafizə tədbirlərinin
həyata keçirilməsi sayəsində ətraf mühitin çirkləndirilməsinin aradan
qaldırılması və ya minimal səviyyəyə çatdırılmasını nəzərdə tutur.
Antropogen təsirlərin nəticəsində təbiətdə baş verən dəyişikliklərin miqyası-
nın, keyfiyyət və kəmiyyətin parametrlərinin təyin olunması təbiətdən istifadənin
iqtisadi məsələlərinə daxildir. Təbiətdən istifadənin iqtisadi dairəsinə aid olan bu
və ya digər ekoloji-iqtisadi məsələlərin həllində təbiətdə bütün hadisələrin
qarşılıqlı əlaqədə olması əsas götürülür:
• ekosistemdə baş verən hər hansı bir dəyişiklik onun oradan qaldırılmasına
yönələn təbii zəncirvarı reaksiyaların inkişafına səbəb olur;
• ekosistemin komponentləri arasındakı əlaqələr qeyri-xətti xarakter daşıyır,
hər hansı bir komponentin cüzi dəyişməsi digər tərkib hissələrin güclü
dəyişməsinə səbəb ola bilir;
• qlobal ekosistem olan biosferdə dönməz xarakter daşıyan dəyişikliklər yeni
təkamül inkişafı səviyyəsinə keçidlə nəticələnir.
Qlobal ekosistemlərin öz funksiyalarını normal yerinə yetirməsində təbii
normativ mövcuddur («bir faiz qanunu»).
Həmin normativə əsasən təbii sistemin energetikasının 1% daxilində dəyiş-
dirilməsi onun müvazinəini pozur və hətta sıradan çıxmasına səbəb olur.
Biosferdə enerji mübadiləsinin 99%-i maddələr dövranının qapalı qalmasına
və ətraf mühitin keyfiyyətinin saxlanmasına sərf olunur. Cəmiyyətin inkişafına
1%-dən az enerji qalır.
56
3.2. Təbii ehtiyatların iqtisadi qiymətləndirilməsi
Təbii ehtiyatların ümumi qiymətləndirilməsi üç aspektdə aparılır:
• kəmiyyətcə;
• keyfiyyətcə;
• iqtisadi.
Təbii ehtiyatların kəmiyyətcə qiymətləndirilməsi onların miqdarının təyin
olunmasını nəzərdə tutur və göstərici kimi ehtiyat xüsusi kateqoriya olub zaman
baxımdan konkret dövrlə bağlıdır.
Təbii ehtiyatların mövcud texnoloji iqtisadi və sosial imkanlar daxilində
nəzərdə tutulmuş ardıcıllıqda ekoloji tələblərə uyğun mənimsənilməsi mümkün
olan qiymətləndirilmiş (miqdarı təyin olunmuş) hissəsi ehtiyat adlanır.
Ehtiyatın miqdarı metrik ölçü sistemi (ton, kub metr, kvadrat metr və s) və ya
inglis-amerikan sistemi (barel, fut, dyüym, karat və s.) vahidləri ilə ifadə olunur.
Ehtiyatın miqdarından asılı olaraq təbii ehtiyat mənbələri şərti olaraq bölünür:
• ən iri – dövlət əhəmiyyətli;
• iri – regional əhəmiyyətli;
• kiçik və ya məhdud – yerli əhəmiyyət kəsb edənlər.
Bazar iqtisadiyyatı şəraitində təbii ehtiyatlar ticarət obyekti baxımdan bölünür:
• strateji ehtiyatlar (ilk növbədə, uran filizi və radioaktiv maddələr, civə, ilan
zəhəri, bir sıra əlvan və nadir metallar; bəzi mənbələrdə neft də daxildir);
• ixrac əhəmiyyətli ehtiyatlar (neft, təbii qaz, qızıl, bəzi bioloji sərvətlər –
nərə balığı, qara kürü və s.);
• daxili bazar ehtiyatları (mineral tikinti materialları və s.).
Təbii ehtiyatların keyfiyyətcə qiymətləndirilməsi eyni növdən olan
ehtiyatların daxilində aparılır. Onların təbii xüsusiyyətlərindən irəli gəlir və nisbi
göstəricilərlə ifadə olunur (bal, bonitet sinfi, sort, marka və s.). Məsələn, ən
qiymətli xammal neftin brendi sortu hesab olunur. Poladın xammal kimi
keyfiyyəti markasına görə təyin edilir.
Torpaq və meşə sahələrinin məhsuldarlıq göstəricisi kimi bonitet çıxış edir
(lat. bonitas – keyfiyyətlilik). Torpaq sahələrinin bonitirovkası aparılaraq məhsul-
darlığına görə bonitet balları təyin olunur. Meşələr bitmə şəraitindən (torpaq və
iqlim) asılı olan məhsuldarlığına görə bonitet siniflərinə bölünür.
Təbii ehtiyatların kəmiyyət və keyfiyyət baxımdan qiymətləndirilməsi maddi və
sosial əhəmiyyət kəsb edib onların ictimai faydasını açıqlamır. Bu səbəbdən də hər
iki qiymətləndirmə iqtisadiyyatdan kənar qiymətləndirməyə aid edilir (şəkil 10).
Təbii ehtiyatların ictimai tələbatı istehsalat və istehlak nəticəsində ödəmə
roluna görə ictimai faydasını iqtisadi qiymətləndirmə üzrə çıxarır.
İqtisadi qiymətləndirmə – təbii ehtiyatların nəzərdə tutulmuş qaydada istifa-
dəsinin təsərrüfat effektinin (qiymətinin) pulla ifadəsinin təyin olunmasıdır. Qısa
mənada iqtisadi qiymətləndirmə təbii ehtiyatların daşıdıqları istehlak dəyərinin
pulla ifadəsidir.
Torpağın bionitet balı
Meşənin bionitet sinfi
Xammal poladın markası
Şəkil 10. Təbii ehtiyatların qiymətləndirilməsi modeli
Təbii ehtiyatların iqtisadi qiymətləndirilməsi çoxfunksiyalı məqsəd daşıyır:
• təbii ehtiyatların dəyərinin pul ekvivalentinin təyin olunması;
• onların istifadəsinin, mənimsənilməsinin və istismarının optimal
variantlarının təyin olunması;
• təbii-ehtiyat kompleksinə investisiya qoyuluşunun iqtisadi səmərəliliyinin
qiymətləndirilməsi;
• təbii ehtiyatlardan səmərəsiz istifadə nəticəsində ziyanın hesablanması;
• təbii ehtiyatların milli ehtiyatlar sırasında iştirak payının qiymətləndiril-
məsi;
• təbii ehtiyatlardan istifadəyə görə ödənişlərin təyin olunması;
• təbii ehtiyatlardan istifadə şərtlərinin pozulmasına və ya vurulan ziyana
görə cərimələrin hesablanması;
• təbii ehtiyat və obyektlərin girov dəyərinin hesablanması və s.
Təbii ehtiyatların iqtisadi qiymətləndirilməsi kəmiyyət və keyfiyyət
göstəricilərinə əsaslanır.
Təbii ehtiyatların xərclərə görə qiymətləndirilməsi.
Bu yanaşmada təbii ehtiyatların qiymətləndirilməsi onların əldə olunmasına,
mənimsənilməsinə və ya istifadəsinə çəkilən xərclərin miqdarı əsasında aparılır;
Təbii ehtiyatların rentaya görə qiymətləndirilməsi.
Bu iqtisadi qiymətləndirmə prinsipi differensləşdirilmiş rentaya əsaslanır.
Eyni növdən olan iki təbii ehtiyatların istifadəsi zamanı biri digərinə, keyfiyyətcə
pis olana nisbətən əlavə gəlir verir (differensləşdirilmiş renta).
Təbii sərvətlərin qiymətləndirilməsi
İqtisadiyyatdan kənar
qiymətləndirmə
İqtisadi
qiymətləndirmə
Kadastr
ucotu
Kəmiyyətcə
Keyfiyyətcə
Boniteti –
sortu,
markası
Natural isfadədə
miqdarı (ton, m
3
,
m
2
və s.)
N
ətic
ə v
ə b
ərpa
ya gör
ə
Alternativ istifad
əy
ə gör
ə
Rentay
a gör
ə
Ekspert r
əyin
ə gör
ə
Ç
əkil
ən x
ərcl
ər
ə gör
ə
Bazar qiym
əti
nə
gör
ə
58
Keyfiyyət və kəmiyyət göstəricilərindən, məkan şəraitindən asılı olaraq eyni
növə aid olan təbii ehtiyatlara çəkilən xərclərin hər vahidinə düşən faydası –
differensləşdirilmiş rentası bərabər olmur.
Renta dedikdə mülkiyyətçinin təbii sərvətin icarəsi və ya özü tərəfindən
istismarı nəticəsində əldə etdiyi gəlir nəzərdə tutulur. Təbii ehtiyatın dəyəri onun
verə biləcəyi gəlirin miqdarı ilə ölçülür. Maksimum renta gəliri təbii ehtiyatın
rentaya görə qiymətləndirilməsinin mahiyyətini təşkil edir.
Təbii ehtiyatların nəticəyə və bərpaya görə qiymətləndirilməsi.
Nəticəyə görə yalnız gəlir gətirən təbii ehtiyatlar qiymətləndirilir. Belə halda
ehtiyatın dəyəri onun istifadəsi nəticəsində əldə olunan ilkin məhsulun pulla istifa-
dəsinə görə, ya da əldə olunan gəlirin və çəkilən xərclərin fərqinə görə hesablanır.
Bərpaya görə, əsasən bioloji ehtiyatların iqtisadi qiymətləndirilməsi həyata
keçirilir. Bu zaman bioloji ehtiyatın iqtisadi qiyməti onun bərpasına çəkilən
xərclərin cəmi kimi təyin olunur. Məsələn, deqradasiyaya uğramış meşə sahəsinin
dəyəri həmin sahədə meşəbərpa və meşəyetişdirmə tədbirlərinə çəkilən xərclərin
cəmi kimi hesablana bilər.
Təbii ehtiyatın alternativ qiymətinin səviyyəsi onun iqtisadi dəyərininin və
ictimai faydalılıq dərəcəsini təyin edir. Alternativ qiymət faktiki istifadə ilə yanaşı
alternativ istifadə nəticəsində alına biləcək faydanı da nəzərdə tutur.
Alternativ dəyəri aşağı olan təbii ehtiyatların xərclərə görə qiymətləndiril-
məsi də aşağıdır.
Bazar qiyməti ətraf mühitin yalnız bir funksiyasını – təbii ehtiyat mənbəyi
kimi çıxış etməsini obyektiv qiymətləndirə bilir. Ətraf mühitin digər iki mühüm
funksiyası-tullantıları və çirkləndiriciləri assimilyasiya etmək (udub saxlamaq,
qəbul etmək) və sosial (rekreasiya, logistika) funksiyaları bazar sistemində öz
adekvat əksini tapmır.
Təbii ehtiyatların (neftin, təbii qazın, oduncağın, filiz və qeyri filiz xamma-
lının və s.) bazar qiyməti onlardan səmərəli istifadəni tənzimləməyə xidmət edir.
Təbii ehtiyatların əsil dəyərininin mahiyyətini tam əks etdirmir.
Təbii ehtiyatlar barədə kifayət qədər məlumat və elmi biliklər olmadıqda
ekspertlərə müraciət olunur. Belə halda ekspertlərin (lat. expertus-təcrübəli)
rəyləri informasiya mənbəyi kimi çıxış edir. Müxtəlif sahələri təmsil edən geniş
profilli mütəxəssislərin (ekspertlərin) rəyləri nəticəsində təbii ehtiyatların qiymət-
ləndirilməsi aparılır. Subyektiv fikirlərin ortaq məxrəci obyektiv nəticə verir.
3.3. Təbii ehtiyatların dövlət kadastrı
Bütün təbii ehtiyatların (torpağın, meşənin, yerin təkinin, heyvanat və bitki
aləminin və s.) vahid sistem üzrə dövlət kadastrı aparılır.
«Ekoloji vəziyyətin qorunması, iqtisadiyyatın tələbatını ödəmək üçün təbii
ehtiyatların kəmiyyət və keyfiyyət göstəricilərini müəyyən etmək məqsədilə təbii
ehtiyatların vahid sistem üzrə dövlət kadastrı aparılır.
Dövlət kadastrı aparılan sahələr müvafiq qanunvericiliklə müəyyən edilir. Bu
sahələr üzrə dövlət kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir». («Ətraf Mühitin
59
Mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu», maddə 16., 08 iyun
1999-cu il).
Dövlət kadastrı təbii ehtiyatların təbii-təsərrüfat və hüquqi vəziyyəti barədə
tam, dəqiq və zəruri məlumatlar sistemini əks etdirən sənəddir. Kadastrın hesaba
alma (uçot) funksiyası digər funksiyalar üçün (istismar, mühafizə, hüquqi və s.)
baza təşkil edir.
Dövlət kadastrı təbii ehtiyatların qeydiyyatını, hüquqi statusunu, mülkiyyət
formasını üzə çıxararaq onların ekoloji, iqtisadi, kəmiyyət və keyfiyyət baxımdan
qiymətləndirilməsini həyata keçirir. Həmin qiymətləndirmə təbii ehtiyatlardan
istifadənin təşkilində və idarə edilməsində, təsərrüfat fəaliyyətinin qiymətləndiril-
məsində istifadə olunur.
Bütün təbii ehtiyatların birgə kadastrı aparılmır, çünki onlar yekcins olmayıb
müxtəlif forma və metodika əsasında kadastr uçotunun aparılmasını tələb edirlər.
Təbii ehtiyatların kadastrının aparılmasının spesifikası:
• təbii sərvətlər natural formada uçota alınır. Məsələn, torpaqlar kəmiyyətinə
və keyfiyyətinə, torpaq istifadəçilərinə görə uçota alınaraq bonitirovkası
aparılır (bal qiyməti verilir) və iqtisadi qiymətləndirilir;
• kadastr uçotu təyin olunmuş qaydada (prosedur üzrə) həyata keçirilir.
Həmin prosedura uçot göstəriciləri sisteminin strukturu, kadastr uçotunu
həyata keçirən orqan və vəzifəli şəxs, kadastr məlumatlarının təqdim
olunma müddəti və s. daxildir;
• kadastr sisteminin daimi-dövri rejimdə həyata keçirilməsi. Təbii və
antropogen amillərin təsiri nəticəsində dəyişməsi və inkişafı təbii ehtiyatlar
barədə məlumatların yeniləşdirilməsini irəli sürür. Məsələn, meşələrin
vahid dövlət uçotu 5 ildən bir, meşə quruluşu tədbirləri isə 10 ildən bir
təkrar həyata keçirilir;
• praktiki olaraq hər kadastr növü (torpaq, meşə, su, heyvanat aləmi və s.)
dövlət tərəfindən qəbul olunmuş xüsusi qərar əsasında müvafiq təlimata
uyğun olaraq həyata keçirilir.
Təbii ehtiyatların, o cümlədən mineral dəyərinin qiymətləndirilməsi (pulla
ifadə olunması) hər bir dövlətin iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir.
Təbii ehtiyatların dəyəri (bazar qiyməti) onların dövlət tərəfindən aparılan
uçotuna, iqtisadi və keyfiyyəti qiymətinə və eləcə də dünya bazarında tələbata
görə təyin edilir.
3.4. Təbii ehtiyatlardan səmərəli istifadə və ətraf mühitin mühafizəsi
sahəsində iqtisadi stimullaşdırma
Təbiətdən istifadə və ətraf mühitin mühafizəsi sisteminin iqtisadi idarəolun-
ması mexanizminin tərkib hissəsi kimi birbaşa iqtisadi stimullaşdırma çıxış edir.
İqtisadi idarəçilik metodları – planlaşdırma, maliyyələşdirmə, ehtiyatlardan istifa-
dənin və ətraf mühitin çirkləndirilməsinin ödənişli əsaslarla həyata keçirilməsi,
təbii ehtiyatlardan istifadənin lisenziyalaşdırılması, kvota və limitlərin tətbiqi və s.
ətraf mühitin mühafizəsində əlaqəli tənzimləyici sistem təşkil edirlər. Həmin
60
iqtisadi tənzimləmə metodları istifadəçinin maddi maraqlarına toxunaraq, iqtisadi
mənfəət və ekoloji tələblərə riayət olunması arasında dərk etməyə vadar edir.
İqtisadi stimul dayanaqlı ekoloji inkişaf məsələləri və iqtisadi maraq arasında
sintez yaradır. Ekoloji-iqtisadi stimullaşdırma iki qrup təşkil edir: pozitiv
səbəbdən və neqativ səbəbdən stimullaşdırma.
• pozitiv səbəbdən stimullaşdırma təbii ehtiyatlardan səmərəli istifadəyə və
ətraf mühiti mühafizə tədbirlərinin layiqincə yerinə yetirilməsinə görə
iqtisadi fərqləndirməni nəzərdə tutur;
• neqativ səbəbdən stimullaşdırma birinci bənddə qeyd olunan şərtlərin ödənil-
məməsi təqdirdə iqtisadi sanksiyaların tətbiq olunmasını nəzərdə tutur.
«Ətraf mühitin mühafizəsi sahəsində iqtisadi stimullaşdırma ekoloji yönümlü
subsidiyalar və digər stimullaşdırıcı tədbirlər vasitəsilə həyata keçirilir. Ətraf
mühitin mühafizəsinin iqtisadi stimullaşdırması qanunvericiliyə zidd olmayan
tədbirlərin köməyi ilə də həyata keçirilə bilər», «Ətraf Mühitin Mühafizəsi
haqqında Azərbaycan Respublikasının Qanunu», maddə 25., 08 iyun, 1999-cu il.
Təbii ehtiyatlardan səmərəli istifadə və ətraf mühitin mühafizəsi sahəsində
qanunvericilikdə nəzərdə tutulmuş iqtisadi stimullaşdırma:
• vergitutmada və digər sahələrdə imtiyazların verilməsi – hüquqi statusdan
və mülkiyyət formasından asılı olmayaraq bütün təşkilat və müəssisələr
aztullantılı və tullantısız texnologiya və istehsalat sahələrinin tətbiqinə,
tullantıların təkrar istifadəsinə, təbiəti mühafizə effekti verən hər hansısa
tədbirin həyata keçirilməsinə və s. görə;
• ekoloji fondların vergi ödəmədən azad edilməsi;
• təbiəti mühafizə sahəsinə aid olan əsas istehsal fondlarına yüksək
amortizasiya normalarının qoyulması;
• ekoloji təmiz məhsula həvəsləndirici qiymətlərin və əlavələrin tətbiqi;
• ətraf mühitin mühafizəsini səmərəli həyata keçirən müəssisə, təşkilat və
idarələrə hüquqi statusundan asılı olmayaraq güzəştli kreditlərin verilməsi;
• ekoloji təhlükəli məhsula görə, həmçinin təhlükəli texnologiyanın tətbiqi
nəticəsində istehsal olunan məhsula xüsusi vergitutmanın tətbiqi (neqativ
səbəbdən stimullaşdırma).
İqtisadi inkişaf və ekoloji amillər
A pilot project was undertaken during kharif 2012 at Belaguthi village of Honnali taluk in Davanagere district, Karnataka state, India to study the spatial variability of nutrient in maize fields and to recommend nutrients for maize crop based on STCR approach. Georeferenced one hundred and forty two soil samples were drawn from fields of 88 farmers. Results of soil analysis revealed that the soils were acidic to neutral in reaction (5.13.-6.99), majority of soil samples (98 per cent) were low in available nitrogen, low to high (low: 13%, medium: 40%, high: 46% area) with respect to phosphorus and medium to high (medium: 75%, high: 23% area) in potassium status. Nutrient recommendation generated by adopting STCR approach revealedthat an addition of 50:30: 15 kg ofNPK ha-1 is required to match the crop need to achieve the target yield of 50 q/ha over state recommendation for maize crop (100:50:25 kg NPK ha-1). Maize fields receiving fertilizers in accordance with the site specificity have achieved largest yield (46.82 q/ha) followed by application of recommended fertilizers (39.72 q/ha).
Download Free PDF View PDF
Comments are closed, but trackbacks and pingbacks are open.