Press "Enter" to skip to content

Supply Chain Academy

Exam 2 — Effective Supply Management Performance

Təhcizat Zəncirinin İdarəedilməsi (Supply Chain Management) təlimi

Headstart International Sizləri professional təlimçilərin təqdimatında Təhcizat Zəncirinin İdarəedillməsi (Supply Chain Management) təliminə dəvət edir.

Məhsul və xidmətin keyfiyyətli olmasında, müştəri məmnuniyyətinin ölçülməsində, biznesin gəlirliliyini müəyyənləşdirmədə və təkmilləşdirilmiş əməliyyatları aparmaqda təchizat zəncirinin idarə edilməsinin böyük rolu vardır. Təchiz at zənciri mürəkkəb prosesləri və müxtəlif maraqlı tərəfləri özündə birləşdirdiyindən, səmərəli təchizat zəncirinin idarə edilməsinin proqram və planını qurmaq üçün bu sahəni başa düşmək çox vacibdir.

Bu təlimdə təchizat zəncirinin idarə edilməsinin əsas məqsədləri, sənayedə qarşılaşılan problemlər və müasir trendlər müzakirə ediləcək.

Təhcizat Zəncirinin İdarəedilməsi təlimi vasitəsilə iştirakçılar təchizat zəncirinin idarə edilməsinin müxtəlif istiqamətləri ilə tanış ola biləcək, əsas biznes proseslərini müəyyən edə biləcək və bu proseslərin icra edilməsini öyrənəcəklər.

KİMLRƏR İŞTİRAK EDƏ BİLƏR:

Təhcizat Zəncirinin İdarəelməsi təlimi təhcizat, logistika və anbardarlıq sahəsi üzrə çalışan, yeni öyrənən mütəxəssislər və ya ümumiyyətlə bu sahədə heç bir biliyi olmayan amma gələcək karyeralarını qurmaq istəyən şəxslər üçün nəzərdə tutulmuşdur.

Modul 1. Tələbin idarə edilməsi (Demand Management)

Tələbin yaranma qrafiki
Tələb trendinin və ölçüsünün hesablanması
Tələb əsaslı planın hazırlanması
Risk və tolerans paylarının hesablanması
Tələbin formalaşdırılması

Modul 2. Təhcizat (Procurement)

Təchizat bloku
Təchizat və Satınalma anlayışları, 5D/5R
TCO
Bazar araşdırmaları
Outsoursing formaları
RFİ / RFQ / RFP
Təchizatçıların dəyərləndirilməsi, SWOT analiz
Xərclərin qruplaşdırılması, Category Management
Təchizat danışıqlarının təşkili və aparılması
Müqavilələrin idarəolunması (Tərəfdaşlarla -daxili və xarici iş prinsipləri)
SLA, PRM, SRM
Təchizatın nəticələri

Modul 3. Logistika (Logistics)

Ümumi anlayış
Dünyanın nəqliyyat infrastrukturu
Beynəlxalq daşınmaların təşkili
Azərbaycanın nəqliyyat şəbəkəsi
Gömrük orqanları ilə iş
Malların gömrük orqanlarında bəyan edilməsi
Gömrük rejimləri

Model 4.Anbarın və ehtiyatların idarə edilməsi (Inventory Management)

Anbarın və ehtiyatların növləri, siniflənirilməsi.
Anbarlamada səviyyələndirmə
Kritik anbarlama xətaları.
ABC analizi və qiymətləndirmə göstəriciləri.
Bullwhip effect
Əyani bir misal ilə tətbiqi

SEYMUR İLYASOV – CPE™,CIPM™,MPM™,LSSWB™, Msc

Ali təhsilini 2002-2007-ci illərdə Qafqaz Universitetinin Sənaye Mühəndisliyi ixtisası üzrə alan Seymur İlyasov 2008-2010-cu illərdə Qafqaz Universitetinin Sənaye Mühəndisliyi ixtisası üzrə magistratura təhsilini universitet birincisi olaraq tamamlamışdır. Davamlı olaraq yerli və beynəlxaq təlimlərdə iştirak edən planlama mühəndisi 2015-ci ildə Amerikanın (American Academy of Project Management) akademiyası tərəfindən Certified Planning Engineer dərəcəsinə və “Honorary Global Advisor” tituluna layiq görülmüşdür. Ümumilikdə isə dörd beynəlxalq dərəcə və iki beynəlxalq tutula layiq görülüb.

İstehsalat və xidmət sahələrinin detallı planlanması üzrə professionallaşan mühəndis həm istehsalat, həm də xidmət sahələrində təcrübələrini tətbiq etməkdədir.

TURAL VƏZİROV – CİPP

Azərbaycan Dövlət İqtisad Universitetində Bakalavr və Magistr dərəcəsinə yiyələnən Tural Vəzirov, 2007 ci ildə idarəetmə üzrə MBA dərəcəsini almışdır. Son 10 ildə Avropa və Yaxın Şərqdə təchizat üzrə bir sıra təlimlərdə iştirak etmiş, Beynəlxalq Biznes və Maliyyə İdarəetməsi Akademiyası tərəfindən verilən CİPP dərəcinin sahibidir. Hazırda müqavilələrin idarəedilməsi sahəsində professional dərəcənin əldəedilməsi üzərində çalışır. CİPS, İABFM, İACCM təşkilatlarının üzvüdür. Eyni zamanda Heriott-Watt Uivesitetinin Edinburq Biznes Məktəbində təhsilini davam etdirir.
Neft və Qaz, Tikinti, Telekomunikasiya, Turizm və Əmlakların idarəolunması bazarlarında təchizat üzrə təcrübəyə malikdir. Hazırda yerli bazarda əmlakların idarəedilməsi üzrə boyük şirkətlərdən birində Təchizat şöbəsinin rəhbəri vəzifəsində çalışır.

TƏLİM DETALLARI:
Təlimin başlama tarixi: 26.02.2017
Keçirilmə günləri: Hər Bazar saat 10:00-13:00
Müddəti: 24 saat (2 ay)
Xidmət haqqı: 410 AZN
* Ödənişi bir dəfədə ödəyən iştirakçılar 10% endirim əldə edəcəklər.

Kursa daxildir: Dərs vəsaitləri, çay – kofe fasilələri
Sertifikat: Təlimi uğurla bitirən və yekun imtahandan uğurla keçən hər bir iştirakçı sertifikatla təltif olunacaqlar.

Təchizat zəncirinin idarə olunması və logistika üzrə 5 məşhur beynəlxalq sertifikatlaşma proqramı

Bu məqalənin hazırlanmasında əsas məqsədimiz böyük şirkətlər tərəfindən dəyər verilən sertifikatlaşma proqramları haqqında istiqamətləndirici məlumatları paylaşmaqdır. Yüksək rəqabət çərçivəsində yerli və beynəlxalq əmək bazarında karyera uğuru qazanmaq üçün həmin sertifikatlar və onların verəcəyi biliklər mühüm rol oynaya bilər.

Beynəlxalq sertifikatlaşma proqramları vasitəsi ilə iş yerindən ayrılmadan peşəkar inkişafa nail olmaq mümkündür. Bundan əlavə, əldə ediləcək biliklər real iş şəraitində kompleks məsələlərin həllinə effektiv yanaşmağa kömək edəcək.

Lakin unutmaq lazım deyil ki, sertifikatlaşma proqramı individual karyera planlarına uyğun seçilməlidir və qazanılan biliklər iş şəraitində tətbiq olunmalıdır. Beləliklə, APİCS, CİPS, İSM, SCPro və CPP sertifikatlaşma proqramları barədə araşdırmamızı və təcrübəmizi Sizinlə bölüşürük. Qeyd etmək lazımdır ki, burada qeyd edilən tələblər və rəqəmlər münasib təşkilatların rəsmi internet səhifələrindən götürülüb və gələcəkdə dəyişə bilər.

Amerika Birləşmiş Ştatlarında (ABŞ) əsası qoyulan bu proqram 100-dən çox ölkədə partner mərkəzlər şəbəkəsinə malikdir. APİCS üç istiqamət üzrə sertifikatlaşma təqdim edir.

– Certified Supply Chain Professional (CSCP)

Bu proqram təchizat zəncirinin idarə edilməsi sahəsi üzrə fərqli istiqamətlərdə çalışmağı planlaşdıran, o cümlədən ümumi və geniş biliklər əldə etmək istəyənlər üçün daha münasibdir. CSCP sertifikat proqramı vasitəsi ilə planlaşdırma, satınalma, istehsal və çatdırılma sahələri üzlər əlaqali prosesləri öyrənmək və təchizat zənciri proseslərinin necə iteqrasıya etdiyini anlamaq mümkündür.

Sertifikat proqramı yalnız bir imtahandan ibarətdir. İmtahana qatılmaq üçün Bakalavr dərəcəsi, yaxud 3 il biznes təcrübəsi, yaxud APİCS tərəfindən verilən başqa sertifikatlardan birinin mövcud olması kifayətdir.

Sərbəst öyrənmə əsasında bu sertifikatı qazanmaq üçün büdcə (üzvlük statusuna uyğun olaraq) orta hesabla 2000-2500 ABŞ dolları təşkil edir. Normalda bu qiymətə hazırlıq materialları üçün xərclər və imtahan ödənişi daxildir.

– Certified in Production and Inventory Management (CPIM)

Materialların və inventarın idarə olunması sahəsi ilə maraqlanan, bu sahə ilə əlaqəsi olan insanlar üçün daha münasibdir. Sertifikatlaşmanın əsas fokusu daxili təchizat sistemləri və biznes əməliyyatlarına yönəlmişdir (satınalma idarəçiliyi, tələbatın dəyərləndirilməsi, əməliyyatların planlaşdırılması, fəaliyyətin qiymətləndirilməsi, təchizatçılarla münasibətlər, keyfiyyətə nəzarət və davamlı inkişaf). Sahəyə uyğun minimum iki il təcrübənin mövcud olması imtahana qatılmağa kifayət edir. CSCP sertifikatından fərqli olaraq CPİM sertifikatı beş ayrı modul və iki ümumi imtahandan ibarətdir.

Sərbəst öyrənmə əsasında bu sertifikatı bütün modullarla birlikdə qazanmaq üçün büdcə (üzvlük statusuna uyğun olaraq) orta hesabla 2000-2500 ABŞ dolları təşkil edir. Normalda bu qiymətə tədris materialları və imtahan xərcləri daxildir.

– Certified in Logistics, Transportation and Distribution (CLTD)

Əsasən daşımalar, nəqliyyat və paylaşdırma sahəsini əhatə edən bu sertifikat proqramı 8 modul və bir imtahandan ibarətdir. Üzvlük səviyyəsindən aslı olaraq ümumi budcə 2000 ABŞ dolları ətrafında dəyişir.

İmtahana qatılmaq üçün Bakalavr dərəcəsi, yaxud 3 il biznes təcrübəsi, yaxud APİCS tərəfindən verilən başqa sertifikatlardan birinin mövcud olması kifayətdir.

Bütun növ APICS imtahanları (CSCP, CPİM, CLTD) dünya üzrə partner mərkəzlərdə kompüter əsasında həyata keçirilir (hər bir imtahan üçün 150 test tipli sual və 3.5 saat vaxt ayrılır). İmtahana instruktor vasitəsi ilə onlayn şəkildə yaxud tərəfdaş şirkətlərin ofislərində hazırlaşmaq olar. Bununla bağlı təbii ki, əlavə xərclər nəzərdə tutulur.

  1. Chartered Institute of Purchasing and Supply (CİPS)

Əsasən Avropada geniş yayılmış bu beynəlxalq sertifikat proqramı İngiltərədə yerləşən Chartered Institute of Purchasing and Supply tərəfindən təqdim olunur. APİCS kimi o da dünya üzrə geniş tərəfdaş və imtahan şəbəkəsinə malikdir. Beş sertifikat səviyyəsi və toplamda 25 ayrı-ayrı imtahandan ibarət olan CİPS (hər səviyyə üçün 5 imtahan) əsasən təchizat sahəsinin müxtəlif aspektlərini əhatə edir (müqavilələr, danışıqlar, tenderlər, davamlılıq və s.) Hər bir imtahan üçün təxmini büdcə 200 ABŞ dolları təşkil edir. Bu qiymətə kitab və imtahan xərcləri daxildir. CİPS sertifikat səviyyələri aşağıdakılardır:

1 Certificate in Procurement and Supply Operations (5 imtanan)

2 Advanced Certificate in Procurement and Supply Operations (5 imtahan)

3 Diploma in Procurement and Supply (5 imtahan)

4 Advanced Diploma in Procurement and Supply (5 imtahan)

5 Professional Diploma in Procurement and Supply (5 imtahan)

İlk iki səviyyədə imtahanıar əsasən test şəkilində təşkil olunur, digərlərində isə açıq suallar əsasında yazılı formada. Bütün səviyyələri bitirdikdən sonra MCİPS dərəcəsini qazanmaq mümkündür. Başlanğıc səviyyələrdə imtahanlara qatılmaq üçün təcrübə tələb olunmur, lakin son üç səviyyə üçün təcrübə baxımından müəyyən şərtlər mövcuddur. Budan əlavə, uyğun iş təcrübəsi və təhsilə malik insanlar bir neçə başlanğıc imtahanlardan azad edilə bilər

  1. Institute for Supply Management (ISM)

İSM dünya üzrə təchizat sistemləri səhəsində təhsil, tədqiqat və sertifikatlaşma təqdim edən və ABŞda yerləşən bir qurumdur. CPSM və CPSD tipli sertifikatları təqdim edir.

Certified Professional in Supply Management (CPSM)

Bu sertifikatlaşma proqramı təchizat, müqavilələr, liderlik, kommersiya danışıqları və s. bu tipli mövzuları baza şəklində əhatə edir. Proqram üç imahandan ibarətdir və imtahanlara qatılmaq üçün 3-5 il arası uyğun təcrübə tələb olunur. Tərdris materialları və ümümi imtahanlar üçün ümumi büdcə təxminən 1000 ABŞ dolları təşkil edir. İmtahanlar əsasən 165-180 test sualdan ibarət olur və hər bir imtahana ortalama 3 saat vaxt ayrılır. İmtahanlara dünya üzrə müxtəlif mərkəzlərdə qatılmaq olar.

Exam 1 — Foundation of Supply Management

Exam 2 — Effective Supply Management Performance

Exam 3 — Leadership in Supply Management

– Certified Professional in Supplier Diversity (CPSD)

Təchizat müxtəlifliyi və diversifikasiyası, üzun müddətli əlaqələr mövzusunu əhatə edən bu sertifikatlaşma proqramında şərtlər əsasən CPSM sertifikatındakı kimidir. Yeganə olaraq ümumi imtahan sayı üç deyil ikidir.

Exam 1: Foundation of Supply Management

Exam 2: Essentials in Supplier Diversity

  1. The Council of Supply Chain Management Professionals (CSCMP)https://cscmp.org

ABŞ-da yerləşən bu qurum 2012-ci ildən etibarən SCPro adlı sertifikatlaşma proqramını təklif edir. Bazarda kifayət qədər yeni olan bu proqram əsasən logistika və ümumi təchizat zənciri proseslərini əhatə edir. Proqramda həmçinin layihələrin idarə olunması aspektləri kifayət qədər yer alıb.

Sertifikat proqramı 3 səviyyədən ibarətdir:

  1. SCPro™ Level One: Cornerstones of Supply Chain Management
  2. SCPro™ Level Two: Analysis and Application of Supply Chain Challenges
  3. SCPro™ Level Three: Initiation of Supply Chain Transformation

Səviyyələrin hər birinə 1500-2000 ABŞ dolları büdcə tələb olunur. İmtahanlar test və “case-study” əsasında təşkil olunur. Imtahanlara dünya üzrə Pearson VUE test mərkəzlərində qatılmaq olar.

5. International Institute for Procurement and Market Research (IIPMR) http://iipmr.com

– CPP (Certified Procurement Professional)

İnternet üzərindən olan “online” təlim və sertifikatlaşma proqramıdır. Ortalama 160 saat təlim əsasında müxtəlif modulları əhatə edir.

Əsasən satınalma sahəsində çalışan insanlara maraqlı olacaq bu proqram üçü il təcrubə və 700 ABŞ dolları büdcə tələb edir.

© Müəllif: Elvin Mürsəlov

Logistika və təchizat zəncirinin idarə edilməsi

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal – hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal – hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Logistika və təchizat zəncirinin idarə edilməsi

  • Mərkəz
  • İxtisaslar
    • Şəhərsalma
    • Memarlıq
    • Dizayn
    • İnşaat mühəndisliyi
    • Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi
    • Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi
    • Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi
    • Ekologiya mühəndisliyi
    • Neft-qaz qurğuları mühəndisliyi
    • Elektrik mühəndisliyi
    • Proseslərin avtomatlaşdırılması mühəndisliyi
    • Nəqliyyat tikintisi mühəndisliyi
    • Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi
    • Geodeziya və xəritəçilik mühəndisliyi
    • Yer quruluşu, torpaq və şəhər kadastrı
    • Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi
    • Materialşünaslıq mühəndisliyi
    • Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
    • Proseslərin avtomatlaşdırılması mühəndisliyi
    • Biznesin idarə edilməsi
    • Menecment
    • Sənayenin təşkili və idarə edilməsi
    • Marketinq
    • İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
    • Texnoloji maşın və avadanlıqlar mühəndisliyi
    • Mexanika mühəndisliyi
    • Menecment
    • Marketinq
    • Tikintinin idarə edilməsi
    • Tikinti sahəsində investisiyaların idarə edilməsi
    • Nəqliyyatın idarə olunması
    • Logistika və təchizat zəncirinin idarə edilməsi
    • Daşınmaz əmlakın idarə edilməsi
    • Ətraf mühitin idarə edilməsi
    • Tədris resursları

Comments are closed, but trackbacks and pingbacks are open.