Təcvid müəllimi
مَنِ اخْتَبَرْ مَخَارِجُ الحُرُوفِ سَبْعَةَ عَشَرْ عَلَى الَّذِي يَخْتَارُهُ
Təcvid müəllimi
We’re fighting for the future of our library in court. Show your support now!
Hamburger icon An icon used to represent a menu that can be toggled by interacting with this icon.
Internet Archive Audio
Featured
- All Audio
- This Just In
- Grateful Dead
- Netlabels
- Old Time Radio
- 78 RPMs and Cylinder Recordings
Top
- Audio Books & Poetry
- Computers, Technology and Science
- Music, Arts & Culture
- News & Public Affairs
- Spirituality & Religion
- Podcasts
- Radio News Archive
Images
Featured
- All Images
- This Just In
- Flickr Commons
- Occupy Wall Street Flickr
- Cover Art
- USGS Maps
Top
- NASA Images
- Solar System Collection
- Ames Research Center
Software
Featured
- All Software
- This Just In
- Old School Emulation
- MS-DOS Games
- Historical Software
- Classic PC Games
- Software Library
Top
- Kodi Archive and Support File
- Vintage Software
- APK
- MS-DOS
- CD-ROM Software
- CD-ROM Software Library
- Software Sites
- Tucows Software Library
- Shareware CD-ROMs
- Software Capsules Compilation
- CD-ROM Images
- ZX Spectrum
- DOOM Level CD
Books
Featured
- All Books
- All Texts
- This Just In
- Smithsonian Libraries
- FEDLINK (US)
- Genealogy
- Lincoln Collection
Top
- American Libraries
- Canadian Libraries
- Universal Library
- Project Gutenberg
- Children’s Library
- Biodiversity Heritage Library
- Books by Language
- Additional Collections
Video
Featured
- All Video
- This Just In
- Prelinger Archives
- Democracy Now!
- Occupy Wall Street
- TV NSA Clip Library
Top
- Animation & Cartoons
- Arts & Music
- Computers & Technology
- Cultural & Academic Films
- Ephemeral Films
- Movies
- News & Public Affairs
- Spirituality & Religion
- Sports Videos
- Television
- Videogame Videos
- Vlogs
- Youth Media
Mobile Apps
- Wayback Machine (iOS)
- Wayback Machine (Android)
Browser Extensions
Archive-It Subscription
- Explore the Collections
- Learn More
- Build Collections
Search metadata Search text contents Search TV news captions Search radio transcripts Search archived web sites Advanced Search
- About
- Blog
- Projects
- Help
- Donate Donate icon An illustration of a heart shape
Təcvid müəllimi
Təcvid (ərəb. تجويد) — orfoepik oxunma qaydası və müvafiq Quran elmi (‘ilm ət-təcvid) olub, Quranın düzgün qiraətini öyrədir və mənasının təhrif olunmasını istisna edir.
часов обучения
Bu bölümdə siz “Başlayanlar üçün təcvid” kursu haqqında bütün zəruri bilikləri əldə edəcəksiniz. Burada biz kursun məzmunundan danışacaq, məqsədləri, gözlənən nəticələr və onların əldə edilməsi haqqında məlumat verəcəyik. Bundan başqa, Quranın bizim həyatımızdakı rolunun əhəmiyyəti haqqında düşünəcək, Quranın başa düşülməsi və öyrənilməsində təcvid elminin önəmini anlamağa çalışacağıq. Sonda düzgün niyyət və uğurun üç əsas amili barədə danışacağıq.
- Quranın əhəmiyyəti haqqında
- Təcvid elmi haqqında
- “Başlayanlar üçün təcvid” kursu haqqında
- Düzgün niyyət haqqında
Bu bölümdə siz ərəb əlifbası hərflərinin tələffüzü, yazılışı və bəzü xüsusiyyətləri ilə tanış olacaqsınız. Təqdim olunan tədriz materiallarının hamısını öyrəndikdən sonra ərəb əlifbası biliklərinizin səviyyəsini bilmək üçün master-testdən keçməyi tövsiyə edirik.
- “Ərəb əlifbası” bölümü haqqında
- ا hərfi
- ب ت ث hərfləri
- ج ح خ hərfləri
- د ذ hərfləri
- ر ز hərfləri
- س ش hərfləri
- ص ض hərfləri
- ط ظ hərfləri
- ع غ hərfləri
- ف hərfi
- ق hərfi
- ك hərfi
- ل hərfi
- م hərfi
- ن hərfi
- ه hərfi
- و hərfi
- ء hərfi
- ى hərfi
- Ərəb əlifbası: təcrübə və təsbit
Ərəb dilində oxumağı öyrənmək üçün sadəcə əlifbanın hərflərini bilmək kifayət deyil. Ərəb mətnlərində hərflər hərəkələrlə birlikdə gəlir. Ərəb dilində üç hərəkə var. Bunlar qısa sait səslərdən ibarətdir. Bu dərslərdə siz sözügedən hərəkələrdən biri – “fəthə” ilə tanış olacaqsınız.
- “Fəthə” hərəkəsi: Giriş
- “Fəthə” hərəkəli sözlərin oxunması
- “Fəthə”ni necə tələffüz etməli. Geniş yayılmış səhvlər.
- Fəthəli qalın və incə hərflər. Tələffüzü bənzər olan hərflər.
- Fəthəli hərflər: praktika və təsbit
- Bir dəqiqəlik düşünmə
Bu bölümdə siz, sözdə hərflərin müxtəlif yazılış formalarını öyrənəcəksiniz. Siz, ərəb dilində ilk sözlərinizi oxuyacaq və yazacaqsınız. Çoxsaylı praktik tapşırıqlar və testlər sizin biliklərinizi möhkəmləndirəcək.
- Əlif hərfinin düzgün yazılışı
- ب ت ث hərflərinin düzgün yazılışı
- ج ح خ hərflərinin düzgün yazılışı
- د ذ hərflərinin düzgün yazılışı
- ر ز hərflərinin düzgün yazılışı
- س ش hərflərinin düzgün yazılışı
- ص ض hərflərinin düzgün yazılışı
- ط ظ hərflərinin düzgün yazılışı
- ع غ hərflərinin düzgün yazılışı
- ف ق hərflərinin düzgün yazılışı
- ك ل hərflərinin düzgün yazılışı
- م ن hərflərinin düzgün yazılışı
- ه و hərflərinin düzgün yazılışı
- ي hərfinin düzgün yazılışı
- Bəzi hərflər yazılışda bənzərdir.
Bu bölümdə siz oxumağa başlayacaqsınız. Beləliklə, sizin biliklər asandan çətinə doğru tədricən oxumaq üçün kifayət qədərdir.
Öncə biz fəthəli sadə sözlərin oxunuşunu öyrənəcək, sonra qısa ifadələrə keçəcək və daha sonra uzun cümlələrlə bu bölümü bitirəcəyik.
- Bölümə giriş
- Fəthəli sözlərin oxunması
- Tələffüzü bənzər olan hərf və sözlər.
- Fəthə hərəkəli cümlələrin oxunması
- Bir dəqiqəlik düşünmə
Bu bölümün dərslərində siz ərəb dilinin ikinci hərəkəsi – kəsrə ilə tanış olacaqsınız. Siz əlifbanın bütün hərflərinin bu hərəkə ilə oxunuşunu öyrənəcək və eyni zamanda tələffüz zamanı yol verilən yayılmış yanlışlıqlarla tanış olacaqsınız.
- Kəsrə hərəkəsi. Giriş
- Kəsrəni necə düzgün tələffüz etməli. Kəsrənin tələffüzü zamanı yanlışlar.
- Kəsrə hərəkəli əlifba hərfləri
- Hərflərin fəthə və kəsrə hərəkəli oxunuşu
Bu bölümdə siz iki hərəkə – fəthə və kəsrəli söz və cümlələrin oxunuşunu öyrənəcəksiniz.
- Fəthə və kəsrə hərəkəli hərf birləşmələrinin oxunması
- Fəthə və kəsrəli sözlərin oxunması
- Fəthə və kəsrə hərəkəli cümlələrin oxunması
Bu bölümdə siz ərəb dilinin üçüncü hərəkəsi – “dammə” ilə tanış olacaqsınız.
- Dammə hərəkəsi. Giriş
- Dammə hərəkəli əlifba hərflərinin oxunması
Allahın izni ilə siz artıq ərəb dilinin bütün hərəkələrini öyrəndiniz. Artıq siz söz, cümlə və hətta Qurandan ayələri cəsarətlə oxuya bilərsiniz.
- Üç hərəkəli sözlərin oxunması
- Üç hərəkəli söz birləşmələri və cümlələrin oxunması
Bu bölüm “məd” mövzusuna, yəni uzatmaya aiddir. Siz artıq istənilən hərəkəli söz və ya cümlələri oxumağı öyrəndiniz. Gözəl qiraətin mühüm hissələrindən biri olan – məd ilə tanışlıq vaxti gəlib çatdı. Məd sait səsin iki hərəkə miqdarında uzadılmasına deyilir. Bunların sayı üçdür. İlk məd hərfini öyrənək – Əlif
- Məd anlayışına giriş. Əlif – məd hərfi
- Əlifbanı “əlif” məd ilə oxumaq.
- Əlif – uzatma hərfidir. Söz və cümlələrin oxunması
- Kiçik uzatma əlif hərfi
Öncəki bölümlərdə siz əlif hərfli məd anlayışını öyrəndiniz. Bu bölümün mövzusu – ي hərfli məd.
- ي məd hərfi
- Əlifba hərflərinin ي məd hərfi ilə oxunması
- ي məd hərfli söz və cümlələrin oxunması
- Kiçik hərf ي
Öncəki bölümlərdə biz ا və ي uzatma hərfləri haqqında öyrəndik. Bu bölümün dərslərində biz daha bir məd hərfi و haqqında öyrənəcəyik. Həmçinin iki hərəkə miqdarından daha uzun olan bəzi məd formaları ilə tanış olacağıq.
- و məd hərfi
- Əlifba hərflərinin و məd hərfi ilə oxunması
- Kiçik uzatma و hərfi
- İki hərəkə miqdarından daha uzun məd
Sükun – bir növ hərəkənin əksidir. O, sait səsin olmamasını göstərir. Hər bir hərf sükunlu olarkən özünəməxsus xüsusiyyətə malikdir. Buna görə, onları düzgün tələffüz etməyi öyrənmək lazımdır.
- Sükunlu hərflər. Giriş
- Sükunlu hərflərin oxunması
- Qalqalə, qalqalə hərfləri
- ر sükunlu hərfi. Bəzi hərflərin üstündə olan “dairəcik” işarəsi
- Sükunlu hərflərin tələffüz müddəti. Tələffüzdə bəzi səhvlər.
- Sükunlu hərflər. Çalışmalar və praktika.
Şəddə (شدّة) ikiləşməni göstərir.
Üzərində şəddə olan hərf iki hərfdən ibarətdir, birincisi sükun, ikincisi isə hərəkəli. Şəddə bir sözdə yan-yana gələn iki eyni hərfin tələffüzünü asanlaşdırır.
- Şəddəli hərflər haqqında hər şeyi biləcək və onları düzgün tələffüz etməyi öyrənəcəksiniz.
- Şəddəli ن və م hərfləri ilə əlaqəli qaydalarla tanış olacaqsınız
- Təcvidin vacib terminlərindən olan ğunnə (غنّة) haqqında biləcək və onun düzgün tələffüzünü öyrənəcəksiniz.
- Şəddəli və fəthəli hərflər
- Şəddəli və kəsrəli hərflər
- Şəddəli və damməli hərflər
- Şəddəli ن və م hərflərinin qaydaları. Ğunnə anlayışı
Həmzə iki cür olur: ayırıcı və birləşdirici.
Ayirici həmzə (ərəbcə همزة قطع) hər zaman yazılır və oxunur. Məs. يَأۡكُلُونَ və ya قَدۡ يَئِسُواْ.
Birləşdirici həmzə (ərəbcə همزة وصل) ilk hərfi sükun olan sözün oxunuşunu asanlaşdırır. Ayırıcı həmzəni göstərən işarə belə yazılır: ٱ
Bu dərsdə siz birləşdirici həmzə ilə əlaqəli qaydaları öyrənəcək və onu təcrübədə tətbiq edəcəksiniz:
- birgə oxumada birləşdirici həmzə
- iki sözün birgə oxunuşu; birinci söz məd hərfi ilə bitir, ikinci isə birləşdirici həmzə ilə başlayır.
- müəyyən artikldə birləşdirici həmzə haqqında
- digər sözlərdə birləşdirici həmzə haqqında
- Ayırıcı həmzə
- Birləşdirici həmzə. Bağlı oxuma
- Birləşdirici həmsə haqqında
- Həmzənin növləri. Təsbit üçün çalışmalar.
Bu dərsdə siz müəyyən artikldə ل hərfinin növlərini öyrənəcəksiniz.
ل hərfi müəyyən artikldə iki cür olur: qəməri və şəmsi
Qəməri ل hərfi (ər.لَام قَمَرية ) yazılır və oxunur, amma növbəti hərf ikiləşmir, məs. ٱلۡبُيُوتَ
Şəms hərfi ل yazılır amma oxunmur, amma növbəti hərf ikiləşir, məs. ٱلتَّكَاثُرُ
Bundan başqa siz Allah (ٱللَّهُ ) sözünün tələffüzü və yazılışındakı özəllikləri biləcək, bu sözdə ل hərfinin qalınlıq və incəlik halları ilə tanış olacaqsınız.
- Qəməri hərf ل
- Şəms hərfi ل
- Allah ( ٱللَّهُ ) sözü. ل hərfinin qalınlıq və incəliyi.
İsim və sifətin qeyri-müəyyənliyini göstərmək üçün ərəb dilində “tənvin” anlayışı mövcuddur.
Tənvinin üç növü var: tənvin damm, tənvin kəsr və tənvin fəth
Müəyyən artikl və tənvin eyni sözdə rast gəlinə bilməz.
- Tənvin. Növləri və tələffüz
- Tənvinli söz və parçaların oxunması
- Tənvinlə bağlı daha bir neçə sual
Bu bölüm Quran qiraəti zamanı düzgün şəkildə fasilə verməyə həsr olunub.
Fasilə vermə qaydalarını bilmədən Quranı düzgün oxuya bilməzsiniz. Bu ana qədər siz sözləri, söz birləşmələri və ayələri elə oxuyurdunuz ki, sanki oxumanı fasilə vermədən davam edəcəksiniz. İlk mərhələdə tədrisi mürəkkəbləşdirməmək üçün belə edilirdi. İndi isə siz bütün mühüm mövzuları həm nəzəri, həm də praktik baxımdan yaxşı bilirsiniz və siz fasilə vermə qaydalarını öyrənməyə hazırsınız.
Quran qiraətində xüsusi qaydalar var ki, bunlara əsasən fasilə zamanı sözlərin sonluqları dəyişir. Dİqqət edin ki, Quranda fasilə həm ayənin sonunda, həm də ortasında baş verə bilər. Harda fasilə vermənizdən asılı olmayaraq, qaydaları dəqiq şəkildə tətbiq etməlisiniz.
- Durma zamanı son hərəkəsi sükuna çevrilən sözlər
- Durma zamanı sonluğu Əlif məd hərfinə çevrilən sözlər
- Durma zamanı sonluğu sükunlu ه hərfinə çevrilən sözlər
- Durma zamanı sonluğu dəyişməyən sözlər
- Üzərində sükun olduğu halda ر hərfində oxumanı durdururkən tələffüz
- Durma və “məd lin”
- Quranda fasilə vermə işarələri
- Durma. Çalışma və praktika
Müxtəsər Təcvid ” Kitab verdiyimiz kəslər onu layiqincə oxuyurlar. Onlar ona iman gətirənlərdir.” (əl-Bəqara ;121)
Səhabələr Quranı əzbərləyərək köküslərində və ya sətir-sətir xurma ağacından hazırlanmış lövhələrin, dərilərin, yüngül, enli, ağ daşların, qurudulmuş iri sümüklərdən olan lövhələrin və s. üzərinə həkk edərək mühafizə edirdilər.Onlar hər bir ayəni Rasulullahın ( Allahın salamı və xeyir-duası onun üzərinə olsun) göstərdiyi surəyə yazırdılar.
Hakimdən səhih sənədlə rəvayət olunur ki, Zeyd İbn Sabit belə deyib:
“كنّا عند رسول الله (صلى الله عليه وآله وسلم) نؤلّف ـ أي: نكتب ـ القرآن من الرقاع”
Biz Rasulullahın ( Allahın salamı və xeyir-duası onun üzərinə olsun) yanında tərtib edirdik- yəni dəridən lövhələrin üzərinə yazırdıq.(Mustədrak 611:2)
Yazmaq üçün içinə mürəkkəb doldurulmuş nazik qamışlardan düzəldilmiş qələmlərdən istifadə edirdilər.
- Əbu Bəkrin dövründə isə yuxarıda sadaladığımız vasitələrin üzərində yazılmış və səhabələrin əzbələyərək muhafizə etdiyi ayələr cəm edilərək vahid bir mushaf halında birləşdirildi.
Rasulullahın ( Allahın salamı və xeyir-duası onun üzərinə olsun) ölümündən sonra dindən dönənlər, zəkat verməkdən üz döndərənlər və yalançı peyğəmbərlər meydana çıxdı. Bu səbəblə “Yəmamə” döyüşü baş verdi və bu döyüşdə 70-dən çox qurra (Quranı ən düzgün şəkildə əzbər bilən) səhabə şəhid oldu. Bu səbəblə Ömərin ( Allah ondan razı olsun) təkidi, Zeyd bin Sabitin ( Allah ondan razı olsun) nəzarəti ilə Əbu Bəkr ( Allah ondan razı olsun) bütün səhifələri bir araya yığıb mühafizə olunması üçün möminlərin anası Hafsanın ( Allah ondan razı olsun) evinə göndərdi. Lövhələr iki şərtlə qəbul olunurdu:
- Lövhədəki ayənin Rasulullahın yanında yazılmasına dair iki səhabə şahidlik etməli idi
- Lövhədəki ayəni ən azı bir səhabə əzbər bilməli idi.
- Osmanın ( Allah ondan razı olsun) dövründə bütün ləhcələrdə olan Quranlar yandırıldı. Tək Qureyş ləhcəsində olan Quran saxlanıldı və 7 nüsxə tərtib olunaraq Məkkə, Basra, Kufə, Bəhreyn, Yəmən və Şama göndərildi. Bir nüsxə isə Mədinədə Hafsanın ( Allah ondan razı olsun) evində saxlanıldı.
İlk vaxtlar Qurani-Kərim 7 ləhcədə (əhrufda) oxunurdu. Lakin zamanla bu insanlar arasında fitnələrə, narazıçılıqlara və bir-birlərini təkfir etməyə səbəb olduğu üçün, Osman ( Allah ondan razı olsun) onların hamısının yandırılması, tək Qureyş ləhcəsində olanın saxlanılması üçün əmr verdi. Sonra isə Quran Rasulullahın bəyan etdiyi şəkildə surə-surə, ayə-ayə yığıldı və ona iki üz qabığı düzəldildi. Hazırda da heç bir dəyişikliyə uğramadan Xəlifə Osmanın ( Allah ondan razı olsun) dövründə tərtib olunan kimi gəlib çıxmışdır.
Ərəb qəbilələri bir sıra səbəblərə görə eyni dili açıq-aşkar fərqli ləhcələrdə istifadə edirdilər. Bu ləhcələrin ən gözəli, bəlağətlisi və ədəbi olanı Qureyş ləhcəsi idi. Digər qəbilələrin ləhcələri hər nə qədər özlüyündə bəlağətli olsa da, Qureyş ləhcəsinin üstünlüyü barəsində həmfikir idilər. Muhamməd peyğəmbər (Allahın salamı ona olsun) də Qureyşli idi. Qurani-Kərim məhz bu üstünlüklərə görə ilk olaraq Qureyş ləhcəsində nazil oldu. Lakin ərəblər qəbilələr arasındakı kəskin ləhcə fərqinə və insanların çoxunun yazıb-oxuma bilmədiyinə görə Quranı anlamaqda çətinlik çəkdilər. Buna görə də ilahi hikmətlə Quran yeddi ləhcədə nazil olmağa başladı. Buna aid bir sıra hədislər mövcuddur və Rasulullah (Allahın salamı ona olsun) bunu inkar edənin küfrünə hökm vermişdir.
Möminlərin əmiri Xəlifə Osman (Allah ondan razı olsun) Quranı tək bir ləhcədə saxlamaqla islama zid heç bir əməl etmiş sayılmırdı. Çünki bununla nə haram , nə də halal dəyişmirdi. Qurana nə əlavə bir şey artırılmırdı, nə də mövcud mənadan heç nə əskilmirdi. Həzrəti Osman bir neçə ləhcədə nazil olan Quranı bir ləhcədə saxlamaqla böyük bir fitnənin qarşısını almış oldu.
Sonra Quranin yeddi əhrufda nazil oluşunun səbəbi ilə çoxlu qiraətlər meydana gəldi. Hər nə qədər təsadüfən günümüzdə bu qiraətlərin sayı yeddi olsa da, zamanında yüzlərlə qiraət mövcud olub. Lakin səhihliyinə görə günümüzə bunlarda mütəvatir yolla yeddi qiraət gəlib çıxmışdır. Səhihlik üç şərtlə müəyyən olunurdu:
- Sənədinin səhihliyi
- Hansı ləhcədə olur olsun ərəb dilinə müvafiqliyi
- Osmanın Quranına müvafiqliyi
Səhabələrdən olan qurralar: Ubey bin Kab, Zeyd bin Sabit, Abdullah bin Məsud
Tabinlərdən olan qurralar: Səid bin Museyyib, Urvə, Səlim, Ata, İbn Amir, İbn Kəsir, Asim və s.
Bütün bu Quran alimləri qiraətlərin dövrümüzə mütəvatir yolla gəlib çıxmasına səbəb olublar.
“Yeddi qiraət yeddi əhrufdur” demək düzgün deyil. Çünki səhabələrdən bir çoxu Quranın bir ayəsinin bu ləhcə ilə, başqa ayəsini digər ləhcə ilə oxuyurdular. Buna görə də qiraətlər çox olub. Lakin onların heç biri bu yeddi ləhcədən kənara çıxmayıb.Yəni yeddi ləhcə yeddi qiraətə nisbətdə daha xüsusi bir məfhumdur.
Qeyd: “Əhruf” –harf sözünün cəmidir. “Harf” ərəbcə “tərəf” deməkdir. Əhruf və ya harf sözərindən məqsəd isə ərəblərin danışdığı dillər, ləhcələrdir. Quranın 7 əhrufda nazil olmasının dəlili Ömər bin Xattabın (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdir. Hədisdə belə buyurur:
“Hişam bin Hakimin Furqan surəsini oxuyurdu. Onun Rasulullahın (Allahın salamı ona olsun) mənə oxumadığı hərfləri dediyini eşitdim. Dedim: Bunu sənə kim oxudub? “Rasulullah (Allahın salamı ona olsun)”- dedi. Dedim: “Yalan deyirsən, Rasulullah (Allahın salamı ona olsun) səni belə oxutmayıb. Sonra əlindən yapışıb, onu Rasûlullahın (Allahın salamı ona olsun) yanına gətirdim və dedim ki:
– Ey Allahın elçisi! Sən mənə Furqan surəsini oxutmusan, lakin bu adam orada sənin mənə oxutmadığın hərflər oxuyur.
Rasulullah (Allahın salamı ona olsun )
– Oxu, ey Hişam!- buyurdu.
O da əvvəl oxuduğu kimi oxudu.
Rasulullah (Allahın salamı ona olsun )- buyurdu :
– Bu şəkildə nazil olunmuşdur .
Sonra mənə – Oxu, ey Ömər!-dedi.
Oxudum. O da: – Bu şəkildə nazil olunmuşdur .-dedi
Sonra isə belə buyurdu: Bu Quran yeddi hərfdə nazil olmuşdur. (Nəsai,Sunən ən-Nəsai; 996)
Təcvid (lüğəvi mənası, şərhi, hökmü , fəziləti, məqsədi)
Lüğəvi mənası: Yaxşılaşdırmaq , gözəlləşdirmək.
Şərhi: Hər bir hərfin haqqını və layiqini vermək.
Hərflərin haqları: Onları öz məxrəcindən çıxararaq , lazımi sifətlərinə müvafiq tələffüz etməkdir. Lazımi sifətlər dedikdə hərfdən ayrılmayan və əməl olunması mütləq olan sifətlər nəzərdə tutulur. Məsələn: şəddə, ğunnə və s.
Hərflərin layiqi: Qalın, incə və s. kimi arid sifətlərinə əməl edərək, gözəl bir şəkildə oxumaqdır.
Məxrəc: Hərflərin çıxış yeridir.
Sifət: Hərfin məxrəcindən tələffüzü zamanı meydana gələn keyfiyyətidir.
Hökmü: Təcvid elmini öyrənmək fərzul-kifayədir (yəni bir toplumdan bir-neçə nəfərin öyrənməsi kifayətdir, digərlərinə vacib olmur). Ona əməl etmək isə fərzul-ayndır (yəni hər bir müsəlmana vacibdir).Buna Kitabdan, Sünnədən və alimlərin icmasından dəlillər var:
وَرَتِّلِ الْقُرْآنَ تَرْتِيلا – Quranı da aramla oxu! (Muzzəmmil;4)
وقد جاء عن علي -كرم الله وجهه- في قوله تعالى: وَرَتِّلِ الْقُرْآنَ تَرْتِيلا أنه قال: “الترتيل “هو تجويد الحروف، ومعرفة الوقوف
Əlinin (Allah ondan razı olsun) Allahın bu ayəsi haqda belə dediyi varid olub: “O hərflərin təcvidi (doğru oxunuşu) və dayanma yerlərini bilməkdir”
ما رواه سعيد بن منصور من حديث موسى بن يزيد الكندي رضي الله عنة قال: كان ابن مسعود رضي الله عنه يقرئ رجلا. فقرأ الرجل: ” إنما الصدقات للفقراء و المساكين” مرسلة. فقال ابن مسعود: ما هكذا أقرأنيها رسول الله “، فـقال كيف وَالْمَسَاكِينِ >فمدّها أقرأكها يا أبا عبد الرّحمن؟ فقال: < لِلْفُقَرَاءِ
أخرجه الطبراني في «الكبير» (8677) وابن الجزري في النشر (1/ 313)
Səid ibn Mənsur Musa ibn Yəzid əl-Kindinin (Allah ondan razı olsun) hədisində belə dediyini rəvayət edir: “İbn Məsud (Allah ondan razı olsun) bir kişini oxudurdu.Kişi “Zəkatlar Allah tərəfindən bir fərz olaraq yalnız yoxsullara, kasıblara …. məxsusdur” ayətini oxudu, (ayətdəki əl-fuqara sözünü) uzatmadı. İbn Məsud dedi: Rasulullah məni belə oxutmayıb. Dedi: Səni necə oxudub ey Əbu Abdirrahmən?(İbn Məsud) ayəti uzadaraq oxudu.(Tabərani “Əl-Kəbir”, İbn əl-Cəzəri “Ən-Nəşr”.)
Fəziləti: Kitabların ən şərəflisi ilə əlaqədar olan ən şərəfli elmdir.
Məqsədi: Quran oxuyarkən dili xətalardan qorumaq. Xətalar iki cürdür: əl-Cəli, əl-Xafi.
Əl-Cəli- Sözlərdəki hərfləri və ya hərəkələri səhv deməklə mənanı dəyişmək:Məsələn:
أَنْعَمْتَ- sözündə sonda gələn “tə” hərfinin hərəkəsini damma kimi oxumaq. Hökmü: Alimlərin icmasına görə haramdır.
Əl-Xafi- sözün mənasına xələl gətirmədən edilən xətalar.Məsələn: təcvid xətları.
Hökmü: Ən üstün rəyə görə bu da haramdır.
İstiazəh: أعوذ بالله من الشيطان الرجيم
Bunu daha uzun və daha qısa da demək olar:
أعوذ بالله السميع العليم من الشيطان الرجيم
أعوذ بالله من الشيطان
Hökmü: Qiraətdən əvvəl sünnədir. Qurandan dəlil:
فَإِذَا قَرَأْتَ الْقُرْآنَ فَاسْتَعِذْ بِاللَّهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ
Quran oxuduqda qovulmuş şeytandan Allaha sığın! (ən-Nəhl; 98)
Bəsmələ: بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Hökmü: Surələrin əvvəlində vacibdir. Tövbə surəsi istisnadır.Quranda 114 dəfə işlənib. 113 surənin əvvəlində və ən-Nəml surəsinin 30-cu ayət.
Hərflərin məxrəcləri
“Hərf” sözünün lüğəvi mənası “tərəf”dir. Şərhi isə, hər hansı məxrəcə uyğun qəbul olunmuş səsdir.
Sükunlu hərfin tələffüzü zamanı üzvlər bir-birinə yaxınlaşır və bitişir, hərəkəli hərfin tələffüzündə isə üzvlər bir-birindən aralanır və uzaqlaşır.
Məxrəclərin sayı:
Hərflərin məxrəclərinin sayı barədə alimlərin 3 görüşü vardır:
1.Xəlil ibn Əhməd Əl-Fərahidinin (Nəhv alimi Sibaveyhin müəllimi) görüşüdür ki, onunla nəhv alimlərinin və qurraların çoxu həmfikirdir.Həmçinin İbnul-Cəzəri də bu görüşü dəstəkləyənlər arasındadır.
Onlara görə hərflərin 17 məxrəci vardır.Bu ən üstün rəydir. İbn əl-Cəzəri “Tuhfətul-Cəzəriyyə” mənzuməsində belə deyir:
مَنِ اخْتَبَرْ مَخَارِجُ الحُرُوفِ سَبْعَةَ عَشَرْ عَلَى الَّذِي يَخْتَارُهُ
Bu rəyi seçənin (Xəlil ibn Əhmədin) seçiminə əsasən hərflərin on yeddi məxrəci vardır
İbnul-Cəzəri öz “Əl-Cəzəriyyə” mənzuməsində hərflərin məxrəcinin tərtibini Sibaveyin rəyinə əsasən yazıb, lakin Xalil ibn-u Əmhədin qeyd etdiyi 17-ci məxrəcini , yəni ağız boşluğunu (əl-couf) buna əlavə edib.
2. İkinci rəydə olanlar Sibaveyh və İmam Əş-Şatıbidir. Onların fikrinə əsasən hərflərin 16 məxrəci vardır.
Sibaveyh öz müəlimindən fərqli olaraq məd hərflərinin xüsusi məxrəcdən çıxmadığı rəyində olub.Yəni məd hərflərinin əl-Couf -ağız boşluğundan deyil, məd hərfi əlif-in, həmzənin məxrəci olan boğazdan , məd hərfi yə-nin normal yə-nin məxrəci olan dildən , məd hərfi vav-ın isə normal vav-ın məxrəcindən , yəni dodaqlardan çıxdığını deyib.
3.Qutrub (Sibaveyhin tələbəsi) və onunla həmrəy olan bəzi başqa alimlərə görə hərflərin 14 məxrəci vardır.
Beləliklə 5 əsas məxrəc vardır (Şəkil 1.) :
1.Ağız boşluğu –Əl-couf-الجوف
4.Dodaqlar –Əş-şəfətəni -الشفتان
5.Burun boşluğu- Əl-Xayşum- الخيشوم
Hərflərin 17 məxrəcinin olduğunu dəstəkləyənlərə görə ağız boşluğunda 1 , boğazda 3, dildə 10, dodaqlarda 2, burun boşluğunda 1 xüsusi məxrəc vardır.
Hərflərin Məxrəcləri
1.Əl-Couf- Ağız boşluğu (1 xüsusi məxrəcdən ibarətdir, 3 məd hərfi və lin hərfləri çıxır)
1.Əl-couf (ağız boşluğu)- Ağız boşluğuna ağızın içində və boğazda olan boşluq aiddir (Şəkil 1). Bu məxrəcdən 3 mədd hərfi və lin hərfləri çıxır. Yəni, özündən əvvəlki hərfin hərəkəsi kəsra olan sukunlu yə (ي) , özündən əvvəlki hərfin hərəkəsi damma olan sukunlu vav ( و) , əlif ( ا ) isə həmişə sukunlu olur və özündən əvvəl gələn hərfin hərəkəsi həmişə fəthə olur.Bunlar məd hərfləridir. Lin hərfləri isə özündən əvvəlki hərfin hərəkəsi fəthə olan sükunlu vav ( و) və yə (ي)
Bu hərflər ağız boşluğundan (coufdan ) çıxdıqlarına görə “coufiyyə” , tələffüz zamanı hava ilə müşaiyət olunduqlarına və heç bir maneə ilə rastlaşmadıqlarına görə isə “havaiyyə” hərfləri adlanır.
Məd hərfi əlif-in tələffüzü zamanı dil sabit qalır, məd hərfi vav-ın tələffüzü zamanı dilin kökü yuxarı damağa doğru qalxır və dodaqlar önə uzanır, məd hərfi yənin tələffüzü zamanı dilin ortası yuxarı damağa doğru qalxır. Şəkil 2.
2. Əl-Halq- Boğaz (3 xüsusi məxrəci var, 6 hərf çıxır. Şəkil 3.)
2.Aşağı boğaz– Bu boğazın qida borusuna birləşən hissəsi sayılır, yəni ən aşağı hissəsi və burada səs vətərləri də yerləşir. Aşağı boğazdan iki hərf çıxır: həmzə ( ء ) və hə (ه ) . Bu iki hərfin məxrəci bir-birindən olduqca az fərqlənir. Həmzə ( ء ) , hə (ه ) hərfinə nisbətdə azca aşağıdan çıxır. Sükunlu həmzənin tələffüzü zamanı səs vətərləri tam bağlanır.Sükunlu hə hərfində isə nisbətən bağlanır. Hər ikisi hərəkəli olduqda isə açılır.Şəkil 4.
3. Orta boğaz– Qırtlaq sümyünün olduğu nahiyə, hulqum.Buradan eynicinsli iki hərf ayn ( ع) və ha (ح ) çıxır. Ayn( ع) hərfinin tələffüzü zamanı qırtlaq qapağı, ha ( ح ) hərfinə nisbətdə daha çox əyilir (Şəkil 5.).
4. Üst boğaz– Yəni ağıza ən yaxın olan hissə. Buradan ğayn ( غ ) və xa ( خ ) çıxır. Dilin kökü yuxarı damağa doğru meyillənir. Üst boğazdan çıxan buiki hərfin də bir-birinə yaxın məxrəcləri var, birincidən (nisbətən arxadan) ğayn ( غ ) ,sonrakından (nisbətən öndən) xa ( خ ) çıxır.
Şəkil 6.
3. Əl-Lisən (dil) – (10 xüsusi məxrəci var, 17 hərf çıxır)
5. Dilin kökü və üst (yumşaq) damaq– Yəni boğaza və üst damağa ən yaxın olan yeri. Bura qaf (ق ) hərfinin məxrəcidir. Tələffüz zamanı dilin kökü üst damağın yumşaq hissəsinə dəyir. Şəkil 7.
6. Aşağı dil və üst (sərt) damaq– Dilin kökünün aşağısına deyilir. Buradan kəf ( ك ) hərfi çıxır. Qaf hərfinin məxrəcinin bir az aşağısından çıxır.Tələffüz zamanı dilin kökü üst damağın sərt hissəsinə dəyir. Şəkil 8.
7.Dilin ortası və üst damaq- Buradan cim ( ج ) , şin ( ش) və mədd olmayan yə ( ي ) hərfi çıxır. Cim hərfinin tələffüzü zamanı dilin ortası üst damağın ortasına tam bitişir. Şin və yə hərflərində isə dilin ortası yuxarı damağa meyl edir lakin bitişmir. Şin hərfinin məxrəci yə hərfinə nisbətdə daha öndə yerləşir. Şəkil 9.
8. Dilin yanlarından birinin və ya hər ikisinin yuxarı azı dişlərə dəyməsi– Bu məxrəcdən dad ( ض) hərfi çıxır. Ərəb dilənə “dad dili” də deyilir. Çünki bu hərf heç bir dildə yoxdur və ərəb hərfləri arasında ən çətin hərfdir. Dad hərfinin tələffüzü zamanı məxrəc tamamilə bağlanır. Və ağıza dolan havanın təsiri ilə dil azca irəliyə itələnir. Lakin dil ön dişlərə toxunmur. Əks təqdirdə dad hərfi deyil, qalın dəl hərfi çıxar. Səs dilin ön hissəsindən deyil, yanlarından çıxır. Dad hərfini dilin sol yanından çıxarmaq ən rahatıdır. Sağ yanından çıxarmaq çətin, bir vaxtda hər iki yanından çıxarmaq isə ən narahat üsuldur. Şəkil 10, 11, 17.
9.Dilin kənarlarının dilin ucuna yaxın olan hissəsi ilə üst damaq– Yəni dad ( ض) hərfinin məxrəcindən bir az aşağı. Bu lam (ل) hərfinin məxrəcidir. Tələffüz zamanı dilin uc hissəsinin yan tərəflərindən biri ön hissədə yerləşən 8 dişin diş ətinə dəyir.Və dad ( ض) hərfindən fərqli olaraq, lam (ل) hərfini dilin sağ tərəfi ilə çıxartmaq daha rahatdır. Şəkil 12,13. Qalın ləm hərfinin tələffüzündə dilin ortası incə ləm-ə nisbətdə daha artıq çökür. Şəkil 15.
10. Dilin ucu və yuxarı ön kəsici dişlərin diş əti (üst damaq)– Ləm hərfinin məxrəcindən daha aşağı hissə. Bu nun (ن ) hərfinin məxrəcidir. Tələffüz zamanı dilin ucu yuxarı ön kəsici dişlərin ətinə dəyir və qayıdır.Tələffüz zamanı səs ağızla birgə burundan çıxır. Buna ğunnə deyilir. Şəkil 14.
11. Dilin ucunun alt hissəsi və yuxarı ön kəsici dişlərin diş əti – Ra ( ر) hərfi məxrəcidir. Bu nun hərfinin məxrəcinə oxşayır, lakin ondan fərqli olaraq yuxarı ön kəsici dişlərin ətinə dəydikdə titrəyir. Bu titrəyiş yalnız bir dəfə olmalıdır. Qalın ra hərfinin tələffüzündə dilin ortası incə raya nisbətdə daha artıq çökür. Şəkil 15,16.
Lam (ل) , nun (ن ) və ra ( ر) hərfləri dilin ucunun ən uc tərəfindən çıxdığına görə “əz-zələqiyyə” adlanır. “Zələq” dilin ucuna deyilir.
12.Dilin ucu ilə yuxarı ön kəsici dişlərin diş əti – Buradan ta ( ط ) , dəl ( د ) və tə ( ت ) çıxır. Hər üçündə dilin ön hissəsinin vəziyyəti eynidir. Lakin ta hərfində dilin kökü yuxarı qalxır, tə və dəl hərflərində isə qalxmır. Şəkil 17,18.
13. Dilin ucu və aşağı ön kəsici dişlərin aşağı tərəfi– Buradan sad ( ص) , sin ( س) , zəy ( ز) hərfləri çıxır. Sad hərfində səs yuxarı qalxaraq üst dişləri və üst damağı əhatə edir. Və tələffüz zamanı dodaqların heç bir rolu yoxdur. Zəy və sin hərflərinin tələffüzündə səs üst və alt ön kəsici dişlərin arasından çıxır. Zəy və sin hərflərin tələffüzü zamanı dilin kökü yuxarı qalxmır, lakin sad hərfində qalxır. Şəkil 19.
14. Dilin ucu ilə yuxarı ön kəsici dişlərin kəsici tərəfi– Bu za ( ظ ) , sə (ث) və zəl ( ذ) hərflərinin məxrəcidir. Bu hərflər lisənin (diş ətinin) yaxınlığından çıxdığı üçün
“əl-lisəviyyə” hərfləri adlanır. Bu hərfləri tələffüz edərkən dili içəri salmaq və ya ağızdan çölə çox çıxarmaq düzgün deyil. Za hərfinin tələffüzü zamanı dilin kökü qalxaraq yuxarı damağa meyl edir və boğaz daralır. Zəl və sə hərflərində isə sabit qalır. Şəkil 20.
4. Əş-şəfətən (dodaqlar) – (2 xüsusi məxrəci var, 4 hərf çıxır)
15.Alt dodağın iç tərəfi ilə yuxarı ön kəsici dişlərin kəsici tərəfi– Buradan fə (ف ) hərfi çıxır.Şəkil 21.
16. İki dodaq– İki dodağın bir-biri ilə birləşməsi bə ( ب ) və mim ( م ) hərflərinin məxrəcidir. Bə ( ب ) hərfinin tələffüzü zamanı dodaqlar bir-birinə mim ( م ) hərfində olduğundan daha şiddətlə dəyir. Və bu hərflərin tələffüzündə dil heç bir funksiya daşımır. Şəkil 23. Mim hərfinin tələffüzündə xayşum da iştirak edir. Yəni səs ağızla birgə burun boşluğundan çıxır. Şəkil 24. İki dodaq tam birləşmədikdə, yəni aralarında barmaq ucu qədər açıq yer qalarsa, bu mədd olmayan vav ( و) hərfinin məxrəci olur. Vav hərfini tələffüz edərkən dodaqlar irəli doğru uzanır və dilin kökü yuxarı damağa meyl edir. Məd olan vav-ın tələffüzündə dodaqlar önə uzansa da əsas məxrəc coufdur. Ağız boşluğu. Vav hərfində isə coufun rolu olsa da əsas rol oynayan dodaqlardır. Şəkil 22.
5. Əl-Xayşum (burun boşluğu) – (1 xüsusi məxrəci var, 1 hərf çıxır)
17. Burun boşluğu- Bu iki ğunnəli hərfin, nun ( ن ) və mim ( م ) hərflərinin məxrəcidir. Bu hərflər tələffüzü zamanı bütün hallarda ğunnə ilə müşayət olunur. Çünki bu onların məxrəcinin bir hissəsidir. Lakin nun ( ن ) və mim ( م ) hərflərinin ixfa və ğunnəli idğam hallarında əsl məxrəcləri tamamilə burun boşluğu ilə əvəz olunur. Müxtəlif hallada ğunnənin zaman müddəti fərqlidir. Şəkil 25.
Hərflərin sifətləri
Hər bir hərfin məxrəci ilə yanaşı sifəti də var.
Sifətin tərifi: Sifət hərfin tələffüzü zamanı ortaya çıxan keyfiyyətidir.
Sifətin növləri: Sifətlər iki qismə bölünür: Lazımı sifətlər və Arid sifətlər
Lazımı sifətlər hərfin təməlinə xas olan, dəyişilməyən sifətlərdir. Bu sifətlərə əməl etmək hərfin haqqıdır. Və tərk olunduğu təqdirdə hərf dəyişilir. Lazımı sifətlər aşağıdakılardır:
1.Həms 2.Cəhr 3.Şidddə 4.Raxavə 5.Beyniyyə 6.İsti`lə 7.İstifəl 8.İtbəq 9.İnfitəh 10.İzləq 11.İsmət 12.Qalqalə 13.Safir 14.Lin 15.İnhiraf 16.Təfəşşi 17.İstitalə 18.Təkrir 19.Ğunnə
Arid sifətlər isə hərfin təməlinə aid olmayan və tərk olunduğunda hərfi dəyiştirməyən sifətlərdir. Onlara əməl olunmaması səhv sayılır. Lakin hərfə xələl gətirmir. Arid sifətlər aşağıdakılardır:
- Təfxim 2.Tərqiq 3. İdğam 4. İxfa 5. İzhar 6. Qalb 7.Məd 8.Hərəkə 9. Səktə 10.Vəqf 11. Sükun
Qeyd: Hərflərin sifətləri istər sükunlu, istərsə də hərəkəli olduqda sabitdir. Lakin sükunlu olduqda daha aydın hiss olunur. Təkcə “qalqalə” sifəti hərf yalnız sükunlu olduqda ona xas olur.
Lazımı sifətlər özləri də iki qismə ayrılır : əksi olan sifətlər və əksi olmayan sifətlər.
Birincisi : Əksi olan sifətlər
Bir-birinin əksi olan beş cüt sifət vardır:
- Hava axınının cərəyanına görə əl-Həms və əl-Cəhr
- Səsin cərəyan etməsinə görə əş-Şiddə, əl-Raxavə, əl-Beyniyyə (ət-Təvassut)
- əl-İsti`lə və əl-İstifəl
- əl-İtəq və əl-İnfitəh
- əl-İzləq və əl-İsmət
- Həms lüğətdə “səsin gizlənməsi” anlamına gəlir. Səs gizlincə cərəyan etdiyinə görə belə adlanır. Təcviddə isə, hərfin tələffüzü zamanı nəfəsin, hava axınının fəallığıdır. Həms sifətinə malik olan hərflərdə məxrəclər zəif rol oynayır. Bunu həmin hərfləri tələffüz edərkən əlimizi boğazımıza vuraraq hiss edə bilərik. Belə ki, bu zaman boğaz vətərlərimizin passiv- hərəkətsiz və ya az hərəkətli olduğunu müşahidə edəcəyik. Həms hərflərinin sayı 10-dur, bu misrada cəm olunub:
فَحَثَّهُ شَخْصٍ سَكَتْ
- Cəhr lüğətdə “aşkar etmək” anlamına gəlir. Təcviddə isə, məxrəcin aydın, nəfəsin isə həbs olunmasıdır. Bu hərflərin məxrəcləri daha qüvvətlidir. Elə bu səbəb nəfəsin rahat çıxmasına çətinlik törədir. Onları tələffüz edərkən boğazda səs vətərləri aydın şəkildə silkələnir. Hərflərinin sayı 19-dur, bu misrada cəm olunub:
ظِلُّ قَوٍ رَبْضٌ إِذْ غَزَا جُنْدٌ مُطِيعٌ
- Şiddəh lüğətdə “şiddət”, “qüvvət” anlamına gəlir. Bu hərflər sükunlu olduqda (qalqaləsiz), məxrəc sanki bağlanır, hərf həbs olunur, səs gizlənir. (يُؤْمِنُونَ). Səkkiz hərf bu sifətə malikdir, aşağıdakı misrada cəm olunub :
( اَجِدْ قَطٍ بَكَتْ )
قطب جد,أ- şədid, məchur-Hərf həbs olunduqdan sonra çıxır.
ت,ك- şədid, məhmus-Hərf həbs olunduqdan sonra havası çıxır.
- Beyniyyə və ya Təvassut lüğətdə “ortalama” anlamına gəlir. Bu hərflər tələffüz zamanı tam həbs olunmadıqlarına görə səs az bir şəkildə cərəyan edir. Şiddə ilə raxavənin arasında bir yol tutur. 5 hərf bu sifətə malikdir, bu misrada cəm olunub: لِنْ عُمَرْ
- Raxavə lüğətdə “yumşaqlıq” anlamına gəlir. Bu hərflərin məxrəcləri zəif olduğu üçün tələffüz zamanı səsin qarşısı alınmır və rahat çıxır. 16 hərfi var:
ه و ي ا ث ح خ ذ ز س ش ص ض ظ غ ف
- İsti`lə lüğətdə “yüksəliş” anlamına gəlir. İsti`lə hərflərini tələffüz etdikdə səs ağızın yuxarısına yüksəlir. Və hamısı qalındır.7 hərfi var bu misrada cəm olunub:
( خُصَّ ضَغْطٍ قِظْ)
- İstifəl lüğətdə “alçalış” anlamına gəlir. İstifəl hərflərini tələffüz etdikdə səs ağızın yuxarısına deyil , aşağısına meyl edir. İstifəlin 22 hərfi var ki,onlar da bu misrada cəm olunub:
( أُنْشُرْ حَدِيثَ عِلْمِكَ سَوْفَ تَجْهَزُ بَدَا )
- İtbəq lüğətdə “dirənmə” anlamına gəlir. İtbəq hərflərində səs dil ilə yuxarı damaq arasında məhdudlaşır. Səs yuxarı damağa sıxılır. 4 hərfi var:
ط ص ض ظ
- İnfitəh lüğətdə “açılma” anlamına gəlir. İtbəqin əksinə olaraq səs dil ilə yuxarı damaq arasında məhdudlaşmır. İnfitəh hərfləri 4 itbəq hərflərindən qeyri 25 hərfdir.
- İzləq “Zələq” lüğətdə uc deməkdir. İzləq hərfləri dilin ucundan və ya dodaqların ucundan çıxdıqları üçün belə adlanır. Dilin və dodaqların ucundan çıxdığı üçün bu hərfləri tələffüz etmək olduqca rahatdır Hərfləri فَرَّ مِنْ لُبٍّ misrasında cəm olunub. Bunlardan
(ر ن ل) hərfləri dilin ucundan, (ف م ب) dodağın ucundan çıxır.
11.İsmət lüğətdə “maneə ” deməkdir. İsmət hərflərnin tələffüzü çətin olduğu üçün belə adlanır. Bu səbəblə kökü 4, 5 hərfdən ibarət olan ərəb sözlərində hərflərin hamınının ismət sifətli olması qadağandır. Belə bir hal ilə qarşılaşılarsa, deməli, həmin söz alınma sözdür. İsmət hərfləri 6 izləq hərflərindən başqa yerdə qalan hicəi hərfləridir.
Qeyd: İzləq və ismət sifətləri ərəb dilinin qrammatikası ilə əlaqədardır və təcvidə heç bir aidiyyatı yoxdur. Bu sifətlər hərfin tələffüzü zamanı heç bir dəyişikliyə səbəb olmur.Əlavə bir keyfiyyət sayılmır.
İkincisi : Əksi olmayan sifətlər
1.Safir
Mənası: Fit və ya quş səsi, cəh-cəh.
Hərfləri: ص س ز
Şərhi: Safir hərfin səsindəki şiddətdir. Bü üç hərf tələffüz olunarkən, dar yerdən çıxdıqları üçün digərlərindən fərqli, gur, iti səslə müşayiət olunurlar. Həmin bu iti səsi alimlər “safir” adlandırıb. Bu hərlərin tələffüzündə dodaqlar tərpənmir. Dodaqlar tərpəndikdə səsin istiqaməti dəyişdiyi üçün keyfiyyəti fərqlənir.
2. Qalqalə
Mənası: Hərəkət etmək , tərpənmək.
Şərhi: Hicəi hərflərini sükunlu tələffüz edərkən ağız hərfdən aslı olaraq hər hansı formada bağlanır, hərəkəli tələffüz zamanı isə bağlanmır. Qalqalə قُطْبُ جَدٍ hərfləri sükunlu halında tələffüz edərkən ağızdakı üzvləri hərəkə qoşmadan bir-birindən uzaqlaşdırmaqdır. Qeyri-ixtiyari hərəkə qoşulmaması üçün dodaqları uzatmamaq, ağızı açmamaq, ağızın aşağı hissəsini endirməmək lazımdır.
Hərfləri: Beş hərfi var, قُطْبُ جَدٍ
Qalqalə hərfin sükunlu halinda olur. Bu sükunun əsl və ya arid (dayanmaq səbəbi ilə əmələ gələn) olmasının fərqi yoxdur.
Qalqalənin iki mərtəbəsi var:
Qalqalə Kubra: Cümlənin sonunda gələrsə, məsələn:
لَا أُقْسِمُ بِهَٰذَا الْبَلَ دِ (Əl-Bələd;1) وَلَمْ يُولَ دْ (Əl-İxlas;3)
Qalqalə Suğra: Cümlənin və ya sözün ortasında gələrsə, məsələn:
وَلَمَّا يَ دْ خُلِ الْإِيمَانُ (Əl-Hucurat;49)
لَقَ دْ سَمِعَ اللَّهُ (Əli-İmran;181)
رَبَّنَا مَا خَلَ قْ تَ هَٰذَا بَاطِلًا (Əli-İmran;191)
Cümlənin sonunda gələndə daha şiddətli olur.
3. Lin
Mənası: “Yumşaqlıq” –dır.
Şərhi: Fəthəli hərfdən sonra sükunlu و və ي gələrsə, onlar rahat və yumşaq tələffüz olunurlar. Bu səbəblə də lin hərfləri adlanırlar.
Hərfləri: Fəthəli hərfdən sonra gələn, sükunlu و və ي
Məsələn: الْغَيْبِ, لَدَيْهِمْ, وَالتَّوْرَاةَ , الطَّيْرِ, إِلَىٰ يَوْمِ, فَوْقَ
4. İnhiraf
Mənası: Yönəlmək, meyl etmək , kənara çıxmaq.
Şərhi: Səsin öz axarından çıxıb, başqa səmtə yönəlməsidir.
Hərfləri: ل və ر
Lam hərfində inhirah daha çoxdur. Və səs dilin ucuna çatmadan yanlarına yönələrək xaric olur. Ra hərfində isə azdır. Səs dilin ucuna çatır , lakin orada iki tərəfli maneəyə rast gəlir və dilin ucunda çox kiçik məsafədən xaric olur.
5.Təkrir
Mənası: Təkrar etmək
Şərhi: Ra hərfinin tələffüzü zamanı məxrəcin darlığı səbəbi ilə dilin ucunun ehmalca titrəməsidir. Təkrirdə həddi aşmamaq şərtdir, çünki nəticə etibarı ilə 1-dən artıq ra hərfi meydana çıxa bilər.
Hərfləri: ر
6. Təfəşşi
Mənası: “Yayılmaq”
Şərhi: Şin hərfinin tələffüzü zamanı səsin yuxarı və aşağı dişlərə dəyəcək qədər yayılmasıdır.
Hərfləri: ش
7. İstitalə
Mənası: “Uzanmaq”
Şərhi: Dad hərfinin tələffüzü zamanı havanın dilin üstü və yuxarı damağın çuxurunda yığılması və təzyiqi ilə dilin ucunun yuxarı öz dişlərin kök tərəfinə doğru azca uzanmasıdır. Bu zaman ağızda yığılan hava nisbətən artır.
Hərfləri: ض
8. Ğunnəh
Mənası: Səsin burundan çıxması.
غنَّ الرَّجلُ –Kisi burnunda danışdı.
Şərhi: Hərəkəli, sükunlu, izhar, idğam və ixfa halında م və ن -un sifətidir.
Hərfləri: م və ن
Ğunnə zamanına görə 4 mərtəbəyə ayrılır:
- Əkməl : Nun və mimin şəddəli və kamil idğam halı. Məsələn:
فَلَ مَّ ا أَضَاءَتْ (Əl-Bəqara;17) ; أَوْ كَصَيِّ بٍ مِ نَ السَّمَاءِ (Əl-Bəqara;19)
إِ نَّ اللَّهَ لَا يَخْفَىٰ عَلَيْهِ شَيْءٌ (Əli-İmran;5) ;
مِنْهُ آيَا تٌ مُ حْكَمَا تٌ هُ نَّ أُ مُّ الْكِتَابِ (Əli-İmran;7)
- Kamil : İxfa halında olan nun və mim. Məsələn:
أَ نْتُ مْ لِأُ نْذِ رَكُمْ بِهِ
- Naqis: İzhar halında olan sükunlu nun və sükunlu mim. Məsələn:
اللَّهُ يَسْتَهْزِئُ بِهِ مْ وَ يَمُدُّهُ مْ فِ ي طُغْيَانِهِ مْ يَ عْمَهُونَ (Əl-Bəqara;15)
- Ənqas: Hərəkəli nun və hərəkəli mim. Məsələn:
وَيَأْ مُرُ و نَ بِ الْ مَعْ رُوفِ وَيَنْهَوْ نَ عَ نِ الْ مُنْ كَرِ (Əli-İmran;114)
Qeyd:
- Ğunnə yalnız mim və nun-a aiddir. Digər hərfləri ğunnəli oxumaq səhvdir.
- Ğunnəni 2 hərəkə miqdarından artıq uzatmaq səhvdir.
Təfxim və Tərqiq
Hicəi hərfləri qalın və incəliyinə görə 3 qismə ayrılır:
- Qalın hərflər (حروف مفخمه ) . 7 hərfi qalındır, خص ضغط قظ
- Bəzən incə, bəzən qalın olan mustəfil hərflər . Belə 3 hərf var: Əlif məd hərfi, Allah sözündəki ləm, ra
- İncə hərflər ; yerdə qalan 19 hərf.
Qalın hərflər
Mənası: Ət-təfxim lüğətən qalınlaşma, kobudlaşma deməkdir.
Şərhi: Tələffüz zamanı hərfin qalın olması və ağızın onun sədası ilə dolmasıdır.
Beş mərtəbəsi var:
| Nümunə | Qalın hərfin işlənmə forması | Mərtəbələr |
| لَبِالْمِرْ صَا دِ, قَـا ل ,ال ظَّا لِمُونَ, | Özü fəthəli, özündən sonrakı hərf əlif məd hərfi olarsa | Birinci |
| غَ يْرَ, وَ ضَ لّ, تَ قَطَّ عَ, خَ وَّلْنَاكُمْ | Özü fəthəli olarsa və özündən sonra əlif məd hərfi gəlməzsə | İkinci |
| تَ قُ ولُونَ , ظُ هُورِكُمْ | Dammalı | Üçüncü |
| أَ ظْ لَمُ , أَ خْ رِجُوا, | Sükunlu | Dördüncü |
| الْحَ قِّ , | Kəsralı | Beşinci |
Qeyd: Bu ( ق – غ – خ ) isti`lə hərfləri 3 halda , nisbətən qalın oxunurlar:
1. Kəsrəli olduqda ( قِتال – غِشاوه )
2. Əsl kəsrədən və arid kəsrədən sonra sükunlu olduqda ( افرِغ – اِخوانا )
3. Sükunlu yə hərfindən sonra gəldikdə (شيخ – زيغ)
Lakin bu haldan ( اخراج )və ondan əmələ gələn sözlər istisnadır.
( وقالت اخْرُجْ عليهن )
Incə hərflər
Mənası: Ət-tərqiq incələşmə, zərifləşmə anlamina gəlir.
Şərhi: Tələffüz zamanı hərfin incə olmağı və ağızın onun sədası ilə dolmamağı.
Tərifi: Boğazın daralmaması və səsin yuxarı damaq çuxuruna qalxmaması səbəbi ilə hərfin incələşməyi və ağızın hava ilə dolmamağı. İstifəl sifətinə malik olan hərflər incə yəni “muraqqaq” sayılır.
İstifəl hərfləri
İsti`lə hərfləri
Bəzən incə, bəzən qalın olan mustəfil hərflər
Əsli incə olan, istifəl sifətinə malik olan, lakin bəzi hallarda qalın oxunan 3 hərf var:
ا– Əlif məd hərfi
Əlif məd hərfindən əvvəl qalın hərf gələrsə, Əlif məd hərfi qalın, incə hərf gələrsə incə oxunur:
Qalın halına misal:
لِقَاءَ, وَاللَّهُ, الْأَبْصَارِ,اسْتَطَاعَ
İncə halına misal:
كَانَ, أَنَّمَا, بِآيَاتِ اللَّهِ, سَبِيلِ اللَّهِ
2. Ra hərfinin hökmləri
Ra hərfi 8 halda qalın, 4 halda incə, 2 halda isə hər iki cür oxunur.
Comments are closed, but trackbacks and pingbacks are open.