Azərbaycanda məktəbli formalarını niyə ancaq bir fabrik tikir? ARAŞDIRMA
Dünyanın ən məşhur kofesi necə hazırlanır?
İNDONEZİYA HAQQINDA BİLMƏDİKLƏRİMİZ. – Reportaj (FOTOLAR)
Cənub-Şərqi Asiyada ən böyük dövlət – həm də ən böyük adalar dövləti sayılan İndoneziya. Adlı-adsız, irili-xırdalı 17.804 adadan ibarət olan İndoneziyanın Azərbaycandakı səfirliyi ölkəsinin Turizm Nazirliyi ilə birgə bu günlərdə bir qrup azərbaycanlı jurnalistin İndoneziyaya səfərini təşkil edib. XV əsrin sonundan başlayaraq, bir sıra ölkələrin müstəmləkəsi olan İndoneziya, 1945-ci il avqustun 17-də müstəqillik əldə etdikdən sonra regionda öz yerini tutmağa başlayıb.
9 övliya – “Vali sonqo”-da biri azərbaycanlı olub!
Əhalisinin böyük əksəriyyəti (87,5 faiz) müsəlman olan ölkədə İslam dini sülh şəraitində qəbul olunub. İndoneziyada İslamın yayılmasında 9 övliyanın mühüm rolu olub. Rəvayətlərə görə, kəndbəkənd, şəhərbəşəhər gəzərək, İndoneziyanın hər tərəfinə İslamı məhz onlar yayıb. Hazırda bu övliyaların məzarları xalqın ziyarətgahına çevrilib. İndoneziyalılar öz dillərində bu 9 övliyaya “Vali sonqo” deyir. O da bildirilir ki, İndoneziyada İslam dini XVI əsrdə yaşayan, ora Səmərqənddən gələn üləma Malik İbrahimin sayəsində yayılıb. Tarixi mənbələrə və elə İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan Bəy Fənaninin dediyinə görə, Malik İbrahim Səmərqəndə Xəzər sahillərindən, məhz Azərbaycandan gəlib. O, Səmərqənddə İslam dini üzrə təhsil alıb və oradan İndoneziyaya gedib. Beləliklə, İslam ölkəsi, İslamı bu ölkəyə yayanlardan birinin azərbaycanlı olduğu İndoneziyaya azərbaycanlı jurnalistin gözü ilə nəzər saldıq.
İndoneziyaya Azərbaycandan birbaşa hava nəqliyyatı olmadığından Doha, oradan da 9 saata yaxın məsafə qət etməklə Cakartaya uçduq. Sukarno Hatta Beynəlxalq Hava Limanında İndoneziya Turizm Nazirliyinin bir qrup nümayəndəsi jurnalistləri yüksək qonaqpərvərliklə qarşıladı. İlk andan qonaqpərvərliyini göstərən indoneziyalılar bizi yeni mobil nömrə və internet paketi ilə təmin etdi. Qeyd edim ki, səfər proqramı çox sıx olduğundan Cakartanı elə də gəzib-dolaşmaq mümkün olmadı. Bələdçimizin dediyi kimi İndoneziyanı 3, 6, 10 gün gəzməklə bitməz. Bir müddət əvvəl Ərəb Əmirliyindən gələn jurnalist reportaj hazırlamaq üçün İndoneziyada 45 gün qalıb.
Nəzərə alaq ki, Cakartayla Bakı arasında saat fərqi 3, Bali ilə 4 saatdır və biz də səhər saat 7.00-da (Bakı vaxtı ilə 04.00 – L.S.) proqrama start verməliydik.
Çinlilərin və ərəblərin sevimli Ayer adası
İlk tanışlıq Cakartadan 10 km uzaqda yerləşən Ayer adasıyla oldu. Bu, Cakartanın şimalında yerləşən, ölkənin 17.804 adasından biridir. Sahəsi 6 hektar olan adaya Cakartadan katerlə 20-30 dəqiqəlik məsafədir. Ada 1987-ci ildən etibarən resort – turistik məkan olaraq istifadə olunur. Çin və ərəb turistlərin daha çox gəldiyi Ayerin 2000 turisti qəbul etmək imkanı var. 32 kotteci olan bu ada, həmçinin, Cakartaya gəlib Bali və ya digər adalara gedə bilməyən turistlər üçün münasib yerdir. Adada əjdaha nəslindən olan timsaha bənzər komodonun kiçik növü yaşayır. Bəzi yerlərdə isə uzunluğu 3 metr olan komodoya da rast gəlmək olur. Gündə 3 dəfə yemək, gecə qalmaq, xüsusi katerlə gəzib-getmək, sığortası da daxil olmaqla, bir nəfər üçün qiymət təxminən 80 dollardır. Axşamları dənizin sahilindən Cakartanın möhtəşəm gecə görüntülərini izləmək olur.
. Ölkənin pul vahidi rupidir. 1.376.000 rupi 100 ABŞ dolları edir. Valyuta dəyişmə məntəqələrində dollar köhnə olduğu halda, cüzi məbləğ çıxılır, yəni, məzənnədə göstərildiyi kimi pulu bütöv almamaq mümkündür. 10 ildir ki, hökumət ABŞ dollarını sabit kursda saxlaya bilib. Səbəbsə daxili istehlakın və istehsalın yüksək olmasıdır. Bu da xarici böhranın ölkəyə təsir etməsinə imkan vermir.
Cakartada turistlərin alış-veriş etdiyi, böyüklərin və kiçiklərin əyləndiyi, dincəldiyi məkanlardan biri də 11 mərtəbəli Grand İndonesia Malldır. Şəhərdə ən böyük ticarət və əyləncə mərkəzi sayılan məkanda hər şey tapmaq mümkündür. Qiymətlərə gəlincə, yerinə, məkanına görə dəyişir. Mərkəzdə həmçinin, qalareyalar, teatr və s. yerləşir.
120 min müsəlmanın ibadət yeri – İstiqlal Məscidi
Cənub-Şərqi Asiyada ən böyük məscidlərdən sayılan Cakartadakı İstiqlal məscidində eyni zamanda 120 min müsəlman namaz qıla bilər. Ölkə prezidentinin şəxsi istəyi ilə məscidin inşası xristian memara – Frederik Silabana həvalə olunub. İnşasına 1961-ci ildə başlanılan məscid 1978-ci ildə başa çatıb. İndoneziyanın müstəmləkəçilərdən qurtularaq dövlət müstəqilliyi qazanması münasibətilə məscidə İstiqlal adı verilib. Hazırda məsciddə pullu mədrəsə, uşaq bağçası fəaliyyət göstərir. Xüsusi fondların maliyyə yardımı ilə imkansız uşaqların bu mədrəsədə təhsil almaq imkanı var.
. İndoneziya ada ölkəsi olmaqla yanaşı, inkişaf etmiş ölkələr sırasındadır. Minlərlə savadlı müəllimi, professoru, alimi var ki, ölkə xaricində də çalışır. Hətta Malayziya yeni müstəqillik əldə edəndə İndoneziyadan müəllim-professorları ölkəsinə dəvət edib onların bilik və bacarığından yararlanıb. İndoneziyada təhsil yüksək səviyyədədir və o da univeristetlərinə görə dəyişir. Səhiyyə orta səviyyədə olmasına baxmayaraq, dövlətin tibbi sığortası yüksəkdir.
Otellərə daxil olan avtomobillər, bəzi otellərdə turistlər xüsusi cihazla yoxlanlır. Bir neçə il əvvəl Cakartadakı məşhur otellərdə baş verən terror aktlarından sonra ölkədəki bütün 4 və 5 ulduzlu otellərə giriş-çıxış ciddi nəzarət altındadır.
Yuxarıda qeyd etdiyimiz kimi, XV əsrin sonu – XVI əsrin əvvəllərində ölkə potruqaliyalılar, daha sonra hollandiyalılar tərəfindən işğal olunaraq 350 il müstəmləkə altında qalıb. Yadellilərə qarşı çıxanlar isə Cakartanın köhnə şəhər meydanında holladiyalılar tərəfindən edam olunurdu. 1942-ci ildə ölkədə azadlıq mübarizəsi başlayır və holandiyalılar ölkədən qovulur. Az keçmir, həmin ildə Yaponiya ölkəni işğal edir və bu işğal 3 il, 1945-ci ilə kimi davam edir. Yerli camaat deyir ki, bu üç il ərzində bəlkə də hollandiyalıların etmədiyi zülmü, törətmədikləri qətlləri yaponlar etdi. Yaşlı nəsildə yaponlara qarşı nifrət hələ də var. Orta və gənc nəsil isə onlara daha düşmən münasibət bəsləmir. Hazırda yapon şirkətləri ölkəyə yüksək məbləğdə sərmayə yatırıb, çoxlu sayda zavod və fabrik açıb. İndoneziya yerüstü və yeraltı sərvətlərlə zəngin ölkədir. Keçmiş prezident Hacı Məhəmməd Suxartonun 30 illik diktatorluğuna 1998-ci ildə son verildikdən sonra, ölkə inkişaf etməyə başlayıb.
Ölkə ekzotik meyvələrlə zəngindir. Məşhur durian meyvəsinin kəskin iyinə görə ölkədən çıxarılması, məsələn, hava limanına daxil edilməsi qadağandır. Bəzən durian xərçəng əleyhinə faydalı meyvə hesab edilsə də, indoneziyalılara görə, xərçəng əleyhinə ən faydalı meyvə sirsakdır. İndoneziya mətbəxində banan qabığından hər zaman istifadə olunur. Yeməklər və ya şirniyyatlar bu qabığa bükülərək bişirilir, servis olaraq təqdim olunur. Kokos qabağını isə demək olar ki, atmırlar. Ondan mebel, parket, qəlyan kömürü hazırlayırlar. Saçaqlarından avtomobillərin oturacağında xüsusi material kimi istifadə olunur.
Ölkə düyüsü ilə də daha çox tanınır. Üç rəngdə düyü istehsal olunur ki, ağ düyü yeməklərdə, qara düyü şirniyyatlarda, qırmızı düyü isə dieta üçün istifadə edilir.
Yavanın Parisi necə tanınır?
Bandunq – Qərbi Yavada yerləşən turizm və sənaye şəhəridir. Bəzən ona Yavanın Parisi də deyirlər. Çay, kofe plantasiyaları və vulkanlarla əhatə olunan Bandunq yağışlar şəhəri də adlanır. Günortadan sonra demək olar ki, hər gün qısa müddətli yağışlar yağır. Cakartadan bu şəhərə gəlməyin ən rahat yolu qatardı. Şəhərlərdəki tıxacları nəzərə alaraq, 4 saat 30 dəqiqə ərzində qatar vasitəsilə Bandunqa gəlmək ən ideal yol hesab edilir. Bu şəhər tekstil müəssisələri ilə fərqlənir. Avropanın ən məşhur brendləri (Pierre Cardin, Polo, Zara və s.) öz məhsullarını burada istehsal etdirir. Bandunq ərazisində Qarut Dəri Mərkəzi adlı sənaye şəhərciyi var. Amma İndoneziya sənayesinin 40 faizini özündə cəmləşdirən Sidoarjo şəhəridir.
İndoneizya qəhvə ilə yanaşı çayı ilə də məşhurdur. Bandunqda həm dövlətin, həm də kəndlilərin özünə məxsus çay plantasiyaları var. Baş çəkdiyimiz Dövlət Çay Təsərrüfatı Fabriki 4 min hektar çay plantasiyasına malikdir və günlük 50 ton yaşıl çay – xammal fabrikə daxil olur. Bir günə qurudulur və qurudulduqdan sonra bir günə 20 ton quru, hazır məhsul əldə olunur. Qurudulduqdan sonra keyfiyyətə nəzarət şöbəsində baxılır, tam yararlıdırsa qablaşdırılmaya göndərilir. Əsas alıcıları Rusiya, ərəb ölkələri, ABŞ, Avropa ölkələrindən Almaniyadır. Bu fabrikin böyük miqdarda çay alıcısı Səudiyyə Ərəbistanıdır. Fabrikdə 3 rəngdə – qara, qəhvəyi, qara-qırmızı rəngdə, 23 çeşiddə çay istehsal olunur. Ən ucuz və ən aşağı keyfiyyətli çayın kilosu 300 min rupidən (300 min rupi 22 ABŞ dolları edir- L.S.) başlayaraq 700 min rupiyə kimi yüksəlir.
Qedunq Sate – Kabab binası Bandunqun simvolu sayılır. Binanın üzərində 6 parça daş və 1 şiş var. Sanki şişə 6 tikə ət keçirilib. Hollandiyalılar üçün bunun mənası 6 milyon qızıl deməkdir. İndoneziyalılar deyir ki, binanın arxitekturası Avropa və İndoneziyanı ortaq dəyərlərdə birləşdirir. Binanın tikintisinin arxitektorları Avropadan, memarları Çindən dəvət edilib. Yerli indoneziyalılar isə fəhlə kimi məcburi şəkildə işlədilib. Bandunqa gəlib bu binanı görmədinsə, demək ki, Bandunqda olmamısan. Qedunq Sate hazırda qubernator binası kimi istifadə olunur.
İldə 6 milyon turist Baliyə niyə gəlir?
Bali – dünyaca məşhur olan, turistlərin daha çox gəldiyi ada. İl boyu havanın temperaturu dəyişməyən bu adada iki fərqli mövsüm – aprel-sentyabrda quru, oktyabr-mart aylarında rütubətli hava müşahidə edilir. Əsas yağıntı yanvar-fevral aylarında olur. Avtomobil yollarının ensiz olması tıxaclara səbəb olur. Bu da istənilən yerə getmək üçün çox vaxt alır. Amma bütün bunlara baxmayaraq, ev, motosiklet kirayə edib aylarla Balidə qalanlar olur. Hər ölkədə olduğu kimi, burada diqqətli olmaq tövsiyyə olunur. Bələdçimiz uber və s. kimi taksi xidmətlərindən məhdud sayda istifadə etməyi məsləhət görürdü. Çünki burada gəlmələr çoxdur, taksi sürücülərinin əksəriyyəti yerli insanlar deyil.
İndoneziyada minlərlə ada varkən, gəzməli-görməli yerlər olduğu halda turistlər niyə məhz Baliyə üstünlük verir? İldə 6 milyondan çox turist Baliyə gəlir. Çoxlu sayda 5 ulduzıu otellər, yüksək səviyyəli resort mərkəzləri var. Müsəlmanların azlıq təşkil etdiyi Bali, İndoneziyada induizmin məskəni sayılır. Bir çox məbədlər qorunub saxlanılıb. Şəhərin qədim arxitekturası müasir binalarla pozulmayıb. Onlarla pulsuz, təmiz çimərliklər, safari gəzintilər, meymunlar meşəsi (Monkey Forest), kofe plantasiyaları – fabriki, müzeylər, gümüş və qızıl sexləri, düyü terası, Tirta Empul (Mənası Balidə Müqəddəs Bahar –L.S.), Tanah lot və yüzlərlə məbədləri və s. mövcuddur. Məbədlərə gələn turistlər dua edər, suyunda çimər, şəkil çəkdirər, ətrafı dolaşıb gedər.
Meymunları görmək istəyənlər Monkey Forestə gəlsin
Bu meymunlar meşəsinə daxil olarkən təlimatlara riayət etmək vacibdir. Onların gözlərinə diqqətlə baxmaq, plastik çantayla gəlmək, plastik qabda su, konfet, digər qidalar gətirmək, ana meymunun yanında balaya toxunmaq olmaz. Bunlar, həyat üçün təhlükə hesab olunur. Bu sətirlərin müəllifinin xırda ehtiyatsızlığı üzündən meymunlardan biri arxadan üstünə tullanaraq yerə yıxıb. Yüngül xəsarət almaqla təhlükədən sovuşmaq mümkün olub…
Meymunların yemləndiyi saatlarda turistlərin banan və ya digər yeməklərlə birgə meşəyə girməsinə izn verilmir. Meşə nəzarətçisinə pul ödəməklə meymunu boynunda, qucağında, qolunda, başında oturdub şəkil çəkdirə bilərsən.
Dünyanın ən məşhur kofesi necə hazırlanır?
Luvak kofesi məşhur sfesifik üsulla emal olunmaqla dünyanın ən bahalı kofelərindən sayılır. Luvak – balaca heyvan (indoneziyalılar bu heyvana pişik deyir – L.S.) ancaq kofenin dənələri ilə qidalanır. Kofenin ən yaxşı, keyfiyyətli dənələrini seçir. Dənələr heyvanın bağırsağındakı xüsusi fermentlərin hesabına emal olunur.
Təbii yolla bədəni tərk edir, günəşdə qurudulur, diqqətlə yuyulur, sonra qovrulur. Balidə turistlər üçün nəzərdə tutulan kiçik kofe plantasiyası və emalı sexində, satış mərkəzində yuxarıda sadaladıqlarım turistlərə nümayiş olunur, çeşitli kofelərdən dadmaq imkanı yaradılır. Adı çəkilən məkanda iki cür – arabik və robusta kofe ağacları əkilib. Arabikanın ağacı kiçik, meyvəsinin çəkirdəyi böyük, robusta ağacı daha hündür, meyvələrinin çəkirdəyi daha kiçik olur. Arabikanın kofeini daha az, robustanınkı isə yüksəkdir. Yəni arabika daha xoş, yumşak, robusta daha sərt dada malikdir. Kofenin dadı onun yetişdiyi yerdən asılı olur. Bu məkanda dünyanın ən bahalı kofesi sayılan luvakın 100 qramı 35 dollardan başlayır.
Kecak dance
Balidə turistlərə təqdim olunan kecak rəqsi digər rəqslərdən fərqlənir. Qara magiyadan istifadə edən rəqqasə trans halına düşməklə, xüsusi ritual icra edərək odun üstündə oynayarkən ayaqları yanmır. Bu, turistləri daha çox heyrətləndirən və marağına səbəb olan rəqslərdən sayılır.
Çeluk kəndinin özəlliyi.
Bu kənddə batik parçalar hazırlanır. Əl ilə hazırlanan bu batiklər bahalı parçalar sayılır. Bəzən bir batik parçanın hazırlanıb bitmə prosesi 6 ay çəkir. Çelikdə qızıl-gümüş sexləri də fəaliyyət göstərir ki, bütün işlər əllə görülür. Batik sənətkarları və zərgərlərin böyük əksəriyyəti təhsilsizdir, yazıb-oxumaq bilmir. Sırf sənətlə məşğuldurlar.
Balidə hər kəsin evinin qabağında kiçik məbədi, ibadət yeri, kəndin də ümumi məbədi var. Qara məbəd daşları lavadan yonulub düzəldilir. Dünyasını dəyişən insanlar yandırılır. Əgər dəniz sahilinə yaxın yaşayırsa, cəsəd yandıqdan sonra sümüklərinin üstünə gül ləçəkləri tökülüb okeana, dağlıq ərazidə yaşayanların yandırılmış cəsədləri isə çaya, gölə atılır. Geriyə heç bir xatirə izi qalmır.
Yol kənarı evlərin ətrafı manqo, banan, kokos ağacları ilə əhatə olunub. Ağaclardan sallanan ekzotik meyvələri icazəsiz dərib dadmaq istəyən kənar şəxslər özlərini ancaq polis şöbəsində görə bilər.
Bali telorantlığın mərkəzi sayılır. İki kilsə – pravoslav və katolik, məscid, məbəd binaları yan-yanadır. Hər dinin nümayəndəsi gəlib orda ibadətini edə bilir.
Bali quru mövsümdə su problemi yaşayır. İndoneziya hökuməti Rusiya və Yaponiya ilə birgə dəniz suyunun şirin suya çevilməsi üçün saziş bağlayıb. Onu da vurğulayaq ki, Balidə süd zavodları məhdud saydadır və ağartı məhsullarının baha olması bir çox otel və restoranlarda pendir qıtlığı yaradır. Məsələn, 100 qram pendir marketlərdə 5 dollara satılır.
. Bu gün də İndoneziyada hələ də ibtidai icma quruluşunda yaşayan müəyyən qəbilələr var. Bunlardan biri Cakarta yaxınlığında yaşayan badui (Baduy) qəbiləsidir. Bunlar müasirləşməni qəbul edən xarici baduilər, müasirləşməni qəbul etməyən daxili baduilərə ayrılır. İndoneziya hökumətinin qədim yerli ənənələrini saxlayan qəbilələri müasir dövrə uyğunlaşdırmaq, cəmiyyətə adaptasiyası üçün xüsusi dövlət proqramı var və icra olunmaqdadır. Xatırladaq ki, İndoneziya müstəqillik əldə edən günə kimi, Balidə yaşayan insanlar yarıçılpaq gəzirdi.
İndoneziya haqda yazmaq bir yazıya sığmaz. Oranı görmək, gəzmək, insanların sevgisini hiss etmək üçün ölkənin tanınması və xarakterizə olunması üçün istifadə olunan loqosunda deyildiyi kimi, Wonderful İndonesia – Gözəl İndoneziyaya getməyə dəyər.
Laçın SƏMLA
P.S. Səfərin təşkilinə görə, İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fənaniyə, yüksək qonaqpərvərliyə görə, İndoneziya Turizm Nazirliyinə təşəkkür edirəm.
Azərbaycanda məktəbli formalarını niyə ancaq bir fabrik tikir? – ARAŞDIRMA
Azərbaycanda yeni tədris ilinin başlamasına sayılı günlər qalıb.
Hər il olduğu kimi, bu il də vahid məktəbli forması məsələsi gündəmi zəbt edib.
Bu formanın tikilməsi ilə məşğul olan “Bakı Tikiş Evi” ASC-nin qarşısında hər gün izdiham yaşanır. Səhmdar cəmiyyəti izdihamı azaltmaq, valideynlərin formaları rahat əldə etməsi üçün məhsullarının bir qisminin satışını supermarketlərdə həyata keçirsə də, forma ilə bağlı narazılıq var və bunu sosial şəbəkələrdən də hiss etmək mümkündür. Bəs Azərbaycanda məktəbli formalarını niyə ancaq bir fabrik tikir? Bu işlə digər tekstil müəssisələri niyə məşğul olmur?
“Report” bu məsələni araşdırmağa çalışıb.
“Nazirlik formanı haradan almaq məsələsinə qarışmır”
Azərbaycanda məktəbli formaları ilə bağlı problemdən təhsil naziri Emin Əmrullayev məlumatlıdır. Nazir bu gün jurnalistlərə açıqlamasında bildirib ki, rəhbərlik etdiyi qurum yalnız formaların nümunəvi qaydada olmasına nəzarət edir, onu haradan almaq məsələsinə qarışmır: “Təbii ki, burada məcburiyyət yoxdur, məktəb kollektivi və təhsil ocağının qərarı olmalıdır. Əgər məktəbli formaları ilə bağlı məcburiyyət halı olsa, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, eləcə də regional təhsil idarələrinə müraciət edilsin. Məsələyə baxıla və ölçü götürülə bilər”.
“İnhisarçılığa təcili son qoyulmalıdır”
İqtisadçı-ekspert Rəşad Həsənov isə deyir ki, “Bakı Tikiş Evi” bütün məktəbliləri vahid forma ilə təmin etmək üçün bir neçə ay öncədən işə başlamalı idi, amma bu, mümkün olmayıb:
“Çünki gözlənilmədən məktəbli formasının dizaynının dəyişdirilməsinə qərar verilib və fabrik istehsala bu günlərdə başlamalı olub. Buna görə də, təchizatda çətinliklərin yaranması təbiidir. Düşünürəm ki, bu məsələdə inhisarçılığa təcili son qoyulmalı, digər oyunçuların da bu bazara daxil olmasına şərait yaradılmalıdır. Söhbət 1 milyondan çox şagirdin forma ilə təchiz edilməsindən gedir və bir fabrik bunu qısa müddətdə edə bilməz. Məktəbli formalarının tililməsi ilə yalnız “Bakı Tikiş Fabriki”nin məşğul olması həm də bazara keyfiyyətsiz formaların çıxmasına şərait yaradır”.
“Məktəbli formalarının ehtiyatı yaradılmalıdır”
Onun sözlərinə görə, gələcəkdə digər məhsullar kimi məktəbli formalarının da ehtiyatı yaradılmalıdır ki, bazarda çatışmazlıq olmasın:
“Bunun üçün isə formaların tikilməsi hansısa formada təşviq edilməlidir. Bu sahəyə xüsusi güzəştlər də verilə, sahibkarlığın dəstəklənməsi ilə bağlı tədbirlər çərçivəsində ehtiyatlar yaradıla bilər. O cümlədən fabriklərin 5-6 ay əvvəlcədən təsdiq edilmiş standartlara uyğun məhsullar istehsal etməsi, avqust-sentyabr aylarında bazara təklif etməsi üçün dövlət dəstəyinə ehtiyac var”.
“Bakı Tikiş Evi” inhisarçı olmadığını deyir
“Bakı Tikiş Evi”nin satış üzrə müdiri Etibar Əzimov isə deyir ki, əksər valideynlər forma almaq üçün onlara üz tutur, amma bu, o demək deyil ki, fabrik bazarda inhisar yaradıb:
“Bu azad bazardır, istənilən şəxs məhsullarını bazara çıxara bilər. Məktəbli formalarının dizaynı ilə bağlı qərar gec qəbul olunduğu üçün yeni tədris ilinə iki ay qalmış istehsala başladıq. Hazırda bütün Bakı bizə müraciət edir. Biz də var gücümüzlə formaları tikməyə çalışırıq. Gün ərzində 1 000-1 500 uşaq üçün forma hazır edirik. Bizimlə heç kim müqavilə bağlamayıb, heç kim plan qoymayıb, heç kim sifariş verməyib. Biz öz təşəbbüsümüzlə tikirik. Parçanı başqa ölkədən böyük çətinliklərlə parçanı gətiririk. Bankdan kredit alırıq, tikib veririk. Biz adətən ordunun və polisin formalarını tikirik. Hazırda isə çalışırıq ki, uşaqların formalarını çatdıraq. Bəyan edilib ki, 1-4-cü siniflərin uşaqları formanı geyinməlidir. Bütün direktorlar da valideynləri göndərirlər ki, alsınlar”.
“Sifariş olanda biz də tikirik”
“Bakı Tekstil Fabriki” MMC-nin rəhbəri Səkinə Babeyeva isə deyir ki, onlar məktəbliləri forma ilə təchiz etməyə hazırdırlar, amma bunun üçün sifariş olmalıdır:
“Biz uzun illərdir ki, bu işlə məşğul oluruq, sifariş olanda biz də məktəbli forması tikirik. Valideynlər bizə müraciət edə bilər. Sadəcə onlar tələsir, həm də məktəbli formaları ilə bağlı ölkədə yalnız bir müəssisə ad çıxarıb, sanki bu fabrikə yönləndirmə həyata keçirilir. Halbuki, bazarda biz və bizdən başqa da istehsaçılar var”.
Şəhərsalmanın əsasları” fənnindən testlər
1 – müxtəlif şəhərsalma dəyərləri zonası; 2 – mövcud yaşayış tikintisi; 3 – faydalı qazıntı zonası; 4 — ərazinin yaşayış, sənaye və ya rekreasiya funksiyalarının yerləşdirilməsi üçün yaradıcılıq dərəcəsi; 5 – nəqliyyat kommunikasiyaları
30. Məskunlaşmanın hansı forması qonşu məskənlər arasında əmək, məişət və əhalinin istirahəti sahələrində möhkəm əlaqələrin formalaşması şəraitində yaranır?
31. Hansı planlaşdırılma strukturu məkanların mənimsənilməsində polyarlaşma və əlaqələrin bir qədər yığcamlığ ilə xarakterizə edilir?
D) kompakt (yığcam)
32. İnkişaf etmiş istehsalat, mədəni və rekreasiya əlaqələrinə malik yaşayış məntəqələrinin kompakt şəkildə bir yerə cəmlənməsi necə adlanır?
D) məskunlaşma sistemi
33. Şəhər ərazisinin neçə %-ni yaşayış zonası tutur?
34. Sanitar-qoruyucu zona nədir?
A) müalicə-profilaktiki müəssisələrin ərazisi
B) atmosferə ziyanlı tullantların mənbəyindən yaşayış zonasının sərhəddinə qədər məsafə
C) istirahət zonası ərazisi
D) sənaye müəssisələri ilə yaşayış evləri arasında məsafə
E) sənaye düyün sərhəddi ilə yaşayış ərazisi sərhəddi arasındakı ərazi
35. Hansı növ sənaye müəssisələrinin tikintisi zamanı sanitar-qoruyucu zonanın yaradılması vacibdir?
A) sellüloz emalı üzrə kombinat
B) parfum-kosmetika sənayesi müəssisələri
C) tekstil müəssisələri
D) televizor zavodu
E) konserva zavodu
36. Sanitar-qoruyucu zonada hansı obyektlərin yerləşdirilməsinə icazə verilir?
B) idarəetmə binaları
C) idman qurğuları
E) ümumi istifadə parkları
37. Xarici nəqliyyat şəhər ərazisinin neçə %-ni təşkil edir?
38. Kommunal-anbar zonasına şəhərin hansı əraziləri daxildir?
1 – şəhər ictimai bina sahələri; 2 – suhasarları ərazizi; 3 – təmizlik qurğuları; 4 – qəbiristanlıq;
5 – küçə və meydanlar; 6 – yaşayış tikintisi
39. Yaşayış zonasının ərazisinin neçə %-ni şəhər-ictimai bina və qurğuların sahələri tutur?
40. Şəhərin anbar zonası bir nəfərə hansı hesabla layihələndirilir?
41. Yerüstü və yeraltıməkanlardan istifadə edərək funksiyaların bölünməsilə formalaşan çoxsəviyyəli şəhər məkanları necə adlanır?
A) dərinlik onalaşması
B) üfuqi zonalaşma
C) funksional zonalaşma
D) şaquli zonalaşma
E) çoxsəviyyəli zonalaşma
42. Sadalananlardan hansı azmərtəbəli tikintinin üstün cəhəti sayılır;
1 – torpaqla əlaqə; 2 — ərazi istifadəsinin yüksək intensivliyi; 3 – mənzilin nisbətən aşağı dəyəri; 4 – fərdi memarlıq və planlaşdırılma; 5 – şəxsi dayanacaq yeri; 6 — əhalinin aşağı sıxlığı
43. yaşayış zonasının hansı müəssisələri epizodik istifadə müəssiləridir?
1 – teatrlar; 2 – ticarət mərkəzləri; 3 – məktəblər; 4 – mağazalar; 5 – şəhər inzibati orqanı; 6 – ippodrom
44. Funksional zonalaşma prinsipi şəhərdə baş verən bütün rəngarəng prosesləri bir ümumi sxemdə birləşdirir. Bu sxem hansıdır?
45. Şəhərin kompakt planlaşdırılma strukturunun çatışmamazlıqları hansılardır?
1 – mərkəzi rayonların ətraf mühitdən uzaqda olması; 2 – təbii landşaftın bölünüb ayrılması; 3 – periferiya (ətraf) rayonların mərkəzdən uzaq olması; 4 – şəhər mərkəzinin nəqliyyat yüklənməsi; 5 – mərkəzdən həddindən çox qeyri-bərabər uzaqlıq; 6 – ekoloji əlaqələrin kəsilməsi
46.Şəkildə nə təsvir olunub?
A) T.Qarnyenin sənaye şəhəri
B) E.Hovardın şəhər-bağ qrupu
47. Şəhər inkişafında mərkəzəcanatan tendensiyalar nə ilə müşayət olunur?
1 — ərazi böyüməsi ilə; 2 – şəhər sərhədlərinin genişlənməsi ilə; 3 – tikintinin səxlaşması ilə; 4 – tikinti üçün yeni ərazilərin mənimsənilməsi; 5 – tikintinin rekonstruksiyası; 6 – bütün məkan resurslarından istifadə
48. Şəkildə nə təsvir olunub?
A) şəhərin baş planı
B) şəhərin planlaşdırılma strukturunun karkası
C) şəhərin inkişaf planı
D) planlaşdırılma layihəsi
E) məskunlaşma sxemi
49. Şəhər inkişafında mərkəzdənqaçma tendensiyaları nə ilə müşahidə olunur?
1 — ərazi böyüməsi; 2 – şəhər sərhədlərinin genişlənməsi ilə; 3 – tikintinin sıxlığı ilə; 4 – tikinti üçün yeni ərazilərin mənimsənilməsi ilə; 5 – tikintinin rekonstruksiyası ilə; 6 – bütün məkan resurslarında istifadə olunmaqla
50. Verilən sxemlər şəhərin hansı planlaşdırılma strukturuna uyğun gəlir?
E) kompakt (yığcam)
51.Hansı zona daha çoxfunksiyalı müxtəlif funksiyaların yüksək konsentrasiyası, şəhərin ictimai həyatının fokusu olması, yüksək şəhərsalma dəyəri olan ərazilərin daha intensiv mənimsənilməsi ilə fərqlənir?
B) periferiya (ətraf)
52. Yaşayış zonasının əsas funksional prosesləri hansılardır?
A) xidmət, istirahət
B) məişət, əmək, istirahət
C) məişət, istirahət, xidmət
D) əmək, istirahət
53. Şəhərin kompakt planlaşdırılma strukturunun üstünlükləri nədir?
1 – planın yığcamlığı; 2 – nəqliyyat arteriyasının yaxınlığı; 3 – mərkəzə rahat çatma; 4 — ətraf mühitə mənfi təsirin ən az dərəcədə olması; 5 – dayanacaqlara qədər piyada hərəkətinə sərf olunan vaxtın az olması; 6 — ətraf mühitə nisbi yaxınlıq
54. Hansı planlaşdırılma strukturu əsas nəqliyyat magistralı boyunca yerləşir və ya spesifik təbii şərtlərlə (relyef şəraiti, hidroqrafiya) diktə olunur?
C) kompakt (yığcam)
E) hissələrə ayrılmış
55. Kiçik və orta şəhərlər üçün hansı ictimai mərkəz xarakterikdir?
B) kompakt (yığcam)
C) hissələrə ayrılmış
56. bu şəhər sxemi hansı planlaşdırılma strukturuna aiddir?
B) kompakt (yığcam)
E) hissələrə ayrılmış (parçalanmış)
57. Binaları, mühəndis qurğularını, yaşıllıqları daxil edən məkan kompozisiyasının harmonik birliyi necə adlanır?
A) yaşayış kompleksi
B) şəhərin ictimai mərkəzi
C) şəhərin baş meydanı
D) memarlıq-şəhərsalma ansamblı
E) şəhərsalma karkası
58. Plan kompozisiyası ciddi həndəsəyə tabe edilən, xiyabanları paralel yerləşdirilən, düzgün çoxbucaqlı görünüşündə ulduzvari olan, diaqonallarla bölünən fəal şəkildə ox simmetriyası tətbiq olunan parklar necə adlanır?
59. Yaşıllıq əraziləri sistemi müəyyən məsələlərin həllini nəzərdə tutur. Bunlar hansılardır?
1 — əhalinin idman və istirahətinin təşkili; 2 – piyada hərəkətinin təşkili; 3 – şəhər mühitinin sanitar-gigiyenikvəziyyətinin yaxşılaşdırılması; 4 — əhalinin ictimai xidmətinin təşkili; 5 – şəhərin məkan mühitinin estetik təkminləşdirilməsi; 6 – ictimai məkanların formalaşması
60. Plan kompozisiyası təbii mühitə uyğunlaşdırılan park necə adlanır?
61. Şəhər küçəsində və ya sahildə yerləşən, eni 18m-dən az olmayan və xeyli uzunluğu olan yaşıllıq əraziləri necə adlanır?
62. Ümumşəhər mərkəzi 1 sakinə neçə m2 hesablanır (idman qurğuları nəzərə alınmadan)?
63. Çox iri şəhərlər üçün ümumşəhər mərkəzinin hansı planlaşdırılma strukturu xarakterikdir?
D) hissələrə ayrılmış (parçalanmış)
64. Yaşayış rayonunda yaşıllıqların ümumi sahəsi ərazinin neçə %-ni təşkil edir?
A) 50%-dən az olmayan
B) 70%-dən az olmayan
C) 20%-dən az olmayan
D) 10%-dən az olmayan
E) 30%-dən az olmayan
65. Ümumi istifadə üçün yaşıllıq ərazisi necə adlanır?
66. Bu sxem hansı prosesə uyğun gəlir?
C) aldadıcı urbanizasiya
E) rəqsi miqrasiya
67. Hansı zonanın əsas funksiyaları əhalinin istirahətinin təşkili, ekoloji tarazlığın saxlanılması (məskunlaşma rayonu miqyasında), şəhərin təbii resurslarla təmin olunmasıdır?
A) xarici nəqliyyat
68. Bütün nəqliyyat kommunikasiyalarının və hərəkət vasitələrinin cəmi nədir?
A) şəhərin nəqliyyat karkası
B) şəhər nəqliyyat infrastrukturu
C) xarici nəqliyyat zonası
D) küçə-yol şəbəkəsi
E) piyada hərəkətinin sistemi
69. Şəkildə şəhərin küçə-yol şəbəkəsi təşkilinin hansı prinsipial sxemi göstərilib?
70. Şəkildə şəhərin küçə-yol şəbəkəsi təşkilinin hansı prinsipial sxemi göstərilib?
71. Şəhər mərkəzlərinin hansı planlaşdırılma strukturları olur?
A) halqavari, xətti
B) parçalanmış, halqavari, ziqzaq şəkilli
C) kompakt, sentrik, şəbəkəvari
D) parçalanmış, kompakt, halqavari
E) kompakt, xətti, çərçivə şəkilli
72. Urbanizasiya — bu .
A) Şəhər həyat tərzinin yayılması ilə müşayət olunan şəhərlərdə əhalinin məkan konsentrasiyası prosesi
B) əhalinin şəhərkənarından şəhərə və geri yerdəyişməsi
C) Çox məskunlaşmış şəhər mərkəzləri sıxlığının azaldılması prosesi və şəhərlilərin iri şəhərlərin şəhərkənarı zonalarına köçürülməsi prosesi
D) əhalinin həyat tərzi dəyişilmədən şəhərdə cəmlənməsi (konsentrasiyası)
E) əhalinin dekonsentrasiyası
73. Yuxarı səviyyədən başlayaraq şəhərsalma sistemləri ierarxiyasını düzgün ardıcıllıqla müəyyən edin
1 – məskunlaşmanın baş sxemi; 2 – rayon planlaşdırılmasının sxemləri və layihələri; 3 – baş plan; 4 – regional məskunlaşma sxemi; 5 – planlaşdırılmanın və tikintinin müfəssəl layihəsi.
74. İspan memarı Soria-i-Mata hansı yeni şəhər konsentrasiyasını təklif etmişdi?
A) sənaye şəhəri
75. İlk dəfə hansı şəhərdə şəhər-bağ ideyası reallaşdırılmışdır?
76. Hansı planlaşdırılma strukturu ərazinin nisbətən bərabər mənimsənilməsini əks etdirir, baş mərkəzlərin və oxların kombinasiyasını təqdim edir, sentrik və xətti strukturun sintezi əsasında yaranır?
A) çərçivə şəkilli
77. Ən yuxarıdan başlayaraq ərazi səviyyələrinin düzgün ardıcıllığını müəyyən edin
1– rayon; 2 – region; 3 – şəhər; 4 – qitə; 5 – ölkə; 6 – aqlomerasiya
78. Adı çəkilənlərdən hansılar antropogen resurslara aiddir?
1 – kadr potensialı; 2 – faydalı qazıntılar; 3 – su resursları; 4 – nəqliyyat infrastrukturu;
5 – sənaye tikinti bazası; 6 — əhali yaranışı səviyyəsi
79. Şəhərsalma sisteminin nüvəsi nədir?
A) şəhəri əhatə edən ərazi
B) hər-hansı əlamətin xətti konsentrasiyası
C) nöqtə və ya xətti xarakterli obyektlər qrupu
D) bütövlükdə sistem əlamətinin yüksək konsentrasiyası ilə ərazi sahəsi
E) kompozisiya mərkəzi
80. Şəkildə hansı planlaşdırılma strukturu göstərilib?
D) çərçivə şəkilli
81. “Ev – yaşayış üçün maşındır” şüarı kimə məxsusdur?
82. Məhəllələrin perimetr boyunca tikintisinin alternativi kimi yaşayış məkanlarının təşkili üçün memarlar tərəfindən çərgəli tikinti üsulu və daha sonra . üsulu təklif olunmuşdu.
A) şahmatvari tikinti
B) sərbəst planlaşdırlma prinsipi
C) radial tikinti
D) çoxmərtəbəli tikinti
Comments are closed, but trackbacks and pingbacks are open.