Telefondan nece qurtulmaq olar
– Sizi özünüzə gətirən üsullardan biri də Nişi sistemidir. Nişi kimdir?
Telefondan nece qurtulmaq olar
Vaxtilə, hamının əlbəəl axtardığı “Möcüzəsiz möcüzə” kitabı yəqin hamımızın yadındadır. Müəllifinin ölümcül xəstəlikdən qurtulan adi bir jurnalist olmasına baxmayaraq, şəfa aramaq istəyən insanlar bu kitabdan qopmaq bilmirdilər. Nə isə, çox intizarda saxlamayaq. Modern .az -ın budəfəki müsahibi həmin möcüzəni yaşayıb hazırda onu insanlara çatdırmaq istəyən yazıçı-publisist və sağlamlıq sistemi ilə müalicələr edən Ərşad Əzimzadədir. Böyük yapon alimi Katsudzo Nişinin sağlamlıq sisteminə söykənən Ə. Əzimzadə ilə bu istiqamətdə etdiyimiz söhbəti təqdim edirik:
– Xəstədən keçib təbib olma prosesi necə baş verdi?
– Həyatımda iki zolaq olub. Biri ağ zolaq, o biri isə qara zolaq. 1965-ci ildən 1995-ci ilə qədər ağır xəstə olmuşam. Yəni 30 il. 30 yaşım olanda çox ağır xəstələndim. Həkimlər də məni o qədər “yaxşı” müalicə etdilər ki, bir xəstəliyimin üstünə 7 xəstəlik də gəldi. 40 yaşımda I qrup əlil kimi təqaüdə çıxdım. Düzdü, pensiyada cəmi iki il oldum. Sonra özümdə güc tapıb yenidən işə qayıtdım. Amma 60 yaşa qədər xəstəliklə mübarizə apardım. Elə il olmazdı ki, ən azı 3-4 ay ya xəstəxanada, ya da evdə xəstə yatmayım. 1995-ci ildə artıq 8 xəstəliyim var idi. Sonuncu xəstəliyim də şəkərli diabet idi. Həmişə özümə yollar axtarırdım. Fikirləşirdim ki, ola bilməz ki, bunun bir çarəsi olmasın. Təsadüfən mənim əlimə bir kitab keçdi. Bir rus qadın jurnalisti var, Maya Qaqulan, onun özü iki dəfə xərçəng xəstəliyinə tutulub. Birinci dəfə xərçəng olan yeri əməliyyat ilə kəsib götürüblər. İkinci dəfə əməliyyat olanda isə ölüm ayağına düşür. Bədəni şişib bütün kapilyarları partlamışdı. Məhz onda özü-özünü Nişi sistemi ilə müalicə etməyə çalışdı və bu barədə kitab da yazdı. Kitab “Xəstəliklə vidalaşma” adlanır. Öz-özümə dedim ki, mən bunu çoxdan axtarırdım ki, keçdi əlimə. Kitabı oxuyanda oradakı məntiqi güc məni tutdu. Kitabı oxuya-oxuya yazılanları tətbiq etməyə başladım. Heç kitabı bitirməmiş hiss etdim ki, özümü yaxşı hiss etməyə başlayıram.
– Sizin də “Möcüzəsiz möcüzə” kitabınız yəqin ki , bu cür yarandı?
– Bu zaman üç suala cavab tapdım: insan niyə xəstələnir, niyə sağalmır, necə sağalmaq olar. Bu üç suala cavab tapandan, özüm üzərində tam sınaqdan keçirib yəqinlik hasil edəndən sonra qərara gəldim ki, mütləq bu sirri millətimə də çatdırmalıyam. Bu səbəbdən 1996-cı ildə “Möcüzəsiz möcüzə” kitabını yazdım. Elə o vaxtdan kitab piratları onu çoxaldıb satırlar.
– Möcüzəni özünüz yaşayandan sonra insanlara çatdırmaq istədiniz?
– Bəli. Mən başa düşdüm ki, Allah məni ölümdən qurtarıbsa, onun qarşısında borcum var. Bu borc ondan ibarətdir ki, möcüzəni mütləq xalqıma çatdırım. Bəzən Allah insana ona görə cəza verir ki, o pis vərdişlərdən əl çəksin. Özünə dəyən zərbələri başqalarına da anlatsın. Mənim də içimdə belə bir istək oldu.
– Ağır xəstəlikdən çıxıb özünü tapmaq nə dərəcədə çətin oldu?
– Çox çətin idi. Təsəvvür elə ki, 60 il kababdan yeyəsən, hərdən bir araq da içəsən, birdən-birə isə bunların hamısına yox deyəsən. Ətdən, çörəkdən, yağdan imtina edəsən. Burada nəfsdən də əlavə kənardan tənə də var idi. Elə öz redaksiyamızda ancaq tərəvəz yediyimə görə mənimlə zarafatlaşırdılar. Qohumlar da deyərdi ki, nə günə qalmısan?! 96 kiloqramdan 52 kiloqrama düşdüm. Hamı mənə vahimə ilə baxırdı. Daha bilmirdilər ki, mən hələ indi-indi özümə gəlirəm.
– Sizi özünüzə gətirən üsullardan biri də Nişi sistemidir. Nişi kimdir?
– Nişi özü-özünü ölümdən xilas etmiş bir yapon mühəndisi idi. Anadan olandan ağır xəstəliklə vuruşub. Özü-özünü qurtarmağa çalışıb. Bu yolda bütün mütərəqqi ölkələrin tibb kitablarını oxuyub. Deyilənə görə, Nişi 70 minə yaxın ədəbiyyat oxuyub. Qədim Çin, Hindistan, Orta Asiya, Misir, Almaniya, Qərbi Avropa eləcə də bir çox ölkələrdə yazılan tibb ədəbiyyatlarını mənimsəyib. 70 min kitabın içindən cəmi 362-sini seçib və özünün möhtəşəm sistemini yaradıb. İxtisasca mühəndis olsa da, düşüncə etibarilə İbn Sina təfəkküründə olan bir loğman idi. İbn Sinanı da mükəmməl mənimsəyib. Onun möhtəşəm sağlamlıq sistemi cəmi 6 qaydadan ibarətdir ki, o qaydalar həqiqətən möcüzə yarada bilir.
– Bir az o qaydalar haqqında danışaq.
– Cəmisi altı qaydadır. Onlardan ikisi yataqla bağlıdır. Yataq bərk və düz olmalıdır. Fəqərə sütunu düz qalsın deyə. İkincisi yastıq balaca və bərk olmalıdır. Özü də başın altına yox, boynun altına qoymaq lazımdır. Qalan dördü isə təmrinlərdi. Yəni, faydalı hərəkətlər. Mən onları öz kitabında vermişəm. Hərəkətlər də şəkillərlə göstərilib və izah edilib. Bu hərəkətlər insan orqanizmini oksigenlə qidalandıran, qan dövranını sürətləndirən hərəkətlərdir. Ümumiyyətlə, bu sistemin iki ali məqsədi var: birincisi, bədəndə sağlam qan yaradır, ikincisi həmin sağlam qanın bədəndə hərəkətinə şərait yaradır. İki ali məqsəd budur. Bunları təmin edən adam xəstəliklərdən kənar olur.
– Hər insan özü öz içində bir həkimi öldürür. Bu “həkim” ən çox hansı hallarda ölür ?
– Yaxşı dedin ki, hər insan özü öz içində bir həkimi öldürür. Hər insan özü öz həkimi olmalıdır. Başqasına canını əmanət etməkdənsə, özünə əmanət etmək yaxşıdır. Çünki sənin qədər heç kəs səni istəyə bilməz. Sizin də dediyiniz “həkim”in öldürməyin ən yaxşı yolu düzgün qidalanmamaqdır. Dünyada Natural Gigiyena Hərəkatının hazırladığı qidalanma prinsipləri var ki, onların hamısının əksinə hərəkət edirik. Onlardan ən vacibi budur ki, sağlamlıq mənbəyi olan qidanı öldürüb yeməməlidir. Yəni, onu bişirib, qaynadıb, duza, şəkərə qoyub yeməməlidir. Bir-biri ilə uzlaşmayan, yola getməyən qidaları qarışdırıb yeməməlidir. Bu iki prinsipi pozduğumuz üçün bir çox bəlalara mübtəla oluruq. Təsəvvür edin, hələ eradan əvvəl Hippokrat deyirdi ki, biz nə yeyiriksə, oyuq.
– İnsan öz daxilində “bakteriya bankı” yaradıb. Bu bankı necə “müflis etmək” olar?
– Bilirsən nə təhərdir? Bakteriyalar və mikroblar çürüntüləri xoşlayır. Təsəvvür et ki, bir həyət zibillə doludur. Ora qarışqa da gəlir, siçan da gəlir, it, pişik də gəlir. Sən o həyəti sil, süpür, təmizlə onların heç biri gəlməyəcək. Bakteriyalar da belədir. Əgər yoğun bağırsaq təmizdirsə, orada onların yaşama mühiti olmayacaq. Yəni, yem bazası olmadığından orada qalma ehtimalları da olmayacaq. Yoğun bağırsaqla zir-zibil, çürüntü, elmi dillə ona “şlak” deyilir olanda, onlar sürətlə artıq və hüceyrələri məhv edir. Hüceyrələr zəifləyir, amma mikroblar güclənir.
– 80 yaş. Sizi yormadıq ki?
– Mən yorulmuram ki! Hər gün 10 km qaçıram. Sonra da gəlib işləyirəm. İşləməkdənsə doymuram. 40 yaşımda bir məqalə yazanda deyirdim ki, bunu nə vaxt qurtaracam. Amma indi kitablar yazıram, yorulmuram. Sonuncu kitabımı da nəşriyyata verdim. “Bəşəriyyətin xoşbəxtlik düsturu” adlanır. Amma onu rusca yazmışam.
– Bəs yoqa üsulu ilə müalicəni necə dəyərləndirirsiniz ?
– Nişi yoqanı çox gözəl mənimsəyib. Amma oradan cəmi bir şey götürüb. O da özünü təlqinetmə. Yəni, özünü inandırma. İnsan özünü hər şeyə inandırmalıdır. İnandırmalıdır ki, hər şey yaxşıdır və bundan sonra da yaxşı olacaq. Təmrinlərində də yoqa elementləri var. Amma ifrata varmağa ehtiyac yoxdu.
– Hərəkətlərdən bir neçəsinin izahını verə bilərsiz? Sizin sağlamlıq sistemində hansı üsullar var?
– Bayaqkıların hamısı yoqadan alınan keyfiyyətlərdi. Elə mənim özüm də təkcə Nişi ilə kifayətlənmədim. Ondan sonra İbn Sina, Hippokrat, Amerika alimləri Pol Breqq, Şelton, Uoker, Vilhelm Benner kimi alimlərini oxudum. Hərəsindən bir şey götürüb öz sistemimi yaratdım.
– Özünüz də jurnalistsiz. Biz jurnalistlər yorulduğumuz zaman beyni necə sakitləşdirə bilərik?
– Ən yaxşı variant yorulan zaman 5-10 dəqiqə açıq havada gəzməkdir. Əgər belə bir imkan yoxdursa, onda Nişinin altıncı qaydasından bəzi fraqmentləri yerinə yetirsinlər. Boyun hərəkətləri etmək lazımdır. Əvvəlcə çiyinləri yuxarı qaldırıb onların üzərindən boyunu hərəkət etdirmək lazımdır. Sizə gözləri dincəltmək də vacibdir. Bunun üçün qaşdan başlayıb aşağıya doğru, yəni burunun bitdiyi yerə qədər 20 dəfə masaj etmək lazımdı. Daha sonra gözdən burun boyunca, burun divarını 20 dəfə yüngül ovxarlamaq lazımdır. Burun divarında 9 reflektiv nöqtə var ki, birbaşa beyinə təsir edir. Burun, qulaq, göz bir-birləri ilə çox bağlıdırlar. Sonra 20-30 dəfə qulağın arxasını yüngülcə masajlamaq lazımdır. Qulaqda 150 nöqtə var. Bu nöqtələri masaj etmək beyin və gözlərin fəaliyyətini artırır. Sonra qulağı sıxıb beynin qan dövranını artırmaq olar.
Daha sonra başqa bir dəyərli tövsiyə də var. Pəncərənin kənarında dayanıb aşağıya doğru əyilirik. Əlimizi boynun arxasına qoyub, arxadan önə hərəkət etdiririk. 20 dəfə bu hərəkət edilir. Bax gördünüz sifətim qızardı. (Bu hərəkətdən sonra həqiqətən də müsahibin üzü möhkəm qızarır) Çünki beyinə qan gedib gəldi. Beyinə ki qan getdi, deməli adam dincəldi. Elementar şeylərdi, amma möcüzəsi çoxdur.
– Bayaqdan sizinlə danışıram. Məndə hansı fiziki problemləri gördünüz ?
– Səndə bir az artıq çəki var. Bu o deməkdir ki, maddələr mübadiləsi düzgün getmir. Məsləhət görərdim ki, birinci növbədə çiy su içməyi öyrən. Onsuz insan sağlam ola bilməz. Suyu da çiy deyib, öldürüb içirik. Yəni qaynadırıq. Hava da çirkindir, günəşə də çox çıxarmağa qorxuruq. Odur ki 900 il yaşamalı insan 60-70 il yaşayır. Çiy sudan sonra qidaların düzgün qəbul etmə rejiminə əməl etmək lazımdır. Çiy su içəndən 15 dəqiqə sonra bir növ meyvə yemək. 30 dəqiqədən sonra tərəvəz salatı ilə yalnız bir növ yemək lazımdır. İki növ yedinsə, özünü məhv etdin. Çünki bir-birinə zidd olur. Biri turşu tələb edir, o biri qələvi. Orqanizm turşu və qələvini eyni vaxtda ifraz edə bilmir. O ya turşu, ya da qələvini ifraz etməlidir. İkisi eyni vaxtda olanda ifraz mümkün olmur və bədəndə çürüntü yaranır. Sağlam olmağın ən qısa yolu bu rejimdir.
Elmin Nuri
Foto: Rafiq Qəmbərov
Telefondan nece qurtulmaq olar
«Bəyən» düyməsinə bas və Leydi.az xəbərlərini Facebook səhifəndə oxu!
- Leydi.az
- Motivasiya
- Negativ düşüncələrdən necə qurtulmaq olar?
Negativ düşüncələrdən necə qurtulmaq olar?
Bədbəxtliyimizin ən böyük səbəblərindən biri də mənfi enerjili düşüncələrimizdir. Başımıza gələn bütün pis şeyləri qara düşüncələrlə özümüzə yaxınlaşdırırıq. “Belə olacağını bilirdim” deyərək eyni xəyatı milyonuncu dəfə edirik. Halbuki, düşüncə tərzimizi dəyişsək, nə qorxduğumuz başımıza gələcək, nə də pis nəticələrlə qarşılaşmaq kimi şansımız olacaq. Neqativ düşüncələrdən qurtulmağa çalışsanız da onlara ilişib qalaraq daha çox neqativ şeylər düşünməyə başlayırsınızsa, necə edəcəyini bilmirsiniz demək ki. Bunun üçün sizə bəzi tövsiyələrimiz var!
Yuxu rejiminizə diqqət edin!
Neqativ düşüncələrdən qurtulmaq üçün ilk edəcəyiniz şey həmişə qaydasında olan yuxu rejimi yaratmaqdır! Çünki yuxu periodumuzun qaydasında olması sizi mənfi düşüncələrin əsiri olmaqdan qurtaracaqdır. Bunun üçün hər gün eyni vaxtlarda yatıb durmalı və gün ərzində 6-8 saat yatmalısınız.
Neqativ düşüncələrinizi yazın!
Zehninizi qarışdıran və içinizi yeyən neqativ düşüncələrdən qurtulmaq istəyirsinizsə, onları bir kağız və qələm yardımı ilə vərəqə yazın. Ağlınızda keçən bütün neqativ düşüncələrə icazə versəniz, onlarla savaşa bilməzsiniz. Yazmaq üzərinizdəki yükün yüngülləşməsinə səbəb olacaqdır. Məsələn, sevgilinizə, yaxın dostunuza zəng edirsiniz, amma cavab vermir və siz başına bir şey gəlmiş olduğundan narahatsınızsa, o zaman ağlınızdan keçənləri yazın. “Başına bir şey gələ bilər” düşüncəsi ilə başına gələ biləcək şeyləri məntiqli şəkildə tapın. “Bəlkə telefonunu yanında götürməyi unudub” tipli cavablar yaza bilərsiniz. Hadisələrə bu şəkildə pozitiv baxmağı öyrənə bilərsiniz.
Neqativ düşüncələrə fokuslanmaq əvəzinə həqiqi həyata fokuslanmağa çalışın!
Pis düşüncələrdən qurtulmaq istəyirsinizsə, onları vecinizə almamalısınız. Onların sizi məşğul edib yormasının qarşısını almalısınız. Məsələn bütün il boyu hazırlaşdığınız imtahanı keçə bilməyəcəyinizi düşünmək əvəzinə daha pozitiv düşünüb, bütün il boyu imtahana hazırlaşa bilərsiniz. Həmin an əlinizdəki imkanlara foksulansanız, həyatınız daha yaxşı olacaqdır.
Hadisələrə yaxşı tərəfindən baxın!
Daima neqativ şeylər düşünmək özünüzdən başqa heç kimə nə zərər verəcək, nə də faydalı olacaq. İnsan istəsə hər bir şeydə neqativ şey tapa bilər. Eyni ilə hər şeydə pozitiv bir şey tapa biləcəyimiz kimi. Bunun üçün də neqativləri düşünmək yerinə pozitivəri görüb, düşünməyə çalışın.
Neqativ düşüncələr üçün vaxt ayırın!
Bəli, gün boyunca ağlınıza gələn neqativ düşüncələrə “indi bunun yeri deyil” deyərək beyninizə siqnallar ötürmüş olacaqsınız. Neqativ şeylər düşünmək üçün gündə 15-20 dəqiqənizi ayıra bilərsiniz. Bunun üçün sizə ən uyğun vaxtlar günorta saatlarıdır. Müəyyən müddət keçdikdən sonra özünüzə daha çox hakim olduğunuzu görəcəksiniz və artıq neqativ düşüncələr üçün vaxt ayırmağınıza da gərək qalmayacaq.
Ətrafınızda pozitiv düşünən insanlara yer verin!
Tez-tez neqativ düşüncələrin hücumuna məruz qalırsınız və özünüzü bu düşüncələrin içində çırpınarkən tapırsınızsa, o zaman ətrafınızdakı insanları gözdən keçirməlisiniz. Ətrafınızda davamlı melanxolik, bitmək bilməyən dərdləri ilə sizi yeyib bitirən, dünyanın bütün yükünü çiyinlərində daşıyırmış kimi görünən insanlar varsa, “başıma gəlməyən qalmadı” kimi cümlələrə danışmağa başlayan və bütün həyat enerjinizi alan dostlara sahibsiniz? Atalarımız yaxşı deyib “ üzüm üzümə axaraq qaralar” yəni neqativ düşüncələr də insandan insana keçir. Həyatınızdakı neqativ düşünən insanlardan qurtulmalısınız.
Zamanınızın qiymətini bilin!
Həyatınızın nə qədər qısa olduğunu və axın gedən bir dəqiqənizi belə geri qazana bilməyəcəyinizin fərqinə varın. Ömrünüzü mənfi düşüncələrlə keçirməkdənsə, sahib olduqlarınızın dəyərini bilərək hər anınızın həzzini yaşayın. Ən dəyərli şeyinizi – vaxtınızı sizi üzməkdən başqa heç bir işə yaramayan düşüncələrlə məhv etməyin! Neqativ düşüncələrin problemlərinizə həll olmayacağını unutmayın! Məntiqli şəkildə “bu düşüncələr mənim nə işimə yarayacaq?” tipli suallar verin özünüzə və həmin an düşüncələrinizi dəyişdirin.
ÖZÜNÜZÜ SEVİN!
Bəli, tam olaraq bunu deyirəm! Özünüzü həqiqətən sevsəniz, oturduğunuz budağı kəsmək kimi bir səhv etməzsiniz! Neqativ düşüncələrin sizə zərərdən başqa heç bir şey vermədiyini anlayar və bunun öhdəsindən gəlmək üçün hər yolu sınayarsınız. Əgər ətrafınıza baxsanız, sadəcə özünü sevməyən insanların həyatlarının neqativ düşüncələrlə dolu olduğunu, həmin düşüncələrin əsiri olduqlarını görəcəksiniz. Buna görə də Siz özünüzü sevməlisiniz ki, onlar kimi olmayasınız. Unutmayın ki, həyatda özünüzdən və vaxtınızdan daya dəyərli heç nə yoxdur. Ona görə ətrafdakı gərəksiz insanlara və hadisələrə vaxt ayırmaqdansa, özünüzə vaxt ayırın və sizə zərər verən düşüncələrdən uzaq durmağa çalışın. Sizə aid olan hər şeyi sevin, insanların xətalarını bağışlayın, kin tutmayın və bütün neqativ şeyləri həyatınızdan çıxarmağa başlayın! Elə indi!
Comments are closed, but trackbacks and pingbacks are open.