Bir mobil telefon nömrəsi neçə WeChat hesabı qeydə alına, aktivləşdirilə, bağlana və daxil ola bilər
Nəqliyyat vasitələrinin hərəkət sürəti artdıqca onlar arasındakı interval artırılmalıdır.
Maddə 49. Nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşməsi
Maddə 49. I. Normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində 5.1 və ya 5.3 nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır.
Bu maddədəki qaydaları öyrənmək üçün ilk növbədə yol, hərəkət hissəsi və hərəkət zolağı anlayışlarını bilmək lazımdır.
Yol müxtəlif növ nəqliyyat vasitələrinin – avtomobillərin, motosikletlərin, velosipedlərin, traktorların, at arabalarının və s. nəqliyyatların hərəkət üçün istifadə etdiyi :
– asfalt, fərş, çınqıl və s. örtüklə təchiz edilmiş yerin
– hərəkət üçün uyğunlaşdırılmış torpaq zolağının
– körpülərin, estakadaların, dəmiryol keçidlərinin və s. mühəndis-texniki qurğuların səthidir.
Yaşayış məntəqələrindən kənarda nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə olunan, yol çiyinlərinin xarici sərhədləri arasındakı asfalt örtüklə təchiz edilmiş şəkildəki bu yer səthi yol adlanır. Bu yol əks istiqamətli hərəkət zolaqlarına bölünmüş bir hərəkət hissəsindən və iki yol çiynindən ibarətdir.
Şəkildə göstərilən yaşayış məntəqəsindəki asfalt örtüklə təchiz edilmiş, ortada tramvay xətti olmaqla nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə olunan, səkilərin xarici sərhədləri arasındakı bu yer səthi də yol adlanır. Bu yol əks istiqamətli iki hərəkət zolağına bölünmüş bir hərəkət hissəsindən, tramvay xəttindən və səkilərdən ibarətdir.
Şəkildə göstərilən müxtəlif növ nəqliyyat vasitələrinin istifadə etdiyi hərəkət üçün uyğunlaşdırılmış torpaq zolağının olduğu bu yer səthi də yol adlanır.
Müxtəlif növ nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulan, asfalt örtüklə təchiz edilmiş şəkildəki körpülərin səthi də yol adlanır.
Yolda bir və ya bir neçə hərəkət hissəsi, səki, tramvay xətləri, yol çiyni və ayırıcı zolaq ola bilər.
Yolun hərəkət hissəsi — yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir. Yolun ayırıcı zolaq vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hərəkət hissəsi ola bilər.
Yol çiyni, ayırıcı zolaq, səki və yer səthindən hündürlükdə yerləşən tramvay xətləri hərəkət hissəsinin sərhədləri ola bilər.
Nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən, soldakı şəkildə olan yaşayış məntəqəsindən kənardakı yolda yol çiyinlərinin daxili sərhədləri arasındakı yol hissəsi, sağdakı şəkildə isə yaşayış məntəqəsindəki səkilərin daxili sərhədləri arasındakı yol hissəsi hərəkət hissəsi adlanır.
Yolun səki, ayırıcı zolaq, yol çiyni və digər elementləri olmadıqda məs: şəkillərdəki kimi torpaq yollarda, qış vaxtı qarlı yollarda salınaraq tapdanmış hərəkət zolağının kənarı hərəkət hissəsinin sərhədi hesab edilir.
Yolun ayırıcı zolaq vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir, iki və ya bir neçə hərəkət hissəsi ola bilər.
Yoldakı əks istiqamətli və ya eyni istiqamətli hərəkət hissələrinin birindən digərinə keçmək mümkün olduqda belə yol bir hərəkət hissəli, hərəkət hissələrinin birindən digərinə keçmək mümkün olmadıqda isə yol iki və daha çox hissəli hesab edilir.
Soldakı şəkildə ortada qırıq-qırıq xətt olduğundan, sağdakı şəkildə isə ortada qoşa bütöv xətt olsada lazım gəldikdə əks istiqamətli hərəkət hissələrinin birindən digərinə keçmək imkanı olduğundan yaşayış məntəqəsindən kənardakı hər iki yol bir hərəkət hissəli hesab edilir.
Soldakı şəkildə ortada hərəkət hissəsi ilə eyni səviyyədə olan tramvay xətti, sağdakı şəkildə isə ortada qoşa bütöv xətt olsada lazım gəldikdə əks istiqamətl hərəkət hissələrinin birindən digərinə keçmək mümkün olduğundan yaşayış məntəqəsindəki bu yolların hər ikisi də bir hərəkət hissəli hesab edilir.
Yaşayış məntəqəsindən kənardakı soldakı şəkildə olan yolda ortada ayırıcı zolaq olduğundan, sağdakı şəkildə olan yolda isə ortadakı sədd səbəbli hərəkət hissələrinin birindən digərinə keçmək mümkün olmadığından yaşayış məntəqəsindən kənardakı bu yollar iki hərəkət hissəli hesab edilir. Bu hərəkət hissəsinin birinin sərhədi yol çiynindən ayırıcı zolağa və ya səddə qədər, digərinin sərhədi isə ayırıcı zolaqdan və ya səddən yol çiyninə qədərdir.
Şəkildəki yaşayış məntəqəsindən kənardakı bu yolun ayırıcı zolaqlarla ayrılmış üç hərəkət hissəsinin olduğu göstərilib.
Şəkildə göstərilən yaşayış məntəqəsindəki bu yolda əks istiqamətli iki hərəkət hissəsi biri digərindən ayırıcı zolaqla ayrıldığından və birindən digərinə keçid mümkün olmadığından yol iki hərəkət hissəli hesab edilir. Sağdakı hərəkət hissəsinin sərhədi səkinin daxili sərhədindən ayırıcı zolağa qədər, soldakı hərəkət hissəsinin sərhədi isə ayırıcı zolaqdan soldakı səkinin daxili sərhədinə qədərdir.
Əgər yolun ortasındakı tramvay xətləri hərəkət hissəsindən hündürdə yerləşərsə, onlar həm də ayırıcı zolaq funksiyasını yerinə yetirir. Bu zaman hərəkət hissələrini birini digərindən ayıran tramvay xətlərinin üzərinə çıxıb digər hərəkət hissəsinə keçmək mümkün olmadığından belə yol iki hərəkət hissəli hesab edilir.
Şəkillərdəki tramvay xətləri hərəkət hissəsindən hündürdə yerləşdiyindən bu yollar iki hərəkət hissəli hesab edilir:
– sağda olan səkidən tramvay xətlərinə qədər olan hərəkət hissəsi
– tramvay xətlərindən soldakı səkiyə qədər olan əks istiqamətli hərəkət hissəsi
Hərəkət zolağı — yolun hərəkət hissəsinin uzununa nişanlama xətləri vasitəsilə bölünmüş və ya bölünməmiş, eni ikitəkərli nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin bir sırada hərəkəti üçün kifayət edən hər hansı uzununa zolağıdır.
Hərəkət zolaqlarının sayı və onların sərhədləri aşağıdakı qaydada müəyyən edilir:
1) uzununa nişanlma xətləri ilə
Bu şəkildəki yolda hər iki istiqamətə beş zolaq var. Zolaqlar sağdan sola doğru sayılr. Məsələn: avtobuslar hərəkət edən zolaq 1-ci, sonrakılar 2-ci, 3-cü, 4-cü və 5-ci. Və yaxud avtobus hərəkət edən zolaq sağ zolaq, 2-ci, 3-cü, 4-cü zolaq orta zolaq, 5-ci zolaq isə sol zolaq hesab edilir. Əks istiqamətdə də zolaqlar eyni qayda ilə adlanır. Nəqliyyat vasitələri hərəkət vaxtı eyni istiqamətdə olan hərəkət hissəsində sürətlərinə görə sağ zolaqdan sola doğru yerləşirlər.
2) 5.8.1 “ Zolaqlarda hərəkət istiqamətləri” , 5.8.2 “Zolaqda hərəkət istiqamətləri”, 5.8.7 və 5.8.8 “Zolaqlarda hərəkət istiqaməti” nişanları ilə
Soldakı şəkildəki yolda “Zolaqlarda hərəkət istiqamətləri” nişanına əsasən göstərilən istiqamətdə iki zolaq, sağdakı şəkildəki yolda isə “Zolaqlarda hərəkət istiqaməti” nişanina əsasən isə göstərilən istiqamətdə iki, əks istiqamətdə isə bir zolaq olduğu göstərilib.
3) bu nişanlar və uzununa nişanlama xətləri olmadıqda və ya uzununa nişanlama xətləri şəkildəki kimi buz, qar, güclü yağış və s. səbəbli görünmədikdə h ərəkət hissəsinin eni, nəqliyyat vasitələrinin eni (ikitəkərli nəqliyyat vasitələrindən başqa) və nəqliyyat vasitələri arasındakı təhlükəsiz interval nəzərə alınmaqla sürücülər tərəfindən təyin edilməklə.
Bu şəkillərdəki yolda qar yağması səbəbli uzununa nişanlama xətləri görünmədiyindən hərəkət hissəsinin enini, nəqliyyat vasitələrinin enini və nəqliyyat vasitələri arasındakı təhlükəsiz intervalı nəzərə alaraq sürücülər hər iki istiqamətdə zolaqların sayının iki olduğunu müəyyən ediblər. Bu vəziyyətdə sürücülər getdiyi istiqamətdəki hərəkət hissəsinin sərhədini yolun hərəkət hissəsinin ortasından keçən xəyali xətlə müəyyən edirlər.
Tormozlama zolağı Sürətlənmə solağı
Genişləndirilmiş duracaq yerləri
Eyni zamanda yadda saxlayın ki, bu şəkillərdə göstərilən tormozlama, sürətlənmə zolağı və yol kənarındakı genişləndirilmiş duracaq yerləri hərəkət zolaqlarının sayına daxil edilmir. Bundan başqa hərəkət zolaqlarının sayı müəyyən edilərkən tramvay xətləri də nəzərə alınmır.
Yol, hərəkət hissəsi və hərəkət zolağı terminlərini öyrənməklə bərabər səki, ayırıcı zolaq və yolkənarı terminlərini də bilmək lazımdır.
Səki hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan yol hissəsinə deyilir. Səkilər adətən yaşayış məntəqələrindəki yollarda olur.
Sİz bu şəkildə piyadaların hərəkəti üçün nəzərdə tutulan, küçənin hər iki tərəfində olan səkiləri görürsünüz.
Ayırıcı zolaq yanaşı yerləşən hərəkət hissələrini birini digərindən ayıran, lakin nəqliyyat vasitələrinin hərəkəti və ya dayanması, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulmayan yol hissəsinə deyilir.
Soldakı şəkildə yaşayış məntəqəsindən kənardakı yolda, sağdakı şəkildə isə yaşayış məntəqəsində olan yoldakı ayırıcı zolaq göstərilib. Bu ayırıcı zolaqlar yanaşı yerləşən hərəkət hissələrini birini digərindən ayırır. Ayırıcı zolaqda nəqliyyat vasitələrinin hərəkəti və ya dayanması, eləcə də piyadaların hərəkəti qadağandır.
Yol çiyni hərəkət hissəsinə bitişik olmaqla onunla eyni səviyyədə olan yolun qalan hissəsinin kənarına deyilir. Yol çiyni örtüklü və ya örtüksüz ola bilər. Yol çiyni hərəkət hissəsi ilə eyni örtüklü olduqda (məs: asfalt) mütləq hərəkət hissəsindən uzununa nişanlama xətti ilə ayrılmalıdır.
Bu şəkildə hərəkət hissəsindən tək bütöv xətlə ayrılan torpaq örtüklü yol çiyni göstərilib. Yol çiyinləri adətən yaşayış məntəqələrindən kənardakı yollarda olur. Yol çiyinləri
nəqliyyat vasitələrinin dayanması və durması, piyadaların hərəkəti və s.məqsədlər üçün nəzərdə tutulur.
Maddə 49. I. Normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər.
Hərəkət vaxtı nəqliyyat vasitələrinin hərəkət hissəsində zolaqlar üzrə düzgün yerləşməsi yollarıda təhlükəsiz hərəkətin əsaslarından biridir.
İlk öncə onu qeyd edim ki, bu maddənin qaydaları çox qüsurludur.
Nəqliyyat vasitələrinin hərəkət etdiyi dörd müxtəlif təyinatlı yollarda hərəkət vaxtı zolaq tutma qaydaları fərqlıdır:
1) Yaşayış məntəqələrindəki yollarda (yaşayış məntəqəsi daxilindəki 5.1 “Avtomagistral” nişanı ilə bildirilən avtomagistrallardan və 5.3 “Avtomobillər üçün yol” nişanı ilə bildirilən avtomobillər üçün yollardan başqa)
2) Yaşayış məntəqələrindən kənardakı yollarda
3) 5.1 “Avtomagistral” nişanı ilə bildirilən avtomagistrallarda
4) 5.3 “Avtomobillər üçün yol” nişanı ilə bildirilən avtomobillər üçün yollarda
İlk öncə 5.1 “Avtomagistral” nişanı ilə bildirilən avtomagistrallardan və 5.3 “Avtomobillər üçün yol” nişanı ilə bildirilən avtomobillər üçün yollardan başqa yaşayış məntəqəsi daxilindəki digər yollarda hərəkət vaxtı zolaqda yerləşmə qaydalarını öyrənək.
Qaydada normal hərəkət dedikdə ötmə, yandan keçmə və icazə verilən halda solda dayandıqdan sonra hərəkəti başlamaqdan başqa yoldakı digər hərəkətlər nəzərdə tutulur. Yəni, bu üç haldan başqa qalan hallarda nəqliyyat vasitələri yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Ölkəmizdə hazırda qüvvədə olan qaydalar yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etmək lazım gəldiyini bildirir. Lakin bu qayda yaşayış məntəqələrindəki yollarda məcburi xarakter daşımır.
İkitəkərli nəqliyyat vasitələri istisna olmaqla digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməsi onların şəkildəki kimi sağ zolaqla hərəkət etməsi anlamına gəlir.
İkitəkərli nəqliyyat vasitələri-motosiklet, moped və velosipedin yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməsi isə onların şəkildəki kimi sağ zolağın sağ kənarı ilə hərəkət etməsi başa düşülür.
Nəqliyyat vasitələri hərəkət vaxtı eyni istiqamətdə olan hərəkət hissəsində sürətlərinə görə sağ zolaqdan sola doğru yerləşirlər.
Yaşayış məntəqələrində hərəkət hissəsindəki zolaqların sayından asılı olmayaraq, asta gedən və tam kütləsi 3,5 tondan çox olan nəqliyyat vasitələrindən başqa digər nəqliyyat vasitələri normal hərəkət zamanı onlar üçün əlverişli olan istənilən zolaqla hərəkət edə bilərlər.
Yəni, yaşayış məntəqəsindəki üçzolaqlı yolda sağ zolaqlar boş olduğu halda minik avtomobilinin sol zolaqla hərəkət etməsi qayda pozuntusu sayılmır.
Şəkildəki yolda üçüncü zolağın boş olmasına baxmayaraq dördüncü zolaqda hərəkət edən minik avtomobili qaydanı pozmur.
Yaşayış məntəqəsindəki hər istiqamətə iki zolaqlı yolda sağ zolaqlar boş olsa da, motosikletlərin sol zolaqla iki sırada hərəkət etməsi qayda pozuntusu sayılmır. Lakin ikitəkərli nəqliyyat vasitəsi moped və ya velosiped olarsa 46-cı maddənin 1-ci hissəsinə əsasən onlar yalnız yolun sağ kənar zolağında mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər.
Əslində, bu qaydalarda olan qüsurdur. Çünki, yollarda operativ nəqliyyat vasitələri və daha sürətli nəqliyyat vasitələri hərəkət edə bilər. Bir çox dövlətlərdə üç və daha çox zolaqlı yollarda yalnız intensiv hərəkət vaxtı sağ zolaqlar tutulduqda sol kənar zolaqla hərəkətə icazə verilir.
Yollarda hərəkət vaxtı zolaq və sıra anlayışları qarışıq salınmamalıdır. İkitəkərli nəqliyyat vasitələri-motosiklet, moped və velosipedlərdən başqa digər nəqliyyat vasitələri üçün zolaq və sıra anlayışı eynidir. Yəni, bir zolaqda bir sıra ilə gedirlər.
Bu şəkildə ikitəkərli nəqliyyat vasitələri – motosikletlər bir zolaqda iki sıra ilə, avtomobil isə bir zolaqda bir sıra ilə hərəkət edir.
Yaşayış məntəqələrində sağ zolaqlar boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağan olunmasa da, yolların buraxıcılıq qabiliyyətinin artırılması və təhlükəsizlik üçün imkan daxilində sağ zolaqlarla hərəkət etmək və sol kənar zolağı boş saxlamaq məsləhət görülür.
Maddə 49. I. Yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində 5.1 və ya 5.3 nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır.
Yaşayış məntəqələrindən kənardakı yollarda, 5.1 “Avtomagistral” nişanı ilə bildirilən avtomagistrallarda və 5.3 “Avtomobillər üçün yol” nişanı ilə bildirilən avtomobillər üçün yollarda (avtomagistralın və avtomobillər üçün yolun yaşayış məntəqəsi daxilində və ya yaşayış məntəqəsindən kənarda olmasından asılı olmayaraq) hərəkət vaxtı zolaq tutma qaydaları belədir:
Yolun hərəkət hissəsində nəqliyyat vasitələrinin hərəkəti istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır.
Yəni, ikizolaqlı yolda sağ zolaq boş olduğu halda ikinci zolaqla, üçzolaqlı yolda 1-ci və 2-ci zolaqlar boş olduğu halda üçüncü zolaqla hərəkət etmək qadağandır.
Başqa sözlə bu yollarda 2-ci zolaqla yalnız 1-ci zolaq dolu olduqda, 3-cü zolaqla yalnız 1-ci və 2-ci zolaqlar dolu olduqda, 4-cü zolaqla yalnız 1-ci, 2-ci və 3-cü zolaqlar dolu olduqda hərəkət etmək olar.
Bu şəkillərdə yaşayış məntəqəsindən kənardakı yolda və avtomagistralda sağ zolağın boş olduğu halda sol zolaqla hərəkətin qadağan edildiyi göstərilib.
Bu şəkillərdə yaşayış məntəqəsindən kənardakı yolda və avtomobillər üçün yolda sağ zolağın boş olduğu hallarda avtomobillərin qaydalara uyğun olaraq sağ zolaqla hərəkət etdiyi göstərilib.
Bu şəkildə yaşayış məntəqəsindən kənardakı yolda minik avtomobilinin ötdükdən sonra qaydalara uyğun olaraq sağ zolaq boş olduğu üçün sağ zolağa yer dəyışdiyini görürsünüz.
Eyni zamanda sürücü yadda saxlamalıdır ki, yaşayış məntəqəsindən kənardakı yollarda hərəkət edərkən qarşısına şəkildəki kimi göy fonlu “Yaşayış məntəqəsinin başlanğıcı”nişanı çıxarsa bu zaman yaşayış məntəqəsindən kənardakı yollarda zolaqda yerləşmə qaydalarına əməl etməlidir. Yəni, sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etməyin qadağan olunduğu yadından çıxmamalıdır.
Yaşayış məntəqəsindən kənardakı hər istiqamətə bir və ya bir neçə zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınını ayıran nişanlama xəttindən (şəkillərdəki tək qırıq-qırıq və qoşa bütöv xətdən) hərəkət etdiyiniz zolaq daxilində təhlükəsizlik üçün imkan daxilində sağa döğru yerləşmək lazımdır. Bu qarşıdan gələn nəqliyyat vasitələri ilə toqquşma riskini azaldır.
Bu tövsiyə belə təhlükəli döngələrlə hərəkət edərkən daha çox aktual olur.
Şəkildəki kimi əks istiqamətli nəqliyyat axınını ayıran belə xüsusi səddi olan və ya ayırıcı zolağı olan yollarda da təhlükəsizlik üçün hərəkət etdiyiniz sol zolaq daxilində imkan daxilində sağa döğru yerləşmək lazımdır. Çünki, belə halda əks istiqamətdə hərəkət edən nəqliyyat vasitəsi idarəetməni itirdikdə sizinlə toqquşma riski minimum olur.
Maddə 49.II. Hər istiqamətdə azı iki hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında qarşıdan hərəkət üçün nəzərdə tutulmuş tərəfə keçmək qadağandır.
Hər istiqamətdə azı iki hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında qarşılıqlı hərəkət axınını ayıran uzununa nişanlama xətləri olmasa da, yaxud hava şəraiti ilə əlaqədar (qar, palçıq və s.) səbəbli nişanlama xətləri görünməsədə qarşıdan hərəkət üçün nəzərdə tutulmuş tərəfə keçmək qadağandır.
Belə yolda ikinci zolağa çıxmaqla həm ötmək, həm də yandan keçmək imkanı olduğundan təhlükəyə səbəb olmamaq üçün qarşıdan hərəkət üçün nəzərdə tutulmuş tərəfə keçmək qadağan edilir.
Şəkildəki yaşayış məntəqəsindən kənardakı hər istiqamətdə azı iki hərəkət zolağı olan ikitərəfli hərəkət yolunda qarşıdan hərəkət üçün nəzərdə tutulmuş tərəfə keçməyin və sağ zolağın boş olduğu halda sol zolaqla hərəkət etməyin qadağan edildiyi göstərilib. Eyni zamanda əks istiqamətli nəqliyyat axını qoşa bütöv xətlə ayrıldığından onu hər iki tərəfdən kəsib keçmək qadağandır.
Şəkildəki yaşayış məntəqəsində olan, hər istiqamətə iki hərəkət zolaqlı ikitərəfli hərəkət yolunda da, qarşıdan hərəkət üçün nəzərdə tutulmuş tərəfə keçməyin qadağan edildiyini görürsünüz. Bu vəziyyətdə sizin getdiyiniz istiqamətdə hətta tıxac olduqda belə, əks istiqamətli hərəkət hissəsi boş olsa da yenə belə yerdəyişmə qadağandır.
Şəkildə göstərilən bu vəziyyətdəki kimi sizin getdiyiniz zolaqda qarşınızda nasaz avtomobil dayanarsa belə, qarşıdan hərəkət üçün nəzərdə tutulmuş tərəfə keçmək qadağandır. Bu halda müvafiq qaydalara əməl etməklə sağ zolağa yer dəyişərək hərəkəti davam etdirmək lazımdır.
Hər istiqamətdə azı iki hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında qarşılıqlı hərəkət axınını ayıran uzununa nişanlama xətləri olmadıqda da, şəkildə göstərilən kimi qarşıdan hərəkət üçün nəzərdə tutulmuş tərəfə keçmək qadağandır. Belə vəziyyətdə sürücülər getdiyi istiqamətdəki hərəkət hissəsinin sərhədini yolun hərəkət hissəsinin ortasından keçən xəyali xətlə müəyyən edirlər.
Maddə 49.III. Üç hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında nəqliyyat vasitələri yolun hərəkət hissəsinin mərkəzində yerləşən və hər iki istiqamət üçün sol kənar hesab olunan orta zolağa keçməməlidirlər. Orta zolağa keçməyə yalnız ötmə, yandan keçmə və sola, yaxud geriyə dönmə üçün icazə verilir.
Hərəkət üçün yararlı olan yer səthinin eni dörd hərəkət zolaqlı ikitərəfli yol tikməyə imkan vermədikdə üç hərəkət zolaqlı ikitərəfli yol tikilir. İlk öncə onu qeyd edim ki, bu qayda bütün üç hərəkət zolaqlı ikitərəfli hərəkət yollarına aid deyil.
Qeyd olunan qayda yalnız bu şəkillərdəki kimi zolaqlarının sərhədləri qırıq-qırıq xətlə göstərilən, zolaqlardakı hərəkət istiqamətlərini bildirən nişan və ya hərəkət hissəsində nişanlama olmayan üç hərəkət zolaqlı ikitərəfli hərəkət yollarına aiddir. Bu yolda orta hərəkət zolağı hər iki istiqamətdə hərəkət üçün nəzərdə tutulub və hər iki istiqamət üçün də sol kənar zolaq hesab edilir.
Bu qayda digər üçzolaqlı yollara, yəni soldakı şəkildə göstərilən 5.8.7 və ya 5.8.8 “Zolaqlarda hərəkət istiqaməti” nişanları vurulan, ortadakı və sağdakı şəkildəki kimi isə zolaqlarının sərhədi qoşa qırıq-qırıq xətlə işarələnən, orta zolağındakı hərəkətin
reversiv svetoforla tənzimləndiyi üç hərəkət zolaqlı ikitərəfli hərəkət yollarına aid deyil.
Üç hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında nəqliyyat vasitələri şəkildəki kimi yalnız hərəkət istiqamətindəki ən sağdakı zolaqla hərəkət edə bilərlər. Yolun hərəkət hissəsinin mərkəzində yerləşən və hər iki istiqamət üçün sol kənar hesab olunan orta zolaqla hərəkət etmək qadağandır.
Bu şəkildə ikitərəfli üç zolaqlı yolda orta zolaqla hərəkətin qadağan edildiyi göstərilib. Yolda hərəkətin intensiv olması da orta zolaqla hərəkət etməyə əsas vermir.
Orta zolağa keçməyə yalnız ötmə, yandan keçmə və sola, yaxud geriyə dönmək üçün icazə verilir.
Soldakı şəkildə ikitərəfli üç zolaqlı yolda minik avtomobillərinin orta zolağa daxil olmaqla qaydalara uyğun ötmə, yandan keçmə əməliyyatı apardığı, sağdakı şəkildə isə avtomobilin qaydalara uyğun sola yaxud geriyə döndüyü və orta zolaqla hərəkət etməyin, bu zolaqdan sağa dönmənin qadağan edildiyi göstərilib.
Bu şəkillərdə isə ikitərəfli üç zolaqlı yolda avtomobillərin qaydalara uyğun orta zolaqdan sola və geriyə dönməsi göstərilib.
Bu şəkildə isə ikitərəfli üç zolaqlı yolda orta zolağa keçməyə yalnız ötmə, sola, yaxud geriyə dönməyə icazə verildiyi, orta və sol kənar zolaqla hərəkətin isə qadağan edildiyi göstərilib.
Soldakı şəkildə sağ zolaqdan sola dönmənin qadağan olunduğu, orta zolaqdan isə qaydalara uyğun sola dönmə göstərilib. Sağdakı şəkildə isə orta zolağa daxil olmaqla qaydalara uyğun ötmə əməliyyatı aparıldığı, sol zolağa daxil olmaqla isə ötmənin qadağan olunduğu göstərilib.
Bu şəkildə nasaz avtomobilin sağ zolaqda məcburi dayandığı vəziyyətdə araba qaydalara uyğun olaraq orta zolağa daxil olmaqla dayanan nasaz avtomobili yan keçir. Bu vəziyyətdə kiçik sürətlə hərəkət edən arabanı ötərək qarşıdan hərəkət üçün nəzərdə tutulan zolağa daxil olmağın qadağan olunduğunu görürsünüz.
İkitərəfli üç zolaqlı yola dönərkən orta zolaqda nəqliyyat vasitəsi olmadıqda da ancaq sağ kənar zolağa daxil olmaq lazımdır. Çünki, siz hər iki tərəf üçün sol kənar hesab olunan orta zolaqda qarşıdan gələn nəqliyyatın olmadığını görmürsünüz. Bu şəkillərdə belə yoldakı orta zolağa daxil olmağın qadağan olunması göstərilib.
Orta zolaq hər iki istiqamətdəki nəqliyyat vasitələri üçün nəzərdə tutulduğundan bu zolağa daxil olarkən birincilik prinsipi rəhbər tutulmalıdır. Yəni, qarşıdan gələn nəqliyyat vasitəsinin orta zolağa daxil olduğunu gördükdə ona mane olmamalı və yalnız o keçib getdikdən sonra bu zolağa daxil olaraq ötmə və ya başqa manevrlər etmək olar.
Maddə 49.IV. Eyni istiqamətdə azı iki hərəkət zolağı olan yolda tramvay yolları olduqda, tramvay yollarına çıxmaq qadağandır. Başqa yollarda nəqliyyat vasitələrinin sürücüləri tramvay yaxınlaşarkən, imkan olan kimi tramvay xəttini boşaltmalıdırlar.
Qayda şəkildəki kimi eyni istiqamətdə azı iki hərəkət zolağı olan yollarda tramvay yollarına çıxmağı qadağan edir.
Azərbaycanda 2004-cü ildə sonuncu tramvay xətti sökülüb. Ölkəmizdə tramvay nəqliyyatı olmasa da qanunda 42-ci və 49-cu maddələrdə tramvayl xətləri olan yollara aid qaydalar var. Əgər gələcəkdə şəhərlərdə tramvay nəqliyyatı olarsa həmin yollarda bu qaydalara əsasən hərəkət etmək lazımdır.
Tramvay yolları yolun ortasında, sağında və solunda yerləşə bilər.
Soldakı şəkildə yolun ortasında, ortadakı şəkildə yolun sağında, sağdakı şəkildə isə yolun solunda yerləşən tramvay yolları göstərilib. Tramvay yollarının yolun hansı hissəsində yerləşmsindən asılı olmayaraq eyni istiqamətdə relssiz nəqliyyat vasitələrinin hərəkəti üçün azı iki hərəkət zolağı olduqda tramvay yollarına çıxmaq qadağandır. Eyni istiqamətdə azı iki hərəkət zolağı olan yol dedikdə eyni istiqamətdə iki, üç, dörd və daha çox zolaqlı yol başa düşülür.
Belə yollarda tramvay xətləri ilə hərəkətin təhlükəli olması səbəbli və ikinci zolağa çıxmaqla həm ötmək, həm də yandan keçmək imkanı olduğundan tramvay yolları ilə hərəkət qadağan edilir.
Eyni zamanda bilməlisiniz ki, bu qayda yalnız eyni istiqamətdə azı iki hərəkət zolağı olan yollara aiddir. Eyni istiqamətdə bir hərəkət zolağı olan yolda isə bu qayda qüvvədə olmur. Belə yolda müəyyən şərtlər daxilində tramvay yollarına çıxmağa icazə verilir.
Bu şəkildə eyni istiqamətdə iki hərəkət zolaqlı, tramvay xətləri olan yolda tramvay yollarına çıxmaqla hərəkət edərək qaydaları pozan minik avtomobillərini görürsünüz.
Əslində bu qaydadakı birinci cümlə belə yazılmalıdır:
Maddə 49.IV. Eyni istiqamətdə azı iki hərəkət zolağı olan yolda hərəkət hissəsi ilə eyni səviyyədə yerləşən tramvay yolları olduqda, tramvay yolları ilə hərəkət etmək qadağandır.
Bu maddədəki çıxmaq qadağandır sözləri də düz deyil. Çünki, yolayrıcında sola və ya geriyə dönərkən 42-ci maddənin 6-cı bəndinə əsasən yolayrıcı qarşısında 5.8.1 “Zolaqlarda hərəkət istiqamətləri” və 5.8.2 “Zolaqda hərəkət istiqamətləri” nişanları quraşdırılmayıbsa tramvay yollarından keçərək sola və geriyə dönmək lazımdır. Yəni, tramvay yoluna çıxmaq lazım gəlir. Bu maddənin birinci cümləsində çıxmaq qadağandır əvəzinə hərəkət etmək qadağandır yazılması məqsədə uyğundur.
Bu şəkildə eyni istiqamətdə azı iki hərəkət zolağı olan yolda ötmək üçün tramvay yollarına çıxmağın qadağan olunduğu göstərilib.
Maddə 49.IV. Başqa yollarda nəqliyyat vasitələrinin sürücüləri tramvay yaxınlaşarkən, imkan olan kimi tramvay xəttini boşaltmalıdırlar.
Bu qaydadakı ikinci cümlədə eyni istiqamətdə azı iki hərəkət zolağı olan yollardan başqa yollar dedikdə bir hərəkət zolağı olan yollar nəzərdə tutulur.
Bu qayda eyni istiqamətdə yalnız azı iki hərəkət zolağı olduqda tramvay yollarına çıxmağı qadağan etdiyindən bir hərəkət zolağı olan yollarda tramvay xətti ilə hərəkət etməyə icazə verir. Çünki, belə yolda tramvay xəttindən istifadə etmədən qarşıda dayanan nəqliyyatı yan keçmək və kiçik sürətlə hərəkət edən araba, velosiped və digər belə nəqliyyat vasitələrini ötmək olmur. Lakin bu zaman tramvay yaxınlaşarkən, imkan olan kimi tramvay xətti boşaldılmalıdır.
İlk öncə onu qeyd edim ki, bu maddənin ikinci cümləsi də çox qüsurludur. Bu qaydadan belə başa düşülür ki, tramvay xəttinin hərəkət hissəsindən hansı tərəfdə yerləşməsindən asılı olmayaraq və getdiyiniz istiqamətdə bir hərəkət zolağı olan yolda qarşıdan tramvay gələnə qədər hətta əks istiqamətli tramvay xətti ilə hərəkət etmək olar. Halbuki, əksər dövlətlərdə (məs: Rusiya, Gürcüstan və s.) tramvay xətti hərəkət hissəsindən solda yerləşdikdə və tramvayın hərəkətinə maneçilik törətməmək şərti ilə yalnız eyni istiqamətli tramvay xətti ilə hərəkətə icazə verilir. Çünki, əks istiqamətli tramvay xətti ilə hərəkət çox təhlükəlidir və qarşılaşdıqda toqquşma ilə nəticələnə bilər.
Bu şəkildə minik avtomobilinin hərəkəti istiqamətində bir zolaq olduğundan eyni istiqamətli tramvay xəttinə çıxmaqla ötmə əməliyyatına icazə verildiyi, əks istiqamətli tramvay xəttinə çıxmaqla isə ötmənin qadağan edildiyi göstərilib. Yadda saxlamalısınız ki, bütün hallarda uzun müddət tramvay xətti ilə hərəkət etməklə ikinci zolaq yaratmaq yolverilməzdir.
Bu şəkildə də minik avtomobilinin hərəkəti istiqamətində bir zolaq olduğundan eyni istiqamətli tramvay xəttinə çıxmaqla yandan keçməyə icazə verildiyi, əks istiqamətli tramvay xəttinə çıxmaqla yandan keçmənin isə qadağan edildiyi göstərilib.
Soldakı və sağdakı şəkillərdə “tramvay yaxınlaşarkən imkan olan kimi tramvay xəttini boşaltmalıdırlar” tələbinə əməl etməyərək, tramvay yolu ilə hərəkəti davam etdirməklə qaydaları pozan avtomobillər göstərilib.
Tramvayların hərəkətinə aid qaydaları daha yaxşı başa düşmək üçün 42-ci maddədəki qaydanı da bilmək lazımdır.
Maddə 42.VI. Solda hərəkət hissəsi ilə bir səviyyədə yerləşən eyni istiqamətli tramvay yolları olduqda, 5.8.1 və ya 5.8.2 nişanları ilə başqa hərəkət qaydası müəyyən edilməmişdirsə, həmin yollardan keçərək sola və geriyə dönmək lazımdır. Bu zaman tramvay üçün maneə yaradılmamalıdır.
Bu qaydaya əsasən əgər yolayrıcı qarşısında 5.8.1 “Zolaqlarda hərəkət istiqamətləri” və 5.8.2 “Zolaqda hərəkət istiqamətləri” nişanları quraşdırılıbsa bu nişanların tələblərinə əsasən hərəkət etmək lazımdır. Yəni, bu nişanlarda göstərilən zolaqdan sola və geriyə dönmək lazımdır. Tramvay yoluna çıxaraq sola və geriyə dönmək qadağandır.
Bu şəkildə yolayrıcı qarşısında 5.8.1 “Zolaqlarda hərəkət istiqamətləri” nişanı quraşdırıldığından bu nişanın tələbinə əsasən yolayrıcında sola və geriyə sol kənar zolaqdan dönmək lazımdır. Tramvay yoluna çıxaraq sola və geriyə dönmək qadağandır.
42-ci maddənin VI bəndi də qüsurludur. Belə ki, yolayrıcı qarşısında “Zolaqlarda hərəkət istiqamətləri” və “Zolaqda hərəkət istiqamətləri” nişanlarından başqa yolayrıcı qarşısındakı hərəkət hissəsində 1.18 “H ərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətləri” nişanlaması olduqda da bu nişanlamanın tələblərinə əsasən hərəkət etmək lazımdır. Yəni, bu nişanlamada göstərilən zolaqdan sola və geriyə dönmək lazımdır. Tramvay yoluna çıxaraq sola və geriyə dönmək qadağandır.
Bu şəkildə yolayrıcı qarşısındakı hərəkət hissəsində 1.18 “H ərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətləri” nişanlaması olduğundan bu nişanlamanın tələbinə əsasən yolayrıcında sol kənar zolaqdan sola və geriyə dönmək lazımdır. Tramvay yoluna çıxaraq sola və geriyə dönmək qadağandır.
Soldakı şəkildəki yolayrıcında “Zolaqlarda hərəkət istiqamətləri” nişanı olduğundan nişanın tələbinə əsasən ikinci zolaqdan, sağdakı şəkildə isə yolda hərəkət istiqamətləri göstərən nişan və hərəkət hissəsində nişanlama olmadığından eyni istiqamətli tramvay yoluna çıxaraq qaydalara uyğun sola və geriyə dönən avtomobillər göstərilib.
Bəzən sürücülərdə sual yaranır ki, tramvay nəqliyyatı yoxdursa bu qaydaların nə əhəmiyyəti var. Yadda saxlayın ki, yol hərəkət qaydaları hər il dəyişilmir. Bu qaydaları bilmək gələcəkdə ölkəmizdə tramvay nəqliyyatı olacağı halda yollarda təhlükəsiz hərəkət üçün sürücüyə faydalı olacaq. Bundan başqa ölkəmizdə verilən sürücülük vəsiqələri əsasında xarici ölkələrdə avtomobil idarə edən şəxslər tramvay nəqliyyatı olan yollarda cüzi fərqlərlə bu qaydalara əsasən hərəkət etməlidirlər. Eyni zamanda xarici ölkələrdə avtomobil idarə edən sürücülər bilməlidirlər ki, bütün ölkələrin yol hərəkət qaydaları əks istiqamətli tramvay yoluna çıxaraq hərəkət etməyi qadağan edir.
Maddə 49.V. Eyni istiqamətdə üç və daha çox hərəkət zolağı olan yolda nəqliyyat vasitələrinin bütün hərəkət zolaqlarını tutduqları intensiv hərəkət vaxtı asta gedən nəqliyyat vasitələri yalnız sağ kənar zolaqla hərəkət etməli, tam kütləsi 3,5 tondan çox olan nəqliyyat vasitələri isə həmin istiqamətdə sol kənar hərəkət zolağını tutmamalıdır; hərəkət istiqamətini sola dəyişmək və ya dönmə halları istisna təşkil edir.
Ölkəmizdə qüvvədə olan “Yol hərəkəti haqqında” qanunda asta gedən nəqliyyat vasitəsi anlayışı verilməyib. Belə hesab edilir ki, asta gedən nəqliyyat vasitələri texniki xarakteristikasına və ya nəqliyyat vasitəsinin xüsusiyyətinə (araba, velosiped və s.) görə 40 km/saatdan yüksək sürətlə hərəkət edə bilməyən nəqliyyat vasitələridir.
Texniki xarakteristikasına və ya nəqliyyat vasitəsinin xüsusiyyətinə görə asta gedən nəqliyyat vasitələrinə :
2.Kombaynlar və kənd təsərrüfatı texnikaları
3.Asfaltbasan və digər yol tikinti texnikaları
6.Velosipedlər və s. aiddir
Yol hərəkəti sahəsində dövlətin vəzifələrindən biri də, Qanunun 4.22 maddəsində göstərildiyi kimi yollarda nəqliyyatların səmərəli və rahat hərəkətini təşkil etməkdir. Buraya hərəkətin təhlükəsizliyinə xələl gətirmədən yolların buraxıcılıq qabiliyyətinin artırılması da daxildir. Buna görə də yolların buraxıcılıq qabiliyyətinin artırmaq üçün qaydalarla asta gedən nəqliyyat vasitələrinin sağ kənar zolaqla hərəkət etməsi tələb edilir.
Eyni zamanda sürücülər yadda saxlamalıdırlar ki, nəqliyyat vasitəsinin xarakteristikasından, xüsusiyyətindən başqa daşıdığı yük və ya texniki nasazlıq səbəbli idarə etdikləri nəqliyyat vasitələri asta getikdə də bu qaydaya əməl etməlidirlər.
Maddə 49.V. Eyni istiqamətdə üç və daha çox hərəkət zolağı olan yolda nəqliyyat vasitələrinin bütün hərəkət zolaqlarını tutduqları intensiv hərəkət vaxtı asta gedən nəqliyyat vasitələri yalnız sağ kənar zolaqla hərəkət etməli, hərəkət istiqamətini sola dəyişmək və ya dönmə halları istisna təşkil edir.
Bu qaydaya əsasən asta gedən nəqliyyat vasitələri eyni istiqamətdə üç və daha çox hərəkət zolağı olan yolda nəqliyyat vasitələrinin bütün hərəkət zolaqlarını tutduqları intensiv hərəkət vaxtı yalnız sağ kənar zolaqla hərəkət etməlidirlər. Bu halda onlar yalnız hərəkət istiqamətini sola dəyişmək və ya dönmə hallarında sağ kənar zolaqdan sola çıxa bilərlər.
Bu şəkildə asta gedən traktorun qaydalara uyğun sağ zolaqla hərəkət etdiyi göstərilib.
Başqa qaydalar kimi bu qayda da qüsurludur. Bu qaydadan belə anlaşılır ki, itensiv hərəkət vaxtı olmasa asta gedən nəqliyyat vasitələri istənilən zolaqla hərəkət edə bilər. Sağ kənar zolaqla hərəkət etmək tələbi yalnız başqa nəqliyyat vasitələrinin bütün hərəkət zolaqlarını tutduqları intensiv hərəkət vaxtına aiddir. Bundan başqa eyni istiqamətdə iki hərəkət zolağı olan yolda asta gedən nəqliyyat vasitələri ikinci zolaqla da hərəkət edə bilər. Bu qaydanın məntiqinin asta gedən nəqliyyat vasitələrinin hərəkətə mane olmaması olduğundan əslində qayda belə olmalıdır:
Asta gedən nəqliyyat vasitələri yalnız sağ kənar zolaqla hərəkət etməli, yalnız yandan keçmə, ötmə və sola yaxud geriyə dönmək üçün sol zolağa çıxa bilər.
Bu şəkildə qoşqusunda kombayn aparan, asta sürətlə hərəkət edən dartıcı avtomobilin qaydalara uyğun sağ zolaqla getməsi göstərilib.
Bu şəkildə isə asta gedən traktorun ikinci zolaqla hərəkətinin qadağan edildiyini görürsünüz.
Bu şəkildə isə asta gedən traktorun daha aşağı sürətlə hərəkət edən arabanı qaydalara uyğun ötdüyü göstərilib.
Bu şəkildə asta gedən traktorun qaydalara uyğun geriyə döndüyü və ikinci zolaqla hərəkətinin qadağan edildiyini görürsünüz.
Bu qaydadakı qüsura baxmayaraq asta gedən nəqliyyat vasitəsini idarə edərkən təhlükəsizliyiniz üçün bütün hallarda yalnız sağ kənar zolaqla hərəkət etməyiniz, sol zolağa isə yalnız yandan keçmə, daha kiçik sürətlə hərəkət edən nəqliyyat vasitəsiini ötmə və sola yaxud geriyə dönmək üçün çıxmağınız tövsiyə edilir. Yadda saxlayın ki, minik avtomobili də texniki nasazlıq səbəbli və ya yedəyə alma vaxtı asta sürətlə hərəkət etdikdə bu qaydaya əməl etməlidir.
Maddə 49.V. Eyni istiqamətdə üç və daha çox hərəkət zolağı olan yolda nəqliyyat vasitələrinin bütün hərəkət zolaqlarını tutduqları intensiv hərəkət vaxtı tam kütləsi 3,5 tondan çox olan nəqliyyat vasitələri həmin istiqamətdə sol kənar hərəkət zolağını tutmamalıdır; hərəkət istiqamətini sola dəyişmək və ya dönmə halları istisna təşkil edir.
Bu qaydaya əsasən tam kütləsi 3,5 tondan çox olan nəqliyyat vasitələri eyni istiqamətdə üç və daha çox hərəkət zolağı olan yolda nəqliyyat vasitələrinin bütün hərəkət zolaqlarını tutduqları intensiv hərəkət vaxtı həmin istiqamətdə sol kənar hərəkət zolağını tutmamalıdır. Bu halda onlar yalnız sola və ya geriyə dönmək üçün sol kənar zolağa çıxa bilərlər.
Yəni, tam kütləsi 3,5 tondan çox olan nəqliyyat vasitələri üç zolaqlı yolda üçüncü, dörd zolaqlı yolda dördüncü, beş zolaqlı yolda beşinci zolaqla hərəkət etməməlidir.
Bu halda onlar yalnız sola və ya geriyə dönmək üçün sol kənar zolağa çıxa bilərlər.
Bu qaydanın tam kütləsi 3,5 tondan çox olan nəqliyyat vasitələrinə aid hissəsi də qüsurludur. Bu qaydadan belə anlaşılır ki, yalnız intensiv hərəkət vaxtı tam kütləsi 3,5 tondan çox olan nəqliyyat vasitələrinə zolaq tutma məhdudiyyəti müəyyən edilir.
Bundan başqa əksər ölkələrdə bu qadağa tam kütləsi 3,5 tondan çox olan nəqliyyat vasitələrinə deyil, tam kütləsi 3,5 tondan çox olan yük avtomobillərinə aid olur. Çünki, bu qayda tam kütləsi 3,5 tondan çox olan bəzi minik avtomobillərinə, avtobuslara tətbiq edilməməlidir. Məsələn: Hummer H2 markalı minik avtomobilinin icazə verilən maksimum kütləsi 3901 kq-dır.
Bundan başqa ölkəmizdə qüvvədə olan “Yol hərəkəti haqqında” qanunda tam kütlə anlayışı yoxdur. Məzmunca eyni olan icazə verilən maksimum kütlə anlayışı var.
Maddə 1.47 İcazə verilən maksimum kütlə – istehsalçı müəssisə tərəfindən müəyyən edilmiş, nəqliyyat vasitəsinin sürücü, sərnişin və yüklə birlikdə yol verilən kütləsinin yuxarı həddidir. Avtoqatarın icazə verilən maksimum kütləsi tərkibə daxil olan nəqliyyat vasitələrinin icazə verilən maksimum kütlələrinin cəmindən ibarətdir.
Əslində bu maddənin tam kütləsi 3,5 tondan çox olan nəqliyyat vasitələrinə aid hissəsi belə olmalıdır:
Eyni istiqamətdə üç və daha çox hərəkət zolağı olan yolda icazə verilən maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobilləri həmin istiqamətdə sol kənar hərəkət zolağını tutmamalıdır; onlar yalnız sola yaxud geriyə dönmək üçün həmin zolağa keçə bilərlər.
Tam kütləsi 3,5 tondan çox olan nəqliyyat vasitələri çox vaxt daşıdıqları yük səbəbli aşağı sürətlə hərəkət etdiyindən sol kənar zolağı daha sürətlə hərəkət edən nəqliyyat vasitələri üçün boş saxlamaqdan ötrü bu qayda müəyyən edilir.
Tam kütləsi 3,5 tondan çox olan nəqliyyat vasitələri ötmə və orta zolaqda məcburi dayanmış nəqliyyat vasitəsini, yola düşən əşyanı yan keçmək üçün də sol kənar zolağa daxil ola bilməz.
Bu şəkildə tam kütləsi 3,5 tondan çox olan (şəkildəki > 3,5 t işarəsi 3,5 tondan çox deməkdir) yük avtomobilinin üç zolaqlı yolda 1-ci və 2-ci zolaqla hərəkətinə icazə verildiyi, 3-cü zolaqla isə hərəkətinin qadağan edildiyi göstərilib. Tam kütləsi 3,5 tondan az olan (şəkildəki < 3,5t işarəsi 3,5 tondan az deməkdir) yük avtomobilinin isə istənilən zolaqla hərəkətinə icazə verildiyi göstərilib.
Bu şəkildə tam kütləsi 3,5 tondan çox olan yük avtomobilinin üç zolaqlı yolda 3-cü zolaqla hərəkətinin qadağan edildiyi və bu zolaqdan qaydalara uyğun geriyə döndüyü göstərilib.
Bu maddədəki məhdudiyyətlər kiçik sürətlə hərəkət edən nəqliyyat vasitələrinin tıxac yaratmaması və yolların buraxıcılıq qabiliyyətinin artırılması üçün müəyyən edilib.
Maddə 49.VI. Nəqliyyat vasitələrinin sürücüləri intensiv hərəkət vaxtı yalnız sola və ya sağa dönmək, ötməyə hazırlaşmaq, hərəkəti düzünə istiqamətdə davam etdirmək, dayanacağa və ya duracağa çıxmaq üçün olduqları hərəkət zolağını qaydalara əməl etməklə dəyişə bilərlər.
İlk növbədə intensiv hərəkət anlayışını bilmək lazımdır. İntensiv hərəkət dedikdə vaxt vahidi ərzində yolun eninə kəsiyindən keçən nəqliyyat vasitələrinin sayının çox olması başa düşülür.
Yolda intensiv hərəkət olduqda lazımı ara məsafəsi saxlanılmaqla bütün zolaqlar tutulmuş olur və nəqliyyat vasitələrinin zolaq dəyişməsində çətinlik yaranır. Bu şəkillərdə intensiv hə rəkət olan yollar göstərilib.
Bu səbəblərdən də intensiv hərəkət olan yolda hərəkət zolağını başqa maddələrdəki qaydalara əməl etməklə bu hallarda dəyişmək olar :
– yolun sağında dayanmaq, durmaq və sağa dönmək üçün sağ zolağa yerdəyişərkən
– sola, geriyə dönmək və birtərəfli hərəkət olan yolda icazə verilən halda solda dayanmaq və durmaq üçün sol zolağa yerdəyişərkən
– yolayrıcında lazımı istiqamətdə hərəkəti davam etdirmək məqsədi ilə 5.8.1 “Zolaqlarda hərəkət istiqamətləri” və 5.8.2 “Zolaqda hərəkət istiqamətləri” nişanlarının və hərəkət hissəsindəki 1.18 “Hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətləri” nişanlamasının tələblərini yerinə yetirmək üçün
Yəni , soldakı şəkildəki yolda sola dönmək üçün sol zolağa, sağdakı şəkildəki yolda isə sola dönmək üçün orta, yaxud sol zolağa yerdəyişərkən
-ötməyə hazırlaşmaq üçün
Bu maddədəki hərəkət zolağını qaydalara əməl etməklə dəyişə bilərlər ifadəsi bu qaydaları nəzərdə tutur:
– hərəkət zolağını dəyişməzdən əvvəl xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verilməlidir
Yəni , sağa xarici işıq siqnalı ilə və ya yana uzadılaraq düzbucaq şəklində dirsəkdən yuxarı bükülmüş sol qolla sağa yerdəyişmək üçün, sola xarici işıq siqnalı ilə və ya sol qolu yana uzatmaqla sola yerdəyişmək üçün siqnal verilməlidir.
– bu siqnal manevrə başlamazdan əvvəl verilməli, manevr qurtardıqdan sonra isə dərhal kəsilməlidir
Yəni , yolun kənarında dayanan avtomobili yan keçmək üçün qabaqcadan sola yerdəyişmək üçün siqnal verilməli, sol zolağa keçən kimi siqnal kəsilməli, sonra sağa yerdəyişmək üçün siqnal verilməli, sağ zolağa keçən kimi də siqnal kəsilməlidir.
– bu siqnal əl ilə verildikdə də manevrə başlamazdan əvvəl verilməli, manevr qurtardıqdan sonra isə dərhal kəsilməlidir. Sürücünün manevri rahat etməsi üçün əllə verilən siqnal bilavasitə manevrə başlamazdan əvvəl də qurtara bilər.
M otosikletçi sağa dönmək üçün sağ qolunu yana uzatmaqla sağa verdiyi siqnalı dönməyə başlayarkən qurtara blər. Yəni , dönmə anında sağ qolunu yana salaraq sükanı tuta bilər.
– sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Yəni, hərəkət zolağını dəyişərkən həmin zolaqda düzünə hərəkət edən nəqliyyat vasitələrinə yol verilməlidir
Şəkildəki qəhvəyi rəngli minik avtomobili sol zolağa yerdəyişərkən həmin zolaqda düzünə hərəkət edən avtomobilə yol verməlidir.
– e yni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Yəni, eyni səmtə gedən nəqliyyat vasitələri eyni vaxtda hərəkət zolağını dəyişərlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir
Şəkildəki ağ rəngli minik avtomobili sağ zolağa yerdəyişərkən sol zolağa yerdəyişən, sağındakı qırmızı avtomobilə yol verməlidir.
Bu maddə də qüsurludur. Çünki, belə yolda ötmə imkanı olmur. Bir çox dövlətlərin qanununda (Rusiya, Ukrayna və s.) intensiv hərəkət vaxtı ötmək üçün zolaq dəyişməyə icazə verilmir. İntensiv hərəkət vaxtı hərəkəti düzünə istiqamətdə davam etdirməyə icazə verilməsi isə bu maddəni tam mənasız edir.
Bundan başqa intensiv hərəkət vaxtı yolda olan maneəni yan keçmək üçün də zolaq dəyişməyə icazə verilməlidir. Qanunda bu yazılmasa da, sürücülər əlacsızlıqdan intensiv hərəkət vaxtı yolda olan maneəni yan keçmək üçün zolağı dəyişirlər.
Yaşayış məntəqələrində intensiv hərəkət olan yollarda yanqoşqusuz motosikletlər avtomobillərlə eyni zolaqda ikinci sıra yaratmaqla hərəkət etdikdə müəyyən çətinliklər yaradırlar.
Qanunda yanqoşqusuz motosikletin avtomobillə eyni zolaqda hərəkət etməsini qadağan edən qayda yoxdur. Qanunvericilikdə də belə anlayış var ki, qadağan edilməyən hərəkətə icazə verilir.
Yollarda hərəkət vaxtı zolaq və sıra anlayışları qarışıq salınmamalıdır. İkitəkərli nəqliyyat vasitələri-motosiklet, moped və velosipedlərdən başqa digər nəqliyyat vasitələri üçün zolaq və sıra anlayışı eynidir.
İnterval eyni istiqamətdə və ya əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələri arasındakı yan ara məsafəsidir.
Belə problemlərin yaranmasına qanunda olan boşluqlar da səbəb olur. Belə ki, başqa dövlətlərdən fərqli olaraq ölkəmizdəki qanunda interval – yan ara məsafəsi haqda heç bir qayda yoxdur. Əslində qanunda belə cümlə olmalıdır:
Sürücü sürətdən asılı olaraq təhlükəsiz hərəkəti təmin edən lazımı interval saxlamalıdır.
Qanunda interval haqda heç nə yazılmasada, yollarda hərəkət zamanı təhlükəsizlik və nəqliyyat vasitələri arasında sərbəst manevr etmək üçün lazımı interval saxlamaq böyük əhəmiyyət kəsb edir.
Eyni istiqamətdə hərəkət edən nəqliyyat vasitələri arasındakı təhlükəsiz interval təxmini bu düsturla Х = 0,7+0,005 (V1+V2) м müəyyən edilir.
Bu düsturda Х– təhlükəsiz interval, (V1+V2) isə yanaşı hərəkət edən nəqliyyat vasitələrinin sürətləridir.
– 30 km/saat sürətlə hərəkət edən motosiklet 30 km/saat sürətlə hərəkət edən avtomobillə yanaşı hərəkət edərsə interval
0,7+ 0,005(30+30)= 0,7+ 0,005 x 60= 0,7 + 0,3= 1,0 m. olmalıdır.
– 40 km/saat sürətlə hərəkət edən motosiklet 40 km/saat sürətlə hərəkət edən avtomobillə yanaşı hərəkət edərsə interval
0,7+ 0,005(40+40)= 0,7+ 0,005 x 80= 0,7 + 0,4= 1,1 m. olmalıdır.
Nəqliyyat vasitələrinin hərəkət sürəti artdıqca onlar arasındakı interval artırılmalıdır.
– 60 km/saat sürətlə hərəkət edən motosiklet 60 km/saat sürətlə hərəkət edən avtomobillə yanaşı hərəkət edərsə interval
0,7+ 0,005(60+60)= 0,7+ 0,005 x 120= 0,7 + 0,6= 1,3 m. olmalıdır.
Şəhərdəki yollarda hərəkət hissəsinin eninin 3,0-3,5 m, əksər avtomobillərin eninin isə 1,5-2,0 m olduğunu nəzərə alsaq təhlükəsiz intervalı saxlamaq olar.
Sözsüz ki, yolda belə hesablama aparmaq olmaz. Lakin, belə hesablamanı evdə aparmaqla, siz yolda müəyyən sürətlə hərəkət edərkən hansı məsafənin təhlükəsiz interval üçün kifayət etdiyini müəyyən edərək yollarda tətbiq edə bilərsiniz.
2) Yerdəyişmə zamanı yanqoşqusuz motosikletin sürücüsü hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir.
3) Yanqoşqusuz motosiklet eyni səmtə gedən nəqliyyat vasitələri ilə yerdəyişməni eyni vaxtda edirlərsə, onda motosiklet sürücüsü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir.
4) Yanqoşqusuz motosikletin sürücüsü yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaradılmamalıdır.
5) Dönmə göstəriciləri və ya əl ilə siqnal manevrə başlamazdan əvvəl verilir, manevr qurtardıqdan sonra isə dərhal kəsilir (əl ilə verilən siqnal bilavasitə manevrə başlamazdan əvvəl qurtara bilər). Bu zaman verilən siqnal hərəkətin digər iştirakçılarını çaşdırmamalıdır. Siqnal verməsi sürücüyə üstünlük vermir və onu təhlükəsizlik tədbirləri görməkdən azad etmir.
6) Yanqoşqusuz motosikletin sürücüsü intensiv hərəkət vaxtı yalnız sola və ya sağa dönmək, dayanacağa və ya duracağa çıxmaq üçün olduğu hərəkət zolağını qaydalara əməl etməklə dəyişə bilər.
Əgər yanqoşqusuz motosikletin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verirsə və bu motosikletin sürücüsü bu qaydaların hər hansı birinə əməl etməyibsə o təqsirkardır.
Ölkəmizdəki qanunda olan boşluqlardan biri də nəqliyyat vasitələrinin uzununa nişanlama – qırıq-qırıq xəttin üzəri ilə şəkildəki kimi hərəkət etməyin qadağan edilməməsidir.
Avtomobillərin sürücüləri yanqoşqusuz motosikletlər hərəkət edən yollarda başqa qaydalara əməl etməklə bərabər :
– hərəkət etdiyi zolaqda ikinci sıra yaratmaqla hərəkət edən yanqoşqusuz motosikleti gördükdə hərəkət etdiyi zolaqda təhlükəsizliyi təmin etmək şərti ilə motosikletdən əks tərəfdəki uzununa nişanlanma xəttinə yaxın hərəkət edərək intervalı bir qədər artıra bilərlər.
– hərəkətə başlamazdan əvvəl arxanı göstərən güzgüyə baxmaqla onunla eyni zolaqda hərəkət edən yanqoşqusuz motosikleti gördükdə təhlükəsizliyə tam əmin olmalıdır.
– sürücü yolun sağında dayanan avtomobildən düşmək üçün qapını açmazdan əvvəl başqa nəqliyyat vasitələrinə, xüsusən yanqoşqusuz motosikletə maneə yaratmayacağına əmin olmalıdır
– sürücü yolun solunda dayandıqda, avtomobildən düşən sərnişinlərin qapını açmazdan əvvəl başqa nəqliyyat vasitələrinə, xüsusən yanqoşqusuz motosikletə maneə yaratmayacağına əmin olmalıdır
-yanqoşqusuz motosikletlərin çox hərəkət etdiyi yollarda arxanı göstərən güzgü ilə daima onların sizin hərəkət etdiyiniz və ya qonşu zolaqda hərəkətini diqqətdə saxlamaq lazımdır.
Eyni zamanda yadda saxlamalısınız ki, bu qaydaya əsasən intensiv hərəkət vaxtı bütün zolaqlar tutulduqda daha sürətlə hərəkət etmək üçün sol zolaqlara yerdəyişməyə icazə verilmir.
Bu şəkillərdə isə intensiv hərəkət olan yolda qaydaları pozaraq qırıq-qırıq xəttin üzəri ilə hərəkət edən avtomobilləri görürsünüz.
Bu şəkildə intensiv hərəkət olan yolda qaydaları pozaraq təhlükəli manevr etməklə sol zolağa yerdəyişmək istəyən avtomobil göstərilib.
Bu şəkildə də intensiv hərəkət olan yolda qaydaları pozaraq zolağı dəyişməklə təhlükəli manevrlər edərək qabağa keçmək istəyən avtomobili görürsünüz.
İntensiv hərəkət olan yolda sağa və ya sola dönmək üçün sağ və ya sol zolağa yerdəyişmək istəyən avtomobil sizə yol verməli olsa da onlara zolaqdəyişməyə şərait yaradın ki, dayanıb tıxac yaratmasın.
Bloq yazılarımı oxuduqdan sonra rəylərinizi də yazmağı unutmayın.
Digər bloq yazılarıma baxmaq üçün aşağıdakı linklərdən istifadə edə bilərsiniz:
Bir mobil telefon nömrəsi neçə WeChat hesabı qeydə alına, aktivləşdirilə, bağlana və daxil ola bilər?
İstifadəçilərə WeChat hesabını başqa mobil telefon nömrəsi ilə qeydiyyatdan keçirməyə ehtiyac yoxdur və orijinal WeChat hesabı əsasında birbaşa və tez yeni WeChat hesabını qeydiyyatdan keçirə bilərlər.
BiriTelefon nömrəsi2-yə qədər WeChat hesabı bağlana və daxil ola bilər
Əvvəlcə orijinal WeChat hesabınızın mobil telefon nömrəsi ilə bağlandığından əmin olun.
“Yeni hesabı qeydiyyatdan keçirin” mesajı görünsə, beta testi üçün uyğun olan şanslısınız~
Qeyd etmək lazımdır ki, burada mobil telefon nömrəsinin yoxlanılması cari WeChat hesabına bağlı mobil telefon nömrəsidir.
Məşğul olunWechat marketinqiiş ilə birləşdirilə bilərHəyatayrı.
Bu yaxınlarda WeChat, istifadəçilərə əlavə mobil telefon nömrəsinə ehtiyac olmadan başqa bir WeChat hesabını tez bir zamanda qeydiyyatdan keçirməyə imkan verəcəyini söylədi.
Bundan əvvəl, üçüncü tərəf plaginləri həqiqətən bu xüsusiyyətə sahib idi.
Bunun əksinə olaraq, Tencent özü, QQ eyni anda birdən çox hesaba sahib ola bilər.
Yalnız WeChat-ın “gec oyandığını” demək olar, amma hələ də gec deyil.
Xüsusi əməliyyat belədir: “Mən → Parametrlər → Hesabı dəyişdirin”, “Hesab əlavə et” üzərinə klikləyin və “Başqa hesaba daxil olun” və “Yeni hesabı qeydiyyatdan keçirin” seçimləri açılacaq.”Yeni hesabı qeydiyyatdan keçirin” daxil edin, “Cari WeChat hesabı vasitəsilə yardımlı qeydiyyat” seçin və təhlükəsizlik yoxlamasına başlaya bilərsiniz.
Əslində, əgər WeChat QQ ilə eynidirsə, bir mobil telefon nömrəsi çoxlu WeChat ID-lərini qeydiyyatdan keçirə bilsə, əla olardı~
Gözlənilməz, gözlənilməz, gəldi, amma bir az fərqli şəkildə.
Wechat ən son yeniləmə versiyası 8.0.15, boz rəngdə yeni funksiyaları sınaqdan keçirin:
İstifadəçilərin WeChat-ı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçirməsinə ehtiyac yoxdur və yeni WeChat hesabını tez bir zamanda qeydiyyatdan keçirmək üçün orijinal WeChat hesabından birbaşa istifadə edə bilərlər.
Bir mobil nömrə ilə 2 WeChat hesabını necə qeydiyyatdan keçirmək və açmaq olar?
Sonra, biz sizə yeni WeChat hesabını orijinal WeChat hesabında necə qeydiyyatdan keçirməyi öyrədirik:
Birincisi, orijinal WeChat hesabınızın mobil telefon nömrəsi ilə bağlı olduğundan əmin olun.
“Mən” → “Parametrlər” → “Hesabı dəyişdir” → “Hesab əlavə et” üzərinə klikləyin ▼
Kliklədikdən sonra “Mobil telefon nömrəsinə giriş” interfeysi görünsə, bu, daxili testin onu aşkar etmədiyini bildirir.
Əgər “yeni hesabı qeydiyyatdan keçirin” sorğusu görünsə, o zaman daxili testdən keçmək üçün şanslısınız ▼
Əvvəlki addımdan sonra “yeni hesabı qeydiyyatdan keçir” hesabını klikləyin, iki qeydiyyat metodu olacaq, biz “cari WeChat hesabı vasitəsilə köməkçi qeydiyyat” seçə bilərik ▼
Sonrakı adi WeChat qeydiyyat prosesidir:Telefon nömrəsinin yoxlanılması → hesab məlumatını təyin edin → WeChat parolunu təyin edin.
Qeyd etmək lazımdır ki, burada mobil telefon nömrəsinin yoxlanılması cari WeChat-a bağlı mobil telefon nömrəsidir ▼
- Sonra avtomatik olaraq keçid hesabı səhifəsinə keçəcək və avtomatik daxil olacaq.
Yeni WeChat hesabına daxil olduqdan sonra aşağıdakılar görünəcək:
“WeChat ID-niz hazırda mobil telefon nömrəsinə bağlı deyil, siz “WeChat Girişindən” istifadə etməlisiniz, lütfən, WeChat-a sonrakı girişləri asanlaşdırmaq üçün yadda qalan WeChat ID-ni quraşdırın. “▼
- Yuxarıdakı əməliyyatlardan sonra artıq daxili test üçün yeni WeChat hesabı var.
- Qapalı beta yoxdursa narahat olmayın, inanıram ki, tezliklə populyarlaşacaq.
- Deməliyəm ki, WeChat-ın yeni xüsusiyyətləri faydalıdır~
- Əslində, bu funksiya 2021-ci ildən sınaqdan keçirilir, lakin bir çox insanın artıq bir neçə WeChat var və ehtiyacı olan dostlar bunu sınaya bilər.
- Bir çox insanın 2 WeChat hesabı var, biri iş, digəri isə şəxsi istifadə üçün.
- Nəticədə 2 telefon hesabı üçün ödəniş etmək üçün aylıq plan yaranır, bu xüsusiyyət ilə siz hər ay bir sərvətə qənaət edə bilərsiniz.
Birdən çox yeni WeChat hesabını necə qeydiyyatdan keçirmək və açmaq olar?
WeChat APP eyni anda yalnız iki WeChat hesabını qeydiyyatdan keçirə bilər. Üçüncü WeChat hesabı üçün müraciət etmək istəyirsinizsə, o, “Cari hesab yardımçı qeydiyyat limitini keçib” xəbərini verəcək.
Ancaq bəzi problemlər var, məsələn, ikinci hesab mobil telefon nömrəsi ilə bağlana bilməz, ona görə də hazırda istifadə edilə bilməz.WeChat Ödəniş, bir az dadsız.
Başqa yeni nömrəni qeydiyyatdan keçirmək istəyirsinizsə, sizə yeni mobil telefon nömrəsi lazımdır.virtual telefon nömrəsiYeni WeChat hesabını kodla qeydiyyatdan keçirmək daha çox pula qənaət edəcək.
Virtual telefon nömrəsinin qeydiyyatı təlimatına baxmaq üçün aşağıdakı linkə klikləyin ▼
WeChat-ın Çin versiyasını xarici WeChat-a keçirmək istəyirsinizsə, aşağıdakı təlimata baxmaq üçün klikləyə bilərsiniz ▼
Hope Chen Weiliang Blogu ( https://www.chenweiliang.com/ ) paylaşdı “Bir mobil telefon nömrəsi neçə WeChat hesabı qeydiyyatdan keçə, aktivləşdirə, bağlaya və daxil ola bilər? , sənə kömək etmək.
Bu məqalənin linkini paylaşmağa xoş gəlmisiniz:https://www.chenweiliang.com/cwl-28385.html
Ən son yenilikləri əldə etmək üçün Chen Weiliang bloqunun Telegram kanalına xoş gəlmisiniz!
Dəstək
Məhsullarımız və xidmətlərimizlə bağlı tez-tez verilən suallara tez bir zamanda aydın və ətraflı cavab tap.
Sualınızı burada yaza bilərsiniz
Tez-tez axtarılanlar:
Balans və Tariflər
Nömrələr və əməliyyatlar
Tez-tez verilən suallar
Bir mobil operatordan digərinə necə keçmək olar?
Fiziki və hüquqi şəxslər nömrələrinin Azercell-ə daşınması üçün lazımi sənədlərlə birlikdə Azercell Eksklüziv ofislərinə yaxınlaşa bilərlər.
Nömrəmi necə bərpa edə bilərəm?
Fakturasız xətt nömrələrinin bərpası əməliyyatının həyata keçirilməsi üçün abunəçilər öz (bərpa olunacaq nömrələrinin) hesablarını 5 AZN məbləğində kart təqdim etməklə artırmalıdırlar. Bu zaman 2 AZN (ƏDV daxil) xidmət haqqı tətbiq ediləcək.
Nömrəmi fakturasız xəttdən fakturalı xəttə necə keçirə bilərəm?
Fakturasız xətt abunəçiləri nömrələrini dəyişmədən Fakturalı xəttə keçirə bilərlər.
Nömrənin xəttini necə bağlamaq olar?
Fiziki şəxs əməliyyatın aparılması üçün:
- Şəxsiyyət vəsiqəsi ilə Azercell Eksklüziv ofislərinə yaxınlaşmalıdır.
- Fiziki şəxsə aid nömrənin Əlaqə Mərkəzi tərəfindən qısa müddətə bağlanılması üçün abunəçi *1111 nömrəsinə zəng etməlidir.
Digər suallar
- MND
- Nömrələr və əməliyyatlar
- MND
- Nömrələr və əməliyyatlar
MND (Mobil Nömrə Daşınması) mobil nömrələrin daşınması xidmətidir.
Mobil nömrəni dəyişmədən Azercell-ə daşımaq mümkündür?
MND xidməti mövcud mobil operatordan digərinə keçid zamanı köhnə nömrəni saxlamağa imkan verir.
Bir mobil operatordan digərinə necə keçmək olar?
Fiziki və hüquqi şəxslər nömrələrinin Azercell-ə daşınması üçün lazımi sənədlərlə birlikdə Azercell Eksklüziv ofislərinə yaxınlaşa bilərlər.
Nömrənin daşınması üçün xidmət haqqı nə qədərdir?
Nömrə daşınması xidməti ödənişsizdir.
Nömrə hansı səbəbdən daşınmaya bilər?
MND xidmətindən imtina edilməsinin bəzi səbəbləri aşağıdakılar ola bilər:
Mobil nömrələrin daşınması xidməti hansı müddətə həyata keçirilir?
Mobil nömrələrin daşınması xidmətinin tamamlanması üçün 3 iş günü lazımdır.
Mobil nömrənin daşınması müraciətini necə ləğv etmək olar?
Abunəçilər müraciət edilən gün saat 18:00-a kimi aşağıda qeyd edilən müvafiq sənədləri istənilən Azercell Eksklüziv ofislərinə təqdim etməklə mobil nömrənin daşınması sorğusunu ləğv edə bilərlər:
Mobil nömrələrin daşınması üçün operatorlar arasında hansı tezliklə keçid etmək olar?
Mobil nömrələrin daşınması üçün operatorlar arasında hər 90 gündən bir keçid etmək mümkündür.
Nömrəmi̇n dubli̇katını (si̇mkart dəyi̇şIikli̇yi̇) necə əldə edə bi̇lərəm?
Fiziki şəxs:
Fakturalı/fakturasız xətt abunəçisi Simkart dəyişikliyi əməliyyatını etmək üçün şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə Azercell Eksklüziv ofislərinə yaxınlaşmalıdır.
İzahli qai̇məni̇ necə əldə edə bi̇lərəm?
Fiziki şəxs:
Fakturalı/fakturasız xətt abunəçisi izahlı qaiməni əldə etmək üçün şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə Azercell Eksklüziv ofislərinə yaxınlaşmalıdır.
İzahlı qaimədə hansı məlumatlar əks etdirilir?
Abunə növündən asılı olaraq izahlı qaimədə aşağıdakı məlumatlar əks etdirilir:
Nömrəni necə əldə etmək olar?
Nömrənin əldə edilməsi üçün mövcud üsullar:
- Sayt üzərindən öncədən sifariş etmək – www.azercellim.com;
- Azercell Eksklüziv mağazasına müraciət etmək;
- Rəsmi diler satış məntəqələrimizdən əldə etmək.
Nömrəmi fakturasız xəttdən fakturalı xəttə necə keçirə bilərəm?
Fakturasız xətt abunəçiləri nömrələrini dəyişmədən Fakturalı xəttə keçirə bilərlər.
Nömrəmi fakturalı xəttdən fakturasız xəttə necə keçirə bilərəm?
- Fakturalı xəttdən fakturasız xəttə keçid etmək üçün nömrədə borc olmamalıdır.
- Keçid ödənişlidir – 3.54 AZN (ƏDV daxil).
- Fakturasız xətt sistemindən fakturalı xəttə keçid əməliyyatı zamanı mövcud xidmətlər deaktiv edilir.
- Fakturasız xətt sistemindən fakturalı xəttə keçid əməliyyatı zamanı SİM kart dəyişdirilir və SİM kart yaddaşında olan nömrələr yeni SİM karta keçirilmir.
Nömrəmi necə bərpa edə bilərəm?
Fakturasız xətt nömrələrinin bərpası əməliyyatının həyata keçirilməsi üçün abunəçilər öz (bərpa olunacaq nömrələrinin) hesablarını 5 AZN məbləğində kart təqdim etməklə artırmalıdırlar. Bu zaman 2 AZN (ƏDV daxil) xidmət haqqı tətbiq ediləcək.
Nömrəni başqa şəxsin və ya öz adıma necə keçirə bilərəm?
Hər iki şəxs aşağıda qeyd edilən sənədlər ilə Azercell Eksklüziv ofisinə yaxınlaşmalıdır.
Nömrənin xəttini necə aça bilərəm?
Fiziki şəxs:
Nömrənin açılması üçün abunəçi şəxsiyyət vəsiqəsi ilə Azercell Eksklüziv ofislərinə yaxınlaşmalıdır.
Nömrənin xəttini necə bağlamaq olar?
Fiziki şəxs əməliyyatın aparılması üçün:
- Şəxsiyyət vəsiqəsi ilə Azercell Eksklüziv ofislərinə yaxınlaşmalıdır.
- Fiziki şəxsə aid nömrənin Əlaqə Mərkəzi tərəfindən qısa müddətə bağlanılması üçün abunəçi *1111 nömrəsinə zəng etməlidir.
Nömrə hansı halda ləğv edilir?
Fakturasız xətt sistemində son yüklənilən ümumi danışıq kartının istifadə dövrü bitdikdən sonra 180 gün ərzində yeni danışıq kartı yüklənmədiyi təqdirdə nömrə ləğv edilir.
Fakturalı xətt sistemində isə nömrənin xətti borcdan birtərəfli bağlandıqda və ya abunəçinin istəyi əsasında ikitirəfli bağlandıqdan 6 ay ərzində xətt bərpa edilməyən halda nömrə sistemdən ləğv edilir.
“Azercell” abunəçisi kim ola bilər?
- 18 yaşına çatmış bütün fiziki şəxslər (Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər).
- 16-18 yaşında vətəndaşlar, əgər:
Asan İmza xidmətini necə aktiv edə bilərəm?
- Abunəçi Asan İmza xidmətini həm öz nömrəsində həmdə yeni nömrə almaqla həmin nömrədə aktiv edə bilər. Abunəçi öz nömrəsində xidməti aktiv edirsə, o zaman SIM kart Asan İmza-nı dəstəkləyən SIM kart ilə əvəz edilməlidir.
- Asan İmza xidmətini həm Azercell fakturalı xətt həm fakturasız xətt nömrələrində aktiv etmək mümkündür.
- Asan İmza xidmətini aktiv etmək üçün abunəçi Azercell Eksklüziv ofislərin birinə müraciət etməlidir.
Asan İmza xidmətini necə deaktiv edə bilərəm?
Asan İmza xidmətini deaktiv etmək üçün abunəçi Azercell Eksklüziv ofislərin birinə müraciət etməlidir.
Asan İmza xidmətinin müddətini necə uzada bilərəm?
Asan Imza xidmətinin müddətinin uzadılması üçün abunəçi Azercell Eksklüziv ofislərinin birinə yaxınlaşmalı və ya SMS vasitəsilə əməliyyatı özü icra etməlidir.
Fakturalama dövrü necə təyin edilir?
Azercell Telekom MMC tərəfindən göstərilən rabitə xidmətinin ödənişi üçün ayda bir dəfə abunəçiyə hesab-faktura kəsilir.
Fakturalama tarixini necə dəyişə bilərəm?
Fakturalama tarixini Onlayn Müştəri Xidmətlərinə və ya Azercell Eksklüziv ofislərindən birinə müraciət etməklə,həmçinin 650 xidməti üzərindən dəyişmək mümkündür.
Azercell mağazaları
Harada olduğunuzu qeyd edin, harada olduğumuzu göstərək
Comments are closed, but trackbacks and pingbacks are open.