Press "Enter" to skip to content

Mobil cihazda istifadə edilən nömrəni necə təyin etmək olar

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşın gətirdiyi telefonun dəyəri 800 dollardan artıq olduqda, onlayn sifariş vasitəsilə isə ölkəyə gətirilən mobil telefonun dəyəri 300 dollardan artıq olduqda gömrük rüsumu ödənilməlidir:

Telefonumuz izlənilirsə bunu necə ləğv edə bilərik? – Şəkilli izah

Cib telefonları gündəlik həyatımızda mühüm yer tutur. Artıq texnologiya dövründə yaşayırıq. “Ağıllı” telefonlarla bir çox işləri çox asanlıqla, yerindəcə həll edə bilirik. Lakin bu asanlıqlar bərabərində təhlükəsizlik riskləri də ortaya qoyur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, burada bəhs edəcəklərimiz yalnız android əməliyyat sistemli, yəni “ağıllı” telefonlar üçün keçərlidir.

Android ən çox istifadə edilən mobil telefon əməliyyat sistemidir və açıq mənbəli linux bazasından istifadə edir. Nümunə: “Samsung”, “Sony”, “Huawei” bu əməliyyat sistemindən istifadə edir. Onlar öz imiclərinə uyğun dizayn yaradır və müxtəlif xüsusiyyətlər əlavə edərək onu bazara çıxarır. Hər bir markanın təhlükəsizlik anlayışı əsasən eyni olsa da, proqramların etibarlılığını başa düşmək üçün bəzi kilidlənmiş sahələr var. Tətbiq quraşdırıldıqda, onlara daxil olmaq istənildikdə telefonda bir xəbərdarlıq görünür, məsələn telefonunuzun mikrofonundan istifadə etmək istəyən proqram əvvəlcə sizdən icazə istəməlidir. Bu icazələri verdiyiniz zaman telefonunuz artıq həmin proqrama güvənir və istədiyi zaman məlumatlarınıza daxil ola bilir. Telefonunuz bu giriş icazələrini vaxtaşırı təkrarlayır. Hələlik hər şey sizin nəzarətinizdədir. Bununla belə, bəzi hallarda bu icazələr üçün xəbərdarlıq bildirişləri deaktiv edilə bilər və bir şəxs sizi dinləmək və ya izləmək istəyirsə, telefonunuzda bu bildirişləri söndürməlidir. Casus proqram bu icazələri bir nöqtəyə qədər aşa bilər, lakin bəzi xüsusiyyətlər var ki, onları keçə bilməz. Bu funksiyalardan istifadə etmək üçün root girişi tələb olunur.

Rootlu telefon onun kənardan bütün təhlükələrə açıq olması deməkdir. Rooting (Azərbaycanca kök girişi) kimi tərcümə olunur. Başqa sözlə, bu, telefonunuzun ən dərin parametrlərə və ən uyğun icazələrə daxil olması deməkdir. Telefonunuzun root olub-olmadığını öyrənməyin bir çox yolu var. Ancaq ən sadə və ən qısa yol Play Store-dan yükləyə biləcəyiniz “Root Checker” proqramıdır. Rootlu telefon dinlənə bilər və “whatsapp” “facebook” kimi şəxsi həyatınıza aid olan proqramların məzmunu asanlıqla 3-cü şəxslərin əlinə keçə bilər.

Telefonunuzun dinlədiyini bilmək üçün aşağıdakılara diqqət edin:

1) Baxmaq üçün yer Parametrler/Bioölçülər və təhlükəsizlik/Google Play Protect-dir, əgər burada yaxşı görünürsünüzsə, yəqin ki, cihazınızda zərərli proqram yoxdur. Amma düşünməyin ki, sadəcə bura baxmaqla sizi dinləmirlər.

2) Baxılacaq yer Parametrlər/Xüsusi imkanlar adətən Tövsiyə olunanlar – TalkBack – Görünüşün genişləndirilməsi – Eşitmənin yaxşılaşdırılması – Əlaqə və cəldlik – Qabaqcıl parametrlər kimi xidmətlər var. Və bunlar bağlıdır, əgər siz onlardan fərqli bir xidmət adı görürsünüzsə və bu xidmət açıq görünürsə, telefonunuzda casus proqram ola bilər, onu telefon mağazasına aparıb format etdirməlisiniz.

3) Baxmalı olduğunuz yer Parametrlər/Batareya və cihaza qulluq bu proqramların batareyadan istifadə məlumatını göstərir. Burada tətbiqləri nəzərdən keçirin və sizə fərqli görünən proqram batareyanızı istehlak edərsə, o proqramı axtardığınızdan əmin olun.

4) Və ən son baxmalı olduğunuz yer Parametrlər/Cihaz Baxımı/Təhlükəsizlikdir, burada “telefonumu skan et” düyməsini basaraq telefonunuzda zərərli proqramların olub-olmadığını yoxlaya bilərsiniz.

Bütün bu prosedurları etmisinizsə, artıq qorxmağınıza ehtiyac yoxdur, telefonunuz 3-cü şəxslər tərəfindən izlənmir. Əgər hələ də şübhələriniz varsa, telefonunuzu servis xidmətinə aparıb içindəki bütün məlumatların silinməsini və əməliyyat sisteminin sıfırlanmasını istədiyinizi söyləsəniz, servis telefonunuzu zavoddan çıxdığı vəziyyətə qaytaracaq. Telefonunuz rootludursa, servis işçiləri telefonunuzun rootlu olduğunu və ona görə də xidmət ala bilməyəcəyinizi deyəcəklər. Belə halda yaşadığınız ərazidə istənilən mobil telefon xüsusi özəl servisə gedib telefonu formatlaya bilərsiniz.

Milli.Az

Mobil cihazda istifadə edilən nömrəni necə təyin etmək olar?

Mobil cihazda istifadə edilən nömrəni necə təyin etmək olar?

Nömrəni təyin etmək üçün həmin nömrədən sorğu göndərərək *137#YES kodunu yığmaq lazımdır.

Tez-tez verilən suallar

Balansımdan başqa bir fakturasız xətt abunəçisinin balansına necə pay göndərmək olar?

Paycell xidmətindən istifadə edərək istənilən fakturasız xətt abunəçisinin nömrəsinə balansdan müəyyən vəsait göndərmək olar.

SimKredit-i necə əldə edə bilərəm?

Təcili zəng etmək və ya SMS göndərmək lazım olduqda, lakin balansda kifayət qədər məbləğ yoxdursa Azercell-in SimKredit xidmətindən istifadə etmək mümkündür. Xidmətdən yalnız fakturasız xətt abunəçiləri yararlana bilərlər.

SimKredit borcu haqqında ətraflı məlumatı necə əldə etmək olar?

Borc haqqında məlumatı info sözünü SimKredit nömrələrinə göndərməklə və ya Kabinetim üzərindən əldə etmək mümkündür.

Mobil cihazda istifadə edilən nömrəni necə təyin etmək olar?

Nömrəni təyin etmək üçün həmin nömrədən sorğu göndərərək *137#YES kodunu yığmaq lazımdır.

Bu gündən xaricdən gətirdiyiniz mobil telefonlara gömrük rüsumu tətbiq ediləcək – Vətəndaşların NƏZƏRİNƏ – FOTO

Bu gündən Azərbaycana fiziki şəxslər tərəfindən istifadə üçün gətirilən mobil telefonlara gömrük rüsumu tətbiq ediləcək.

Day.Az xəbər verir ki, telefonu gətirən şəxslər onun dəyərinin 36 faizi həcmində rüsum ödəməli və malları gömrükdə bəyan etməli olacaqlar.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 1 nömrəli əlavəsinin 9-cu bəndinə əsasən, fiziki şəxslər tərəfindən səfər zamanı, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları gömrük sərhədindən keçirilərkən yazılı (kağız üzərində və ya elektron) formada gömrük orqanlarında bəyan edilməlidir.

Ancaq indiyə kimi praktikada bu normaya əməl edilməyib. İndi bəyannaməsiz telefonların gətirilməsinin qarşısı ciddi şəkildə alınacaq. Belə ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi vətəndaşların nəzərinə çatdırır ki, cari ilin fevral ayının 15-dən etibarən fiziki şəxslər tərəfindən ölkə ərazisinə şəxsi istifadə məqsədilə gətirilən və gömrük orqanlarında bəyan edilməyən mobil telefonların IMEI nömrəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qeydiyyat mərkəzi tərəfindən qeydiyyata alınmayacaq.

Mobil telefonların bəyan edilməsi qaydalarına dair Dövlət Gömrük Komitəsinin www.customs.gov.az internet səhifəsindən məlumat ala bilərsiniz. Mobil cihazın bəyan edilməsi üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz: https://e.customs.gov.az/for-individuals/passenger-declaration.

Artıq bununla bağlı Dövlət Gömrük Komitəsinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmi saytlarında da müvafiq bildirişlər göstərilir.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşın gətirdiyi telefonun dəyəri 800 dollardan artıq olduqda, onlayn sifariş vasitəsilə isə ölkəyə gətirilən mobil telefonun dəyəri 300 dollardan artıq olduqda gömrük rüsumu ödənilməlidir:

“Rüsum yalnız məbləğin artıq hissəsindən ödənilir. Məsələn, vətəndaş özü ilə dəyəri 1000 dollar telefonu gətirirsə, 800 dollar çıxılır və rüsum yalnız yerdə qalan 200 dollardan ödənilir”.

Gömrük sərhədindən keçən mobil telefonun bəyan edilməməsi inzibati məsuliyyət yaradır.

Qeyd edək ki, IMEI (“International Mobile Equipment Identity” – beynəlxalq mobil avadanlıq identifikatoru) qeydiyyatı üçün telefonun qiymətindən asılı olaraq 20-150 dollar ödəmək lazımdır.

Xatırladaq ki, Milli Məclisin İnzibati Xətalar Məcəlləsində etdiyi dəyişikliyə əsasən, Azərbaycanda qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil telefonun IMEI nömrəsini dəyişdirənlər 12 min manatadək cərimələnəcəklər.

Milli Məclisin İnzibati Xətalar Məcəlləsində etdiyi dəyişikliklərə əsasən, Azərbaycanda qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil telefonun IMEI nömrəsinin dəyişdirilməsi və yaxud surətinin köçürülməsinə görə fiziki şəxslər 300-400 manat, vəzifəli şəxslər 1 000-1 500 manat, hüquqi şəxslər isə 3 000-4 000 manat məbləğdə cərimə ediləcəklər.

Məcəllənin 368-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə isə fiziki şəxslər 600-800 manat, vəzifəli şəxslər 2 000-2 500 manat, hüquqi şəxslər isə 9 000-12 000 manat cərimə ödəyəcəklər.

Comments are closed, but trackbacks and pingbacks are open.